salam aleykum va rahmatullah... Allah peyğəmbərimizi(s.a.s) seçdiyi kimi onun əshabın da sözsüz ki allah seçib... ilk olaraq onlar islamla şərəfləndilər və o çətin vaxtlarda dini yaymaqda peyğəmbərimizə(s.a.s.) onlar köməklik etdilər (allah peyğəmbərimizin s.a.s. əshabından razı olsun)...xeyir qardaş əgər sən dediyin kimi olsa allah məndən razı qalmayacaq çünki mənim barəmdə ayə nazil olmuyub... ama onlar barədə ayə nazil olmuşdu, və allahın razılığın aldıqları üçün allah onları dində sabit etdi. Onlardan öndə gedənlərdən biridə Abu Bakr (allah ondan razı olsun) idi...
Quran bütün bəşər ücün nazil olub ta qiyamətə kimi,bizim indi günahımız nədir ki,o dövürdə yaşamamışıq?
Amma sənə bir şeyidə deyim ki, yeri gəlsə elə bu ayədə bütün möminlərə işarə var.
Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. (Allah) onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur. Tövbə.100
Ayədən də görsənir ki,ümumidir,cünki burada siz deyən kimi təkcə mühacir və ənsarlardan söhbət getmir həmdə deyilir ki,(həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə)deməli Allah təala yaxşı işlər görənləridə cənnətlə mujdələyir.
Bu ayədə isə onlardan bəzilərinin Allahın razılığını qoruyub saxlamadıqlarını görürük.
Həqiqətən, Allahın Peyğəmbəri yanında astadan danışanlar (səslərini asta çıxardanlar) o kimsələrdir ki, Allah onların ürəklərini təqva üçün imtahana çəkmişdir (möminliyə layiq etmişdir). Onları (günahlardan) bağışlanma və böyük mükafat (Cənnət) gözləyir! Hucurat.3
Hz.Peyğəmbər (s.ə.v.v.)yataqda olanda orada kimlər idi səs küy salan?Qələm və kağız istəyəndə kimlər vay şüvənlik saldı?
Allah təala ədalət sahibidir,indiki ümmətnən əvvəlkilərin fərqi ancaq iman və təqva baxımından fərqli ola bilər başqa hecnə.
Bəli qardaş allah bildirir ki ilk mühacirlərdən və ənsarlardan razıdır və onların ardınca gələnlərdən də razıdır...inşallah peyğəmbərin(s.a.s.) əshabının ardınca gələnlər ta qiyamətə qədər olacağ.
Qardaş Hucurat 3də səhabədən bəzilərinin allahın razılığını qorumadığı görünür ?! Hucurat 3- "Həqiqətən, Allahın Peyğəmbəri yanında astadan danışanlar (səslərini asta çıxardanlar) o kimsələrdir ki, Allah onların ürəklərini təqva üçün imtahana çəkmişdir (möminliyə layiq etmişdir). Onları (günahlardan) bağışlanma və böyük mükafat (Cənnət) gözləyir!"
O qələm-kağız sohbətindən sonra peyğəmbər (s.a.s) 12 gün yaşadı... Həmin günlərdə də camaata namaz qıldırmaq üçün Abu Bakrı imam qoyurdu
Haqlısınız qardaş fərq yalnız iman və təqvadadır