Ayətullah Şirazidən hicabla bağlı fətva
İslam-Azeri.Az İnternet qəzetinin "Haqyolu.com" saytına istinadən verdiyi xəbərə görə, İslam dünyasının tanınmış alimlərindən olan mərceit təqlid müctehidi Ayətullah-üzma Nasir Məkarim Şirazi Azərbaycan Respublikasında hicab problemi ilə bağlı sorğuya cavab olaraq fətva verib.
Fətvanı olduğu kimi saytın izləyicilərinin diqqətinə çatdırırıq:
"Bismihi Təala
Nəzərə alsaq ki, Azərbaycan Cümhuriyyəti tam İslam məmləkətidir və onun əhalisinin əksəri müsəlman, Əhli-beyt (ə) məktəbinin davamçısıdır, vacibdir ki, bu ölkədə İslam hökmləri, o cümlədən hicaba riayət edilsin.Xalq dinc yollarla dövlətin hicabla bağlı bu antiislam göstərişinə qarşı müqavimət göstərməlidir. İcazə verməməlidirlər ki, bu müsəlman ölkəsində İslam müqəddəsliklərinə qarşı addım atılsın. Əlbəttə ki, müsəlman qızlar öz təhsillərini davam etdirməlidirlər. Eyni zamanda qeyrətli Azərbaycan xalqı hicaba qarşı belə bir yanlış göstərişlə razılaşmamalıdır.
Azərbaycanın hörmətli dövlət rəsmilərinə məsləhət görülür ki, xalqla həmfikir olsunlar və biganələrin hiylələrinə aldanmasınlar. Mən müctehidlərin çiynində olan və sərhəd tanımayan vəzifəmə əsaslanaraq, vacib və zəruri olanları ərz etdim. Həmişə müvəffəq olun.
6 dey 1389 (27 dekabr 2010)
Nasir Məkarim Şirazi"
Hörmətli "Ayətullah" öz ölkəsində gecə 12-dən sonra fəaliyyət göstərən yerlər,saysız hesabsız geylər və lezbilər,milyonlarla İslamdan imtina edən İranlılar barəsində də fətva versə yaxşı olardı.