'al-Islam' сказал(а) 11 Окт 2011 - 19:32:
Əlbəttə ki, xumsu verilmiş puldur. Gəlin sualı belə qurum onda. Tutaq ki, dediyim kimi, mənim keçən ildən qalan 3000 manat təmizlənmiş pulum (xümsü verilmiş malım) var. Bu il yeni qazancım da olub, xərcləmişəm, borc vermişəm və s. İndi bu ilki xums günüm çatanda baxıb görürəm ki, əlimdə 1000 manat pulum var, (bu il) borca verdiyim pul da 2000 manatdır, cəmi edir 3000 manat. İstər əlimdə olan miqdara, istərsə də borc verdiyim pul mənə qayıdandan sonra o pula, ümumilikdə, bu məbləğə, bu 3000 manata xums çıxarmalıyam, ya yox?Scout, 1 və 2 nömrəli suallarda aydın olmayan məqam var. Bu 3 min manat xümsü verilmiş puldur? Ya necə? Tutaq ki, keçən il xüms vermisiniz və 3 min manatınız qalıb? əgər belədirsə, xümsü verilmiş mal artıq təmizlənir və ona bir daha xums gəlmir. Çünki xums sizin illik gəlirinizdən hesablanır.