Zülmün gücü saldı bizi haldan-hala, Vallah,
Zalimlərə baş əymiş idik az qala, Vallah.
Ya Rəbb! Bu necə işdi ki, bir söz demək olmur,
İndi işimiz qaldı bizim saqqala, Vallah.
Verdin ki, könül yarə verib şad olarıq biz,
Vurduq onu gah mıxa, gah nala, Vallah.
Bir bəndeyi-Allah qapısın döymədik, hətta,
Düşdük nə günə? Açdıq ağız çaqqala, Vallah.
Bədbəxt axı sən ki, belə dünyaya hərissən,
Əl tutsa sənə bərk yapış ovcun yala, Vallah.
Keçmişdəki güllər tikanıyla seçilərdi,
İndisə o güllər qarışıb qanqala, Vallah.
Ey qafil olan kəs! Dedi Həqq isməti saxla,
Kim pərdəni cırmışsa büründü şala, Vallah.
Xəlqin gözünü qan tutub Allah bu nə işdir?
Korlarda baxıb indi gülürlər lala, Vallah.
Yəhya, nə qədər cəhd elədim, amma ki düşdüm,
Hər bir irəli addım atarkən, dala, Vallah.
Seyid Yehya
Регистрация: 03 ноя 2013Offline Активность: 05 ноя 2013 00:13