Перейти к содержимому


Isra71

Регистрация: 08 ноя 2013
Offline Активность: 17 июл 2014 21:52

Мои сообщения

В теме: İmam Əhməd əl-Həsən Yəməni kimdir ?

22 апреля 2014 - 16:23

hədis Tusi r.a-ın "Qeybət" kitabındadır, sənəd və mətn etibari ilə batildir. bu hədisə cavab yazmışdım: http://www.velayet.com/Forum/vasiyetin_ispati_yenilendi-t24864.0.html


Link işləmir. Bunlar Facebook-da aktivləşiblər, bir rəddiyyə hazırlamaq mümkündürmü?

В теме: Hansı imamın dövründə yaşamaq istərdiniz?

12 января 2014 - 02:50

Imam Sadiq (ə) : “Əgər onun (İmam Məhdinin (ə.f)) zamanında yaşasaydım bütün ömrümü Ona xidmət etməklə keçirərdim”. (Ğeybət, Numani, səh. 245) .
İmamlarımız belə İmam Mehdi (əf)-nin dövründə olmağı arzu ediblər, bizlərə Allah lütf edib, qeybət dövründə xidmət etmək şansı verib. İndiki dövrdə dünyaya gəldiyim üçün Allaha çox şükür edirəm, O Həkimdir, nə edəcəyini yaxşı bilir.
Başqa İmamlar (ə) çox zülmə məruz qalıblar, amma İmam Mehdi (əf)-nin qəlbində bütün o zülmlərin ağrısı var. İmam (əf) hər il Aşura görür, bütün Məsumların müsibətinə ağlayır neçə əsrdi. Əli (ə) çox müsibət görüb, amma hərdən Salman, Əbuzərə deyirdi dərdini, ürəyini boşaldırdı. Onun yanında Malik Əştər kimi köməkçisi var idi. Amma İmam Mehdi (əf) ulduzlara çobanlıq edir, tənhalıqdan və şiələrinin laqeydliyindən əziyyət çəkir. Məsumların müsibətlərindən əlavə, mənim kimi günahkarların günahına görə ağlayaraq Allaha yalvarır, bizim halımıza bizdən çox yanır. Bütün İmamlar (ə) Onun (əf) görüşünün şövqündə və zühurunun intizarında olublar. Allah bizə fürsət verib ki, qeybət dövründə xidmət edək və zühuru görmək şansımız var.

Рейтинг@Mail.ru