Sənin qoyduğun linkə baxdım. Sənin linkə qoyduğun və düz olmadığını ittiham etdiyin tərcümə tərcümə mənim bu mövzuya qoyduğum tərcümənin eynisi deyildir. Özün də gprürsən ki, mənim bu mövzuda qoyduğum tərcümədə “hamulətun” sözünün mənasının “yük” olduğu yazılıb. Mən səndən bu mövzuya qoyduğum tərcümənin yanlış olub-olmadığını soruşmuşam. O ki, qaldı sənin öz yazında ittiham etiyin tərcüməyə sən orda belə yazmısan.
“Mən Rəbbin (ərş üzərində) daşındığı kimi daşınacam.”[ Doğrudan da, insan bilmir bu tərcüməyə gülsün, yoxsa, ağlasın. Görəsən, bu insanlar ərəb dili bilgiləri olmadığı bir halda hədis tərcümə etməkdən qorxmurlarmı? Görəsən, bu insanlar öz bilgisizlikləri üzündən hədisi yanlış tərcümə edib, ardınca da bununla şiələri ittiham etməkdən utanmırlarmı? Nə vaxta qədər həva-həvəsinizin qulu-köləsi olacaqsınız? Nə zaman Allahı yada salıb başqalarını əsassızca ittiham etməkdən çəkinəcəksiniz?”
İlk öncə bu təcüməni bir qardaş edib mənə vermişdi. Sonra mən tərcüməni daha başqa bir nəfərə yoxlatdırdım, o isə tərcümənin düz olduğunu,sadəcə, “hamulətun” sözünün daşınmaq yox, “minilən heyvan” və ya “yük” mənasında olduğunu dedi. Sonra ,sadəcə, hədisin “hamulətun” hissəsində dəyişiklik etdi. Mən də hədisi foruma qoydum. Yəni bu, tərcüməni edən birinci qardaşın gözündən hamulətun sözünün doğru anlamı yayınmış, lüğətə baxmamış, eyni hərflərdən oluşan "daşınmaq" sözü ilə hamulə sözünü qarışıq salmışdır. İkinci qardaş isə onun yazısında sadəcə, həmin hissəni redaktə etmişdir. Bu, tərcüməni ilk edən qardaşın savadsızlığına, onun ərəbcə bilməməsinə dəlalət etməz. Əgər sən Ərəb dilini bilirsənsə, sən də bilməlisən ki, bu adi elementar səhvdir. Bu qrammatik bilgisizlikdən doğan tərcümə səhvi deyil ki, böyük bir faciə olsun.Hansı ki, belə səhvləri bəzi tərcümələrində sən etmisən və bu sənin savadsızlığından doğduğu üçün faciə sayıla bilər. Onu birazdan hamıya təqdim edəcəyik ki, özün-özünü tanıyasan,çünki çox yuxarıdan gedirsən. 16-cı əsrdə yaşamış Suyutinin hesablamasına görə Ərəb dilində 16 milyon söz var. İnsan bütün sözləri bilə bilməz. Söz səhvi normal bir şeydir. Bu gün 1993-cü ildə çap olmuş Quranın Azeri dilində tərcüməsi ilə sonuncu tərcüməsini müqayisə edəndə bəzi sözlərin tam fərqli olduğunu görmək mümkündür. Bu normal bir şeydir. Mütərcimin gözündən qaça bilər bir sözün düzgün mənası, amma buna görə mütərcimin (Vasim Məmmədəliyev və Ziya Bünyadovun) tam biliysiz olduğunu onun elmini şübhə altına almaq olmaz. Belə edən adamlar, ya qərəzlidirlər, ya da tərcümə işini bilmilər.
Mən sənə bir daha deyirəm,sən mənim məhz bu foruma qoyduğum hədisin tərcüməsinin səhv və ya yanlış olduğunu denən. Səndən bu tələb olunub.
İndi isə gəl sənin Ərəb dilində elmi səviyyənin hansı vəziyyətdə olduğuna baxaq.
Bu linkdən özünü tanıya bilərsən. Ümüdvarıq ki, bir daha təkəbbürlük etməzsən və təvəzükar olarsan.
http://forum.bakilil...showtopic=97273
Ay qardaşım siz bizlə zarafat edirsiniz? Sənin gətirdiyin hədisdəki cümlə bizim hədis kitablarımızın heç birində yoxdur! Belə bir cümlə heç bir kitabda yoxdur, sənə və sənin kimilərə yüklədikləri bu hədisi nasibilər təhrif edib sizə yükləyiblər, ey hər şeydən bixəbər olan qardaşım! Hədisin iki cümləsini kəsib bir cümlə ediblər. Sən qoyduğumuz linkdəki yazının bu hissəni oxudunmu?:
"Üstəlik, qeyd etdiyimiz kimi, onun bu kobud səhvində ağına-bozuna baxmadan nasibilərdən kopyaladığı ərəbcə mətnin böyük təsiri olmuşdur. Belə ki, qarşı tərəf nasibilərə güvənməklə çox böyük bir xəta etmişdir. Buna əsasən ki, nasibilər hədisdəki (وَلَقَدْ حُمِلْتُ عَلَى مِثْلِ حَمُولَتِهِ وَهِيَ حُمُولَةُ الرَّبِّ) cümləsini kəsərək cümləni təhrif etmiş və onu bu şəklə salmışlar: (ولقد حملت على مثل حمولة الرب)! (Nasibilərin təhrif edib yaydıqları mətni bir qədər sonra tam şəkildə qeyd edəcəyik). Başqa sözlə, Allahdan qorxuları olmayan nasibilərin etdikləri təhrif nəticəsində hədis bu şəkildə məna verməkdən: “mən onun (Peyğəmbərin) miniyi kimi bir miniyin üzərinə mindirilmişəm. O, Rəbbin minik etdiyi şeydir (yaxud: ona yüklənilən şey mənə də yüklənmişdir, o, Rəbbin yüklədiyi şeydir)“, bu şəkildə məna vermişdir: “mən Rəbbin miniyi kimi bir miyin üzərinə mindirilmişəm“!
Gördüyünüz kimi, hörmətli müsəlmanlar, iki cümlə arasındakı böyük fərq və təhrif açıq-aşkar ortadadır. Nasibilər hədisdəki peyğəmbərə aid cümləni kəsərək iki cümlədən bir cümlə çıxarmışlar. Beləcə cümlənin mənasını təhrif edərək İmam Əlinin (əleyhis-səlam) Rəbb kimi minik üzərində əyləşdiyini iddia etmişlər! Daha sonra da bu çirkin iftiranı şiələrə nisbət vermişlər! Biz buna bundan artıq şərh verməyəcəyik. Hörmətli müsəlmanlar özləri Allahdan qorxuları olmayan nasibilərin etdikləri bu çirkin və mənfur iş barəsində düşünsünlər və nəticə çıxarsınlar. Möhtərəm oxucu diqqətli olsun ki, bir qədər sonra belə bir təhrifə daha bir nümunə göstərəcəyik və bundan sonra bu şəxslərin dinsizliyi bir daha gün kimi aşkar olacaq."
İndi görürsən etdiyiniz səhv nədədir? Sən soruşursan ki, "bizim tərcüməmizdəki səhv nədədir?" Mən də sənə göstərirəm ki, sizin tərcümənizdəki səhv bax buradadır, sizin tərcüməni batildir, çünki, siz təhrif olunmuş mətni tərcümə etmisiniz. Ardınca da sosial şəbəkələrdə yaymısınız ki, şiələr ğüluvv edirlər, ay nəbilik Əlini allahlaşdırırlar, küfrün pik nöqtəsi... və s. Halbuki, bu "küfr"ü ortaya çıxaran sizin güvənib arxanızı yasladığınız həmin nasibilərdir, müsəlman qardaşım!
O ki qaldı, mənim etdiyim tərcüməyə, deyirəm:
İçinizdən bir adam çıxıb Yaşarın etdiyi tədlisləri müdafiə edə bilmədi, Yaşarın rüsvay olduğunu görüb başlamısınız ay nəbilib "..sa, ...sə" ilə olmalıdır cümlə, ay burda "in" var, ay orda əvəzlik var.. Qardaşım, sənin yazdığın o linkləri oxumamışam və oxumaqla qızıl kimi vaxtımı itirəcək də deyiləm. Amma, o "iradlar"dan birini mənə göstərdilər, and içirəm ki, güldüm. Bizim tərcüməmizdə zərfin, ədatın yerinə irad tutuan biçarə bizim tərcüməmizi güya düzəltmək istəyib, əvəzində ortaya elə bir erməni budaq cümləsi çıxarıb ki, istənilən ərəb dili bilən şəxs o cümləni görsə gülər. Əgər bütün iradlarınız o cürdüsə, onda səhərdən axşamacan nə qədər istəyirsiniz forumlarda, künclərdə-bucaqlarda yazın-pozun qardaşım, bizim üçün problem deyil.
Tərcümə prosesibdə ərəb dilinin konkret hamı üçün vacib olan yekdil bir qaydası yoxdur ki, hamı bu əsasda hərəkət etməlidir, ərəb dilinin ifadə imkanları genişdir, ərəb dilində məsələn, cümlədəki zərfliyi tərcümə zamanı əvvəldə də verə bilərsən, sonda da, heç kəs durub irad tuta bilməz ki, sən nöş əvvəldə yox axırda vermisə, yaxud "burada şərt ədatı işlənib, sən onu tərcümədə niyə filan formada vermisən" və s. Mühüm olan 1) cümlənin qramatik konstruksiyasını dərk edəsən, 2)hərəkələmədən xəbərdar olasan, 3)sözlərin tərcüməsini dəqiq biləsən və 4)Səhih tərcümə edəsən. Tərcümə zamanı hansısa ədatı qeyd etməmək, yaxud, xəbəri əvvəldə vermək və s. bunların - mətnin mənasına xələl gətirmədiyi müddətcə - heç bir problemi yoxdur. Bizim tərcümələrimizdə isə məna və məzmun xətası adına bir şey yoxdur, həməcur-ruaların hay-küylərinə isə fikir verilməz.
Buna gəlincə isə ki, insan xəta edə bilər və s., deyirəm: bəli, əlbəttə ki, insan xəta edə bilər. Biz məsum deyilik. Amma baxır nə cür xəta edirsən. Bizim Yaşara tutduğumuz iradlar bilirsən nə yöndə idi? Ey müsəlman qardaşım, bu insan sözləri hərəkələyə bilmir, bu bilirsən nə deməkdir? Bu o deməkdir ki, bu insan oxuduğu cümlənin mənasını bilmir, elə bilmədiyinə görə də nala-mıxa vurur, biz Yaşarın bu işini və tərsə-mayallaq tərcümələrini göstərmişik. Üstəlik biz bunu cəmi bir yerdə göstərmişik, qalan yerlərə heç toxunmamışıq da. Bizim o yazıda əsas işimiz Yaşarın müdəllisliyini ifşa etmək idi və onu da Allaha həmd olsun göstərdik. Buna nəsə iradın var?
Buna gəlincə ki, biz "forsluyuq" və s., bilin ki, bizim nə təkəbbür, nə lovğalıq və nə də yekəxanalıqla heç bir əlaqəmiz yoxdur. Biz Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) məktəbində dərs almışıq, sizi bilmirəm, bizə belə şeylər öyrədilməyib. Yaşara verilən rəddiyyə isə bəzilərinin ürəklərinə necə od qoyubsa hələ də özlərinə gələ bilmirlər, ona görə də "foslu", "yekəxana" və s. təhqiramiz sözlərlə atmaqla məşğuldurlar.
Sonuncusu, bizim əqidədə söyüş, təhqir ən çirkin əməllərdəndir. Biz hətta Yaşara yazdığımız yazıda belə sona qədər ədəbi gözləməyə çalışdıq. Amma sizin tərəf nə cür yanıb-yaxılıbsa, bizi tanımadıqları halda söyüş və təhqirin biri bir qəpikdən ardımıza güpəyiblər. Bax bu sözlərə: "Forsinkanın tərcüməsi...", "Adam gərək nə qədər naturalni uzunqulaq olsun ki...", "Olmayan ağlıva tüpürüm sənin..." və s. (Mən yazılarınızı tam oxumadığıma görə, görə bildiklərim bu qədərdir, görmədiklərimi Allah bilir).
İndi sənə sual verirəm, bu müsəlmanın ədəbindəndir? Yazdığı yazı yenə bir şey ola, tutduğu irad yenə bir şey ola, o da deyil, amma, söyüşlərə bax.. Müsəlmana yaraşan hərəkət deyil bu. Əlbəttə, biz bu cür şəxslərin səviyyəsinə enməmişik və enməyəcəyik də, əvəzində, bunlarla hesabımızı qiyamətə saxlayırıq, Allah özü ədalətlə hökm verəcək. Amma heç olmasa siz gözünüzü açın və kimin nə yolun yolçusu olduğunu görün.
- master_ier, Elmeddin и qulam это нравится