Перейти к содержимому


alizulfuqar

Регистрация: 28 ноя 2011
Offline Активность: 15 июл 2015 16:04

Мои сообщения

В теме: Ibni Teymiyyə

13 марта 2013 - 23:14

Allahı bu dünyada görmək olmaz, Qiyamətdə isə müsəlmanlar Allahı görəcək.

22. O gün neçə-neçə üzlər nurlanacaq
23. və öz Rəbbinə baxacaqdır.
24. O gün neçə-neçə üzlər də tutulub qaralacaq,
25. və yəqin edəcək ki, onlara müsibət artıq üz vermişdir.

Yəni, müsəlmanların Allaha necə baxacağını bilmirik, bu Qeybi aləmdi və Allaha baxanda belə ağıl Allahı dərk etməyəcək. Quranda necə gəlib elə də qəbul edirik, yəni təfsilata, təsvirə, keyfiyyətə, kəmiyyətə varmırıq, necə var elə də qəbul edirik.

В теме: Ibni Teymiyyə

05 марта 2013 - 12:25

Ay anti Əhli Beyt, oxu!

Allahı gözlə görüb əhatə etməyimiz mümkün deyil. Buna dəlil Allahın bu ayəsidir : «Gözlər Onu (görü b dərk etməz. O, gözləri dərk edər» (əl Ənam surəsi, 103) Gözlər Onu görsə də dərk edə bilməz. Allah həqiqi görmə ilə gözlə görülə bilər. Ancaq bu baxışla onu dərk etmək olmaz. Çünki Allah əhatə olunmaqdan daha Əzəmətlidir.
Allahın İsim və Sifətləri ağılla başa düşülməz. Zənlər, düşüncələr, təsəvvürlər onu başa düşüb dərk edə bilməz. O, da yaratdıqlarına nə zatında, nə əməlində, nə də isim və sifətlərində bənzəməz. Kimsə deyə bilər ki, bu sifətlərə biz də məxsusuq. Amma xeyir! İnsan görmə, eşitmə sifətlərinə malikdir. Lakin onun görməsi, eşitməsi Allahın görməsi, eşitməsi kimi deyildir. Çünki insan müəyyən bir həddə qədər görüb eşidə bilər, lakin Allah – subhanəhu və təala – üçün belə bir hədd yoxdur. Hətta elə bir hallar olur ki, ana öz oğlunu bağışlamır. Lakin Allah öz qullarına qarşı o, qədər rəhmli və mərhəmətlidir ki, onların bu qədər günah etmələrini bağışlayır.
İmam əbu Hənifə – rəhmətullahi aleyhi – bu haqda deyir ki, Onun sifətləri yaratdıqlarının sifətləri kimi deyildir. Onun bilməsi bizim bilməyimiz kimi deyil. Qüdrəti var, lakin bizim qüdrətimiz kimi deyil. Görür, lakin duyması bizimkinə bənzəməz. Danışır, lakin danışması bizimki kimi deyildir.
Çünki onun misli yoxdur. «De ki, Allah birdir. Allah möhtac deyildir. O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı bərabəri, bənzəri də yoxdur». (əl-İxlas 1-4).

Allah görmək barədə

В теме: Ibni Teymiyyə

05 марта 2013 - 10:16

Cənab lənətkar, al-Subki də deyilə bilər, əs-Subki də, bunu yaxşı bilirsən. Mən kiməm ki Öməri (Allah ondan razı olsun) xilas edim, Onun ruhu artıq Cənnətdə olan yaşıl quşların çinədanındadır. Mütə bölümündə də haqq aydın oldu, gətirdiyim hədisdə Ömərin (Allah ondan razı olsun) dilindən məlum oldu ki, Mütəni Peyğəmbər (səllallahu aleyhi və səlləm) qadağan etmişdir. İbn Teymiyyə ilə bu alimlər arasında ancaq Allahın isim və sifətləri barədə ixtilaf olub, bundan savayı əlhəmdulilləh əl-Subki, əl-Heytəmi və digər Şafi alimləri Əhli Sünnə alimləridir.

əl-Subki, əl-Heytəminin və digər alimlərin hər hansı bir hədisi zəif saymaması ondan irəli gəlir ki, onlara hər hansı ravinin zəif olması barədə xəbər gəlib çatmamışdır.

Verdiyin ehlitevhid saytı isə sələflərin saytı deyil.

В теме: Ibni Teymiyyə

04 марта 2013 - 16:29

Məsələn, Allah Quranda buyurur:
(Allah) buyurdu: “Ey İblis! Sənə mənim iki əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?” (Sad, 75)

Allah buyurdu ki, Adəmi iki əliylə yaratmışdır, biz də deyirik, eşitdik və tabe olduq, vəssalam.

В теме: Ibni Teymiyyə

04 марта 2013 - 12:33

Müəllif:İmam,əllamə,fəqih,Əhməd Şəhabuddin ibn Həcər əl-Heytəmi əl-Məkki,əş-Şafi (vəfatı 974 h.q) əhli-sünnənin alimlərindəndir. Kitab, əl-Fətəvə əl-Hədisiyyə səh.83-84

Vəhhabilərin ulu öndəri İbn Teymiyyə haqqında verilən sualın cavabında İbn Həcər əl-Heytəmi deyir:

وسئل نفع الله به بما لفظه : لابن تيمية اعتراض على متأخري الصوفية ، وله خوارق في الفقه والأصول فما محصل ذلك ؟

فأجاب بقوله : ابن تيمية عبد خذله الله وأضلَّه وأعماه وأصمه وأذلَّه ، وبذلك صرح الأئمة الذين بينوا فساد أحواله وكذب أقواله ، ومن
أراد ذلك فعليه بمطالعة كلام الإمام المجتهد المتفق على إمامته وجلالته وبلوغه مرتبة الاجتهاد أبي الحسن السبكي وولده التاج والشيخ الإمام العز بن جماعة وأهل عصرهم ، وغيرهم من الشافعية والمالكية والحنفية ، ولم يقصر اعتراضه على متأخري الصوفية بل اعترض على مثل عمر بن الخطاب وعلي بن أبي طالب رضي الله عنهما كما يأتي .
والحاصل أنْ لا يقام لكلامه وزن بل يرمي في كلّ وَعْر وحَزَن ، ويعتقد فيه أنه مبتدع ضالّ ومُضِّلّ جاهل غال عامله الله بعدله ، وأجازنا من مثل طريقته وعقيدته وفعله آمين

Allah xatirinə soruşur: İbn Teymiyyə müasir sufilərə etiraz edir, onun (İbn Teymiyyənin) özünəməxsus xarüqələri (qeyri-adi) fikirləri var, bundan hasil olan nəticə nədir?

Cavab verir: İbn Teymiyyə Allahın üzərindən nəzərini çəkdiyi bəndədir,Allah ibn Teymiyyəni xar,kar və kor edib yolundan azdırmışdır.
Əhli-sünnə rəhbərləri onun düşüncələrinin yanlış və sözlərinin yalan olduğunu söyləmişlər.Hər kəs onun etiqadından xəbərdar olmaq
istəyirsə,ictihad dərəcəsinə çatmış Əbul Həsən əs-Subki,onun oğlu ət-Təcuddin əs-Subki,şeyx, imam əl-İzz ibn Cəməa və onların müasir davamçılarının və Maliki, Şafei, Hənəfi alimlərinin kitablarını oxusun. O, müasir sufilərə etiraz etməklə kifayətlənməyib Ömər ibn Xəttab və Əli ibn Əbu Talibə də etiraz edib. İbn Teymiyyə sözləri dəyərsiz,bidətçi,başqalarını azdıran anormal bir şəxsdir.Allah özü ədalətilə onunla davransın və bizi onun əqidəsindən,tutduğu yolun şərrindən qorusun.Amin."

səh. 83-84 http://www.kl28.net/...view&post=13850
səh. 242-243 http://islamport.com.../ftw/1/2/6.html http://www.almeshkat...at=15&book=2548



əl-Heytəmidir, əl-Subkidir (Allah onlara rəhm etsin) əşari olmuşdular, yəni Allahı kəlam elmi ilə anlamışlar, şübhə yoxdur ki, onlar belə demişdilər. Biz Allah barədə onlardan götürmürük, çünki onlar Allahı kəlam elmi ilə, ağıl ilə anlamışlar. Bu isə düzgün deyil, çünki Allahı ağılla anlamaq mümkün deyil, bizim ağlımız onu anlamaz. Biz Allahı heç bir keyfiyyətə, təfsilata varmadan Allahın Özü özünü anlatdığı kimi anlayırıq.

Рейтинг@Mail.ru