Перейти к содержимому


Muksir

Регистрация: 30 дек 2011
Offline Активность: 15 апр 2013 10:11

Мои сообщения

В теме: Selefiliy=Vehhabilik

24 января 2012 - 22:26

Azərbaycanda mənhəcindən ayrılmayanın istiqamət üzrə olacağı vəd edilən "Əlbəni, Useymin, İbn Baz müqəddəs üçlüsünün" üzvü Abdul Aziz bin Baza bu haqda sual verildi:


يقول السائل: فضيلة الشيخ، يسمي بعض الناس عندنا العلماءَ في المملكة العربية السعودية بالوهابية فهل ترضون بهذه التسمية؟ وما هو الرد على من يسميكم بهذا الاسم؟

فصار أتباع هذه الدعوة ومن يدعون إلى توحيد الله من علماء التوحيد من علماء نجد وغيرهم يلقَّبون بالوهابية، فهو لقب معروف شريف وليس بمستنكر، فهو لقب أهل التوحيد والإيمان، من أهل الدعوة إلى الله عز وجل



"Sual - 6: Fəzilətli şeyx! Bizdə bəzi insanlar Səudiyyə Ərəbistanı alimlərini Vəhhabi adlandırır.
Siz bu isimlə razılaşırsınızmı? Sizi belə adlandıranlara nə cavab verilər?

İbn Baz böyük şirkə batmış ümmətin Muhəmməd bin Abdil Vəhhab tərəfindən necə "xilas" edildiyini uzun uzadı izahdan sonra deyir:

"... Beləcə bu dəvətçilər, tövhid və Nəcd alimlərindən həmçinin digərlərindən Allahın tövhidinə dəvət edənlər Vəhhabi adlanmağa başladı .
Bu məruf və şərəfli ləqəbdir, qınanan deyil!
Bu Allaha - azzə və cəll – dəvət edənlərdən tövhid və iman əhlinin ləqəbidir."

Qaynaq: Abdul Aziz bin Baz: Fətava Nurun alad Darb: 18
Mədərul Vatan


Əgər sizin alimlərinizə görə bu şərəfli bir ləqəbdirsə o zaman bunu daşımaqdan imtina etmənizi necə qiymətləndirək?


Sələfilərin ən mötəbər əsərlərindən biri olan və içərisində onların ən böyük şeyxlərinin fətvalarının toplandığı "Əd Durərus Səniyyə fil Əcvibətin Nəcdiyyə" adlı əsərin bir çox yerində Vəhhabilik etirafları mövcuddur:


1. Muhəmməd bin Əş Şeyx Abdil Lətif bin Abdir Rahmən özünün Vəhhabi dinində olduğunu iqrar edərək deyir:

وصار بعض الناس : يسمِّع بنا معاشرِ الوهابية ، ولا يعرف حقيقة ما نحن عليه، وينسب الينا، ويضيف إلى ديننا ما لا ندعوا اليه



"Bəzi insanlar, bizim düşüncələrin həqiqətini bilmədən biz Vəhhabilər camaatını tənqid edir, bizə və bizim dinimizə dəvət etmədiyimiz şeyləri nisbət edirlər..."

2. İslam dininin müşriklərdən ayrılmaq olduğunu və onlar arasında qalıb onlara buğz edənin belə imanının olmadığını, bu mövzuda üzr bəyan edən bədəvilərinə izah edən Muhəmməd bin Əş Şeyx Abdil Lətif bin Abdir Rahmən deyir:

قلتم: هؤلاء كفار، هؤلاء مشركون، وليس معهم من الدين شيء، وأنهم يعلمون أنا نبغضهم، وأنا على طريقة الوهابية، وتظنون أن هذا هو إظهار الدين، فأبطلتم به وجوب الهجرة , فليس الأمر كما زعمتم



"Deyirsiniz: "Onlar (Əhli sünnətdən olan müsəlmanlar) kafirdirlər, müşrikdirlər, Dinlə heç bir əlaqələri yoxdur. O kimsələr mənim onlara buğz etdiyimi və Vəhhabi təriqətində olduğunu bilirlər".
Bu etdiyinizi dini izhar etmək zənn edərək bununla hicrətin vacibliyini ibtal edirsiniz...
Halbuki, məsələ sizin zənn etdiyiniz kimi deyil."


3. Abdul Latif bin Əş Şeyx Abdir Rahmən bin Həsən özünün Vəhhabi dinində olduğunu iqrar edərək deyir:


فأبيتم هذا كله، وقلتم هذا دين الوهابية، ونعم هو ديننا بحمد الله



"(Bütün bu zikr etdiklərimizdən) üz döndərərək "bu Vəhhabilərin dinidir" dediniz.
Bəli! Allaha həmd olsun bu (Vəhhabilik) bizim dinimizdir!"


Qaynaq: İbnul Qasim Ən Nəcdi: Əd Durərus Səniyyə: 1/566, 8/433, 12/267
1417/1996


Kitabın başqa yerlərində də bu kəlimə tez tez işlədilir. Gördüyümüz kimi, sələfi şeyxləri özlərinin Vəhhabilik təriqəti, hətta dini üzr olduqlarını rahatlıqla qəbul edirlər. Bəs görəsən davamçıları niyə israrlı şəkildə bu adı inkar edirlər?



Vəhhabi adını qəbul edənlərdən biridə "sələfi" alimlərdən Muhəmməd Xalil Hərrasdır. O, öz firqəsini müdafiə üçün bir kitab yazmışdır. Kitabın adı isə belədir "Vəhhabilik Hərəkatı" (الحركة الوهابية).
Bu ismi özləri üçün qəbul etmiş və bütün kitab boyu rahatlıqla bu addan istifadə etmişdir.
Maraqlananlar kitabı bu linkdən endirib oxuya bilərlər.


Özünün Vəhhabi olduğunu qəbul edib, məzhəbini müdafiə üçün kitab yazanlardan biridə Muhəmməd Əhməd İsmaildir. O yazdığı kitaba "Vəhhabilik Haqda Mülahizələr" (خواطر حول الوهابية) adını vermişdir.
Kitabı bu linkdən endirib oxumaq mümkündür.


Özünü fəxrlə Vəhhabi adlandıran və bu mövzuda kitab yazanlardan biri də "sələfilərin" kral yanlısı şeyxlərindən, oxucuya artıq məlum olan Suleyman bin Səhməndir.
Onun kitaba verdiyi ad isə belədir:

الهدية السنية و التحفة الوهابية النجدية لجميع إخواننا الموحدين من أهل الملة الحنفية والطريقة المحمدية


"Əl Hədiyyətus Səniyyə vət Tuhfətul Vəhhəbiyyətun Nəcdiyyə li İxvaninəl Muvəhhidin min Əhlil Millətil Hənifiyyə vət Tariqatil Muhəmmədiyyə"



Ağıl sahibləri üçün kitabın bəzi başlıqları:



إذعان علماء مكة لدعوة الوهابية سنة 1218هـ
Hicri 1218-ci ildə Məkkə alimlərinin Vəhhabilik dəvətinə tabe olması
ما فعله الوهابية بمكة
Vəhhabilərin Məkkədə etdikləri
مذهب الوهابية والأصول والفروع
Vəhhabilik məzhəbi: Üsul və Furu
المذاهب وكتب التفسير والحديث عند الوهابية
Vəhhabilərə görə məzhəblər, təfsir və hədis kitabları


Sözü gedən kitabı bu linkdə online oxumaq mümkündür.

Alinti http://ehlitevhid.co...?showtopic=1745

В теме: Müaviyyəni (L) yaxşı tanıyın

02 января 2012 - 20:40

Xorasanın böyük alimlərindən, Alləmə Saduddin Ət Təftəzəni (712-793 h/1312-1390 m) insanların və cinlərin müftisi ləqəbini daşıyan Ömər Ən Nəsəfinin “Əl Aqaid Ən Nəsəfiyyə” isimli risaləsini şərh edərkən Muaviyə və Yezid haqqında bunları dedi:


وبالجملة لَم يُنقَلْ عن السلف المجتهدين والعلماءِ الصالحين جواز اللَعْن على معاويةَ وأعْوانه؛ لأنّ غايةَ أمرهم البغي والخروج عن طاعة الإمام الحقِّ، وهو لا يُوجِب اللَعْن، وإنما اختلفوا في يزيدَ بن معاويةََ، حتى ذُكر في «الخُلاصة» وغيرها: أنه لا ينبغي اللَعْن عليه ولا على الحجَّاج؛ لأنَّ النبيَّ عليه الصلاة والسلام نهى عن لَعْن المصلّين، ومَن كان مِن أهل القِبْلة، وما نُقل مِن لَعْن النبي عليه الصلاة والسلام لبعض مِن أهل القِبْلة فلِما يعلم مِن أحوال الناس ما لا يعلمه غيره. وبعضهم أطلق اللَعْن عليه لِما أنه كفر حين أمر بقتل الحسين رضي الله عنه، واتفقوا على جواز اللَعْن على مَن قتله أو أمر به أو أجاز ورضي به. والحقّ: أن رِضا يزيدَ بقتل الحسين واستبشارَه بذلك وإهانةَ أهل بيت النبي عليه الصلاة والسلام مما تواتر معناه وإن كانت تفاصيله آحادًا، فنحن لا نتَوقَّف في شأنه بل في إيمانه، لَعْنة الله عليه وعلى أنصاره وأعْوانه



“Ümumiyyətlə müctəhid olan sələfdən və saleh alimlərdən Müaviyə və onun yardımçılarına lənətin caizliyi nəql edilməmişdir. Çünki, onların elədiyi ən nəhayətində bəğy (zülm və üsyan) və qanuni/legal İmamın itaətindən çıxmaq idi. Bu hərəkət isə lənətə layiq deyil.
Onlar (sələf alimləri) ancaq Yezid bin Muaviyə haqqında ixtilaf ediblər. Hətta “Əl Xuləsa” * və digər kitablarda nə ona (Yezidə) nə də Həccaca lənət edilməməsinin lazım olduğu zikr edilmişdir. Çünki, Nəbi – aleyhissalatu vəssalam – namaz qılanlara və Əhli Qiblə olanlara lənət eləməyi qadağan etmişdir. Nəbinin – aleyhissalatu vəssalam – Əhli Qiblədən bəzilərinə lənət oxuması haqda gələn rəvayətlər isə, onun insanların haqqında başqalarının bilmədiyini bilməsi ilə izah edilə bilər.
(Sələfdən) Bəziləri isə onun (Yezidin) Hüseynin – Allah ondan razı olsun - qətlinə əmr verdiyi zaman küfrə düşdüyünü əsas alaraq ona lənət oxumuşlar.
Bununla yanaşı onlar (sələf alimləri) onu öldürənə, öldürmə əmri verənə, icazə verənə və buna razı olana lənət oxumağın caizliyində ittifaq etmişlər.
Doğru olan budur ki, Yezidin Hüseynin – Allah ondan razı olsun – ölümünə razı olması, buna sevinməsi, Nəbinin – aleyhissalatu vəssalam – Əhli Beytinə xəyanət etməsi detalları əhəd olsada mənası mütavətir olan şeylərdəndir.
Biz onun (Yezidin) halı haqqında tərəddüddə deyilik, əksinə imanı haqda tərəddüddəyik **.
Allahın lənəti onun, yardımçılarının və köməkçilərinin üzərinə olsun.”



Qaynaq: Saduddin Ət Təftəzəni: Şərhul Aqaidin Nəsəfiyyə: 102-103
Misir: Məktəbətul Kuliyyətil Əzhəriyyə: 1408/1988
Təhqiq: D. Əhməd Hicazi Əs Saqqa

Qaynaq - 2: Saduddin Ət Təftəzəni: Şərhul Aqaidin Nəsəfiyyə: 107-108
İstanbul: Məktəbətu Yasin: 1429/2008



* Əl Xuləsa adlı kitabdan qəsd edilən Məvəraunnəhr alimlərindən Tahir bin Əhməd İftixarud Din Əl Buxarinin (v. 542) “Xuləsatul Fətəva” adlı kitabıdır. Hənəfi məzhəbində mötəbər kitablardandır.

** Alləmə Təftəzəninin “əksinə imanı haqda tərəddüddəyik” sözü iki şəkildə başa düşülə bilər: Müsəlman olmasında şəkk etmək və kafir olduğunu söyləmək. Mənə mətndən zahir olan qəsd edilənin ikinci məna olduğudur. Ona lənət oxumasə da bu ehtimalı gücləndirir.
Şeyxin bu sözləri haqda Zeyn Əl İraqi belə deyir: “Onun “əksinə imanı haqda tərəddüddəyik” sözünün mənası “əksinə biz onun imanının olmadığı haqda tərəddüddə deyilik”dir. Onun kəlamının əvvəli və axırı bunu göstərir.”

В теме: Müaviyyəni (L) yaxşı tanıyın

02 января 2012 - 20:38

Hafiz İbn Hacər Əl Əsqalaniyə (773-852 h/1372-1449 m) Yezidə lənət və onu sevmək haqqında verilən sual və onun cavabı:

سئل شيخنا رحمه الله عن لعْن يزيدَ بن معاوية وماذا يترتَّب على من يحبّه ويرفَع من شأنه فأجاب: أما اللعْن فنقل فيه الطَبَري المعروف بالكِيَا الهَرَّاسي الخلافَ في المذاهب الأربعة في الجواز وعدمه فاختار الجواز ونقل الغَزالي الخلافَ واختار المنع وأما المحبّة فيه والرفْع من شأنه فلا تقَع إلا من مبتدعٍ فاسدِ الاعتقاد فإنه كان فيه من الصفات ما يقتضي سَلْب الإيمان عمن يحبه لأن الحبَ في الله والبغضَ في الله من الإيمان والله المستعان

“Şeyximizə (İbn Hacərə) - rahimahullah - Yezid bin Muaviyəyə lənət edilməsi və onu sevən və şanını ucaldanın halı soruşuldu.
Cavab: Onu lənətləməyə gəlincə Əl Kiya Əl Hərrasi olaraq tanınan Tabəri bu mövzuda dörd məzhəbdə caiz olub olmamasında ixtilaf olduğunu nəql etmiş və (lənət oxumağın) caiz olması görüşünü seçmişdir. İmam (Əbu Hamid) Ğazali ixtilaf nəql etmiş və (lənət oxumağın) caiz olmadığı görüşünü seçmişdir.
Onu (Yezidi) sevmək və onun şanını ucaltmağa gəlincə bu ancaq fasid etiqadlı bir bidətçidən vaqe olar! Çünki, onda (Yeziddə) elə sifətlər var ki, bu sifətlər onu sevənin imandan məhrum olmasını tələb edir. Çünki, Allah üçün sevmək və Allah üçün nifrət etmək imandandır. Allahu Mustaən!”

Qaynaq: İbn Hacər Əl Asqalani : Əl İmta: 1/96
Beyrut: Darul Kutubil İlmiyyə: 1418/1997


В теме: Müaviyyəni (L) yaxşı tanıyın

02 января 2012 - 20:35

Məşhur Muhəddis Əhməd bin Əli Ən Nəsainin (215-303 h/830-915 m) Müaviyə bin Əbi Sufyan haqqında rəyini Zəhəbi, İbn Kəsir, İbni Xallikan, Daraqutni və başqaları bizlə nəql etmişlər:


قالوا : ودخَل إلى دِمَشْقَ , فسأله أهلُها أن يحدِّثَهم بشئ مِن فضائلِ معاويةَ , فقال: أما يَكفِي معاويةَ أن يذهَبَ رأسًا برأسٍ حتى يُروى له فضائل ؟ فقاموا إليه فجعَلوا يطعُنونَ في حِضْنَيْه حتى أُخرِج مِن المسجدِ الجامعِ ، فسارَ مِن عندِهم , فقصَد مكةَ , فماتَ بها في هذه السَنةِ , وقبرُه بها .
هكذا حَكاه الحاكمُ عن محمدِ بنِ إسحاقَ الاصبهانيِّ عن مشايخِه .
وقال الدارَقطْني: كان أفْقهَ مشايخِ مصرَ في عصرِه ، وأعْرفَهم بالصحيحِ والسَّقِيمِ مِن الآثارِ ، وأعرفَهم بالرِّجال ، فلما بلَغ هذا المبلَغَ حسَدُوه , فخرَج إلى الرَّمْلةِ ، فسُئل عن فضائلِ مُعاويةَ فأمسكَ عنه , فضرَبوه في الجامعِ ، فقال : أخْرِجوني إلى مكةَ ، فأخرَجوه وهو عليلٌ ، فتُوفِّي بمكةَ مقتولاً شهيدًا .
قال الحاكمُ : مع ما رُزق النسائيُّ مِن الفضائلِ رُزق الشهادةَ في آخِرِ عُمُرِه، وماتَ بمكةَ سنةَ ثلاثٍ وثلاثمائة ...

وحكى ابنُ خلِّكانَ : أنه توفِّي في شعبانَ مِن هذهِ السَنةِ ، وأنه إنما صنَّف « الخَصائِص » في فضْلِ عليِّ وأهلِ البيتِ ، لأنه رأى أهلَ دِمَشْقَ حينَ قدِمها في سنةِ ثَنَتيْنِ وثلاثمائةٍ عنْدَهم نُفْرةٌ مِن عليٍّ ، وسألوه عن معاويةَ فقال ما قال ، فدفَعوه في حِضْنَيْه فماتَ



" (Təracim yazarları) Dedilər: (Nəsai) Dəməşqə getdi. Dəməşq əhalisi ondan, Muaviyyənin fəziləti haqqında bir şeylər danışmasını istədi.
Nəsai dedi: Muaviyyənin başabaş qurtarması (özünü qurtarması) yetmirmi ki, üstəlik bir də onun fəziləti haqqında nəsə rəvayət edilə?
Qalxıb onu üzərinə yeridilər və böyürlərinə vurdular və nəhayət böyük məsciddən çıxarıldı.
Nəsai oradan Məkkəyə döndü və orada o ildə vəfat etdi. Qəbri də ordadır.
Hakim, bunu eyni şəkildə Muhamməd bin İshaq Əl Əsbəhani yoluyla onun şeyxlərindən nəql etmişdir.
Daraqutni dedi: (İmam Nəsai) Misir şeyxlərinin ən fəqihi, hədislərin səhihini və zəifini ən yaxşı tanıyanı, "rical"ı ən yaxşı biləni idi.
Bu mərtəbəyə çatdıqda insanlar ona həsəd elədilər o da (Fələstinin) Ər Rəmlə şəhərinə getdi. Orada ondan Müaviyənin fəziləti haqqında soruşsalar da susub cavab vermədi. Məscidin içində onu döydülər.
Məkkəyə götürülməsini istədi və xəstə olduğu halda onu Məkkəyə götürdülər. Məkkədə məqtul, şəhid olaraq öldü.
Hakim dedi: Nəsaiyə bu qədər fəzilətlə yanaşı ömrünün sonunda şəhid olmaq da nəsib oldu. Məkkədə hicri 303-cü ildə vəfat etdi...

İbn Xallikanın nəql etdiyinə görə o, bu ilin Şaban ayında vəfat edib. Nəsai Əlinin və Əhli Beytin - Allah hamısından razı olsun - fəziləti haqda "Əl Xasais" adlı bir kitab təsnif etmişdi. Çünki o 302 ci ildə Dəməşqə getdiyi zaman onların Əliyə nifrət elədiyini görmüşdü.
Ona Müaviyə haqqında sual verdilər o da deyəcəyini dedi (pislədi). Əhalidə onun böyürlərinə vurmağa/itələməyə başladı və o vəfat etdi."


Qaynaq: İbn Kəsir: Əl Bidayə vən Nihayə: 14/794-795
Daru Həcr: 1419/1998


В теме: Müaviyyəni (L) yaxşı tanıyın

02 января 2012 - 20:33

Ammar bin Yasir Şamlıları/Müaviyə tərəfdarlarını təkfirdən çəkindirmiş, lakin onların fisq və zülm etdiklərini deməyi uyğun görmüşdür. Bunu Beyhaqiİbn Əbi Şeybə rəvayət etmişdir. Rəvayətin sənədi haqqında təməl kitablarda məlumat tapa bilməsəmdə, bəzi təhqiq kitablarında "həsən li ğayrih" qeydini gördüm.

İmam Əbu Bəkr Əl Beyhaqi (384-458 h/994-1066 m) "Əs Sunənul Kubra" adlı hədis məcmuasında deyir:

أخبرنا أبو زكريّا بن أبى إسحاقَ أخبرنا أبو عبدِ الله بن يعقوبَ حدثنا محمد بن عبدِ الوهّاب أخبرنا جعفرُ بن عونٍ أخبرنا مِسْعَرٌ عن عبدِ الله ِبن رَباحٍ أن عمّارًا رضى الله عنه قال : لا تقولوا : " كفَر أهلُ الشامِ " ولكن قولوا : فسَقوا أو ظلَموا


"Hədis: 16761: Əbu Zəkəriyyə bin Əbi İshaq – Əbu Abdillah bin Yaqub – Muhəmməd bin AbdilVəhhəb – Cəfər bin Avn – Misar bin Abdillah bin Rəbah: Ammar (bin Yasir) Allah ondan razı olsun dedi:
"Şam Əhli (Müaviyə tərəfdarları) küfr etdilər" deməyin! Lakin "fisq etdilər" və ya "zülm etdilər" deyin
!"


Qaynaq: Əbu Bəkr Əl Beyhəqi: Əs Sunənul Kubra: 8/302
Beyrut: Darul Kutubil İlmiyyə: 1424/2003


İbnu Əbi Şeybə Şeybə (159-235 h/776-849 m) "Əl Musannəf" adlı hədis məcmuasında deyir:


حدثنا وَكِيعٌ ، عن حَنَشِ بنِ الحارثِ ، عن شيخٍ له يقال له رِياحٌ ، قال : قال عمّارٌ : لا تقولوا : " كفَر أهلُ الشامِ " ، ولكن قولوا : " فسَقوا , ظلَموا "

حدثنا وكيعٌ ، عن مِسْعَرٍ ، عن عبدِ الله ، عن رِياحٍ ، عن عمّارٍ ، قال لا تقولوا : " كفَر أهلُ الشامِ " ، ولكن قولوا : " فسَقوا , ظلَموا


"Hədis: 38997: Vəki- Hanəş bin Əl Haris - Riyah adlı bir şeyxi: Ammar (bin Yasir) dedi:
"Şam Əhli (Müaviyə tərəfdarları) küfr etdilər" deməyin! Lakin "fisq etdilər", "zülm etdilər" deyin!"

"Hədis: 38998: Vəki – Misar – Abdullah – Riyah – Ammar (bin Yasir):
"Şam Əhli (Müaviyə tərəfdarları) küfr etdilər" deməyin! Lakin "fisq etdilər", "zülm etdilər" deyin!"


Qaynaq: İbnu Əbi Şeybə: Əl Musannəf: 21/407
Darul Qiblə: 1427/2006


Рейтинг@Mail.ru