Перейти к содержимому


palchiq

Регистрация: 27 мар 2009
Offline Активность: Скрыто

Мои темы

Duaya ehtiyacı olan insanlar..

22 февраля 2010 - 08:48

Ana ətri

Dünən xəstəxanaya getmişdim..
Xəstəxanaya ürək xəstəliyindən əziyyət çəkən bir qadın gətirmişdilər..Xəstənin əri ..reanimasiya şöbəsinin işçilərindən giley-güzar edir və onlardan şikayət edirdi..Kişiyə yaxşınlaşıb dedim:
-Nədən narazısınız? onsuz da reanimasiya şöbəsinə.. həkimlərdən başqa heç kimi buraxmırlar..
Kişi..yanında gələn qız uşagını ( qızın yaşı hardasa 14-15 olardi) mənə göstərin dedi:
-Oglum, mən özümə görə narahat deyiləm.. qoy bu uşagı öz anasının yanına buraxsınlar! Bu uşaq ..dilaez xəstəsidir..O, nə görür, nə eşidir, nə də danışa bilir.
Ancaq anasının iysi ilə yaşayır..Anası yanında olmadıgına görə sakit ola bilmir..heç olmsa anasının baş tərəfində oturar, onun nəfəsini alar..

P.S. Möminlərdən xahişim budur ki, bu xəstə ananın sagalması üçün dualar etsinlər.
Allah səbəb salsın..Amin.

dünyanın ən gözəl tablosu..

20 февраля 2010 - 17:43

Günlərin birində məhşur bir rəssam...dünyanın ən gözəl tablosunu çəkmək qərarna gəlir..
Bunun üçün də o, uzaq bir səfər çıxmaga qərar verir
Yol ilə gedərkən qarşısına yaşlı bir insan çıxır..Rəsam ondan soruşur:
-Dünyanın ən gözəl şeyi nədir?
Yaşlı adam deyir:
-İman.
Rəssam öz yoluna davam edir..Bu dəfə onun qabagına toy-düyün mərasimi çıxır. Rəssam bəy və gəlinə yaxınlaşıb...onlardan sual edir:
-Dünyanın ən gözəl şeyi nədir?
Onlar dedilər:
-Dünyada ən gözəl şey ..Eşqdir.
Rəssam yenə də öz yoluna davam edir. ..
Bu səfər onun qarşısına əsgəri xidmətdən evinə təzəcə dönən zabit çıxır..Rəssam ondan soruşur:
-Dünyanın ən gözəl şeyi nədir?
Zabit cavab verib, deyir:
- Dünyada ən gözəl şey ..Sülh və əmin-amanlıqdır.
Rəssam bir xeyli fikrləşir və düşünür:- İman, Eşq və Sülh...bunların rəsm tablosunu nece çəkim?
Elə bu fikirlə evinə dönür...və evinə daxil olanda... dünyanın ən gözəl tablosunu görür:
Uşaqlarının məsum baxılarında iman...
Həyat yoldaşının gözündə eşq...
Evində isə sülh və əmin-amanlıq...


Изображение

Gülümsə..

17 февраля 2010 - 17:52

Bir gün yağış yağırdı,
Bir qız inək sağırdı,
Qız məni sevmirdisə,
İnək niyə mənə baxırdı?

Övliya və ariflərin həyatından..

02 января 2010 - 13:37

Burаdа mәrhum Аyәtullаh Burucеrdi ilә әlаqәdаr оlаn bir hаdisәni хаtırlаtmаq yеrinә düşәrdi.
Mәn Qumdа оlаn dövrdә İrаnın mәşhur хәtiblәrindәn biri bu şәhәrә gәlmişdi. Оnunlа görüş mәnim hücrәmdә kеçirilir, оnu görmәk istәyәnlәr dә bizim hücrәyә gәlirdi. Qumdа оlduğu vахtdа bir nәfәr оnu münаsib оlmаyаn vахtdа Аyәtullаh Burucеrdinin еvinә аpаrmışdı. Hәmin vахt dа Аyәtullаh Burucеrdinin хаric dәrsinin bаşlаnmаsınа bir sааt qаlmışа tәsаdüf еdir vә о böyük şәхsiyyәt dә, аdәti üzrә, hәmin vахtdа tәdris еdәcәyi dәrsin mütаliәsi ilә mәşğul оlduğundаn hеç kәsi qәbul еtmirdi. Qаpını döyüb хidmәtçiyә dеyirlәr ki, аğаyа dе ki, filаnkәs sizin görüşünüzә gәlmişdir. Хidmәtçi bu sözü Аyәtullаh Burucеrdiyә çаtdırır. О, dеyir ki, qаpıyа gәlәn şәхsә dеyin ki, mәnim hаl-hаzırdа mütаliә vахtımdır, bаşqа vахtdа gәlsinlәr. О hörmәtli şәхs dә qаyıdır vә tәsаdüfәn hәmin gün dә öz şәhәrinә gеtmәli оlur.
Hәmin gün Аyәtullаh Burucеrdi dәrsә gәlәrkәn mәni hәyәtdә görüb buyurdu: “Dәrsdәn sоnrа filаnkәsi görmәk üçün sәnin hücrәnә gәlәcәyәm.” Mәn dеdim ki, аrtıq о gеtmişdir. О buyurdu: “Оnu görsәn, dе ki, sәn mәnim görüşümә gәldiyin zаmаn mәnim şәrаitim, еynilә sәnin çıхış еtmәk üçün hаzırlаşdığın vахtdаkı vәziyyәtin kimi idi. Mәnim ürәyim istәyirdi ki, еlә bir vахtdа görüşәk ki, mәnim bütün fikirlәrim аzаd оlsun vә birlikdә yахşı söhbәt еdәk. О zаmаn mәnim mütаliә vахtım idi, mәn tәdris üçün hаzırlаşırdım.”
Bir müddәtdәn sоnrа hәmin şәхsi gördüm vә Аyәtullаh Burucеrdinin üzr istәmәsini оnа çаtdırdım. Еşitmişdim ki, bә’zilәri оnа, Аyәtullаh Burucеrdinin bu işi qәsdәn еtmәsini, оnа hörmәtsizlik еtmәk mәqsәdi ilә qаpıdаn qаytаrmаsını dеmişdilәr. Mәn о şәхsә dеdim: Аyәtullаh Burucеrdi sizin görüşünüzә gәlmәk istәyirdi, аncаq sizin gеtdiyinizdәn хәbәrdаr оlduqdа üzr istәdi.
О zаmаn оnun dеdiyi sözlәr hеç vахt mәnim yаdımdаn çıхmаz. О dеdi: Mәn zәrrә qәdәr incimәdim, әksinә çох sеvindim dә. Çünki biz аvrоpаlılаrı tә’riflәyib dеyirik ki, оnlаr hәr şеyi üzә dеyir vә yеrsiz tәkliflәr еtmirlәr. Mәn әvvәlcә оndаn vахt аlmаğı unudub münаsib оlmаyаn şәrаitdә оnun qаpısınа gеtdim. Bu kişinin çох аçıq-аşkаr dаnışmаsındаn хоşum gәldi: о dеdi ki, mәnim hаl-hаzırdа işim vаr, vахtım yохdur. Mәnim vахtsız gәlişimdәn nаrаhаtçılıq hissi kеçirib mütаliә üçün аyırdığı vахtdа оnа mаnеçilik törәtmәyim yахşı оlаrdı, yохsа sаdәcә üzrхаhlıq еşidib gеri qаyıtmаğım?! Mәn çох sеvindim ki, о, аçıq-аşkаr, hеç bir şеydәn çәkinmәdәn mәni qәbul еtmәdi. Kаş müsәlmаnlаrın böyük ruhаnilәri vә yüksәk din хаdimlәri dә bu cür dәqiq vә sәmimiyyәtli оlаydılаr!

( Ustad Mutəza Mütəhhərinin dilindən..)

Həyat sizə nə öyrətdi?

31 декабря 2009 - 13:43

çoxları deyirlər ki, Həyat da insan üçün bir müəllimdir...
sədəcə bizə dərs deyən müəllimlərdən bir az fərqli..
çünki, Həyat adlanan müəllim..adi müəllimlərdən fərqli olaraq ..
...əvvəlcə İmtahan götürür, sonra Dərs verir!..
maraqlıdır...bu Həyat adlanan müəllim Sizlərə hansı dərsləri öyrətdi..?

P.S. Sən öyrətdin sən mənə..
..gözlərimin yaşını ..
...gizlin-gizlin silməyi.
( B. Vahabzadı)

Рейтинг@Mail.ru