Перейти к содержимому


Efqan Eldost

Регистрация: 01 апр 2009
Offline Активность: 07 апр 2009 04:22

Мои сообщения

В теме: İslam və demokratiya

07 апреля 2009 - 04:22

Hormetli babulhavaij70 yazirsanki:

- Cavablarimi oxuyub nezer verdin.Lakin tam megzi javabsiz qaldi.Soruşmuşdum ki dünyada ən ali və üstün zəka və təfəkkür sahibləri kimlərdir...və ardınca.....Hem ona cavab istəyirəm həmdə əlavə.Quran əgər vaxtilə bu ayəni(Bəqərə surəsi111)yəhudilərə veribsə bu o deməkdir kii müsəlmanlara aid deyil?Sən deyə bilərsənmi quran müsəlmana necə gəldi danış deyir!?Afqan bir sözlə buyur görək fikrincə quran kimin kitabı olar1)Allah-taalanın)2)Hz peyğəmbərin)Yarısı peygəmbərin və yarısı Allahın!Hələ bunlar bir yana Afqan Allahı bir kainatın yaradanı kimi qəbul edirsənmi?Ola bilsin deyəsən yox,.(bəlkə)Əvvəl bunu həll etməli sonra da quran kimin kitabı və daha sonra Peyğəmbər kim və hansı şəxsiyyətdir.Afqan tarixən Allahın inkar edənlərin çoxu min cür dəlil və sübutla rastlaşıblar amma daim kənar qaşıblar.Dögrusu hələ tam bəhs etməmişdən qabaq sualım budur.Əgər sənə tam yəqin olsa ki quranda nə var haqq və dogrudur və Allahın vəOnun peyğəmbərinin əmri sözsü icra olunmalıdır,yenədə inkar edəsən ya etiraf edərsən.Yaxsa vaxtımızı hədər boş və mənasız diskussiya aləminə niyə həsr edəkşGəzmək və əylənmək üçün park və baglar var.Ümüdvaram sual və fikirlərimə diqqətli cavab verərsən.


Ilk novbede Admine teshekkur ediremki qirmizi ve boyuk shriftleri sildiyi uchun, sag olki oz neytralligini qoruyb saxlayirsan ve inaniramki aramizda fikir ayriligi olmasina baxmayaraq sona qeder bu bele olacaq.

Sene gelince babulhavaij70 , axi dostum sen meni qiyabide olsa taniyirsan, biz seninle e-mailleshirdik axi. Neye lazimdir boyuk ve qirmizi herfler? Yoxsa zenn edirsenki men gormurem onlari? Sadece suallarinin bu movzu ile hech bir elaqesi yoxdur ve mende bashqa movzu burda achmaq istemirem. Eger isteseydim, o qeder forumlar var girib yazardim. Ammaki buna ne vaxtim, nedeki duzu maragim var. Birdeki axi biz seninle azda olsa bu movzulara toxunmushuq, neye lazimdir onlari tezden burda muzakire etmek. Bir sheyi bil qardashim, bu forumda ishtirak etmeyimin esas sebebi meqalemin Omar adli istifadechi terefinden muzakireye chixarilmasidir. Bir muellif kimi burda ishtirak etmeyi munasib bildim. Chunki ona yazdilarki o siteye birde girme, bu yazi cefengiyatdir ve ya islam ozu demokratiyadir – konkret bir adam ona cavab vermedi, neye gore cefengiyatdir ve ya islam hansi yerinde demokratiyadir. Bilirsen niye, chunki Omar ele bilirki onun islam haqqinda biliyi azdir, bashqalari ondan chox bilir amma derk etmirki Azerbaijandaki muselmanlarin 95% onun veziyyetindedir. Hech ki oxuyub oyrenmir, ancaq din adamlarinin dediklerini yoxlamadan heqiqet qebul edir, ona gorede biri islama qarshi bir shey yazanda ye onu islam baresinde biliyinin olmamasinda yadaki yehudi cesusu olmaqda ittiham edirler. Ona gore bu forumda ishtirak ediremki men oz movqeyimi mudafiye etmeye haziram (elbetteki yanlsih olmaq ehtimalim hemish var, sadece subut etmek lazimdir).

O ki qaldi, Beqere sureside 111 ayeye, bilirsen eger gedib bir az axtarish eleseydin, mene sual vermeyine ehtiyac qalmazdi. Olsun, bu defe hormetim oldugu uchun senin ishini evezine gorek.

Beqere, aye 111
Yəhudilər və xaçpərəstlər) dedilər: “Cənnətə yəhudilərdən və xaçpərəstlərdən başqası girməyəcək!” Bu, ancaq onların xülyalarıdır. (Ya Rəsulum!) Onlara söylə: “Əgər (bu sözü) doğru deyirsinizsə, dəlilinizi gətirin!”

Bu ayeye diqqetle baxanda her shey aydindir, elave sherhe ehtiyac yoxdur. Bu ayeye gore - yehudi ve xristianlar iddia edirlerki ancaq onlar cennete gedecek, bu ayede "nazil" olur, Mehemmed onlara soyleki subut edin. Bu ayeden achiq gorunurki sohbet yehudi ve xristianlardan subutdan gedir, muselmanlardan yox, chunki islama gore muselmanlar ancaq cennete gedecek. Olduqca sade bir sheyi murekkebleshdirirsen.

Yazirsanki:
- Afqanın dediyi----Ibn Abbas neql edirki, peygember soylemishdirki, eger evlenmeyen bir kishi bashqa kishi ile cinsi elaqeye girerse, onlari olenecen dashlayin. (Sunnah Abu dawud, cild 3, sehife 1245, nomre 4448) eyni sheyi 4447 de de oxuya bilersen.
Afqan cavab versin.Həzrət Rəsul nə etməli idi?Həmcinsbazlara əlavə mükafat verməli idi ya,,,?Niyə homosexsuallara bəraət qazandırırsan?Yoxsa bu hədisi gətirməklə(əgər düzdürsə )iradını Peygəmbər ünvanına niyə aid edirsən?

Birincisi meqalede sohbet islam ve demokratiyanin muqayisesinden gedir – cinsi azliqlarin huququndan. Men harda onlara beraet qazandirdim. Yazdimki onlara hormetim olmasada onlarinda huquqlari var ve hech kimin haqqi yoxdurki onlarin huquqlarini ellerinden alsinlar. Diger terefden elbetteki Mehemmed bir peygember kimi onlarin oldurulmesine icaze vermemeli idi. Muasir zamanda butun demokratik ve inkshaf etmish olkelerde onlarin huquqlari taninir, chunki bu olkelerin bashinda duran adamlar Mehemmeden daha merhemtlidirler.

Yazirsanki:
- sənin sözün......islamda isə bütün cinsi azlıqlar daş qalaq olunaraq vəhşicəsinə öldürülməlidir.!!!!!!!
Əfqan mən dedim QURANDAN SİTAT GƏTİR ƏFQANİSTAN və İRANDAN YOX.!!!

Yazimi yuxarida birde oxu zehmet olmasa, yazmisham islamda yeni islama gore Qurana gore yox ve ne sebebden menden Qurandan aye isteyirsen, yoxsa senin fikrince islam Quranla kifayetlenir. Axi kechen defe yazdimki sheriet qanunlari baresinde eshitmisenmi? – Eger Quran islamda konstutsiyadirsa, sheriet qanunlari onun tenzimleyeci qanunlaridir. Sheriet qanunlari muselmanin dogum gununden olene qeder heyatini tenzimleyir, mehz bu qanunlara gore sen bilirsenki ne haramdir, ne halal ve ya gundelik heyatinda ozunu nece aparmalisan ve s. Ona gorede yazdimki Iranda asirlar, Efqanstanda (taliban herkati) dash divar uchurdurdu onalrin bashina ve s. – bir sozle islam qanunlari ishleyen olkelerde onlari oldururler. Amma sen dostum bunlardan netice chixarmaq evezine, yapishdin bir Quran kelmesinden, ve bir neche defe bunu qeyd edirsen – fikirleshirsenki nese sehv tapmisan. Bilirsen dostum, men muselman mentalitetini yaxshi bilirem, onlar islam haqqinda butov bir meqalede bir sehv axtarirlarki butun meqalenin yanlish oldugunu desinler. Ona gorede yazilarimda maksimum diqqetli olmaga chalishiram. Ammaki dostum sen sozlere “ilishmekle” heqiqeti tapa bilmersen. Eger dogurdanda dine hevesin varsa oxuyub oyreneceksen, bilmemek eyib deyil, ammaki bilmediyin movzu etrafinda muzakireler de aparmaq meslehetli deyil.
Xahish edirem sozlerimden incime, sadece bir melehetdir verdim, izlemersen shexsi ishindir.

Yazirsanki:
- Afqan bəy imkan olsa CİNSİ AZLIQ ifədin bir az aydın izah et.Bunu deyəndə sən məqsədində nəyi tutursan (bu ifadən bir az şəffaf deyil)

Meslehet gorerdimki bele xirdachiliqlara vaxtivi chox serf etmeyesen, yeqinki cinsi azliqlarin kim olduqlarinin menden gozel bilirsen. Men burda meqalemi mudafie edirem, cinsi azliqlarin kim oldugunu achiqlamgi yox. Diqqetive gore teshekkurler.


AbdulWahhab adli istifadechi yazirki
Le ilahe illalahın demokratiya ile elaqesi nedir?Allahın hökmlerini çoxluğun hökmlerine tercih etmek.Bu ki,islama ziddir.

Tamamile haqlisan, mende yazimda onu gostermek isteyiremki islam demokratiya deyil ve burdada meqalemin cefengiyyat ve bosh soz olmasi haqqinda iddialar esasizdir. Eger forum ishtirakchilarinin ekseriyyeti senin kimi dushunerse, bizim meqaledeki bashqa fikirleri muzakire etmeye artiq ehtiyac qalmaz, dolaysi ile menim yazimin heqiqeti temsil etdiyi subuta yeter. Saq ol.

В теме: İslam və demokratiya

06 апреля 2009 - 22:55

Xosh gorduk dostlar, bu muddet erzinde sebirlilik gosterib elave sherhler yazmadiginiz uchun teshekkur edirem.

El Feth yazir
- Məhz buna görə də mən Sizə deyirəm ki, Siz heç vaxt həqiqi islamda olmamısız, buna görə də mənim hiss etdiyimi hiss edə bilməzsiz. əlbətdə ki, bu elə-belə sözlər deyil, məni tanıyanlar bilirlər ki, mən havaya söz danışan deyiləm və sözümün dalında duranam. Lazım olsa sözlərimi sübut edərəm.

El Fath men senin semimiliyine shubhe etmirem, amma dostum senin semimiliyin senin haqli olmagina delalet etmir, chunki sen insansan ve butun insanlar kimi sehv etmeye mehkumsan. Diger terefden sene gore peygemberin dogum yeri olan Seudiyye Erebstani ve ya Pakistanda esl islam yoxdur, yoxsa sizin fikrinizce butun sunnuler sehvdir ancaq shieler haqlidir? Eger beledirse, siz fikirleshmirsinizki, muselmanlarin 85%-ni teshkil eden sunnuler sehvdirlerse, onun 15%-ni teshkil eden siz shieler 8 defe artiq sehv ola biler? Unutmaki ancaq fanatlar ozlerinin haqli olduguna inanirlar, mudruk adamlar ise her sheye shubhe edirler.

Yazirsanki:
- Mən demədim ki, niyə hədislərə istinad edirsiz? Hədislərə istinad etmək lazımdır. Mən yazdım ki, Siz səhv alimlərin və onların kitablarına istinad edirsiz və ona görə də həqiqi islamdan anlayışınız olmayıb. Bunlar islam alimləri yox, onun düşmənləri olublar.

Senin fikrince Ibn Ishaq, Ibn Hisham, Tabari ve ya Vaqidi sehvdirler? Ve ya Sehih Buxari ve Sehih Muslim sehvdirler? Bagishla kobud seslensede, axi sene kim ixtiyar veribki bu insanlari xain ve dushmen adlandirasan? Axi bu adamlar xaindirlerse onlarin hedisleri bir yana ozlerini oldurerdiler. Bu adamlar deqiq oldugu uchun onlara Sehih adi verilib. Diger terefden eger Ibn Ishaq ve ya Ibn Hisahami qebul etmirsense, sen hardan bilersenki Mehemmed kimdir? Beli bu kitablar onun olumunden 150-200 il sonra yazilib, ammaki unutma peygember haqqinda en qedim kitablar bunlardir – bashqasi yoxdur. Eger bu senin movqeyindirse ve sen bu tarixi delilleri qebul etmirsense, onda men bir az de ireli gedib iddia ediremki ummumiyyetle Mehemmed adli shexs olmayib, bu ereb hokmdarlari terefinden uydurulumush ve bashqa olkeleri ishgal etmek meqsedile yaradilmish bir mifdir – indi buyur bu menbelere istinad etmeden subut eleki yanlisham. Unutmaki bu muellifleri danan sensen men yox, ve ona gorde ister Ibn Ishaqin “Sira Al Rasullah”ve ya hedislerden istifade ede bilmersen.


Yazirsanki:
- Yaxşı, gəlin faktlara istinad edək. Orta əsirlərdə islam alimləri bütün elmlər üzrə irəlidə idilər və avropa alimləri bu günki günlərinə görə məhz islam alimlərinə borcludurlar. Bu gün islamın bu gündə olması üçün isə biz Avropa və ABŞa borcluyuq, çünki onlar Siz islam ölkələri adlandırdığınız ölkələri satın alıblar və bu "islam" ölkələri kafir Avropa və ABŞ üçün işləyir, onların əmrlərinə tabe olurlar. Avropa və ABŞ islam ölkələrinə deyir ki, nə edirsiz edin, biz sizə hər işdə kömək edərik, amma təhsilinizi inkişaf etdirməyin, xalqınızı savadlandırmayın və elmlə məşğul olmayın. Məhz buna görə də islam ölkələri (bəziləri) çox varlı olsalarda savadları yoxdur, heç bir texnoloqiyaları yoxdur və onlar hər şeydə Avropa və ABŞdan asılıdırlar. Məhz buna görə də Avropa və ABŞ İranla düşməndir və bu ölkəni məhv etmək istəyirlər, çünki İran onlara tabe olmayaraq hərtərəfli inkişaf edir. Bu da Avropa və ABŞı çox qorxudur, çünki islam güclənir.

Bu barede chox yazmayacam, ammaki muselmanlarin en geride qalmasinin bashlica sebebi ancaq ve ancaq islamdir – bu haqda artiq yazmisham ve tekrarlamaq istemirem , istesen buyur buda linkler girib oxuya bilersen.

http://www.almaqezet...od=view&id=3812
http://www.almaqezet...od=view&id=3819


Sadece elave edimki, yeter artiq bu ABS ve ye Avropani her sheyde ittiham etmek. Zeif insan butun ugursuzluqlarinda bashqalarini ittiham edir, guclu ise hemishe gunahi ozunde axtarir. Dediyin alimlerin choxu eslinde muselman olmayiblar, sadece muselmanlarin hokmranliq etdiyi erazilerde yashayiblar. Sadece bu insanlar islam haqqinda yaxshi bir soz deyiblerse bu onlarin yashadigi sheraitden ireli gelib. Bunu bilmek uchun ise onalrin ister heyatlarini istersede yazilarini derinden oxumaq lazimdir. SSSRi dovrunde yeqinki kimse kommunizm haqqinda pis soz deye bilmezdi, ammaki bu hechde o demek deyil o zamanlar hami kommunizimi sevirdi. Birdeki unutmaki bu insanlar Abbasi xelefeleri zamaninda meydan geldiler ve onun suqutundan sonrada qeyb oldular. Chunki Abbasiler olduqca liberal insan idiler ve elme chox qiymet verirdiler. Hetta islamchilarin fexrle qeyd etdiyi Reza Zakeriyye kimi dahi bir shexs deyendeki “bu ozlerine peygember adi vermish kechi saqqallilar etrafina arvad, ushagi yigib var dovlet toplayirlar, Aristotelin ve Platonun eserleri bunlarin "ilahi kitablarindan" besheriyyete daha chox xeyir vere biler” – Abbasiler onu oldurmediler, duzdur butun eserlerini yandirdilar. Sadece shieliyin bir qolu olan Ismailliler terefinden onun eserlerinin bir hissesinin saxlanmasi neticesinde biz gorurukki bu adam oz zamanesinde ( 8-ci esrde ) olduqca dahi bir adam olmush, ilk defe olaraq bir chox xesteliklerin (qizilca) dermanini tapmishdir.

O ki qaldi ABS ve Avropanin islam rehberlerine tehsili inkshaf etmemesi uchun teklifleri, bilirsen gel esasiz iddialari ireli surme, bura mescid deyilki bele sheylerle gencleri aldadasiz. Ele yazirsanki sanki onlarin yaninda olmusan – Hech Azerbaijandan qiraqda bir muselman olkesinde olmusanmi? Ele Azerbaijani gotur – Quran azerbaijanca tercumesine baxmayaraq vetenimizdeki muselmanlarin 90% hech onu bir defe de olsa oxumayib o ki qaldi bashqa elm olsun. Muselmanlarin oxumaqla arasi yoxdur, oxuyanlarin ise ekseriyyeti islami terk edirler – ozlerini 7-ci esr insanlarindan ferqli oldughunu basha dushurler. Yeterki Nobel mukafatini almish eslen Pakistanli olan Dr. Abdul Salamın sözləri xatirladim “Ancaq bir universal elm var; onun problemləri və modallıqları beynəlxalqdır. Xristian elmi, hind elmi, yəhudi elmi olmadığı kimi, islam elmi deyilən bir elm də yoxdur. Biz alimlər bəşəriyyətə mənsubuq, nəinki hər hansı bir dinə, çünki biz biliklərimizi dini kitablardan deyil, elmi kitablardan alırıq”.

Yazirsanki:
- Siz əgər Səudiyyədə oxumusuzsa onda bilməlisiz ki, hər müsəlman tərəfindən yazılan səhih deyil və dərhal qəbul olunmur. Xüsusən də Sizin şəxsi fikriniz bizim üçün dəlil ola bilməz, çünki Siz heç müsəlman da deyilsiz. Burda şəxsi fikirlər heç bir rol oynamır, bu elmi mübahisədir və dəgər islam alimlərinin rəyini gətirəsiz, əsasən də gərək o rəy haqda icma olsun, çünki elə alim var ki, bir məsələ haqda bir cür fikirləşir, o biri alim isə başqa cür.

Birincisi din elm deyil, bir dunya gornushudur ve ona gorede elmi yox mentiqi mubahisedir. Ikincisi, men fikirlerimi Qurana ve hedislere istinad soyleyirem, bunun uchunde mutleq muselman olmaga ehtiyac yoxdur.. Sozunden bele chixirki Stalini diktator adlandirmaqdan otru mutleq kommunist olmaq lazimdir ve ya Hitleri muhakime etmek uchun fashist olmaq lazimdir –budaki yanlish movqeydir.

Yazirsanki:
- İcma isə hamı və ya əksər alimlər tərəfindən qəbul olunmuş bir şeydir. Siz özünüz yazırsız ki, peyğəmbərin ölümündən sonra 150-200 il yaşayan ibn Hişamın Siratında filan şey var. Sizcə peyğəmbəri görməyən insan onun haqqında dürüs söz yaza bilər? Düzdür, o kimlərəsə (xəbəri çatdıran ravilərə) istinad edə bilər. Bu halda biz o insanları kimliyini öyrənib bu xəbərin səhihliyi haqda məlumat aldıqdan sonra onu qəbul edə bilərik. Yəgin ki, bizimlə sözbətlə Siz səhlənkarlıq edərək bizə hər oxuduğunuz xəbərləri səhih kimi təqdim etməyəcəksiz, çünki biz Sizim yuxarıda qeyd etdiyiniz kitabların təxminən 90% səhih hesab etmirik. 100% səhih yalnız Qurandır! Digər xəbərlər yoxlanılıb cavablandırılacaq.

Bu haqda artiq yuxarida cavab yazdim.

Yazirsanki:
- Siz bəzi şeyləri çaşdırırsız! Konkret islamla müsəlmanları. İslam şəriətdir (qanundur), müsəlman isə o qanunu qəbul edəndir. Amma müsəlman həmişə o qanuna riayət etmir axı. İndi Siz bir namaz qılıb, amma hərdən bir arağ içən müsəlmanı görsəz deyəcəksiz ki, islam dini budur və Quran buna icazə verir? Belə deyil axı.

Xeyir sizinle razi deyilem. Meqalelerimi oxusaz goreceksinizki men hedefimde ancaq Quran ve onun muellifi Mehemmeddir, muselmanlar deyil. Muselmanlarin boyuk ekseriyyeti chox gozel, mehriban insanlardir ve bunun islamla hech bir elaqesi yoxdur – sadece onlar bu ideologiyanin qurbanlaridirlar ozleride bilmirler. Beyem butun kommunistler veya fashistler pis adammi idiler? Esla yox.

Yazirsanki:
- Siz mənə nahaq müsəlmanları misal gətirirsiz. Biz əvvəldən Sizinlə danışdıq ki, Quran və sünnətə (hədislərə) arxalanaq. Siz mənə Qurandan sübut gətirin ki, Allah-təala zorakılığı caiz bilib və müsəlmanlara digər müsəlman və qeyri müsəlmanları zorlamağa icazə verir.

Bu bizim movzumuz olmadigindan elave vaxt ayirmaq istemirem – istesen sonda bu barede genish bir movzu achariq. Sadece sene xatirlatmaq isteyiremki, evvelki yazinda meni esasiz ittiham edirdinki men bashqalirinin qadinlari zorlamasina beraet qazandiriram ammaki Qurana gelende ittiham edirem – indi ise yazirsanki Qurandan subut getir – Movqeyinde stabillik yoxdur, tez-tez deyishir. Evvelce Quranda zorlamaga beraet qazandirirsan sene yazandaki bu size gore “allahin” kitabidir – indide mene deyirsen subut ele. Eger subut isteyeceksense niye beraet qazandirirsan yox eger beraet qazandirirsansa niye subut isteyirsen?

Yazirsanki:
- Burda Siz artıq xətaya yol verdiz. Əvvəla mütə müvəqqəti nigandır, yagin ki, nigah sözünün mənasını bilirsiz. Sonrası isə mütə də adi nigah kimidir, fərqi isə yalnız onun müddətindədir. Bu haqda ayrıca mövzumuz var, istəsəz orda müzakirə edə bilərik.

Bizim movzu ile elaqesi olmadigi uchun qisa yazacam. Beli haqlisan muta muveqqeti nigahdir – yeni muddetli. Kishilerin oz ehtiras hissini odemek uchun gozel bir vasitedir. Mutanin muddeti minimum 3 gundur, qadinlar ise 45 gun gozlemelidirler. Kishi ise 3 gunden sonra bashqasi ile “muta” ede biler, yeterkli muddet bitdikde onlar arsinda razilahmish pulu (mehri) qadina versin. Exlaqsizligin resmileshmesi bashqa nece ola biler – demek qadin her 45 gunden bir bir kishiye bedeni verir ve pulunu alir. Yoxsa senin fikrince orda Qurandan sure oxundugu uchun halaldir. Yeni diger fahishelerin gunahi bedenlerini satanda mollanin Qurandan sureler oxumamasindadir. Her halda qalsin, gel evvelce butun meqalemi muzakire edek, sonra bashqa movzulara toxunariq. Sadece zehmet olmasa nezere alki, azad vaxtim olduqca azdir..

Yazirsanki:
- Əksinə Şair düz deyir, çünki oğru mal oğrayır, amma bu cinsi azlıqlar öz əmməlləri ilə insanların ruhunu və mədəniyyətini məhv edirlər. Mən daha onlardan yaranan xəstəliklərdən danışmıram. Onların əlindən bir-iki insan yox, kütlə zərər çəkir.

Şair duz deye biler ancaq sene ve senin kimi dushunenlere gore, ammaki insanligi seven ve butun insanlarin huququnu taniyan insanlar uchun ise yox. Demek senin gozunde hech bir cinayet etmeyib oz shexsi heyatini yashayan adam ogrudan pisdir. Bir sheyi bahsa dushki normal kishi denizde hansisa kishini bedenine baxmaz ve ya baxib ehtirasa gelmez, bu insanlarda ise eksinedir. Bu onlarin gunahi deyil, bunun tibb eliminde artiq sebebleri melumdur. Ve bu insanlar yazdigin kimi kutle deyil, ozu kimi insanlarla elaqe qura bilerler. Diger terefden dinive gore onlari allah yaradib, demek sehv yaradib, buna baxmayaraq o biri dunyada onlari yandiracaq. Butun semavi dinler buna qarshidir, chunki qedimde insanlar ele bilirdilerki bu cur insanlar sonradan bele sheylerle meshgul olurlar, amma artiq islamdan bashqa o biri dinlerin uzvleri onlarin huquqlarini taniyirlar, chunki bilirlerki bu onlarin gunahi deyil.

Unutmaki meqalemde Demokratiya ile Islami muqayise etmishem, meqsedim subut etmek olubki islam demokratiya ola bilmez ve din adaminin qazetde yazdigi “Demokratiya dunyaya islamla gelib” yanlishdir ve insanlari aldatmaq meqsedi gudur. Ona gorede yazmishamki Islamda cinsi azliqlar gunahi olmadan bele oldurulmelidirler, demokratiyada ise eger insan hech bir cinayet toretmirse, hech bir qanunu pozmursa dovletin onun shexsi heyatina qarishmaga ixtiyari yoxdur. Demeli sende tesdiq edirsenki oldurulmelidirler. Chox gozel, demeli men haqliyam, istediyimde ele budurki subut edimki duzgun muqayise etmishem. Bunu hell etdik, indi zehmet olmasa buyur bahsqa bir hisseni gotur (insan huquqlari, beraberlik, soz azadligi ve ya her hansi bir shey) muzakire edek.


Sonda yazirsanki:
- Vay, vay, vay.
Saxtakarlıqla məşğulsuz?
Maidə 102 məgər bunu deyir? Deyir ki, ey müsəlmanlar kor-koranə qəbul edin? Bəs ondan əvvəlki ayə nə deyir, ona baxmamısız?
101 - Ey iman gətirənlər! Sizə bəlli olunca qanınızı qaraldacaq şeylər barəsində soruşmayın. Əgər onlar haqqında Quran nazil edildikdə soruşsanız, onlar sizə aydın olar. (Lakin pis vəziyyətdə qalar və kədərlənərsiniz). Allah onları (indiyə qədər verdiyiniz bu cür sualları) bağışladı. Allah bağışlayandır, həlimdir! (Bəndələrinə əzab verməkdə tələsən deyildir!)
102 - Sizdən əvvəl bir tayfa (belə lüzumsuz şeyləri) soruşmuş, sonra da buna görə (onlara aid olan hökmləri inkar edib yerinə yetirmədikləri üçün) kafir olmuşdu.
Bu ayələr ümumiyətlə Sizin dediyiniz haqda nazil olmayıb. Bu ayələrin nazil olma səbəbi budur:
Bir gün peyğəmbər (s) həcc haqda xütbə deyirdi və Allahın müsəlmanlara həccə getmələrini əmr etdiyini dedi. Bu vaxt səhabələrdən biri peyğəmbərə sual edərək dedi: Ya rəsuləllah, bu il, ya hər il? Peyğəmbər cavab vermədi. Səhabə yenə də soruşdu, amma peyğəmbər yenə də cavab vermədi. Səhabə təkid etdikdə peyğəmbər ona dedi: Niyə təkid edirsən? "Əgər mən müsbət cavab versəm sizə hər il həccə getmək vacib olar və Siz bunu edə bilməsəz Sizə günah yazılar. Ona görə də səbr edin və gözləyin o vaxta qədər ki, mən Sizə nəsə deyim". Bu vaxt bu ayələr nazil oldu.


Meni yanlishliqda yox bir basha saxtakarliqda ittiham edirsen, eybi yox qoy sen deyen olsun ammaki evvelce bunu subut et. Bu barede bir az sonra. Ilk novbede yaz gorum bu ayenin ne zaman nazil oldugunu hardan bilirsen? Axi ozun yazdinki bu adamlar xain ve dushmendirler, onlarin yazilarini qebul etmirsen? Yoxsa sene olar, mene chatanda olmaz? Sozunle emelin uygun gelmir, incime!!!
Yazirsanki 101-ci aye niye baxmamisham - haradan bilirsenki baxmamisham? Shexsi ittihamlara chox yer verme, konkret olaraq movzu etrafinda yaz. 101-ci ayeye birde bax – sahebe sual verir Mehemmed ise iki defe cavab vermir, 3-cu defe ise deyirki gözləyin o vaxta qədər ki, mən Sizə nəsə deyim. Ondan sonraki 102-ci ayede ise deyirki bele luzumsuz suallar vermeyin yoxsa imaniniz iter ve kafir olarsiz – yeni cehennemde yanrsiz. Sual sorushmagi qadagan etmek bashqa cur nece olar? Bunu uchunde boyuk dushunce sahibi olmaga ehtiyac yoxdur.

Tutaqki men sene deyiremki men peygemberem, sen al Fethde menden delil subut isteyirsen – cavabimda sene bu olurki, chox sual verme, gozle vaxt gelende subut eleyerem. Bir de mene bele menasiz suallar verme, yoxsa inamin mene iter , cehenemde yanarsan. Aydindirki meqsedim seni sual vermekden chekindirmekdir, bunu uchunde hetta seni cehennem ezabi ile hedeleyirem. Qisa ve sade.

Sonda, yazima cavab yazarken bildir gorum hansi menbeye istinad edirsen? Birdeki bir shey yazanda mutleq menbeyi goster.. Diqqqetive gore teshekkurler..

В теме: İslam və demokratiya

06 апреля 2009 - 05:38

Dostlar xosh gorduk, men uzr isteyirem haminizdan bu gun chatdirmadim, amma mutleg sabah - daha dogrusu bu gun axshama qeder vaxt tapib etrafli cavab yazacam, sebrli ve temkinli oldugunuz uchun teshekkur edirem.

В теме: İslam və demokratiya

02 апреля 2009 - 05:45

Xosh gorduk dostlar, yazima bildirdiyiniz munasibetlere gore teshekkurler. Ister Palchiq istersede al-Fath adli istifadechinin fikri ile tam raziyamki bu forum umumi muzakire mekanidir ve her kesin oz fikrini ifade etmek haqqi var. Sadece dostlar, kechen defe fikrimi duz ifade etmedim, men eslinde onu demek isteyirdimki konkret olaraq meqalemin bir hissesini ve ya meqalemde bir fikri goturub onun etrafinda muzakireler aparaq. Onda daha asan olar neinki eyni vaxtda bir neche movzu achsaq. Bax artiq bir neche nefer oz fikrini bildirib ve her biri oz yazilarinda mueyyen suallar qaldiriblar. Indi men eger sizlerden bezilerine cavab yazsam , bezilerine yox bu bir nov onlara qarshi hormetsizlik olar. Ammaki gozel bilirsiz men tekem, ve hamiya cavab vermek sadece imkanim xaricindedir.

- Al-Fath , yazirsanki “forumda təhqir edənləri cəza gözləyir, fərqi yoxdur o kimdir” – qardash bu fikirlerini iki elle algishlayiram ve inaniramki bu sona qederde bele olacaq. Inaniramki aramizda fikir ayriligi olmagina baxmayaraq sonda bir dost kimi ayrilacayiq.

- Sonra yazirsan “Mən Sizin məsləhətinizə qulaq asaraq yazdıqlarınıza böyük şübhə ilə yanaşıram. inanmıram ki, Siz mənim kimi islama sid hisslər keçirəsiz, çünki yazınızı axıra kimi oxuduqda anladın niyə Siz islamdan üz döndərmisiz. Bu məhz Sizin ozuduğunuz kitablar ucbatından olub (Sirat ibn Hişam, ibn İshaq). Sizin kimi Salman Ruşdi də həmişə islama qarşı olan yazılarında Səhih Buxari və bu tip kitablara istinad edir. İslam dini qaranlıq ola bilməz, çünki qaranlıqda yaşayan ərəb və digər xalqları xilas etdi.”

Dostum, sen menim adimdan nece yaza bilersen? Neye gore sizler fikirleshirsinizki eger kimse islama qarshi bir shey yazirsa o adam hech vaxt muselman ve ya dindar olmayib. Bilirsinizmiki dine qarshi yazanlarin boyuk ekseriyyeti kechmishde qati dindarlar olublar. Men qardash islami onun dogum veteni olan Seudiyye Erebstaninda oyrenmishem ve ondan sonra ise diger ereb olkesinde dini biliyimi guclendirmek meqsedi ile ust uste texminen 3,5 il kechirmishem. Hetta Pakistanda indiki Taliban herakatinin ichinde olmusham – duzdur 4 ayliq gondermishdirler ammaki 2 aydan sonra qayitdim . Chunki orada ilk defe olaraq inamimi yox aglimi ishletdim, shubhe etmeye ve suallar sorushmaga bashladim. Bir shubhe o birisine, bir sual o biri suala aparib chixartdi ve 3 ilde elave olaraq daxilimde bir mubarize getdi, inana bilmirdimki bu qeder yanilmisham ve islam dini haqqinda yalan, uydurulmush sozlerle ozumu aldatmisham. Ele bilmeki bu chox asan bir sheydir. Sozlerime inanmaga mecbur deyilsen, sadece bildirmek isteyiremki eger men yazdiqlarima emin olmasaydim onu qazete vermezdim ve ya bu gun siznile burada muzakire aparmazdim. Elebetteki, sizlerden ferqli olaraq yene bildiriremki yanlish ola bilerem ve inaniramki mentiq ve delilerle bunu subut edeceksiniz.

O ki qaldi yazirsanki niye Ibn Ishaqa ve ya hedislere istinad edirem, dostum senden semimi bir cavab isteyirem umumiyyetle islam tarixi ve ya peygemberinizin heyati haqqinda bir shey oxumusanmi? Eger biz bu menbelerden imtina etsek umumiyyetle neinki Qurani basha dushmekden, hetta islamin bir chox “adetlerinden” mehrum olariq. Yox eger sehv ediremse, onda zehmet olmasa bu menbelere istinad etmeden, de gorum Zeyd ve ya Zeyneb (sure 33:37) ve ya Abu Leheb (sure 111) kimdirler? Ve ya namazi nece qilirsan ?


- Yazirsanki islam erebleri ve diger xalqlari qaranliqdan xilas edib – hansi melumata esasen bunlari yazirsan, hansi xalqi islam azad edib? Ona goredirmiki bu gun dunyanin en geride qalan, kasib, acliq ve cahalet ichinde mehv olan, savadsizligin bash alib getdiyi olker islam olkeleridir. Faktlara istinad ele, ozuvu aldatma dostum.

- Yazirsanki “ Biz əlbətdə ki, Sizinlə söhbət etməyə razıyıq, amma şəxsən mənim Sizi geriyə, dinə qaytarmaq fikrim yoxdur. Həmçinin Sizin fikirlərinizi də dəyişmək istəmirəm. Siz öz yolunuzu seçdiz, bu Sizin öz işinizdir. Amma, Siz yazırsız ki, "konkret olaraq, istinad etdiyiniz menbeyi gosterin"! Siz ki, dindən çıxmısız, bu halda bizim dəlilləri qəbul edəcəksiz?”

Dostum, adeten bir sheyi muzakire edende qarshi terefi inandirmaga ehtiyac yoxdur. Sen oz fikirlerini yazirsan mendeki oz fikirlerimi, burda esas rolu oxucular oynayirlar, onlar bizim fikirlerimizi oxuyub kimin haqli ve ya yanlish oldugunu mueyyen edirler. O ki qaldi menbelere, menim bashqa chixish yolum varmi? Istinad etdiyeim menbeler ya Quran, yadaki peygemberin olumunden 150-200 il kechdikden sonra mehz muselmanlar terefinden yazilan ya Sirat ul Resullulahdir, hedislerdir birdeki Quranin tefsirleri – qisasi men sizin menbelerden istifade edirem, bashqa menbeler yoxdurki.

Yazirsanki -
Gəlin Quranı və şəriəti təhrif etməyək və dəlillə danışaq. Siz nəyə əsasən əsir düşmüş qadınlarla cinsi əlaqəni fahişəlik adlandırırsız? Və birdə ki, xahiş edirəm fahişəliklə adi (halal) cinsi əlaqənin fərqini yazın. Tarixdən gördüyümüz kimi bütün müharibələrdə dinsizlər də əsir götürülmüş qadınları zörlayıblar (həmçinin onları və digər insanları qətlə yetirib, mallarını talan ediblər). Buna nəzərə alaraq necə olur ki, Siz onlara bəraət qazandırırsız, amma müsəlmanları ittiham edirsiz?


Dostum , 1-cisi esir dushmush qadinlarla cinsi elaqe fahishelik adlanmir, bu cinsi zorakiliq adlanir. Sonra, men harada dinsizlerin qadinlari cinsi zorlamasina beraet qazindirmisham – ayibdir axi qardashim adima iftira atirsan. Men umumiyyetle, tekce qadinlarin deyil, butun nov zorakiliga qarshiyam. Diger terefden, tarixin hansi dovrunde kishiler isteyiblerki onlari oldurub qadinlarina zorakiliq etsinler? Beli haqlisan muharibeler zamani bele sheyler olur, ammaki unutma Islam buna bir ideologiya olaraq resmi shekilde icaze verir, bashqa hech bir ideologiyada bele shey gormezsen. Ferz edekki, muharibelerde bele sheyler bash verir, bu Quranda yazilana beraet qazandirirmi? Axi sizlere gore bu allahin kitabidir? Dogurdanda inanirsan “merhemtli” allah bele iyrenc sheye revanc versin? Hansi muselman kishi isteyerki onu ya oldurub yadaki gozleri qarshisinda arvadini zorlasinlar, elbetteki hech kim, amma siz buna beraet qazandirirsiz. 1971-ci il Pakistan esgerleri Bangladesdhe hucum ederken 3 millyon adam oldurduler ve resmi shekilde texminen 250 min qadini (qeyri resmi 3 defe artiq) zorladilar, baxmayaraqki onlarda muselman idiler. Sadece Pakistanda din adamlari Banqladeshleri kafir adlandirdilar ve buda onlara bele iyrenc sheyi etmeye esas verdi, chunki Quran icaze verir. Yeri gelmishken eyni sheyi erebler bizi ishgal edende nenelerimizin bashina getiribler, teesufki onlarin neveleri bu vehshiliye bereat qazandirirlar.

O ki qaldi fahisheliye, Hedislerle yanashi, Quranda kifayet qeder sureler var – erebce bu muta adlanir. Bu gun Iranda gensih istifade olunur bu metoddan sige adi altinda. Bunu ilk defe xelife Omer qadagan etdiki biabirchiliqdir, ammaki shieler deyirlerki kimdi xelife Omer, Quranda allah icaze verir , peygember raziliq verib. Eger istesen bu barede genish muzakire aparariq.



- Shair adli istifadechi yazir “ Cinsi azlıqları filanı müdafiə etmək lazım deyil. İndi biz oğrunu, cinayətkarı həbs edib cəza verməsək nə olar? hərc mərclik. Bu cür azlıqlar da özlərinə qarşı cianyət edirlər + camaatı da yoldan çıxardırlar.”


Xahish edirem yazanda bir az mentigli dushunub yazin. Cinsi azliqla ogurlugun ve ya cinayetin ne elaqesi var? Elbetteki cinayetkarlar cezalanmalidir, ammaki cinsi azligin numayendesi ogurluq etmirse, kimise oldurmeyibse dovletin ne haqqi varki onu cezalandirsin? Sizlere gore onu allah yaradib, o biri dunyada allah onlari sehv yaratmagina baxmayaraq onsuzda yandiracaq, bele olan halda dovlet niye onlari oldurmelidir. Men shexse bir shexs kimi onlara hormet etmirem, ammaki basha dushuremki onlarda insandirlar ve bu onlarin tebietdir.


- Babulhavaij70 – e-maile gore teshekkur edirem, eger size cavab e-mail yazmasam inaniramki incimersiz, chunki ele burda oz fikirlerimiz bolushdure bilerik.
Mene Qurandan misal getirdin “” (Bəqərə surəsi111)قل هاتوا برهانکم ان کنتم صادقین

Yeqinki gozel bilirsenki bu aye yehudi ve xristianlardan delil isteyir muselmanlardan yox. Islamda ise muselmanlarin subut istemek haqqi yoxdur. Eger Mehemmedin heyatini oxusan, goreceksenki butperestler ondan subut isteyende deyirdiki onlar kar ve kordurlar. Muselmanlara ise Quranda aye var – onu shubhe etmeden oldugu kimi kor korane qebul etmek eks halda cehennem odu ile hedelenirler. El Meide 5 sure 102 aye

Sizdən əvvəl bir tayfa (belə lüzumsuz şeyləri) soruşmuş, sonra da buna görə (onlara aid olan hökmləri inkar edib yerinə yetirmədikləri üçün) kafir olmuşdu.

Yazirsanki Qurandan delilim varmiki, “cinsi azlıqlar daş qalaq olunaraq vəhşicəsinə öldürülməlidir” – dostum sen ilk novbede bunu Irandaki cinsi azliqlari asan, Seudiyye Erebstanda cinsi azliqlarin herden 100 dene shallaq vuran ve bezi hallarda boyunlarini vuran ve ya Taliban terefinden cinsi azliqlar ustlerine dash divarlar uchurdmagi emr eden din adamlarina ver. Yoxsa senin fikrince onlari islami yaxshi bilmirler senin kim? Bellke bunun eksi daha heqiqetdir?
Yeqin sheriet qanunlarinin ne oldugunu bilirsen, hedisleride oxumusan.

Ibn Abbas neql edirki, peygember soylemishdirki, eger evlenmeyen bir kishi bashqa kishi ile cinsi elaqeye girerse, onlari olenecen dashlayin. (Sunnah Abu dawud, cild 3, sehife 1245, nomre 4448) eyni sheyi 4447 de de oxuya bilersen.

Bashqa bi menbede: Peygember soylemishdirki, Lot ehlinin etdiyini tekrarlayan inasanlri oldurun, Ali iki neferi yandirmishdir, Abu Bekr ise onalrin ustune divar uchurdmushdur. (Mishkat, cild. 1, sehife. 765,)

Dostlar, artiq gecdir, ola bilerki kiminse fikirlerine tam cavab vere bilmedim, buna da esas sebeb vaxt azligidir, novbeti defe bosh vaxt ancaq bazar gunu tapa bilerem – ona gorede xahish edirem imkaninz daxilinde movzudan qiraga chixmayi. Diqqetinize gore haminiza teshekkur edirem.

В теме: İslam və demokratiya

01 апреля 2009 - 04:44

Dostlar xosh gorduk. Ilk novbede Omar beye teshekkur ediremki vaxt tapib meqalemi oxuyub ve buradada onu muzakireye chixardib. Elbetteki sizin haminzin kechirdiyi hissleri kechmishde islamin fanati olmush bir Azerbaijanli kimi hiss edirem. Gozel biliremki heqiqet acidir ve o bir gunesh ishigina benzeyir, uzun mudddet dinin qaranliq dunyasinda qalan ve oradan chixib birden bire ona baxanda ilk evvel insanin gozleri qamashir - yeterki 2-3 deqiqe dursun , eger durarsa heqiqeti derk eder, eks halda yeniden dini qaranliga qerq olar. Herqiqeti bilmek uchun ise her deyilene inamaq yox eksine shubhe etmek lazimdir. Bu forumda yazilanlarin hamisin nezerden kechirdim, eyni vaxtda bir neche movzu baresinde sual qaldiriblar. Gozel bilirsinizki, din hessas bir movzu olmaqla yanashi eyni zamanda genish bir movzudur, her bir qaldirilan movzu etrafinda bir neche movzu achmaq olar. Qisasi dostlar eger muzakire etmek isteyirsinizse, buyurun boyuk memuniyyetle sehv oldugumu gosterin, men ozum buna chox sevinerem. Chunki men biliremki yanlsih ola bilerem, ammaki bunu tehqir ve ya mentiqsiz delillerle deyil konkret olaraq, istinad etdiyiniz menbeyi gostermek sherti ile edin. Tehqiri de ona gore yazdimki bu movzu etrafinda muzakireler zamani dindarlar chox zaman emosiya hisslerini cilovlaya bilmirler. Elbetteki men bu foruma ya kimise tehqir etmeye yadaki tehqir olunmaga gelmemsihem , menim uchun onemli olan heqiqetdir.

Fidan adli istifadechi, yazirki " Kab bin Eshrefden ve onun kimilerden yaman yana-yana yazmishdi, guya İslam onlar kimi dahi shairler mehv edib". Men eslinde islam yox Mehemmedin onlari oldurduyunu yazmisham ve eger siz hedisleri ve ya Ibn Ishaq, Ibn Hishami (Sirat el Resulallah)oxusaz ozunuz bunun shahidi olacaqsiniz. Palchiq adli istifadechi yazirki "Demokratiya siyasi sistemdir. Bunun cinsi azlıglarla ne əlaqesi var? Exlagsizlig ne vaxtdan demokratiya olub" - Dostum men huquqlardan yazmisham, demokratiya da cinsi azliqlarin huquqlari var islamda ise yox. Exlaqsizliga gelince bilirsenmiki Islam fahisheliyi (oxuculardan uzr isteyirem) resmileshdiren, esir dushen qadinlari cinsi zorlamaga icaze veren bir dindir. Eger razi deyilsense buyur gel muzakire edek.

Sonda bir sheyi de nezerinize chatdirimki, eger muzakire edeceyikse boyuk memuniyyetle bir neferle ederdim chunki forumdakilarin hamisi dine meyillidirler ve inaniramki her defe cevab yazarken forum ishtirakchilari eyni vaxtda bir neche movzuya toxunacaqlar ve onlarinda hamisina cavab vermek imkanim xaricindedir. Isterdimki bir nefer konkret olaraq yazimdaki bir hisse etrafinda muzakire achsin, oz iradlarini bildirsin, mene vaxt versin (heftede ancaq 1 gun bosh vaxtim oldugundan), bacardigca iradina cavab yazacam. Qoy heqiqet qalib gelsin. Diqqetinize gore tehsekkurler.

Рейтинг@Mail.ru