Yalan dünyaya uymazdım
Mələyə divan tutmazdım
Fələyə bel bağlamazdım
Kaş ki səni istəməzdim
İblis də mənə dəyməzdi
Cəbrayılın sözün unutmazdım
Qəflət yuxusuna düşməzdim
Kaş gözüm güzgüdə qalmazdı
Qulağım ğinəni eşitməzdi
Kaş mənim ocağım sönməzdi
Şeytan da mənə gülməzdi
Kaş ki rahat gedərdim
Kaş ki sevə bilərdim
Üzünə baxıb gülərdim
Boş dünyaya ölərdim
Kaş badeyi-eşqdən içərdim
Pərini dodağından öpərdim
Səmaya bərabər uçardıq
Qatlarını bir-bir gəzərdik
Kaş ki haqqı tanıyardım
Nəfsimə sahib çıxardım
Dəvə iynə gözündən keçərdi
Mənim də ümidim qalardı...
- tatar. это нравится