Mərvan həmin Mərvandır ki, Osmanı barmağında oynadırdı. Bildiyiniz kimi Misirdən gələn xəlifədən narazı olan qrup Osmandan islahatlar aparacağı ilə bağlı vədə aldıqdan sonra vətənlərinə qayıdarkən yolda bir çapardan şübhələnərək onu saxlayırlar. Çaparın üstündən gələn mümayəndələrin Misirə çatan kimi boyunlarının vurulması ilə bağlı Osmanın imzalı,möhürlü məktubu çıxır. "Məzlum" osmandan bu münafiqlik barədə soruşulanda o möhürün və məktubun ona məxsus olmasını qəbul etsədə məktubun yazılması və göndərilməsindən xəbərsiz olduğunu bildirir. Bir sıra tarixçilər bu məsələdə Mərvanın "xüsusi" əməyinin olduğunu qeyd etmişlər.