Перейти к содержимому


Sunnah

Регистрация: 03 апр 2012
Offline Активность: 18 янв 2013 21:50

Мои сообщения

В теме: Şiələrə suallar

15 апреля 2012 - 15:10

Bismilləh!

sunnah nikli qardaşım,

Əs-salamu aleykum va rahmətullahi va bərakətuhu!

Sizə yazdığım şərh 72-ci səhifədəki 2153-cü postdur :

http://313news.net/f.../page__st__2130

Üzr istəyirəm ki, arada uzun fasilə oldu.

Haqqınızı halal edin qardaşım.




ARDI VAR İNŞAALLAH...


Salamun ALeykum Qardash... Qardash, men sizin yazfiglarinizi oxuyuram, inshallahki ne qeder davami olsada oxuyacam, Allah sizin eziyyetinizi yere salmasin inshallah.. cox eziyyet cekirsiz... Qardash , gec yazmaginizin hec bir eybi yoxdur... Allah sizden razi olsunki Temkinle her sheye aydinliq getirirsiz..
Esl siz haqqinizi Halal edinki size bu qeder eziyyet verirem...

В теме: Şiələrə suallar

09 апреля 2012 - 08:46


Va aleykum əs-salam va rahmətullahi va bərakətuhu əziz qardaşım.

Əstəğfirullah qardaşım. Bizim hansısa hərəkətimiz qüsurlu olubsa siz bizi üzrlü hesab edin. Siz üzrlü deyilsiniz. gec ya tez oxumaqda, gec ya tez cavab yazmaqda ixtiyar sahibisiz.

Əlhəmdu lilləh... Şad oldum ki, cavab sizi qane etdi. Əlhəmdu lilləh.

Əvvəlcə sizə minnətdarlığımı bildirirəm ki, səbr və diqqətlə Şeyxin (Allah onu hifz eləsün! ) yazısını oxumusuz.

Allah sizdən də razı olsun! Amin!

2. İstərdinizmi Həzrət Huseynin (ə) torpağının fəziləti haqqındakı söhbətə giriş etməmişdən öncə müqəddimə kimi övliyaullahın (ə) , xüsusən də, Peyğəmbərimizin (s.a.s) əsərlərinin fəziləti və bunlardan təbərrükün Quran və sünnəyə görə caizliyini yazım ?

Yox, əgər bunların artıq olduğunu hesab edirsizsə , onları oxumaq sizin vaxtınızı alacaqsa ,övliyaullahın(ə) əsərlərinin fəziləti və onlardan təbərrükün caizliyini qəbul edirsizsə birbaşa əsas məsələyə keçək.
Siz necə məsləhət görürsüzsə biiznilləhi təalə elə edək.



Salamun Aleykum Eziz Qardash.
yox qardash, estegfirullah.. sizin hec bir qusurunuz yoxdur, Allah sizi hifz etsin.. Suallarimi genish cavablandirirsiz..ALlah razi olsun..
Beli qardash , isterdim.. movzumuz ne qeder ehateli olsa yaxshidir..
ALLAH eziyyetinizi savaba yazsin inshallah...

В теме: Şiələrə suallar

08 апреля 2012 - 17:34

Sunnah nikli qardaşım,

Bura qədər Şeyxin (Allah onu hifz eləsün! ) bidət barədəki izahatını sizə təqdim etdik.

İnşaAllah bidət barədəki izahatı oxuyun , sonra sizə aydın olmayan məqamları qeyd edin ki, aydınlaşdıraq. Bu məsələ tam aydın olandan sonra biiznilləh keçərik İmam Huseyn(ə) torpağının fəzilətinə. Təbii ki, sünnəyə uyğun olaraq.


Salamun Aleykum eziz qardash.. Gec cavablandirdigim ucun meni uzrlu hesab edesiz..
sizin yerleshdirdiyiniz Sheyxin Bidət haqda izahatin oxudum.. qane etdi.. Allah razi olsun..

İnshallah Hz.Huseynin torpaginin feziletleri barede Ehli sunne kitablarindan ve Qurandan delillerle gosterseniz yaxshi olar.. ALlah razi olsun

В теме: Şiələrə suallar

05 апреля 2012 - 02:14




Əs-salamu aleykum va rahmətullahi va bərakətuhu!

Allah sizin də köməyiniz olsun əziz qardaşım!

İnşaAllah , mən də buna ümid edirəm ki, gözəl söhbətimiz alınacaq.

Qardaşım, "bidət" anlayışı ümumiyyətlə geniş anlayışdır. Nəyin "bidət" nəyin "qeyri-bidət" sayıla biləcəyi haqqında gərək xüsusi bir müzakirə olsun.
İnşaAllah, burda verdiyiniz hər suala xülasə cavab yazacağam. Amma, ehtiyac olduğu təqdirdə sizə Quran ayələri, sünnədən dəlillər, icmadan və alimlərin rəyindən dəlillər gətirə bilərəm.
Qısaca bunu bilmək lazımdır ki, bidət şəriətdə əsli və dəlili olamayn bir yenilikdir ki, əgər şəriətdə əsası olarsa, bidət olmazdı.
Bu günki həyatımızda olan yeniliklərin bir çoxunu dinə nəsbət versək də belə bidət deyildir.
Çünki, bu cür yeniliklərin dində ƏSASI vardır və şəriət baxımından onların düzgünlüyünü xas , yaxud ümumi yolla Kitab və sünnədən istinbat etmək olar.

Haşiyə :
Bidət haqqında ətraflı məlumat istəsəz böyük islam alimi Şeyx Cəfər Subhaninin ( Allah onu hifz eləsün!) bu barədə qələmə aldığı güniş izahatını kəlmə bə kəlmə yazıb izah edə bilərəm inşaAllah.

Şeyx bidət haqqında yazdıqlarında ayələrə və hədislərə geniş müracitə edir!




Məsələn, bu günki dünyada hərbi qüvvələr yeni inkişaf etmiş təchizata və silahlara malikdirlər.Bu iş ölkənin düşmən qarşısında müdafiə sistemini gücləndirməkdən əlavə, müqəddəs İslam dininin göstərişlərindədir.


Necə ki, Quran buyurur :


وَأَعِدُّوا لَهُمْ مَا اسْتَطَعْتُمْ مِنْ قُوَّةٍ وَمِنْ رِبَاطِ الْخَيْلِ تُرْهِبُونَ بِهِ عَدُوَّ اللَّهِ وَعَدُوَّكُمْ وَآخَرِينَ مِنْ دُونِهِمْ لَا تَعْلَمُونَهُمُ اللَّهُ يَعْلَمُهُمْ ۚ وَمَا تُنْفِقُوا مِنْ شَيْءٍ فِي سَبِيلِ اللَّهِ يُوَفَّ إِلَيْكُمْ وَأَنْتُمْ لَا تُظْلَمُونَ


(Ey möminlər) Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri (münafiqləri) qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və (cihad üçün bəslənilən) döyüş atları tədarük edin. Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz!

Ənfal-60.

Ayədə iki göstəriş varid olubdur ki, onlardan biri xüsusi, digəri isə ümumidir.

1 ) Ümumi göstəriş :

وَأَعِدُّوا لَهُمْ مَا اسْتَطَعْتُمْ مِنْ قُوَّةٍ


Kafirlər qarşısında bacardığınız qədər qüvvə hazırlayın!

2 ) Xüsusi göstəriş :

وَمِنْ رِبَاطِ الْخَيْلِ



Döyüş meydanı üçün atlar ( hazırlayın )


وَأَعِدُّوا لَهُمْ مَا اسْتَطَعْتُمْ مِنْ قُوَّةٍ
ayəsinə əsasən , biz ordunun hərbi qüdrətini çoxaltmağı dinə nisbət versək də, bu iş "bidət" deyildir.
Çünki, bu sursatlar şəriətdə xüsusi şəkildə qeyd olunmasalar da ayənin ilk göstərişi bu cür döyüş sursatlarının əldə etməyə aiddir və belə bir ümumi hökmün olması onun şəriətə uyğun olmasında kifayətdir.


Əgər bu misal kifayət etməsə xahiş edirəm deyin ki, başqa misallar da çəkək biiznilləh!

2. Şəriətdə sünnə deyərkən nəzərdə tutulan həm də məsum imamların (s.a.s) sünnəsidir.

3. İmam Huseynin (ə) torpağının fəziləti və şəfalı olması barədə islami mənbələrdə ( həm sünni, həm şiə ) hədislər təvatür həddindədir.

4. İmam Huseyn (ə) torpağından imamlar (s.a.s) və camaat tərəfindən təbərrük edilməsi haqqındakı hədislər də mütəvatirdir.

5. Şəxsən mən özüm alimlərin risalələrində namazdan sonra bu əməlin ( əli möhürə sürtüb üzə sürmək ) edilməsi barədə bir şey oxumasam da , HUseyn(ə) torpağından təbərrük etmək Quran və sünnə ilə zidd deyil!

Çünki, peyğəmbərlərə (ə) və övliyalara xas olan bir şeydən təbərrük etmək Quran və sünnə ilə caizdir.

Qurandan buna misal olaraq Yusif surəsinin 93-cü ayəsini misal gətirmək olar.
Bildiyimiz kimi Yusif (ə) öz köynəyinin atasının (ə) gözlərinə sürtülməsini əmr edir və Allahın inayəti ilə gözləri açılır.

Deməli, bu və bu kimi əməllərdə Allahın və peyğəmbərlərinin (ə) razılığı var.

P.S

Əgər cavablar sizi qane etməsə və qeyd etdiyim məsələlərdə daha ətraflı cavablar istəsəniz xahiş edirəm söyləyin!

Daha çox ayə və hədis istəsəniz , ( hədislərin ) ərəbcə mətnlərinə kimi, ünvanına kimi yazaq inşaAllah!
Vəssəlam!

Salamun Aleykum qardas.
Allah razi olsun,suallari calisirsiz ki cavablandirasiz.Mumkundurki mentiqle, loru dille veya agilnan bunu mene basa salasiz.Ve mende agilnan bunu qebul edecem,ama qelbi basa salmaq bir az cetin meseledir.Ona gorede size birazda eziyet verib Quran ayelerini ve hedisleri getirmeyinizi xais edecem.
Bidet haqda adini qeyd etdiyiniz Sheyxin Izahatinda yazsaz sevinerdim.
Beli,Hz.Huseynin defn olundugu torpag muqeddes tormag deyirsiz,shefali torpag deyirsiz.Ve cekdiyiniz misallarda sirf o torpaga el cekib salavat demelerinden oldu.Kerbela Torpaginin Muqeddesliyin nezere alsaq o isi hezm etmek asan olar.Axi Azerbaycanda shielerin istifade etdiyi mohurler Kerbela torpagindan deyil.Xais edirem qelbin aramligi ucun Quran ayeleri ve Hedisler getirin.

В теме: Şiələrə suallar

04 апреля 2012 - 17:42




Əhsən!
Qardaşım, bizim fəqihlərin bu barədə nəzəri budur ki, bu sözlər azanın tərkibindən deyil. Bu barədə alimlərin nəzərini yerləşdirmişəm.
Bəli, bidət olmaması fikrini qəbul etməməyinizə də sevindim. Artıq, sizin həqiqətən də sünnə olmağınıza yəqinliyim artır.
Xoş gəlmisiz qardaş!
Vallahi, bura o qədər nasibilər gəlir ki.Məgər, hamısı sualı sizin kimi öyrənməyə görə verirmi ?
Hər bir halda təqsir məndədir.
Haqqınızı halal edin!

Al-Fath qardaş sizin üçün link yerləşdirdi. İnşaAllah oxuyub faydalanarsız.
Azanda Əlinin(ə) adının çəkilməsi barədə məsumlardan (s.a.s) rivayətlər var. İstəsəniz həmin rivayətləri qeyd edərik.

Bundan əlavə... Qardaşım, digər qardaşlarımızın nə isə yazıb-yazmamısını mən təyin etmirəm.
Hər hansı sual vermək istəsəz buyurun!
İnşaAllah bilsək cavab verərik, bilməsək öyrənib cavab verərik!
Vəssəlam!


.Allah komeyiniz olsun qardas.Insallah go9el sohbetimiz alinacaq.Umid ediremki verdiyim suallarin cavablari qaneedici olacaq.




Əhsən!
Qardaşım, bizim fəqihlərin bu barədə nəzəri budur ki, bu sözlər azanın tərkibindən deyil. Bu barədə alimlərin nəzərini yerləşdirmişəm.
Bəli, bidət olmaması fikrini qəbul etməməyinizə də sevindim. Artıq, sizin həqiqətən də sünnə olmağınıza yəqinliyim artır.
Xoş gəlmisiz qardaş!
Vallahi, bura o qədər nasibilər gəlir ki.Məgər, hamısı sualı sizin kimi öyrənməyə görə verirmi ?
Hər bir halda təqsir məndədir.
Haqqınızı halal edin!

Al-Fath qardaş sizin üçün link yerləşdirdi. İnşaAllah oxuyub faydalanarsız.
Azanda Əlinin(ə) adının çəkilməsi barədə məsumlardan (s.a.s) rivayətlər var. İstəsəniz həmin rivayətləri qeyd edərik.

Bundan əlavə... Qardaşım, digər qardaşlarımızın nə isə yazıb-yazmamısını mən təyin etmirəm.
Hər hansı sual vermək istəsəz buyurun!
İnşaAllah bilsək cavab verərik, bilməsək öyrənib cavab verərik!
Vəssəlam!


Allah komeyiniz olsun qardas.Insallah gozel sohbetimiz alinacaq.Umid ediremki verdiyim suallarin cavablari qaneedici olacaq.

Meni bir sual dusundurur.. Bu suala cavab tapmaq isteyirem..Bir cox shie qardawlar varki namaz qilandan sora ellerini mohure surterek salavat cevirirler.Bu ne mena dasiyir? Bunu bidet adlandirmag olarmi?Olmazsa niye olmaz?
Belkede bu peygemberin zamaninda olub,bilmirem.Eger olubsa xaiw edirem tutarli hedislerle gosterin.
Bu barede veya buna oxsar Quran ayeleri varsa getirsez yaxsi olar..Faydalanariq insallah.

Рейтинг@Mail.ru