Перейти к содержимому


selefi_22

Регистрация: 26 апр 2012
Offline Активность: 04 мая 2012 16:56

Мои сообщения

В теме: Şiələrə suallar

04 мая 2012 - 09:32

Bismilləh!

Turan, əs-salamu aleykum !

Səninlə müzakirəmizin o yeirnə çatdıq ki, mən sənə sual vermişdim :



Sonra sual vermişdim :



Sən də dəfələrlə , özü də təkidlə sübut elədin ki, siz, yəni, BÜTÜN ÖZÜNƏ "SƏLƏFİ" DEYƏN VAHABİLƏRİN ƏQİDƏSİ BUDUR Kİ, Onlar "Allahın əli" sözündən məqsədin İLKİN MƏNANIN YOX,S SONRAKI MƏNALARIN - yəni, "ALLAHIN RAZILIĞI" , yaxud, "ALLAHIN QÜDRƏTİ" və s. bu kimi QEYRİ-İLKİN MƏNALARIN OLA BİLMƏSİNİN MÜMKÜNLÜYÜNÜ DƏ QƏBUL EDİRLƏR.

Yəni ,
1. "ALLAHIN ƏLLƏRİ" sözün ilkin mənasında ola bilərmi ?

Sənin cavanın : Ola da bilər , olmaya da bilər. Biz bilmirik.

2. "ALLAHIN ƏLLƏRİ" sözün qeyri-ilkin mənasında, sonrakı mənalarda , məsələn, "Allahın razılığı, qüdrəti" və s. bu kimi mənalarda ola bilərmi ?


Sənin cavabın : Ola da bilər, olmaya da bilər. Biz milmirik.


Əhsən!

Çox gözəl!


Deməli, burda bizim müzakirə etməli olduğumuz ƏN ƏSAS MƏSƏLƏ BUDUR Kİ, "ALLAHIN ƏLLƏRİ" sözündən məqsəd "ƏL" SÖZÜNÜN İLKİN MƏNASIDI YA QEYRİ-İLKİN MƏNASI ?


İndi gəl əvvəlcə bunu dəqiqləşdirək.


Yadındadırsa sən mənə "Allahın əlləri" , Allahın sağ əli" , "Allahın ovcu" və s. sözlərin izahı barədə sual vermişdin.

İndi gəl sənə bir məsələyə diqqət edək :

Allahu subhənəhu va təala Qəsas surəsi 88-ci ayədə buyurur :


كُلُّ شَيْءٍ هَالِكٌ إِلَّا وَجْهَهُ


Onun Üzündən başqa hər şey məhv olacaqdır.

Gəl burda "Onun ( Allahın ) üzü " sözünü də ilkin mənaya həml edəl, "Allahın əlləri", "Allahın sağ əli" , "Allahın ovcu" və s. bu kimi sözləri də ilkin mənaya həml edək.

Deməli, belə çıxır ki, İLKİN MƏNADA ALLAHIN ÜZÜNDƏN BAŞQA , İLKİN MƏNADA ALLAHIN ƏLLƏRİ, OVCU və s. də məhv olacaq ? :rolleyes:


Sən bu suala mütləq cavab ver!

Əgər HAŞA cavabın "BƏLİ" olacaqsa, Allah səni islah eləsün!

Yox, əgər cavabın "XEYR" olacaqsa, deməli məsələyə bir də başdan nəzər salaq :


"Allahın əlləri"
sözün hansı mənasındadır ?


a ) İlkin mənasında .

b ) qeyri-ilkin mənasında.

Yuxarıdakı mübarək ayənin işığında variantları bir az da xüsusiləşdirək :


"Allahın əlləri" sözü hansı mənadadır ?


a) İlkin mənada . Allahın ÜZÜNDƏN BAŞQA olduğu üçün məhvə məhkumdurlar. ( HAŞA)


b ) Qeyri-ilkin mənada . O zaman məhvə məhkum deyillər.



Əgər birinci variantı seçmirsənsə o zaman açıq-aşkar bilinir ki, "Allahın əlləri" kimi sözlər sözün ilkin mənasında ola bilməz və əgər sənə sual verilsə ki, "bu sözün mənası sözün ilkin mənasında ola bilərmi?" , sən "ola da bilər, olmaya da bilər. Biz bilmirik" deyə bilməzsən! :rolleyes:

Deməli, sən avtomatik olaraq bu sözün mənasının ilkin MƏNADA OLMASININ MÜMKÜNLÜYÜNÜ gərək inkar edəsən.


Qalır hansı mənalar ?

QEYRİ-İLKİN, yəni, ikinci, üçüncü, dördüncü, beşinci və s. variantlar ki, məhz bunlar arasında hansını seçəcəyini bilmirsən.


Yəni, əgər səndən soruşulsa ki, "bu söz ikinci mənadadır, ya üçüncü, ya dördüncə ya ... ???" ...


O zaman , sən gərək cavab verəsən :

" İLKİN MƏNASINDA OLMAMASI DƏQİQDİR. AMMA, İKİNCİ MƏNADADIR, ÜÇÜNCÜ MƏNADADIR, YA HANSI MƏNADADIR ONU BİZ BİLMİRİK" ... Elə deyilmi Turan qardaşım ? :rolleyes:

Elə deyilsə , buyur inşaAllah izah elə!


Əlhəmdulilləh!

Gec də olsa axırda bir nəticəyə gələ bilirik və ümid edirəm ki, biiznilləhi təala bu muzakirələrin faydası var! :rolleyes:




Haqq yolu ilə gedənlərə salam olsun!

(Bu salam ancaq haqq yolda gedənlərə aid olur, kim haqq yolu ilə getmirsə ona aid olmur. Peyğəmbər (s) Heraklisə yazdığı məktubda belə salam verib)

Bismilləh vəlhəmdulilləh vəssaləətu vəssələəmu alə rasulilləh.

Selefi_Turan nikinə ban verildi.

Bu suallar mənim üçün maraqlı olduğundan başqa bir niklə foruma girdim.
İnşəAllah bu niklə də mənim axırıncı yazımdır. Ümidvaram ki,bu yazımı silməzlər.

Allaha şükürlər olsun ki, mən sələfi əqidəsini sənə izah edə bildim.

1) Biz ayələrin nazil olduğu ləfzə əsasən deyirik ki, "Allahın Əlləri var"
2) Biz mənasını bilmirik və yozmuruq.
Biz iddia etmirik ki, ayədə gələn "Əllər" ilkin mənadadır.
Biz iddia etmirik ki, ayədə gələn "Əllər" məcazdadır.

İndi bu əqidə ilə bağlı araşdırma aparırsan. Araşdırmaya keçməmişdən əvvəl aşağıdakı suallara cavab ver.

Bu əqidədə problem varmı?

Sələfilərin əqidəsində problem varmı? Sələfilər Allahı maddiləşdirirmi? Sələfilər Allaha şərik qoşurmu?
Bunu ikinci dəfə deyirəm.

Əgər Allahı sevirsənsə və sələfi əqidəsində bu baxımdan problem görmürsənsə bunu açıq-aşkar bəyan elə.

Müsəlman görəndə ki, kiməsə qarşı haqsızlıq edilir və ya kiməsə böhtan atılır əgər imkanı varsa onun qarşısına keçməlidir.
Sən də görürsənsə ki, sələfilər haqsız yerə Allahı maddiləşdirməkdə və müşriklikdə ittiham olunur.

Hamıya bəyan elə ki, bu belə deyil. Elə bəyan elə ki, bütün şiələr bunu bilsin.

Fikirləşərsən ki, bu çətindir. Sənin əqidə yoldaşların arasında nüfuzuna zərbə dəyə bilər və s.

Ancaq Allaha olan sevgini sübut etmək də asant olmaz ki?
Allahın razılığını qazanmaq da asant olmaz ki?

Allahın razılığını qazanmaq istəyən şəxs gərək çətinliklərə hazır olsun.

Keçək araşdırmaya.

Sən keyfiyyət ilə bağlı suallar verirsən. Bu sələf əqidəsinin qeyd etdiyim şərtlərindən birinə ziddir. (keyfiyyətini soruşmaq)
Əgər mən bu suallara cavab verməyə başlasam yozumlar edəcəm. Bu da sələf əqidəsinin qeyd etdiyim şərtlərindən birinə ziddir. (yozmamaq)

İlk əvvəl bu suala cavab vermək lazımdır.

Quran və Sünnədə gələn Allahın isim və sifətləri ilə bağlı məntiqə əsasən yozumlar etmək düzgündürmü?

Diqqət yetirirsənsə burada yazmışam ki, "Quran və Sünnədə gələn"

Həmin sualı başqa cür ifadə etsək:
Yəni Quranda bildirilən və Peyğəmbər (s) etdiyi yozumlardan əlavə yozumlar vermək düzgündürmü?

Sələf əqidəsinə görə bu düzgün deyil.

Sələf əqidəsi nədir? Sələf əqidəsi dini Peyğəmbər (s) və səhabələr kimi yaşamaq və başa düşməkdir.
Sələf əqidəsi Quran ayələrini Peyğəmbər (s) və səhabələr kimi başa düşmək və əməl etməkdir.

Bizim səhih hesab etdiyimiz hədislərə əsasən Peyğəmbər (s) "Allahın Əli" ifaəsinin ilkin anlamda və ya məcazda olması haqda heç nə deməyib.
Yəni Peyğəmbərin (s) İslama dəvət etdiyi şəxslər bilməyiblər ki, "Allahın Əli" ilkin anlamdadır, yoxsa məcazdadır.
Biz də onların yolu ilə gedirik.

Əgər iddia etsən ki, "Allahın Əli" ifadəsinin ilkin anlamda, yoxsa məcaz olduğunu bilmək vacibdir, onda Peyğəmbərin (s) pis dəvətçi olmasını iddia etmiş olursan.
Çünki Peyğəmbər (s) İslama dəvət etdiyi şəxslərə "Allahın Əli"nin ilkin anlamda, yoxsa məcazda olmasını deməyib.
Peyğəmbər (s) İslama dəvət etdiyi şəxslər səhv yoldamı olub?

Digər tərəfdən elə bir şərt yoxdur ki, hər şeyin tam mənasını bilməlisən.
Əksinə Allah Özü buyurur ki, elə ayələr var ki, yozumunu Allahdan başqa heç kəs bilmir.

3:7
Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər.

Biz Peyğəmbər (s) etdiyi yozumlardan əlavə məntiqi yozumlar verərkən aşağıdakı səhvlərə yol verə bilərik:

1) dinə yeniliklər edərik. Dində olmayan yeni şeylər fikirləşə bilərik.

Niyə Allahın bizə Quran və Sünnədə bildirdikləri ilə kifayətlənmirik?

2) məntiqimiz məhduddur. Düşüncə qabiliyyətimiz məhduddur.

ƏlBəqara, 255
... Onlar Onun elmindən Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər....

Biz Allahın istədiyindən başqa heç nə qavraya bilmərik. Qavrama qabiliyyətimiz Allahın qoyduğu sərhəd ilə sərhədlənib. Həmin sərhəddən kənarda olan anlayışları qavraya bilmərik.
Hətta dünya həyatında da elə işlər var ki, hətta bizə izah eləsələr belə onu başa düşmək çox çətindir və ya bir çox insanlar üçün mümkün deyil.

Məsələn
Ali riyaziyyatda mövzu var: istilik keçirmə tənliyi - ikinci tərtib xüsusi törəməli differensial tənlik
Bu tənliyin həllini izah etsələr belə çox insanlar onu başa düşə bilməzlər.
Bu tənliyin həllini başa düşmək üçün ən azından funksiya, inteqral, törəmə, xüsusi törəmə, differensia, Laplas operatoru, məxsusi ədəd, spektral ayrılş anlayışları haqqında məlumatın olmalıdır.
Kifayət qədər böyük vaxt (bir neçə il) tələb olunur ki, bu anlayışlar öyrənilsin.

İnsan qurduğu bir modeli (istilik keçirmə tənliyini) başa düşmək bu qədər çətin ola-ola səncə heç bir tayı və bərabəri olmayan bir varlığın bizə bildirdiyi isim və sifətləri tam mənası ilə başa düşmək və bu xüsusiyyətlər arasında məntiqi əlaqələr qurmaq sadə olacaq?
Təbii ki, sadə olmaz.
Bəlkə bu da insanların qavrama qabiliyyətindən kənardır. İnsan beyni bunu qavraya bilməz.

Ona görə Quranda bildirilən və Peyğəmbərin (s) yozumları ilə kifayətlənmək düzgün deyilmi?

3) Məntiqimiz nöqsanlıdır.

Məntiqlə yozumlar edərkən biz səhvlər edə bilərik.

Məsələn əvvəl yazdığım bir yazıda "Allahın dünya səmasına enməsi" fikrini "Allahı heç nə əhatə etmir" fikrinə zidd olduğunu iddia edən şəxsin məntiqi mühakimələr apararkən hansı xətalara yol verdiyini göstərmişdim.

Dünyəvi elmlərdə də oxşar hallar müşahidə olunmuşdur.
Məsələn fizikada uzun müddət alimlər tərəfindən qəbul olunmuş bir çox elmi nəzəriyyələrin sonralar doğru olmadığı sübut olunmuşdur.
Biz də məntiqlə yozarkən nələrdəsə səhv edə bilmərikmi?
Məntiqlə yozarkən səhv edərək Allaha münasibətdə səhv iddia etmiş və nəyisə Allaha şərik qoşmuş ola bilmərikmi?

Niyə Allahın bizə Quran və Sünnədə bildirdikləri ilə kifayətlənmirik?

Məsələn bir misal da çəkim:

alimlərdən biri deyir:

"Allad maddidir" demək küfrdür, "Allah maddi deyil" demək bidətdir.

1-ci fikirlə yəqin sən də razılaşarsan.
2-ci fikir isə belə əsaslandırılır ki: Kiminsə öz müdirinə və ya rəhbərinə "Sən oğru deyilsən" və ya "Sən yalançı deyilsən" kimi tərif deməsi məqbuldurmu? Belə sözlər tərifdən daha çox təhqir kimi çıxır. Sünnədə "Allah maddi deyil" deyilməsi ilə bağlı bir şey gəlməyib. Ona görə belə deyilməsi bidət hesab olunur.

İndi mən sənə suallar verirəm:

Sizin əqidəvizə görə Peyğəmbər (s) və imamlar "Allahın ovcu", "Allahən sağ əli", "Allahın üzü" ifadələrinin ilkin mənada, yoxsa məcazda olmasını öz davamçılarına izah ediblərmi?

Əgər Peyğəmbər (s) və imamlar "Allahın ovcu", "Allahən sağ əli", "Allahın üzü" ifadələrinin ilkin mənada, yoxsa məcazda olmasını öz davamçılarına izah etməyiblərsə onların davamçıları bunları bilməməklə səhv yoldamı olub?

Sən əvvəl hesab edirdin ki, sələfilər "Allahın əli" ifadəsi üçün ilkin mənanı qəbul edirlər. Mən səninlə çoxlu (bir-neçə səhifə) yazışmadan sonra izah edə bildim ki, bu belə deyil. Sən sələfilərə qarşı bu məsələdə yanılıbsan. Təsəvvür elə digər məsələlərdə də yanılırsansa onda necə olacaq? Təsəvvür elə sələfi əqidəsi doğru əqidə ola-ola ona qarşı çıxırsansa onda necə olacaq?

Əgər mənimlə bu söhbəti davam etdirmək istəsən cavabını planeta111@yahoo.com emailinə göndər.
Çünki İnşəAllah bu niklə yazdığım birinci və axırıncı cavabdır.

Рейтинг@Mail.ru