Dördüncüsü ...
Əxican, ayəyə diqqət elə :
قُلْ أَيُّ شَيْءٍ أَكْبَرُ شَهَادَةً ۖ قُلِ اللَّهُ ۖ شَهِيدٌ بَيْنِي وَبَيْنَكُمْ ۚ وَأُوحِيَ إِلَيَّ هَٰذَا الْقُرْآنُ لِأُنْذِرَكُمْ بِهِ وَمَنْ بَلَغَ ۚ أَئِنَّكُمْ لَتَشْهَدُونَ أَنَّ مَعَ اللَّهِ آلِهَةً أُخْرَىٰ ۚ قُلْ لَا أَشْهَدُ ۚ قُلْ إِنَّمَا هُوَ إِلَٰهٌ وَاحِدٌ وَإِنَّنِي بَرِيءٌ مِمَّا تُشْرِكُونَ
Qırmızı ilə işarələdiyim yerdə nə yazılıb ?
"Hansı ŞEY şahidlik baxımından daha böyükdür" ?
Cavabında nə deyilib ?
"De: “Allah mənimlə sizin aranızda Şahiddir."
Bu da açıq-aşkar göstərib ki, Allahu təala özü - özünü "şey" adlandırıb.
İNdi sən durub o şeytana satılmış "beyninlə" sübut eləməyə çalışırsan ki, bəs "yooooo ... Əgər ALlahı da şey adlandırsaq, o zaman belə çıxar ki, Allah özü özünü yaradıb" ))
Bu fikrivin batilliyini də elə Quran ayələri ilə , həm də əhli-sünnə müfəssirinin təfsiri əsasında sənə izah etmişik.
Bundan əlavə gör sizin əxiviz vahabi ƏLixan Musayev bu ayəni necə tərcümə edib ?De: “Kimin şahidliyi daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim. Məgər siz Allahla yanaşı başqa tanrıların olduğuna şahidlik edirsiniz?” De: “Mən şahidlik etmirəm!” De: “O, Tək olan İlahdır. Mən sizin şərik qoşduqlarınızdan uzağam”.
قُلْ أَيُّ شَيْءٍ أَكْبَرُ شَهَادَةً ۖ قُلِ اللَّهُ ۖ شَهِيدٌ بَيْنِي وَبَيْنَكُمْ ۚ وَأُوحِيَ إِلَيَّ هَٰذَا الْقُرْآنُ لِأُنْذِرَكُمْ بِهِ وَمَنْ بَلَغَ ۚ أَئِنَّكُمْ لَتَشْهَدُونَ أَنَّ مَعَ اللَّهِ آلِهَةً أُخْرَىٰ ۚ قُلْ لَا أَشْهَدُ ۚ قُلْ إِنَّمَا هُوَ إِلَٰهٌ وَاحِدٌ وَإِنَّنِي بَرِيءٌ مِمَّا تُشْرِكُونَ
Görürsənmi əxican ?
Əxiviz Əlixan da أَيُّ شَيْءٍ أَكْبَرُ شَهَادَةً yəni, "HANSI ŞEY ŞƏHADƏT BAXIMINDAN DAHA BÖYÜKDÜR" cümləsini "De: “Kimin şahidliyi daha böyükdür?”" kimi tərcümə edib.
Bu sualın cavabında isə cavab olaraq tərcümə edib :
De: “Allah mənimlə sizin aranızda Şahiddir.
Açıq-aşkar görülür ki, "şey" sözünü "kim" kimi tərcümə edərək, bu "kim"-in, daha doğrusu "şey"-in Allah olmasını təsdiq edir.
Daha durub burda mənim üçün artistlik etməyəsənaaaa "biz Əlixana təqlid eləmirik" nə bilim nə ))
Yaxşı əxican ?
Həm ərəb dilində, həm də azərbaycan dilində belə bir qayda var ki, أَيُّ شَيْءٍ (hansı şey) sualınının cavabını qaytarıb sual cümləsinə qoyduqda ilkin verilmiş suala cavab cümlə alınır.
أَيُّ شَيْءٍ أَكْبَرُ شَهَادَةً Hansı şey şahidlik baxımından daha böyükdür?
Əgər "hansı şey" in cavabı "Allah" olarsa onda alırıq ki,
Hansı şey şahidlik baxımından daha böyükdür? sualının cavabı sənin yozumuna görə "Allah şahidlik baxımından daha böyükdür" olur.
Mənası səncə düz gəlir?
Şahidlik baxımından söhbət gedirsə səncə "Allahın şahidliyi"ni götürmək düzgün olmazdımı?
Çünki ayədəki sualın cavabında məhz "Allahın şahidliyi"ndən danışır.
قُلِ اللَّهُ ۖ شَهِيدٌ بَيْنِي وَبَيْنَكُمْ De: “Allah mənimlə sizin aranızda Şahiddir.
Buradan da aydın olur ki, أَيُّ شَيْءٍ (hansı şey) sualınının cavabı "Allahın şahidliyi" dir.
Nəticədə cavab olaraq alırıq "Allahın şahidliyi şahidlik baxımından daha böyükdür".
Əlixan Musayevin tərcüməsindən də verilmiş suala elə bu cavab çıxır.