Перейти к содержимому


hənbəli_84

Регистрация: 11 июн 2012
Offline Активность: 16 мая 2013 08:16

#96285 Vəhabi(sələfi) fətvası

Написано hənbəli_84 01 ноября 2012 - 10:15

Boş-boş işlərlə məşğul olursunuz. Bilmirsiniz nə tapıb yazasınız.

Bu məsələ ilə bağlı iki hədis bilirəm.
1) Peyğəmbər (s) özü üçün insanların ayağa qalxmasını istəyən insan Cəhənnəmdə öz yerini hazır bilsin.

2) Səhabələrdən biri deyir ki, bizim ən çox sevdiyimiz insan Peyğəmbər (s) idi. O, (s) gələndə ayağa qalxmazdıq, çünki bilirdik ki, bunu xoşlamır.

İnşəAllah vaxtım olanda bu hədislərin mənbələrini tapıb yazaram.

Ancaq burda diqqət yetirilməli iki məqam var:
1) kiminsə üçün hörmət mənasında ayağa qalxmaqda problem yoxdur. Bu qadağan olunmur.

2) insanın özü üçün başqa insanların ayağa qalxmasını istəməsi və tələb etməsi qadağan olunur. Bu müsəlmana xas sadəlik və təvözəkarlıqdan uzaq kafirə xas lovğalıq və təkəbbürlük göstəricisidir.

İndi bizdə idarələr var ki, müdir gün ərzində on dəfə girir çıxır. Hər dəfə müdir girib çıxanda bütün işçilər ayağa qalxır oturur.
Yaxud tədbirə bir adam gəlir, qocalı-cavanlı minlərlə adam ayağa qalxır, hətta az qalırlar baş əysinlər. Bu qədər ifrata varmaq nəyə lazımdır?



#95623 Vəhhabilərin "allah"ı

Написано hənbəli_84 15 сентября 2012 - 14:24

adə ayil yuxudan get əlüzüvü yu

ibni Couzi sufidi demək .

qardaşim sənə nə məsləhət verim şokdan ayilasan ?


Mən açıq aydın bəyan edirəm ki, bu yazılanlar küfrdür.

Hünərin çatır sən də "Ucaların Ucası"nı Cəbrayılın hesab edilməsini küfr olduğunu bəyan elə.



#95613 Vəhhabilərin "allah"ı

Написано hənbəli_84 15 сентября 2012 - 12:06

adə güldürmə özünü ayibdi.dahi alimlərinizin kitablari. kopiyalanib yaxin otur monitora


dahi alimlərimiz olduğunu sübut elə. Edə bilməsən sələfilərə böhtan atdığına görə cavab verəcəksən.

Bu hansısa sufi alimlərin yazdıqlarıdır. Mən açıq aydın bəyan edirəm ki, bu yazılanlar küfrdür.

Hünərin çatır sən də "Ucaların Ucası"nı Cəbrayılın hesab edilməsini küfr olduğunu bəyan elə.

Edə bilməzsən. Çünki sən ya alimlərinin qulusan, ya da öz firqənin qulusan.



#95612 Vəhhabilərin "allah"ı

Написано hənbəli_84 15 сентября 2012 - 12:02

salam aleykum/// Vahhabi sözünü işlədmək küfrdü? sual verirəm çünki mənə dedilər ki Vəhhab Allahın adıdır və kiməsə Vəhhabi demək eyni Allahi demək kimidir və hətta bunu alçaldmaq ya təhqir etmək məqsədiylə deyəndə -insan böyük küfr etmiş olur...və hətta bunu təhqir mənasınan deməyəndə və bir kimsə ozünə belə desədə yenədə ona bu adı vermək olmaz çünki əgər bir insan özünə Allah desə biz onu Allah adlandıra bilmərik axı..... bu və buna bənzər suallara nə cavab vermək olar?


Bu məsələni Sizə düz izah ediblər. Allah gözəl adlarını pis niyyətlə istifadə etmək olmaz. Kimsə pis əməllə məşğul olursa onu öz adı ilə çağırmaq doğrudur. Əgər kiminsə terror etməyinə əminsənsə elə onu terrorçu adlandır.


#95562 Şiələrin Allahı

Написано hənbəli_84 12 сентября 2012 - 09:36

Bismilləh,

Əs-Salamu aleykum və rəhmətullah.
Yox, əgər mövzu araşdırılmamış iddia irəli sürülüb dəlil kimi hədis gətirilirsə, demək ki, irad tutanın niyyəti saf niyyət deyil, qərəzli və şeytani niyyətdir. Qeyd olunan hədisə zidd hədislər isə olduqca çoxdur.[/size][/font]


Sizin böyük aliminiz Əli Səadətpərvər Hüseynin ® ən üstün şəhid olmasına bu hədisi dəlil gətirir. Bu nəsə iddia etməyə kifayət edər. Niyə zəif hədisi dəlil gətirir? Belə çıxır ki, sizə sərf edəndə dəlildir, etməyəndə zəifdir.

Hənbəli, və yaxud da Efendi, və yaxud da onun cızma-qaralarını paylaşan kəs, əvvəla, biz sizə heçnə isbat etməli deyilik, əksinə siz bizə dəlil gətirdiyiniz hədisin səhihliyin isbatlamalısınız, çünki Əhli-beyt (ə) məktəbinin bütün hədisləri rical elmə tabedirlər. Siz bizə qarşı hədis gətirsizsə onu araşdırıb gətirməlisiniz, əks halda gətirdiyiniz dəlilin heç bir dəyəri yoxdur. Kitabdan skanlar və "yüngülavari" tərcümələr keçərli deyil.

İkincisi, bu hədisin sənədi məqbul deyil və hədis - zəif hədislər silsiləsindəndir.

Şeyx Cəfər b. Muhəmməd b. Quvləveyh "Kamiluz-ziyarat"da (səh. 141-142) hədisi qeyd edəcəyim kəslərdən nəql edib:

حدثني أبي رحمه الله، عن سعد بن عبد الله، عن محمد بن عيسى بن عبيد اليقطيني، عن محمد بن سنان، عن أبي سعيد القماط، عن ابن أبي يعفور، عن أبي عبد الله (عليه السلام)

"Kamiluz-ziyarat", İbn Quvləveyh, səh. 141, № 166

Gördüyünüz kimi hədisin sənədində Muhəmməd b. Sinan adlı ravi vardır ki, bu da rical elmində məhşur rəyə əsasən zəif ravilərdəndir və bu raviyə etimad etmək qəti şəkildə mümkün deyil. Əllamə Seyyid Əbul-Qasim əl-Xoi (rəhmətullahi əleyh) özünün "Mu'cəmu ricalil-hədis" (17/169) kitabında qeyd edir ki İbn Əqidə, ən-Nəcaşi, əş-Şeyx (Şeyx ət-Tusi), Şeyx əl-Mufid, İbn əl-Ğədairi onun zəif olduğunu bildiriblər. Həmçinin, bu barədə məlumat üçün bir-başa Şeyx ət-Tusinin "əl-Fehrist"inə (səh. 219) və İbn əl-Ğədairinin "ər-Rical"ına (səh. 92) müraciət etmək olar.


Yenə deyirəm sizin böyük aliminiz Əli Səadətpərvər Hüseynin ® ən üstün şəhid olmasına bu hədisi dəlil gətirir. Sizə sərf edəndə dəlildir, etməyəndə zəifdir.

Üçüncüsü, hədisi hətta mötəbər həsab etsək belə, bir sıra alimlərə görə hədisdə keçən "əl-Əliyy və əl-Əla" cümləsində məqsəd Allah Təala deyil, Allahın elçisi olan Cəbraildir (ə). Necə ki, Əllamə Məclisi (rəhmətullahi əleyh) bunu qeyd edib. Həmçinin, Əllamə (r.ə) qeyd edib ki, hədisdə keçən "əlini başına qoydu" cümləsi kinayədir və məqsəd ilahi rəhmətdir. ("Biharul-Ənvar", Əllamə Məclisi, 44/238)

Kimsə irad tuta bilər ki, hədisdə qeyd olunan sifətlər Allah Təalaya məxsusdur və bəzi şiə hədislərind də bu öz əksini tapıb. Cavab: Bu irad batil bir iraddır, çünki Allah Təala Qurani-Kərimin bir sıra ayəsində öz sifətlərini digər məxluqlara da nisbət verib. Misal üçün, Allah Təalə özünü bir sıra ayədə kərəm sahibi adlandırır (Qurani Kərim, 55:27, 55:78), digər ayələrdə isə bu sifəti mələklərə də nisbət verir. (Qurani Kərim, 80:16) Hədisdə keçən sifətlərin bir-başa Allaha şamil olmasına dəlil yoxdur və məqsədin Cəbrailin (ə) olması da mümkündür. Hətta ikinci ehtimal daha əfzəldir, çünki Allaha Təalanın görünməsi Qurani Kərim prizmasından və hədislərə əsasən qeyri-mümkün bir işdir ki, kəlam elmində bu geniş sürətdə izah edilib təsbit olunmuşdur. Bu cür fellər hədislərdə daha çox mələklərə nisbət verilib. Üstəlik, hədisin mətnində müəyyən zaman və məkanda "görsənməyə" işarə edilir ki, bu da bu hadisənin mələklərə nisbət verilməsi ehtimalını daha da gücləndirir, çünki Allah Təala zaman və məkandan münəzzəhdir ki, bu da sabit bir məsələdir.


Elə nağıl yazırsınız ki, bişmiş toyuğun gülməyi gəlir. Belə çıxır ki, Allahın istənilən sifətini mələklərə vermək olar?

Allah sizə hidayət versin ki, Cəbrayılın Ucalardan Uca ola bilməsini qəbul edirsiniz. Bu açıq-aşkar küfrdür.

Dördüncüsü, tərcümədə keçən "Dedim, ey Rəbbim, o mənim gözümün nuru, reyhanim..." cümləsi sizi çaşdırmasın, çünki hədisin originalında "ey Rəbbim" ifadəsi yoxdur və kitabın mütərciminin əlavəsidir. Orijınalda həmin cümlə belə keçir - "...نعم ؛ قُرة عيني ورَيحانتي" - "Bəli, o mənim gözümün nurudur, reyhanımdır..." Bunun şahidi olmaq üçün araşdırmağa ehtiyac yoxdur, "Kamiluz-ziyarat"da gətirdiyiniz skana baxmağınız kifayətdir.


Bəlkə Cəbrayıla Rəbbim sifətini də vermək olar? )) Məclisi bu haqda yazmayıb?
Deməli sizin tərcümələrdə də problemlər var, onlara da etibar etmək olmaz.


Beşincisi, məhrum alim və arif Şeyx Əli Səadətpərvərin (rəhmətullahi əleyh) kitabından sitat gətirildiyi halda, niyə böyük arifin rəyi gətirilməyib? Məgər insafa sığır ki, bir alimin kitabından hədis gətirilsin, amma onun incə irfani izahı kənara atılsın? Bu öz növbəsində bir daha niyyətin şeytani olmasını bəlli edir.

Böyük arif olan Şeyx Səadətpərvərin (rəhmətullahi əleyh) hədisə olan kəlami və irfani qeydlərini və təvillərini olduğu kimi təqdim edirəm ki, insaf əhli bəhrələnsin (səh. 37-38):




Mərhum Şeyxin (r.ə) qeydlərindən də bəlli olur ki, hədisi hətta mötəbər saysaq belə "görməkdə" məqsəd İlahi fəyzdən və təcəlladan bəhrələnməkdir. Həmçinin, "əl"də məqsəd "ilahi rəhmətdir".

La hövla və la quvvətə illa billah! Allah amanında!


1-cisi Əfəndi qardaşımızdan Allah razı olsun. O, nəsə şərh verməyib, sadəcə materialı olduğu kimi yerləşdirib.

2-cisi mən belə görürəm ki, sizin hədislərdə nə deyilməsindən asılı olmayaraq dəlilsiz təvil etməklə öz əqidənizə uyğun fırladacaqsınız.
Sizin üçün Allahın əli bir yerdə qüdrət, başqa yerdə ilahi rəhmətdir. Başqa nə təvilləriniz var?

3-cüsü Əgər Cəbrayılının olması variantını qəbul edən alimləriniz varsa Cəbrayılın Ucaların Ucası olması və ya bərəkət verməsi küfrdür.

4-cüsü siz həmişə Səhih Buxari və Muslim kitablarına irad tutursunuz ki, Allahın əlləri və ayağı ilə bağlı küfr hədislər var.
Bunları deyəndə niyə öz hədisinizi unudursunuz. Niyə belə ədalətsiz yanaşma edirsiniz?
Öz hədisinizdə Allahın əli kəlməsi gələndə bunu normal qəbul edirsiniz və öz əqidənizə uyğun təvil edirsiniz. Onda Səhih Buxari və Muslim kitablarında da gələn hədislərdəki Allahın əli və ayağı kəlmələrini öz əqidənizə uyğun təvil edin, deyin ki, bu hədislərdə problem yoxdur.



#93894 Təqlid

Написано hənbəli_84 11 июля 2012 - 19:52

Bismilləh,

Çox çox çox xahiş edirəm əxlaqlı adamlar mövzu açsın.

Əvvəl məntiqi cəhətdən mövzunu müzakirə edək. Sonra İnşəAllah dəlillərə keçək.

Mən xarici ölkələrin birində olanda xristianlarla söhbət edirdim. Birindən soruşdum ki, İncili oxuyubsan? Dedi yox. Dedim bəs dini necə öyrənirsən? Dedi Keşişlər İncili oxuyur bizə başa salır nə eləmək lazımdır.

İndi buna necə baxırsan? O da inandığı şəxsdən dəlil istəmədən soruşur.
Məsələn xaç xristianların dinində olmuyub. Onlar xaçı qorunma vasitəsi kimi istifadə edir. Bunu keşişdən öyrənib.

Xristianların da özlərinə görə böyük alimləri var və onlar da risalələr yazırlar.


#93867 Şiələrə suallar (II hissə)

Написано hənbəli_84 11 июля 2012 - 09:03

Ey şiələr əgər üləmaya ibadət etmirsinizsə aşağıdakı məsələlərə dəlil gətirin:

1) imamlar müqəddəsdirlər
2) bizim üçün mübah imamlar üşn günah hesab olunur
3) imamlar günahsız və ya məsumdurlar

  • Bacı это нравится


#93865 Şiələrə suallar (II hissə)

Написано hənbəli_84 11 июля 2012 - 09:00




Bəlkəyə qalsa, bəlkə elə sünni və vahabi ülaması yolunu azıb. Xristian ülaməsı da yolunu azıb. Ülamə huccət deylsə,başına deysün İbn teymiyyənin də, digər alimlərivizin də yazdıqları. Razısan ? )

Sən ülaməyə ibadət edirsən ? Onda başına dəysün İbn Teymiyyənin yazdığı kitablar. Heç biri huccət deyil. Razısan ?
Get sən də dəlillərlə araşdır.
Hə ... Sİzin də şərhlər dəlillərlə olmalıdır. Onda başına deysün İbn Teymiyyənin hədislərə verdiyi şərhlər. Başına deysün İbn KƏsirin Qurana verdiyi təfsir. get özün araşdır. Alimlərivizə ibadət eləmə!
Şərh dəlillə olmalıdı. Nə ki, sizin batil əqidəvizə uyğun gəlmirsə səhih deyil.

Nə uyğundur səhihdi hə?
Sən burda nağıl danışma. Get araşdır gör bu hallardan hansıdır?
Bəsdir üləmaya ibadət etdin. :rolleyes:
Sən get başqa yerdə oyna balaca! :rolleyes:

Sən qanmırsan ? Yoxsa, ümumiyyətlə səndə qanma qabiliyyəti yoxdur ? :rolleyes:
Bütüüüüüüüün bu və bu kimi hədislərə vaqif olan üləma İCMA OLARAQ qəbul edib ki, 14 kimsə məsumdur.

Bunun əksinə, hansı hədis gəlsə, dediyimiz hallardan birindədir. BU mütləqdir.

Özü də mən demədim səhihdi ya səhih deyil. Qanmırsan ? Ya sözləri başa düşmürsən ?

Sənə dedim ki, SƏHİH OLSA BELƏ HUCCƏT DEYİL! :rolleyes:


Çünki, mutəvatir deyil. Sən "səhih" , "huccət", "mutəvatir" anlayışlarını qanırsan ?


Mutəvatir olseydi, bizim üləma nəinki bunun əksini, mütləq bunu qəbul edərdi.

Şiə üləması icma olaraq nəyi qəbul edibsə, o da huccətdi. :rolleyes:

Şübhələrə qalsa, get hələ öz alimlərivizdən şübhə eləginən də ))

Xeyir ola gedib gəlib bizim alimlərdən şübhə edirsən ki ?

Heç öz alimləriviz haqqında bircə dəfə , bircə dəfə də olsa şübhə eləmisən ki, BƏLKƏ BİZİM ALİMLƏRİMİZ YOLUNU AZIB ? AXI, XRİSTİANLAR DA YOLUNU AZIB!

Buna mütləq cavab ver :

Şübhə eləmisən ya yox ?



Bundan əlavə!

İddianı edən sənin nasibi əxin olub, sübutu də gərək o gətirsin!

Başun girmiyən yerə bədənivi soxma!

Yoxsa, mən səndən! Sırf səndən Quranın təfsirini istəyəcəyəm. Özü də bütün ayələrin təfsirlərini bircə bircə . Gətirəcəyin hədisləri bircə bircə səndən soruşacağam. O hədislərin səhih olub-olmamasını da səndən soruşacağam. Nəyə görə səhih olub-olmamasını da . Ravilərininin hansının etibarlı , hansının etibarsız olmasını soruşacağam. Bundan əlavə. Ravilərin də etibarlı olub olmamasını özün qeyd edəcəksən. Rical kitablarıvıza əsasən yoxaaaa. Rical kitablarını yazanlar da alimlər, insanlardı. Məhz özün araşdıracaqsan etibarlıdılar ya yox. Daha mən bilmirəm, yatıb yuxuda görəcəksən, sənə ilham olunacey ya necə ... Axır ki, hallarını özün qeyd edəcəksən! :rolleyes:

İbn Kəsir, İbn teymiyyə və sair bu kimi alimlərivizin də kitablarından dəlil gətirə bilməzsən. Çünki, biz onların kitablarını sənin məntiqinlə çırpdıq öz başlarına! :rolleyes:

Nə deyirsən ? Razısan ?



Sən deyəsən ömürboyu səhabələr arasındakı ixtilaflı məsələləri, imamların şişirdilməsini və Əhli Sünnənin zəif hədislərini öyrənibsən. Sən deyəsən heç Tövhidi öyrənməyibsən və başa düşmürsən.

Sənə məsləhət görürəm ki, bir dəfə gedib sələfi alimlərin yazdığı Tövhid kitablarını oxuyasan. Oxu gör sələfi əqidəsində Tövhid nədir? Sonra bəlkə haqqı qəbul edərsən.

Bax sənə yenə deyirəm. Yəhudi üləması da, Xiristian üləması da, Buddistlərin üləması da və s. üləmalar yolunu azıb.
Təsəvvür elə həmin üləmaların ardınca gedən şəxslər özlərini haqq yolda hesab edirlər.

Bəlkə sən də belə azıbsan.
Bir neçə gün lazımdır bir kitabı oxumağa get gör oxu gör sələfi əqidəsində Tövhid nədir?
Alimlərə ibadət nədir?

Sələfi əqidəsində istər alimlər kitab yazsın, istər fətva versin dəlilləri göstərirlər.
Dəlillər ayələrə və səhih hədislərə olmalıdır.

Alimin kim olmağından asılı olmayaraq dəlilsiz danışan alimin sözü qəbul olunmur.
Bütün camaat Quranı və hədis kitablarını öyrənməyə təşviq olunur. Mədinədə hətta Qurandan əlavə 6 hədis kitabını bütün raviləri ilə əzbər bilən insanlar var.

Sizdəki kimi hər müctəhid heç bir istinad vermədən bir risalə yazmır.
Və İnsanlara da təbliğ olunmur ki, bir alimi seçin təqlid edin.

Qaldıki hədislərin səhih olub-olmamasının araşdırılmasına

Hər kəs imkanı çatdığı qədər öyrənir.
Başqa bir tərəfdən əksər hədislərlə bağlı Əhli Sünnənin alimlərinin rəyi ya eynidir, ya da oxşardır.
İstər hənəfi, istər şafi, istər maliki, istər hənbəli məzhəbinin alimləri olsun. Rəylər əksər hədislərdə üst-üstə düşür.

Qaldı ki, mən heç fikirləşmişəm ki, Əhli Sünnə alimləri və Sələfi alimləri yollarını azıblar?
Bəli fikirləşmişəm və əvvəl bu fikirdə olmuşam. Dədəm, babam, nəslim şiə əqidəsində olub. Özüm araşdıraraq gəlmişəm sələfi əqidəsinə.

Bir neçə gün lazımdır bir kitabı oxumağa get gör oxu gör sələfi əqidəsində Tövhid nədir?
Alimlərə ibadət nədir?
  • Bacı это нравится


#93864 Şiələrə suallar (II hissə)

Написано hənbəli_84 11 июля 2012 - 08:36

Ey qoyun yığını, əgər belə dəqiq bilirsizsə, imamlar(ə) böyük günah sahibidirlər, o zaman birini misal gətirin.


Əvvəla qoyun sən və sənin kimilərdi ki, tək bir yaradan Allahı qoyub, Allahın yaratdıqları əməlisaleh insanlardan, onların qəbirlərindən və əşyalarından kömək istəyirsən.

İkincisi heç kim demədi ki, imamlar böyük günah sahibidirlər. Ancaq günahsız da deyillər. Kiçik günahlar hamıda olur. Bununla bağlı qardaş sizin kitablardan hədislər gətirdi.

Sən dəlillər gətirə bilmədin. Haqqı qəbul etmək əvəzinə təkəbbürlük göstərib inkar edirsən.
  • Bacı это нравится


#92773 Mövludun hökmü

Написано hənbəli_84 17 июня 2012 - 11:20



SubhanALlah!

Gənə də əl-munəccid ? )))

əxican, axı bu əl-munəccid kimdi ki süz buna təqlid eliyirsüz ? :rolleyes: ))


Sen hech bilirsen ki, teqlid nedir?

Tutaq ki, bu sozleri o demir men deyirem. Sen getirdiyi delillere iradivi bildir.

Eli (rad) ve onun oghullari (radiye allahu anhum) movludu qeyd ediblermi?

Onlar etmeyibse sen niye qeyd edirsen?


#92674 Mövludun hökmü

Написано hənbəli_84 14 июня 2012 - 09:27

Müəllif: Muhəmməd Saleh əl-Münəccid

Sual: Nə üçün insanlardan bəziləri peyğəmbərin doğum gününün keçirilməsini qəbul edir, bəziləri isə qəbul etmir? Sizin bu barədə rəyiniz nədir?


Cavab: Həmd Allaha məxsusdur.


Qurani Kərimdə Peyğəmbərin sallallahu aleyhi və səlləm doğum gününü qeyd etməyə dair heç bir şey yoxdur. Peyğəmbər sallallahu aleyhi və səlləm özü bunu etməmiş, nə sağlığında, nə də ölümündən sonra kiməsə bunu etməyi əmr etməmişdir. Həqiqətən də, müsəlmanlara əmr etmişdir ki, nəsranilər İsa əleyhissalamı tərifdə, mədhdə həddini aşdıqları kimi, onu tərfidə həddini aşmasınlar. Rəsulullah sallallahu aleyhi və səlləm demişdir: “Məni nəsranilərin Məryəm oğlu İsanı mədh etdikləri kimi mədh etməyin. Şübhəsiz ki, mən də bir qulam. Elə isə mənə, Allahın qulu və elçisi deyin”.


Bu barədə rəvayət olunanlar ondan ibarətdir ki, peyğəmbər sallallahu aleyhi və səlləm öz doğum gününü ibadət günü etmişdir ki, bu da “mərasimdən” fərqli bir şeydir. Ondan sallallahu aleyhi və səlləm “birinci günlər” oruc tutmaq barədə soruşmuşdurlar və o sallallahu aleyhi və səlləm demişdir: “Bu mənim doğulduğum və mənə vəhyin əmanət edildiyi gündür”. (Muslim, Nəsai və Əbu Davud rəvayət etmşdirlər)


Bundan əlavə, biz bilirik ki, Səhabələr (Allah onlardan razı olsun) peyğəmbəri sallallahu aleyhi və səlləm ƏN ÇOX SEVƏN insanlar olmuşdurlar.


Məgər, insanlar içərisində ona sallallahu aleyhi və səlləm ən yaxın olan və onu sallallahu aleyhi və səlləm ən çox sevən Əbu Bəkrin radiyallahu anhunun Peyğəmbərin sallallahu aleyhi və səlləm doğum gününü qeyd etdiyinə dair rəvayət varmı?


Məgər, iyirimi il hakimiyyətdə olan Ömər radiyallahu anhunun bunu qeyd etdiyinə dair rəvayət varmı?


Məgər Osman radiyallahu anhu bunu etmişdir?


Məgər Əli radiyallahu anhu bunu etmişdir?


Məgər Əli radiyallahu anhunun qohumları və tərbiyə etdiyi övladları bunu qeyd etmişdir?


Səhabələrdən kiminsə bunu etdiyi rəvayət edilmişdirmi?


XEYR! VALLAHİ!


Məgər bu ona görə idi ki, onlar bunu “qeyd etməyin” əhəmiyyətindən qafilmi idilər, yoxsa onlar peyğəmbəri sallallahu aleyhi və səlləm həqiqi bir sevgi ilə sevmirdilər?! Bunu ancaq yolunu azmış və başqa insanları da zəlalətə aparan kəsdən başqa heç kəs söyləyə bilməz.


İmamlardan-Əbu Hənifə, Malik, Şafi, Əhməd, Həsən əl-Basri, İbn Sirin-bunlardan kimsə bunu etmişdirmi? Və yaxud başqalarına bunu etməyi və ya bunun yaxşı olduğunu söyləməyi söyləmişdirlərmi? Allaha and olsun ki, xeyr! Hətta birinci və ən fəzilətli, xeyirli üç əsrdə bu barədə söz belə edilməmişdir.


Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “İnsanların ən xeyirliləri mənim əsrimdəkilərdir (yəni səhabələr). Sonra ondan sonrakı (ikinci nəsil, yəni tabiun), sonra da ondan sonrakı (üçüncü nəsil, yəni ətbaut-tabiun) əsrdəkilərdir. Daha sonra insanlar gələcək, onlar üçün onların şahidliyinin andlarından əvvəl və yaxud andlarından sonra gəlməsi fərq etməyəcək (yəni, onlar bu məsələlərə ciddi yanaşmayacaqlar)…”. (Buxari, Müslim və Tirmizi rəvayət etmişdir).


Peyğəmbərin sallallahu aleyhi və səlləm doğum gününü qeyd etmək bir neçə əsr sonra meydana çıxmışdır, o zaman haqq dinin bir çox xüsusiyyətlərinə riayət edilməmiş və bidətlər geniş vüsət almışdı.


Elə isə, məgər bu mərasimi qeyd etmə Peyğəmbərə sallallahu aleyhi və səlləm sevginin əlamətidirmi, təzahürüdürmü?


LAKİN, mümkündürmü ki, Səhabələr, İmamlar və üç ən yaxşı əsrdə olan insanlar bundan xəbəri olmasın, qafil olsunlar və bunun əhəmiyyətini yalnız onlardan sonra gələnlər bilsinlər?!


Quranda bizə bildirilir ki, Peyğəmbərə sallallahu aleyhi və səlləm sevgi onun özü ilə gətirdiyi hidayət yoluna “tabe olmaqla” nümayiş etdirilir. Allah təala buyurur:


“31 De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”.


32 De: “Allaha və (göndərdiyi) Elçiyə itaət edin!” Əgər üz döndərərlərsə, şübhəsiz ki, Allah kafirləri sevməz”. (Ali İmran 3:31-32)


Birinci ayə bəyan edir ki, sevgi yalnız iddiadır, lakin “ixlasın, səmimiyyətin dəlili” peyğəmbərin sallallahu aleyhi və səlləm gətirdiyinə tabe olmaqdır.


İkinci ayə bir daha Allah və Onun Rəsuluna itaətin mühümlüyünü və vacibliyini vurğulayır . Ona görə də, Allah təala ayəni çox ciddi bir xəbərdarlıq ilə bitirir. Bu ayədə “itaət etməkdən imtina edənlər” kafir olaraq vəsf olunur. Peyğəmbər sallallahu aleyhi və səlləm ona tabe olmamağın və onun gətirdiyinə əlavə etməyin təhlükəsindən xəbər vermişdir.


Mövludu qeyd etmək həqiqətən də onun gətirdiyi dinə əlavə etməkdir. Necə ki, bu barədə bütün alimlər ittifaq etmişdirlər. Rəsulullah sallallahu aleyhi və səlləm demişdir: “Sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd sallallahu aleyhi və səlləmin yoludur”. (Müslim və Nəsai)


Allaha dua edirik ki, bizi bidətdən qorusun və itaətdə bizə yardım etsin. Daha doğrusunu Allah bilir. Allahın salat və salamı peyğəmbərimiz Muhəmmədə olsun.


#92672 Peyğəmbər (s) öz qızlarını fəzilətli olmayan şəxsə ərə verərdimi?

Написано hənbəli_84 14 июня 2012 - 09:16

Peyğəmbər (s) öz qızlarını fəzilətli olmayan şəxsə ərə verərdimi?

Əgər Osman (rad) söhbəti olmasa idi mən əminəm ki, şiələr bu suala yekdilliklə "yox" deyərdilər.
Hətta bunu dəlil gətirərdilər ki, bu da Əlinin (rad) bütün digər səhabələrdən daha fəzilətli olmasını sübut edən faktlardan biridir.
Necə Əlinin (rad) uşaq yaşlarından İslamı qəbul etməsini və ilk qəbul edənlərdən olmasını dəlil gətirirlər həmin qaydada da bunu dəlil gətirərdilər.

Sadəcə indi ortaya Osmanın (rad) məsələsi düşüb bunu edə bilmirlər.

Peyğəmbər (s) Allahın elçisi idi. Bütün insanları dünyanın naz-nemətlərinə bağlanmamağa, yalnız Allahın razılığını qazanmağa səsləyən bir insan özünün iki qızını fəzilətli olmayan şəxsə ərə verərdimi?

Başqa hansı səbəbə görə qızlarını fəzilətli olmayan şəxsə ərə verərdi?

Osmanın (rad) var-dövlətinə görəmi?
Osmanın (rad) nüfuzuna görəmi?
Hansı səbəbə görə?

Bunlar hamısı dünya maraqlarıdır ki, heç şübhəsiz Peyğəmbər (s) bunlara bağlı insan deyildi.

Peyğəmbər (s) öz iki qızını Osmana (rad) ərə verməsi Osmanın (rad) fəzilətinin əməli təsdiqidir.

Misal üçün Peyğəmbər (s) Əlinin (rad) fəziləti haqqında dediyi sözlər Əlinin (rad) fəzilətinin söz ilə təsdiqidir.

Haqqı dananlar və hər şeyi öz batil əqidələrinə uyğun yozmaq istəyənlər bunu da fırlatmaq istəyirlər ki,
Guya Peyğəmbər (s) Osmanın (rad) zahirən müsəlman olduğuna görə öz qızlarını ona ərə verib.
Guya Peyğəmbər (s) yaxın ətrafındakı mömin ilə, münafiqi ayırd edə bilmirdi.

Əgər bu batil fikri qəbul etsək onda gərək Peyğəmbər (s) heç kimi Cənnət ilə müjdələmiyəydi.

Əgər bu batil fikri qəbul etsək onda gərək Peyğəmbərin (s) Əli (rad) fəziləti haqqında dediyi sözlərə şübhə ilə yanaşaq.
Çünki bu halda deyə bilərik ki, Peyğəmbər (s) bu sözləri də Əlinin (rad) zahirən müsəlman olduğuna görə deyib.


Рейтинг@Mail.ru