Bu məsələ ilə bağlı iki hədis bilirəm.
1) Peyğəmbər (s) özü üçün insanların ayağa qalxmasını istəyən insan Cəhənnəmdə öz yerini hazır bilsin.
2) Səhabələrdən biri deyir ki, bizim ən çox sevdiyimiz insan Peyğəmbər (s) idi. O, (s) gələndə ayağa qalxmazdıq, çünki bilirdik ki, bunu xoşlamır.
İnşəAllah vaxtım olanda bu hədislərin mənbələrini tapıb yazaram.
Ancaq burda diqqət yetirilməli iki məqam var:
1) kiminsə üçün hörmət mənasında ayağa qalxmaqda problem yoxdur. Bu qadağan olunmur.
2) insanın özü üçün başqa insanların ayağa qalxmasını istəməsi və tələb etməsi qadağan olunur. Bu müsəlmana xas sadəlik və təvözəkarlıqdan uzaq kafirə xas lovğalıq və təkəbbürlük göstəricisidir.
İndi bizdə idarələr var ki, müdir gün ərzində on dəfə girir çıxır. Hər dəfə müdir girib çıxanda bütün işçilər ayağa qalxır oturur.
Yaxud tədbirə bir adam gəlir, qocalı-cavanlı minlərlə adam ayağa qalxır, hətta az qalırlar baş əysinlər. Bu qədər ifrata varmaq nəyə lazımdır?