Doğru rəvayətlərin və düzgün hədislərin bəyan etdiyinə binaən İmam Zaman (ə.s) "La ilahə illəllah, Muhammədən Rəsulullah" şəhadətlərini öz mübarək dili ilə təsdiq edib. Lakin "Ənə Huccətullah" buyurmaqla bu şəhadətlər kimi Əliyyən Huccətullah şəhadətini öz dövrü imaməti üçün təsdiq etməyib. Bu səbəbdən Əliyyən Huccətullah şəhadəti bədayə uğrayıb. Buna əsasən Əliyyən Huccətullah şəhadətinin Məhdiyyən Huccətullah şəhadəti ilə əvəz olunması vacibdir!
Allah istədiyini saxlar, istədiyini aradan aparar. Ümmül kitab onun yanındadır.
Bu, heç bir dəlil ilə inkarı mümkün olmayan həqiqətdir ki, hər bir müsəlmanın yaşadığı müddətdə zamanın imamına bey'əti olmalıdır. Bu, əvvəl də belə olub, indi də belədir, gələcəkdə də belə olacaq. Ancaq indiki zamanda bey'ətin şərait və şərti başqadır. Belə ki, imam fürudan qaibdir. "Yer üzü höccətsiz ola bilməz" dəlilinə binaən, üsulən isə zahirdir. Bəs bu şərait və şərt daxilində biz öz boynumuzda olan vacib bey'əti necə əmələ gətirə bilərik? Bunun ancaq bir şərti var - o həzrətin hüccətullah olduğuna şəhadət vermək (Əşhədu ənnə məvlana Məhdiyyən Huccətullah). Digər şərti bu bey'ətin gün ərzində təzələnməsidir. Bu şərti əmələ gətirmək üçün ən münasib zəmin azan və iqamədir. Lakin azan və iqamə müstəhəb, bey'ət isə vacibdir. Nə etməli? Buradan hökmü-sanəvi irəli gəlir. Vacibi tərk etmək mümkün olmadığından, zərurət irəli gəlir ki, azan və iqamə vacib sayılsın. Bütün bunları nəzərə alıb azan və iqaməni vacib bilirəm. Bu hökm ədalətdən uzaq deyil, bəlkə ədalətin özüdür.
Zəmanə İmamına beyəti olmayan muctəhidə təqlid haramdır. Qeybət dövrü İmam Zamana beyətin üsulunu bilməməzlik üzündən olmuş olsa belə.
313muslim
Регистрация: 21 июн 2012Offline Активность: 21 июн 2012 16:25