Перейти к содержимому


Anti_Rafizi

Регистрация: 02 июл 2012
Offline Активность: 18 июл 2012 19:46

Мои сообщения

В теме: Rəcm "ayəsi"

03 июля 2012 - 20:05

Nun, necə olur ki, ayə Quranda qalır, hökmü nəsx olur? Sənin məntiqinlə çıxış etsək, onda nəsx olmuş ayə Quranda nə gəzir? sualını verməliyik. O cür də hökm qalmaqla, tilavət nəsx edilə bilər. Burda nə var ki? Allahın hökmü belə olub.

В теме: Mütə barədə şübhələr

02 июля 2012 - 22:46

Raykard-ın sitat gətirdiyi hədisin ərəbcəsi:

قال‌ ‌من‌ تمتع‌ مرة درجته‌ كدرجة الحسين‌ و ‌من‌ تمتع‌ مرتين‌ درجته‌ كدرجة الحسن‌ و ‌من‌ تمتع‌ ثلث‌ مراءة درجته‌ كدرجة ‌علي‌ و ‌من‌ تمتع‌ أربع‌ مرات‌ درجته‌ كدرجتي‌


Minhacus-Sadiqin, c.3, s.149

Kim istəsə cavab verə bilər. Eyni səhifədə oxşar başqa hədislər də var. Tanış olmaq istəsəniz bu linkə girin. LİNK

В теме: Rəcm "ayəsi"

02 июля 2012 - 15:40

Va Aleykum salam va rahmətullahi va bərakətuhu.

Sualı cavablandırmağa çalışdığına görə təşəkkür edirəm.

Amma, bu suala yetərli cavab deyildi.

Məlumdur ki, Quranda olmadığına görə "QURANDAN nəsx edilmiş ayə" kateqroiyasına daxildir.

Biz də bilirik ki, "Buxaridən nəsx edilmiş ayə" demirsiz.

Söhbət ayənin ümumiyyətlə nəsx olunub olunmamasından gedir.

Deməli, qəbul edirsiz ki, bu ayə ÜMUMİYYƏTLƏ NƏSX olunmayıb, sadəcə, Qurandan çıxıb ?

Məgər siz "nəsx olunub" deyərkən bu etiqaddasız ki, "mümkündür Qurandan çıxıb başqa kitaba düşsün" ?

Deməli, qəbul edirsiz ki, Allah ayəni öz kitabından nəsx edib, amma, Buxari ayəni öz kitabına salıb ?

Hansı əsasla ?

Rəcm ayəsi barədə şiənin fikri budur ki, ümumiyyətlə belə bir ayə olmayıb və ümumiyyətlə "tilavətin nəsxi" adlı bir qrup yoxdur.

Lap belə olmasaydı belə... Bu mövzunu ona görə açmamışam ki, qarşı tərəf suala cavab vermək əvəzinə "sizdə də var" metodundan istifadə edib suala cavab verməkdən imtina etsin.

Sadəcə, həqiqətən də bu barədə müxaliflərin fikrini öyrənmək üçün, bu məsələni necə izah etdiklərini bilmək üçün bir sıra suallarım var ki, o sualları verib cavabını almaq istəyirəm inşaAllah.

Ümid edirəm ki, sən bu suallarımı cavabsız qoymayacaqsan.


Əvvəla, mən ona görə şiənin fikrini soruşdum ki, görək fərqlər nədir? Və dəlilləriniz nədir? Bəhs paralel getməlidir ki, daha çox informastiv olsun. Oxuyanlar hər iki tərəfin mövqeyini bilsin. Yoxsa mənim sualı cavablandırmaqdan qaçmaq kimi bir niyyətim yoxdur.

Özünüz də yaxşı bilirsiniz ki, Qurandan çıxıb Buxariyə düşmək kimi bir söhbət yoxdur. əl-Buxari - rəhiməhullah - hədis nəql edib. Hədislər olmasa nə Quran tarixini, nə şərhini bilməzdik. Səhih Buxaridəki hədis bizə Rəcm ayəsinin olması barədə məlumat verir. Və hədisdən məlum olur ki, ayənin tilavəti nəsx olub, amma hökmü qalıb. Ona görə də, bu günə qədər hökmünü icra edirlər.

Bizim bu barədə mövqeyimiz elə sizin hədisdə də əks edilib.

İmamlardan hesab olunan Məhəmməd ibn Əli ibn Musa ər-Rida isə “Bəqərə” surəsinin 106-cı ayəsini təfsir edərkən demişdir: “Allah Təala buyurur: - Biz hər hansı bir ayənin hökmünü ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olduğunu bilmirsinizmi?! – Ayədə “unutdururuqsa” sözü yəni hökmü qalır yalnız rəsmini (tilavətini) ləğv edirik deməkdir”. “Bihar əl-Ənvar”, cild 4, səh. 116, 3-cü bab 42-ci rəvayət


Bu mənim cavabımdır. Biz də bunu deyirik. Əgər qane etməsə əlavə suallar verin.


Mənim sualım nədir. Şiə rəcm ayəsinin hökmü ilə hökm çıxarmır? Yəni, daşqalaq sizdə yoxdu?

Bir də zəhmət olmasa klassik şiə alimlərinizin mövqeyini bölüşün nəsx barədə. Məsələn: Şeyx Tusi, Əllamə Hilli nə bilim bunun kimilərin.

В теме: Rəcm "ayəsi"

02 июля 2012 - 10:34

Salam aleykum.

Mətn Quranda olmadığı üçün "Mətni nəsx edilmiş ayə" kateqoriyasına daxildir. Mətni Buxaridən nəxs edilmiş ayə demirik. Mətni Qurandan nəsx edilmiş ayə deyirik.

Rəcm ayəsi barədə şiənin fikri nədir? Şiə bu ayəni hansı qrupdan hesab edir?

Рейтинг@Mail.ru