Перейти к содержимому


Murad_Jafari

Регистрация: 06 окт 2012
Offline Активность: 05 июл 2013 11:02

Мои сообщения

В теме: Ben Bazın qəbr kənarında quran və namazın oxunmas...

04 июля 2013 - 09:34

Qəbir kənarında namaz qılıb, quran oxumaq böyük şirkə səbəb olan bidətlərdəndir. Çünki Allahın rəsulu (s) buyurmuşdur: “Allah yəhudi və məsihilərə lənət etsin, onlar öz peyğəmbərlərinin qəbirlərini məscidə çeviriblər”

Peyğəmbər (s) müsəlmanlara xitabən buyurmuşdur: “Agah olun, sizdən əvvəlkilər öz peyğəmbərlərinin və salehlərinin qəbrini məscidə çevirdilər. Ehtiyatlı olun ki, qəbirləri məscid etməyəsiniz. Mən bu işi sizə qadağan edirəm” (“Töhfətul-ixvan”, Ben Baz, səh 10-18)

İbn Baz bu iki rəvayəti nəql etdikdən sonra belə nəticə çıxarır: “Bu iki rəvayətdən məlum olur ki, qəbir kənarında namaz və quran oxumaq, qəbirin üzərində bir şey tikmək şirk səbəbidir. Bu işləri yəhudi və məsihilər görürdü, indi isə onu bu ümmətin cahilləri davam etdirir. Onlar qəbir əhlinə ibadət edir, onlar üçün qurban kəsir, nəzir edirlər. Ölülərdən xəstələlərinə şəfa, düşmənləri üzərində qələbə istəyirlər. Bu işlər Hüseyn (ə) qəbri kənarında yerinə yetirilir. Peyğəmbər (s) qəbir üzərində tikinti, qəbirlərin üzlüklənməsini, qəbir üzərində oturmağı, qəbir üzərində gümbəz qaldırmağı, qəbirin üstünü yazmağı qadağan etmişdir. Bu işlər yəhudi və məsihilərin işlərinə oxşadığından, böyük şirkə səbəb olduğundan qadağandır” (“Töhfətul-ixvan”, Ben Baz, səh 13-15).

Qəbir (olan yerdə) kənarında namaz qılmağın qadağan olmasının batil olmasını mən başqa temalarda qeyd etmişəm və birdə qısa olaraq təkrar etmək istərdim ki, Məscidul-həramda bir neçə şəxs dəfn olunub ki, bütün müsəlmanlar da o qəbirlərin üstündə və yanında namaz qılırlar. Bu: Həzrət İsmayıl, anası Həcər, ərdə olmamış qızları. Həzrəti Nuh, Hud, Saleh və Şüeyb, bunların qəbirləri Hacərlə zəmzəm arasındadır. Həmçinin rükn və məqamdan zəmzəmədək 99 peyğəmbərin qəbri var. (“Tarixul-qəvim”, Məhəmməd Tahir əl-Kordi, cild 2 səh 579-580).

Əslində İbn Bazın istinad etdiyi xədislərdə quran oxunması barədə söz yoxdur. Bununla belə ittihamçılardan soruşulmalıdır ki, Məscidul-həramda quran oxuyanlar müşrikdirlərmi? Məgər Aişə peyğəmbərin qəbri kənarında quran oxumurdumu?

İbn Teymiyyə deyir: “Məzhəb böyüklərinin ümumi fikri belədir ki, hər bir meyyit dirinin namaz, oruc, quran qiraəti və sədəqəsindən bəhrələnir” (“Səlatul-mumin” əl-Qəhtani cild 2, səh 1379).

Sələfilərin digər başçısı İbn Qəyyim deyir: “Müsəlmanlar ölülər üçün bağışlanma istəsələr, sədəqə versələr, həssi yerinə yetirsələr, oruc tutsalar, namaz, quran və zikr oxusalar, savabı ölülərə çatar” (“Səlatul-mumin” əl-Qəhtani cild 2, səh 1379).

İbn Baz digər bir kitabda yazır: “Sədəqənin, həcc və ümrənin, meyitin borcunun ödənilməsinin, dua və tövbənin savabı meyitə çatar. Amma quran və namazın, həm də təvafın meyit üçün olmaması daha yaxşıdır” (Məcmuu fətavi, Ben Baz, cild 3, səh 259; “Səlatul-mümin” əl-Qəhtani cild 2, səh 1382).

Başqa bir mənbədə deyir: “Yaxşı olar ki, qəbir ziyarətçisi dua edib yalvarsın, ölülərdən ibrət götürsün və meyit üçün quran oxusun. Ziyarətçinin quran oxuması meyit üçün faydalıdır” (Əl-fiqh ələl məzahibil-ərbəə, cild 1 səh 471).

Maraqlıdır ki, bütün sünnə əhli, sələfilər, İbn Bazın özü, adətən, quran oxunmasını ölü üçün faydalı olmasını bildiyi halda, “Tühfətul-ixvan” (Ben Bazın kitabı) kitabında bu iş şirk sayılır. Özü də böyük şirk! Bu hökmün hansı əsasla verildiyi məlum deyil.


atalar yaxşı deyib: yalançının yaddaşı olmaz.

В теме: Rafizilərin qəbrə səcdəsi

28 мая 2013 - 11:41

Çünki Ademin (a.s.) ve Yusifin (a.s.) Şeriatlarında bu haram deyildir,nece ki Musa (a.s.) Şeriatında bezi nemetler,etler haram olub ve İsa (a.s.) bu qadağaları halal etmeye gelib.Elece de bizim Şerietlerimiz ferqlidir.Yusif (a.s.) vaxtında hörmet secdesi caiz olub,indi ise-yox)

Xanim yanlisiniz var . siz deyirsiz ki Musa (e)in dovrunde haram olan sey sonra hala olur amma sohbet wirkden gedir . eqidevi behsdir . hec vaxt eqidede deyisiklik olmayib .

В теме: Namazların birləşdirilməsi

21 мая 2013 - 14:27

Fiqhi məsələlər arasında bəlkə deyərdim ki, "namazların cəm edilməsi" qədər sünnilərin və sair bidət əhlinin aciz qaldığı ikinci bir məsələ yoxdur. Mən Əbu Zeyddən bundan artığını da gözləmirdim. Çünki onun böyükləri bu məsələdə diz üstə qalıblarsa, o neyniyə bilər? Hər halda Əbu Zeyd də sələfləri kimi Peyğəmbərə (s) böhtan atmaqla öz əqidəsinin xilasına çalışır. 1cə sual verən yoxdu ki, ay vəhhabi demək istəyirsən ki, Allahın elçisi (s) ömründə 1 dəfə olsa belə (!) namazı vaxtı girməmiş qılıb? Əgər vaxtı girməmişdisə necə Rəsul (s) zöhrün ardınca əsri və məğribin ardınca işanı qıldı? Vaxtından əvvəl namaz qılmaq mümkündürmü? Axı bütün İslam aləmi deyir ki, namazı vaxtı girməmiş qılmaq batildi.
Heç görəsən Əbu Zeydin dinində sübhü zöhrə birləşdirib qılmaq olar? Məsələn, müharibə şəraitində?

Salam qardas . o videoya qulaq asdinsa Abu zeyd hedisdeki"Peygember bu isi ummete asanliq olsun deye etdi" sozunu delil kimi getirir .demek isteyir ki orda ummete cetinlik oldugu ucun Peygember (s)namazlari birlesdirdi .

В теме: Əbu Bəkir: "Kaş ki Fatimənin evinə hücum etməsəydim"

29 марта 2013 - 11:36

Məncə məntiqli sual deyil. Peyğəmbərin(saas) daha erkən yaşlarda bir oğlu vefat etmişdir.

Salam qardas belke de Samralin suali duzgun deyil amma Xanimin basina gelen bu qeder musibetler baresinde revayetler varken onu 18yasda oz eceli ile oldu demek de duzgun deyil .

В теме: "Şiə kitablarında Allah Adəmi öz surətində yaradıb" şübhəsi və cavabı

23 марта 2013 - 15:15

Səhih sayılmış olan hədisdəki "Allah Adəmi Onun surətində" yaratdı sözü ilə zəifindəkinin fərqi nədir ki?

qardas biraz diqqet ele. mene bele basa dusdum "Allah Adəmi Onun surətində yaratdi" burda Peygember onun deyende o iki neferden birini nezerde tutur. cunki hemen adam o birini deyir ki Allah sene benzeyenin uzunu cirklendirsin Peygember de ona deyir ki Allah Ademi ona benzer yaradib. yani senin sozun Adem (e) -a toxunur.

Рейтинг@Mail.ru