Şəri hakim-İslam hökmlərini icra məqamında olan müctəhid və ya onun naibi, başqa sözlə, İslami ölçülərə görə hökmü keçərli olan müctəhid və ya naibi.
Allah razı olsun sizlərdən qardaşlar.
Va Aleykum salam ve rehmetullahi ve bereketuhu!
Əvvəlki sualınızı al-islam qardaşımız cavablandırdı.
Qaldı ki ikinci suala...
1.İmam Cəfər Sadiq(ə) ilə Əbu Hənifə eyni deyildir.Necə ki, əhli-sünnə qardaşlarımızın nəzərində Əbu-bəkrlə Əbu Hənufə eyni deyildir.
2.Şiələrin cəfəri adlandırılması heç də o demək deyil ki, şiələr yalnız imam Cəfərə(ə) tabe olurlar digər imamlara (ə) tabe olmurlar.İmam Cəfər(ə)-in dövründən sonra özlərinin din elmlərində alim olduqlarını iddia edənlər ( Əbu Hənifə və ondan sonra gələnlər) ortaya çıxdığı üçün, həmin dövrdə şiələr həm də qaçılmaz bir proses kimi cəfəri adlandırılmağa başlandılar.
3.Şəriət məsələlərində heç nə tabeçilikdə tabe olunan insanın kitabının olmasını şərt eləmir.Bu nə Quran nə də sunnətlə vacib deyildir.Allahın təyin etdiyi rəhbərlərə tabe olmaq vacibdi.Onun muəllifi olduğu kitab olsa da , olmasa da.
4.Bütün məzhəblərə görə şəriət məsələlərinin son dayanacağı,son isnadı Allah rəsuludur(.s.as).Amma, Allah rəsulunun (s.a.s) Qurandan başqa kitabı yoxdur ki, bu kitabın da muəllifi özü yox, Allahu subhanəhu və təaladır.Məgər Allah rəsulu (s.a.s) özü kitab qələmə almayıbsa, yaxud aldırmayıbsa bu o deməkdir ki, Allah rəsuluna (s.a.s) tabe olmaq vacib deyil? Halbuki, Allah rəsulu (s.a.s) "kitabı olan "muctəhidlərə" tabe olun" deməyib. Amma, əhli-beytinə tabe olmağı vəsiyyət edib.
5.Deyə bilərsiniz ki, özündən sonra onun şəriətini alimlər sahabələr qələmə alıblar.Bəli! İmam Cəfər Sadiq(ə)-ın elmi Allah rəsulunun (s.a.s) elmi idi .Onun və digər imamların (ə) elmini özlərindən sonra yaxın sahabələri qələmə alıblar.
6.Əbu HƏnifə və digərlərinin qələmə aldıqları kitablar olsa-olsa yalnız və yalnız şiə məzhəbindəki Ayətullahların (Allah onlardan razı olsun!) kitabları ilə muqayisə oluna bilər.( Hətta, bu muqayisə də alimlərimizə haqsızlıq olard)Çünki, Əbu Hənifə və digərləri də kitabının içindəki məlumatların məsumun (s.a.s) ( sahabələr vasitəsi ilə peyğəmbərin(s.a.s) ) açıqladığı məsələlər olduğunu iddia edir.Şiə alimlərimiz də kitablarının içindəki məlumatlar məsumun (s.a.s) məsumun ( imamlar (ə) vasitəsilə peyğəmbərin (s.a.s) ) açıqladığı məsələlərdi.
7.BU gün Azərbaycanda İslam düşməni olan vahabilər belə bir şübhəni ortaya atırlar ki, " Allahın təyin etdiyi rəhbərin qələmə aldığı kitabı yoxdursa, deməli ona tabe olmaq olmaz".Halbuki, bu iddialarının Quran və sünnətə əsasın heç bir dəlili yoxdur.Varsa, buyursunlar!
P.S
SubhanAllah! O zaman bu vahabilərin iddiasından belə çıxır ki, Əbu Hənifəyə qədərki əhli-sünnə, kitabı olan alimlərə tabe olmadıqlarına görə hamısı zəlalətdə idi.Yox əgər belə bir iddianı etmirlərsə , Əbu Hənifədən qabaqkı alimlərin də kitabları var idisə, nəyə görə onlara tabe olmadılar, məhz Əbu Hənifəyə və ondan sonrakılara tabe oldular?
Ən doğrusunu Allah bilir!
Vəssəlam!
- al-Islam это нравится