Əvvəla bu sözmü oxudun?Niyə elə fikirləşirsiz ki, acığımız gəlir? Sadəcə eyni şeylərə cavab verməyə bezmişik. Siz birinci insan deyilsiz ki, bu iddialarla gəlirsiz.Əl İsra 57 harda cavab verilib? Niyə şirkdən danışanda acığınız gəlir. Cavab verin mənim gətirdiyim ayələrə! Və ümumən mənim mövzum təvəssül yox, etdiyiniz şirkdir!Gördüyünüz kimi bu mövzu 12 səhifədir ki gedir. Siz elə fikirləşirsiz ki, yazdığınız ayələri Sizdən əvvəl heç kəs yazmayıb və onlara cavab verilməyib?
Sizə hər dəfə yazmalıyam ki, əvvəl mövzunu oxumaq lazımdır ki, təkrar yazılar olmasın?! Sizin yazılarınız təkrardır və forumun qaydalarına ziddir. Qaydaları da oxuyun!
Hər ayəyə ayrılıqda cavab verməliyik? bu ayələrə ümumi cavablar verilib. O cavablara nəsə iradınız varsa yazın.
Yəni heç bir 12 imam şiəsi təvəssül etdikləri şəxsləri məbud hesab etmir və onlara ibadət etmirlər.
İkincisi, təvəssül edilən şəxsin məbud olduğunu iddia etməyiniz absurddur. Çünki elə öz əqidənizə görə əshab özü Peyğəmbərə(s) sağlığında təvəssül edib. Yəni vasitə məbuddursa, əshab da Peyğəmbərə(s) ibadət edib. Amma bu gülməlidir. Siz sadəcə deyə bilərsiz ki, ölüyə təvəssül caiz deyil. Bax bu başqa məsələdir ki, gəl bu məsələni araşdıraq. Yoxsa Quran ayələrini yazmağın adı yoxdur.
Allahın bu kəlamını oxudun?Çünki Allaha Dua etmək özü bir ibadətdir. Bu haqda Allah rəsulu (s.ə.s) dedi: “Dua ibadətdir”. Hətta bu məsələdə müxaliflərin İmamlardan (ə) gələn rəvayətlərinə görə: “İbadətin ən yaxşısı duadır” qeyd olunur.
وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا
“Şübhəsiz ki, məscidlər Allahındır. Allah ilə birlikdə heç bir kimsəyə dua etməyin.” (əl-Cin 18)
Sonra bu ayəni oxumadın?
أُولَٰئِكَ الَّذِينَ يَدْعُونَ يَبْتَغُونَ إِلَىٰ رَبِّهِمُ الْوَسِيلَةَ أَيُّهُمْ أَقْرَبُ وَيَرْجُونَ رَحْمَتَهُ وَيَخَافُونَ عَذَابَهُ ۚ إِنَّ عَذَابَ رَبِّكَ كَانَ مَحْذُورًا
Onların yalvardıqları məbudların özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından qorunmaq gərəkdir. (Əl İsra 57)
Vüsal 114 bu ayənin özündə məbud sözü yoxdur, ayədə "Allahdan qeyri yalvardıqları" gedir, fəqət sizin onlara yalvarmanız onları məbud edir.
Bu təvəssül deyil, bu şirkdir, çünki Əbu Cəhl və əshabıda dua etdikləri bütlərin Allah yanında onlar üçün şəfaətçi olduğunu zənn edirdilər.
Həmçinin, sağ olan cinləri qeybdən çağıran insanlarda şirklə məzəmmət olunmuşdur, qəbirlərdə yatanlara dua edənlər necə?
Hidayət Allahdandır.