Перейти к содержимому


Публикации Samir Selefi

59 публикаций создано Samir Selefi (учитываются публикации только с 27-сентября 23)



#63197 Peyğambərin zövcələri barədə

Отправлено автор: Samir Selefi 10 октября 2010 - 15:53 в Şiə-sünni dialoqu

Həə, deməli Siz birinci səhifədə gətirilən əhli-sünnə təfsirlərindən gətirilər dəllilləri rədd edərək, al-İslamın gətirdiyi mənbəsiz rəvayəti əsas tutursuz? Nəyə əsasən? Birinci səhifədə verilər tərsirlərin əsassız olduğunu sübut edib.

Əl Fəth, birinci səhifədə gətirilənlən dəlil yox, alimlərin təfsirləridir, başqa təfsirlərdə var. Amma Əl İslamın gətirdiyi birbaşa dəlildir sizə görə, nədənsə şiyələrdən kimsə rəvayətin sənədini tələb etmədi, əksinə sükunətlə müşahidə etdilər. Sənə sual verirəm, Əl İslamın rəvayəti səhihdir?

PS1, qeyd edim ki, başqa bir forumda, bir neçə il bundan öncə, Sadr bu rəvayəti dəsətəkləyən fikir bildimişdir.
PS2, bu forumda yazdığım üçüncü şiyəsən, səndən öncəkilər təhqir və istehzaya yol verdilər, ümid edirəm sən fərqlənəcəksən.



#63196 Peyğambərin zövcələri barədə

Отправлено автор: Samir Selefi 10 октября 2010 - 15:46 в Şiə-sünni dialoqu

şəkillərin isə Ömərin qatili Əbu Luluəyə aid olduğunu iddia edirsiniz buyrun isbat edin. yoxsa məndə bir qəbrin, türbənin şəklini çəkim qoyum bura, üstünədə albrhan nişanəsi vurum sonrada deyim ki, "baxın eee imam Əlinin ə.s qatili kafir ibni Mülcəmi mütehid bilən bu alçaqlar (yəni vahhabilər) hələ bir ona türbədə düzəldiblər". bu sizə dəlil olacaq?

p.s: ibni Mülcəmi, Muaviyəni, Yezidi və bunlar kimi Əhli Beyt ə.s qatilləri olan alçaqları vahhabilər müçtehid, xəlifə və imam bilirlər.

İkinci şəkildə yazılar var, oxu onları.
Başqa bir tərəfdən burada qəbrin məcusiyə aid olub olmadığı mühüm deyil, mühüm olan cahil şiyələrin bu niyyətlə həmən qəbri ziyarət etməsidir, məhz buna görə Xamneyi bu qəbri ziyarət etməyi nəhy etmişdir.
PS, maraqlıdır hansı vəhabi xəvaric olan İbn Mülcəmi müctəhid sayır? O ki qaldı Yezidə münasibət, burdan oxuya bilərsən http://www.abubakr-m...php?storyid=25.



#63236 Peyğambərin zövcələri barədə

Отправлено автор: Samir Selefi 10 октября 2010 - 19:59 в Şiə-sünni dialoqu

ibni Həzm kifayətdir?

İbn Həzm nə deyib? Mənbə göstər.

ibni Həzm deyir:

Ümmətdən (yəni Muaviyənin ümməti olan nasibilərdən) heç kim Əlini öldürən Əbdürrəhman b. Mülcəmin Əlini öldürməsindən şərh edib işinin doğruluğuna inanan bir müçtehid olduğunda ixtilaf etməmişdir.

ibni Həzm, "əl Muhəlla", cild 10, səhifə 484

Bu nə cümlədir? Ərəbcə mətni skan elə yerləşdir bura. Araşdıraq baxaq İbn Həzm nə deyib.



#63206 Peyğambərin zövcələri barədə

Отправлено автор: Samir Selefi 10 октября 2010 - 16:58 в Şiə-sünni dialoqu

ibni Həzm kifayətdir?

İbn Həzm nə deyib? Mənbə göstər.



#63354 Peyğambərin zövcələri barədə

Отправлено автор: Samir Selefi 12 октября 2010 - 11:42 в Şiə-sünni dialoqu

Bəzi şiyələr, xüsusən vüsal114 və qeyriləri, "və zövcələri möminlərin analarıdır" ayəsini yalnız rəsulullahın zövcələrinə evlənməyin haram olduğuna dair enməsini bildirirlər, fəqət əl-İslam adlı şiyə yuzerin gətirdiyi rəvayətdə, şiyələrin iki imamı - birinci və sonuncu - Əli (r.a.) və Mehdi (r.a.) - bu ayənin heçdə göstərilən səbəbə görə nazil olmadığını, əksinə Allahın bu ayə ilə rəsulullahın zövcələlərinin şanını ucaltmaq istədiyini bildiriblər. İndi mənə deyin görüm imamlar sizin üçün höccətdir?


Samir, hədisi diqqətlə oxu! Hədis mən yazanları inkar etmir. Allah onların şənini ucaltmayıb bəs nə etdi?

Ibn Kəsir təfsirində deyir ki, "onların analarıdır" ibarəsindən məqsəd anaya olan münasibətin onlara bəslənməsidir, bunun içinə evlilikdə daxildir, fəqət tək o yox, ehtiram, sevgi və s. Əslində Əl İslamın gətirdiyi hədisdədə bu qeyd olunur, ammma guya sonradan bu vəsfi itirdikləri əlavəsi ilə. Amma sən deyirdin ki, mücərrəd olaraq bu ayə yalnız onlarla evlənmənin haramlığına işarədir.



#63225 Şeyx Albaninin "Kişinin yad bir qadin tərəfindən əmizdirilməsi" fətvası

Отправлено автор: Samir Selefi 10 октября 2010 - 19:40 в Əqidə və fiqh

Hörmətli şiyələr, zəhmət olmasa bu rəvayət haqqında ətraflı məlumat verin.


Zəhmət olmasa bu hədisi qamətin sözləri ilə birlikdə ayrıca mövzu kimi aç mən də bacardığım qədər ətraflı mə`lumat verim, inşaallah!


Başqa mövzuya nə gərək var? Elə burada məlumat ver.
Buyur, iddialar burda:
http://313news.net/f...php?/topic/791/

PS, ümumən mənim fikrim budur ki, fiqhdə hər bir məsələ müzakirə oluna bilər və bunda bir qəbahət yoxdur. Ağıllar və suallar müxtəlifdir, alimin vəzifəsi insanları maraqlandıran suallara dəlillərlə cavab verməkdir.



#63198 Şeyx Albaninin "Kişinin yad bir qadin tərəfindən əmizdirilməsi" fətvası

Отправлено автор: Samir Selefi 10 октября 2010 - 15:57 в Əqidə və fiqh

Təşəkkür edirəm, cavabını oxumuşam, inşəAllah ərəb dilini dərin bilən qardaşlardan məlumat alıb mövzunu davam etdirərəm.
İkinci bir tərəfdən, Əzhab surəsi 33-cü ayədə gələn müraciyətin kişi cinsində olması, ərəb dilinin xüsusiyyəti deyilmi?



#63181 Şeyx Albaninin "Kişinin yad bir qadin tərəfindən əmizdirilməsi" fətvası

Отправлено автор: Samir Selefi 10 октября 2010 - 14:02 в Əqidə və fiqh

Əgər söhbət açılıbsa başqa şeylər də yazmaq olar. Məsələn, Usulul Kafi, Kitabul Hüccə, Əbvab ət-Tarix, Bab Movludun Nəbiy s.a.v.
جاء في الاصول من الكافي ان ابو طالب قام بارضاع نبينا محمد صلى الله عليع وسلم

Bu ayıbdır amma məcburən bir qədər aydınlıq gətirməliyik. Rəvayətə görə, Əbu Talib Peyğəmbərə (s.a.v.) süd əmizdirib.
Yaxud məsələn, Kitabul Hüccə, Bab Movlud Huseyn: Guya Hüseyn (r.a.) Peyğəmbərin (s.a.v.) barmağı və dilindən süd əmib.

Hörmətli şiyələr, zəhmət olmasa bu rəvayət haqqında ətraflı məlumat verin.



#63188 Şeyx Albaninin "Kişinin yad bir qadin tərəfindən əmizdirilməsi" fətvası

Отправлено автор: Samir Selefi 10 октября 2010 - 14:58 в Əqidə və fiqh

Əvvəla təhqir heç kəsə baş ucalığı gətirmir, ittiham etsəndə, onu təhqirsiz elə, əslində təhqir acizliyin əlamətidir. İkincisi birbaşa həmən mövzuda Qamətin cavabını gətirməmişdin. Üçüncüsü, necə məlumdur, əhli sünnə və cəmaa, peyğəmbərlərdən başqa heç kimi məsum saymır, necə İmam Malik deyir: "Bu qəbrin sahibindən (yəni rəsulullahdan (s.a.s.)) başqa hər bir şəxsin sözləri rədd oluna bilər". Bu səbəblə hər hansı bir alimin görüşü bizim üçün mütləq höccət sayılmır, xüsusən həmən rəyin əleyhinə dəlillər güclüdürsə.
Bilindiyi kimi qeyd etdiyin məsələdə üç rəy var, və Qamət cumhurun rəyinə söykənərək cavab vermişdir. Müvəffəqiyyət Allahdandır.



#63180 Şeyx Albaninin "Kişinin yad bir qadin tərəfindən əmizdirilməsi" fətvası

Отправлено автор: Samir Selefi 10 октября 2010 - 13:58 в Əqidə və fiqh

Milli vəhhabilərimiz artıq bu fətvanı həyat təcrübələrində tətbiq edirlər. Məsələn Qamətə müridləri bu barədə sual verir:

Salam Aleykum Şeyx,

Qardaş , əxilərdən biri uzun səfərə (bir illik) gedir inşallah, ailəsin gündəlik işləri üçün mənə tapşırıb. Lakin zövcəsi mənə naməhrəmdi. Hicaba riayət eləmir. Man eşitdiyimə görə (icazə var alimlərdən), əgər zövcəsi mənə süd versə ona məhrəm olaram. Bunu etmək olar ?

Cəzəukumullahu xeyran qardaş.


Mənbə

Əgər adilsənsə, niyə Qamətin cavabını gizlədirsən? Axı bu müsəlmana yaraşan əməl deyil!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Xeyr, belə etmək olmaz. Həm də çalışın ailəsi ilə əlaqə saxlamayın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#63199 Şeyx Albaninin "Kişinin yad bir qadin tərəfindən əmizdirilməsi" fətvası

Отправлено автор: Samir Selefi 10 октября 2010 - 15:58 в Əqidə və fiqh

Bilindiyi kimi qeyd etdiyin məsələdə üç rəy var, və Qamət cumhurun rəyinə söykənərək cavab vermişdir. Müvəffəqiyyət Allahdandır.
Cumhur axı əmməyi məsləhət görür.Ona görədə qamət sizi aldadır,sizə deyir əmmək olmaz amma özü bəlkədə əmə-əmə gedir.

Dəlil gətir.



#63283 Arxadan ilişki

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 13:05 в Əqidə və fiqh

vəhhabilər iddia edirlər ki, ibni Ömərdən bu mövzuda nəql edilmiş hədislər duburdan yox fərcdən olmaq şərti ilə arxadan cinsi əlaqə haqqındadır.

Bəqərə surəsindəki ayənin təfsiridə məhs belədir, ənsar qadınlara yalnız bir cür yaxınlaşırdılar, "istədiyiniz kimi yaxınlaşın", yəni istədiyiniz cür, fəqət anal dəlikdən yaxınlaşmaq haramdır, bu məşhur və sübut olan məsələdir, hədis təfsiri olan İbn Kəsirin təfsirində buna dair kifayət qədər hədis nəql edir. Əbu Süfyan Ordusu alimlərinin eyiblərini örtbasdır etmək üçün rusların "sam takoy" məntiqindən çıxış edir və bu bir çox şiyələrə aiddir.



#63303 Əhli-Sünnə Mənbələrində Quranın Təhrif Olunması

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 15:17 в Şiə-sünni dialoqu

Yazırsız nə gəldi, necə gəldi! İbn Həzm "dəyişdirdiyi hissələri" deməyib, "dəyişdirdiyi müshəfləri" deyib və bu məşhur hadisədi. Özündə etiraf edirsən ki, ərəbcə bilmirsən, bu halda İbn Həzmin ərəbcə yazdığı kitabına necə istinad edirsən?



#63304 Əhli-Sünnə Mənbələrində Quranın Təhrif Olunması

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 15:20 в Şiə-sünni dialoqu

Bu mövzunu oxuyanda bişmiş toyuğun gülməyi gəlir, mövzuda iştirak edənlərin əksəriyyəti əslən təhrifin nə olduğunu bilmirlər.



#63324 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 17:39 в Şiə-sünni dialoqu

Şiələrdə Əmin əl-İslam ləqəbi ilə tanınan ət-Tabərsi özünün "İləm əl-Vara bi İləm əl-Huda" kitabında (səh: 402) deyir:
وأما أم كلثوم فهي التي تزوجها عمر بن الخطاب وقال أصحابنا إنه عليه السلام إنما تزوجها منه بعد مدافعة كثيرة وامتناع شديد واعتلال عليه بشيء بعد شيء حتى ألجأته الضرورة إلى أن رد أمرها إلى العباس بن عبدالمطلب فزوجها إياه
"Lakin Umm Kulsum, Ömər bin əl-Xattaba ərə getmişdir. Bizim əshabımız dedi: Əli - aleyhis-sələm - onu çoxlu münaqişə, inkar və tərəddüddən sonra zərurət qarşılığında verdi və hətta bu işə Abbas bin Abdulmuttəlib qarışdı və o da ona ərə verdi..."
Təbərsi yalan deyib?
عَلِيُّ بْنُ إِبْرَاهِيمَ عَنْ أَبِيهِ عَنِ ابْنِ أَبِي عُمَيْرٍ عَنْ هِشَامِ بْنِ سَالِمٍ وَحَمَّادٍ عَنْ زُرَارَةَ عَنْ أَبِي عَبْدِ اللهِ (عَلَيْهِ السَّلام) فِي تَزْوِيجِ أُمِّ كُلْثُومٍ فَقَالَ إِنَّ ذَلِكَ فَرْجٌ غُصِبْنَاهُ.

"Əli bin İbrahim, atasından, o da İbn Əbu Umeyrdən, o Hişəm bin Səlimdən və Həmməddən, o da Zuraradan, o is\ /bu Abdullahdan - aleyhis-sələm - Umm Kulsumun evliliyi barədə rəvayət etdi. Əbu Abdullah dedi: "Bu verməli olduğumuz bir fərc idi."

Əli ibn İbrahim ibn Haşim əl-Qumi əl-Kuleyninin yanında o qədər siqadır ki, əl-Kafi kitablnln üçdə biri onun rıvayıtlıridir. ən-Nəccaşi və İbn Mutahhar onun haqqında deyir: "siqatun fil hadis"
atası isə İbrahim bin Haşim əl-Qumi və şiələr tərəfindən siqa sayılmışdır.
Muhamməd bin Əbi Umeyr isə digər şiə ravisi və şiələrin qəbul etdikləri siqa biridir. Əbu cəfər ət-Tusi onun haqqında deyir: "Kənə min Əvsaq ən-Nəs" (İnsanların ən siqası idi). Bundan əlavə bu ravi "Əshabul-İcma"dan biri sayılır, bu isə o deməkdir ki, əgər belə bir raviyə qədər gələn sənəd səhihdirsə, onun rəvayət etdiyi sənəd avtomatik səhih sayılır.
Hişəm bin Səlim və Həmməd hər ikisi bunu rəvayət ediblər və onlar da şiələrin məqbul saydıqları ravilərdir.
əz-Zurara isə Əbu Abdullahın əshabındandır.
Bu evlilik olub, fəqət şiyələr Müfidə qədər bunu qəbul ediblər.



#63325 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 17:44 в Şiə-sünni dialoqu

qərib məxluqlarsınız. az öncə Müfidin r.a evliliyi qəbul etdiyini iddia edirdin indi özün öz yalanını açırsan?

Şeyxin r.a dəlilinin nə olduğunu bilmək üçün kitablarına baxmaq və sözlərini tamam oxumaq lazımdır.


Mən sual vermişəm:

Şeyx Müfidin "Əmirəl-möminin Əli (ə) Ömərin hədələdiyinə, özünün və şiələrinin canı təhlükədə olduğu üçün məcburiyyət qarşısında qalaraq bu təklifi qəbul etmişdir" sözlərini necə başa düşək???

Nə isə, bu mövzuda artıq yazmaq istəmirəm, çünki fayda yoxdur. O ki qaldı Qədir Xuma, bu hadisədən imamət, vilayət, xilafət anlayanlar yalnız şiyələrdir.



#63281 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 12:43 в Şiə-sünni dialoqu

Bu hadisə həzrət Əli (ə)-ın qeyrətinə müvafiq deyil. Necə mümkündür həzrət öz qızını nigahdan qabaq şəri hökümləri riyaət etməyən bir şəxsə tapşırsın?!

Subhanallah! Siz bundan dəhşətlisini Əli (r.a.) nisbət edirsiniz. Məgər kiminsə onun evinə soxulub zövcəsinə təpik vurması və onun bunları müşahidə etməsi Əli (r.a.) qeyrətinə müvafiqdir?



#63282 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 12:48 в Şiə-sünni dialoqu

Nədənsə şiyələr bu məsələdə əhli sünnə mənbələrinə üz tuturlar, halbuki bu rəvayətləri qəbul etmirlər, fəqət öz kitablarında nəql olunan və onlara görə səhih olan imam Cəfərin "Ümmü Gülsüm bizdən qəsb edildi" sözlərini görməzdən gəlirlər.
Amma hamısı yox. Əgər bütün şiyələr bu izdivacın olmamasına etiqad etsəydilər, bu məsələyə müxtəlif izahlar gətirməzdilər.



#63322 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 17:28 в Şiə-sünni dialoqu

Sizin forumlarda bu evliliyin olmaması barədə yaydığınız məlumat yalnız Müfid və ondan sonra gələnlərə dayanır: "İnsanlar elə bildilər ki, Ömər Əlinin qızı Ümm Gülsümlə evləndi, amma əslində o Ümm Gülsüm bintə Cərvilə Xüzeymə ilə evlənmişdir."
Müfidin buna dəlili nədir? İmam Cəfər "bizdən qəsb etdilər" dedikdə kimi nəzərdə tutur?
O ki qaldı sənin gətirdiyin təzadlara, bu çox qəribə məntiqdir. Əgər bir hadisə baş verərsə, lakin bu hadisənin baş verməsində təzadlı şəhadətlər mövcud olarsa, bu, heç də hadisənin baş vermədiyi anlamına gəlməz. Əgər bir nəfər öldürülərsə, lakin kimsə onun bıçaqla öldürüldüyünü, kimsə onun odlu silahla öldürüldüyünü, kimsə başqa cür öldürüldüyünü söyləyərsə, bu heç də həmin adamın öldürülmədiyi anlamına gəlməz.
Əgər bu məntiqlə biz danışsaq o zaman gərək şiələrin elə üzərində əsaslandıqları etiqadı məsələləri də inkar edək. Ğədir Xum hadisləri barədə də təzadlı rəvayətlər gəlmişdir, lakin heç bir kəs bu hadisənin baş vermədiyini söyləmir.

PS, mənə görə sən elm və mərifətdən uzaq adi bir şiyəsən, dedim Elməddinə nəzərən.



#63296 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 14:33 в Şiə-sünni dialoqu

O zaman İmam Cəfərin "Ümmü Gülsüm bizdən qəsb edildi"

O hədisdə hansı zəmanədən və hansı Ümm Gülsümdən danışılır? Bəlkə bu hədis Umm Gülsüm ləğəbli Zeynəb bintə Əli (sə) haqdadır?!

həmçinin Şeyx Müfidin "Əmirəl-möminin Əli (ə) Ömərin hədələdiyinə, özünün və şiələrinin canı təhlükədə olduğu üçün məcburiyyət qarşısında qalaraq bu təklifi qəbul etmişdir" sözlərini necə başa düşək???

Elə də başa düşək ki, Ömər Əlini məcbur edərək Ümm Gülsümü qəsb edib və bununla da bu "nigah" səhih sayılmır. Həmçinin Ömərlə Əlinin yaxşı münasibətdə olmaları mifini də puç edir.

Gətirdiyin hədisi araşdıracam, amma maraqlıdır Əli (r.a.) nəyə səbr etdi? Və sonra niyə beyət etdi?

Araşdırsaz yaxşı olardı, biz də Sizin cavabları gözləyərik.
Əli bir çox səbəbdən səbr edirdi və beyəti yalnız Sizin saxta xəbərlərinizə görə 6 aydan sonra etdi, bizə görə isə o heç vaxt beyət etməyib.

Sən bir söz deyirsən, Elməddin başqa bir söz, amma mənə görə sənin rəyin daha mötəbərdir, çünki sən onfan daha biliklisən. Ömər Əli (r.a.) necə məcbur edib? Hücum hadisəsində Əlinin (r.a.) Öməri yıxması səhihdirmi? Çünki bu forumlarda sizin ən bilikliniz olan Sadr (bəlkə o sənsən?), bu haqda mübahisəmizdə bir söz söyləməmişdir. Rəvayətin zahiridə ziddiyətlidir, əgər Fatiməyə (əleyhəsalam) qarşı belə bir davranış olsaydı və o qanlar içində yerə sərilmş olsaydı və övladı düşmüş olaydı Əli (r.a.) səbr edərdimi? Həmdə necə oldu, burda səbr etdi, qızını qəsb edəndə səbr etdi, nəticəsi olmadı axı, imamət bərqərar olmadı axı!



#63288 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 13:54 в Şiə-sünni dialoqu

Subhanallah!

bəli, Allah vahhabilərin Ona nisbət etdiyi sifətlərdən münəzzəh və subhandır

Siz bundan dəhşətlisini Əli (r.a.) nisbət edirsiniz. Məgər kiminsə onun evinə soxulub zövcəsinə təpik vurması və onun bunları müşahidə etməsi Əli (r.a.) qeyrətinə müvafiqdir?

"Bu vaxt imam ə.s sıçrayıb Ömərin yaxasından tutdu, sonra onu fırladıb yerə atdı, onun burun və boynunu ayağının altına alıb tapdaladı, onu öldürmək istədi, amma Rəsulullahın s.a.a səbr etməsiylə əlaqədar söz və tövsiyələrini xatırlayınca belə dedi: "Ey Sahhak oğlu! Məhəmmədi peyğəmbərliklə üstün qılana and olsun ki, əgər Allahdan tərəf bir əhd olmasaydı, şübhəsiz ki, evimə giremeyeceğini əlbəttə anlamış olacaqdın." Bu əsnada Ömər kömək diləməyə (yəni mələməyə) başladı ..."

Əllamə Məclisi r.a, "Biharul Ənvar", cild 43, səhifə 198

O zaman İmam Cəfərin "Ümmü Gülsüm bizdən qəsb edildi", həmçinin Şeyx Müfidin "Əmirəl-möminin Əli (ə) Ömərin hədələdiyinə, özünün və şiələrinin canı təhlükədə olduğu üçün məcburiyyət qarşısında qalaraq bu təklifi qəbul etmişdir" sözlərini necə başa düşək???
Gətirdiyin hədisi araşdıracam, amma maraqlıdır Əli (r.a.) nəyə səbr etdi? Və sonra niyə beyət etdi?



#63492 Quran təhrİf olunmayıb

Отправлено автор: Samir Selefi 13 октября 2010 - 14:34 в Şiə-sünni dialoqu

Şeyx Müfid deyib: "imamiyyə Allah azzə və cəlaluhunun sifəti olaraq bəda ifadəsinin istifadə edilə biləcəyi üzərində də ittifaq etmişlerdir. " (Şeyx Müfid, "əl Əvailul Məqalat", səhifə 48-49)


Zəhmət olmasa bunu mənə izah edin.

Sultan Məhəmməd əl Cənəbazi deyib: "Quranda şübhə edilməyəcək şəkildə artırma əksiltmə, təhrif və dəyişdirmənin vaqe

olduğuna dair rəvayətlər təmiz və pak imamlardan a.s müstəfiz olaraq gəlmişdir" (Sultan Məhəmməd əl Cənəbazi, "Bəyanus Səade fi Məqaməti)

"Vilayət" və "Nureyn" adlı 2 surənin Quranda olduğunu iddia edən şiə alimləri:
Əllamə əl-Məclisi, "Təzkirətul Əimmə", s.18-19
Əllamə Həbibullah əl Haşimi, "Minhacəl Bəraə fi Şərhi Nehcul Bəlağə", c.12, s.216-217

Nuri Ət Təbərsi.
Mənə maraqlıdır bu məşhur şiyə alimləri belə bir ciddi ittihamı edərkən nəyə əsaslanıblar?



#63490 Təvəssul və onun hokmləri

Отправлено автор: Samir Selefi 13 октября 2010 - 14:29 в Şiə-sünni dialoqu

İbadət Allahdan başqasına şırkdir bunun ölü diri fərqi yoxdur.Təvəssüldə Allah buyuran vasitələrə hətta təkidli müsstəhəbbatdandır bundada ölü diri olması fərq etməz.Məsələn İsa ya Musa üçün üçün deyir ki dünyadada axirətdədə vəcih hörmətli insan idi Allah subhanəhu və təala yanında.Axirətdə yəni öləndən sonra.Demirki öldü hörmətdən düşdü təkcə dünyada vəcih idi!

Bir öz avatarna bax. O insan Allaha dua edir, Allaha ibadət edir! İndi eyni əməli Əli (r.a.) qəbri önündə edərək, "Ya Əli mənə kömək ol" deyən Əliyə ibadət etmir?
Sən əslən bilmirsən ibadət nədir, çünki Quran oxumursan! Ümumən sənin zənnində ibadət nədir? Ölüyə bir başa dua edirsiz, qəbrə doğru səcdə edirsiz, daha ibadət necə olur?



#63489 Təvəssul və onun hokmləri

Отправлено автор: Samir Selefi 13 октября 2010 - 14:24 в Şiə-sünni dialoqu

Davam edak.
Buyur bunuda diggatla oxu,siz salafilerin en sevimli sheyxiniz ibn teymiyye (l) ozunu *mecmual feteva kitabinin* 3 cild. seh 272 de yazib.
( وكذلك مما يشرع التوسل به في الدعاء كما في الحديث الذي رواه الترمذي وصححه أن النبي صلى الله عليه وسلم علم شخصا أن يقول:" اللهم إني أسألك وأتوسل إليك بنبيك محمد نبي الرحمة يا محمد يا رسول الله إني أتوسل بك إلى ربي في حاجتي ليقضيها اللهم فشفعه في" فهذا التوسل به حسن

Tirmizi bu hedisi revayet etmishdir. Rasulillah(s) bir shexsi oyretmish ve bela demishdi ona, dua edanda bela tavassul etmek lazimdir( Allahumma men sene senin peygambarini vasitesi ile uzumu tutmusham,ya rasulillah ya nabiy,men seni vasite tuturam ve Rebbimden isteyirem, menim hacetlerimi gebul elaAllahumma shefa ver.Bu tavassul en gozel duadir

Davam etməyək Tatar, zəyif və uydurma hədisləri gətirməkdə fikrin nədir? Adilsənsə ibn Teymiyyənin məsələyə münasibətini göstər, yoxsa Məcmuul fatavada şiyələrin qondarma hədisləridə yer alır. Yaxşısı budur "İbn Teymiyyənin etiqadı" adlı mövzu aç orda bunu müzakirə edək, bu mövzunu fərqli məcraya yönəltmə!
Mövzuyla bağlı sualımı təkrarlayıram:
أُولَٰئِكَ الَّذِينَ يَدْعُونَ يَبْتَغُونَ إِلَىٰ رَبِّهِمُ الْوَسِيلَةَ أَيُّهُمْ أَقْرَبُ وَيَرْجُونَ رَحْمَتَهُ وَيَخَافُونَ عَذَابَهُ ۚ إِنَّ عَذَابَ رَبِّكَ كَانَ مَحْذُورًا
Onların yalvardıqlarının özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından qorunmaq gərəkdir. (Əl İsra 57)

Bu ayə cinlərə dua edənlər barədə nazil olmuşdur, sağ olan cinləri qeybdən çağıran insanlar şirklə məzəmmət olunursa, qəbirlərdə yatanlara dua edənlər necə?



#63319 Təvəssul və onun hokmləri

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 17:14 в Şiə-sünni dialoqu

Gördüyünüz kimi bu mövzu 12 səhifədir ki gedir. Siz elə fikirləşirsiz ki, yazdığınız ayələri Sizdən əvvəl heç kəs yazmayıb və onlara cavab verilməyib?
Sizə hər dəfə yazmalıyam ki, əvvəl mövzunu oxumaq lazımdır ki, təkrar yazılar olmasın?! Sizin yazılarınız təkrardır və forumun qaydalarına ziddir. Qaydaları da oxuyun!

Əl İsra 57 harda cavab verilib? Niyə şirkdən danışanda acığınız gəlir. Cavab verin mənim gətirdiyim ayələrə! Və ümumən mənim mövzum təvəssül yox, etdiyiniz şirkdir!




Рейтинг@Mail.ru