Перейти к содержимому


Публикации palchiq

793 публикаций создано palchiq (учитываются публикации только с 24-мая 23)



#29556 Övliya və ariflərin həyatından..

Отправлено автор: palchiq 02 января 2010 - 13:37 в Ümumislam mövzular

Burаdа mәrhum Аyәtullаh Burucеrdi ilә әlаqәdаr оlаn bir hаdisәni хаtırlаtmаq yеrinә düşәrdi.
Mәn Qumdа оlаn dövrdә İrаnın mәşhur хәtiblәrindәn biri bu şәhәrә gәlmişdi. Оnunlа görüş mәnim hücrәmdә kеçirilir, оnu görmәk istәyәnlәr dә bizim hücrәyә gәlirdi. Qumdа оlduğu vахtdа bir nәfәr оnu münаsib оlmаyаn vахtdа Аyәtullаh Burucеrdinin еvinә аpаrmışdı. Hәmin vахt dа Аyәtullаh Burucеrdinin хаric dәrsinin bаşlаnmаsınа bir sааt qаlmışа tәsаdüf еdir vә о böyük şәхsiyyәt dә, аdәti üzrә, hәmin vахtdа tәdris еdәcәyi dәrsin mütаliәsi ilә mәşğul оlduğundаn hеç kәsi qәbul еtmirdi. Qаpını döyüb хidmәtçiyә dеyirlәr ki, аğаyа dе ki, filаnkәs sizin görüşünüzә gәlmişdir. Хidmәtçi bu sözü Аyәtullаh Burucеrdiyә çаtdırır. О, dеyir ki, qаpıyа gәlәn şәхsә dеyin ki, mәnim hаl-hаzırdа mütаliә vахtımdır, bаşqа vахtdа gәlsinlәr. О hörmәtli şәхs dә qаyıdır vә tәsаdüfәn hәmin gün dә öz şәhәrinә gеtmәli оlur.
Hәmin gün Аyәtullаh Burucеrdi dәrsә gәlәrkәn mәni hәyәtdә görüb buyurdu: “Dәrsdәn sоnrа filаnkәsi görmәk üçün sәnin hücrәnә gәlәcәyәm.” Mәn dеdim ki, аrtıq о gеtmişdir. О buyurdu: “Оnu görsәn, dе ki, sәn mәnim görüşümә gәldiyin zаmаn mәnim şәrаitim, еynilә sәnin çıхış еtmәk üçün hаzırlаşdığın vахtdаkı vәziyyәtin kimi idi. Mәnim ürәyim istәyirdi ki, еlә bir vахtdа görüşәk ki, mәnim bütün fikirlәrim аzаd оlsun vә birlikdә yахşı söhbәt еdәk. О zаmаn mәnim mütаliә vахtım idi, mәn tәdris üçün hаzırlаşırdım.”
Bir müddәtdәn sоnrа hәmin şәхsi gördüm vә Аyәtullаh Burucеrdinin üzr istәmәsini оnа çаtdırdım. Еşitmişdim ki, bә’zilәri оnа, Аyәtullаh Burucеrdinin bu işi qәsdәn еtmәsini, оnа hörmәtsizlik еtmәk mәqsәdi ilә qаpıdаn qаytаrmаsını dеmişdilәr. Mәn о şәхsә dеdim: Аyәtullаh Burucеrdi sizin görüşünüzә gәlmәk istәyirdi, аncаq sizin gеtdiyinizdәn хәbәrdаr оlduqdа üzr istәdi.
О zаmаn оnun dеdiyi sözlәr hеç vахt mәnim yаdımdаn çıхmаz. О dеdi: Mәn zәrrә qәdәr incimәdim, әksinә çох sеvindim dә. Çünki biz аvrоpаlılаrı tә’riflәyib dеyirik ki, оnlаr hәr şеyi üzә dеyir vә yеrsiz tәkliflәr еtmirlәr. Mәn әvvәlcә оndаn vахt аlmаğı unudub münаsib оlmаyаn şәrаitdә оnun qаpısınа gеtdim. Bu kişinin çох аçıq-аşkаr dаnışmаsındаn хоşum gәldi: о dеdi ki, mәnim hаl-hаzırdа işim vаr, vахtım yохdur. Mәnim vахtsız gәlişimdәn nаrаhаtçılıq hissi kеçirib mütаliә üçün аyırdığı vахtdа оnа mаnеçilik törәtmәyim yахşı оlаrdı, yохsа sаdәcә üzrхаhlıq еşidib gеri qаyıtmаğım?! Mәn çох sеvindim ki, о, аçıq-аşkаr, hеç bir şеydәn çәkinmәdәn mәni qәbul еtmәdi. Kаş müsәlmаnlаrın böyük ruhаnilәri vә yüksәk din хаdimlәri dә bu cür dәqiq vә sәmimiyyәtli оlаydılаr!

( Ustad Mutəza Mütəhhərinin dilindən..)



#24504 HƏQİQİ REGİONAL İSLAM

Отправлено автор: palchiq 26 ноября 2009 - 12:33 в Ümumislam mövzular

HƏQİQİ REGİONAL İSLAM

Biz adətən «filankəs müsəlmandır və ya müsəlman deyil» deyəndə, məsələnin həqiqətinə nəzər salmırıq. Coğrafi baxımdan müəyyən bir bölgədə yaşayan və valideynlərindən təqlid və ya irsi cəhətdən müsəlman olanları müsəlman, digər şəraitdə yaşayanlar və ata-analarından təqlid nəticəsində başqa dinlərdə olanları və ya heç bir dində olmayanları isə qeyri-müsəlman adlandırırıq.
Amma bilmək lazımdır ki, bu cəhət istər müsəlman olmaqda, istərsə də müsəlman olmamaq və ya kafir olmaqda elə də dəyərə malik deyil. Bizim çoxumuz təqlid və region müsəlmanıyıq. Belə ki, bizim çoxumuzun müsəlman olmağımızın səbəbi, ata-anamızın müsəlman olması və əhalisi müsəlman olan bölgədə dünyaya gələrək böyüməyimizdir. Həqiqi dəyərə malik olan şey isə, real İslamdır və o, insanın həqiqət müqabilində qəlbən təslim olması, haqqı qəbul edərək ona əməl etməsi üçün ürək qapısını həqiqətin üzünə açması, qəbul etdiyi İslamın bir tərəfdən araşdırma və tədqiq, digər tərəfdən isə təslim və təəssübkeşsizliyə əsaslanmasıdır.
Əgər kimsə təslim sifətinə malik olsa, amma İslamın həqiqəti müəyyən səbəblərdən ona gizli qalmış olsa və o, haqq olan dini öyrənə bilməməkdə günahsız olsa, Allah-taala ona heç vaxt əzab verməz və həmin şəxs cəhənnəmdən nicat tapanlardandır. Allah-taala Quranda belə buyurur:
«...Biz peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik.»
Yəni, həkim və kərim olan Allahın höccəti tamamlanmamış kimsəyə əzab verməsi qeyri-mümkündür. Üsul alimləri bu ayənin əqlin hökmünü təsdiqləyən məzmununu «bəyan edilməyən şeyə görə cəzalandırmanın qəbahət olması» qaydasına əsasən deyirlər ki, Allahın, bir həqiqəti açıqlamayınca bəndələrə əzab verməsi xoşagəlməz bir işdir.

(Şəhid Murtəza Mutəhhəri (mübarək qəbri nurla dolsun)," İlahi Ədalət" kitabından seçmələr)



#29565 HƏQİQİ REGİONAL İSLAM

Отправлено автор: palchiq 02 января 2010 - 14:34 в Ümumislam mövzular

palçıq, Dekart bilmirsən neçənci əsrdə yaşayıb?


16-ci əsrdə
nöşün bəyəm?



#24506 HƏQİQİ REGİONAL İSLAM

Отправлено автор: palchiq 26 ноября 2009 - 12:35 в Ümumislam mövzular

Adlarının müsəlman olmamasına baxmayaraq, təslim ruhuna malik olan insanların olmalarının mümkünlüyünə fransız filosofu Dekart — əlbəttə onun öz sözlərinə əsasən — yaxşı nümunədir.
Onun tərcümeyi-halında yazıblar ki, o, öz fəlsəfəsini şəkkdən başlayıb və özünün bütün məlumatlarında şəkk edərək hər şeyi sıfırdan başlayıb. Öz fikir və düşüncəsini başlanğıc nöqtəsi seçərək belə deyib: «Mən fikirləşirəm, deməli varam.»

O, öz vücudunu sübut etdikdən sonra, ruhu isbat edib və həmçinin cism və Allahın mövcudluğuna qəti inam əldə edib. Yavaş-yavaş din seçməyə başlayıb və yaşadığı ölkədə rəsmi din olan xristianlığı qəbul edib.
Amma o, çox maraqlı bir nöqtəyə toxunaraq deyir: «Mən xristianlığın dünyada ən yaxşı din olmasını iddia etmirəm. Mənim üçün araşdırılması mümkün olan dinlər arasında bu dinin münasib olmasını deyə bilərəm. Mən həqiqətlə vuruşmuram, dünyanın başqa yerlərində xristianlıqdan da üstün bir din ola bilər.»
O, elə xəbərsiz olduğu və əhalisinin din və məzhəbinin nə olmasını bilmədiyi ölkəyə misal olaraq İranın adını çəkib. Dekart bu barədə belə deyib: «Mən nə bilirəm? Bəlkə də, məsələn İranda xristianlıqdan üstün olan bir din var?!»



#28730 ....İntizar

Отправлено автор: palchiq 28 декабря 2009 - 15:04 в Ümumislam mövzular

Maraqlıdır,
bizim intizar çəkməyimizdə həqiqi məqsəd hansıdır?
Hansı məqsədlə əsrin İmamının (af) intizarını çəkdiyimizi bilmək üçün öz daxilimizə nəzər salmalıyıq. Salavat ilə əldə olunan çörək istəyirik, yoxsa zülmkarların zülmündən bezmişik? Dini vəzifələr bizə ağırlıq edir, yoxsa İslam və müsəlmanlar təhlükədə olduğu üçün zühur intizarındayıq?



#25668 Bakı İslam mədəniyyətinin paytaxtı -2009"

Отправлено автор: palchiq 03 декабря 2009 - 15:20 в Дискуссии на общие темы

Dekabrın 9-da Azərbaycan Turizm İnstitutunda "Bakı İslam mədəniyyətinin paytaxtı -2009" Mədəniyyət ili çərçivəsində "Bakının islam mədəniyyəti əcnəbilərin gözü ilə" mövzusunda konfrans-sərgi keçiriləcək.
Sərgidə xəttat Vüqar Məmmədov və rəssam Tahir Ələkbərovun əl işləri nümayiş olunacaq.
http://www.baku-icc-...a...66&nid=2411

Dünyaca məşhur BBC korporasiyasına daxil olan “Lonely Planet” jurnalı dünyanın ən əyləncəli gecə həyatına malik şəhərlərinin reytinq cədvəlini hazırlayıb. Müsəlman ölkələrindən ilk dəfə olaraq siyahıya Azərbaycanın paytaxtı Bakı da düşüb. Jurnalın ekspertləri bunu sürpriz hesab etmirlər.
“Lonely Planet” yazır ki, Bakı özünün gecə barları, gecə klubları və dəbdəbəli restoranları, lüks sayıla bilən digər dəbdəbəli əyləncə məkanları ilə əcnəbi qonaqları cəlb edir. Bunun ən böyük səbəbi isə bu tipli məkanlarda hər cür əyləncənin olmasıdır. Jurnalın ilk onluğunda birinci yeri Serbiyanın paytaxtı Belqrad tutur, səkkizinci yerdə isə Bakıdır. Jurnalın ekspertləri Bakının gecə həyatına görə Dubayla yarışdığını da xüsusi vurğulayıblar.

http://www.musavat.com/new/Proje/64845-...;LƏRİ



#24118 Mülkiyyət problemləri;

Отправлено автор: palchiq 24 ноября 2009 - 16:35 в Дискуссии на общие темы

Bir mömin bəndənin başına gələn hadisəyə biganəlik nümayiş olundu.
halbuki bu məsələ ilə baglı insan hüquqları üzrə hüquq müdafiçiləri öz səslərini qaldırıblar..



#24014 Mülkiyyət problemləri;

Отправлено автор: palchiq 23 ноября 2009 - 10:51 в Дискуссии на общие темы

məlumdur ki, son dövrlərdə Bakı şəhərində yaşayış mənzillərindəki qiymətlərin kəskin şəkildə artması mülki problemlərin artmasınada səbəb olub.
istərdim ki, bu mövzunu konkret misallar üzərində müzakirə edək.
Ona görə də sizin diqqətinizə məlum bir hədisəni çatdırmaq istəyirəm.

Həmçinin, aşagdakı mülki zəmində baş verən konflikt haqqında sizin fikirləriniz bilmək maraqlı olardı..
SUAL; Belə çətin vəziyyətlərdə sizlər nə edərdiniz? və hansı yolu seçərdiniz?

BAKIDA 3 AİLƏ ÖLÜM ACLIĞINA BAŞLADI
Qanunsuzluğa elliklə etiraz
Məhkəmənin ədalətsiz qərarına etiraz edən Məmmədovlar ailəsinin 11 üzvü intihar yolu seçib; aksiya iştirakçıları arasında azyaşlı uşaqlar da var

Səbəb isə atalarından miras qalan evi bölüşdürə bilməmələridir. F.Məmmədov qeyd etdi ki, ailəli olan bacıları bir neçə ildir evi ələ keçirmək uğrunda çarpışır: “Ailədə 7 bacı, 2 qardaşıq. Neçə illərdir ki, bacılarımdan Qənirə və Kəmalə ilə savaşmışıq. Səbəb onların əsassız olaraq ata evimizi ələ keçirmək istəmələridir. Halbuki məhkəmənin qərarı ilə ev mənə və qardaşım Aydına verildi. Bacılarıma isə Kürdəxanıdakı 25 sot torpaq sahəsi çatdı. Lakin bunların gözləri doymayıb. Polis, müstəntiq, prokuror və ən nəhayət, hakimlə birləşərək saxta ittihamlarla qardaşım Aydını keçən il birinci dəfə tutdurdular. Aydın haqsız yerə 3 ay həbsxanada yatdı. Görünür, bacılarım qanunsuz əməllərindən yenə də çəkinməyib. Ailəsini, 3 azyaşlı uşağını ac qoyaraq qardaşımı həbsə atdırdılar”.


http://www.musavat.c...ə/...NA_BAŞLADI

Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Zahid Qəmbərov küçəsi ikinci döngə ev 8-də yaşayan Məmmədovlar ailəsində aclıq aksiyası hələdə davam edir. Xəbər verdiyimiz kimi aksiyada 3 yaşından tutmuş körpədən 55 yaşına qədər ailə üzvləri iştirak edir. Artıq aksiya iştirakçılarından Faiq Məmmədov bir neçə gün əvvəl, Nailə Məmmədova isə noyabrın 19-da Məlikov adına 6 saylı şəhər xəstəxanasına yerləşdirilib. Hər iki aksiya iştirakçısının səhhətində ciddi problemlər var. Lakin buna baxmayaraq onlar xəstəxanada da aksiyanı dayandırmayıblar

http://www.bizimyol....&...w&nid=31337



#17433 İmtahan və əməl dəftəri..

Отправлено автор: palchiq 25 сентября 2009 - 09:09 в Ümumislam mövzular

"(Və ona belə deyərik: ) “Oxu, kitabını (əməl dəftərini). Bu gün sən haqq-hesab çəkməyə özün-özünə kifayətsən!”" (İsra sur.17)

"(Qiyamət günü hər kəsin) əməl dəftəri qarşısına qoyulacaq. (Ya Rəsulum! O zaman) günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O Bizim heç bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır ki!” Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşılarında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz! (Hər kəs öz əməlinin cəzasını alacaqdır!)" (Kəhf sur.49)


Həyat başdan-başa imtahan,sınaq meydanıdır. Bu imtahanlar zamanı hər bir baxış, hər bir söz, hər bir davranış insanın əməl dəftərində qeyd edilir.

İlahi imtahanlar nədir? Nə üçün bəziləri imtahan meydanları axtardıqları halda, bəziləri imtahan meydanından qaçmaq haqqında düşünür?
(sanki, təhsil illərində oldugu kimi)

P.S, dogrudur çox zaman olur ki, insan imtahanlaradan üzü qara çıxır. .Hərdəndə də adama elə gəlir ki,( özümü nəzərdə tuturam) imtahanlar ancaq ailə mühitində deyil, evdən kənar bir yerdə apaılır. .ona görə də ev adamalrı ilə münasibətlərə bir o qədər də önəm verilmir...halbuki, insan tək olanda belə, şeytanın vəsvəsəlrindən amanda qalmır..



#17015 İctimai məsələlərə qarşı biganəl...

Отправлено автор: palchiq 18 сентября 2009 - 10:29 в Ümumislam mövzular

Biz çox yerlərdə eşitmişik və görmüşük ki, Alaman xalqı ictimai məsələlərdə nizam-intizamı çox sevirlər (yəni, verdikləri sözün üstündə durur və qanunun aliliyinə hər yerdə riayət edirlər.)

amma, Azərbaycan mühitində bunu müşahidə etmək mümükndürmü? əksər dindarlarımız qayda-qanunlara əməl edirlərmi?

yoxsa , ancaq "Namaz qılıram "vəya "Oruc tuturam" deyib, öz vəzifə borcumuzu bitmiş hesab edirik?



#17159 İctimai məsələlərə qarşı biganəl...

Отправлено автор: palchiq 20 сентября 2009 - 18:38 в Ümumislam mövzular

ancaq "Namaz qılıram "vəya "Oruc tuturam" deyib, öz vəzifə borcumuzu bitmiş hesab edirik?

Oruc və Namaz bizim Allah qarşısında olan vəzifə borcumuzdur. lakin, bu ibadətlərdən sui-istifadə etmək nə dərəcədə dogrudur?
Dogurdanda, son zamanlar bir çox möminlər bir-birləri ilə əməkdaşlıq etməkdən ehtiyat edirlər. Buna səbəb olan amil nədir? hər bir işi kitabdan kitaba salmaq ..
Məsələn; borc alan şəxs( sonradan vaxtı çatanda ) öz borcunu ödəmək əvəzinə Allahın rəhmət sifətlərini yada salaraq öz borcunu ödəməkdən vaz keçir.

.



#27974 Biz müttəhimik !?

Отправлено автор: palchiq 21 декабря 2009 - 15:00 в Ümumislam mövzular

Məhkəmə salonlarından yadımızda qalan bir söz var;
"Vətəndaş müttəhim ayaga qalxın!"

Əli Şəriəti, Biz müttəhmik!
Bu suala sizlər necə cavab verərdiniz?

Məni Qur᾽anın buyuruğuna əsasən dinləyin: «O kəslər ki, sözü dinləyib, onun ən gözəlinə uyarlar, onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibi də onlardır» .
Mən dindən bezib, hər hansı yad düşüncəyə pənah aparmış bir ziyalı təbəqəsinin nümayəndəsiyəm. Siz dininizə, cəmiyyətinizə və ailənizə görə cavabdehsiniz. Ona görə də bilməlisiniz ki, bu cəmiyyətin bir hissəsi olan mənim təbəqəm nə üçün sizə və sizin dininizə biganədir. Mən ana və qızın bir-birini anlamamasının səbəblərindən danışmaq istəyirəm. Bu gün qız ananı eşitmir. Çünki ananın nəsihətində məntiq yoxdur! Ey atalar, övladlarınız sizdən qaçırsa, bunun səbəbi onların əxlaqsızlığı yox, düşüncə və inamlarındakı fərqdir. Siz müsəlmanlar üzərində bu «dinsizlik əsri»ndə böyük məs᾽uliyyət vardır. Allah-təala buyurur: «Özünüzü və əhli-əyalınızı oddan qoruyun».

Siz dindarlar cəmiyyətinizi, ailənizi və özünüzü dinsizlik təbliğatından qorumalısınız».
Mən sizin imanınıza və düşüncənizə düşmüş oddan xəbər verməyə gəlmişəm. Sizə bildirmək istəyirəm ki, lərzəyə gəlmiş dininizi qorumaq nə üçün çətin olub; nə üçün hər bir nəsil tənhalaşır və zəifləşir; nə üçün əsrin təcavüzkar düşüncəsi sizi geri oturdur, özünüzü aciz hiss edirsiniz, duadan başqa bir yol görmürsünüz!



#24535 Президент Евросоюза. Злой Саруман или посвященный католик?

Отправлено автор: palchiq 26 ноября 2009 - 13:59 в Политика и экономика

После тайного избрания Германа Ван Ромпея, Бельгийского Премьер-министра, на пост нового Президента Европейского Союза, многие стараются понять его политические и идеологические взгляды, - сообщает Христианский Мегапортал invictory.org со ссылкой на Christian Telegraph и LifeSiteNews.com.

Пока что многие отзываются о Ромпее, как о посвященном католике. Он известен благодаря своей поддержке христианских ценностей в Европе, а также защите христианских корней Европы. В 2004 году Ромпей высказался против вступления в ЕС Турции. «Расширение Европейского Союза для принятия Турции невозможно воспринимать, как просто очередное расширение, - сказал он. - Вселенские ценности, которые имеют силу в Европе, и являются фундаментальными христианскими ценностями, потеряют свою действительность, если ЕС примет в свои ряды исламскую страну, такую, как Турция». Кроме того, Ван Ромпей прославился как сторонник защиты жизни.

http://news.invictor...issue26384.html



#16878 Həqiqət və Nəsihətlər

Отправлено автор: palchiq 17 сентября 2009 - 08:36 в Ümumislam mövzular

http://www.boxca.com..._Hicab.mp3.html

İsti yay günlərində Hicab baglayan xanımlar bilirlər ki, Cəhənnəmin istisi Bakının 40 dərəcə istisindən daha hərarətlidir.



#16808 Həqiqət və Nəsihətlər

Отправлено автор: palchiq 13 сентября 2009 - 11:53 в Ümumislam mövzular

http://www.boxca.com...ilayet.mp3.html

Vilayət -əhli-sunnetin dili ile



#12197 Kövser hovzunun bələdçiləri

Отправлено автор: palchiq 16 июля 2009 - 01:21 в Şiə-sünni dialoqu

Əhli-sunnə rəvayətlərinə nəzər salsaq görərəik ki, Peygəmbərdən (s) sonra bir çox Səhabələr öz yollarını azaraq Kovser hovuzuna yetişə bilməyəcəklər.

(5084)- İbnu Mes'ud (radıyallahu anh) anlatıyor: "Resulullah (aleyhissalâtu vesselâm) buyurdular ki:
"Ben havzın başına sizden önce geleceğim. Bana sizden bazı kimseler yükseltilip (gösterilecek). O kadar ki, eğilsem onları tutarım. Ama hemen geri çekilecekler.
"Ey Rabbim! bunlar benim ashabım!" derim. Ama bana:
"Senden sonra bunların ne bid'alar yaptıklarını sen bilmezsin!" denilir. Ben de:
"Dini benden sonra değiştirenler rahmetten uzak olsun, rahmetten uzak olsun!"
derim." [Buhârî, Rikak 53, Fiten 1; Müslim, Fezail 32, (2297).]

Bunun əsas səbəbi odur ki, onlar Peygəmbərin (s) vəsiyyətinə əməl etmədilər. Çünki, Həzrəti.Peygəmbər (s) buyurmuşdur;

“Mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm. Onlardan biri Allahın kitabı, digəri isə mənim Əhli-beytimdir. Əgər onlara sarılsanız, heç vaxt zəlalətə düşüb yolunuzu azmayacaqsınız. Həqiqətən, bu iki əmanət “Kövsər” hovuzunda mənim yanıma gələnə qədər bir-birindən ayrılmayacaqdır"
(Səqəleyn” hədisi: )


P.S hər halda bu rəvayətlərdən sonra yenidən Səhabələrin arxasinca getmək dogru seçim deyil.



#19117 milli genefona təcavüz..

Отправлено автор: palchiq 08 октября 2009 - 16:28 в Ümumislam mövzular

Azərbaycan "uşaq yeməklərini" idxal edən əsas ölkələr..

Rusiya Federasiyası 492.1 3258.7

Avstriya 330.9 1496.4

Niderland 128.7 585.6

İsveçrə 91.8 110.2


digər ölkələr ..



#19101 milli genefona təcavüz..

Отправлено автор: palchiq 08 октября 2009 - 15:33 в Ümumislam mövzular

melumdur ki, milli Genefonun qorunmasında "Ana südü" əvəzsiz rol oynayir..
Azərbaycanda ildən-ilə artan "uşaq qidalarının " həcminin artması bunu deməyə əsas verir ki, körpələrimiz daha çox bu növ qidalarla təmin olunurlar.

Uşaq yeməkləri, pərakəndə satış üçün çəkilib bükülmüş ton 1100.2 5682.7 min.dollar (2008)
Uşaq yeməkləri, pərakəndə satış üçün çəkilib bükülmüş ton 1623.9 9027.5 min. dollar (2007)
Uşaq yeməkləri, pərakəndə satış üçün çəkilib bükülmüş ton 1221,4 4895,0 min dollar (2006)

müqaisə üzrə ən kəskin göstərici 2007-ci ilin payina düşür.




Рейтинг@Mail.ru