Перейти к содержимому


Публикации hənbəli_84

224 публикаций создано hənbəli_84 (учитываются публикации только с 17-июня 23)



#92776 Peyğəmbər (s) öz qızlarını fəzilətli olmayan şəxsə ərə verərdimi?

Отправлено автор: hənbəli_84 17 июня 2012 - 11:41 в Şiə-sünni dialoqu

Qurandan Sizin deliliniz nedir?


Hud - (78) Və (Lut (ə.s)-ın) qövmü tələsik onun yanına gəldilər (ki, həmin qonaqlara təcavüz etsinlər) və onlar bundan qabaq da bu çirkin işləri görürdülər. Dedi: «Ey mənim qövmüm, bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha pakdırlar (ki, kəbinlərini kəsib aparasınız). Buna görə də Allahdan qorxun və məni qonaqlarım barəsində xəcalətli və rüsvay etməyin. Məgər sizin aranızda xəbərdar və doğru yolu tapmış bir kişi yoxdur?!»

(79) Dedilər: «Sən yaxşı bilirsən ki, bizim sənin qızların barəsində bir haqqımız (onlara rəğbətimiz və ehtiyacımız) yoxdur. Və əlbəttə, sən bizim nə istədiyimizi yaxşı bilirsən».


Sual: Bəyəm Lut (ə.s)öz qızını fəzilətli insanlara verirdi, yoxsa Allahın əzabı gələn qövmə verirdi?


Qurandan anacq bu iki ayeni delil getirirsiniz. Gelin bu iki ayeni tefsirlerini arashdiraq. Siz oz tefsirlerinizi yazin men oz tefsirlerimizi insheAllah yazaram.
Menim delilim:
2:221
Müşrik kişilər iman gətirməyincə (mömin qadınları) onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar.



Peyghember (s) heqiqeten iman getirmish insanlardan tanidiqlari var idi.

Tebii ki Peyghember (s) etrafindaki butun munafiqleri ve mominleri tanimirdi.
Ancaq tanidiqlari da var idi.

Iddia edirsiniz ki, Peyghember (s) Osmanin (rad) munafiq olub-olmamasini bilmirdi?

Onda niye iki qizini mominliyine emin oldughu shexslerden birine vermirdi?

Umumiyyetle Sizin eqiideye gore Peyghember (s) Eli ve onun oghullarindan (radiye Allahu anhum) bashqa bir adamin feziletli ve ya momin olmasi haqd bir soz deyib?



#92777 Nəhc əl-Bələğə kitabı kimə nisbət edilir?

Отправлено автор: hənbəli_84 17 июня 2012 - 11:56 в Şiə-sünni dialoqu

Eli ibn Ebu Talibin dusmeni zindiq alcaq vehhabiler.


Eli ibn Ebu Talibin dusmeni olan vehhabi dunyada yoxdur.

Eliye dusmen olan getsin anasindan sorusun atasi kimdir.


Bu da bize aid deyil

iftira atmaq bu vehhabilerin qaninda var ulu babalari ibn teymiyye lenetullah kimi.


sen goresen bele bohtan, tehqir ve terbiyesizlikle etmekle kimi teqlid edirsen?

Allah hidayet elesin hidayete layiq olanlari.


Amin

Allah lenet elesin Ehli beyte dusmen olub ve Ehlibeytin feziletlerini alcatlmaq isteyenlere!


Ehli Sunne ehli beyte dushmenchilik etmir, eksine sevir ve ozune numune goturur. Sadece farslar sizi aldadiblar. Ehli beytin adindan hedisler uydurublar. Sizi ehli beytin yolundan azdiriblar. Ehli Beytin yolu ile geden Ehli Sunneni ise Sizin gozunuzde dushmen kimi qeleme veribler. Siz indi Ehli Sunneye dushmenchilik etmekle eslinde Ehli beytin yolu ile geden camaata dushmenchilik edirsiniz.
Eger haqqi axtarirsansa get Nehcul Belagheye yazilmish iradlari arashdir.
Allah sene doghru yolu gostersin.



#93051 "Səhihi-Buxari" və "Səhihi-Müslüm"dəkidəki bütün hədislər səh...

Отправлено автор: hənbəli_84 25 июня 2012 - 09:39 в Şiə-sünni dialoqu

Sən ağaya dua edib ondan mədəd umub yardım diləməyi şirk sayırsan?


der, Sən heç Fatihə sürəsini oxuyubsanmı?

İyyəəkə nəabudu və iyyəkə nəstəiin -Yalnız sənə ibadət edirik və yalnız səndən kömək diləyirik.

"Yalnız" sözünün burda səncə mənası nədir?



#93053 Mövludun hökmü

Отправлено автор: hənbəli_84 25 июня 2012 - 10:04 в Şiə-sünni dialoqu



Səncə mən bilmirəm ki təqlid nədir ? Yaxşı, bəs sən heç bilirsən ki, təqlid nədir ?



Sən heç bilmirsən təqlid nədir.

Təqlid söhbətinə girişsək İnşəAllah sən haqsız çıxarsan.

Təqlid heç bir dəlil (ayə və ya hədis) olmadan kiminsə etdiyi əməli qəbul etmək və əməl etmək deməkdir.

Məsələn mən Mövludu qeyd etmirəm.

Mənim dəlillərim:

1-ci dəlilim:
Rəsulullah sallallahu aleyhi və səlləm demişdir: “Məni nəsranilərin Məryəm oğlu İsanı mədh etdikləri kimi mədh etməyin. Şübhəsiz ki, mən də bir qulam. Elə isə mənə, Allahın qulu və elçisi deyin”.

nəsranilərin İsanı (ə) mədh etmə üsullarından biri də İsanın (ə) mövludunu qeyd etməkdir. Peyğəmbər (s) isə deyir ki, bunu etməyin.

2-ci dəlilim:
Peyğəmbər (s) və səhabələr Mövludu qeyd etməmişlər. Bu məsələ ilə bağlı hətta zəif hədis də yoxdur.

Mən də Peyğəmbəri (s) təqlid edirəm və onun yolu ilə gedirəm.

3-cü dəlilim:

Peyğəmbər (s) demişdir: Dinə olunan hər bir əlavə, yenilik bidətdir, hər bir bidət zəlalətdir, hər bir zəlalət isə oddadır.

Mövlud da dində olunan yenilikdir. Peyğəmbər (s) bunu qadağan edib.

4-cü dəlilm:

Allah (subhənə və təalə) buyurur:
5:3
Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim.

Bu ayədən sonra olanlar dinə aid deyil. Bu ayəyə qədər olanlar İslamdan sayılır. Mövlud isə ilk dəfə təqribən hicrətdən 300 il sonra qeyd edilməyə başlanılıb.
Deməli Mövlud İslam dininə aid deyil.

5-ci dəlilim:

Səhih Müslüm. 36. Hər aydan üç gün oruc tutmanın və aşura, ərəfə, bazarertəsi və cüməaxşamı günlərində oruc tutmanın müstəhəbliyi babı. Hədis 2804
Bizə Muhəmməd ibn Musənna və Muhəmməd ibn Bəşşar dedilər (Sözlər ibn Musənnaya aiddir): Bİzə Muhəmməd ibn Cəfər Şü`bədən nəql edərək dedi: Ğəylan ibn Cərir dedi ki, Əbdullah ibn Mə`bəd Zəmmanidən eşitdim ki, Əbu Qətadə Ənsari (r.ə.) dedi: Peyğəmbərdən (s) onun (Peyğəmbərin) oruc tutması barəsində soruşdular və Peyğəmbər (s) qəzəbləndi. Belə olduqda Ömər dedi: „Biz Rəbbimizin Allah, dinimizin İslam, Peyğəmbərimizin isə Muhəmməd (s) olmasına və bey`ətimizə razı olmuşuq.“ Bunun ardınca Peyğəmbərdən soruşuldu: Bütün il oruc tutmağın hökmü nədir? Həzrət (s) buyurdu: Beləsi nə oruc tutub nə də iftar edib. Sonra iki gün oruc tutub bir gün iftar etməyin hökmü soruşuldu. Buyurdu (s): „Buna kimin taqəti olar?“ Sonra bir gün oruc tutub iki gün iftar etməyin hökmü soruşuldu. Buyurdu (s): Kaş Allah bunun üçün bizə qüvvət verərdi. Sonra bir gün oruc tutub, bir gün iftar eləməyin (oruc tutmamağın) hokum soruşuldu. Buyurdu: Bu qardaşım Davudun (ə) orucudur. Sonra bazar ertəsi günü oruc tutmağın hokum soruşuldu. Buyurdu: Bu gün mənim doğum günüm və peyğəmbərliyə çatdığım gündür.

Peyğəmbər (s) özünün doğum günü ilə əlaqədar ancaq həftənin birinci günləri oruc tutub. İldə bir dəfə qeyd edilən Mövlud bayramı olmuyub.

6-cı dəlilim:
Allah (subhənə və təalə) buyurur:

3:85
Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!

Bu əməl İslamda olmadığına görə bu əməl vasitəsilə Allaha yaxınlaşmaq istəsək o əməl Allahdan qəbul edilməz.


Mən bu qeyd olunan dəlillərə əsasən Mövludu qeyd etmirəm. Mən Muhəmməd Saleh əl Munəccidə baxaraq hərəkət etmirəm.

Əgər mən bu dəlilləri bilməsəydim və Muhəmməd Saleh əl Munəccid Mövludu qeyd etmədiyinə görə Mövludu qeyd etməsəydim onda mən Muhəmməd Saleh əl Munəccidi təqlid etmiş olardım. Ancaq bu belə deyil.

Mən bildiyimə görə şiə əqidəsinə görə hansısa müctəhidi təqlid etmək vacibdir.
Gəlin təqlid etdiyimiz şəxsləri müqayisə edək.

Peyğəmbər (s) və Əli (rad) Mövludu qeyd etməmişlər. Bu məsələ ilə bağlı hətta zəif hədis də yoxdur.

Mən Mövludu qeyd etməməklə Peyğəmbəri (s) təqlid edirəm. Mən Mövludu qeyd etməməklə Əlini (rad) təqlid edirəm.Sən Mövludu qeyd etməklə kimi təqlid edirsən?




Əxi, sən bura bizimlə "qaçdı-tutdu" oynamağa gəlmisən ? :rolleyes:

Ya tutaq , ya da tutmayaq!

Bu sözləri sən deyirsənsə, sənün dəlünün nədi ? Nəyə əsasən deyirsən ?

Yox, sən demirsənsə, əl-munəccid deyirsə , kimdi bu əl-munəccid ki, sən ona təqlid edirsən ?



Əl-Münəccid dəlillərini göstərək deyir.
Quranda Mövludu qeyd etmək yoxdur. Hədislərdə Mövludu qeyd etmək yoxdur.
Səhabələr, on iki imam Mövludu qeyd etməyiblər.

Sənə bəs deyil?




Peyğəmbər (s.a.s) təravih namazı qılırdımı ?

O (s.a.s) qılmayıbsa sən niyə qılırsan ?



Peyğəmbər (s) təravih namazı qılıb. Kim deyib ki, qılmıyıb. Sən birinci get Sünnəni öyrən.



İstəyirsən başqa dəlillər də gətirim ?


gətir


Bundan əlavə, lap deyək ki, bu bidətdir.


İbn Teymiyyəvizin etirafına görə İmam Şafei deyib ki, bidət iki cürdü.

Yaxşı bidət

Zəlalətə salan bidət


İbn Teymiyyə də bu fikrə etiraz eləmir.

Niyə ?

Çünki, bu bidəti xəlifəviz Ömər ikiyə bölüb :rolleyes:

İndi deyək ki, bu mövlud "bidətdi" , amma, "yaxşı bidətdi" etirazun var ?


İlk əvvəl bu dediklərinə link qoy.

İmam Şafei (Allah ona rəhim etsin)deyib ki, Peyğəmbər (s) elə hədisini tapsaz ki, mən dediyimə zidd olsun. Onda mən dediyimi tərk edin Peyğəmbərin (s) hədisini götürün.
Peyğəmbər (s) deyib ki, hər bir bidət zəlalətdir.

Ömər (rad)bidət iki yerə bölməyib. Təsnifatmı verib? Ömərin (rad) "gözəl bidət" dediyi əməl həəqiqətən bidət idimi?
Ömər (rad) nə niyyətlə bu sözü demişdi?


2. Peyğəmbərin (s.a.s) və imamların (ə) bir şeyi etməməsi həmin şeyin haram olmasına dəlil deyil.

İndi mən bunu edirəmsə, sənin dəlilin var ki, bu məsələ haramdı, şirkdi və ya zəlalətə salan bidətdi ? :rolleyes:



dəlilləri yuxarıda göstərdim.



#93055 Mövludun hökmü

Отправлено автор: hənbəli_84 25 июня 2012 - 10:09 в Şiə-sünni dialoqu

Sahih Buhari, KİTÂBU'S-SALÂT

(NAMAZ KİTABI), Peygamber Mescidinin Yapısının Yapılması Babı

Bize Nâfi' tahdîs etti. Ona da Abdullah ibn Umer ® şöyle haber vermiştir: Mescid, Rasûlullah zamanında ham kerpiç ile bina Olunmuş idi. Çatısı hurma dalları, direkleri de hurma gövdeleri idi. Ebû Bekr (genişletme ve süsleme nev'inden) hiçbir şey ziyâde etmedi. Umer (yalnız enini boyunu) artırıp, Rasûlullah zamanındaki bina tarzına göre kerpiç ve hurma dallarıyle bina etti ve direklerini de tekrar ağaç olarak koydu. Sonra Usmân mescidin binasını (genişletme ve süslendirme olarak) değiştirdi ve hem de çok genişletti. Duvarlarım da (kerpiç yerine) nakışlı taşlarla ve kireçle bina etti. Ve direklerini nakışlı taşlardan, tavanını da sâç ağacından yaptı.

hənbəli_84, buyur sualıvı bir də ömər və osman üçün təkrar et ki, Rəsulullah(s.ə.a.s) məscidi dəyişdirmədiyi, dünya malıyla, naxışlarla bəzəmədiyi və bunu da məsləhət görmədiyi halda Ömər və Osman nə üçün bunu etdilər? Çox ağıllı idilər?


Məscid tikmək və məscidi təmir etmək Sünnədə gəlir. Ona görə bu bidət deyil.
Məsələn hədislərdə gəlir ki, Peyğəmbər (s) əvvəllər xütbələri bir kötüyün üzərinə çıxıb deyərdi. Sonra iki pilləli və bir oturacağı olan minbər düzəldilir.



#93056 Mövludun hökmü

Отправлено автор: hənbəli_84 25 июня 2012 - 10:13 в Şiə-sünni dialoqu

Ezimim Senin Agalarin Omer,Osman Qurani Toplatmag Emri Verib,Qurani Cem Eletdirmisdiler.
Begem Peygember Zamaninda Quran Kitab halinda idi? Bu Ne bidetdi?Yandirin Butun Quranlari.
Quranki Dunyevi Sey deyil.Onun Oxunmasida,Yazilmasida,Qorunmasida,Toplanmasida ibadetdi.Hamsi Ibadetdi.
Bes Xelifelrin Niye ibadete Bidet qatiblar?
Bideti Aradan qaldirin,Yandirin Butun Quranlari!



Səhabələrin icma ilə etdiyi əməllər Peyğəmbər (s) tərəfindən dəstəklənmişdir.

Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “İnsanların ən xeyirliləri mənim əsrimdəkilərdir (yəni səhabələr). Sonra ondan sonrakı (ikinci nəsil, yəni tabiun), sonra da ondan sonrakı (üçüncü nəsil, yəni ətbaut-tabiun) əsrdəkilərdir. Daha sonra insanlar gələcək, onlar üçün onların şahidliyinin andlarından əvvəl və yaxud andlarından sonra gəlməsi fərq etməyəcək (yəni, onlar bu məsələlərə ciddi yanaşmayacaqlar)…”. (Buxari, Müslim və Tirmizi rəvayət etmişdir).



#93058 Mövludun hökmü

Отправлено автор: hənbəli_84 25 июня 2012 - 10:20 в Şiə-sünni dialoqu


Ey müsəlmanlar ayılın!

Siz dində yenilik etməyəmi dəlil gətirmək istəyirsiniz?

Təsəvvür edin hər on illikdə müsəlmanlar bir yenilik etsələr din ilkin vaxtından nə qədər çox fərqlənər.

Təsəvvür edin olunan bidətlər o qədər böyüdülür ki, bəzən bidətlər vaciblərdən önə keçir.
Məsələn şiələr Hüseynə (rad) matəm ayı olan Məhərrəmliyi Allaha ibadət ayı olan Ramazan ayından daha böyük şəkildə keçirdirlər.
Ramazanda və adi vaxtlarda məscidə namaz qılmağa getməyən insanların böyük hissəsi Məhərrəmlikdə məscidə şaxsey-vaxsey deməyə gedirlər.
Halbuki Quranda Ramazan ayı və namaz qılmaq var, Məhərrəm ayı və şaxsey-vaxsey demək yoxdur.

Təsəvvür edin müxtəlif regionlarda yaşayan müsəlmanlar hərə öz aliminə görə müxtəlif yeniliklər etsə müsəlmanlar özləri bir-birlərindən nə qədər çox fərqlənər.
Müsəlmanlar indiki dövrdə çoxlu sayda firqələrə bölünməsi və bir-birilə ixtilafda olması məhz bu dində olan yeniliklər səbəbindəndir.

Hamı dini Peyğəmbər (s) və səhabələr kimi başa düşsə və yaşasa müsəlmanlar arasında yekdillik və birlik olar.

bir hədisdə gəlir:
Peyğəmbər (s) demişdir: “Dinə olunan hər bir əlavə, yenilik bidətdir, hər bir bidət zəlalətdir, hər bir zəlalət isə oddadır.”

başqa bir hədisdə gəlir:
Peyğəmbər (s) demişdir: “Kim mənim sünnəmdən üz çevirsə məndən deyildir”

Bu hədislər Əhli Sünnə məbələrindən olduğuna görə qəbul etmirsinizsə onda Quran ayələrinə görə qərar verin.

Allah (subhənə və təalə) buyurur:
5:3
Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim.

Bizim İslam dini kamil edilmiş dindir. Kamil nə deməkdir? Yəni mükəmməl.
Dində yenilik edən dində çatışmamazlıq olduğunu iddia etmiş olur. İddia etmiş olur ki, dində bu çatışmır. Bunu da etsək din daha gözəl olar.

Ayədəki “tamamladım” sözünə fikir verin. Yəni bu ayədən sonra olanlar İslam dininə aid deyil.

Allah (subhənə və təalə) buyurur:

3:85
Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!

Dində olan yeniliklər İslam dininə aid deyil.
Deməli dində olan yeniliklər ilə biz Allaha yaxınlaşmaq istəsək bu Allah tərəfindən qəbul edilməz.

Allah (subhənə və təalə) buyurur:

4:59
Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.

Peyğəmbər (s) Mövludu qeyd etməmişdir. Bu məsələ ilə bağlı hətta zəif hədis də yoxdur.

Allah (subhənə və təalə) buyurur:

4:65
Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar.

Peyğəmbər (s) Mövludu qeyd etməmişdir. Bu məsələ ilə bağlı hətta zəif hədis də yoxdur.

Dİndə yenilik edən şəxs iddia etmiş olur ki, Allah və Peyğəmbər (s) dini bizə tam çatdırmıyıblar.
Dİndə belə bir əməl də olmalı imiş.

Dİndə yenilik edən şəxs iddia etmiş olur ki, dində belə bir gözəl əməl var imiş, Allah və Peyğəmbər (s) bilməyib bizə deməyiblər. Biz onlardan daha bilikliyik. Biz bilirik.

Əvvəlki ümmətlərə baxın xristianların dində etdiyi yeniliklər ilə onların dinini nə qədər dəyişib.
Baxın görün onların qeyd etdiyi mövlud hazırkı dövrə hansı şəkildə gəlib çatıb. Şaxta babalı, yolkalı mövlud bayramı.



#93059 Mövludun hökmü

Отправлено автор: hənbəli_84 25 июня 2012 - 10:22 в Şiə-sünni dialoqu

Hənbəli onda getmə də həkimə niyə gedirsən? Axı sənin əqidənə görə bu şirk və bidət olar?


Mənim əqidəmə görə bu şirk və ya bidət deyil.
Peyğəmbər (s) deyib müalicə olunun.
başqa bir hədisdə deyib Allah qocalmaaqdan başqa bütün xəstəliklərin dərmanını verib.
Bu niyə şirk və ya bidət oldu başa düşmədim.



#93062 "Səhihi-Buxari" və "Səhihi-Müslüm"dəkidəki bütün hədislər səh...

Отправлено автор: hənbəli_84 25 июня 2012 - 10:30 в Şiə-sünni dialoqu

Yəni ki Allaha ancaq biz yalnız şəkildə olanda dua edirik.Ancaq biz yalnız olmayanda Allahdan başqasına da dua etmək olar.Başa sala bildim? Məsələn otaqda tək və yalnızsan yanında heç kim yoxdur başlayırsan Allaha yalnız şəkildə dua etməyə.Ancaq otaqda cüt olanda Allahdan başqasına da dua edirsən.Mənası budur.


Ömrümdə 1-ci dəfə belə izah oxuyuram. Hansı kitabdan oxumusan bu izahı?



#93065 "Səhihi-Buxari" və "Səhihi-Müslüm"dəkidəki bütün hədislər səh...

Отправлено автор: hənbəli_84 25 июня 2012 - 10:40 в Şiə-sünni dialoqu

abdhalim sen hec umumiyyetle wirkin ne oldugunu bilmirsen. Bu baximdan wirkin terifinde muwriksen, cunki wirk olmayan emeli wirk adlandirirsan.


Muheqqiq sən hələ bilmirsən ki, xütbə nədir, hədis nədir. İndi də şirk məsələsinə girişibsən.

Sizin əqidədə təkcə Allaha aid edilən ibadətləri (kömək istəmək, qurban kəsmək) daşlara, qəbirlərə, imamlara aid edirlər. Bircə ilahi sözünü deməməklə bunu şirk saymırlar.

Yəni sizin əqidəyə görə sən get qəbirə qurban kəs, bir dənə ona ilahi demə bu şirk sayılmır.

Deməli sizin əqidəyə görə lal adam heç vaxt şirk etməz. Ya da sizin əqidəyə görə şirk ancaq söz ilə olur, əməl ilə olmur.



#93099 Mövludun hökmü

Отправлено автор: hənbəli_84 26 июня 2012 - 09:44 в Şiə-sünni dialoqu

Əlbəttə ki bidətdir.Çünki sən müalicə olunanda Uzi və rentgen aparatından istifadə edirsən.


Mövzunu başdan oxu. Bunlar dünyəvi məsələlərdə olan yeniliklərdir.
Dünyəvi məsələlərdə olan yeniliklər icazəlidir.
Dini məsələlərdə olan yeniliklər isə icazəli deyil.



#93100 Şiələrdə Əliyə (rad) münasibət

Отправлено автор: hənbəli_84 26 июня 2012 - 09:50 в Şiə-sünni dialoqu

Bismilləhir rahmənir rahim


Hacı Şahinin dedikləri

Burada Hacı Şahinin dedikləri ilə bağlı səhih dəlillər var?

Belə dəlillər Əhli Sünnə mənbələrində var?



#93329 Rəcm "ayəsi"

Отправлено автор: hənbəli_84 03 июля 2012 - 08:55 в Şiə-sünni dialoqu




Əba Musa, Vallahi, səninlə mübahisə etmək niyyətim yoxdu.

Səninlə şəxsi qərəzliyim də yoxdu. Əqidən nədi, özüvə!


Əxlaqın bizə!

Qardaşım, mən harda demişəm ki, MƏZMUNU NƏSX EDİLDİ ?

SubhanAllah!

Oxu da sualı oxu!

Başa düşməmisənsə, xahiş elədim ki, heç olmasa müzakirənin gedişatına bax. Orda bəlkə məsələ sənə aydın olar.

"NƏSXUT-TİLAVƏ" deyərkən, nəzərdə tutulan tilavətin nəsxidi.

Yəni, ayənin mətni gedir, hökmü qalır. Yəni, - sənin təbirincə desək - məzmunu qalır.

Halbuki, mətninin nəsx olunduğu iddia edilən ayənin MƏTNİ DƏ QALIB ( BUXARİNİN "SƏHİH"-ində ) həmin ayənin məzmunu da qalıb.

Bir az da geniş izah edim :

Rəcm ayəsi - ayədi ? sizə görə ayədi.

Quran ayəsidi ? - Sizə görə bəli!

Nəsx edilib ? - Sizə görə bəli!

Bəs necə olur ki, həmin Quran ayəsi nəsx olunub, Qurandan çıxıb. Amma, Buxarinin kitabında mövcuddu həmin ayə ?

Ax, faktiki olaraq həmin ayənin mətni Buxarinin kitabında mövcuddu. O zaman necə demək olar ki, bu ayənin mətni nəsx olunub, amma, hökmü qalıb. Faktiki olaraq, axı mətni də qalıb.

O zaman bunu necə "MƏTNİ NƏSX OLUNAN, HÖKMÜ QALAN AYƏLƏR" kateqoriyasına daxil etmək olar ?



Aydın oldu əxi ?

Sanki havadan danışırsan.

Buxaridə bablar var, hədislərin nömrələri var. Hansı babda hansı hədisdə Rəcm ayəsinin mətni qalıb. Hədisin özünü yerləşdir.

Sonra müzakirə edək.



#93331 Vahhəbilərə rəddiyyələr

Отправлено автор: hənbəli_84 03 июля 2012 - 09:24 в Şiə-sünni dialoqu

[quote name='N_ن_N' timestamp='1340736883' post='93155']
Bura qədər yazılanlardan xülasə nə başa düşdük ?


İki mübarək ayəyə nəzər saldıq.

وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّابًا رَحِيمًا


Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və Rəhmli olduğunu görərdilər. ( Nisa - 64.)

وَاسْتَغْفِرْ لِذَنْبِكَ وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ

Sən həm öz günahlarının, həm də mömin kişilərlə mömin qadınların bağışlanmasını dilə. ( Muhəmməd-19 )

Faydalar :

1.Deməli, möminlər peyğəmbərin (s.a.s) yanına bağışlanmaq istəməkləri üçün gəlsələr, peyğəmbər (s.a.s) də onların bağışlanmasını Allahdan istəsə Allah da onları bağışlayar.
2. Bu məsələ peyğəmbərin (s.a.s) vəfatı ilə də bitmir.
3. Bu məsələ Quran, sünnət və ümmətin icması ilə sabitdir.
4. Alimlər hətta, birinci yazdığımız ayəni peyğəmbərin qəbri başında oxumağı müstəhəb biliblər.
5. Bunun hətta, edilməsi sünnət olan ziyarət ədəblərindən biri kimi müstəhəb biliblər.




[/quote]
[quote name='N_ن_N' timestamp='1340736883' post='93155']

1.Deməli, möminlər peyğəmbərin (s.a.s) yanına bağışlanmaq istəməkləri üçün gəlsələr, peyğəmbər (s.a.s) də onların bağışlanmasını Allahdan istəsə Allah da onları bağışlayar.


[/quote]

1-cisi doğrudur. Ancaq özündə deyirsənsə bu Peyğəmbərin (s) sağ dövrünə aiddir.

[quote name='N_ن_N' timestamp='1340736883' post='93155']

2. Bu məsələ peyğəmbərin (s.a.s) vəfatı ilə də bitmir.


[/quote]

Sən bu nəticəni ayələri öz ağlına görə yozmaqla çıxartdın. Bu yozum Sünnə ilə təsdiqlənmir.

[quote name='N_ن_N' timestamp='1340736883' post='93155']

3. Bu məsələ Quran, sünnət və ümmətin icması ilə sabitdir.


[/quote]
SƏn bu nəticəni çıxardana qədər Sünnətdən heç bir dəlil gətirmiyibsən. Ancaq Sünnətə görə sabitdir deyirsən. Buradan da kəzzəbliyin məlum olur.
İcma dedikdə bir alimi başa düşürsən.
Sən dörd imam dəlil gətir ki, dördü bunu dəsətəkləyib.
Gözləyirəm. Əbu Hənifə, İmam Şafei, Əhməd ibn Hənbəl, imam Malik
Bu 4 imamın hər birinin kitabından dəlil gətir. Gətirə bilməsən kəzzəbliyin sübut olacaq.

[quote name='N_ن_N' timestamp='1340736883' post='93155']

4. Alimlər hətta, birinci yazdığımız ayəni peyğəmbərin qəbri başında oxumağı müstəhəb biliblər.



Hansı alimlər? Mən elə alimə rast gəlməmişəm. Yenə 4 imamdan dəlil gətir. Və ya məşhur mühəddislərdən dəlil gətir.
İmam Zəhəbimi, İbn Həcərmi, onlar deyilsə kim?
[quote name='N_ن_N' timestamp='1340736883' post='93155']


5. Bunun hətta, edilməsi sünnət olan ziyarət ədəblərindən biri kimi müstəhəb biliblər.




AY kəzzəb. Axı bu necə sünnət ədəbi ola bilər?
Sən heç bilmirsən sünnət nədir.
Sünnət Peyğəmbər (s) etdikləri əməllər, dediklər sözlər və görüb etiraz etmədiyi məsələlər hesab olunur.
Peyğəmbər (s) özü öz qəbrinin başında durub bu ayənimi oxuyurdu?
Bu qədər də savadsızlıq olar?



#93332 Vahhəbilərə rəddiyyələr

Отправлено автор: hənbəli_84 03 июля 2012 - 09:36 в Şiə-sünni dialoqu

Daha sonra alim buyurur:



وإذا كانت كل زيارة قربة كان كل سفر إليها قربة وقد صح خروجه صلى الله عليه وسلم لزيارة قبور أصحابه بالبقيع وبأحد


" Bütün ziyarətlər qürbət qəsdi ilə olduğu üçün , ziyarət üçün edilən bütün səfərlər də qürbət qəsdi ilə olur. Peyğəmbərin (s.a.s) Bəqi və Uhuddakı səhabələrinin qəbrini ziyarət etmək üçün ( yola ) çıxdığı doğrulanıb. "



Daha sonra buyurur :


وأما تخيل بعض المحرومين إن منع الزيارة أو السفر إليها من باب المحافظة على التوحيد وأن ذلك مما يؤدي إلى الشرك فهو تخيل باطل لأن المؤدى إلى الشرك إنما هو اتخاذ القبور مساجد أو العكوف عليها وتصوير الصور فيها كما ورد في الأحاديث الصحيحة بخلاف الزيارة والسلام والدعاء


" Bəzi ( həqiqətləri görməkdən , ağıllı düşünməkdən , dini biliklərlərdən və s.) məhrum kimsələrin " Ziyarəti , yaxud, ziyarət üçün edilən səfəri qadağan etmək tovhidin muhafizəsi üçündür və bu ( ziyarət və səfərlər ) şirkə səbəbiyyət verən (məsələlərdəndir ) " kimi təxəyyülləri batildir. Çünki, səhih hədislərdə varid olduğu kimi şirkə səbəbiyyət verməsindən qorxulan məsələlər yalnız ZİYARƏTİN, SALAM-DUA ETMƏYİN ƏKSİNƏ ( əvəzinə ) , qəbirləri məscid qərar vermək, onlardan ayrılmamaq, üzərlərinə şəkillər çəkməkdir. "


Burda isə Alimin dediyi sənin öz əqidəvə zidd gəlir. Çünki ancaq sizin əqidədə qəbirlərin üzərində məscid tikirlər, sənin əqidəndə qəbirlərin yanında qurban kəsilir. Sənin əqidəndə qəbirlərə dövrə vurulur.



#93333 Vahhəbilərə rəddiyyələr

Отправлено автор: hənbəli_84 03 июля 2012 - 10:01 в Şiə-sünni dialoqu

Davam edək inşaAllah!

Alim daha sonra yazır :


أحاديث كثيرة صحيحة صريحة لا يشك فيها إلا من انطمس نور بصيرته منها قوله صلى الله عليه وسلم من زار قبري وجبت له شفاعتي وفي رواية حلت له شفاعتي رواه الدارقطني وكثير من أئمة الحديث


" ( Buna dəlalət edən ) bir çox səhih və açıq-aydın hədislər vardır ki, onların ( doğru olması ) haqqında ancaq gözü görməyən bəsirətsiz kimsələr şübhə edərlər. BUnlardan ( biri də ) peyğəmbərin (s.a.s) " Kim qəbrimi ziyarət edərsə, ona şəfaətim vacib olar" hədisidir. Başqa bir rivayətdə isə " Şəfaətim ona mütləq halal olar" ibarəsi işlənib.

Bu hədisi Dəraqutni və hədis imamlarından çoxu rivayət edib. "


Sən Dəraqutnidən hədis nəql edirsən. Mən sənə Buxaridən, Müslimdən, Əbu DAvuddan və Nəasidən hədis deyim.

Buxari: 3/ 63/ � 1189. Müslim: 2/ 1014/ � 1397. Əbu Davud: 6/ 15/ � 2017. Nəsai: 2/ 37.
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Üç məsciddən başqa heç bir yerə ziyarət səfəri etmək olmaz: Məscidül Həram, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) məscidi və əl-Əqsa məscidi".

Sən və alimin gəlsin bu hədis izah etsin. Ziddiyəti açıqlasın.



#93334 Vahhəbilərə rəddiyyələr

Отправлено автор: hənbəli_84 03 июля 2012 - 10:09 в Şiə-sünni dialoqu

Xülasə ... Alimin də qeyd etdiyi kimi peyğəmbəri (s.a.s) ziyarət etməyin, salam deməyin, dua oxumağın heç bir problemi yoxdur.

Amma, həqiqətən də bəzi özünü alim hesab edən ,amma, əslində islami biliklərdən yoxsun olan kimsələr ziyarətləri, ziyarətnamələri, ziyarətnamələrdə deyilən salamları, qəbr kənarında edilən duaları şirk adlandırırlar.

Özü də bu etirazları da hədddindən artıq əxlaqsız şəkildə, ziyarətnamələri kitablarında qeyd edən böyük islam alimlərini küfrə, şirkə dəvət etməkdə, şeytana xidmət etməkdə ittiham edərək edirlər.


Allaha verdiyi ağıl nemətinə görə şükür edirik!

Daha sonra isə alim çox mühim bir məqama toxunaraq yazır :


وهنا أمران لا بد منهما أحدهما وجوب تعظيم النبي صلى الله عليه وسلم ورفع رتبته عن سائر الخلق والثاني إفراد الربوبية واعتقاد أن الرب تبارك وتعالى منفرد بذاته وصفاته وأفعاله عن جميع خلقه



"Burda ( tabe olunması ) labüd olan iki ( mühim ) məsələ var :

1. - Peyğəmbərə təzim (, hörmət ) göstərməyin vacib olması və onun məqamının bütün yaradılmışlardan üstün tutulması.

2. - Rububiyyətin yalnız ALlaha aid olmasına və Rəbbin zatı ilə, sifətləri, felləri ilə bütün yaradılmışlardan ayrı olmasına etiqad bəsləmək. "






Qəbirləri ziyarət etmək sələfi əqidəsində də icazəlidir. Çünki Peyğəmbər (s) qəbirləri ziyarət etməyi icazə verib. Ancaq bu məsələdə diqqət olunmalı məsələlər var.


Aşağıdakı məqalədə bu məsələlər səhih dəlillərlə izah olunur.
qəbirləri ziyarət etmək haqqında məqalə

bir neçə hədis də mən qeyd edim.

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "İnsan öldükdə bütün əməlləri dayanır. Yalnız üç əməli istisnadır: daimi qalan sədəqə, öyrətdiyi faydalı elm, yaxud onun üçün dua edən əməlisaleh övlad"

Cabir (Allah ondan razı olsun) deyir ki, "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qəbiri hündür etməyi, qəbirin üzərində oturmağı, tikili tikməyi, qəbiri artırmağı və ya üzərinə yazmağı qadağan etmişdir"

Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Qəbiristanlıq və hamamdan başqa, yer üzünün hər yanı namazgahdır"

Aişə və Abdullah ibn Abbas (Allah onlardan razı olsun) deyirlər: Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ölüm xəstəliyi gəldikdə əynindəki paltarını üzünə çəkdi. Sonra özünə gəldikdə paltarı çəkib üzünü açdı və elə vəziyyətdə dedi: "Allah yahudi və xaçpərəstlərə lənət etsin. Onlar öz peyğəmbərlərinin qəbirlərini səcdəgah ediblər". Bununla Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) öz ümmətini onların etdiklərindən çəkindirirdi.
Aişə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sonuncu xəstəliyində belə dedi: "Allah yahudi və xaçpərəstlərə lənət etsin. Onlar öz peyğəmbərlərinin qəbirlərini səcdəgah ediblər". Daha sonra Aişə (Allah ondan razı olsun) sözünə davam edərək deyir: "Əgər bu qadağa olmasaydı, onun qəbiri hündür edilərdi. Belə ki, onun qəbirinin səcdəgah ediləcəyindən ehtiyat edilirdi".



#93335 Vahhəbilərə rəddiyyələr

Отправлено автор: hənbəli_84 03 июля 2012 - 10:14 в Şiə-sünni dialoqu

Nun, ən əsası 6 hədis kitabından dediklərinə dair dəlil gətir.

Dəlil gətir ki, Səhabələr dəstə-dəstə Peyğəmbər (s) qəbrini ziyarətə gedir, orda təvəssül edir, qəbri dövrə vururdular.
Gətirə bilməsən bu yazdıqların mənasız bir şeydir.



#93336 Şiələrə suallar (II hissə)

Отправлено автор: hənbəli_84 03 июля 2012 - 10:17 в Şiə-sünni dialoqu

bu adam səfehin lap öndə gedənidir, bunun məqaləsəini "şiə bəyannaməsi" adı ilə ortalığa atanlar isə ondan da səfehdirlər. qısa cavab üçün linkə baxın: http://www.velayet.c....html#msg156655


Yəhudilərdən də kimsə haqqı araşdırıb İslama gəlsə yəhudilər həmin adamı səfeh və kafir adlandıracaqlar. Bu təbii bir haldır.

Mümkünsə bu şəxsin tərcüməyi halını yerləşdirin. Görək bu insan kim olub və harda təhsil alıb.



#93337 "Səhihi-Buxari" və "Səhihi-Müslüm"dəkidəki bütün hədislər səh...

Отправлено автор: hənbəli_84 03 июля 2012 - 10:22 в Şiə-sünni dialoqu




Qardaş, bu abdhalim hələ "elmə məlum olmayan" məzhəbə qulluq eləyir.

abdhalim, noldu bizim görüşümüz əxi ?



abdhalimin məzhəbi çox güman ki, Quranilərdir. Abu Zeydin Quranilər haqqında dərsi var.
Təkcə Quranı qəbul edirlər. Heç bir hədis kitabını qəbul etmirlər.
İnternetdə axtarsan taparsan.



#93338 "Səhihi-Buxari" və "Səhihi-Müslüm"dəkidəki bütün hədislər səh...

Отправлено автор: hənbəli_84 03 июля 2012 - 10:27 в Şiə-sünni dialoqu

hənbəli
suallardan yayınmaqnan nəyə nail olacaqsan ?
bu boyda küfürünən nə vaxtacan bir yerdə yaşacaqsan?
bu hədislərə səhih deməknən insanları niyə azdırırsız Allah yolundan ?
sonra
ölümün gələndə Allahın qəzəbindən hara qaçacaqsan ?

sualların cavabı səni gözdəyir.!
Alimlərviz müslimdə ki, hədisləri səhih sayıb,sən necə qəbul edirsən bu hədisi ?
imam Müslim bu hədisə etiqad edirsə kafirdir yoxsa cahil müsəlman ?

p.s.istəsən əhli sunnə forumuna ssılka verim bu mövzü haqqda,və orda mənim sələfilərnən mübahisəmə şahid ola bilərsən.

Mən yayınmıram.Sualı araşdırmaq vaxt tələb edir. Əvvəl gərək aydınlaşdıra ki, nədir küfr?
Sənə görə küfr başqa şeydir, mənə görə başqa, şiəyə görə başqa
Əsas məsələ əslində küfr nədir? Onu aydınlaşdırmaq lazımdır.
ssilkani ver



#93339 "Səhihi-Buxari" və "Səhihi-Müslüm"dəkidəki bütün hədislər səh...

Отправлено автор: hənbəli_84 03 июля 2012 - 11:20 в Şiə-sünni dialoqu

hənbəli əgər sən sələfisənsə,onda əqidəvə zidd gedən hədisi necə izah edəcəksən ?
ən 1 ci hər özünə şiyə deyən kafir sayılmaz,
şiyə ola bilər ki,nədənsə bərəkət almağı şirk saysın,rədd eləsin!
ona görə ehtiyatli ol !




Doğru deyirsən mən də şiəyəm. Mən həqiqi şiəyəm, yəni həqiqətən Əlinin tərəfdarıyam. Əli (rad) bizim sələfimiz olur.
Bizim də əqidəmiz budur ki, dini onların dövründə yaşanılan kimi yaşayaq və onların başa düşdüyü kimi başa düşək.
Mən İnşəAllah sən dediyini nəzərdə tuturam.

sözü uzatmayim keçim əsas məsələyə
lüğəti mənası Təbərrük "əl-Bərəkə" sözü ilə əlaqədar olaraq "bərəkət istəmək", "bərəkət ummaq" anlamındadır. "Əl-Bərəkə" isə "ziyədəh" (artım) və "Nəməə" (çoxalma) kimi izah olunur.
şəriyyətdə isə
təbərrük qeyb aləmindən Allahın heç bir dəlil göndərmədiyi bir şeyə,bir əşyaya zənnlərnən ümüd bağlayıb,şəfa tapmaq,cəsarət tapmaq,şücaət tapçaq mənasını verir.



Burda bir məsələ var:
Allahın dəlil göstərdiyi təbərrük şirk deyil. Buna icazəli təbərrük deyilir.
Allahın dəlil göstərmədiyi təbərrük isə şirk hesab olunur.


3.Əsma b. Əbubəkrdən belə dediyi rəvayət edilmişdir: "… İşdə Hz. Peyğəmbərin (s) cübbəsi! (…) Aişə vəfat edənə qədər bu cübbə onun yanında idi. O vəfat edincə mən götürdüm. Rəsulullah (s.ə.v) onu geyərdi. İndi biz də onu xəstələr üçün yıxırıq; onunla şəfa tələb edilir." - Müslim, "Libas", 10.



bu hədisə link qoy. İnşəAllah müzakirə edək. Bu hədisi axtardım tapa bilmədim.

şübhə yox ki,mənə görə bu hədisə inanan, insan şirkdədir.
məs peyğəmbərin cübbəsi olduğu üçün,
şəfa istəyirlər Allahdan,yəni fikir burda burda çübbənin materialından söhbət getmir.
məs kiməsə aid olduğundan gedir.buna aid bir misal verim


Sən niyə iddia edirsən ki, məhz Peyğəmbər (s) cübbəsi olduğuna görə təbərrük edirlər.
Sən elə fikirləşirsən ki, səhabələr şirkin nə olduğunu bilmirdilər.
Bəlkə səhabələrin dəlili var idi ancaq bu hədisdə o qeyd olunmayıb?

rəsul s.ə.v. sağlığında rəsul s.ə.v. bir qonaqlıqda, ev yiyəsinə deyir ki,
get bayırda olan müsəlmanlarıda yeməyə çağır.ev yiyəsi cağırır,lakin qazanda 5 nefer insan üçün yemək olur.
gelenlərin sayı isə 200 nefrden çox olur.
rəsul s.ə.v. deyir ki, sən o qazanı gətir qoy önümə.
və rəsul s.ə.v. hər dəfə əlini atır,və ordan tikə ət çixardıb müsəlmanlara verirdi.
beləliklə balaca qazandan hardasa 200 nəfərdən çox adama ət verir,xəndək döyüşündə.

və bundan sonra evin yiyəsi demədi ki, bu qazan bərəkətlidir,buna 1 kq ət atırsan əvəzində 100 kq ət çıxarırsan.
eynilədə Yusuf.ə. köynəyi də buna misaldır
şübhə yox ki, bütün bunlar rəsullara verilən ayələrdir ki, insanlar şübhə etməsin ki, bunlar Allahın rəsullarıdı.


Doğrudur.

şübhə yox,kimsə rəsul s.ə.v paltarını ,saçını ondan yadıgar saxlaya bilər, lakin onun əşyalarından bərəkət ummaq isə
şirkdir.və onlar isa.ə. səhabələrinin gününə ola bilsin düşüblər.


dəlil olmadan bərəkət ummaq şirkdir, bəs dəlil varsa necə?

Mən onlara ancaq Sənin mənə əmr etdiyini: “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!”– demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni (onların arasından) götürdükdən sonra isə onlara nəzarət edən Özün oldun. Sən hər şeyə Şahidsən. 5.118
və yaxud da bütün bu hədisləri səhabəlirin adından uydurublar belədə ola bilər.
bunu Allah bilir.


Bu hədislər alimlər tərəfindən araşdırılır. Hədislərin araşdırılması ilə bağlı bir az oxu. Hansı şərtlər qoyulur. Mütəvatir hədis nədir. Səhihlik üçün hansı şərtlər qoyulur.
Mən bilmirəm yuxarıdakı hədis səhih olunur yoxsa yox.
Hətta hədis səhih olarsa biz aşağıdakı məsələlərə diqqət yetirməliyik:
1) biz səhabələri şirkdə ittiham edə bilmərik. Çünki ola bilər onlar bu məsələnin dəlilini biliblər. Onlar üçün bu icazəli təbərrük olub.
2) Biz belə təbərrük edə bilmərik. Çünki biz bunun dəlilini bilmirik. Dəlil olmayan bir şey vasitəsilə təbərrük etmək olmaz.

Hədislərdən belə başa düşülür ki, Peyğəmbər (s) vaxtında icazəli olan və olmayan təbərrüklər var idi.
Məsəllən Peyğəmbər (s) qəbri ilə təbərrük qadağan idi.
Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ölüm xəstəliyi gəldikdə əynindəki paltarını üzünə çəkdi. Sonra özünə gəldikdə paltarı çəkib üzünü açdı və elə vəziyyətdə dedi: "Allah yahudi və xaçpərəstlərə lənət etsin. Onlar öz peyğəmbərlərinin qəbirlərini səcdəgah ediblər". Bununla Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) öz ümmətini onların etdiklərindən çəkindirirdi.
Aişə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sonuncu xəstəliyində belə dedi: "Allah yahudi və xaçpərəstlərə lənət etsin. Onlar öz peyğəmbərlərinin qəbirlərini səcdəgah ediblər". Daha sonra Aişə (Allah ondan razı olsun) sözünə davam edərək deyir: "Əgər bu qadağa olmasaydı, onun qəbiri hündür edilərdi. Belə ki, onun qəbirinin səcdəgah ediləcəyindən ehtiyat edilirdi"



yəndə deyirəm rəsullar sağ oldu, və ya vəfat etdi, kimsə bilə bilməz ki, onların əşyalarında bərəkət,şəfa var !
bu qeybi məsələdir. və bunu Allah rəsullara bildirər ancaq.
daha bu cür yox. hansısa xəstəlikdə istifadə etsin.
ən qəribəsi odur ki,Əli ibn abu talibinin paltarindan kimsə bərəkət alarsa ,alimləriviz şirk adlandırıb.
bunlara aydınlıq gətir əgər yəqinlyin varsa əqidəndə !
bu hədislər səhihdir yoxsa ?


Doğru deyirsən elədir. Ancaq rəsullar sağlığında hansısa əşyasında ölümündən sonra da və konkret kimlərsə üçün də bərəkətli olduğunu bildirə bilər.
Təkcə Əli ibn Talibin (rad) əşyaları və ya qəbri ilə təbərrük etmək şirk deyil, ümumiyətlə dəlil olmayan istənilən əşya ilə təbərrük etmək şirkdir.
Heç vaxt Əlinin (rad) sağlığında onun vasitəsilə və paltarları vasitəsilə təbərrük etməyib.

Bir şeyi də qeyd edim.
Yuxarıdakı hədisdən nəticə çıxartmaq da düzgün deyil ki, istənilən əməlisaleh insanın istənilən əşyası ilə təbərrük etmək olar.


Əhli Sünnə heç nəyi şişirtmir və heç nəyi itirmir.



#93382 Vahhəbilərə rəddiyyələr

Отправлено автор: hənbəli_84 04 июля 2012 - 12:13 в Şiə-sünni dialoqu



Axı sənin Qamətün kimdi , yazdığı nədi ki, sən də kim olasan yazdığun nəsə bir şey olsun ? )





Əbu Hureyrə ümumiyyətlə etibarlı ravi deyil! )

Öz -özlüyündə ondan hədis qəbul edilməz, öz -özlüyündə huccət deyil )

Onun hədisləri yalnız "sahih li ğeyrihi" yoluyla səhih ola bilər. O "li ğeyrihi" hədis də yalnız əhli-beyt (ə) alimlərinin icmasının təsdiq etdiyi hədis olarsa )





Ümumiyyətlə, həm bu hədisin , həm də Əbu Hureyranın hədisinin keçdiyi mənbələri yaz! Özün də zəhmət çək hədisin ərəbcəsini yaz!

2. Qadağan etmək uzaq başı - "haram" hökmüdür. Siz sapıqlar hansı əsasla bunu şirk adlandırırsız ?

Hətta, bu hədislər həm sünni , həm şiə nəzərində səhih olsa belə , bu hədislər zikr edilən şeylərin "haram" olmasına dəlil ola bilər. Şirk olmasına yox!




3. Hədislər öz-özlüyündə əhli-beyt (ə) trəfindən təsdiq edilmirsə, hədis deyil. Apar vur divara! :rolleyes:


Hədislərin ərəbcəsini və mənbələri gözləyəcəyəm! )

Hansı əsasla bu işlərin şirk olmasına sizin nə dəliliviz var ?

Mütləq dəlil gözləyəcəyəm!





Sələfilər nəyi edirsə dəlil ilə edir.

Sən bu mövzunun adında qeyd edibsən ki, "sünnilərin diliylə"
Ancaq burda mən yazdığım hədisləri şərh edəndə deyirsən ki, Əbu Hüreyrə (radiyə Allahu anhu) və Aişə (radiyə Allahu anhə) etibarlı ravilər hesab olunmur.
Bu isə şiələrin nəzəridir.

Bu necə olur nə sənə sərf edir əhli sünnənin hədislərindən və ya alimlərindən götürüb bura yazırsan. Nə sənə sərf etmir şiələrin nəzərinə görə qiymətləndirirsən və etibarsız hesab edirsən.
Bu necə ədalətdir ay müsəlman. Sən özüvü ən azından müsəlman adlandırırsan. Müsəlman ədalətli və haqq tərəfdarı olmalıdır.

Bütün Əhli Sünnə icması Əbu Hüreyrəni (radiyə Allahu anhu) və Aişəni (radiyə Allahu anhə) etibarlı ravi hesab edir. Ona görə bu dəlillər bu mövzuda qəbul olunmalıdır.

Ey bu forumu oxuyanlar!

Nəzərinizə çatdırıram ki, Peyğəmbər (s) dünyasının dəyişdikdən sonra zamanla insanlar İslamı unutmuş, uzaqlaşmışdır.
Hər millət dini öz həyat tərzinə uyğunlaşdırmışdır. Müxtəlif regionlarda yaşayan camaatlar müxtəlif yeniliklər edərək dinin fəhmini (Dinin əsası - Tövhiddir) dəyişdirmişdir. Elmin zəifləməsindən istifadə edən şeytan haramı və şirki insanların gözündə gözəlləşdirmiş dinə salmışdır.

Müasir zamanda Sələfi camaatı yenidən insanları Peyğəmbər (s) dövründə yaşanılan bidətsiz və təmiz İslam əqidəsinə səsləyən və dəvət edən bir camaatdır.
Hazırkı dövrdə kim təkəbbürlük göstərmir haqqı qəbul edirsə sələfi əqidəsinə gəlir.
Bidətləri öz həyat tərzinə salmış, öz gözlərində gözəlləşdirmiş və səhv etdiklərini qəbul etmək istəməyənlər təkəbbürlük edənlər ya zəif hədislərlə ya da öz ağılları (məəntiqləri) ilə etdikləri bidətlərin doğru olduğunu sübut etməyə çalışırlar.

Misal üçün bu alimin yazdıqları

1) Diqqət yetirsəniz Quran ayələrini səhih hədislərlə deyil öz ağlına görə izah edir.
2) Gətirdiyi hədislər diqqət yetirsəniz Əhli Sünnənin mötəbər hədis ktablarından (Buxari, Müslim, Tiirmizi, Əbu Davud, Nəsai, İbn Macə və s.) deyil.
Həmçinin hədislərin alimlərin nəzərində səhih olub olmamasından heç söhbət getmir.

Sələfilərin etdiyi əməllərə və onları dəlillərinin hansı hədis kitablarından olmasına baxın: (Elə hədislər var ki, bir neçə mötəbər hədis kitabında rast gəlinir. Özünüz müqayisə edin)

İnsan öldükdən sonra hansı əməllərdən xeyir görür?
Ölən insan başqalarının etdiyi bu əməllərdən xeyir görür:
1.����������� Müsəlmanın onun üçün dua etməsi: Uca Allah buyurur: "Onlardan sonra gələnlər belə deyirlər: "Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!""[1].
2.����������� Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Müsəlmanın kimsənin digər qardaşı üçün qeybən etdiyi dua məqbuldur. Onun başı üzərində təyinat verilmiş bir mələk dayanar. Hər dəfə qardaşı üçün x(Allah ondan razı olsun) ölən adamın əvəzinə iki dinarlıq borcunu ödəməsi[2] hədisi dəlildir.
Onun vəd etdiyi nəziri ödəmək: Bu oruc tutmaq və ya başqa əməl ola bilər. Demək Səd ibn Ubadə (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun): Anam ölüb, amma boynunda nəzir qalıb - deyərək ondan fitva eyirli dua etdikdə təyinat verilmiş mələk belə deyər: Amin, sənin üçün də onun mislində olsun!"[3]
3.����������� Kiminsə onun borcunu ödəməsi: Bu məsələyə, Əbu Qatadənin aldım. O dedi: "Onun əvəzinə sən ödə"[4].
4.����������� Əməlisaleh övladın gördüyü yaxşı işlər:
Uca Allah buyurur: "İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar!"[5]
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyir: "İnsanın ən gözəl yeməyi, onun öz qazancıdır. Həqiqətən övladı da onun qazancındandır"[6].
5.����������� Ölən insanın özündən sonra qoyub getdiyi yaxşı izlər və daimi sədəqələr:
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "İnsan öldükdə bütün əməlləri dayanır. Yalnız üç əməli istisnadır: daimi qalan sədəqə, öyrətdiyi faydalı elm, yaxud onun üçün dua edən əməlisaleh övlad"[7].

Qəbirləri ziyarət etmək:
Axirəti yada salmaq və ibrət almaq üçün qəbirləri ziyarət etmək olar. Lakin bir şərtlə ki, orada Uca Allahı qəzəbləndirən ifadələr işlədilməsin. Yəni, dua edib ölüləri çağırmaq, Allahı qoyub onlardan kömək istəmək və s. bu kimi.
Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Mən sizə qəbirləri ziyarət etməyi qadağan etmişdim. Amma indi onları ziyarət edin. Həqiqətən bunda bir ibrət dərsi vardır. Amma orada Uca Allahı qəzəbləndirən ifadələr işlətməyin"[8].
Qəbirləri ziyarət etməyin icazəli olması kişilər kimi qadınlara da şamildir. Çünki onların hər ikisi ziyarətə səbəb olan amildə (yəni, axirəti xatırlamaqda və ibrət dərsi almaqda) eynidirlər. Həmçinin ötən hədislərdə də Aişənin (Allah ondan razı olsun) qəbiristanlıq ziyarəti zamanı nə deməsi haqqında soruşması, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona dua öyrətməsi və ziyarəti qadağan etməməsi buna bir dəlildir. Çünki bu zaman Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qadınların qəbiristanlığı ziyarət etmələrinin qadağan olmasını vurğulamamışdır.

Qəbirlərin önündə bunları etmək haramdır:
1.����������� Allah üçün qurban kəsmək: Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "İslamda "Aqr" (kəsmək) yoxdur". Əbdürrəzzaq ibn Həmmam adlı alim hədisdəki "Aqr" sözünə aydınlıq gətirərək deyir: "Cahiliyyət dövründə qəbirin üzərində inək və ya qoyun kəsərdilər"[9].
2. 6. ��Aşağıdakı hədisdə deyilənləri etmək:
Cabir (Allah ondan razı olsun) deyir ki, "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qəbiri hündür etməyi, qəbirin üzərində oturmağı, tikili tikməyi, qəbiri artırmağı və ya üzərinə yazmağı qadağan etmişdir"[10].
7.����������� Qəbirə tərəf namaz qılmaq: Demək, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Qəbirlərə tərəf namaz qılmayın..."[11].
8.����������� Qəbirin yanında namaz qılmaq: Hətta qəbirə tərəf yönəlməsə də, orada namaz qılmaq qadağandır.
Demək, Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Qəbiristanlıq və hamamdan başqa, yer üzünün hər yanı namazgahdır"[12].
9.����������� Qəbirlərin üzərində məscidlər tikmək: Aişə və Abdullah ibn Abbas (Allah onlardan razı olsun) deyirlər: Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ölüm xəstəliyi gəldikdə əynindəki paltarını üzünə çəkdi. Sonra özünə gəldikdə paltarı çəkib üzünü açdı və elə vəziyyətdə dedi: "Allah yahudi və xaçpərəstlərə lənət etsin. Onlar öz peyğəmbərlərinin qəbirlərini səcdəgah ediblər". Bununla Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) öz ümmətini onların etdiklərindən çəkindirirdi.[13]
Aişə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sonuncu xəstəliyində belə dedi: "Allah yahudi və xaçpərəstlərə lənət etsin. Onlar öz peyğəmbərlərinin qəbirlərini səcdəgah ediblər". Daha sonra Aişə (Allah ondan razı olsun) sözünə davam edərək deyir: "Əgər bu qadağa olmasaydı, onun qəbiri hündür edilərdi. Belə ki, onun qəbirinin səcdəgah ediləcəyindən ehtiyat edilirdi"[14].
10.������� Bəlli vaxtlarda və müəyyən mövsümlərdə ibdaət və ya başqa məqsədlə qəbiri daimi ziyarətgaha çevirmək: Demək, Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Mənim qəbirimi daimi ziyarətgaha çevirməyin. Evlərinizi də qəbir etməyin. Harada olsanız mənə salavat deyin. Həqiqətən sizin salavatınız mənə yetişir"[15].
11.������� Qəbirə görə səfər etmək:
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Üç məsciddən başqa heç bir yerə ziyarət səfəri etmək olmaz: Məscidül Həram, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) məscidi və əl-Əqsa məscidi"[16].
12.������� Qəbirlərin üzərində çıraq yandırmaq: Belə ki, bu bir bidətdir və saleh sələflərimiz belə bir əməl etməzdilər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Hər bidət zəlalətdir. Hər zəlalətin sonu isə oddur"[17]. Həmçinin belə səfərlər, mal-dövləti boş-boşuna xərcləməkdir. Bu isə açıq-aşkar şəkildə qadağan edilmişdir. Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Allah sizə üç şeyi: dedi-qodu etməyi, malı israf etməyi və çoxlu sual verməyi - qadağan etmişdir"[18].
13.������� Meyitin sümüklərini sındırmaq: Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Mömin ölü ikən onun sümüyünü sındırmaq, diri ikən sındırmağa bərabərdir"[19].

***


[1] əl-Həşr: 10.
[2] Bax: (Bölüm) İnsan öldükdə və ruhunu tapşırdıqda qohumları aşağıda deyilənləri etməlidirlər:... 5-ci bənd. (tərc.)
[3] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: � 3381. Müslim: 4/ 2094/ � 2733.
[4] Buxari: 5/ 389/ � 2761. Müslim: 3/ 1260/ � 1638. Əbu Davud: 9/ 134/ � 3283. Tirmizi: 3/ 51/ � 1586. Nəsai: 7/ 21.
[5] ən-Nəcm: 39.
[6] Hədis səhihdir. əl-İrva: � 1626. Əbu Davud: 9/ 444/ � 3511. Rəvayətin mətni onundur. Tirmizi: 2/ 406/ � 1369. İbn Macə: 2/ 723/ � 2137. Nəsai: 7/ 241.
[7] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: � 893. Müslim: 3/ 1255/ � 1631. Əbu Davud: 8/ 86/ � 2863. Tirmizi: 2/ 418/ � 1390. Nəsai: 6/ 251.
[8] Hədis səhihdir. əl-Cənaiz: səh. 179. Hakim: 1/ 374. Beyhəqi: 4/ 77. Onların rəvayətlərində sonuncu cümlə yoxdur. Bu cümlə, Bəzzarın (1/ 407/ � 861) rəvayətindədir.
[9] Hədisin sənədi səhihdir. əl-Cənaiz: səh. 203. Əbu Davud: 9/ 42/ � 3206.
[10] Hədisin sənədi səhihdir. əl-Cənaiz: səh. 204. Əbu Davud: 9/ 45/ � 3219. Qeyd olunan rəvayət ona məxsusdur. Hədisi bəzən artıq, bəzən isə əksik ifadələrlə rəvayət edənlər bu alimlərdir: Müslim: 2/ 667/ � 970. Tirmizi: 2/ 258/ � 1058. Nəsai: 4/ 86.
[11] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: � 7348. Müslim: 2/ 668/ � 972. Əbu Davud: 9/ 49/ � 3213. Tirmizi: 2/ 257/ � 1055. Nəsai: 2/ 67.
[12] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: � 2767. Əbu Davud: 2/ 158/ � 488. Tirmizi: 1/ 199/ � 316.
[13] Buxari: 8/ 140/ � 4444. Müslim: 1/ 377/ � 531. Nəsai: 2/ 40.
[14] Buxari: 3/ 200/ � 1330. Müslim: 1/ 376/ � 529. Nəsai: 2/ 41.
[15] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: � 7226. Əbu Davud: 6/ 31/ � 2026.
[16] Buxari: 3/ 63/ � 1189. Müslim: 2/ 1014/ � 1397. Əbu Davud: 6/ 15/ � 2017. Nəsai: 2/ 37.
[17] Buxari: 2/ 414/ � 934. Müslim: 2/ 582/ � 851. Nəsai: 3/ 104. İbn Macə: 1/ 352/ � 1110. Əbu Davud: 3/ 460/ � 1099. Müxtəsər rəvayət etmişdir. Tirmizi: 2/ 12/ � 5111. Onun rəvayətinə oxşar.
[18] Buxari: 3/ 340/ � 1477. Müslim: 3/ 1340/ � 1715.
[19] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: � 2143. Əbu Davud: 9/ 24/ � 3191.İbn Macə: 1/ 516/ � 1616.



#93386 Vahhəbilərə rəddiyyələr

Отправлено автор: hənbəli_84 04 июля 2012 - 12:30 в Şiə-sünni dialoqu




Mən "sünnilərin diliylə" yazdığım başlıqda dəlilim sünnilər və vahabilər üçün nəzərdə tutulub.
Amma, sən Əbu Hureyra və xanım Aişədən gətirdiyin dəlilləri şiələrin əleyhinə gətirmisən. Məhz buna görə də sənə yazıldı ki, onlar bizim üçün huccət deyil.



Mən bu dəlilləri şiələrin əleyhinə yox alimin dediklərinin əleyhinə gətirmişəm. Əgər bacarırsansa elə bu alimin və ya ümumiyyətlə Əhli Sünnən alimlərinin dili bu dəlillərə rəddiyə tap gətir.



#93389 Vahhəbilərə rəddiyyələr

Отправлено автор: hənbəli_84 04 июля 2012 - 12:35 в Şiə-sünni dialoqu




Mən "sünnilərin diliylə" yazdığım başlıqda dəlilim sünnilər və vahabilər üçün nəzərdə tutulub.
Amma, sən Əbu Hureyra və xanım Aişədən gətirdiyin dəlilləri şiələrin əleyhinə gətirmisən. Məhz buna görə də sənə yazıldı ki, onlar bizim üçün huccət deyil.



Mən bu dəlilləri şiələrin əleyhinə yox alimin dediklərinin əleyhinə gətirmişəm. Əgər bacarırsansa elə bu alimin və ya ümumiyyətlə Əhli Sünnən alimlərinin dili bu dəlillərə rəddiyə tap gətir.




Рейтинг@Mail.ru