Перейти к содержимому


Публикации hənbəli

176 публикаций создано hənbəli (учитываются публикации только с 17-июня 23)



#13092 Quranın təhrif olunduğuna inanan

Отправлено автор: hənbəli 24 июля 2009 - 15:25 в Şiə-sünni dialoqu

Bəli, qiraət haqqındadır!

Bu mövzu barədə nə sualların varsa münasib mövzuda suallarını ver! Lakin gözlə o biri rəvayətləri tamamlayım..inşəAllah!



#13023 Omar Fatime(a)-ni niye gore incidib?

Отправлено автор: hənbəli 23 июля 2009 - 16:02 в Şiə-sünni dialoqu

Şeyx, yəni kişinin elmi məclisləri olub...kişi fətva verərmiş, ona görə də ona şeyx deyiblər...bizim dilimizdə desək "ağsaqqal" olub
Hafiz olub, yəni məclisində hifzindən rəvayət deyirmiş, millətdən oturub rəvayətlərini yazarmış...hafiz olmaq, rəvayət etdiyi bütün rəvayətlərin səhih olması anlamına gəlmir. Kişi uydurma, yalan, zəif, səhih...hamısını rəvayət edib...bəlkə yalan olduğunu da bilib, lakin məzhəbinə uyğun olduğu üçün rəvayət edib...necəki peyğəmbərin adından fəzilətlər haqqında yalanlar uyduranlar deyirlər ki, biz peyğəmbərin əleyhinə deyil, leyhinə yalan uydururuq...
İmam olması da bir şey ifadə etmir...əhli-sünnətdə Əbu Hənifədən böyük imam var?! Bununla belə rəvayətlərini zəif sayıblar...imam o deməkdir ki, insanlara liderlik, rəhbərlik edib, insanlar onun arxasınca gedib...
Nəsə...biz düzəlməmişik...amma sən düppədüz olmusan, görürük...düppədüz oğlan camaata torba tikir...sənin əl-Heysəmi'dən nəql etdiyin sözləri gözləyirəm...hələ tapa bilməmisən?!



#13368 Omar Fatime(a)-ni niye gore incidib?

Отправлено автор: hənbəli 26 июля 2009 - 16:55 в Şiə-sünni dialoqu

Bağlama qardaş...gözlə qoy dəlillərini gətirsinlər!



#13922 Omar Fatime(a)-ni niye gore incidib?

Отправлено автор: hənbəli 29 июля 2009 - 19:30 в Şiə-sünni dialoqu

Nardarani, mövzunun adına bax...çalış mövzudan kənar yazma!!!



#12687 Omar Fatime(a)-ni niye gore incidib?

Отправлено автор: hənbəli 21 июля 2009 - 15:50 в Şiə-sünni dialoqu

hənbəli
Səhv olduğunu məndən yaxşı bilirsən axı. Yekə oğlansan niyə yazdıqlarımdan özünə sərf edənini çıxarıb yalnız ona cavab yazırsan? Bu neinki, möminə heç adi bir insana yaraşan hərəkət deyil. Mən səni başa düşürəm ki, sən məzhəbinin abrını qorumağa çalışırsan. Amma əzizim burda səni vurub yıxan yoxdur. Cavab verə bilmirsən de ki, " mən hənbəli bilmirəm ola bilsin məndən daha elimli qardaşlar bilir" . Daha niyə bizim qızıl vaxtımızı alırsan? Birdən sənin yazdıqlarına mən aldandım və sənin dediklərinə inandım. Göydə Allah görür axı sən milləti barmağına dolamısan. Mən sənə deyirəm ki, ابن أبي دارم barədə alimləriniz deyib ki: امام، حافظ، فاضل، موصوفا بالحفظ والمعرفة. Sən isə deyirsən ki, ona həmçinin yalnaçıda deyilib.
Bəs məndə bunu sual ediəm ki, Sizin çox yalançı İmamlarınız var? Sizin dini mərifətə sahib çox yalançılarınız var? Zəhəbi və başqalarıda yalançıdırlar? Bütün bunlardan sonra mən heçdə təccüb etmirəm. Ay kişi mərifət dini bilirsən nədi? Necə ola bilər ki, bir nəfər həm mərifətli insan olsun həmdə yalançı? Həm imam olsun həmdə yalançı. Bu ziddiyyət deyilmi? Sən gəl bizə normal hamının qəbul edə biləcək formada bizə vbu məslənin izahını ver. Yada mən verdiyim izahı qəbul elə. Mən deyən izah isə budur ki, Bu kişi doğurdan da yaxşı insan olubş Sadəcə ömrünün axırlarında Ömərin Xanımı vurmasi məsələsini dediyinə görə olub Rafizi. Rafizidə ona görə olub ki, Xəlifəyə cürət edib və güyam yalan deyib. Qutardı getdi bu adamın günahi bundan ibarətdir. Kim ki, xəlifəyə dil uzadmayıb onlar şiə demisiz və bəzilərindən rəvayət nəql etmisiz. Doğru danışanlarıda haqq söz dediklərinə görə rafizi ki, damğalayıb yalançı adlandırmısız.


Nardarani, sözün əsl mənasında sən biyabırçı birisən....özünü biyabır etməkdən başqa bir işə yaramırsan! Mən sənə cavab yazdım...sən hədis elmindən nə oxumusan? Sən hardan oxumusan ki, kiməsə "əl-hafiz" demək təvsiq sayılır? Belə bir şeyi iddia edən cahildir. Xüsusilə də nəzərə almaq lazımdır ki, əz-Zəhəbi özü hafizlər haqqında "Təzkiratul-Huffaz" kitabını yazıb və orada kalan hafizləri cərh edib...indi görünən budur ki, sən əz-Zəhəbinin elmindən və istilahından cahilsən...xüsusilə bilmək lazımdır ki, əz-Zəhəbinin "əs-Siyər" kitabını cərh və tədil kitabı deyil. Dediklərimə misal vermək üçün deyirəm. əz-Zəhəbi "əs-Siyər" kitabında (14/11) Abdusun tərcümeyi halında onun haqqında deyilmiş mədhləri gətirir və sonunda deyir: "لا أكاد أعرفه" "Onu "poçti" tanımıram..."
Ya da "ət-Təzkira" kitabında Hueym bin Həmməd'in tərcümeyi halında deyir: "كان من أوعية العلم، ولا يحتج به"
"Elm dəryalarından biri idi, onunla ihticac edilməz." İndi əz-Zəhəbi eyni cümlənin əvvəlində onu alim olmaqla vəsf edir və cümləsinin sonunda onu cərh edir. Onun ihticac üçün yararsız olduğunu deyir.
Sənə nə dediyimizi anlaman üçün daha çox misallar gətirək yoxsa bunlar sənə kifayət edir?

Mənim torba tikənimə bax! Utanmaq yerinə hələ bir ortalığa düşüb qışqırıb bağırır...sən burada müzakirə üçün iştirak etmirsən. Torba tikən hara, müzakirə edən hara?



#12249 Omar Fatime(a)-ni niye gore incidib?

Отправлено автор: hənbəli 16 июля 2009 - 16:00 в Şiə-sünni dialoqu

1.Şəmsi xanım hansı hədisləri rədd edirik?
2.Şiələrdən kimsə əvvəl axır suala cavab verən olacaq?
Sual: səhih hədislərə istinadən Hz Ömər(ra) Hz Fatimə (ra) vurmasını sübut edə bilərsiz ya danışdığlarınız Subhaninin dili ilə desəm VOZDUX-dur?

Şəmsəddin Zəhəbi yazır:
إنّ عمر رفس فاطمة حتّى أسقطت بمحسن
"Ömər Fatiməni təpiklə helə vurdu ki, Möhsün siqt oldu"
http://www.islamww.c...h...1855&id=268

Rəvayətin mənbəsini verdim sənə iradın varsa buyur.


Allahul-Mustəan!
Sən necə də hiyləgar birisən...yazırsan ki, əz-Zəhəbi yazır: və sonra isə qısa bir cümlə verirsən ki, oxuyucu elə zənn etsin ki, guya əz-Zəhəbi bunu etiraf etmişdir. Allah yalançı tayfanın belini kəssin! Özünü biyabır edirsən!

əz-Zəhəbi bunu bir rafizinin tərcümeyi halında qeyd edir və deyir: "əl-Hakim ondan rəvayət etmişdir və demişdir: rafizidir, siqa deyildir. Muhamməd bin Əhməd bin Həmməd əl-Kufi əl-Hafiz onun ölüm tarixini qeyd etdikdən sonra deyir: "Ömrü boyu doğru əqidəli olmuşdur, lakin son dövrlərində yanında onun yanında dərs alarkən oxunulan şeylər ittihamlar və iftiralardan ibarət olmuşdur. Mən onun məclisində iştirak etdim və bir nəfər onun yanında oxudu: "Ömər Fatiməni o qədər təpiklə vurdu ki, sonunda uşağı Muhsin düşdü."

əz-Zəhəbinin dediyi sözlər bunlardır. Bu Nardarani utanmadan burada öz biyabırçılığını sərgiləyir. Heç olmasa həmin bu adamın tərcümeyi-halını oxusaydı görəcəkdi ki, əz-Zəhəbi həmin adamın adını təqdim edərkən deyir:
أحمد بن محمد بن السري بن يحيى بن أبي دارم المحدث أبو بكر الكوفي الرافضي الكذاب
"Əhməd bin Muhamməd bin əs-Səri bin Yəhya bin Əbi Darim əl-Muhəddis Əbu Bəkr əl-Kufi ər-Rafizi əl-Kəzzəb (yalançı).."



#13119 Omar Fatime(a)-ni niye gore incidib?

Отправлено автор: hənbəli 24 июля 2009 - 17:10 в Şiə-sünni dialoqu

Sən özünə uyğun olanı təqdim edib sərf etməyəni niyə gizlədirsən...məgər həmin rəvayət səbəb olaraq qeyd olunur, yoxsa misal olaraq? Məgər onun bu sözlərini niyə yazıb tərcümə etmirsən?
Həmin sənin belə çox sevdiyin alim əl-Haqqa surəsinin 9-cu ayəsini belə rəvayət edir:

وفي خبر آخر قوله تعالى وَجَاءَ فِرْعَوْنُ عمر ، وَمِنْ قَبْلِهِ أبو بكر ، والمؤتفكات عائشة ، وحفصة . فوافقته ، وتركت حديثه .

"Digər rəvayətdə isə deyir: "Allahu Təalənin "Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş Mötəfikə əhli (Lut qövmü) də günah (xəta) törətmişdilər" sözündəki firon Ömərdir, ondan əvvəlki isə Əbu Bəkrdir, mötəfikə əhli isə Aişədir.." bu sözündən sonra hədisini tərk etdim."

İndi sən deyirsən ki, bu adam doğru sözlüdür, mən isə deyirəm yalançıdır...alimlərimiz deyir yalançıdır..sən isə ona görə yalançısan ki, əz-Zəhəbinin və digər alimlərimizin bu rafizini həmin rəvayəti rəvayət etdiyinə görə cərh etdiyini deyirsən...!!!

Mənə bax Zəhəbi onun beyəm yalannı tutub? Yox!!! Zəhəbi onu belə sözlər deməsinə görə Rafizi adlandırıbda. Rafizidə oldu günün olur qara. Üstüvə rahatcasına yalançı damğasınıda vururlar.


Sən onun yuxarıdakı ayəyə verdiyi şərh ilə razısan? Belə bir şərh onun yalanı üçün kifayət edir...



#13146 Omar Fatime(a)-ni niye gore incidib?

Отправлено автор: hənbəli 25 июля 2009 - 00:40 в Şiə-sünni dialoqu

Hər şey aydındır!



#13105 Omar Fatime(a)-ni niye gore incidib?

Отправлено автор: hənbəli 24 июля 2009 - 16:25 в Şiə-sünni dialoqu

Ömərin başqa bir cinayəti Xanım Zəhraya qarşı.


حدثنا ابن حُمَيْدٍ قال حدثنا جرير عن مغيرة عن زِيَادِ بن كُلَيْبٍ قال أتى عمر بن الخطاب منزل علي وفيه طلحة والزبير ورجال من المهاجرين فقال والله لأحرقن عليكم أو لتخرجن إلى البيعة فخرج عليه الزبير مصلتا بالسيف فعثر فسقط السيف من يده فوثبوا عليه فأخذوه.


الطبري، أبي جعفر محمد بن جرير (متوفاي310هـ)، تاريخ الطبري، ج 2، ص 233، ناشر: دار الكتب العلمية – بيروت


"Ömər ibn Xəttab Əlinin evənə gəldi. Bir halda ki, mühacirdən bir dəstə orda idilər. Onlara dedi: Əgər beyət tmək üçün bayıra çixmasa And olsun Allaha evi odlayacağam. Zübeyr evdən qılncını siyirmiş halda bayıra çıxdı.Qəflətən ayağı sürüşdü və qılınc əlindən yerə düşdü. Bu zaman digərləri hucum edib qılıncı əlindən aldılar. "


Birincisi bu rəvayətdə heç bir cinayətdən xəbər verilmir, bu mövzuda iddia edən iddia edir ki, Ömər Fatiməni incidib..indi sən kişilər arasındakı söhbəti bura gətirib hansı cinayətdən dəm vurursan?!

İkincisi isə bu rəvayətin sənədi münkərdir, ət-Tabərinin şeyxi hafiz olsa da, alləmə olsa da hədisləri münkərdir...axı biz bilirik ki, sən cərh və tədil elmində yekə bir dağsan...yəqin ki, belə bir şeyləri anlayırsan?!
Bax elə əz-Zəhəbinin "əs-Siyər! kitabında misal gətirirəm...oxu gözlərin açılsın:

محمد بن حميد ( د ، ت ، ق )

ابن حيان العلامة الحافظ الكبير ، أبو عبد الله الرازي .

مولده في حدود الستين ومائة .

وحدث عن : يعقوب القمي - وهو أكبر شيخ له - ، وابن المبارك ، وجرير بن عبد الحميد ، والفضل بن موسى ، وحكام بن سلم ، وزافر بن سليمان ، ونعيم بن ميسرة ، وسلمةبن الفضل الأبرش ، وخلق كثير من طبقتهم .

وهو مع إمامته منكر الحديث ، صاحب عجائب .

Muhamməd bin Humeyd
İbn Həyyan əl-Alləmə əl-Hafiz əl-Kəbir Əbu Abdullah ər-Razi
160-cı illərdə doğulub
Yaqub əl-Qummi'dən - və o, onun ən böyük şeyxidir - İbnul-Mubərak, Cərir bin Abdulhəmid, əl-Fadl bin Musa, Həkəm bin Sələm, Zafir bin Suleyman, Nueym bin Meysərə, Səlma bin əl-Fadl əl-Əbruş və onların dövründə yaşamış bir çox kəsdən rəvayət etmişdir.
Bu imamlığına baxmayaraq onun hədisləri münkərdir, əcib rəvayətlər sahibdir..."

Oxu bir az beynin açılsın! Gördüyün kimi əz-Zəhəbi ona alləmə deyir, hafiz deyir...lakin iki sətr sonra deyir ki, imamlığına baxmayaraq hədisləri münkərdir...daha sonra isə necə hədis uydurması haqqında bəzi rəvayətləri nəql etmişdir...indi ya sən əz-Zəhəbinin mustalahını anlamırsan? Ya da əz-Zəhəbi sənin elmindən xəbərsiz olub, yəni sənin kimi bir alim ilə qarşılaşmadığına görə belə oşibkalara yol verib...
Allah sənə hidayət etsin!



#12314 Omar Fatime(a)-ni niye gore incidib?

Отправлено автор: hənbəli 17 июля 2009 - 15:46 в Şiə-sünni dialoqu

Nardarani
Sənin neçə yaşın var? Utanmadan millətin qabağında camaata torba tikməklə məşğulsan...

Sənin tikdiyin torba bundan artıq olmayacaqdı ki...öz yazdığını belə anlaya bilmirsən.

1. Bir kəsin hafiz, alim olması onun siqa olması anlamına gəlmir. Ricəl kitablarında o qədər hafizlər var ki, yalançı olublar. Məsələn ət-Tabərinin bəzi şeyxləri...hafiz olmaz, alim olmaq hədisinin qəbul olması anlamına gəlmir. Unutma ki, əhli-sünnət Əbu Hənifənin imamlığını, böyüklüyünü qəbul etməklə bərabər hədisdə zəif olduğunu deyirlər. Yəni o, rəvayət elmində hüccət deyildir.

2. əz-Zəhəbi deyir: كان موصوفا بالحفظ والمعرفة "Hifz və mərifətlə vəsf olunmuşdur..."
Bu isə o deməkdir ki, onu belə vəsf ediblər...əz-Zəhəbinin bu şəkildə ibarəsi onun hifzi və alimliyində şübhə etdiyini göstərir. əz-Zəhəbinin onun haqqında yalançı olduğunu deməsini də sənə gətirdim...

3.

Bundan əlavə Zəhəbə Peyğəmbərdən bir rəvayət nəql edir ki, onun içində sözü gedən ravi var.
həmin rəvayət:


الحلال بين، والحرام بين، وبين ذلك مشتبهات لا يعلمها كثير من الناس. من ترك الشبهات استبرأ لدينه وعرضه، ومن وقع في الشبهات، وقع في الحرام كالراعي إلى جنب الحمى، يوشك أن يواقعه
Amma neyçünsə burda hədisə barmağ qoymur və hədisin məqbul olduğunu söyləyir. الحديث. متفق عليه."Bu hədis məqbuldu və ona itdifaq edilib."

Yəni bu qədər savadsızsan? Bu hədis ona görə məqbuldur ki, bu hədisi ondan başqaları da rəvayət ediblər və hədis bir çox kanalla sabitdir. Hədisin üzərində ittifaq olunmuşdur, o deməkdir ki, hədisin mətni qəbuldur...bu o demək deyil ki, həmin rafizi yalançı ravi bununla siqa olmur. Belə bir şey sənin savadsızlığından xəbər verir...

Bəli, Cavab biz Əhli-Beyt davamçılarına yenədə aydındı. Zəhəbi 2- xəlifənin abrını qorumaq üçün belə edib. Və həmin sözünə görə ona rafizi adı verlib.

Əlbəttə ki, sənə bir şey sərf etməyəndə hər kəsə hücum edərsən...yəni sənə görə həmin yalançı rafizi ravi siqadır, amma əz-Zəhəbi isə yalançıdır...Sən öz mənəviyyatdan uzaq planlarını həyata keçirməkdən ötrü hər bir şey edərsən...Ömərin Fatiməni vurmasını isbat etmək üçün hər dəridən qabıqdan çıxarsan....

əz-Zəhəbi öz ricəl kitablarında bir çox şiə ravilərin siqa olduğunu deyib, əgər ona görə şiəliklə insan yalançı olursa, bunu mütləq qeyd edərdi. əl-Buxari özü də "əs-Səhih"də şiələrdən rəvayət edir, hətta onların arasında ğuluvda ittiham olunmuş şiələr də vardır...

Nəsə...Nardarani...
Bu şəkildə sənin torba tikmək həvəsini gördükdə, daha sonra isə tikdiyin torbanı gördükdə anlayıram ki, səndən nə yarımçıq papaqçı, nə də yarımçıq palançı çıxmaz...Sən ki, bu şəkildə müzakirə ədəbindən uzaq bir yol tutmusan və forumda camaata torba tikməklə məşğulsan...bundan sonra səni ciddi alacağımı məndən gözləmə



#13102 Omar Fatime(a)-ni niye gore incidib?

Отправлено автор: hənbəli 24 июля 2009 - 16:12 в Şiə-sünni dialoqu

Görünür rical elimindən heç səthidə olsun xəbərin yoxdur. Sən demeəli o kişinin tərifində o qədər deyilən sölərə bir quş vururb ancaq pis tərəfni tutursan? Sən yalnız ravilərin qabağında siqə sözü axtarırsan? Daha anlamırsan ki, Onun üçün deyəln təriflər quru siqə sözündən üstündü. Birdə ravilərin mədhi deyılən bir şeydə var. Bunuda unudma. Bundan əlavə görünür O zəhəbidən üstün adam olub. Yada ən azı bərabər olub. Çünki, mərifət sahibi və imam olub. Zəhəbinində özünə eyni səviyədə olan adamı pisləməsi heç nəyə dəlalət etməz. Onların hələm hansının dögru düzgün olması məlum deyil. Mən bütün bunları ona görə deyirəm ki, Zəhəbi onun tərifləndən sonra pisləməsi müəmmalıdır. Yenədə deyirəm. Mərifət kimi tanınan adamı bir nəfərin pisləməsi heçneyə dəlalət etməz. Belə hallarda zəhəbi kimlərdən dəlil istəyəllər.


Aydındır...ey cərh və tədil elmini bilən Nardarani, bu elmin mütəxəssislərindən bizə burada isbat edə bilərsənmi ki, kiminsə alim olaraq vəsf olunması təvsiq deməkdir? Sən qəribə bir insansan...
tutaq ki, mən burda deyirəm ki, "Nardarani elmlidir, hafiz biridir, lakin yalançıdır..." İndi sən mənim bu cümləmin birinci hissəsini çıxarıb mənim özümə qarşı dəlil gətirirsən...deyirsən ki, baxən...Hənbəli məni etibarlı sayır...özünü güldürmə ay kişi! tutaq ki, mən cərh elmindən cahiləm, əz-Zəhəbi ki, bu elmin pəhləvanıdır...



#13116 Omar Fatime(a)-ni niye gore incidib?

Отправлено автор: hənbəli 24 июля 2009 - 17:02 в Şiə-sünni dialoqu

Sən özünə uyğun olanı təqdim edib sərf etməyəni niyə gizlədirsən...məgər həmin rəvayət səbəb olaraq qeyd olunur, yoxsa misal olaraq? Məgər onun bu sözlərini niyə yazıb tərcümə etmirsən?
Həmin sənin belə çox sevdiyin alim əl-Haqqa surəsinin 9-cu ayəsini belə rəvayət edir:

وفي خبر آخر قوله تعالى وَجَاءَ فِرْعَوْنُ عمر ، وَمِنْ قَبْلِهِ أبو بكر ، والمؤتفكات عائشة ، وحفصة . فوافقته ، وتركت حديثه .

"Digər rəvayətdə isə deyir: "Allahu Təalənin "Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş Mötəfikə əhli (Lut qövmü) də günah (xəta) törətmişdilər" sözündəki firon Ömərdir, ondan əvvəlki isə Əbu Bəkrdir, mötəfikə əhli isə Aişədir.." bu sözündən sonra hədisini tərk etdim."

İndi sən deyirsən ki, bu adam doğru sözlüdür, mən isə deyirəm yalançıdır...alimlərimiz deyir yalançıdır..sən isə ona görə yalançısan ki, əz-Zəhəbinin və digər alimlərimizin bu rafizini həmin rəvayəti rəvayət etdiyinə görə cərh etdiyini deyirsən...!!!



#11931 Nasibilik kufrdur?

Отправлено автор: hənbəli 12 июля 2009 - 22:33 в Şiə-sünni dialoqu

Əhli-sünnətə görə nasibilik rafizilik kimi küfrdür.
Nasibilər Əlini və əhli-beytdən olan müəyyən şəxslərə düşmənçilik edən kəslərdir. Necəki rafizilər səhabələrə qarşı düşmənçilik edir və onların etmədiklərini onların adlarına yapışdırırlar.



#12057 Nasibilik kufrdur?

Отправлено автор: hənbəli 14 июля 2009 - 19:21 в Şiə-sünni dialoqu

bütün dünya müsəlmanlarl namazda Əhli Beytə salam göndərir. Göndərməsə namazl batildir,

Bu birinci cahilliyindir..
İkincisi isə siz salavat göndərdiyiniz əhli-beyti özünüz ən pis şəkildə söyürsüz, onları kafi sayırsız...peyğəmbərin xanımlarına dil uzadan əhli-sünnə deyil, şiələrdir...
Halbuki salavatda deyirik: "İbrahimə və İbrahimin ailəsinə salət etdiyin kimi Muhammədə və onun ailəsinə də salət elə!" İbrahimin ailəsinə onun zövcəsi də daxildir və bu, Quran ayəsi ilə sabitdir, necəki mələklər Saraya əhli-beyt adı ilə müraciə etmişdir. Eyni şey Peyğəmbərin ailəsinə də aiddir. Siz isə Peyğəmbərin ailəsini söyür və Həzrəti Əlinin ailəsini xüsusiləşdirirsiz.
Allahdan qorxun!



#12268 Nasibilik kufrdur?

Отправлено автор: hənbəli 16 июля 2009 - 18:00 в Şiə-sünni dialoqu

Nardarani
Nə yaxşı ət-Tabərinin bu Tarix kitabı varmış...İbnul-Quteybənin də adına bir uydurma kitab geydirib ondan nəqllər edirsiz. İbn Əbil-Hədid kimi biyabırçı mötəzili şiəsini də əhli-sünnətin adına geydirmək istəyirsiz..ay kişi, sənin biyabırçılıqların burda bitmir...Allahın izni ilə vaxt aşırı sənin biyabırçılıqlarını göstərərik...



#12267 Nasibilik kufrdur?

Отправлено автор: hənbəli 16 июля 2009 - 17:58 в Şiə-sünni dialoqu

Əgər Aişə kafirdirsə, Allah onun nəyini Quranda təmizə çıxarırdı?


Quran harada Aişəni təmizə çıxardı? Yoxsa o özünüzdən artırdığınız mötərizəni deyirsən? :rolleyes:


Mötərizəni biz artırmamışıq...mötərizəni Quranı tərcümə edən şiələr artırıb.

İkincisi isə sən Quranın Aişəni təmizə çıxarmasını inkar edirsən? Nur ayələrinin kimin haqqında gəldiyini deyirsən?



#12142 Nasibilik kufrdur?

Отправлено автор: hənbəli 15 июля 2009 - 16:50 в Şiə-sünni dialoqu

Nardaraninin yazdıqları mənim sözü təsdiqləmək üçün kifayətdir. Peyğəmbərin xanımına və heç şübhəsiz ki, möminlərin anasına kafir, fasiq, facir adını yaraşdıran bu Nardarani elə şiə zümrəsinin nümayəndəsidir. Daha bundan ötə nə vardır ki...?
O zaman Aişəyə zina ləkəsi atanla sizin aranızda nə fərq var ki? Əgər Aişə kafirdirsə, Allah onun nəyini Quranda təmizə çıxarırdı?
Aişəni elə qələmə verirsiz ki, bununla peyğəmbərə - salləllahu aleyhi va səlləm - dil uzadırsız. Aişəni cahiliyyə təbərrucunda ittiham edirsiz, çünki gətirdiyiniz ayələr həmin adətləri zəmm etmişdir. Yoxsa qadının qətiyyən evindən çıxmasını qadağan etməmişdir. Əksinə məlumdur ki, bu ayə nazil olandan sonra da peyğəmbərin xanımları həccə, umrəyə gediblər. Peyğəmbərin səfərlərində iştirak ediblər. Məsciddə namaz qılmağa çıxıblar. Üstəlik peyğəmbərin vəfatından sonra Abdurrahmən bin Aufun başçılığı altında dəfələrlə həcc ediblər. Aişə isə Əliyə qarşı çıxmamışdır, müsəlmanların arasını islah etmək üçün çıxmışdır, çünki Osmanın qisasını almaqla müsəlmanlar arasındakı fitnənin qalxmasını və müsəlmanların itaətdə əvvəlki kimi əmirə tabe olmalarını istəmişdir. Aişə səhabə alimlərdəndir və ictihad etmişdir. O, bu səfərində ümmət üçün xeyir olduğunu görmüşdür.
Daha sizin vəsf etdiyiniz kimi əlinə bayraq alıb qabağı düşməmiş, cahiliyyə təbərrücü kimi hərəkət etməmişdir. Bu yalnız insana qarşı kin və nifrətinizdən əlavə etdiyiniz pisliklərdir. Allah yalançıların cəzasını versin! Allahdan qorxub dilinizi qıssanız özünüzə xeyir etmiş olarsız. Ümumiyyətlə sizlər sağa sola insanların əzizlərinə dil uzatmaqla ümmət arasında yalnız söyüş söyən, lənət oxuyan bir tayfa kimi tanınmısız. Heç olmasa bir özünüzə baxın!

Biz əhli-beytin hamısını sevirik və biz insanları şəxslərə görə deyil, Allahın tövhidi və dininə görə kafir görürük.
Qaldı ki, Nardarani, sənin təthir ayəsini müzakirə etməyinə..bunu başqa mövzuda edərik. Darıxma...



#12155 Nasibilik kufrdur?

Отправлено автор: hənbəli 15 июля 2009 - 17:27 в Şiə-sünni dialoqu

Əgər kimsə əhli-beyti və ya əhli-beytdən bir kəsə (bura peyğəmbərin xanımları da daxildir) əhli-beyt olduğuna görə və ya səhabə olduğuna görə və ya digər şəri səbəblərə görə düşmənçilik edərsə, və ya onları söyərsə və ya onları kafir görərsə alimlərimizin icması ilə kafirdir.
Lakin kimsə şəxsi səbəblərə görə düşmənçilik edərsə, belə biri doğru görüşə görə kafir deyildir. Lakin ilk dövr alimlərdən məsələn Əbu Zura ər-Razi və İmam Əhməd kimi alimlər bir səhabəni söyüb, onları kafir görəni təkfir ediblər. Müasirlərdən isə əş-Şəvkani açıq şəkildə nasibiləri kafir sayır. Bu qədər!

P.S, zəhmət olmasa mənim digər mövzuda Quranın təhrifi barədəki sualıma cavab ver!



#12143 Nasibilik kufrdur?

Отправлено автор: hənbəli 15 июля 2009 - 16:53 в Şiə-sünni dialoqu

Bunu bilirik, amma əvvəl Siz yazdız ki, nasibilik (yani Əlini (ə) söymək, ona düşmənçilik etmək) küfrdür. İndi isə nifaq yazırsız. Nifaq küfr deyil axı.

Fath, nifaq küfrdür. Nifaq da küfr kimi iki növdür. Böyük nifaq və kiçik nifaq...böyük dindən çıxarır...Küfr bütün bu sözlərdən daha ümumidir. Ona görə də hər münafiq, hər müşrik, hər mülhid kafirdir. Lakin nifaq, şirk və ilhad hər biri daha xüsusi bir termindir. Bunların hamısı küfrdür.



#12489 Nasibilik kufrdur?

Отправлено автор: hənbəli 19 июля 2009 - 17:38 в Şiə-sünni dialoqu

2

Zinakar kişiyi və zinakar qadına yüz çubuq vurun. Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində (bu işin icrasında) ürəyiniz onlara yumşalmasın və möminlərdən bir dəstə də onların əzabına şahid olsun. (Bu, subay kişiyə və ərsiz qadına aiddir. Evli kişi və qadın zina etdikdə isə onların cəzası daşqalaq edilməkdir).

3 (Aişə peyğəmbərə yaraşan bir zövcədir!)

Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu (belə bir evlənmə), möminlərə haram edilmişdir.

4

İsmətli qadınla zina isnad edib, sonra (dediklərini təsdiqləyəcək) dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun və onların şəhadətini heç vaxt qəbul etməyin. Onlar sözsüz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir.

5

Bundan (namuslu qadınlara atdığı böhtandan) sonra tövbə edib özlərini islah edənlər istisna olmaqla. Çünki Allah (tövbə edənləri) bağışlayandır, rəhmlidir!


6

Arvadlarına zina isnad edib özlərindən başqa şahidləri olmayanların hər biri özünün doğru danışanlardan olduğuna dair dörd dəfə Allahın adı ilə (Əşhədu billahi – Allahı şahid gətirirəm, deyə) şəhadət verməlidir.

7

Beşinci dəfə: “Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!” (deməlidir).

8

Qadının da (hakimin hüzurunda) ərinin yalan danışanlardan olması barədə dörd dəfə Allahı şahid tutması əzabı ondan dəf edər.

9

Beşinci dəfə: “Əgər (əri) doğru danışanlardandırsa, Allah ona (qadının özünə) lənət (qəzəB) eləsin!” (deməlidir).


10

Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən, hikmət sahibi olmasaydı (halınız necə olardı)? (O, günahkarların cəzasını dərhal verib onları rüsvay edərdi).

11

Həqiqətən, (Aişə barəsində) yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir (münafiqlərdir). Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni (Abdulah ibn Ubeyyi) isə (qiyamət günü) çox böyük (şiddətli) bir əzab gözləyir!

12 (Aişənin təmizliyinin zahir olduğuna şahidlik)

Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!” – deməli deyildilərmi?

13

(Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar!

14

Əgər Allahın dünyada və axirətdə sizə neməti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı.

15 (Peyğəmbərin xahımları haqqında pis söz danışmaq, yalanlar yaymaq Allah yanında böyük günahdır)

O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül (asan, insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır!

16 (Mömin qadına ləkə atmaq, onun haqqında yalan danışmaq möminə yaraşmaz!)

Məgər siz onu eşitdiyiniz zaman: “Bizə bunu (bu yalanı) danışmaq yaraşmaz. Aman (Allah)! Bu, çox böyük bir böhtandır!” – deməli deyildinizmi?

17

Allah sizə öyüd-nəsihət verir ki, əgər möminsinizsə, bir daha belə şeylər etməyəsiniz.

18

Və Allah sizin üçün ayələrini (belə ətraflı, açıq-aydın) izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

19 (Aişənin mömin olmasına şahidlik!)

Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (Hamının əməlini, yayılan şayiələrin, atılan böhtanların doğru olub-olmadığını) ancaq Allah bilir, siz bilməzsiniz!

20

Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah şəfqətli, rəhmli olmasaydı (Halınız necə olardı)? (Dediyiniz yalanlara, yaxdığınız iftiralara görə sizi dərhal məhv edərdi).


23 (Aişə namuslu, ismətli, mömin qadındır)

Zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham edənlər dünyada və axirətdə lənətə düçar olarlar. Onları (qiyamət günü) çox böyük bir əzab gözləyir.



26 (Aişə təmiz qadındır, peyğəmbərə layiqdir. Aişə qəlbi əyri olanların uydurduqlarından uzaqdır, pakdır)

Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər. (Pis sözlər pis adamlara, pis adamlar pis sözlərə, eləcə də yaxşı sözlər yaxşı adamlara, yaxşı adamlar da yaxşı sözlərə layiqdirlər). Bunlar (Aişə və Səfvan kimi pak adamlar) onların (münafiqlərin) dediklərindən (yalan, pis sözlərdən) uzaqdırlar. Onları (günahlardan) bağışlanma və (Cənnətdə) tükənməz (minnətsiz) ruzi gözləyir!

Bu nur surəsindəndir! Bunun Aişənin hadisəsi haqqında nazil olduğunu inkar edən cahildir!
Əgər Aişə pis qadındırsa, kafirdirsə Allah hər şeydən əvvəl onu peyğəmbərə necə zövcə seçmişdir? Halbuki Allahu Təalə özü deyir ki, "Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcədə təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdir."
Birincisi Aişənin Əliyə qarşı çıxmasını iddia edən iftiraçıdır. Çünki Aişənin qoşunu Basraya getmişdi, Əli isə Basrada deyildi. Basrada Osmanı öldürən qatillər gizlənmişdi. Şiəliyi uyduranlar çox can fəşanlıqla bunu başqa cür qələmə vermək istəyirlər. Halbuki Aişə özü Əliyə beyət etməyə dəvət etmişdi.

əl-Hafiz İbn Hacər – rahiməhullah – deyir: “ət-Tabəri səhih bir sənədlə əl-Əhnəf bin Qeys’in – radiyallahu anhu – belə dediyini rəvayət edir: Osmanın mühasirəsindən sonra Talha və Zubeyr’lə qarşılaşdım və soruşdum: “Nə etməyimi uyğun görürsüz, çünki mən onun (Osmanın) öldürüldüyünü görürəm?” Dedilər: “Əliyə tabe ol!” Osmanın qətlindən sonra Aişə ilə Məkkə’də qarşılaşdım və dedim: “Nə buyurursan?” Dedi: “Əliyə tabe ol!” (“Fəthul-Bari”, 13/60)

Buna görə də Əhnəf bin Qeys Cəməl döyüşündə Aişəyə "tabe olmağı əmr etdiyiniz kəsə qarşı vuruşmaram" və Əlinin tərəfinə isə "möminlərin anasına qarşı vuruşa bilmərəm" demişdi.
Aişə ilə Əlinin arasındakı müharibənin başladanlar isə hələ də görə biləcəyimiz qəlbi əyri, xəstə ağıllı insanlar olmuşdu. Nə əcəb səhih tarixi şahidlikləri inkar edir, hər dəridən qabıqdan çıxıb Aişə ilə Əlinin düşmənçiliyini isbat etməyə çalışırsız.


Bu sözlər daha çox Siz əhli-sünnətə aiddir.

Məgər bizi səhabədən kimisə söyərkən görmüsən? Əksinə əhli-sünnət belə şeylərdən uzaqdır. O sizsiz ki, sözünüzün başında da, sonunda da tanımadığınız kəsləri söyürsüz!



#11960 Nasibilik kufrdur?

Отправлено автор: hənbəli 13 июля 2009 - 19:40 в Şiə-sünni dialoqu

Əhli-sünnət bu məsələdə Həzrəti Əli ilə Həzrəti Əbu Bəkr arasında fərq qoymur. Hər ikisini söymək, hər ikisinə qarşı düşmənçilik etmək nifaqdır. Bu əhli-sünnətin görüşüdür.
Həzrəti Əlini qaldırıb peyğəmbər səviyyəsinə qoymaq isə küfrdür. Çünki bilirik ki, peyğəmbəri - salləllahu aleyhi va səlləm - söymək qeydsiz-şərtsiz insanı kafir edir. Ona görə də eyni sualı Həzrəti Əli haqqında soruşmaq onu peyğəmbər səviyyəsinə qədər qaldırmaqdır. Dəliliyə gəldikdə isə, dəlinin heç bir əməlinə görə ona günah yazılmır.



#13174 Muhamməd Heykəlin kitabı

Отправлено автор: hənbəli 25 июля 2009 - 05:35 в Şiə-sünni dialoqu

Sənin gözündə qatığ da qaradır, bala!



#13335 Muhamməd Heykəlin kitabı

Отправлено автор: hənbəli 26 июля 2009 - 15:10 в Şiə-sünni dialoqu

Yox, mən Əbu Bəkr məsçidinə yaxın bir ərazidə qalıram, amma gördüyüm vəhhabilər qara deyil. Düzdür aralarında qaralar da var. gizildish.gif
Əslində bu təhrifdən də pisdir. Əllamə Əskəri (r.):


Bura deyəsən forum deyil, karvansaraydır...belə başa düşürəm ki, foruma nəzarət edənlərdən də biri sənsən, indi sən özün nəzarətçi olub, sonra məscid camaatına "Qatıq" deyəndən sonra, digərlərinin təhqirlərinə necə irad tutacaqsan?!



#13345 Muhamməd Heykəlin kitabı

Отправлено автор: hənbəli 26 июля 2009 - 15:41 в Şiə-sünni dialoqu

narahat olma qardaş Subhaniye bu barədə xəbərdarlıq edəcəm əgər öz səhvini düzəltməsə onda adminlə əlaqə saxlayıb həmin yazını sildirəcəm


Sadəcə olaraq forum boyu ortaya atdıqları iftiralarıp kül kimi havaya sovrulduğu üçün və bu mövzuları açıb yalan yayanların müsibətləri ortaya çıxdığı üçün, Subhani bunə təhamül edə bilmir. Müəllifin öz kitabına düzəlişlərini də təhrif sayırlar...əl-Fəth bir mövzuda Quranın təhrif edildiyinə inanan insanın kafir olduğunu söyləmişdi, sonra "xətasını" anlayıb düzəliş elədi...indi Subhani'nin məntiqinə görə gərək Fəthi təhrifdə günahlandıraq... bir çox insan öz xətasını görüb düzəlişlər edir, bu normal bir şeydir...söhbət ondan gedir ki, mövzunu açan iddia etmişdi ki, guya kitabı nəşr edən "vahabilər" təhrif edirlər...indi yalanları üzə çıxdıqdan sonra müəllifin özünə hücum edirlər.



#13167 Muhamməd Heykəlin kitabı

Отправлено автор: hənbəli 25 июля 2009 - 04:34 в Şiə-sünni dialoqu

http://313news.net/f...p?showtopic=626

Bu linkdə əl-Fəth iddia edir ki, guya "vəhabilər" kitabları təhrif edirlər və bunun üçün Muhamməd Hüseyn Heykəl'in "Həyatu Muhamməd" kitabından misal gətirmişdir. Orada iki dənə surət göstərir, birinci surət ilə ikinci surət arasındalı fərqə işarə etmiş və buna təhrif adını vermişdir.

Sonra Efendi qardaşımız etiraz edərək bunun müəllifin özü tərəfindən də edilə biləcəyinə işarə etmişdir. əl-Fəthi üzməli olacağam, çünki Efendi doğru söyləmişdir. Aşağıdakı linkdən Muhamməd Hüseyn Heykəl'in kitabının ikinci nəşrini yükləyə bilərsiz:
http://www.archive.o...s/MN41643ucmf_0
Kitabın ikinci nəşri miladi 1935-ci ilə aiddir, yəni sağ olarkən nəşr olunmuşdur və müəllif özü ikinci nəşrə xüsusi əlavə etmişdir və həmin nəşrdə bəzi ustazların və şeyxlərin nəsihəti və köməyi ilə kitabına düzəlişlər etdiyini qeyd edir. Artıq ikinci nəşrdə həmin işarə olunan sözlərin kitabdan müəllifin özü tərəfindən çıxarıldığını görürük.

Axırda aydın olur ki, bu "vəhabilər" tərəfindən təhrif deyildir, lakin sadəcə olaraq müəllifin özünün kitaba etdiyi düzəlişlərdir.




Рейтинг@Mail.ru