Перейти к содержимому


Публикации hənbəli

176 публикаций создано hənbəli (учитываются публикации только с 06-июня 23)



#12257 İmamlar yoxsa peyğəmbərlər

Отправлено автор: hənbəli 16 июля 2009 - 17:12 в Şiə-sünni dialoqu

Əvvəla bəzi peyğəmbərlər də imam olublar. İkincisi isə, əgər Siz məhz şiə imamlarını nəzərdə tutursuzsa onlar yalnız peyğəmbərin dedikləri və onun gətirdiyi şəriətə əsasən nəsə deyiblər. Şəriət Allahdandır və peyğəmbər də Allahın əmr etdiyini deyib. İmamlarda həmçinin.

Sizin rəvayətləriniz bu dediklərinizi inkar edir. Çünki rəvayətlərinizdə gəlir ki, imamlar mələklərlə danışır, onlardan elm alır...yəni, başqa dillə desək imamlarınız elmlərini vəhy yolu ilə alırlar.

Sizə bu inandırıcı gəlmir? Məgər İsa (ə) hələ bələydə olarkən danışmadı? 5 yaşında senaqoqda öz yahudi ravinlərin səhvlərini onlara açıqlamadı?
Bəs necə olur ki, Siz Əbu Hüreyrənin süd əmər uşağın anasına ağıl öyrətməsi hədisini qəbul edirsiz, amma imamın bacarığına inana bilmirsiz?

Uşağın danışması əhli-sünnət alimləri tərəfindən bir şeyin doğruluğu üçün Allahdan bir ayətdir. 5 yaşında senaqoqda yəhudi ravinlərinə səhv tutmaq isə israiliyyatdır. Dəlil sayılmaz. Həmin danışan uşaqlar bir ayət olaraq danışıblar və bununla Allah öz nümayəndələrinin doğruluğunu göstərmişdir. Lakin heç kəs həmin uşaqdan elm almayıb və həç kəs həmin uşaqlara yazıb fətva soruşmayıblar. Heç kəs həmin uşaqları həmin vaxtı peyğəmbər kimi qəbul etməmişdir, çünki bilirik ki, İsaya peyğəmbərlik orta yaşlarında verilib.

Allah-təala 32:24 deyir: Biz onlardan (İsrail oğullarından) əmrimizlə (insanlara) haqq yolu göstərən rəhbərlər (imamlar) təyin etmişdik. Allah öz elmini və əmrlərini bir neçə yolla göndərir. Kiminləsə Özü danışır, kiməsə mələyi göndərir, kiməsə yuxuda vəhy edir, kiməsə də ayıqlığında. O istədiyi insana vəhy və ya ilham göndərə bilər.

Burada iki ehtimal var.
Ayədə qəsd olunan rəhbərlər Davud və Süleyman kimi peyğəmbərlərdir.
İkincisi isə adil rəhbərlərdir.
Birinci olarsa, onlara vəhy gəldiyi üçün onlara peyğəmbər deyilir.
İkincilər isə sadəcə adil rəhbərlərdir, onlara vəhyin gəlməsi və ya ilham olunması barədə dəlil yoxdur. Amma hər bir kəs ilham ala bilər, Allah dilədiyi kəsi ilhamla doğru qərara yönəldə bilər. Lakin belə bir ilhamı təyin etmək mümkün deyildir. Yuxuda isə irşad olunmaq peyğəmbərlərin anlaya biləcəyi bir şeydir, peyğəmbərlərdən başqa kəslər ehtimal edə bilərlər, lakin yəqinliklə söyləməkləri üçün Allah nəzdindən onlarda elm olmalıdır.



#12262 İmamlar yoxsa peyğəmbərlər

Отправлено автор: hənbəli 16 июля 2009 - 17:27 в Şiə-sünni dialoqu

Nardarani,
yazında bir çox uydurma şeylər var...bir-bir analiz etmək istəmirəm.
Sözünü konkret yaz...fikrini de!
İmamlar Quranın batini elmini bilirlər?
Buna cavabım budur ki...belə bir iddia zındıqlardan başqa heç kəs üçün yaramır. Belə bir iddia ilə batinilər Allahın bütün haramlarını ibtal ediblər. Belə bir iddia Allahın sözlərinə ziddir. Allahu Təalə deyir:

وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ
"And olsun ki, Biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan varmı?!"
(əl-Qamər, 17)

إِنَّا جَعَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَّعَلَّكُمْ تَعْقِلُونَ
"Biz onu, anlaya biləsiniz deyə, ərəbcə Quran etdik."
(əz-Zuxruf, 3)


وَإِنَّهُ لَتَنزِيلُ رَبِّ الْعَالَمِينَ
نَزَلَ بِهِ الرُّوحُ الأَمِينُ
عَلَى قَلْبِكَ لِتَكُونَ مِنَ الْمُنذِرِينَ
بِلِسَانٍ عَرَبِيٍّ مُّبِينٍ


"Şübhəsiz ki, bu, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir!
Onu, Ruhul-Əmin açıq-aydın ərəb dilində sənin qəlbinə nazil etdi ki, xəbərdar edənlərdən olasan!"

(əş-Şuara, 192-195)

وَمَا أَرْسَلْنَا مِن رَّسُولٍ إِلاَّ بِلِسَانِ قَوْمِهِ لِيُبَيِّنَ لَهُمْ فَيُضِلُّ اللَّهُ مَن يَشَاء وَيَهْدِي مَن يَشَاء وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ


Biz hər bir elçini ancaq öz xalqının dilində danışan göndərdik ki, (haqqı) onlara bəyan etsin. Allah istədiyini sapdırır, istədiyini də doğru yola yönəldir. O, Qüdrətlidir, Müdrikdir.
(İbrahim, 4)

وَأَنزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ


"Sənə də Zikri nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr."
(ən-Nəhl, 44)


Allah peyğəmbərinin dili ilə hər şeyi insanlara izah edib, Quranın dili aydındır, bəyanı açıqdır...Allah heç bir yerdə Quranın həm zahiri, həm də batini mənasının olduğunu söyləməmişdir. Nə də peyğəmbər belə bir şey deməyib. Bu, sonradan uydurulma bir şeydir ki, yalnız dini öz istəklərinə görə fırlatmağa yararlı olduğu üçün zındıqlara sərf edir.



#12266 Buxarinin hədisə xəyanəti

Отправлено автор: hənbəli 16 июля 2009 - 17:54 в Şiə-sünni dialoqu

Mən sənə dedim ki, əhli-sünnətin hansı alimləri Əlinin xəlifəliyini inkar edib? Əbu Hənifə? Malik? əş-Şafi? Sən elə yazırsan ki, sanki İmam Əhmədə qədər əhli-sünnət inkar edirmiş. Bu yalan və iftiradır. Əbu Yalədən gətirdiyin heç bir şeyi isbat etmir, çünki İmam Əhmədlə söhbət edən Varizə əl-Haməsidir. Dəməşqdəndir...məlumdur ki, Əli şam əhlindən çox müsəlmanı müharibədə qətl etdiyi üçün Əli haqqında şam əhli arasında mənfi bir rəy var idi. Bunu əhli-sünnətin adına yozmaq böhtan və iftiradır. Mən sənə dedim ki, mənə alimlərin görüşlərindən dəlil gətir...adi insanların nə düşünməsini mənə yazma....Qurtar bu yalanlarını...Allahdan qorx!



#12267 Nasibilik kufrdur?

Отправлено автор: hənbəli 16 июля 2009 - 17:58 в Şiə-sünni dialoqu

Əgər Aişə kafirdirsə, Allah onun nəyini Quranda təmizə çıxarırdı?


Quran harada Aişəni təmizə çıxardı? Yoxsa o özünüzdən artırdığınız mötərizəni deyirsən? :rolleyes:


Mötərizəni biz artırmamışıq...mötərizəni Quranı tərcümə edən şiələr artırıb.

İkincisi isə sən Quranın Aişəni təmizə çıxarmasını inkar edirsən? Nur ayələrinin kimin haqqında gəldiyini deyirsən?



#12268 Nasibilik kufrdur?

Отправлено автор: hənbəli 16 июля 2009 - 18:00 в Şiə-sünni dialoqu

Nardarani
Nə yaxşı ət-Tabərinin bu Tarix kitabı varmış...İbnul-Quteybənin də adına bir uydurma kitab geydirib ondan nəqllər edirsiz. İbn Əbil-Hədid kimi biyabırçı mötəzili şiəsini də əhli-sünnətin adına geydirmək istəyirsiz..ay kişi, sənin biyabırçılıqların burda bitmir...Allahın izni ilə vaxt aşırı sənin biyabırçılıqlarını göstərərik...



#12269 Buxaride tehrif ve s..

Отправлено автор: hənbəli 16 июля 2009 - 18:07 в Hədislər

Nardarani
başqa söhbətə keçmə...hədislərin nə haqqda gəldiyini başqa yerdə müzakirə edərik.
Sən iddia edirsən ki, əhli-sünnət öz nəşriyyatlarında təhriflər edir. Mən isə sənə dedim ki, belə bir təhrif baş verməyib və bunu da sübut etdim. İbn HAcərin sözü sənə kifayət etməlidir...

Lağlağı edən Geogrd isə elə zənn edir ki, nəsə bomba bir şey tapıb...

əl-Buxarinin "əs-Səhih" kitabının mətni yalnız hədislərdir...əl-Buxarinin sözü isə əs-Səhihi rəvayət edən ravinin əlavə etdiyi təliqdir. Geogrd, indi dediyim sənə çatır?



#12314 Omar Fatime(a)-ni niye gore incidib?

Отправлено автор: hənbəli 17 июля 2009 - 15:46 в Şiə-sünni dialoqu

Nardarani
Sənin neçə yaşın var? Utanmadan millətin qabağında camaata torba tikməklə məşğulsan...

Sənin tikdiyin torba bundan artıq olmayacaqdı ki...öz yazdığını belə anlaya bilmirsən.

1. Bir kəsin hafiz, alim olması onun siqa olması anlamına gəlmir. Ricəl kitablarında o qədər hafizlər var ki, yalançı olublar. Məsələn ət-Tabərinin bəzi şeyxləri...hafiz olmaz, alim olmaq hədisinin qəbul olması anlamına gəlmir. Unutma ki, əhli-sünnət Əbu Hənifənin imamlığını, böyüklüyünü qəbul etməklə bərabər hədisdə zəif olduğunu deyirlər. Yəni o, rəvayət elmində hüccət deyildir.

2. əz-Zəhəbi deyir: كان موصوفا بالحفظ والمعرفة "Hifz və mərifətlə vəsf olunmuşdur..."
Bu isə o deməkdir ki, onu belə vəsf ediblər...əz-Zəhəbinin bu şəkildə ibarəsi onun hifzi və alimliyində şübhə etdiyini göstərir. əz-Zəhəbinin onun haqqında yalançı olduğunu deməsini də sənə gətirdim...

3.

Bundan əlavə Zəhəbə Peyğəmbərdən bir rəvayət nəql edir ki, onun içində sözü gedən ravi var.
həmin rəvayət:


الحلال بين، والحرام بين، وبين ذلك مشتبهات لا يعلمها كثير من الناس. من ترك الشبهات استبرأ لدينه وعرضه، ومن وقع في الشبهات، وقع في الحرام كالراعي إلى جنب الحمى، يوشك أن يواقعه
Amma neyçünsə burda hədisə barmağ qoymur və hədisin məqbul olduğunu söyləyir. الحديث. متفق عليه."Bu hədis məqbuldu və ona itdifaq edilib."

Yəni bu qədər savadsızsan? Bu hədis ona görə məqbuldur ki, bu hədisi ondan başqaları da rəvayət ediblər və hədis bir çox kanalla sabitdir. Hədisin üzərində ittifaq olunmuşdur, o deməkdir ki, hədisin mətni qəbuldur...bu o demək deyil ki, həmin rafizi yalançı ravi bununla siqa olmur. Belə bir şey sənin savadsızlığından xəbər verir...

Bəli, Cavab biz Əhli-Beyt davamçılarına yenədə aydındı. Zəhəbi 2- xəlifənin abrını qorumaq üçün belə edib. Və həmin sözünə görə ona rafizi adı verlib.

Əlbəttə ki, sənə bir şey sərf etməyəndə hər kəsə hücum edərsən...yəni sənə görə həmin yalançı rafizi ravi siqadır, amma əz-Zəhəbi isə yalançıdır...Sən öz mənəviyyatdan uzaq planlarını həyata keçirməkdən ötrü hər bir şey edərsən...Ömərin Fatiməni vurmasını isbat etmək üçün hər dəridən qabıqdan çıxarsan....

əz-Zəhəbi öz ricəl kitablarında bir çox şiə ravilərin siqa olduğunu deyib, əgər ona görə şiəliklə insan yalançı olursa, bunu mütləq qeyd edərdi. əl-Buxari özü də "əs-Səhih"də şiələrdən rəvayət edir, hətta onların arasında ğuluvda ittiham olunmuş şiələr də vardır...

Nəsə...Nardarani...
Bu şəkildə sənin torba tikmək həvəsini gördükdə, daha sonra isə tikdiyin torbanı gördükdə anlayıram ki, səndən nə yarımçıq papaqçı, nə də yarımçıq palançı çıxmaz...Sən ki, bu şəkildə müzakirə ədəbindən uzaq bir yol tutmusan və forumda camaata torba tikməklə məşğulsan...bundan sonra səni ciddi alacağımı məndən gözləmə



#12383 İbn Əbil-Hədid kimdir?

Отправлено автор: hənbəli 17 июля 2009 - 22:02 в Şiə-sünni dialoqu

İbn Əbil-Hədid kimdir?
Bu forumda və digər forumlarda bu zat əhli-sünnətə qarşı dəlil gətirilir və guya sünni alimidir. Bilənlər bunun yalan olduğunu bilirlər. Lakin inadkarlar inad edirlər. Ona görə də inşəallah onun haqqında əhli-sünnət kitablarından və şiə kitablarından nəql gətirərək onun şiə deyil, sünni olduğunu isbat edəcəyik, inşəAllah!
Ümid edirəm ki, bundan sonra mövzumuz yekun bir söz olar...daha bundan sonra bu İbn Əbil-Hədid gözümüzə girməsin!



#12484 Əhli-Sünnə Mənbələrində Quranın Təhrif Olunması

Отправлено автор: hənbəli 19 июля 2009 - 16:03 в Şiə-sünni dialoqu

əl-Fəth
Bu yazdıqlarına cavab axtarırsan?
Bütün bu gətirdiklərin heç bir şəkildə Quranın təhrifinə dəlalət etmir...
səbrli ol, Allahın izni ilə sənə bunu izah edəcəyik!

Bu mövzunu inşəAllah yavaş-yavaş həll etməyə çalışaq. Ona görə də xahiş edəcəm ki, bir rəvayətdən qurtarmamış digər rəvayətə keçməyək. Çünki əks təqdirdə mövzu bir-birinə qarışacaq.

Həşim bin Ürvə deyir: Mən Həzrəti Aişədən Quranda olan səhvlər haqda soruşdum, misal üçün Allah-təala Quranda deyir əl Muqamin, amma oxunmalıdır ə’al Muqimin, digərləri deyirlər: əl Manan, amma oxunmalıdır əl Munin, üçüncüsü də ki, biz oxuyuruq əl Sabun, amma oxunmalıdır əl Sabin. Həzrəti Aişə dedi: Bu o Quranın üzünü köçürənlərin səhvidir. (Süyuti “əl-İtqan” cild 1 səh 183-184)
Süyuti bu hədisi Buxari və Müslimin şərtlərinə əsasən səhih adlandırıb.


Bu gətirilmiş birinci rəvayətdir. Sözün düzü bu rəvayəti oxuyan bir şey anlaması mümkün deyildir. Muqamin nədir? Rəvayətdə harda muqamin yazılıb? Sonra əl-Mənan, əl-Munin hardan çıxdı, nə deməkdir? Sonra əs-Sabun və əs-Sabin nədir?
İndi bir şeyi burada qeyd edim. Bütün bunlar göstərir ki, əl-Fəth özünün belə nə tapdığını və nə yazdığını anlamır. İndi qoy əl-Fəth yazdığı bu rəvayətə aydınlıq gətirsin və mənim nəyi qəsd etdiyimi daha da yaxşı izah edəcəm. Allahın izni ilə!
Dediyim kimi, rəvayətləri bir-bir həll etməyə çalışaq!



#12485 İbn Əbil-Hədid kimdir?

Отправлено автор: hənbəli 19 июля 2009 - 16:31 в Şiə-sünni dialoqu

İbn Əbil-Hədid kimdir?
Hər şeydən əvvəl şiə alimlərinin onun haqqındakı fikrinə baxaq!
هو عز الدين بن ابي الحسن بن ابي الحديد المدائني صاحب شرح نهج البلاغة المشهور وهو من أكابر الفضلاء المتتبعين وأعاظم النبلاء المتبحرين مواليا لأهل العصمة و الطهارة …… وحسب الدلالة على علو منزلته في الدين وغلوه في امير المؤمنين عليه السلام شرحه الشريف الجامع لكل نفيسة وغريب ، والحاوي لكل نافحة ذات طيب
“Onun adı İzz əd-Din bin Əbil-Həsən bin Əbil-Hədid əl-Mədəini’dir. “Nəhcul-Bələğə” kitabının məşhur şərhini yazan odur. O, araşdırmacı alimlərin böyüklərindəndir, elmdə dərya sayılan alicənabların ən alilərindəndir. İsmət və təharət əhlini (yəni əhli-beyti) dəstəkləyənlərdəndir...Onun bütün gözəllikləri özündə toplayan və inciləri cəm edən şərəfli şərhi (yəni Şərh Nəhcul-Bəlağa) onun dindəki uca məqamına və möminlərin-əmiri Əlinin – aleyhissələm – şanında ğuluv etməsinə dəlalətdə kifayət edir... ”
(əl-Xavanəsəri, “Ravdatul-Cənnət”, 5/20-21)

əl-Qummi isə “əl-Kunə val-Əlqab” kitabında deyir:
ولد في المدائن وكان الغالب على أهل المدائن التشيع و التطرف والمغالاة فسار في دربهم وتقيل مذهبهم و نظم العقائد المعروفة بالعلويات السبع على طريقتهم وفيها غالي و تشيع
ثم خف الى بغداد وجنح الى الاعتزال واصبح كما يقول صاحب نسخة السحر معتزلياً جاهزيا في اكثر شرحه بعد ان كان شيعياً غالياً

“əl-Mədəin şəhərində doğulmuşdur və bu şəhərin əhalisinin çoxu şiə idi, şiəlikdə radikal idilər və etiqadlarında ğuluv vardı. O, da onların bu yolu ilə getmişdir. Onların əqidələrini "əl-Uluviyyət əs-Səbu" adı ilə tanınmış nəzmində qeyd etmişdir və həmin bu beytlərində ğuluv və təşəyyu vardır...(daha sonra həmin bu beytlərdən bəzilərini qeyd edir...) ...Sonra Bağdada getmiş və mötəzili əqidəsinə meyl etmişdir və “Nəsmətus-Səhar” kitabının sahibinin dediyi kimi ifrat şiə olduqdan sonra mötəzili cahizi olmuşdur. Bağdad’da 655-ci ildə vəfat etmişdir. Ayətullah əl-Hilli öz atası vasitəsilə ondan rəvayət etmişdir.”
(əl-Qummi, “əl-Kunə val-Əlqab”, 1/185)

Yusuf İlyən Sirkis “Mucəm əl-Mətbuat əl-Arabiyyə” kitabında (1/29) deyir:
عبد الحميد بن هبة الله بن محمد بن محمد بن أبي الحديد عز الدين المدائني الحكيم الاصولي المعتزلي هو من أكابر الفضلاء المتشيعين .
وأعاظم النبلاء المتبحرين مواليا لاهل بيت العصمة والطهارة وان كان في زي أهل السنة والجماعة

“Abdulhəmid bin Hibbətullah bin Muhamməd bin Muhamməd bin Əbil-Hədid İzz əd-Din əl-Mədəini əl-Həkim əl-Usuli əl-Mötəzili, o, təşəyyu əhlinin fəzilətlilərinin ən böyüklərindəndir. Əhli-sünnət və camaatın cildində olsa da, ismət və təharət əhlini dəstəkləyən elm əhlindən olan alicənabların ən alilərindəndir.”



#12486 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: hənbəli 19 июля 2009 - 16:46 в Şiə-sünni dialoqu

Bu mövzunu əl-Fəth açıb...
Məni üzrlü bilməsini xahiş edirəm, lakin mənim bu mövzunu başdan ayağa qədər oxumaq imkanım olmadı. Ona görə də bu mövzunu kim oxuyubsa burada məsələni qısalda bilərsə minnətdar olardım. Çünki belə başa düşdüm ki, bu evliliyi inkar etmək cəhdi var burda...

Əgər əhli-sünnət qardaşlardan kimsə şübhələri burada qısa olaraq qeyd edərsə, bunlara inşəAllah cavab verərik...



#12489 Nasibilik kufrdur?

Отправлено автор: hənbəli 19 июля 2009 - 17:38 в Şiə-sünni dialoqu

2

Zinakar kişiyi və zinakar qadına yüz çubuq vurun. Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində (bu işin icrasında) ürəyiniz onlara yumşalmasın və möminlərdən bir dəstə də onların əzabına şahid olsun. (Bu, subay kişiyə və ərsiz qadına aiddir. Evli kişi və qadın zina etdikdə isə onların cəzası daşqalaq edilməkdir).

3 (Aişə peyğəmbərə yaraşan bir zövcədir!)

Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu (belə bir evlənmə), möminlərə haram edilmişdir.

4

İsmətli qadınla zina isnad edib, sonra (dediklərini təsdiqləyəcək) dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun və onların şəhadətini heç vaxt qəbul etməyin. Onlar sözsüz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir.

5

Bundan (namuslu qadınlara atdığı böhtandan) sonra tövbə edib özlərini islah edənlər istisna olmaqla. Çünki Allah (tövbə edənləri) bağışlayandır, rəhmlidir!


6

Arvadlarına zina isnad edib özlərindən başqa şahidləri olmayanların hər biri özünün doğru danışanlardan olduğuna dair dörd dəfə Allahın adı ilə (Əşhədu billahi – Allahı şahid gətirirəm, deyə) şəhadət verməlidir.

7

Beşinci dəfə: “Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!” (deməlidir).

8

Qadının da (hakimin hüzurunda) ərinin yalan danışanlardan olması barədə dörd dəfə Allahı şahid tutması əzabı ondan dəf edər.

9

Beşinci dəfə: “Əgər (əri) doğru danışanlardandırsa, Allah ona (qadının özünə) lənət (qəzəB) eləsin!” (deməlidir).


10

Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən, hikmət sahibi olmasaydı (halınız necə olardı)? (O, günahkarların cəzasını dərhal verib onları rüsvay edərdi).

11

Həqiqətən, (Aişə barəsində) yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir (münafiqlərdir). Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni (Abdulah ibn Ubeyyi) isə (qiyamət günü) çox böyük (şiddətli) bir əzab gözləyir!

12 (Aişənin təmizliyinin zahir olduğuna şahidlik)

Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!” – deməli deyildilərmi?

13

(Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar!

14

Əgər Allahın dünyada və axirətdə sizə neməti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı.

15 (Peyğəmbərin xahımları haqqında pis söz danışmaq, yalanlar yaymaq Allah yanında böyük günahdır)

O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül (asan, insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır!

16 (Mömin qadına ləkə atmaq, onun haqqında yalan danışmaq möminə yaraşmaz!)

Məgər siz onu eşitdiyiniz zaman: “Bizə bunu (bu yalanı) danışmaq yaraşmaz. Aman (Allah)! Bu, çox böyük bir böhtandır!” – deməli deyildinizmi?

17

Allah sizə öyüd-nəsihət verir ki, əgər möminsinizsə, bir daha belə şeylər etməyəsiniz.

18

Və Allah sizin üçün ayələrini (belə ətraflı, açıq-aydın) izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

19 (Aişənin mömin olmasına şahidlik!)

Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (Hamının əməlini, yayılan şayiələrin, atılan böhtanların doğru olub-olmadığını) ancaq Allah bilir, siz bilməzsiniz!

20

Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah şəfqətli, rəhmli olmasaydı (Halınız necə olardı)? (Dediyiniz yalanlara, yaxdığınız iftiralara görə sizi dərhal məhv edərdi).


23 (Aişə namuslu, ismətli, mömin qadındır)

Zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham edənlər dünyada və axirətdə lənətə düçar olarlar. Onları (qiyamət günü) çox böyük bir əzab gözləyir.



26 (Aişə təmiz qadındır, peyğəmbərə layiqdir. Aişə qəlbi əyri olanların uydurduqlarından uzaqdır, pakdır)

Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər. (Pis sözlər pis adamlara, pis adamlar pis sözlərə, eləcə də yaxşı sözlər yaxşı adamlara, yaxşı adamlar da yaxşı sözlərə layiqdirlər). Bunlar (Aişə və Səfvan kimi pak adamlar) onların (münafiqlərin) dediklərindən (yalan, pis sözlərdən) uzaqdırlar. Onları (günahlardan) bağışlanma və (Cənnətdə) tükənməz (minnətsiz) ruzi gözləyir!

Bu nur surəsindəndir! Bunun Aişənin hadisəsi haqqında nazil olduğunu inkar edən cahildir!
Əgər Aişə pis qadındırsa, kafirdirsə Allah hər şeydən əvvəl onu peyğəmbərə necə zövcə seçmişdir? Halbuki Allahu Təalə özü deyir ki, "Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcədə təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdir."
Birincisi Aişənin Əliyə qarşı çıxmasını iddia edən iftiraçıdır. Çünki Aişənin qoşunu Basraya getmişdi, Əli isə Basrada deyildi. Basrada Osmanı öldürən qatillər gizlənmişdi. Şiəliyi uyduranlar çox can fəşanlıqla bunu başqa cür qələmə vermək istəyirlər. Halbuki Aişə özü Əliyə beyət etməyə dəvət etmişdi.

əl-Hafiz İbn Hacər – rahiməhullah – deyir: “ət-Tabəri səhih bir sənədlə əl-Əhnəf bin Qeys’in – radiyallahu anhu – belə dediyini rəvayət edir: Osmanın mühasirəsindən sonra Talha və Zubeyr’lə qarşılaşdım və soruşdum: “Nə etməyimi uyğun görürsüz, çünki mən onun (Osmanın) öldürüldüyünü görürəm?” Dedilər: “Əliyə tabe ol!” Osmanın qətlindən sonra Aişə ilə Məkkə’də qarşılaşdım və dedim: “Nə buyurursan?” Dedi: “Əliyə tabe ol!” (“Fəthul-Bari”, 13/60)

Buna görə də Əhnəf bin Qeys Cəməl döyüşündə Aişəyə "tabe olmağı əmr etdiyiniz kəsə qarşı vuruşmaram" və Əlinin tərəfinə isə "möminlərin anasına qarşı vuruşa bilmərəm" demişdi.
Aişə ilə Əlinin arasındakı müharibənin başladanlar isə hələ də görə biləcəyimiz qəlbi əyri, xəstə ağıllı insanlar olmuşdu. Nə əcəb səhih tarixi şahidlikləri inkar edir, hər dəridən qabıqdan çıxıb Aişə ilə Əlinin düşmənçiliyini isbat etməyə çalışırsız.


Bu sözlər daha çox Siz əhli-sünnətə aiddir.

Məgər bizi səhabədən kimisə söyərkən görmüsən? Əksinə əhli-sünnət belə şeylərdən uzaqdır. O sizsiz ki, sözünüzün başında da, sonunda da tanımadığınız kəsləri söyürsüz!



#12490 Quranın təhrif olunduğuna inanan

Отправлено автор: hənbəli 19 июля 2009 - 17:42 в Şiə-sünni dialoqu

Sualımı burada bir daha təkrarlayıram.
Quranın təhrif olunduğuna, Allahın Quranı qorumadığına inanan kəsin hökmü nədir?

əl-Fəth yazmışdı ki, belə bir kafirdir.
Digər şiə yuzerləri isə müəmmalı səbəblərdən susurlar.



#12492 Quranın təhrif olunduğuna inanan

Отправлено автор: hənbəli 19 июля 2009 - 17:52 в Şiə-sünni dialoqu

Quranın təhrif olunduğuna inanan əhli-sünnət alimi yoxdur. Əgər kimsə quranın təhrif olduğuna inanırsa, əhli-sünnətin icması ilə belə biri kafirdir.
İndi sən söhbəti fırlatma və verilən suala cavab vermək istəyirsənsə ver...vermirsənsə, ortanı bulandırma! (rica edirik)



#12683 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: hənbəli 21 июля 2009 - 15:18 в Şiə-sünni dialoqu

Bismilləh
Allahın izni ilə bu mövzu barədə fikrimi bildirmək istərdim, lakin hər şeydən əvvəl bəzi şeylər dəqiqləşdirmək istəyirəm.

Nardarani yazır:

“Heysemi dedi: “Bu hedelemek xeyr bereketdir. Omerin bu xeyr bereketi taninmishdir” (Mecmeuz zevahid c 4 she 2722)”

əl-Heysəmi’nin kitabını nə qədər axtardımsa sənin bu sözlərinə rast gəlmədim. Ola bilər ki, sən həmin sözlərin ərəbcəsini burada yerləşdirəsən?! İnşəallah cavabını gözləyəcəm... ya da "əl-Məcmə" kitabının hansı nəşrindədir? Səhifəsini də dəqiqləşdir...çünki Umm Kulsum ilə fihrista əsasən tapdığım bütün hədislərə baxdım, heç birində belə bir şey rast gəlmədim.

əl-Fəth yazır:

İbn hacər "əl-İsabə" səh 323-də yazır:
Ümm Gülsün hələ anasının bətnində idi ki, Əbu Bəkr 13 Hicri ilində vəfat etdi. Ömər onunla 17 Hicri ilində evləndi və onun o vaxt 4-5 yaşı var idi.

əl-İsabə kitabını nə qədər o yana bu yana çevirdim bu sözləri tapa bilmədim. Fihristə baxdım, həm Umm Kulsim bint Əli, həm də Umm Kulsim bint Əbi Bəkrin qeyd edildiyi bütün yerlərə baxdım, belə bir şyə rast gəlmədim. əl-Fəth bu yazdıqlarını bir daha dəqiqləşdir. Mənim araşdırdığım qədəri ilə "əl-İsabə" kitabında belə bir söhbət yoxdur. Yalana bənzəyir, ola bilsin ki, hansısa ingilis saytında yazıblar...sən də götürüb burada yazmısan. Doğrusunu Allah bilir!

Sonra Abdulqadir əd-Dəhləvi'nin sözlərinə link varsa, təqdim etsəz yaxşı olar. Çünki mən Abdulqadir əd-Dəhləvinin "Ricəlul-Mişkət" kitabını axtardım tapa bilmədim. Bu kitabı axtararkən onun risalələrinin birlikdə çap olunduğu bir məcmuya rast gəldim və orada əksinə onun ayrılıqda bir risalə yazıb bu evliliyi isbat edən risaləsinin adını oxudum. Bu da müəmmalı qalır.
Digər məsələlərə keçməmişdən qabaq bunları dəqiqləşdirmək istərdim...inşəAllah sonra bir-bir digər məsələlər də cavab verməyə çalışacağıq. Allahın izni ilə!



#12685 Quranın təhrif olunduğuna inanan

Отправлено автор: hənbəli 21 июля 2009 - 15:32 в Şiə-sünni dialoqu

Həmin o bəzi əxbari alimləri hər iki hədisi qəbul edirdilər, buna isə məntiq elmində "paradoks" deyirlər.

Sizinkinə paradoks deyil, "paroşok" deyirlər...Hədislərin sayını ikiyə endirmisiz? Nəsə...mövzudan kənara çıxmaq istəmirəm...

Yenə də mənə bir şeyi anlamaq çətin gəlir. Ümumiyyətlə mövzuya girib bir şey yazan nə üçün mövzunun adını oxumur? Mövzu Quranın təhrifinə kimin inanıb inanmaması deyildir. Mövzunun adına diqqət edin: "Quranın təhrif olunduğuna inanan" hökmü nədir????????????

Subhani yazır ki, sünnilərdə də inanan var...mən isə ona daha əvvəl cavab vermişdim ki, sünnilərdən heç kəs inanmır. Belə şeyə inanan əhli-sünnətə görə kafirdir. İstəyir bunu məntiqsizliyə görə etsin! Bir də Subhani öz alimlərinin küfrünü ört basdır etmək üçün elə bomba söhbət elədi ki, guya küfr edən bunu məntiqsizlikdən edərsə kafir sayılmır...bir də Quranı təhqir etməyin bura nə dəxli var ki? Bir kəs Quranın təhrifinə inandı ya da inanmadı, Qurana təhqir edərsə avtomatik kafir olar...təhrifə inanmasa belə...iki məsələni bir-birinə qarışdırmayın!

İndi mən sualı bir dəfə də təkrarlayıram. Quranın təhrif olunduğuna inanan kəs, istər axmaqlığından inansın, istərsə də inadkarlığından inansın (onsuz da Quranın təhrif olunduğuna inanan ən rəzil axmaqdır, onun ağıllı olmasına heç cür imkan yoxdur) belə birinin hökmü nədir?



#12687 Omar Fatime(a)-ni niye gore incidib?

Отправлено автор: hənbəli 21 июля 2009 - 15:50 в Şiə-sünni dialoqu

hənbəli
Səhv olduğunu məndən yaxşı bilirsən axı. Yekə oğlansan niyə yazdıqlarımdan özünə sərf edənini çıxarıb yalnız ona cavab yazırsan? Bu neinki, möminə heç adi bir insana yaraşan hərəkət deyil. Mən səni başa düşürəm ki, sən məzhəbinin abrını qorumağa çalışırsan. Amma əzizim burda səni vurub yıxan yoxdur. Cavab verə bilmirsən de ki, " mən hənbəli bilmirəm ola bilsin məndən daha elimli qardaşlar bilir" . Daha niyə bizim qızıl vaxtımızı alırsan? Birdən sənin yazdıqlarına mən aldandım və sənin dediklərinə inandım. Göydə Allah görür axı sən milləti barmağına dolamısan. Mən sənə deyirəm ki, ابن أبي دارم barədə alimləriniz deyib ki: امام، حافظ، فاضل، موصوفا بالحفظ والمعرفة. Sən isə deyirsən ki, ona həmçinin yalnaçıda deyilib.
Bəs məndə bunu sual ediəm ki, Sizin çox yalançı İmamlarınız var? Sizin dini mərifətə sahib çox yalançılarınız var? Zəhəbi və başqalarıda yalançıdırlar? Bütün bunlardan sonra mən heçdə təccüb etmirəm. Ay kişi mərifət dini bilirsən nədi? Necə ola bilər ki, bir nəfər həm mərifətli insan olsun həmdə yalançı? Həm imam olsun həmdə yalançı. Bu ziddiyyət deyilmi? Sən gəl bizə normal hamının qəbul edə biləcək formada bizə vbu məslənin izahını ver. Yada mən verdiyim izahı qəbul elə. Mən deyən izah isə budur ki, Bu kişi doğurdan da yaxşı insan olubş Sadəcə ömrünün axırlarında Ömərin Xanımı vurmasi məsələsini dediyinə görə olub Rafizi. Rafizidə ona görə olub ki, Xəlifəyə cürət edib və güyam yalan deyib. Qutardı getdi bu adamın günahi bundan ibarətdir. Kim ki, xəlifəyə dil uzadmayıb onlar şiə demisiz və bəzilərindən rəvayət nəql etmisiz. Doğru danışanlarıda haqq söz dediklərinə görə rafizi ki, damğalayıb yalançı adlandırmısız.


Nardarani, sözün əsl mənasında sən biyabırçı birisən....özünü biyabır etməkdən başqa bir işə yaramırsan! Mən sənə cavab yazdım...sən hədis elmindən nə oxumusan? Sən hardan oxumusan ki, kiməsə "əl-hafiz" demək təvsiq sayılır? Belə bir şeyi iddia edən cahildir. Xüsusilə də nəzərə almaq lazımdır ki, əz-Zəhəbi özü hafizlər haqqında "Təzkiratul-Huffaz" kitabını yazıb və orada kalan hafizləri cərh edib...indi görünən budur ki, sən əz-Zəhəbinin elmindən və istilahından cahilsən...xüsusilə bilmək lazımdır ki, əz-Zəhəbinin "əs-Siyər" kitabını cərh və tədil kitabı deyil. Dediklərimə misal vermək üçün deyirəm. əz-Zəhəbi "əs-Siyər" kitabında (14/11) Abdusun tərcümeyi halında onun haqqında deyilmiş mədhləri gətirir və sonunda deyir: "لا أكاد أعرفه" "Onu "poçti" tanımıram..."
Ya da "ət-Təzkira" kitabında Hueym bin Həmməd'in tərcümeyi halında deyir: "كان من أوعية العلم، ولا يحتج به"
"Elm dəryalarından biri idi, onunla ihticac edilməz." İndi əz-Zəhəbi eyni cümlənin əvvəlində onu alim olmaqla vəsf edir və cümləsinin sonunda onu cərh edir. Onun ihticac üçün yararsız olduğunu deyir.
Sənə nə dediyimizi anlaman üçün daha çox misallar gətirək yoxsa bunlar sənə kifayət edir?

Mənim torba tikənimə bax! Utanmaq yerinə hələ bir ortalığa düşüb qışqırıb bağırır...sən burada müzakirə üçün iştirak etmirsən. Torba tikən hara, müzakirə edən hara?



#12690 Фетва ваххабитского ученого.

Отправлено автор: hənbəli 21 июля 2009 - 16:19 в Агида и фигх

В чем проблема? Считаете ли вы, что Солнце неподвижно?



#12698 Фетва ваххабитского ученого.

Отправлено автор: hənbəli 21 июля 2009 - 17:11 в Агида и фигх

Коран доказывает, что Солнце движется и кто отвергает это отвергает Коран, следовательно, он кафир



#12699 Quranda məcaz varmı?

Отправлено автор: hənbəli 21 июля 2009 - 17:19 в Qur'an və onun təfsiri

Maraqlı olan budur ki, nə üçün ərəb dilini bilməyənlər bu mövzunu müzakirə edirlər. Mən bu mövzunun ərəb dilini bilənlər üçün belə uzun çatışmalı mövzu olduğunu görmüşəm, indi ərəb dilini bilməyənlər bu mövzudan nə çıxaracaq?



#12948 Quranın təhrif olunduğuna inanan

Отправлено автор: hənbəli 23 июля 2009 - 00:46 в Şiə-sünni dialoqu

Quranın təhrif olunduğuna inanan əhli-sünnət alimi yoxdur. Əgər kimsə quranın təhrif olduğuna inanırsa, əhli-sünnətin icması ilə belə biri kafirdir.


Aşagıda qeyd oluna revayətdə açıq şəkildə göprsənir ki, Ömər ibn Xəttab və oglu "Tövbə" surəsinin 100-cü ayəsini qəbul etməyiblər. İndi bele çıxır ki, Ömer İbn Xəttab kafirdir. Halbuki, Əhli-sunnə alimləri bu ayəyə istinad edərək Allahın bu şəxslərdən razı qaldıgın bəyan etmişdilər.

Ebu Seleme'den Ömer bir adamın yanından geç­ti. "Muhacirlerden ve ensardan İslam'a girmede ilk öne geçenler ile bunlara güzelce tabi olanlar, Allah onlardan razı olmuştur onlar da Allah'tan razı olmuştur. Allah on­lara altlarından ırmaklar akan içinde ebedi kalacakla­rı cennetler hazırlamıştır. İşte büyük kurtuluş budur." (Tevbe: 9/100) Adam yukardaki ayeti okuyordu. Ömer: "Tamam tamam" dedi ve "Bu sureyi kim sana okuttu" di­ye sordu. Adam:"Ubey b. Kab bana okuttu" dedi. Ömer:"Onun yanma gidinceye kadar benden ayrılma" dedi. Ve Ubey'in yanma gelip içeri girmek için izin istedi. Ubey yaslanmış ve ona içeri girmesi için izin verdi. Ömer: "Bu adam senin ona şu şu ayeti okuttuğunu iddia ediyor" dedi. Ubey:
"Evet doğru söylüyor" dedi. Ömer: "Peki sen bunu Rasulullah'tan mı aldın?" diye sordu. Ubey: "Evet" dedi. Ömer bu sorusunu üç defa tekrarladı ve Ubey her defasında: "Evet" dedi ve sonuncusunda: "Ben şehadet ederim ki Allah Teala bu ayeti Muhammed'e nazil etmiş ve Cebrail de bunu Allah'tan ona getirmiş­tir. Ömer b. Hattab ve oğlu bunu kabul etmese de" dedi. Ve Ömer tekbir getirerek dışarı çıktı. [107]
Îshak, İbn-i Hacer el-Askalani, Metalibu Aliye


Eyni zaman da xəlife Ömer Quranın " Əhzab" surəsində olan ayədəki sözləri silmək haqqında göstəriş vermiş, lakin buna nail olamamışdir.

Ahzab Suresi:
3701- Amr b. Dinar'dan Ömer bir himetçisinin yanın­da (Peygamber onların babalan, onun hanımları ise anala­rıdır) yazılı bir levha görünce ona (Peygamber onların ba­balarıdır) cümlesini silmesini emretti. Fakat hizmetçi: "Allah'a yemin ederim ki bunu asla silmeyeceğim çün­kü bu cümle Ubey b. Kab'ın yanındaki mushafta vardır" de­di. Ömer hemen Ubey'in yanına gitti Ubey: "Ya Ömer sen pazarda ticaretle meşkulken ben Kur'an'la meşgul oluyorum" ded


Bax Palçıq, mən sənə ciddi deyirəm...bəlkə sən bütün bu işi tərk edib özünə faydalı bir iş axtarasan..səninlə zarafat etmirəm, ciddi deyirəm. çünki baxıram ki, sən yalanlar yazmaqla öz vaxtını haram şeylərə sərf edirsən. Məsələn rəvayət yazıb iddia edirsən ki, Ömər Quran ayəsini inkar edib. Görünən budur ki, sən nə yazdığından tamamilə qafilsən...birincisi Ömər həmin ayəni inkar etməyib, əgər sən bu məsələni bilsəydin belə bir yalan ortaya atmazdın...hadisə isə qısa olaraq belədir...Ömər birinin "valləzinəttəbəuuhum bi ihsəənin" oxuduğunu eşidir və ondan bunu kimdən belə öyrəndiyini soruşur, çünki Quran bu ayəni "əlləzinəttəbəuuhum bi ihsəənin" şəklində oxuyub. Yəni "vav" hərfi olmadan, daha sonra bunu oxuyan deyir ki, "möminlərin əmiri daha yaxşı bilir!" Lakin Ömər - radiyallahu anhu - bununla kifayətlənmir, diqqət elə, adam Ömərin sözü ilə razılaşır, amma Ömər isə dinə olan ihtiməm səbəbi ilə Ubeyy bin Kəbin yanına gəlir və Ubeyy həmin adamın qiraətini təsdiqləyir və Ömər bundan sonra qane olur. İndi camaat baxsın görsün ki, bu adam yuxarıda cürət ilə Ömərin Quran ayəsini inkar etdiyini yazmışdı...yəni insan ən azından nə yazdığına fikir verməlidir və Allahdan bu barədə qorxmalıdır! Belə şəkildə iddialar ortada tökə-tökdür...mən kimisə ittiham etmək istəmirəm, lakin bilirəm ki, fitnəkarlar var ki, insanlar arasında yalan yayırlar...ola bilsin ki, kimsə nəyin yalan olub nəyin haqq olduğunu bilmədən gətirib burada yayır...
Üstəlik onu da qeyd edim ki, sənin yuxarıda gətirdiyin rəvayət mürsəldir...

İstənilən halda yenə də dönə dönə yazıram, yadınıza salıram. Mövzunu açan mənəm və mən şiə yuzerlərindən xahiş elədim ki, Quranın təhrif olunduğuna inanan kəsin hökmü barədə yazsınlar. Burada təhrifin baş verib vermədiyindən danışmıram...burada xahiş edirəm ki, başqa şeyləri yazmayın...
əl-Fəth əhli-sünnətdəki rəvayətlər haqqında xüsusi bir mövzu açıb və mən inşəallah orada gətirilən rəvayətləri Allahın izni ilə izah etməyə çalışacam. Lakin xahişim budur ki, həmin bölmədə rəvayətləri bir-bir ələ alaq, yazıb doldurmamaq lazımdır, bir rəvayəti həll etdikdən sonra o biri rəvayətə keçək! Mən hələ ki, orada əl-Fəthə sual vermişəm və yazdığını dəqiqləşdirməsini istəmişəm...onun cavabını gözləyirəm.



#12950 İbn Əbil-Hədid kimdir?

Отправлено автор: hənbəli 23 июля 2009 - 00:54 в Şiə-sünni dialoqu

və Quranı məxluq hesan etmək kafirlikdirsə, Buxarini niyə möhtərəm sayırsız? halbuki, o da Quranı məxluq bilib.

http://313news.net/f...amp;#entry10425


Buxari belə bir şey deməyib və belə bir şeyə inanmayıb, sənin verdiyin linkdə də belə bir şey yoxdur. Sən sadəcə olaraq yalan danışırsan!

Mövzuda da öz aliminizdən sitatlar gətirdim, öz alimləriniz deyir ki, İbn Əbil-Hədis bir ğulati şiə kimi böyüyüb və ömrünü elə keçirib, ömrünün sonunda Bağdadda mötəzili Cahizin fikirlərindən təsirlənib. Bir insanın şiə olması üçün şiə namazı qılması şərt deyil.
Əgər yuxarıdakı öz alimlərinizin şahidliyini qəbul etmirsizsə, sizə başqa cür kömək edə bilmərəm....



#12957 "Əl-iməmə vas-siyəsə" ال...

Отправлено автор: hənbəli 23 июля 2009 - 01:16 в Şiə-sünni dialoqu

Bu kitab uydurma bir kitabdır, inşəAllah sabah və ya birisi gün imkan olarsa bunun səbəblərini təqdim edəcəm. inşəallah



#12960 İbn Əbil-Hədid kimdir?

Отправлено автор: hənbəli 23 июля 2009 - 01:43 в Şiə-sünni dialoqu

Sənin əqidə qardaşın Əbu Sufyan ordusu bir adət olaraq ərəbcə yerləşdirdiyi mətni tam tərcümə etməyib və sən də onun tərcüməsinə əsaslanırsan. Ona görə də mən sənin xətrinə onun tərcümə etmədiyi yerləri də əlavə edib təqdim edəcəm:

ومن زعم ان القران مخلوق فقد كفر وخرج عن الايمان وبانت منه امرأته يستتاب فان تاب والا ضربت عنقه وجعل ماله فيئا بين المسلمين ولم يدفن في مقابر المسلمين ومن وقف وقال لا أقول مخلوق أو غير مخلوق فقد ضاهى الكفر ومن زعم ان لفظي بالقران مخلوق فهذا مبتدع لا يجالس ولا يكلم ومن ذهب بعد مجلسنا هذا إلى محمد بن إسماعيل البخاري فاتهموه فإنه لا يحضر مجلسه الا من كان على مثل مذهبه


"Kim iddia edərsə ki, Quran məxluqdur küfr etmişdir və imandan çıxmışdır, xanımı ondan ayrılmalı, tövbəyə dəvət edilməlidir. Tövbə edərsə (çox gözəl), əks təqdirdə boynu vurular. Malı müsəlmanlar arasında qənimət kimi bölünər, müsəlman qəbrində basdırılmaz və kim tərəddüd edərsə və "məxluq və ya qeyri-məxluq olduğunu demirəm" deyərsə küfrə yaxınlaşmışdır və kim "mənim Quran oxuyarkən ləfzim məxluqdur" deyərsə, bidətçidir. Onunla oturulmaz, onunla danışılmaz və kim bizim məclisdən sonra Muhamməd bin İsmayıl əl-Buxari'nin yanına gedərsə, onu ittiham edin, çünki onun məclisinə onun məzhəbində olandan başqa heç kəs getməz."


Bax, qırmızı ilə işarələdiyimi Abu Sufyan tərcümə etməyib. Qırmızı ilə işarələdiyim də isə əz-Zuhli digər iki qrup insanları zikr etmişdir. Birinci qrupu kafir görür, ikincisini hər han küfrə düşə biləcəyini deyir, üçüncüsünü isə sadəcə bidət adlandırmışdır. Bax, əl-Buxari ilə əz-Zuhlinin arasındakı ixtilaf bundadır. Yəni əz-Zuhliyə görə kim ümumiyyətlə bu sözü deyərsə, özündən əvvəlkilərin açmadığı bir məsələni açmışdır. Ona görə də əz-Zuhli buna bidət demişdir. Lakin hamı bilir ki, əl-Buxarinin dediyi sözlər haqqdır...

Nəsə...indi sənə artıq bunu üçüncü dəfə izah etmiş oldum. Ümid edirəm ki, bundan sonra artıq bir şübhən qalmaz.



#13007 İbn Əbil-Hədid kimdir?

Отправлено автор: hənbəli 23 июля 2009 - 14:54 в Şiə-sünni dialoqu

Nə zıppıltısı? Əgər link verilmişdisə və sən həmin linkə girib oxuya bilirdinsə, o zaman burda nə üçün yalan yazırdın? İddia edirsən ki, guya əz-Zuhli əl-Buxarini kafir sayıb... sənə deyiləndə ki, yalan deyirsən, inadkarlıq edirsən...axırda yalanın göstəriləndə yenə də bizi günahkar çıxarırsan...qəribə adamsan!!!
Sənin hər hərfinə cavab vermək borcundayam?! Buxari ilə əz-Zuhlinin məsələsini mövzusunda cavablandıracam inşəAllah...amma ondan da vacib məsələlər var...səbrli ol!




Рейтинг@Mail.ru