Перейти к содержимому


Публикации Sultan

298 публикаций создано Sultan (учитываются публикации только с 27-июня 23)



#20835 Azərbaycanın xarici siyasət kursu.

Отправлено автор: Sultan 23 октября 2009 - 11:54 в Политика и экономика

Mən düşünürəm ki, burada MIROTVORES70 nikli qardaşdan başqa heç kim fikir söyləyə bilməz


bu adam hərbçidir...ona görədə siyasi məsəllər haqqında öncədən fikir deməyə çətinlik çəkir.)
çünki, hərb sahəsində diplomatiya olmur)



;) Elədir.Bilsə də, deməz ki.))

Hərbi sirr :yahoo::)



#20845 İndiki zəmanəmizdə hicablı xanımların qar...

Отправлено автор: Sultan 23 октября 2009 - 15:24 в Ümumislam mövzular

Hər bir müsəlmanın müəyyən vəzifələri var. Yaxınlarını, dost-tanışlarını islama dəvət etmək bu vəzifələrdən biridir. Allahın tanımayan adama imam zaman ağanın (ef) zühurundan danışmağın bir mənası yoxdur.

Qələbəyə addım-addım getmək lazımdır, zəmin hazırlamaq lazımdır. Məncə, bu gün QARA CHARSHAB diqqəti daha çox cəlb edir, təbliğ əvəzinə, əks təbliğata xidmət edir. İslam qınaq obyektinə çevrilir. Hicablı çöminələr hələ öz hicablarına cəmiyyətimizi alışdırsınlar, gözəl əməlləri ilə, islama layiq əməlləri ilə dəvət etsinlər. Çarşab sonranın işidir.
Üzeyir Hacibəyovun bir felyotonu yadıma düşür. Başqa millətlər indiki inkişaf səviyyəsinə mərhələ mərhələ gəlirlər, bizimkilər də yatır, yatır, yuxudan oyananda birbaşa fil düzəltmək istəyirlər.


yəni, siz demək istəyrisiniz ki, bizim cəmiyyətdə qara çarşab ikrah hissi yaradır?
görəsən, bizim forumda qara çarşab geyinən xanimlar ishtirak edirmi? onların da mövqeyini öyrənmək maraqlı olardı..



Mən qara örtüklər bağlayıram, əlhəmdu lillah və bununla da bir çoxları tərəfindən təzyiqlər görürəm. Məsələn, işlədiyimi yerdə artıq adım var " Jenşina kamikacze". Lap bezdiriblər...

Anam evdə həddindən artıq narazıçılıq edir ki, bu nədir.

Amma Şəms bacının bəzi fikirləri ilə razı deyiləm.

İş ondadır ki, cahillər hər dövrdə olub və olacaq.Kafirlər də həmçinin. Heç nəyi sonraya saxlamaq olmaz. Və hər insan da özünə cavabdehdir. Sonra bəlkə mən öldüm? Onda nə edəcəyəm? Kim mənim yerimə cavab verəcək? O insanlar ki, onların gözündə islamı gözəlləşdirmək istəyirdim, onlar? iş yoldaşlarım , yoxsa anam?

Heç biri.

Ona görə də, mən Allahın rizasını əsas düşünürəm.

Birdə ki, islam onsuzda gözəllik dinidir.

Allah hər insana ağıl verib. Və haqqı görüb, fitrətinə qayıda bilər. Amma haqqı görə bilməyən torlu gözlərin qarşısında istər nə et, onunçün nahaqdır ki, nahaqdır.

Biz islamı olduğu kimi yaşayaq, Haqq yolunu tapmaq istəyən tapacaqdır onsuzda.

Qadın isə çadrada olmalıdır.

Mənbəsini göstərə bilməyəcəm, amma hədis oxumuşam ki,

"Qadın qarğaya bənzəməsə cənnətə girə bilməz"

Allah bütün həqiqi hicab istəyən bacılarımıza nəsib etsin.

Evdəki narazıçılıqlarla məndə üzləşmişəm. Dəhşətdir. Ən doğmaların səni bu mövzuda anlaya bilməyəndə, insan az qalır xəstəliyə düşsün. Bizim evdə indi də davam edir..


Əlhəmdu lillah..



#20848 İndiki zəmanəmizdə hicablı xanımların qar...

Отправлено автор: Sultan 23 октября 2009 - 15:30 в Ümumislam mövzular

Təqiyyə etmək nöqteyi-nəzərindən parikdə gəzmək nə dərəcədə dogrudur? şəriətimiz buna icaze verirmi?


????????



Bilmirəm, amma çox pisdir.Allah kömək olsun bizə.(((



#20849 Şəhadətə tələsən fələstinli xan...

Отправлено автор: Sultan 23 октября 2009 - 15:31 в Военное дело

:)(((

Allah köməkləri olsun, amin!



#20853 Nigah..

Отправлено автор: Sultan 23 октября 2009 - 15:40 в Ümumislam mövzular

Çox dərinə getmək istəmirəm ...

Amma ...

Çox namaz qılan mömin oğlanlar var ki, başı açıq, namaz qılmayan bir xanımla evlənib və onu həm namaza həm də hicaba gətirib ...

Çox namaz qılan və hicab bağlayan xanımlar var ki, namaz qılmayan və spirtli içkilər içən oğlanla evlənib və ona bu içkiləri tərk etdirirb və onu namaza gətirib ...

"Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)."
66-cı surə, ət-Təhrim (Qadağan) surəsi, 6-cı ayə.
http://quran.az/inde...o...y=&author=1

ALLAH axırımızı xeyirli etsin!




Bu mənim üçün çox çətin olar şəxsən, çünki, mən kişiyə söz çatdıra bilmərəm. İstər dini təbliğ olsun ,istərsə də başqa. Ya o içkiyə çox həris olarsa? Yox, mömin olmayanla ailə qurmaq çoox çətin olar. Həm Allahın əmri var, Möminlə möminə.



#20861 Yezid xəlifəliyə layiq idi yoxsa yox? Onun xilafəti.

Отправлено автор: Sultan 23 октября 2009 - 16:13 в Şiə-sünni dialoqu

Belə əsəbləşmək lazım deyil, qardaş, onsuzda haqq onlar üçün batil olaraq qalacaq.

Allaha həmd olsun..



#20866 Nigah..

Отправлено автор: Sultan 23 октября 2009 - 16:43 в Ümumislam mövzular

Bizim xanımlar çox dözümlüdür məncə.Günah həmişə heç də qadında olmur.

Çünki, özünə mömin deyənlər haqqında bildiklərim var .. Məsələn, öz xanımının örtünməyini istəyir, amma özü də gözünü saçı, özü açıq -saçıq olan qızlardan çəkmir. Xanım da düşünür ki, ərinin belələri xoşuna gəlir və ....

Məsələn, tanıdığım bir qadın, əri onu məcburi hicaba keçirdi, hər dəfə mübahisə olan kimi evdə "hicabımı açacam" deyir... Və ya əri onunla birlikdə harasa getməyəndə, "mənim hicabımdan utanır" deyir... və s. və ilaxır..



Həmçinin də "möminələr" haqqında ki, qaynanasına əziyyət edib ərini narazı edir, "evə gələndə niyə gül almadın, niyə filan əziz günümüzü yadında saxlamadın? Və yaxud, çox vaxt xanımlar öz valideyn və yaxınlarının ailəyə müdaxiləsinə imkan yaradırlar, kişi də bundan narazıçılıq edəndə, onda da bir söz-söhbət yaranır.

Tanıdığım bir ailə var ki, məhz anası və bacısı qızın gül kimi ailəsini pis günə qoydular. İndi də dağılmaq üzrədir ailə. bir uşaqla.

Boş-boş səbəblər evdə söz-söhbət yaradır..

Ailəni heç nə üzündən dağıtmaq istəyirlər və hətta bir neçəsi də artıq dağıdıb ailəsini..



Söhbət əsl mömin və möminədən gedirsə, ikisinin də qəlbi Allah üçün döyünürsə, bir birlərinin xətalarını əfv edib, unudurlarsa, məncə onları ölümdən başqa bir səbəb ayırmaz..


Allah bizə yar və yardımcı olsun və bizə Rəbbimizi unutduracaq şeytansifət insanlardan uzaq etsin, amin!



#20868 Qur`an möcüzələri

Отправлено автор: Sultan 23 октября 2009 - 17:03 в Qur'an və onun təfsiri

Allah razı olsun gözəl mövzudur.
Aşağıdakı materialı Harun Yahyanın saytından çevirmişdim.

KOSMOSUN KƏŞFİ

İnsanların kosmosu araşdırmaları və kəşf etmələri 4 Oktyabr 1957-ci ildə Sovet peyki Sputnikin kosmosa buraxılmasıyla başladı. Dünya orbitindən çıxan ilk insan, Sovet kosmonavtı Yuri Qaqarin oldu. İnsanların Aya ayaq basması isə 20 İyul 1969-cu ildə Amerikalıların reallaşdırdığı Apollo 11 səfəriylə baş tutdu.
Necə ki, Quranda 1400 il əvvəl insanların belə bir sahədə göstərəcəkləri inkişafa və kosmosa çıxışın mümkün ola biləcəyinə işarə edilməkdədir. Allah bu mövzuya Quranda bu ayələ diqqət çəkməkdədir:
[b]Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından (çevrəsindən) kənara çıxa bilərsinizsə, çıxın. Siz (oradan) ancaq (qüdrət və) qüvvətlə (Allahın sizə bəxş etdiyi elmin qüdrətilə) çıxa bilərsiniz! (Yaxud siz oradan qüdrət və qüvvət vasitəsilə çıxa bilərsiniz ki, bu da sizdə yoxdur!) (Rəhman Surəsi, 33)
Ayədə "(Allahın bəxş etdiyi) qüvvət" olaraq çevrilən ərəbcə "sultan" sözü "hüccət, bürhan, güc, hökm, qanun, yol, nüfuz, icazə, qanuni etmə, dəlil" kimi mənalardadır.
Diqqət etməliyik ki, yuxarıdakı ayədə insanların göylərin və yerin dərinliklərini heç keçə bilməyəcəkləri deyil, lakin yalnız üstün bir güc ilə keçə biləcəkləri vurğulanmaqdadır. Necə ki, 20-ci əsrdəki inkişaf etmiş texnologiya sayəsində Allahın Quranda bildirdiyi bu vəziyyət reallaşmışdır.



Allah razı olsun bacı, çox gözəldir. Oxumuşam bu haqda.)



#20870 İndiki zəmanəmizdə hicablı xanımların qar...

Отправлено автор: Sultan 23 октября 2009 - 17:07 в Ümumislam mövzular

Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurub valideyninizi (Adəm və Həvvanı) Cənnətdən qovdurduğu kimi, Şeytan sizi də aldadıb yoldan çıxartmasın. Şübhəsiz ki, o (Şeytan) və onun camaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Biz şeytanları iman gətirməyənlərin (kafirlərin) dostları etdik.

.(Əl-Əraf surəsi, 27-ci ayə)



#20880 İndiki zəmanəmizdə hicablı xanımların qar...

Отправлено автор: Sultan 23 октября 2009 - 19:50 в Ümumislam mövzular

Hər bir müsəlmanın müəyyən vəzifələri var. Yaxınlarını, dost-tanışlarını islama dəvət etmək bu vəzifələrdən biridir. Allahın tanımayan adama imam zaman ağanın (ef) zühurundan danışmağın bir mənası yoxdur.

Qələbəyə addım-addım getmək lazımdır, zəmin hazırlamaq lazımdır. Məncə, bu gün QARA CHARSHAB diqqəti daha çox cəlb edir, təbliğ əvəzinə, əks təbliğata xidmət edir. İslam qınaq obyektinə çevrilir. Hicablı çöminələr hələ öz hicablarına cəmiyyətimizi alışdırsınlar, gözəl əməlləri ilə, islama layiq əməlləri ilə dəvət etsinlər. Çarşab sonranın işidir.
Üzeyir Hacibəyovun bir felyotonu yadıma düşür. Başqa millətlər indiki inkişaf səviyyəsinə mərhələ mərhələ gəlirlər, bizimkilər də yatır, yatır, yuxudan oyananda birbaşa fil düzəltmək istəyirlər.


yəni, siz demək istəyrisiniz ki, bizim cəmiyyətdə qara çarşab ikrah hissi yaradır?
görəsən, bizim forumda qara çarşab geyinən xanimlar ishtirak edirmi? onların da mövqeyini öyrənmək maraqlı olardı..



Mən qara örtüklər bağlayıram, əlhəmdu lillah və bununla da bir çoxları tərəfindən təzyiqlər görürəm. Məsələn, işlədiyimi yerdə artıq adım var " Jenşina kamikacze". Lap bezdiriblər...

Anam evdə həddindən artıq narazıçılıq edir ki, bu nədir.

Amma Şəms bacının bəzi fikirləri ilə razı deyiləm.

İş ondadır ki, cahillər hər dövrdə olub və olacaq.Kafirlər də həmçinin. Heç nəyi sonraya saxlamaq olmaz. Və hər insan da özünə cavabdehdir. Sonra bəlkə mən öldüm? Onda nə edəcəyəm? Kim mənim yerimə cavab verəcək? O insanlar ki, onların gözündə islamı gözəlləşdirmək istəyirdim, onlar? iş yoldaşlarım , yoxsa anam?

Heç biri.

Ona görə də, mən Allahın rizasını əsas düşünürəm.

Birdə ki, islam onsuzda gözəllik dinidir.

Allah hər insana ağıl verib. Və haqqı görüb, fitrətinə qayıda bilər. Amma haqqı görə bilməyən torlu gözlərin qarşısında istər nə et, onunçün nahaqdır ki, nahaqdır.

Biz islamı olduğu kimi yaşayaq, Haqq yolunu tapmaq istəyən tapacaqdır onsuzda.

Qadın isə çadrada olmalıdır.

Mənbəsini göstərə bilməyəcəm, amma hədis oxumuşam ki,

"Qadın qarğaya bənzəməsə cənnətə girə bilməz"

Allah bütün həqiqi hicab istəyən bacılarımıza nəsib etsin.

Evdəki narazıçılıqlarla məndə üzləşmişəm. Dəhşətdir. Ən doğmaların səni bu mövzuda anlaya bilməyəndə, insan az qalır xəstəliyə düşsün. Bizim evdə indi də davam edir..


Əlhəmdu lillah..



Bacican, men, estegfirullah, Allahin emrini inkar etmirəm ki? Mən sadəcə və sadəcə qara rəngə bürünməyə qarşıyam. Bunu da Allah vacib buyurmayıb.

Qara qarğa ilə bağlı hədisə gəldikdə isə, sizdən çox xahiş edirəm o hədisin mənbəsi ilə yazın. Bu hədisi hansısa ateistdən və bir vəhabidən eşitmişdim. İlk baxışdan məntiqim bu hədisi tamamilə inkar edir. Mümkün deyil ki, aləmlərə rəhmət peyğəmbəri (saas) qadını "xoş ətirli bir gülə" yox, qara qarğaya bənzədə.....



Yox can, siz qarışdırırsız, Sərçə ilə bağlı hədislə:)


"Qadının ağlı 70 sərçənin ağlından azdır" belə bir təhqiramiz hədis idi.

Qarğaya gəlincə isə, burda təhqirli heç nə yoxdur. Qara örtük vacibdir ən azından ona görə ki, bunu Hz.Fatimə(s.ə) anamız geyinib. Biz xanımlara isə o nümunədir.

Qadını cəlb edən bütün rənglər haramdır. Qadın cəlb olunmamalıdır. Əgər desəniz ki, çadra daha çox cəlb edir, cavab da bu olar ki,

Biz zəmanəyə görə, insanlara görə Allahın vaciblərini inkar edəcək deyilik.

Quranda da var ki,

Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!


Əhzab surəsi - 59


bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər- burda çadradan gedir söhbət, cəlb olunmaması üçün də, rəngi tünd olmalıdır..



Hz. Fatimə (s.a) anamız necə , biz də elə olmalıyıq.

Mən tamm səmimi qəlbdən qara çadra geyinmək istəyirəm, inşəAllah.

Ancaq onu geyinsəm, anamın yüreğine iner (türkler demiş). Ailə qurandan sonra inşəAllah. Hələ ki, qara örtüklərlə keçindirirəm..


Allah nəsib etsin.

Amin.



#20881 Şəhadətə tələsən fələstinli xan...

Отправлено автор: Sultan 23 октября 2009 - 19:52 в Военное дело

AMİN, bacı...

Allah zülmə məruz qalan, əsirlikdə olan ana, bacilarimizin hamısına kömək olsun.

Allah zalıma lənət etsin.

:)((((((



Amin can..((



#20902 İndiki zəmanəmizdə hicablı xanımların qar...

Отправлено автор: Sultan 23 октября 2009 - 22:15 в Ümumislam mövzular

Bacican, hedisin menbesi, xahis edirem.
Men qadinin qara qargaya benzedilmesine tehqir kimi baxiram. Yene de shexsi fikrimdi. Alimlerin kitablarindan delil getirseniz ki, hedis sehihdir, qebul ederem.



Oldu bacıcan, mütləq araşdırıb mənbəsini yazaram inşəAllah. Allah razı olsun.



#20903 İndiki zəmanəmizdə hicablı xanımların qar...

Отправлено автор: Sultan 23 октября 2009 - 22:17 в Ümumislam mövzular

Bacican, hedisin menbesi, xahis edirem.
Men qadinin qara qargaya benzedilmesine tehqir kimi baxiram. Yene de shexsi fikrimdi. Alimlerin kitablarindan delil getirseniz ki, hedis sehihdir, qebul ederem.



Oldu bacıcan, mütləq araşdırıb mənbəsini yazaram inşəAllah. Allah razı olsun.



Amma qarğa hər halda misal kimi yazılıb, yəni qara geyimli. Bacı hamımız bilirik ki, qadın qara çadrada olmalıdır. Fatimə (s.ə) kimi.

Daha başqa şərhə izaha ehtiyac yoxdur məncə.

Amma ille de mənbə istəyirsinizsə, taparam inşəAllah.



#20904 Yezid xəlifəliyə layiq idi yoxsa yox? Onun xilafəti.

Отправлено автор: Sultan 23 октября 2009 - 22:28 в Şiə-sünni dialoqu

Haqq gəldi, batil zail oldu :)



#20905 İndiki zəmanəmizdə hicablı xanımların qar...

Отправлено автор: Sultan 23 октября 2009 - 22:57 в Ümumislam mövzular

Bacı, təəssüf edirəm ki, o hədisin mənbəyini tapa bilmədim. Amma ona eynən, mənaca bənzəyən hədisdir. Sünni alimindən nəql olunmusdur.

Əbu Davud “Sünən” əsərində Ümmi Sələmədən rəvayət etmişdir. Ümmi Sələmə demişdir: “...çarşabları ilə örtünsünlər” (əl-Əhzab 33:59) ayəsi nazil olduğunda Ənsari qadınlar (geyimləridən dolayı) sanki başlarının üstündə qarğalar oturmuş kimi çıxdılar”. (Sünən Əbu Davud, Kitab əl-Libas, Bab fi qavlihi təala: yubninə aleyhinnə cələbibihinnə).

Aun əl Məbud” əsərinin müəllifi Sünən Əbu Davudun şərhində bu ibarəni şərh edərkən demişdir: “Onlar, örtükləri qara rəngdə olduğundan dolayı qarğalara bənzədilmişdir.

Bu bir sünni aliminin nəqlidir.

Bəlkə də, mənim də eşitdiyim o hədis sünni alimlərinin nəql etdiklərindəndir, ancaq bu bir təhqir deyil bacı. Qara çarşab bağlamaq Hz.Fatimə(s.ə)-nın bizə nümunəsidir..

Xanım Fatimeyi Zəhra(s.a) qara örtünmüşdür. Və bunun əleyhinə olmaq olmaz.

Allah razı olsun.



#20906 Azərbaycanın xarici siyasət kursu.

Отправлено автор: Sultan 23 октября 2009 - 23:02 в Политика и экономика

Mən düşünürəm ki, burada MIROTVORES70 nikli qardaşdan başqa heç kim fikir söyləyə bilməz


bu adam hərbçidir...ona görədə siyasi məsəllər haqqında öncədən fikir deməyə çətinlik çəkir.)
çünki, hərb sahəsində diplomatiya olmur)



:) Elədir.Bilsə də, deməz ki.))

Hərbi sirr :):)


axır vaxtlar onun cavabları gecə saat 12-dən sonra gəlir.)).Allah axırını xeyrə calasın.


Amin:) :)



#20907 userlerin ish yerleri

Отправлено автор: Sultan 23 октября 2009 - 23:04 в Дискуссии на общие темы

mən mürdəşirəm..
hər zaman qullugunuzda canla-başla hazıram.

P.S. burda bir agıllı Şhie_ qardaşım var..əlimə düşsəydi elə yuyub-sərərdim ki, onu... heç cənnətə getmək istəməzdi.)



:):):):)

Mən də bir şirkətdə mühasibəm.) Kömək istəsəniz, Allahın köməyilə, bacardığım qədər, bacı kimi, canla başla hazıram.

Allah razı olsun.)

Molla qardaş, inciməyin..:)



#20959 Azərbaycanın xarici siyasət kursu.

Отправлено автор: Sultan 24 октября 2009 - 09:56 в Политика и экономика

Qardaş, bəs demirəm mi?

Bilənlə bilməyən eynidir mi? :)



#20960 userlerin ish yerleri

Отправлено автор: Sultan 24 октября 2009 - 10:02 в Дискуссии на общие темы

:) Siz harda işləyirsiniz?

BU Vergilər lap bezdirib bizi ):dancep6:

Nə qədər yoxlama olar :)



#20962 Nigah..

Отправлено автор: Sultan 24 октября 2009 - 10:15 в Ümumislam mövzular

duz soze ne baci mende cox bele aileler gormusem .Mene ele gelir ki sexsi fikirimdi her kesin oz fikri var aiilenin isine ata ananin qarismasi lazim deyil .Qaldiki hicaba zorla kecmesi mence onu hicaba keciribse bilki elesi yaxsidiki kecirib o qadin ancaq bosu-bosuna qisqancliq aparir.
[/quote]


Əlbəttə ki. Əgər həqiqətə böyük səbəblər varsa, niyə də qarışmasınlar..

Ancaq Vallahi indiki zəmanəmizdə çoxu boş boş səbəbləri evdə mübahisə edir...

Çox üzüldüm, bu yaxınlarda qızla oğlan evləndilər, cəm 17 gün yaşadılar. Artıq boşanıblar da.. Halbuki, 3 il nişanlı qalmışdılar.. Səbəbkar kimdir görəsən??

:)(

Ona görə də, biz heç nə bilmirik..

Allah bizləri bir an belə başlı başına buraxmasın.. amin..



#20965 Azərbaycanın xarici siyasət kursu.

Отправлено автор: Sultan 24 октября 2009 - 10:27 в Политика и экономика

Həqiqətən çox çətindir..

Məsələn, mən sadəcə kənardan necə görünürsə,elə qiymət verməyə çalışıram...

Bu da təbii ki, doğru olmaya bilir..



#20978 Azərbaycanın silahlı quvvələri!

Отправлено автор: Sultan 24 октября 2009 - 11:00 в Военное дело

"Vətəni sevmək imandandır"

İndi Vətən sevgisini oyuncaq eləyiblər! Deyəndə ki, müharibə başlasa gedərsən? Cavab o olur ki, filankəs getmir, mən niyə getməliyəm!? Ay bala! Soruşan lazımdı ki, sən 100% bilirsən ki, filankəs getməyəcək? Lap tutaq ki, filankəs getmədi! Bəs sənə nə gəlib? Filankəsin Vətən qeyrəti yoxdu, sənin də yoxdu? Hər kəsin öz qeyrəti var və buna görə də axirətdə mükafatlar, həmçinin əzablar nəzərdə tutulub!

Bu dəqiqə biz bu düşüncə tərzlərini dəyişməliyik!


Əhsən! Razıyam. Mən də rast gəlmişəm.

"Müharibə olan kimi, imkanlıların uşaqları xaricə qaçacalar, kasıb-kusub ölüb gedəcək"

Bu səhv düşüncədir. Demək ki, o insan nəfsi üçün danışır. Allaha xatir demiş olsa, 10 nəfər də qalsa belə, Allaha təvəkkül edib döyüşə atılar.

Kərbəla müsibəti örnək idi bizə. neçə nəfərlə döyüşdü Hz.Hüseyn(ə.s)?



#20982 Balacalar möcüzədir

Отправлено автор: Sultan 24 октября 2009 - 11:14 в Дискуссии на общие темы

3 yashim olanda evdekilerden xebersiz bazara getmishdim mehle ushaqlari ile qonsularimiz (merdimezarlar) meni gorub evdekilere xeber elemishdiler. Eve gelende ise de gelsin meyxana show-nun merheleleri bashladi.
1. De gelsin
2. tut geldi.
3. Al gelsin
:) neyi var doyulmushdum.......



Mən də 4 yaşım olanda, anam bazara getmişdi, özümdən balaca bacımı 1 yaşında idi o da, geyindirib , qapını açarla bağlayıb getmişdim anamın arxasınca. Yolu keçmişdim, iki dənə böyük yol özü də.) Bir də gördüm anam gəlir :dancep6:

Birdə , bir yaş yarım olanda, artıq şeirlər deyirdim.))

Topxanada iş gedir,
Bakıda nümayiş gedir.
Harda gördün erməni,
Vur təpəsinə gülləni :)

1 yaşımda təzə danışmağa başlayanda bütün sözlərin arxasına "lili" artırırmışam.)

Məsələn, cücəlili, mamalili, itlili :):):)

Çox dəcəl olmuşam deyilənə görə.)


Çoxdur ee :) yazaram inşəAllah..



#20985 İndiki zəmanəmizdə hicablı xanımların qar...

Отправлено автор: Sultan 24 октября 2009 - 11:34 в Ümumislam mövzular

Qara geyim təhqir deyil. Təhqir qara qarğaya bənzədilməni hesab edirəm.

Fatimeyi Zəhranın (es) ömrünün axırına kimi ancaq qara geyimdə olduğu haqqında da hədis gətirin, səhih mənbələrdən.
Əgər peyğəmbərin vəfatından sonra o, (es) qaralarda gəzibsə, bu onun peyğəmbərə əza saxlaması ilə əlaqədar ola bilər. Hamıya məlumdur ki, Fatimə anamız atasının vəfatından sonra üzü gülməyib.



Bacıcan, qara qarğa- burda qadına bənzədilmir ki hansısa xüsusiyyətinə görə :)

Rəngdən söhbət gedir. İnsanı qarğaya bənzətmir ki.

Hz. Fatimə(s.ə) anamız qara geyinməsəydi, əhli-beyt(ə.s)ın tərəfdarları xanımlarımız niyə qara çadranı nümunə kimi götürsünlər ki?

Yaxşı, bunun da hədisini taparam, olsa. Amma bu həqiqətdir.

Qadın qara və ya tünd rəngli bədənini tamamilə örtən üst geyimdə - olmalıdır.

Rənglər insanı cəlb edir, bununla razısınız?

Rəngbərəng geyinmək elə zinətlənmək kimidir. Qadına isə zinətlənmək olmaz.

Hələ bu yaxınlarda bir məqalədə, hətta üzük taxılsa belə əllər də örtülməlidir deyə bir yazı oxudum..



#20990 İndiki zəmanəmizdə hicablı xanımların qar...

Отправлено автор: Sultan 24 октября 2009 - 12:26 в Ümumislam mövzular

Həzrət Zəhra (ə) və hicab məsələsi.

Həzrət Musa ibn Cəfər (Ə) atalarından və İmam Əli (ə)-dən rəvayət еtmişdir ki, buyurdu: «Kor bir şəxs barədə həzrət Fatimеyi-Zəhra (s) ərz еtdi: Atacan, o, məni görməsə də mən kor dеyiləm. O, bədənin ətrini duyur. Pеyğəmbər (s) buyurur: Şəhadət vеrirəm ki, sən canımın parasısan.» (Əhməd Rəhmani Həmədani: Fatimətuz-Zəhra «bеhcətul-qəlbul-Müstəfa», c-4, səh-258.»

Hicri-qəməri tarixi ilə 130-cu ildə dünyadan köçən Əbu Nəim İsfəhani Allahın sеçilmiş bəndələrinin vəsfi (tərifi) barədə yazmış «Hilyətul-övliya» və «Təbəqatul-əsfiya» adlı bir nеçə cildli kitabında bir fəsli Həzrət Zəhra (ə)-ya məxsus еtmişdir. Bu fəslin arasında özünə isnad еdərək İmran ibn Hüsеyndən bеlə yazır: «Bir gün Pеyğəmbər (s) mənə dеdi:

-Mənimlə Fatiməni görməyə gəlmirsən?

-(Dеdim) Niyə?

Birlikdə Fatimənin (ə) еvinə gеtdik. Pеyğəmbər (s) içəri daxil olmaq üçün icazə istədi və qızı ona icazə vеrdi.

-Mənimlə birgə olan şəxslə daxil olum? - dеyə Pеyğəmbər soruşdu:

-Ata, Allaha and olsun ki, əbadan başqa ayrı bir şеyim yoxdur! - dеyə cavab vеrdi.

-Qızım, özünü o əba ilə bеlə ört! - dеyib örtülməyin göstərişini vеrdi».

Bu və buna oxşar rəvayətlərdən Həzrət Zəhrayе-Mərziyyənin bu rəftarından, hicaba kamil formada riayət еtməkdə hicabın əhəmiyyəti, naməhrəmlərdən uzaq gəzmək və Allahın əmrinə itaət еtmək istifadə olunur.

Həzrət Fatimə(s.ə) Allahın müqəddəs kitabına, Qurani-kərimin göstərişlərinə uyğun şəkildə bütün vacib işlərdə əməl еtməkdə o cümlədən hicaba riayət еtməkdə möhkəm bağlı idi. Bu səbəbdən 1-ci xəlifənin əlеyhinə «Fədək» barədə tələbini ortaya çıxarmaq məqsədi ilə məscidə gеtdi. Hər şеydən əvvəl Quran-kərimin şərif və mübarək ayəsinin göstərişinə uyğun «Vəl-yəzribnə bixumurihinnə əla cuyubihinnə» böyük bir məqnəni (şalı) başına saldı, bеlə ki, bütün başı boynunu sinəsinə qədər örtdü və sonra «Əhzab» surəsinin mübarək ayəsinə uyğun ki, buyurur: «Yudninə əlеyhinnə min cəlabibihinnə» böyük bir ərəb çadrasını məqnənin (şalın) üstündən başına atdı və bu formada məscidə gеtməyə hazırlaşdı. Qohum qadınlardan bir dəstəsi həzrət Zəhranı (s.ə) dövrəyə almışdılar, bеlə ki, hansı birinin Zəhrayе-Mərziyyə olduğu bilinmirdi. Atası Pеyğəmbər (s) kimi yеriyirdi. Həzrət Fatimənin (s.ə) çadrasının böyüklüyü bəzən səbəb olurdu ki, çadranın ətəyi ətrafında olan qadınların ayaqlarına ilişirdi. (Sеyyid Möhsin Əmin «Əyanuş-şiə» cild 1, səh 315, Darut-təaruf çapı, Bеyrut.)

Bu cür gеyim (örtük) Qurani-kərimin mübarək ayələrinə riayət və əməl еtmək səbəbindən irəli gəlirdi ki, o əziz xanım «Nur» surəsinin mübarək ayəsinə uyğun məqnə (şal) örtdü və «Əhzab» surəsinin mübarək ayəsinə uyğun olaraq başına çadra saldı.

Əgər həzrət Fatimеyi-Zəhra (s.ə) mömin xanımlara ülgüdürsə İslam aləminin o böyük və əziz xanımının rəftar və davranışı gərək bütün müsəlman qadınlarının xasiyyət və rəftarı üçün mеyar və ölçü olsun.

Həzrət Zеynəb (s.ə) və hicab nümunəsi

Həzrət Zəhradan (s.ə) sonra həzrət Zеynəb (s.ə)-in xasiyyəti hicab (örtük) ülgüsü ünvanı ilə bəyan olunur. Yəhya Mazənidən bir rəvayətdə nəql olub ki, «Mən Mədinədə Əli (ə)-ın qonşuluğunda yaşayırdım və həzrət Zеynəbin (ə) sakin olduğu bir еvin qonşuluğunda idim. And olsun Allaha şəxsən o xanımı hеç vaxt görmədim və ondan bir səs еşitmədim. Babası Pеyğəmbərin (s) ziyarətinə gеtmək istədiyi vaxt, gеcə o həzrətin ziyarətinə gеdərdi və bu o halda idi ki, qardaşı Həsən (ə) sağ tərəfdən və qardaşı Hüsеyn (ə) sol tərəfdən və atası həzrət Əli (ə) isə qarşı tərəfdə hərəkət еdirdilər. Pеyğəmbərin (s) qəbrinə yaxınlaşdığı vaxt Əli (ə) əvvəl çırağı söndürərdi. Bir dəfə həzrət İmam Həsən (ə) çırağın niyə söndürməsini soruşduqda: «Bacın Zеynəb (ə) bizimlədir. Bəlkə bir naməhrəm onu görsün» dеyə cavab buyurmuşlar.

Bu iki əzəmətli xanım, həzrət Fatimə (s.ə) və həzrət Zеynəb (s.ə) mömin qadınlar üçün ülgüdürlər. Mömin qadınların bu iki böyük şəxsiyyətin xasiyyət və davranışlarını öz həyatı üçün nümunə qərar vеrməsi lazım və vacibdir.

Lakin təəssüflər olsun ki, bu gün İslam düşmənləri müsəlman qadınlarını iffətsiz (həyasız) еtmək və fəsadı (pozğunluğu) gеnişlətmək üçün çoxlu hücum və hay-küylərə əl atmışlar.

Mərcəi təqlid müctəhidlərin hicab barədə rəyləri

Qurani-kərimin mübarək ayələrinə və işarə olunan çoxlu rəvayətlərə və həmçinin Həzrət Zəhra (s.ə) və həzrət Zеynəbi Kübranın (s.ə) əməli rəftar və davranışlarına əsaslanaraq böyük alimlər və mərcəi təqlid müctəhidlər hicabın vacib olmasının fitvasını (hökmünü) vеrmiş və onun müsəlman qadınlar üçün zəruri və boyunqaçırılmaz bir əmr və göstəriş kimi tanıtmışlar. Onlardan bəzisinə işarə еdirik:

1.İmam Xumеyni (də) «Şəri məsələlərin şərhi» risaləsində 587-588-ci səhifələr və 2433 və 2435-ci məsələlərində hicabın vacib olmasına təkid еdilmişdir.

2.Ayətullah H.Gülpayеqani (h), Fazil Lənkərani (h), Safi Gülpayеqani (h) və Sistani (h) dеmişlər: «Mömin qadınlara layiq dеyildir ki, еvdən çadrasız xaric olsunlar».

3.Ayətullah Təbrizi (h) dеmişdir: «Qadına bədənini örtmək vacibdir və vacib örtüyün ən yaxşı növü həmin məki çadradır ki, mömin qadınlar özünü onunla örtərlər.

4.Ayətullah Xamеnеyi (h) buyurmuşdur: «Ən yaxşı hicab çadradır. Qara çadrada iradsızdır və kəharəti yoxdur».

Sözün sonu

Müqəddəs Qurani-kərimin mübarək ayələri və məsumlardan (ə) yеtişən hədislər təfsirçilərin araşdırmaları və onun fəlsəfi və kəlami faydaları və mərcəi-təqlid müctəhidlərin fitvalarının köməyi ilə hicabın zəruri və vacib olması bеlə nəzərə çarpdırmır ki, bir nəfər dini və şəri cəhətdən hicabın vacib və onun lazım olmasında şübhə еtsin. Qalan şеylər qadınları iffətsiz еtmək məqsədi ilə qərəzli şəxslər tərəfindən ortaya atılmış şübhə və iradlardır.

Bacı, yəqin ki, Ayətullah Xameneyi(h) - ağanın dedikləri ilə razı olarsınız..

O öz nəfsindən nəsə deməz..

Ən yaxşı hicab çadradır. Qara çadra. Ən yaxşı hicabı, ən nümunəvi hicabı kim geyinib?Əlbəttə ki, anamız Hz Fatimə(salamullahi əleyhə). Hələ-hələ ki, müsəlmanların, örtünənlərin arasında.

Bizdə hər cürü var. xristian, yəhudi, kafir.



http://www.ihq.az/index.php?news=787

link -də budur.:)




Рейтинг@Mail.ru