Перейти к содержимому


Публикации Malik Eshter

64 публикаций создано Malik Eshter (учитываются публикации только с 28-апреля 23)



#92633 Tülkü vəhhabinin şeyx Cavidə zəngi

Отправлено автор: Malik Eshter 12 июня 2012 - 14:30 в Şiə-sünni dialoqu

Bu da Vüqarın inet-də olan nömrəsi

Sahil əgər bilmək istəyirsənsə buyur!





#92631 Tülkü vəhhabinin şeyx Cavidə zəngi

Отправлено автор: Malik Eshter 12 июня 2012 - 14:19 в Şiə-sünni dialoqu

mən şübhə etmirəm axı zəng edən şiədir.


O şəxs Vuqardır, nömrəsi də internetdə var - şiə niyə Cavidə iftira atsın ki ?



#92630 Tülkü vəhhabinin şeyx Cavidə zəngi

Отправлено автор: Malik Eshter 12 июня 2012 - 14:17 в Şiə-sünni dialoqu

Cavidə zəng edən şiədir .Özüdə cavidin tanıdıqı adamdır.Çünki cavid ona arada "məşhədi" deyərək müraciət edir.Nə gülünc teatr düzəltmisiniz. Bu sizin növbəti "Əhli beyt production " məfhumunuzun təqdimatıdır.


Cavidə zəng edənin adı Vüqardır istəsən nömrəsini də verə bilərəm, şiə zad deyil. Zəng et gör kimdir.

Şeyx Cavid hamıya məşədi deyə müraciət edir.

həmin şəxs bax elə budur!

http://www.youtube.com/watch?v=OZsbc0j7cQU



#92465 Əbu Zeydin növbəti fırıldağı

Отправлено автор: Malik Eshter 07 июня 2012 - 12:08 в Şiə-sünni dialoqu

Tapdım bu "Əbu Zeyd fanatının" çıxışını ))

Eyni "ağıl", eyni sapıq əqidə, eyni boş-boş danışıqlar, eyni öz boş-boş danışıqlarına Qurandan dəlil gətirməyə çalışma üslubu ( Həzrət Əliyə (ə) qarşı savaşan xəvaricin Qurandan dəlil gətirməyə çalışması kimi ) , eyni "elm" , eyni üslub, eyni tərz, eyni ifadələr, qismən eyni səs tonu )).

SubhanALlah! Axırda bir "aydındı qardaşlar ?" sualı da verir ))

İndi məlum deyil, orda "qardşalar" var ya yoxdu. Ola bilər ki, boş stulların qabağında , yaxud, qab-qacağın qabağında çıxış edir ))

Lap tutalım orda "qardaşlar" var. Bu "qardaşlar" da Əbu Zeyd kimi "alimin" çıxışlarına yığışan "qardaşlardan"-dılarsa "xoş" onların halına! )

Sözləri isə ... Quran və sünnəyə zıdd!
Nə isə ...

[media]http://www.youtube.com/watch?v=LUKEhqvCpe4&feature=related[/media]


Bunlar həqiqətən də kserosurətdirlər...



#92370 Əbu Zeydin növbəti fırıldağı

Отправлено автор: Malik Eshter 29 мая 2012 - 13:58 в Şiə-sünni dialoqu

03-33-dəqiqəyə diqqət yetirin. Güya ki, Hacı Zülfüqarın tələbəsi Bəhruz belə deyir:

"Bu günləri 3 cildlik "Üsuli Kafi" kitabı tərcümə olunub. Yazmayıb hədisin nörməsi. Ayələrdən bəzisi çatmır o da İmam Zaman ağadadır."

Halbuki, cəmi 1-ci cild tərcümə olunub. 1-cild ki tərcümə olunub orada da bütün hədis nömrələri qeyd olunub.

http://www.youtube.com/watch?v=CEKuSP1qhtI&feature=g-crec-u


Bu bədbəxt kimisə bu işlərə cəlb edərək, "Guya şiə adından zəng elətdirərək" nə demək istəyir?



#91590 Raşidi xəlifələr kimlərdir?

Отправлено автор: Malik Eshter 11 мая 2012 - 11:28 в Şiə-sünni dialoqu

Əs Səlamu aleyküm və rəhmətullahi və bərəkatuhu!
Bismillahir Rəhmanir Rəhim!
Əhli Sünnə mənbələrində Peyğəmbər (s.ə.ə)-dən belə bir hədis var ki:

"Mənim və məndən sonra Raşidi xəlifələrin sünnətindən tutunun"

Əhli Sünnə üləmasının nəzərində raşidi xəlifələr 4-dür, bəziləri İmam Həsən (ə.s)-ı da o tərkibə qataraq bu sayı 5-ə çatdırmışlar. Bu saya Əbu Bəkr, sonra Ömər, Osman, Əli (ə.s) daxildir. Bu hədis olduqca mühüm bir məsələni bizə xatırladır. Çünkü bu hədisin mahiyyəti çox şübhəli məsələlərin anlaşılmasında həlledici məqama malikdir. Səhabələrin bunu eşidib, anlyıb buna tabe olması daha mühüm bir məsələ idi. İstər raşidi xəlifələrin kimlərdən ibarət olmasında, istərsə də onlara tabe olmaq anlamında.

Sual belədir: Əgər bu şəxslər raşidi xəlifələr idisə niyə hakimiyyətə gəldikləri zaman həmin hədisi hakimiyyətlərinə dəlil olaraq göstərmədilər?



#91503 Abu Zeyd - Şiəliyi tanimaq

Отправлено автор: Malik Eshter 09 мая 2012 - 11:45 в Şiə-sünni dialoqu

Diqqət - Diqqət

Abu Zeyd (ra) ilə görüşmək istəyənlərin nəzərinə !

Sizi Abu Zeyd ilə görüşdürə bilərik amma bizim də bir şərtimiz var .


Əl Fəth qardaş səbrli ol görək hələ o nə şərtdir elə!



#91502 İki nəfər arasında elmi müzakirə

Отправлено автор: Malik Eshter 09 мая 2012 - 11:40 в Şiə-sünni dialoqu

Salam aleykum və rəhmətullahi və bərəkatuhu!
Necəsən Nicat qardaş!
Maşallah qardaş! Hələ də qarşı tərəf susur. Bunun özü məzhəbin və məktəbin nailiyyəti və uğurudur. Buna görə təbrik edirəm səni qardaş.



#90054 Quran proqramı

Отправлено автор: Malik Eshter 04 апреля 2012 - 11:25 в Qur'an və onun təfsiri

Səlamun aleyküm qardaşlar buyurun istifadə edin!
http://ceferiler.com...-versiyasi.html



#89491 Əhzab surəsi ayə 33

Отправлено автор: Malik Eshter 29 февраля 2012 - 11:21 в Qur'an və onun təfsiri

Sual yaranır :
Əgər - Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir - onların hamısına aiddirsə və əl qədəru şəriyyə (şərti) mənasındadırsa , onda Əli və onun ailəsi qarşısında qoyulmuş şərtlər hanı ?

Yox əgər - Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir -onların hamısına aiddirsə və əl qədəru kovniyyə (şərtsiz) mənasındadırsa , onda niyə Peyqəmbərin zövcələri qarşısında tələblər qoyulur ?

Axı bir cümlənin içində , eyni kütləyə qarşı müraciətdə Allahın həm şərti , həm şərtsiz istəyi ola bilməz.

Əvvəla Maidə 5/6 , Əzhab 33/33 -ilə heç müqaisəyə getmir - təmizlənmə , pak olma barədə sözlər Əzhab 33/33-də xüsusi vurğu ilə verilir , Maidə 5/6-da isə belə deyil.Bunu ayələrin tərcüməsindən də görmək olur.

Sonrada kı hətta müqaisənin özü belə imaməti qəbul etməyənlərin əleyhinə işləyir.İkisinin arasında seçim qarşısında qalırlar : 1.Həmin cümlədə ancaq Peyqəmbərin zövcələri/qadınlar nəzərdə tutulub və Allahın onlara qarşı istəyi şərtidir. 2. Həmin cümlədə ancaq Əli və onun ailəsi nəzərdə tutulub və Allahın onlara qarşı istəyi şərtsizdir.

Yuxarıda göstərdiyim kimi 1-ci variant mümkün deyil - tək zövcələr/qadınlar ola bilməz ,qramatik qaydaya görə ən azından bir və ya bir neçə kişi bu cümlədə nəzərdə tutulub.

Qalır ikinci variant.Əlhəmdulillah.

Anlaşılmayan məqam qaldısa - buyurun , soruşun.



Allah sizi hifz etsin, elminizi kamil etsin, inşəllah!



#88857 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 07 февраля 2012 - 11:03 в Ümumislam mövzular

Ardı
İdğam qaydası
3.Əgər hər iki təkrar olunan hərf mütəhərrik (hərəkəli) olarsa və özlərindən əvvəlki hərf də hərəkəli olsa, müzaəfin 1-ci hərfi sükunlu edilib sonra bir-birinə idğam edilir. Məs;
يَمُدُّ يَمُدْدُ يَمْدُدُ
4.Əgər təkrar olunan ikinci hərf sükunlu olarsa və ardınca bitişən zəmir (əvəzlik) gələrsə, məsələn: "مَدَدْتُمْ" onu idğam etmirlər və olduğu kimi oxuyurlar. Əgər onun ardınca zəmir gəlməsə hər iki surətdə (idğam və qeyri-idğam) oxumaq olar, məsələn:

Məsələn: لَمْ يَمُدُّ مُدَّ



#88758 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 03 февраля 2012 - 10:09 в Ümumislam mövzular

İdğam qaydası
1. İdğamın şərti budur ki, müzaəfin birinci hərfi sükunlu və ikinci hərfi isə hərəkəli olsun.

2.Əgər təkrar olunan hər iki hərf mütəhərrik (hərəkəli) olarsa və özlərindən əvvəlki hərf də hərəkəli olsa, müzaəfin birinci hərfi sükunlu edilib sonra bir-birinə idğam edilir.

Məsələn: مَدَّ مَدْدَ مَدَدَ

Ardı var...



#88718 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 01 февраля 2012 - 10:46 в Ümumislam mövzular

İdğam
İki eyni cinsli hərfləri bir-birinə qovuşdurub birgə tələffzü etmək 2 idğam" adlanır. Məs: مَدَدَ مَدَّ Burada iki "dəl" bir-birinə qovuşmuşdur. Əlbəttə bu qayda müzaəf sözlərə aiddir ki, onların iki hərfi təkrar olub, məsələn: مَدَدَ ٫ حَقَقَ ٫ جَرَرَ



#88709 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 31 января 2012 - 10:22 в Ümumislam mövzular

Mötəl fel (xəstə fel)
İzahı...
Yuxarıda qeyd olunanların sağlam olmamasının səbəbi "həmzəli", "xəstə hərfli", "təkrar hərfli" olmalarıdır. Onların felləri " اَفْعَلَ - فَعَلَ - يَفْعِلُ- فَعَلَ" vəznlərində sərf olunmur və bəzi hərfləri digərinə verilir və yaxud atılır, məs: قِ - لِيقِ - يَقِي - وَقَي - يَوْقِيُ
Bu cür kəlmələr "xəstə"(illəli) olduğu üçün deyilmiş qaydalarla oxunmur, buna görə də onların belə uyğunsuzluğu müəyyən qaydalar ilə aradan qaldırılmalıdır. Bu müalicənin adına "Elal" deyilir. Elal bəhsini "tibbul-əlfaz" adlandırmaq olar.
Qeyd: Tərkibində həmzə və təkrar hərflər olub lakin "xəstə" hərfləri (ا-و-ي) olmayan fellər "səhih adlanır. Məsələn: ضَرَبَ٫ مَدَدَ٫ اَمَرَ




#88658 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 30 января 2012 - 10:28 в Ümumislam mövzular

Mötəl fel (xəstə fel)
Qeyd: 1. Bir felin həm "xəstə" və həm də həmzəli olması mümkündür. Məsələn, يَئِسَ naümid oldu,
Bu kəlmə misal "yə"ye və "məhmuzul ayn"dır. جَاءَ (gəldi) kəlməsinin (əcvəfi "yə"yi və məhmuz "lam"dır)
2. Kök hərflərindən ikisi "xəstə" (illə) olan kəlmə "ləfif" (bürünmüş) adlanır. Bu da iki növdür. Əgər "xəstə" hərflərdən ikisi ardıcıl olarsa, "məqrun (yanaşı) ləfif" və əgər "xəstə" hərflər ardıcıl olarsa "məfruq (ayrı) ləfif" adlanır, məs: طَوَي kəlməsi "məqrun", وَقَي kəlməsi isə "məfruq"dur.
İzahı davamında...



#88482 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 24 января 2012 - 10:08 в Ümumislam mövzular

Mötəl fel (xəstə fel)
Kök hərflərindən biri xəstə (ilə) hərf olan ( ي-و - ا) fel "mötəl" fel adlanır. Məs: قَوَلَ - وَعَدَ - رَمَيَ
Bu fel 3 növdür: Misal, əcvəf, naqis
1. "Mötəlul-fa" adlanan felin birinci hərfi "vav" və yaxud "yə" olur. Məs: "وَعَدَ" ("vav"lı misal), "يَسَرَ" ("yə"li misal). Bu növ felə misal fel deyilir.
2."Mötəlul-eyn" adlanan felin ikinci hərfi "vav" və yaxud "yə" olur. Məs: "قَوَلَ" ("vav"lı əcvəf), "بَيَعَ" ("yə"li əcvəf). Bu növ felə əcvəf fel deyilir.
3."Mötəlul-lam" adlanan naqis felin üçüncü hərfi "vav" və yaxud "yə" olur. Məs: "دَعَوَ" ("vav"lı naqis), "رَمَيَ" ("yə"li naqis). Bu növ felə əcvəf fel deyilir.



#88287 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 19 января 2012 - 10:18 в Ümumislam mövzular

Müzaəf (təkrar hərfli) fel
Kəlmənin kök hərflərinin ikisi eyni olub ardıcıl gələrsə, bu müzaəf fel adlanır.
Məs: حَقَقَ ٫ مَدَدَ . Belə kəlmələr "idğam qaydası ilə düzəlir. حَقَّ ٫ مَدَّ




#88260 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 18 января 2012 - 15:10 в Ümumislam mövzular

Salim və qeyri-salim
Kök hərfləri baxımından kəlmə iki növdür: salim və qeyri-salim. Bir kəlmədə əgər həmzə, xəstə hərf (ا-و-ي) və ya təkrar (ardıcıl eyni) hərf olarsa, o "qeyri-salim" və əgər bunlardan heç biri olmazsa, o kəlmə "salim" adlanır. Belə hesab etmək olar ki, bu amillər feldə bir xəstəlik kimidir və onu aradan qaldırmaq lazımdır.
Məhmuz (həmzəli) fel
Kök hərflərindən biri həmzə olan fel "məhmuz fel" (həmzələnmiş) adlanır.
"Məhmuz fel" 3 qismdir.
1."Faul feli" (birinci hərfi) həmzə olan fel, məs: أمَرَ ٫ أمَلَ

2."Eynul feli" (İkinci hərfi) həmzə olan fel, məs: رَأَيَ ٫ سَأَلَ

3."Lamul feli" (üçüncü hərfi) həmzə olan fel, məs: بَدَأَ ٫ قَرَأَ



#88229 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 17 января 2012 - 10:15 в Ümumislam mövzular

Camid və müştəq isimlər
Heç bir feldən düzəlməyib, əvvəldən isim kimi olan kəlməyə camid isim deyilir. Məsələn:

نَارْ - دِرْهَمْ - قَلَمْ - رَجُلْ


Müştəq isim başqa kəlmədən düzəlmiş isimdir. İsmi fail, ismi məful, sifəti müşəbbəhə, mübliğə siyğəsi, alət ismi. zaman və məkan isimləri, ismi təfzil müştəq isimlərdir.



#88207 Şiyə mənbələrində raşidi xəlifələr haqda dəyərli sözlər

Отправлено автор: Malik Eshter 16 января 2012 - 18:27 в Şiə-sünni dialoqu

Bunun səhihliyini sübut edə bilərsinizmi şiə mənbəsində?


Bu nəql mərfudur.



#88206 Şiyə mənbələrində raşidi xəlifələr haqda dəyərli sözlər

Отправлено автор: Malik Eshter 16 января 2012 - 18:24 в Şiə-sünni dialoqu

Əbu Cəfərdən bir nəfər qılıncın bəzədilməsi haqqında soruşduqda, o demişdir: «Olar, Əbu Bəkr əs-Siddiq öz qılıncını gümüşlə bəzəyərdi. Soruşan şəxs ona: "Sən də ona Siddiq deyirsən?" – dedikdə, İmam dərhal yerindən qalxıb demişdir: "Bəli, Siddiq deyirəm, bəli, Siddiq deyirəm. Kim ona Siddiq deməsə, Allah onun sözünü bu dünyada və axirətdə təsdiqləməz» Ərbili. «Kəşfu-l-ğümmə fi mərifəti-l-Əimmə», 2/147.


Bunun səhihliyini sübut edə bilərsinizmi şiə mənbəsində?



#88190 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 16 января 2012 - 10:46 в Ümumislam mövzular

Alət ismi
"İsmi alət" iş vasitələrini, alətlərini bildirir, məsələn: مِفْتَاحْ açar, مِقْرَاضْ qayçı
İsmi alətin vəzni müştəqq (düzəltmə) isimdən 3 vəzndə düzəlir.

1. مِبْرَدْ - مِفْعَلْ- itiləyən, döyüş topu

2. مِطْرَقَةٌ - مِفْعَلَةٌ- çəkic, - qaşıq

3. مِصْبَاحٌ - مِفْعَالٌ - lampa, - dimdik

"İsmi alətin" qeyri (düzəltmə isim) müştəqdən düzəldilməsi üşün xüsusi bir qayda yoxdur. Alət mənasını bildirən hər bir isim "ismi alət2 hesab olunur. سِكِّينٌ bıçaq, قَدُومْ teşə, فَاسْ balta, قَلَمْ qələm



#88189 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 16 января 2012 - 10:36 в Ümumislam mövzular

Məkan və zaman isimləri
Qeyd: Aşağıdakı isimlərin müzarisi "يَفْعَلُ" vəznində olmasına baxmayaraq "مَفْعَلْ" əvəzinə "مَفْعِلْ"vəznində olurlar. Məs:
يَسْجُدُ - مَسْجِدْ٫ يَشْرَقُ - مَشْرِقْ٫ يَغْرُبُ - مَغْرِبْ





#88149 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 14 января 2012 - 10:14 в Ümumislam mövzular

Məkan və zaman isimləri
Felin baş verdiyi zaman və məkanı bildirən bir isimdir, məs; مَطْلَعْ (günəş) çıxan zaman, مَسْجِدْ səcdə və zaman yeri, مَغْرِبُ (günəş) batma zamanı və yeri

Məkan və zaman isimlərinin vəznləri mücərrəd sülasidə iki vəznə malikdir.

1. "مَفْعِلْ" o vaxt düzəlir ki, müzarisinin "eynul feli" kəsrəli olsun "يَفْعِلُ", məsələn:
يَجْلِسُ - مَجْلِسْ ٫ يَحْمِلُ - مَحْمِلُ ٫ يَنْطِقُ - مانْطِقُ

2."مَفْعَلْ" isə o vaxt düzəlir ki, müzarisinin "eynul feli" fəthəli olsun, yəni "يَفْعَلُ", ya zəmməli olsun, yəni "يَفْعُلُ" vəznlərində olsun. Məsələn:
يَكْتُبُ - مَكْتَبُ ٫ يَشْرَبُ - مَشْرَبُ ٫ يَطْبَخُ - مَطْبَخُ

Qeyri-mücərrəd sülasidən onun məful ismi vəzni ilə eynidir, məsələn: مُجْتَمَعُ ictimai yer, مُسْتَقَرُّ qərar yeri, qərargah



#88122 Ərəb qrammatikası dərsləri

Отправлено автор: Malik Eshter 13 января 2012 - 11:24 в Ümumislam mövzular

Ismi təfzil

Qeyd: 3. Rəng və nöqsan bildirən qeyri mücərrəd sülasidən ismi təfzil düzəltmək üçün əvvəl onların məsdərini mənsub halda götürüb onlara
"اَشْكَرَ - اَكْبَرَ - اَكْثَرَ - اَعْظَمَ - اَوْسَعَ يا اَبْلَغَ" kəlmələrindən birini artırırıq, məsələn


Bunların hərəsinin 6 siyğəsi var, məsələn:


اَشَدُّ حُمْرَةً - اَكْثَرُ اِجْتِمَاعًا - اَكْبَرُ دَراجَةً - اَعْظَمُ اِعْوِجَاجًا

4. خير شر yaxşı və pis kəlmələri əslində اَخْيَر اَشَرّ(daha yaxşı və daha pis) kimidirlər. Sonradan çox işləndikləri üçün həmzələri düşmüşdür, məsələn:

عَالِمٌ يُنْتَفَعُ بِعِلْمِهِ خَيْرٌ مِنْ عَبِدْ "Elmindən istifadə edilən alim min abiddən xeyirlidir". (Peyğəmbər (s.ə.ə)





Рейтинг@Mail.ru