Birinci istərdim ki,fərqləri burda siz yazasız.Forumda elmli şiyələrdən biri demişdi ki,Əxbari,Üsuli də hər ikisi əsl şiyədir.İkisi də eyni mənbəyə istinad edir.Sadəcə biraz metod fərqləri var.Mən sualı bir də yazıram.
Əxbari,ya da Üsuli alimlərdən məşhur olanların adlarını yazın.Çətin deyil ki?
Çətin deyil. Sən özün də bir az axtarış aparsan bilərsən kimlər əxbari alimləri olublar, kimlər üsulu. Amma, siz vəhhabi əqidədaşlarıvızın, "elm tələbələrinin" dediklərini əsas götürürsüz. Yəni, qarşı tərəf haqqındakı bilgiləri onların düşmənlərindən alırsız, özlərndən yox.
Bu məsələ ona bənəzyir ki, sanki sizin "elm tələbələriviz" sizi kinoteatrın qarşısında toplayıb deyirlər ki, kinoteatrda rafizilərin çəkdiyi kino gedir. Bu kinoda rafizilər İSlamı təhqir edirlər. Sonra başlayırlar kinonu sizə danışmağa. Siz də girib həmin kinoya baxmaqdansa kinoteatrın qabağındakı vəhhabi qardaşıvızın həmin kinonu "başdan ayağa" sizə danışmasını üstün tutursuz
Halbuki, girib özünüz həmin kinoya baxsanız həm sizin üçün rahat olar, həm də ağıllı iş görmüş olarsız. Çünki, ağıllı insan belə edər. Odur ki, ağıllı insan "rafizilər" haqqındakı məsələni rəqiblərindən yox, elə "rafizilərin" özlərindən öyrənsəniz ağıllı iş görmüş olarsız.
2. Qısaca deyim ki, əxbari alimlər dörd mötəbər kitabda varid olan bütün rəvayətləri -belə deyək- səhih hesab edirlər. Bir növ müxaliflərin Buxari və Muslimdə yazılanları səhih hesab etdiyi kimi. Üsuli alimlər isə istənilən kitabdakı istənilən rəvayəti cərh və tədilə tabe tuturlar.