təhrifin olduğunu deyən şiə alimləri olduqca çoxdur. ama təhrifə aid xüsusi kitablar yazanlarda var. Nuri təbərsi əl, rafizilərin şeyx muhəmməd əs Səyyari, Nəcaşinin atası, Muhəmməd b. Xalid əl Bərqi və s. bunlar təhrif haqqında müstəqil kitablar yazan rafizi şeyxlərdiri. təhrifin olduğunu deyənlərə gəldikdə əl ihticac təfsirinin sahibi təbərsi (1/370), əl amili, həbibullah əl həşimi əl xoyi, əli əl həiri, Seyid şubar və daha bir çox rafizi bunu demişdir.
"təhrifin olduğunu deyən şiə alimləri olduqca çoxdur."
Yenə də yalan deyirsən. Çünki, təhrifin olduğunu deyən şiə alimləri yoxdur. Bəzi əxbari alimlərin sözünün zahirindən belə başa düşülür ki, onlar təhrifin baş verdiyinə etiqad ediblər. Onların sayı da barmaqla sayılacaq qədər çox azdır. Xülasə, FƏRZ EDİLSƏ Kİ bu etiqadda olublar, onların bu məsələni nəzəri öz-özlüyündə şiə məzhəbinin nəzərini təmsil etmir.
"ama təhrifə aid xüsusi kitablar yazanlarda var. Nuri təbərsi əl, rafizilərin şeyx muhəmməd əs Səyyari, Nəcaşinin atası, Muhəmməd b. Xalid əl Bərqi və s. bunlar təhrif haqqında müstəqil kitablar yazan rafizi şeyxlərdiri."
1. Əvvəla, buyur zəhmət olmasa bir-bir həmin kitabların adını çək.
2. Nuri Təbərsinin (r.a) tələbəsi Ağa Bozorg Tehrani (r.a) öz ustadından nəql edir ki, ustadı Quranın təhrifinə inanmayıb. Sadəcə fikirləri yalnış başa düşülüb. Zahirən başa düşülən budur ki, əslində alimin məqsədi məsələni müzakirəyə çıxarmaqdır, nəinki təhrifin olduğuna etiqad etmək.
3. Təhrifin olmadığı barədə şiə alimlərinin yazdığı kitablar təhrifin baş verdiyi barədə yazılan kitablardan -ƏGƏR HƏQİQƏTƏN DƏ YAZILIBSA VƏ BU MƏQSƏDLƏ YAZILIBSA bəlkə 10 dəfə, 20 dəfə, bəlkə də daha çox dəfə artıqdır. Elə isə necə iddia etmək olar ki, "rafizilər təhrifə inanırlar"? Xülasə, bu açıq-aşkar iftiradan başqa bir şey deyil
"təhrifin olduğunu deyənlərə gəldikdə əl ihticac təfsirinin sahibi təbərsi (1/370), əl amili, həbibullah əl həşimi əl xoyi, əli əl həiri, Seyid şubar və daha bir çox rafizi bunu demişdir."
Yenə də yalan deyirsən və artıq bu məsələni izah etdik.