Перейти к содержимому


Публикации N_ن_N

78 публикаций создано N_ن_N (учитываются публикации только с 16-Январь 20)



#103060 Əlinin(ə) Əbu Bəkrə və Ömərə münasibəti

Отправлено автор: N_ن_N 15 Август 2015 - 13:20 в Hədislər

Yenə də səsi-sorağı gəlmir vəhhabilərin.

 

Bir maraqlı hədisə diqqət edək.

 

"“Münafiqin üç əlaməti vardır: Yalan danışır, vədinə əmələ etmir, ona edilən əmanətə xəyanət edir.”

 

Bu hədis müxaliflərin nəzərində səhihdir. Buxaridə də Muslimdə də keçir bu hədis. Qəribədir ki, Əli(ə) Əbu Bəkrlə Ömərə nisbət verdiyi sifətlər arasında bu sifətlər də var.




#103214 Əlinin(ə) Əbu Bəkrə və Ömərə münasibəti

Отправлено автор: N_ن_N 10 Апрель 2016 - 20:17 в Hədislər

 

 

 

salam aleykum..men anlamiram ki Ali a.s ve Abbas r.a aralarinda ki mubahise ne idid ki Abbas Ali a.s bu sozleri deyir!  bunlar heresi oz meselesi ucun gelmeyibler ki ? birde ki Abbas Ali a.s barede bu sozleri demesi yalandi...cunki Abbas Ali a.s RasuluLLAHin vesisi ve velisi olmasini bilirdi!  Seqife hadisesinde Aby Bekre biyat etmiyenlerin biride Abbas idi!

 

 

 

Va Aleykum əs-salam va rahmətullahi va bərakətuhu. Bu rivayət öz-özlüyündə səhih deyil. Ancaq müxaliflər üçün səhihdir.  :rolleyes:

 

:D  :D  :D

 

 

Bəli qardaşım. Rəvayətin öz-özlüyündə səhih olmaması o deməkdir ki, müxaliflər tərəfindən nəql olunub. Bizim üçün müxaliflərin nə dediyinin öz-özlüyündə heç bir önəmi yoxdur. Biz Əlinin (ə) o ikisinə münasibətinin necə olduğunu Muslimdən yaxud digər muxalifdən öyrənməmişik. Bizə əhli-beyt (ə) ardıcıllarının vasitəsilə mütəvatir şəkildə gəlib çatıb Əlinin (ə) onlara münasibəti. Yəni, onlar qəbul etsələr də etməsələr də biz günəşin mövcud olduğunu qəbul edirik. Onlar bunu inar edirlər  deyə biz də bu həqiqəti inkar edə bilmərik. 




#103199 Əlinin(ə) Əbu Bəkrə və Ömərə münasibəti

Отправлено автор: N_ن_N 17 Февраль 2016 - 13:02 в Hədislər

Hamıya salam olsun.NUN qardaş əla hədisdir.Bəli nədənsə,vahabilərin səsi gəlmir))

 

Bu hədisi ilk dəfə eşidən vəhhabilər şoka düşürlər, stress keçiririlər, deppresiyaya giririrlər. İnana bilmirlər. Elə fikirləşirlər ki, "rafizilərin uydurması"dır. Uzun müddət bu şokun təsirindən çıxa bilmirlər. Müəyyən qədər özlərinə gələndən sonra gedirlər "elm tələbələrinin" yanına, bəziləri belə rəvayətin Səhihi-Muslimdə olduğunu inkar edir, insaf deyilən şeydən azdan-çoxdan payı olan bəziləri isə  bu rivayəti "şərh edirlər", bir neçə seans keçəndən sonra bir qədər özlərinə gəlirlər. Ancaq yenə də öz "elm tələbələri" tərəfindən aldadıldıqları şübhəsi  ilə həyatlarını davam edirlər. Ağlını işlətməyi bacaranlar isə səhv yolda olduğunu başa düşüb yenidən haqq yola qayıdırlar. Bəli, bunun da şahidi olmuşuq.) Valhəmdu lilləhi Rabbil aləmin.




#103203 Əlinin(ə) Əbu Bəkrə və Ömərə münasibəti

Отправлено автор: N_ن_N 19 Февраль 2016 - 16:30 в Hədislər

 

salam aleykum..men anlamiram ki Ali a.s ve Abbas r.a aralarinda ki mubahise ne idid ki Abbas Ali a.s bu sozleri deyir!  bunlar heresi oz meselesi ucun gelmeyibler ki ? birde ki Abbas Ali a.s barede bu sozleri demesi yalandi...cunki Abbas Ali a.s RasuluLLAHin vesisi ve velisi olmasini bilirdi!  Seqife hadisesinde Aby Bekre biyat etmiyenlerin biride Abbas idi!

 

 

 

Va Aleykum əs-salam va rahmətullahi va bərakətuhu. Bu rivayət öz-özlüyündə səhih deyil. Ancaq müxaliflər üçün səhihdir.  :rolleyes:




#103129 Əlimizdəki Quranın təhrif olunduğuna etiqad edənin hökmü nədir?

Отправлено автор: N_ن_N 01 Январь 2016 - 11:49 в Əqidə və fiqh

Əssələmu aleykum.

 Qardaşlar, internetimdə bəzən problemlər yaranır deyə foruma çox gələ bilmirəm. Hələlik müvəqəti olaraq da olsa bu problem həll olunub Əlhəmdu lilləh. :) 

 

Keçək mövzuya. Mövzu ətrafında müəyyən fikirlər səsləndirildi, müəyən müzakirələr aparıldı. Lakin, bu müzakirələr sadəcə müzakirə idi. Məqsəd sadəcə müzakirə etmək idi, isbat və ya inkar etmək yox :) 

 

İndi isə mövzuya işıq tutmaq üçün istərdim ki, mütəvatir mövzusuna toxunaq. Nə deməkdir mütəvatir? NƏ bilirik onun haqqında? Neçə cür olur mütəvatir? Əgər mütəvatir mövzusu aydın olsa, əsas mövzunu anlamaq daha çox asanlaşacaq inşaAllah.




#102914 Əhli-Sünnə Mənbələrində Quranın Təhrif Olunması

Отправлено автор: N_ن_N 04 Июнь 2015 - 11:48 в Şiə-sünni dialoqu

Salam.Özüvüz gözəl bilirsiniz ki,Əhli Sünnənin yaxud şiələrin hədis toplumlarında bu cür hədislər mövcuddursa-onların hamısı batil və qeyri-səhihdir.Əslində,şiələrin hədis toplumlarında Quranın təhrif olunması haqqda müxtəlif qissələrlə rastlaşmaq mümkündür,lakin hamıya bəllidir ki,bu cür hədislərin batilliyi aşkardır-istər şiələrin qatında,istər Əhli Sünnənin.Doğrudurmu?


Bismilləh. Vas-salam va rahmətullahi va bərakətuhu.
Bəli, doğrudur.



#103155 Şiələrə suallar (II hissə)

Отправлено автор: N_ن_N 10 Февраль 2016 - 12:50 в Şiə-sünni dialoqu

şiyəlere sualım var, xəndək döyuşu haqqda,deyirsiz ki, imam əli,ve resul .sa.s. dan başqa butun möminler qorxdu çixmaxa abdevednen ,
yani sizin momin saydiqlarinizda var idi,xendek,ezhab döyusunde, salman alfarsi,əmmar ve sair..
yani onlarda qorxdu?

 

Biz "bütün möminlər qorxdu" demirik. Biz səhabələrin arasında hər bir cəhətdən ən üstünü Əlidir (ə) deyirik. Bu bir.

İkincisi budur ki, fikrimcə Əbduvud Qureyşdən özünə bab olan, adlı-sanlı rəqib axtarırdı və onları səsləyirdi. Əbu Bəkr, Ömər, Osman ona bab ola biləcək şəxslərdən idilər. Vallahu əiləm!




#103227 Şiələrə suallar (II hissə)

Отправлено автор: N_ن_N 09 Май 2016 - 15:27 в Şiə-sünni dialoqu

abdhalim, sən nəyi öyrənmək istəyirsən? Hədislərin sənədi barədə olan nəzəri, yoxsa məzmunu barədə olan nəzəri? 




#102915 Yəzid niyə "sevilmir"?

Отправлено автор: N_ن_N 04 Июнь 2015 - 12:05 в Şiə-sünni dialoqu

بسم الله الرحمن الرحيم

السلام عليكم و رحمة الله و بركاته


Vəhhabilərlə söhbət zamanı Yəziddən (l.ə) söz düşərkən bəziləri "nə söymürük, nə öymürük" deyirlər. Yəzidin (l.ə) bəd əməllərini etiraf edib məhz bu əməllərinə görə sevmədiklərini qeyd edirlər. Sualım özlərinə "əhli-sünnə vəl-camaat" deyən, "sələfi" deyən həmin vəhhabiləridir və sual çox sadədir :

Əgər Yəzidi (l.ə) həqiqətən də sevmirsizsə, onun sevilməməyinin səbəbləri arasında İmam Hüseyni (ə) və yaxınları Kərbəlada şəhid etməsi hadisəsi də varmı?



#103244 Sual-Cavab

Отправлено автор: N_ن_N 01 Июнь 2016 - 12:44 в Ümumislam mövzular

qardaşlar, bir mövzunuda sizlərdən öyrənmək istərdim. hədis elmində جمع قران metodu var. bu metod haqqında ətraflı məlumat verməyinizi sizlərdən istərdim. forumun hədislər bölməsində yeni mövzu açıb orada açıqlasazda olar.
təşəkkürlər.

 

"Cəmul-qərain vəş-şəvahid" üsulundan təkcə hədisdə istifadə edilmir. Daha geniş bir anlayışdır. Hansısa bir  iddianın və ya məzmunun doğruluğunun isbatı üçün kənar dəlillər, ipucları, "şahidlər" bir araya toplanaraq həmin iddianın və ya məzmumun doğru olub-olmadığına qərar verilir. 




#103243 Sual-Cavab

Отправлено автор: N_ن_N 01 Июнь 2016 - 12:41 в Ümumislam mövzular

 




#103242 Sual-Cavab

Отправлено автор: N_ن_N 01 Июнь 2016 - 12:40 в Ümumislam mövzular

salam. hər vaxtıvız xeyir.
misal üçün hansısa bir pis varlı insandan pul oğurluq edib və həmin pulu yoxsula vermək bildiyim gədər OLMAZ.

bəs xızırın özgə şəxsin gəmisini deşməsi dərəcədə düzgündür?

*hər iki şəxsin məqsədi yaxşılıq etməkdir.

 

Və əleykum əs-salam.

1. Oğurluq haramdır. Bəli, olmaz.

2. Hər şeyin mülkiyyəti Allaha məxsusdur. Allahın əmri, istəyi və rizası ilə görülən iş çəkdiyiniz misalla müqayisə edilə bilməz.

3. Sizin çəkdiyiniz misalda oğurluq edib pulu yoxsula vermək şəxsi qərardır, "ictihaddır". Həm də iş haram üzərində qurulur. Lakin, haqqında danışdığımız hadisələrdə isə qərarlar isə özbaşına qəbul edilmiş qərarlar deyildi.

 

"Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlanın idi. Altında onlara məxsus bir xəzinə vardı. Onların atası əməlisaleh adam olmuşdur. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini (tapıb  çıxartmalarını istədi. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbr edə bilmədiyin şeylərin yozumu budur!” (Kəhf surəsi, 82)

 

Doğrusunu Allah bilir! 




#103230 Sual-Cavab

Отправлено автор: N_ن_N 09 Май 2016 - 17:45 в Ümumislam mövzular

 


qardaşım, niyə allah bu şəxsin günah etməsinə manə olur, lakin bəzi başqa şəxslərin günah etməsinə manə olmur?
təşəkkürlər diqqətinə görə.

 

 

1. O, uşaq deyildi, gənc idi və kafir idi. Öldürülməsi ilə valideyninə qarşı edəcəyi zülmün qarşısı alınıb. 

2. Zatən həmin kafir gənc günahkarlığı ucbatından öldürülür və öldürülərkən də kafir olaraq ölür. Ayədən də açıq -aşkar görünür ki, məqsəd valideyninə qarşı edəcəyi zülmün qarşısını almaqdır. Bu, bir bəla idi ki, valideynlərdən dəf edilmişdi. Əlbəttə Allah bəlaların qarşısını alandır.

3. Allah insanı faili-muxtar qərar verir.  Yəni, insanın günah etməklə etməmək arasındakı seçimi öz əlindədir. 

 

Ən doğrusunu Allah bilir! 

 

Dəyməz qardaşım, buyur.




#103216 Sual-Cavab

Отправлено автор: N_ن_N 22 Апрель 2016 - 11:21 в Ümumislam mövzular

و عليكم السلام و رحمة الله و بركاته

 

Hər vaxtınız xeyir qardaşım. İçki əvvəldən haram idi.




#103220 Sual-Cavab

Отправлено автор: N_ن_N 24 Апрель 2016 - 00:16 в Ümumislam mövzular

Mənim əziz qardaşım,

1. Əgər diqqət etsəniz "tədricən qadağan olunmuşdur" demir, "tədricən bəyan olunmuşdur" deyir. Yəni. hökm var, sadəcə həmin hökm tədricən bəyan olunur. Bu iki fikir arasında ciddi fərq var. 

2. Nisa surəsində qadınlar ilə əlaqəli hökmlər açıqlanır. Əgər Quranda hardasa "çəkidə aldatmamaq" əmr olunursa, o demək deyil ki, həmin əmrə qədər icazəli idi, lakin sonra qadağan olundu. 


 

Ən doğrusunu Allah bilir!




#103225 Sual-Cavab

Отправлено автор: N_ن_N 09 Май 2016 - 15:22 в Ümumislam mövzular

salam əleykum!
quranda olan bir əhvalat maraqlı gəldi. niyə allah xızır peyğəmbərə uşağın (və ya gəncin) hələm gələcəkdə edə biləcəyi günaha görə öldürmək əmri verdi?

 

 

و عليكم السلام و رحمة الله و بركاته

 

"Edə biləcəyi" yox, "edəcəyi dəqiq olan" günaha görə. Məhz buna görə də burda qəribə bir şey yoxdur.  




#103076 Rəcm "ayəsi"

Отправлено автор: N_ن_N 15 Сентябрь 2015 - 21:14 в Şiə-sünni dialoqu

 


Va Aleykum əs-salam va rahmətullahi va bərakətuhu!

Şükür Allaha qardaşım. Siz necəsüz?

Deməli, bunlara heç cür inanmaq olmaz! ))

Qardaşım, nə vaxtdı bu mövzu açılıb. Bəlkə sən vahabilərdən bir izahat eşitmisən ? :rolleyes:

Elhemdulilleh men de bobatam aga)) Exi bunlar meselelere etrafli, dolgun, deqiq ve duzgun izahat vere bilseydiler ele biz de kecib vehabi olardiq da ne vardi ki))) Bunlarin bura yazdiqlarindan bawqa bir izahat ewitmemiwem. Ancaq bunu deyirler ki Wie Alimleri r.a.3 cur nesxin mumkunluyunu qebul edibler. Vessalam))

 

 

Təki həmişə yaxşı olasan mənim əziz qardaşım. Bu vəhhabilər belədirlər də. Üç səhifə ora-bura fırlatdılar, amma, bir cavab vermədilər. Ay nə bilim alimlər elə deyirlər, alimlər belə deyirlər.

 

Sual vermişik ki, əgər Ömərin iddia elədiyi rəcm "ayə"sinin mətni nəsx olunubsa onda mənbələrdəki məşhur mətn hardandır? 

Öz aləmlərində guya səhv tutdular ki, Buxaridə bu mətn yoxdu ay nə bilim nə ))

 

halbuki, özləri də bilirləree mənbələrində bu mətn var və alimləri də qəbul edirlər. Məsələn:

 

 

Bu videoda vəhhabi ağalarından biri həmin mətndən danışır)

İndi təsəvvür edirsənmi qardaşım? "Ayənin" mətni nəsx olunub, amma öz müxaliflərin mənbələrində bu mətn var. Belə çıxır ki, "Ayə"ni Qurandan "Allah çıxardıb" daha sonra müxaliflərin mənbələrinə salıb! Tövbə əstəğfirullah!

 

Bax, söhbət bundan gedir. Bunlar da yapışıblar ki, filan şiə alimi tilavətin nəxsini qəbul edib... Heç elə deyilee. Lap, guya elə olsa nə olacaq ki? Məgər sual tilavətin nəsxidi? Bunlar həqiqətən ya mövzunu başa düşməyiblər, ya da adətləri üzrə qoyublar özlərini - yumşaq desək- başa düşməməzliyə! )

 

İNdi bunlar deyirlər ki, tilavət nəsx olunub. Yəni, mətn Qurandan çıxarılıb. Deməli, Allah məsləhət bilməyib ki, mətn Quranda qalsın. Amma, müxaliflərin mənbələrində qalıb. İndi sual budur ki, əgər həmin "ayəni" bunların kitablarına Allah salıbsa Allah mətni Qurandan çıxardıb - nəuzubilləh- bunların kitablarına niyə salıb? Nəuzubilləh "Ayə" Qurana layiq olmayıb, ya Quran "ayə"yə?

Yox əgər Allahın Qurandan "Çıxartdığı ayə"ni müxaliflərin hədisçiləri götürüb öz kitablarına salıblarsa ...naprasno... Oçen naprasno! A kişi, Allah bu "ayənin" mətnini öz kitabından məsləhət bilib  çıxardıbsa, sən niyə və nə ixtiyarla götürüb onu öz kitabına salırsan??

Hələ maraqlıdır ki, bunlar "ayənin" nəsx olunmuş mətnini hardan tapıblar? )

 

Biri çıxıb bir fərli başlı cavab vermir ki, fikirlərini biləsən. Bizi görən kimi, başlayırlar "rafizilər", "müşriklər" nə bilim nə...




#103163 Quran təhrİf olunmayıb

Отправлено автор: N_ن_N 12 Февраль 2016 - 20:32 в Şiə-sünni dialoqu

Ər-Rəhman (və) ər-Rəhim Allahın adı ilə.
Elməddin88!
Qur`anın təhrif olunmasını deyən şiə məzhəbinin ən böyük alimləridir. "Məgər, sizin bundan xəbəriniz yoxdur. Əgər, xəbəriniz yoxdursa, onda, mən sizün üçün yazaram. Siz də zəhmət çəkin oxuyun.

 

Sən bir de görək bu ərəbcə mətnləri kimdən kopyalamısan? Hansı kitabdan və ya məqalədən götürmüsən? Kimdir bu məqalənin müəllifi ki, sən ondan kopyalayıb yapışdırırsan? Ərəbcə yerlə.dirdiyin mətnlərdən görünür ki, sən özün birbaşa mənbədən götürməmisən. Kiminsə ərəbcə yazdığı məqalədir, sən də koypalamısan. Ehtimal ki, həmin ərəbcə məqalə elə səninlə eyni əqidədə olan bir vahhabinin yazısıdır. Amma, eybi yoxdur. Canın sağ olsun. Yazdığın qədərinə cavab verərik inşə-Allah.

 

Keçək yazdıqlarına:

 

1. YAzmısan:

قال الفيض الكاشاني في تفسير الصافي : "والمستفاد من هذه الأخبار وغيرها من الروايات من طريق أهل البيت عليهم السلام أن القرآن الذي بين أظهرنا ليس بتمامه كما أنزل على محمد صلى الله عليه وآله وسلم بل منه ماهو خلاف ما أنزل الله ، ومنه ما هو مغير محرف ، وأنه قد حذف منه أشياء كثيرة منها اسم علي عليه السلام ، في كثير من المواضع ، ومنها لفظة آل محمد صلى الله عليه وآله وسلم غير مرة ، ومنها أسماء المنافقين في مواضعها ، ومنها غير ذلك ، وأنه ليس أيضا على الترتيب المرضي عند الله ، وعند رسول صلى الله عليه وآله وسلم". (تفسير الصافي 1/49 منشورات الاعلمي ـ بيروت ، ومنشورات الصدر – طهران) .

1- Əl-Feydul Kəşani (1091-inci ilədə vəfat edib). "Təfsirus-Safi" (1-inci cild, 49-uncu səh.) demişdir: "Yuxarıda istifadə edilən bu xəbərlərdən və əhli beyt (əs) yolu ilə gələn başqa rəvayətlərə görə, bizim nəzdimizdə olan Qur`an Muhəmmədə (sas) nazil olan kimi tamam deyildir. Əksinə, orada, bəziləri Allahın nazil etdiklərinə müxalif olanlar, bəziləri də təhrif edilərək dəyişdirililmişdir. Oradan çox şeylər ixtisar edilmişdir. Bunlardan biri də, bir çox yerdə Əlinin (ra) adı ixtisar edilmişdir. Bunlardan biri də, bir çox yerdə Muhəmmədin (sas) ailəsi kəliməsi oradan çıxardılmışdır. Bunlardan, bir çox yerdə münafiqlərin adı oradan çıxardılmışdır. Bunlardan, həmçinin, başqa məsələlər. Həmçinin, Allahın və peyğəmbərin (sas) nəzdində razı olanlar tərtib ilə deyildir"."

 

Cavab: Burda məsələ sənin iddia etməyə çalışdığın kimi deyil. Sadə şəkildə sənə belə izah edib. Əgər başa aydın olmasa geniş izah edərik inşə-Allah.

 

Məlum məsələdir ki, Quran peyğəmbərə (s) təfsirləri, şərhləri ilə gəlib. Peyğəmbərimiz (s) də həmin təfsirləri və şərhləri ümmətə açıqlayıb. Peyğəmbərimiz (s) də ona vəhy ediləndən başqa bir şey demir. Deməli, təfsir və şərhlər də bir növ Allahın vəyhidir. Əgər həmin təfsir və şərhlərə etina edilməsə, onlar Qurandan çıxarılsa "Quran Muhəmmədə nazil olduğu kimi tamam" olmaz. Peyğəmbərin təfsiri, şərhi çıxarılsa əslində bəzi məsələlər Allahın söylədiklərinə müxalif olar. Necə ki, hal-hazırda belədir. Məsələn, müxaliflər iddia edirlər ki, əhzab surəsindəki "əhli-beyt"ə peyğəmbərin (s) xanımları da daxildir. Halbuki, bu, Allahın nazil etdiyi həmin ayəyə müxalifdir. Çünki, peyğəmbər (s) bu ayəni şərh edərkən beş nəfəri nəzərdə tutub, xanımları yox. Yaxud, dəstəmaz ayəsindəki ayaqları yumaq məsələsinə baxaq. Ayaqları yumaq ALlahın nazil etdiyinə müxalifdir. Çünki, peyğəmbərin (s) bunu "məsh etmək" kimi şərh edib. Peyğəmbərin şərhi elə Allahın nazil etdiyidir. Deməli, əksinə söz demək Allahın nazil etdiyi ilə müxalifət etməkdir. Həmçinin, bu Quranı məna baxımından təhrif etməkdir. İmam Əlinin (ə) və münafiqlərin adları da məhz şərhdən, təfsirdən çıxarılıb. Nə demək istənildiyini başa düşmək üçün əlində olan Quranın tərcüməsini mötərizələrin içərisində olan şərhlərsiz oxu. Onda görəcəksən ki, əksər şeyləri başa düşməyəcəksən və ortaya bir çox fəsadlar çıxacaq. İndi təsəvvür elə ki, qeyri-məsumun verdiyi şərhlər, mötərizələr olmadıqda hal beləykən gör peyğəmbərin (s) özünün verdiyi şərhlər olmasa necə fitnə-fəsadlar yaranar?! Elə yaranıb da. Nəzərdə tutulan da məhz budur.

 

Mən hələ ərəbcə mətnin müəllifinin hərfbə hərf düz yazıb düz sitat gətirdiyini dəqiqləşdirmək lüzumu görmədim. Bu sitatların doğru olduğu fərz edilərsə izahı budur.  Bir də ki, əgər fikir verdinsə sitatda"ayələrin çıxarılmasından",  yaxud dəyişdirilməsindən söhbət getmir. Yəni. "ayə" sözü keçməyib.

 

Sonra yazırsan:

قال محمد بن محمد النعمان المفيد : " ان الاخبار قد جاءت مستفيضة عن أئمة الهدى من آل محمد - صلى الله عليه وسلم - باختلاف القرآن وما أحدثه الظالمين فيه من الحذف والنقصان ".
2- Muhəmməd bin Muhəmməd ən-Nu`man əl-Mufid "Əvəilul-məqalət" kitabında demişdir ("Əvəilul-məqalət" (səh. 91): "Şübhəsiz ki, Muhəmmədin (sas) əhli beytindən olan hidayət imamlarından gələn xəbərlərə görə, Qur`anda ixtilaf vardır və zalimlər onu ixtisar və naqis etmişlər".

 

Cavab:  Qeyd etdiyin bu sitatın da doğru olub-olmadığını dəqiqləşdirmədən deyirəm ki, əgər doğru fərz edilərsə yenə də izahı az öncə dediyimiz kimidir. Söhbət Quranın mənəvi təhrifindən gedir. Halbuki, bunda heç-bir şəkk-şübhə yoxdur.

 

Yazırsan:

قال أبو الحسن العاملي في "تفسير مرآة الأنوار ومشكاة الأسرار" : " اعلم أن الحق الذي لا محيص عنه بحسب الأخبار المتواترة الآتية وغيرها ، أن هذا القرآن الذي في أيدينا قد وقع فيه بعد رسول - صلى الله عليه وسلم - شيء من التغييرات ، وأسقط الذين جمعوه بعده كثيرا من الكلمات والآيات ".
3- Əbul-Həsən əl-Amili "Mir`ətul-ənvər və mişkətul-əsrar" kitabında (Səh. 36) demişdir: "Bil ki, üzərində heç bir şübhə olmayan, mütəvatir və başqa yollarla gələn xəbərlərə görə haqq budur ki, bizim əlimizdə olan bu Qur`ana peyğəmbərdən (sas) sonra, dəyişikliklərdən bir şey qarışmışdır. Peyğəmbərdən (sas) sonra, Qur`anı cəm edənlər, ordan bir çox sözləri və ayələri oradan çıxarmışlar".

 

Cavab:

1. Adını çəkdiyin mərhum Əbul-Həsən əl-Amili (r.a) əxbari alimi idi. Yəni, şiə alimi olsa da, üsuli deyildi və bu kimi məsələlərdə sözü öz-özlüyündə mötəbər deyildi. Əlbəttə əxbarilər də on iki imami şiə idilər. Lakin, hədis elmindəki müəyyən müddəaları yalnış idi. Bununla bərabər, əxbari olmaq Quranın təhrifinə inanmaq demək deyil.

2. BU alimə də nisbət verdiyin sitatı dəqiqləşdirmədən deyirəm ki, sitatın doğru olduğu fərz edilərsə  sitatda problem yoxdur. Çünki, sünni rivayətlərindən məlum olan budur ki, peyğəmbərdən sonra Əbu Bəkrlə Ömər Quranı cəm etməyə cəhd ediblər. Halbuki, Quran elə peyğəmbərin (s) dövründə cəm edilmişdi. Onlar bu işi görmüşlərsə bu işdən məqsədləri nə idi Allah bilir.

Buxarinin Quranın cəmi barədə yazdığı iki "səhih" rəvayətdən açıq-aşkar məlum olur ki, onların topladıqları Quranda hətta ayə naqisliyi belə var idi. Yəni, əslində Qurandan olan ayə həmin topluda yox idi. Bu OSmanın dövrünə qədər davam etdi. Sonra bu fəsad aradan aparıldı. Buxarinin yazdığı "səhih" rəvayətdə bu məsələni açıq-aşkar görmək mümkündür. Əgər lazım olsa rəvayəti də təqdim etmək mümkündür.

3. Fərz etsək ki, Əbul-Həsən Amili Quranın nəzərdə tutulan mənada təhrifinə inanıb, bu halda bir və ya bir neçə alimin nəzərini bütün şiələrə şamil etmək olmaz. Bir halda ki, həmin alim əxbaridir, bu qətiyyən yolverilməzdir. Əgər adı çəkilən mərhum alim bu fikirdə olmuşsa da bu xətalı ictihad onun kafir olmasına səbəb olmaz. İstəsən bunu da izah edə bilərik

 

 

YAzırsan:

قال العلامه الحجه السيد عدنان البحراني في "مشارق الشموس الدرية" : إذ قال : " وكونه : أي القول بالتحريف " من ضروريات مذهبهم " أي الشيعة ".
4- Əlləmə, huccə Əs-Seyyid Adnan əl-Bəhrani "Məşariquş-şumusud-dürriyyə" kitabında demişdir (Səh. 126, əl-Məktəbətul-adnaniyyə" nəşr evinin nəşrlərindən -əl-Bəhreyn): "Bunun belə olması
– yəni, Qur`anın təhrif olunması – şiələrin məzhəbinin zərurətindəndir".
Hələlik, bu qədər.

 

 

Cavab: Əvvəla, mərhum əl-Bəhrani də əxbari alimlərindəndir. Yuxarıda dediyim fikirlər əl-Bəhrani (r.a) üçün də keçərlidir.

İkincisi, sən - daha doğrusu kimdən ki, bu sitatları koypalamısan çox ciddi təhriflərə yol verib. Əvvəla, altından xətt çəkdiyim hissə əl-Bəhraninin yox, kimdən ki, mətni kopyalamısan onun əlavəsi, şərhidir. FƏRZ EDİLSƏ Kİ, doğrudur, məsələ yuxarıda izah etdiyim kimidir. Yəni, bu halda belə bu fikri ümumilikdə şiələrə nisbət vermək olmaz və bu xətalı ictihadına görə mərhum əl-Bəhrani (r.a) kafir hesab edilməz. Yazdığımız hər sözü, hər cümləni, hər fikri -EHTİYAC OLARSA- ayrı-ayrılıqda təfsilatı ilə izah edə bilərik.




#103151 Quran təhrİf olunmayıb

Отправлено автор: N_ن_N 17 Январь 2016 - 21:22 в Şiə-sünni dialoqu

Mənə maraqlı oldu. Xoi deyir ki: bu məzmunda nəql olunmuş və istinad olunası bir neçə mö᾽təbər rəvayətlər də vardır. Bəs sizdə 12 imamdan Quranın təhrifini inkər edən mötəbər rəvayətlər var? Deyilsin ki, insanların əlində olan Quran təhrif olunmayıb. Niyə görə "insanların əlində" deyilsin, ona görə ki bəziləriviz deyib ki həqiqi Quran 12-ci imamdadı. Və "insanların əlində olan Quran" qeyd olunmasa, ehtimal var ki, 12-ci imamda olan Qurandan söhbət getsin.
Belə bir mötəbər şiə hədisi var? Varsa sənədi, və dəqiq mənbəsi ilə bura qeyd edin onu.

 

Va aleykum əs-salam.

 

1. Ayətullah Xoinin (q.s) nəyi nəzərdə tutduğunu başa düşmək üçün kəsib-doprayıb yerləşdirməkdənsə bütöv şəkildə nəzər salmaq lazımdır. Al-Fathın  da bildirdiyi kimi məsələyə bütöv bax. Bir cümlə ilə məsələ haqqında bilgi hasil olmaz. Bir cümlə bir kitabı, bir məqaləni başa düşmək olmaz.

 

2. Sualın zahirən maraqlı görünsə də əslində çox yersiz  sualdı, düşünülmədən tutulmuş "iraddır". Yazmısan  ki, "Və "insanların əlində olan Quran" qeyd olunmasa, ehtimal var ki, 12-ci imamda olan Qurandan söhbət getsin." O sənə elə gəlir ki, guya söhbətin 12-ci imamda (s) olan Qurandan getdiyinə EHTİMAL VAR. Belə bir ehtimal qətiyyən yoxdur.

Ona görə ki, 12-ci imamda olan Quran Əlinin (ə) topladığı Qurandadır. Özündən sonra imamlar vasitəsilə 12-ci imama (ə) çatıb. Yəni, həmin Quran əmin əllərdə olub. Kİm təhrif edəcəkdi həmin Quranı? HAŞA imamlar təhrif edəcəkdilər? :rolleyes:

Şiələr də gözəl bilirdilər ki, imamın (ə) yanında əmanət olaraq olan Quranın təhrif olunmasına zərrə qədər də olsun ehtimal belə yoxdur. Odur ki, hansısa imamın "imamların yanında olan Quran təhrif olunmayıb" deməsinə ehtiyac belə yoxdur. :rolleyes:




#103152 Quran təhrİf olunmayıb

Отправлено автор: N_ن_N 17 Январь 2016 - 21:40 в Şiə-sünni dialoqu

İrəvani mən bəyəm xaça söyürəm?
Məndə onu deyirəm ki şiyə alimlərindən bir qismi Qurani Kərimin təhrifinə inanıb!

Qardaş yazıb ki, " bizlərdən azacıq bir dəstə". Sən "şiə alimlərindən bir qismi" məsələsini hardan, necə götürdün və hardan bildin ki, həmin ALİMLƏR MƏHZ KULEYNİ VƏ QUMMİDİR, yaxud aralarında KULEYNİ VƏ QUMMİ DƏ VAR?

Açığı qardaşımız ünvan vermədiyi üçün bu məsələni dəqiqləşdirmək üçün araşdırmaq çox vaxt aparan şeydir. Ünvan yazsa idi daha yaxşı olardı. Məsələni dəqiqləşdirmək daha rahat olardı.




#103160 Quran təhrİf olunmayıb

Отправлено автор: N_ن_N 12 Февраль 2016 - 19:16 в Şiə-sünni dialoqu

Subhani oftop eləmə.Mən dedim axı əgər təkcə təhrifə inanan Kuleyni olsaydı dərd yarı.Ondan başqa Təbərsi və İbrahim Qumidə təhrifə inanıb

 

 

Sən hardan bilirsən ki, Kuleyni (r.a), Təbərsi və İbrahim Qummi (r.a)  təhrifə inanıblar? ONların özlərindən eşitmisən, yoxsa hansısa kitablarında bu barədə açıq-aydın rəyləri var? Yoxsa, hansısa etimad etdiyin bir şəxs onlardan eşitdiyini qeyd edib? Bəlkə hansısa alim bu yöndə qətiyyətlə bir söz deyib?

 

Halbuki, Şeyx Saduq (r.a) açıq -aşkar bildirib ki, "kim bizə (Quranın təhrifi iddiasını) ... nisbət verirsə kəzibdir". Yəni, "yalan deyir".

 

MƏlumdur ki, Kuleyni (r.a) vəfat edərkən Şeyx Saduqun (r.a) təqribən 20 yaşı var idi. ƏLlamə Kuleyninin (r.a) müasiri olub. Əgər KUleyninin (r.a) belə bir inancı olsaydı Saduq (r.a) Kuleynini (r.a) istisna edərdi. Həmçinin Qummi də (r.a) ( bəlkə də sən Əli bin İbrahim Qummini nəzərdə tutumusan amma səhvən İbrahim Qummi yazmısan) Saduqdan (r.a) qabaq yaşayıb. Əgər onun da belə inancı olsaydı Saduq (r.a) onu da istisna edərdi. Məsələn deyərdi ki, "Kuleyni, Qummi və s. bir neçə alim istisna heç birimiz təhrifə inanmamışıq. Onlar istisna olmaq şərtiylə kim bizə belə bir inanc nisbət versə kəzibdir, yalan danışır". Halbuki, Şeyx Saduq (r.a) belə deməmiş, heç kimi istisna etməmişdir. :rolleyes:




#103150 Quran təhrİf olunmayıb

Отправлено автор: N_ن_N 17 Январь 2016 - 11:44 в Şiə-sünni dialoqu

Subhani bunları bəyəm sizin alim Feyz Kaşani bilmirdi?
Əgər bilirdisə onda böhtan atıb,əgər bilmirdisə onda vay o məzhəbin aliminə ki cahil ondan çox bilir smile.gif

Dərd bəyəm təkcə Kuleynin dərdidir?? Elə həmin kitabda Quranın təhrifinə inanan daha başqa adamların adıda keçir.

Onun ustadı Əli ibn Ibrahim Qümmi də elə; onun təfsiri belə rəvayətlərlə doludur, o, bu işdə xüsusi səy göstərir. Eləcə də şeyx Əhməd ibn Əbu Talib Təbərsi (Qəbri nurla dolsun!) özünün "əl-İhticac" kitabında onları təqlid etmiş-dir”.

 

 

Əvvəla, sənin sitat gətirdiyin hissəyə aydınlıq gətirək, sonra keçək böhtan məsələsinə.

1. "Qummi də elə" fikrindən başa düşülən budur ki, Kaşaninin (r.a) Qummi (r.a) barədəki nəzəri də Kuleyni (r.a) barədəki nəzəri kimidir. Yəni, rəyi "ZAHİRƏN"-dir, qəti deyil. Kaşaninin (r.a) KUleyni (r.a) barədə dedikləri üçün etdiyimiz izah Qummi (r.a) barədə dedikləri üçün də keçərlidir.

2. Kaşani harda yazıb ki, " O BU İŞDƏ XÜSUSİ SƏY GÖSTƏRİRDİ"? Zəhmət olmasa bunu bizə göstərərsən :rolleyes:

 

İndi isə bu fikrinə nəzər salaq: "Əgər bilirdisə onda böhtan atıb,əgər bilmirdisə onda vay o məzhəbin aliminə ki cahil ondan çox bilir"

 

Vəhhabilər özlərini daha ğıllı hesab edib belə rahat-rahat, iddialı-iddialı danışanda çox qəribə görünürlər.)

 

1. "BÖHTAN ATMAQ" o zaman baş verir ki, bir kəs haqqında ORTADA HEÇ BİR ŞEY YOX İKƏN, SIRF ONA HANSISA BİR ZƏRƏR YETİRMƏK QƏSDİ İLƏ söz deyirsən və əlbəttə bunu edərkən bilirsən ki, ƏSLİNDƏ MƏSƏLƏ SƏN DEYƏN KİMİ DEYİL. Lakin, yenə də belə bir əmələ qol qoyursan. Bu da olur böhtan. Kaşaninin (r.a) Kuleyni (r.a) və Qummi (r.a) haqqında dediklərinin böhtanla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Əgər varsa, buyurun isbat edin. Siz əvvəlcə bir öyrənin görün "BÖHTAN" nə deməkdir. Bəlkə onda bohtan atmaqdan əl çəkərsiz.)

 

2. Təkrar edirəm! al-Fathın dediyi fikrin alimlərə, elm əhlinə istinadı var. Yəni, məsələ- sənin təbirincə desək- "cahilin" alimldən çox bilməsi məsələsi deyil. Yəni, Kaşaninin (r.a) şəxsi ictihadının, rəyinin müqabilində deyilən söz də elə alim nəzəridir.

 

3. "onda vay o məzhəbin aliminə ki cahil ondan çox bilir" fikrinə gəlincə.  Özünüzün səhih qəbul etdiyiniz hədisə əsasən İmam Əli (ə) Əbu Bəkri, Öməri yalançı, vəfasız, xain, günahkar hesab edib. Amma, "alim" adlandırılan cahillər deyirlər ki, belə deyil. Siz çox bilirsiz ya ƏLi (ə)? Əgər belə deyildisə belə çıxır ki, ƏLi (ə) onlara böhtan atıb? :rolleyes: Yaxud, İmam Huseyn (ə) Yezidə beyət etmir, onunla savaşır. Amma, sizin "alim" adlandırdığınız cahillər deyirlər ki, "Yezid şəri xəlifə idi....", "ona beyət şəriətə uyğun beyət idi". Utanmadan peyğəmbərin (s) nəql olunan hədisləri də elə yozurlar ki, guya Yezidə beyət etmək zəruri imiş. Peyğəmbəri (s) siz yaxşı tanıyırsız ya Hüseyn (ə)?

Başqa misallar da gətirmək mümkündür. Fikrimcə ağıllı adamlar üçün bu qədəri kifayətdir.




#103149 Quran təhrİf olunmayıb

Отправлено автор: N_ن_N 17 Январь 2016 - 11:18 в Şiə-sünni dialoqu

Bu məsələni bir az da izah edək.

Deməli, Kaşani (r.a) Kuleyni (r.a) haqqında deyir ki, "Siqatul-İslam əl-Kuleynidən zahir olan budur ki, Quranın təhrifinə və onda nöqsanın olduğuna etiqad edirdi." Bununla bərabər Kaşani (r.a) təhrifi və nöqsanı inkar edir. Omar da deyir ki, əl-Kaşani (r.a) özü təhrifi inkar edir, Kuleyninin (r.a) təhrifi inkar etdiyini demir. Əksinə deyir ki, Kuleyni (r.a) təhrifə etiqad edirdi.

 

1. Artıq izah etdik ki, Kaşani (r.a) təkid etmir ki, KUleyni (r.a) bu etiqadda idi. belə olsaydı "Siqatul-İslam əl-KUleyni ..etiqad edirdi" deyərdi, "Siqatul-İslam əl-KUleynidən zahir olan budur ki, ... etiqad edirdi" deməzdi. Bu da o deməkdir ki, Kaşaninin (r.a) nəzəri zənnidir, yəni, öz nəzəri, rəyidir, qəti deyil. Belə ki, Kuleyninin (r.a) həqiqətən də belə bir nəzərinin olması barədə yəqinliyə çatmayıb. Nə özündən birbaşa eşitməyib, nə də kimdənsə Kuleyninin (r.a) belə dediyini nəql etməyib.

2. Məsələ burasındadır ki, Kaşaninin (r.a) Kuleyni haqqında dediyi sözün zahirindən də o başa düşülmür ki, guya O, Kuleyninin (r.a) -OMARIN DEDİYİ MƏNADA - təhrifə inandığını deyib. Ola bilər ki, Kaşani (r.a) KUleyninin (r.a) başqa mənada təhrifə və nöqsana inandığını deyib. Ən doğrusunu Allah bilir.

3. Hər bir halda... Kaşaninin (r.a) Kuleyni (r.a) haqqında OMARIN NƏZƏRDƏ TUTDUĞU FİKRİ  dediyi fərz edilsə belə, bununla Kuleyninin (r.a) həqiqətən də bu etiqadda olduğu nəticəsini çıxarmaq olmaz. Əvvəla ona görə ki, heç Kaşani özü bu barədə qəti söz demir. İKincisi ona görə ki, təkcə bir nəfərin şəxsi fikri, rəyi, ictihadi bütün bir məzhəb üçün dəlil deyil. Bir sıra şiə alimləri , elm əhli  Kaşaninin (r.a) bu rəyinə etiraz etmiş, rəyinin doğru olmadığını tutarlı dəlillərlə isbat etmişlər. Bu rəyin xətalı olduğu barədə dəlillər kifayət qədərdi.

4. ƏN AZINDAN OMAR, eləcə də digər vəhhabilər ARAŞDIRIB ÖYRƏNMƏLİ İDİ Kİ, Kaşaninin (r.a) bu fikrini başqa şiə alimləri qəbul edirlər ya yox? Ümumiyyətlə şiə alimləri arasında Kuleyninin (r.a) belə etiqadda olub-olmadığı barədə fikir ayrılığı var ya yox? Daha sonra bu fikir ayrılığının nədən qaynaqlandığını, hansı tərəfin dəlillərinin daha güclü olduğunu, hansı nəzərin daha məşhur olduğunu öyrənməli idi. Lakin, Omara və vəhhabi qardaşlarına bütün bunlar sərf eləmir. Onlar öyrəşiblər alimlərimiz haqqında hər nə gəldi danışmağa. Məsələ burasındadır ki, bunlar heç özləri də məsələnin əslini bilmirlər. Baş bilənləri, bunların "elmli" qardaşları bu cür yersiz şübhələri "copy-paste" edib atıblar bunların beyinlərinə. Bunlar da başlayıblar həmin proqram əsasında danışmağa.

5. Omar QƏTİYYƏTLƏ iddia edir ki, KUleyni (r.a) təhrifə inanıb. Dəlili nədir? Guya Kaşaninin (r.a) sözü. Halbuki, heç Kaşani özü belə QƏTİYYƏTLƏ fikir bildirməyib. Bundan əlavə Kaşaninin (r.a) sözünün zahirindən Omarın iddia etdiyi məna başa düşülmür. Xülasə, OMARIN iddiası batildir. :rolleyes:

 

Əslində bu məsələni daha geniş izah etmək olar. Lakin, fikrimcə ağıllı adamlar üçün bu qədəri də kifayətdir.

P.S

Kiməsə bu məsələ hansısa qaranlıq bir məqam qalsa buyursun.




#103161 Quran təhrİf olunmayıb

Отправлено автор: N_ن_N 12 Февраль 2016 - 19:34 в Şiə-sünni dialoqu

hansı sünnü alimi təhrifə inanıb?
Amma nəsx ilə təhrifi qatmayın bir birinə

 

1. Sənin təbirincə desək alimlər olsaydı "dərd yarı". Sünni mənbələrində nəql edilən rəvayətlərə görə hətta bəzi səhabələr də təhrifə inanıblar. Məsələn, götürək elə İbn MƏsudu.  Sünni rəvayətlərə görə İbn Məsud Muavvazəteynin Qurandan SURƏ olduğu inancında deyildi. yəni, iki surəni Qurandan surələr bilmirdi.

 

2. Necə yəni "amma nəsx ilə təhrifi qatmayın bir-birinə". İndi guya sən 2elmi cavab" vermisən? "Tivalətin nəsxi"  elə Quranın təhrifidirdəə. Sadəcə, sünni alimləri bu tənədən qaçmaq üçün məsələni Allaha aid ediblər. Özü də heç bir dəlil-sübut olmadan.

 

Gör sən bu məsələlər arasında nə kimi fərq görürsən? 

A) İddia: Qurandan bəzi ayələr və ya sözlər çıxarılıb. Yerinə də təzəsi qoyulmayıb. Bunu qərəzli şəxslər ediblər. BUNUN ADI QURANIN TƏHRİFİDİR. Qərəzli şəxslərin etməyinə dəlil varmı? Yoxdur.

B) İddia: Qurandan bəzi ayələr və ya sözlər çıxarılıb. Yerinə də təzəsi qoyulmayıb. Bunu -nəuzubilləh - ALlah edib. BUNUN ADI TİLAVƏTİN NƏSXİDİR.  Allahın etməyinə dəlil varmı? Yoxdur.

 

Bəs görəsən Allah etməyibsə "tilavəti kim nəsx edib"? Deməli, nəsə çıxardılıb. Sünnilər iddia edirlər ki, Allah eləyib. Lakin, Allahın elədiyinə dəlil yoxdur. Amma, kiminsə etdiyi dəqiqdir. Bəs elə isə kim edib?

Faili-məchul... Çıxış yolunu bunda görüblər ki, bu işi Allahın hesabına yazısnlar. Lakin, Allahın etdiyi barədə dəlil gətirə bilməyiblər. Allah da deməyib ki, mən etmişəm. Kim deyib ki, ALlah edib? Sünni alimləri :rolleyes: Deməli, Allah özü təsdiq eləmir ki, mən eləmişəm. Sünni alimləri deyirlər ki, Allah eləyib. BU ya doğrudur, ya da iftira. Doğru olduğuna qətiyyən heç bir dəlil yoxdur. Bəs görəsən sünni alimləri hardan biliblər ki, bunu ALlah edib? Onlara Allah özümü deyib? 

 

Sözə baxaa. "Amma nəsx ilə təhrifi qatmayın bir birinə". Adi söz deyilee elə bil aforizmdir! :rolleyes:




#103162 Quran təhrİf olunmayıb

Отправлено автор: N_ن_N 12 Февраль 2016 - 19:36 в Şiə-sünni dialoqu

Qardaşlardan xahiş edirəm Kuleynin(r.a)(yalnız Kuleyni, başqa alim yox) Quranın təhrif olunub-olunmaması barədə fikrini yazasınız.

 

Kuleyni (r.a) qətiyyən təhrifə inanmayıb.





Рейтинг@Mail.ru