Перейти к содержимому


Публикации Abu Sufyan ordusu

95 публикаций создано Abu Sufyan ordusu (учитываются публикации только с 10-мая 23)



#98812 Zəif hədislər haqqında risalə

Отправлено автор: Abu Sufyan ordusu 30 мая 2013 - 04:21 в Hədis elmi

Seyyid Muhəmməd Baqir əl-Huseyni əl-Mərəşi əd-Damad r.a. zəif hədislərin digər hədislərdən ayırd etmə əlamətləri haqqında bu cür bildirir:

"Hədisin uydurma olması uyduran şəxsin iqrarı ilə, yaxud iqrara bənzər qərinə ilə bilinər. Həmin şəxsin iqrarı ilə-zahiri dəlil səbəbinə-bu hədisə uydurma hökmü verilsədə bu hökm qəti deyildir, çünki həmin şəxsin iqrarı da yalan ola bilər.
Bə`zən də nitqin naqisliyindən, mə`nanın cəfəngiyyat olmasından, yaxud buna bənzər bir şeylə də hədisin uydurma olması bəlli olur. Bə`zən isə hədisin sənədinin zəif olmasına baxmayaraq mətninin səhihliyinə də hökm verilir. Çünki mətndə güclü üslub, bəlağət, elmin qəlizlikləri, gizli sirlər və s. cəm olması bu mətnin yalnız və yalnız vəhy xəzinəsindən, ismət əshabından, Ruhul-Qudusun hizbindən, Qudsi qüvvənin mə`dənindən sadir olmasının sübutudur." ("ər-Ravaşih əs-Səməviyyə" səh 193)



#98811 Zəif hədislər haqqında risalə

Отправлено автор: Abu Sufyan ordusu 30 мая 2013 - 03:54 в Hədis elmi

Daxili və Xarici qərinələr

Qərinələr daxili və xarici olaraq iki növə bölünür:
Xarici qərinəyə nümunə olaraq bizdə olanları dəstəkləyən əhli-sünnə yolu ilə nəql olunmuş və onların öz əqidələrinə müxalif olan rəvayətləri göstərmək olar. Məsələn fərz edək ki, Xanım Zəhranın s.a. başına gətirilən müsibətlər bizdə zəif xəbərlərdə öz əksini tapmışdır. Eyni zamanda onların rəvayətlərində də bu məsələnin öz əksini tapması bu cür fərz olunmuş zəif rəvayətlərin doğu olduğuna sübutdur. Çünki onların əqidələrinin xilafına və onlara qarşı höccət olduğu halda bu cür xəbəri nəql etmələri bizdə olan zəif xəbərlər üçün çox güclü qərinədir.
Həmçinin qeyblə bağlı zəif xəbərlər, hansı ki, sonradan zaman onu təsdiqləmiş, insanlar onun şahidi olmuşlar. Bu cür xəbərlər İmamlarımız a.s. barəsində bizə müxalif olanlara qarşı çox güclü höccətdir. Çünki bu cür xəbərlərin məzmununda onların gələcəkdə baş verəcək hadisələri xəbər vermələri və sonradan zaman keçdikcə həmin hadisələrin baş verməsi onların imamətliyinin həqiqi olmasının açıq-aydın göstəricisidir.

Daxili qərinəyə nümunə olaraq xəbərin məzmununun aliliyini göstərmək olar. Çünki bü cür ali məzmun yalnız ismət və təharət evindən (Allahın salamı onlara olsun) sadir ola bilər.



#98810 Rafizilərin qəbrə səcdəsi

Отправлено автор: Abu Sufyan ordusu 30 мая 2013 - 02:26 в Şiə-sünni dialoqu

Allah səni hifz eləsin. Şəxsən mən bu cür rəftara layiq deyiləm. O, ki qaldı sözü gedən məsələyə zənnimcə tərcümədə qəbahət var.



#98809 Zəif hədislər haqqında risalə

Отправлено автор: Abu Sufyan ordusu 30 мая 2013 - 01:49 в Hədis elmi

4.əl-Məhfuf bil-Qarinə olduqda


Sənəd `etibarilə zəif olan xəbər əgər qərinələrlə əhatə olunsa (əl-məhfuf bil-qarinə), həmin bu qərinələr sözü gedən xəbərin (məsumlardan a.s.) sadir olmasına arxayınlıq, bə`zən isə hətta tam əminlik belə yaradır.
Əgər bir şəxs rəngi saralmış halda həkimin yanında sənə xəstə olduğunu bildirsə, yaxud evindən ah-nalə səsi gələn,ailəsi qara paltarlar geyinən, və xəstə olduğunu bildiyin bir kəsin dünyasını dəyişdiyini sənə bildirsələr, sən bu cür xəbərlərin doğru olduğunu qəbul edəcəksən.
Bü cür nümunələr çox göstərmək olar. Xəbərin bu cür qərinələrlə əhatə olunması bizə höccət olaraq kifayət edir.
Mirzə ən-Nuri "Müstədrək"in xatiməsində (5/44) bildirir:

"Bu xəbər doğrunun qərinələri ilə əhatə olunduğu üçün höccətdir. Çünki xəbər zəif olmağına baxmayaraq əgər qərinələrlə əhatə olunsa ittifaqa görə höccətdir. Bu cür zəif xəbər hətta qərinəsiz səhih xəbərdən də güclüdür."



#98807 Zəif hədislər haqqında risalə

Отправлено автор: Abu Sufyan ordusu 30 мая 2013 - 01:14 в Hədis elmi

3.Mustəfiz və Mutəvatirdə


Hədislərin mustəfiz yaxud təvatur həddinə çatmasında sənədlərinin səhihliyi şərt kimi qoyulmamışdır. Zəif sənədli hədislərin birləşərək mustəfiz və mutəvatir hədisləri reallaşdırması mümkündür.
Şəhid əl-Əvvəl "əl-Qavaid val-Fəvaid" 1/222 kitabında bu cür bildirir:

"Əgər bir hədis çoxlu sayda yollarla və müxtəlif sənədlərlə rəvayət olunarsa, hədis əhlinin adəti bu cür hədislərin sənədinin səhihliyinə çox əhəmiyyət vermədən, ravilərin halının dərinliyinə varmadan onları mustəfiz və yaxud mutəvatir hədislər çərgəsinə qoşmaqdır."


Odur ki, yerdə səhih xəbərlər qalsa belə, zəif xəbərləri silib atmaqla biz mustəfiz və mutəvatir xəbərlərdən itirmiş oluruq. Çünki bə`zən səhih xəbərlər təvatur həddinə çatmır, bununlada mutəvatir xəbərin bizə verdiyi faydanı-YƏQİNİ itirmiş oluruq.



#98806 Rafizilərin qəbrə səcdəsi

Отправлено автор: Abu Sufyan ordusu 30 мая 2013 - 00:21 в Şiə-sünni dialoqu

Şiələr imamlarının qəbirlərindən torpaq götürər və onun üzərinə səcdə edərlər.


Məgər qəbirin kənarından götürülmüş torpaq üzərinə səcdə etməkdə qəbahət var? Əgər müxaliflər bunu iddia edirlərsə zənnimcə yanılmırlar, böhtan da atmış olmurlar. Böhtan o zaman sayılıa bilər ki, Şiənin Allaha yox, qəbr kənarından götürülmüş torpağa (bütə) səcdə etdiyini iddia edələr və təəssüf ki, bə`ziləri bu iddianı edirlər.



#98804 Zəif hədislər haqqında risalə

Отправлено автор: Abu Sufyan ordusu 29 мая 2013 - 16:17 в Hədis elmi

2.Şöhrət

Bir qrup sənəd baxımından zəif hədislər vardır ki, qədim dövrün məşhur alimləri onları məqbul bilib əməl etmişlər. İmamların a.s. zamanına yaxın olmaları ilə yanaşı hətta bə`zi hallarda bu cür zəif hədislərin müqabilində olan sənədi səhih hədislərdən imtina edilmişdir. Buna görə də son dövrün alimləri şöhrəti zəif xəbəri gücləndirən, səhihi isə qüvvədən salan hesab etmişlər.

İmamların a.s. zamanına yaxın dövrdə yaşamış alimlərin sənədi səhih olan hədisdən imtina etmələri, həmin hədislərdə bizə gizli qalan bir səbəbin olmasıdır ki, bizim nəzərimizdə sözü gedən hədislərin e`tibarını azaltmış olur.

Xəbər sənəd etibarilə zəif olsa belə "şöhrət" həmin xəbəri mötəbər edən qərinələrdən biridir. Belə ki, qabaqcıl alimlərin bə`zilərinin nəzərində xəbərlərdə höccət xəbərin mötəbər olmasıdır, mötəbər kəsin xəbəri deyil. Bunu əsas tutaraq sənədi zəif olmasına baxmayaraq mötəbər xəbərə əməl etmək doğrudur.




#98803 Zəif hədislər haqqında risalə

Отправлено автор: Abu Sufyan ordusu 29 мая 2013 - 15:53 в Hədis elmi

Aleykəs-salam va rahmatullah va barakatuh.

Yuxarıda nəql edilən və edilməyən hədislərdən nəticə:
Fəqihlərimizdən bizə yetişən budur ki, xəbər sənəd etibarilə zəif olsa belə müstəhabatda bu cür xəbərlərdən istifadə etmək düzgündür. Zəif xəbər səhih xəbər kimidir, səhih xəbərdə olduğu kimi zəif xəbərə də əsaslanaraq əməlin müstəhəb olmasına fətva verilir. Mühəqqiq ən-Nəraqi r.a. "Mustənəd əş-Şiə"4/111 kitabında bu cür bildirib:


"Zəif xəbər istihbab məsələsində səhih xəbər kimidir, hökmü isbat etməkdə aciz(zəif) deyil.



#98797 Zəif hədislər haqqında risalə

Отправлено автор: Abu Sufyan ordusu 29 мая 2013 - 00:38 в Hədis elmi

Ola bilsin ki,məsələ kiməsə tam aydın olmaz və fikir bildirər ki, belə çıxır biz müxaliflərin də rəvayətlərini qəbul edib əməl edə bilərik?

Xeyr, məsələ bu cür deyil. Müxaliflər rəvayətlərin onlara yetişdiyini iddia edirlər, həmin rəvayətlər isə bizə yetişməyib. Həmçinin (şəriət məsələlərində, hökmlərdə və s.) onlardan götürmək (öyrənmək), onlara və onların kitablarına müraciət etmək bizə qadağan olunmuşdur. Necə ki, əl-Kəşşi "Rical"ında (səh 383/hədis 4) öz sənədi ilə Əli b. Suveyd əs-Sabidən rəvayət etmişdir:

Əbul-Həsən a.s. zindanda olarkən mənə yazdığı məktubunda buyurmuşdu:
Ey Əli, o ki, qaldı dinini kimdən öyrənməyinə, şiələrimizdən başqa kimdənsə öyrənməyəsən. Əgər bu əmrə əməl etməsən bilki, dinini Alllaha, onun rəsulu və əmanətlərinə xəyanət etmiş xainlərdən öyrənmisən. Onlar Allahın kitabını təhrif etmiş, dəyişdirmişlər.Onlara qiyamət gününə qədər Allahın, onun rəsulunun, mələklərin, babalarımın, mənim və şiələrimin lə`nəti olsun!....



#98791 Zəif hədislər haqqında risalə

Отправлено автор: Abu Sufyan ordusu 28 мая 2013 - 18:58 в Hədis elmi

1.Müstəhabatda

Alimlərimiz arasında müstəhəbat məsələlərində zəif xəbərlərə əməl etmək məşhur haldır, bu ət-təsamuh fi ədillətis-sunən adlanır. Bunun səbəbi isə müstəhəbat məsələlərində səhih və zəif xəbərlərə əməl etməyin caiz olmasına dəlalət edən çoxlu sayda xəbərin olmasıdır.

Bu cür rəvayətlərdən nümunə olaraq aşağıdakıları göstərmək olar:

Hişam b. Salim Abu Abdullah a.s.-ın bu cür buyurduğunu rəvayət etmişdir:
Kiməsə Peyğəmbər s.a.a.s.-dən savab bir əməl haqqında xəbər yetişsə, həmin əməli yerinə yetirsə, Peyğəmbər s.a.a.s. həmin sözü deməmiş olsa belə həmin şəxsin əcri(savabı) vardır.

Yenə O, həzrət buyurmuşdu:
Kimsə savab əməl haqqında xəbər eşidib ona əməl etsə, məsələ onun eşitdiyi kimi olmasa belə həmin şəxsin əcri(savabı) vardır.

Buna bənzər xəbəri ammə (sünnülər) yolu ilə Cabir b. Abdullah əl-Ənsari rəvayət etmişdir ki, Peğəmbər s.a.a.s. buyurmuşdur:
Kiməsə Allah nəzərində xeyirli bir əməl barədə xəbər yetişsə, həmin əməli Allaha imanı olaraq və Allahdan savabını istəyərək yerinə yetirsə, məsələ o cür olmasa belə Allahdan əvəzini alacaqdır.
Bunlara bənzər bir çox hədislər rəvayət olunmuşdur ki, hamısını nəql etmək fikrində deyilik, əlavə məlumat üçün "əl-Vəsail" 1/80 müraciət etmək olar.



#98788 Zəif hədislər haqqında risalə

Отправлено автор: Abu Sufyan ordusu 28 мая 2013 - 17:25 в Hədis elmi

Bu təsnifatdan olan bir sinif də ZƏİF XƏBƏRDİR, hansı ki, sənədində bə`zən irsal ya da kəsik olur, yaxud ravilərindən bə`zisi məchul ya da zəif olur və yaxud da bunlardan qeyri bir şey səbəbinə bu xəbər səhih, həsən və yaxud müvəssəq xəbər sıralarına daxil ola bilmir.


İndi nəzərdən keçirəcəyimiz hallarda xəbərlər sənəd baxımından zəif olmalarına baxmayaraq, özlərində böyük faydalar cəm etmişlər, onlardan yapışmaq və uyğun olaraq əməl etmək doğrudur. Xatırlatmaq yerinə düşərdiki zəif xəbərin faydası aşağıda sadalanan hallarda məhdudlaşmır, lakin həqiqəti öyrənmək istəyənlərə elə aşağıdakılar da kifayət edər:
1. Müstəhabatda
2. Şöhrət (qədim alimlərin nəzərində məşhur olduğu halda)

3. Mustəfiz və mütəvatir hədislərdə
4. əl-Məhfuf bil-Qarinə olduğu halda
5. Xəbərin məzmunu
6. Hədislərdən bəzisi digərlərini təfsir edərkən
7. Moizə və tarixi hadisələrdə



#98787 Zəif hədislər haqqında risalə

Отправлено автор: Abu Sufyan ordusu 28 мая 2013 - 17:03 в Hədis elmi

Əs-Sunnə: Mə`sumun sözü, fe`li və yaxud təqriridir.
Xəbər qeyri-məsumun sözünə deyilir. Hansı ki, bu xəbər məsumdan sadir olmuş sunnəni hekayət edir. Xəbərin sinonimi hədisdir.
Sunnənin Peyğəmbər s.a.a.s və Pak İmamlardan a.s. rəvayət olunmuş hədislərə şamil olunmasında şəkk yoxdur. Sünnə Qurandan sonra şəriət məsələlərində ikinci əsas məsdər hesab olunur. Beləki əhkam məsələlərinin əksəriyyəti Peyğəmbər s.a.a.s. və Hidayət İmamlarından a.s. rəvayət olunmuş hədislərdən götürülür. Buna görə də qabaqcıl alimlərimiz bu xəbərlərin təsnifatı üzərində səylə çalışmış, hansı sinif xəbərlərə əməl olunma sərhədlərini tə`yin etmişlər.
Alimlər hansı xəbərin höccət olmasında xeyli ixtilaf etmiş və bu ixtilaf səbəbinə bir fəqihin nəzərində hansısa bir xəbər qeyri-mötəbər olduğu halda, əksinə digər fəqihin nəzərində mötəbər və məqbul ola bilər.
Elə buradanda hədisin sənədindən bəhs edən dirayə və rical elmi yaranmışdır ki, bu iki elmlə xəbərin qəbul olunma qayda-qanunları (normaları) təyin edilmişdir.




#98782 Rafizilərin qəbrə səcdəsi

Отправлено автор: Abu Sufyan ordusu 28 мая 2013 - 01:23 в Şiə-sünni dialoqu

Hörmətli Umm Maryam,

Hər şey bu qədər asan və sadə? Bəs dəliliniz? Müsəlmanlar Mühəmməd s.a.a.s.-in şəriətində ixtilaf etdikləri halda, siz necədə asanlıqla Adəm və Yusif a.s.-ın şəriəti barədə məlumatlara inanırsınız?!

Bir məsələni də xatırlatmaq istərdim ki, müxaliflər arasında Adəm a.s.haqqında o qədər fərqli fikirlər mövcuddur ki, gəl-görəsən o ki, qaldı onun şəriəti?! Hətta axmaq vəhhabilərdən Adəm a.s.-ın peyğəmbər olmadığını iddia edənlərə də rast gəlmişəm, əminəm ki, inetdə də var-gəl etsək buna bənzər məsələyə rast gəlmək olar.
Adəm a.s. haqqında bu qədər sual işarələrinin arasında onun şəriətindəki halal və haramdan dəm vurmaq........? İnsanın təmiz vicdanı gözəl hakimdir.



#98777 Zəif hədislər haqqında risalə

Отправлено автор: Abu Sufyan ordusu 27 мая 2013 - 15:22 в Hədis elmi

Bu risalənin müəllifi Şeyx Əli İsa Əz-Zəvvaddır. İnşaallah risaləni tam yox, ixtisarlarla bacardığım qədər tərcümələri etmək niyyətindəyəm. Bu linkdə risalənin tam mətni ilə tanış ola bilərsiniz:

رسالة في الخبر الضعيف

Şeyx risaləsini bu girişlə başlayır:

Son dövrlərdə sənədində məchul yaxud zəif ravilərin olması səbəbinə hədislərdən imtina etmək, yararsız bilmək kimi bir adət yayılmışdır. Hətta bə`zi kəslər yalnız mötəbər hədisləri bir kitabda cəm edilib, qeyrilərinin isə tərk edilməsi fikrinə düşmüşlər. Bu cür müzakirələr avamların (adi camaatın) da dilinə düşmüş, zəif ağılları buna meyl etmişdir. Bu insanlar müxaliflərdə olduğu kimi Əhli-Beyt şiələrinin də "Səhih əl-Buxari"si olmasını arzu edir, guya müxaliflər xeyirli bir iş görmüş, şiələr isə bu işdə onlardan geri qalmışlar. Xəstə və cahillər həsrət hissi ilə haqqa müxalif olub, batilə tabe olanlara iqtida etmək arzusundadırlar, halbuki onlar bilirlər ki, alimlərimiz Əhli-Beytdən (a.s.) varid olmuş bu hədisləri Allaha yaxın olmaq niyyətilə min cür əziyyətlə qoruyub saxlamağa çalışmış, cəm etdikləri hədislərin səhih və qeyri-səhih olduğunun çox gözəl fərqinə varmışlar. Sanki həqiqət qoruyucuları və köməkçiləri qəflətdə yaxud cahil olub, bu gün ortaya düşmüşlər isə yeni fikir irəli sürürmüşlər kimi özlərini aparırlar....
Çox gözəl bilirik ki, müxaliflərin nəzərində "Səhih" adlandırılan kitablardakı sənədlərə yaxşıca nəzər salsaq onların öz qayda-qanunlarına əsasən bə`zi raviləri cərhdən yaxa qurtara bilməyəcəklərini görəcəyik.
Birdəki axı onlar kimdir ki, hədislərin səhih və zəif olması məsələsini müzakirə etsinlər?
Onlar bu sənətin əhli, bu ümmətin baş bilənləri deyil, hədisləri təshih, sənədlərini isə ayırd etmək üçün istifadə olunan səhih qaydaları, elmi metodları və sağlam yolları belə bilmirlər.
Allah öz bacarığının həddini və yerini bilənə rəhmət etsin.



#98776 Rafizilərin qəbrə səcdəsi

Отправлено автор: Abu Sufyan ordusu 27 мая 2013 - 13:50 в Şiə-sünni dialoqu

(Ya Peyğəmbər!) Biz mələklərə: “Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı)səcdə etdi.

Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!” – dedik.(7-11)

(Yusif) ata-anasını taxt (öz taxtının) üstünə qaldırdı. Onlar (ata-ana və on bir qardaş) hamısı onun qarşısında səcdəyə qapandılar.(12-100)

Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!”. Bundan sonra mələklərin hamısı ona (Adəm a.s.) səcdə etdilər. (15-29/30)


Əgər səcdə mütləq şəkildə haramdırsa, nəyə görə yuxarıda qeyd etdiyim və etmədiyim ayələrdə insanlara (Adəm və Yusif a.s.) səcdədən bəhs edilir?



#98668 Abu Zeydin "Şiə məzhəbində hədis elmi" barədə iddiaları

Отправлено автор: Abu Sufyan ordusu 30 апреля 2013 - 21:20 в Hədislər

Anlayanlar üçün (vəhhabiləri nəzərdə tuturam)bu və ya digər cəfəngiyyatlar cavablandırıılıbdır. Ortada yeni bir şey yoxdur. Abu Zeyd kimilər ya bu cavabları anlamırlar, ya anlayırlar lakin maraqları ilə üst-üstə düşmədiyi üçün özlərini o yerə qoymurlar, yada ki, cavablardan xəbərləri yoxdur?! Mənim üçün də maraqlı olan budur.

Qulam qardaş, gördüyüm qədər müəyyən biliklərə sahibsən. Odur ki, xahiş edirəm cavabları gözləmək yox sən və sənin timsalında hər kəs gücü çatanları bölüşsün. Nəzərə alın ki, bu forumda alim yoxdur, əlhəmdulillah hər birimizin də qarşısında bu və ya digər formada "inetə dostup" var.



#98653 Sual-Cavab

Отправлено автор: Abu Sufyan ordusu 28 апреля 2013 - 15:16 в Ümumislam mövzular

Həmin mənbədən cavab olaraq nə gəldi?



#98628 Şiə və səhabə | الشيعة والصحابة

Отправлено автор: Abu Sufyan ordusu 26 апреля 2013 - 19:18 в Əqidə və fiqh

Allah hər ikinizi şeytanın hiyləsindən qorusun. Sadəcə çalışaq elə ifadələr seçək ki, qarış tərəf yanlış anlamasın, xətrinə dəyməsin.


Səhvlərimi düzəltməyə mənə kömək edən mənim xeyrimi istəyəndir. Hər kəsdən rica edirəm səhv və doğru olmayan ifadələrimi mənə bildirin ki, düzəldim. İnsanam, cahiləm, xəta etməyim normaldır.

Yeri gəlmişkən, Abu zeyd müəllimin şiədə hədis elminə iradları da bu günə qədər cavablanmayıb. Mən islamquest saytına sual göndərib ümumi cavab almışam. Amma Abu Zeydin şiə alimlərindən cümlənin qabağı-arxasını kəsərək gətirdiyi sitatlar əməllicə çaşqınlıq yaradır.


Əgər 5-3 sətrdən və əsasən Hürr Amilinin yarımçıq fikirlərlərindən ibarət dəyrsiz cızma-qaranı nəzərdə tutursansa həmin cızma-qara cavaba layiq deyil. Mövzu aç, ümum cavabı yerləşdir ki, onu bəhanə edərək daha faydalı məlumatları bölüşməyə çalışaq.




#98626 Sual-Cavab

Отправлено автор: Abu Sufyan ordusu 26 апреля 2013 - 14:48 в Ümumislam mövzular

abu zeyd məqaləsində yazır: Həmçinin o, Biharul-Ənvər adlı kitabında Quranın təhrifinə dair belə bir bölüm də açmışdır: “Bəbut-Təhrif fil-Əyətil-ləti hiyə xiləfu mə ənzəlallah” (Allahın nazil etdiklərinin xilafına olan ayələrdə təhrif bölümü).
BİRİNCİ ƏMANƏT:“QURAN” http://forum.feqih.c...ic.php?f=6&t=85



Çox "güclü məqalə"dir. Xüsusən də "nəticə" bölməsinin elmi dəyəri var. Çox təəssüf ki, İslam mövzuları vəhhabilərin və yaxud onların himayədarlarının sayəsində qəsdən bazar mövzuları səviyyəsinə salınıbdır.



#98625 Sual-Cavab

Отправлено автор: Abu Sufyan ordusu 26 апреля 2013 - 14:37 в Ümumislam mövzular

Əlavə izaha ehtiyyac varmı?
Vəhhabilərin "alim"ləri adətləri üzrə öz cəfəngiyyatları ilə müqəllidlərini "pod udar" qoyurlar.

Moder, zəhmət olmasa bu sual-cavabı "Quran Təhrif Olunmayıb mövzusuna köçürün.



#98622 Sual-Cavab

Отправлено автор: Abu Sufyan ordusu 26 апреля 2013 - 01:23 в Ümumislam mövzular

Səlamətul-Quran min ət-Təhrif səh: 368, Müəllif: Fəthullah əl-Muhəmmədi

لكن نصّ كلام المجلسي رحمه الله هكذا:

"وجدت في رسالة قديمة سنده هكذا:

جعفر بن محمّد بن قولويه عن سعد الأشعري القمّي أبي القاسم رحمه الله وهو مصنفه، روى مشايخنا عن أصحابنا عن أبي عبد الله عليه السلام قال: قال أمير المؤمنين عليه السلام: وساق الحديث إلى أن قال: باب التّحريف في الآيات التي هي خلاف ما أنزل الله عزّ وجلّ ممّا رواه مشايخنا رحمة الله عليهم عن العلماء من آل محمّد صلوات الله عليه وعليهم..."


فقوله "مما رواه مشايخنا" كلام "سعد الأشعري القمّي" لا "المجلسي" ـ كما زعم الدكتور القفاري ـ ولا اعتبار للرسالة لإرسال سندها، والمجلسي رحمه الله أورد الرّسالة بتمامها ـ وهي تستوعب ستّ صفحات من بحار الأنوار ـ لتحقيق هدفه في "بحار الأنوار" لجمع الأخبار وعدم ضياعها.

وأمّا متن الرسالة ـ وهو المهم في المقام ـ فأكثر رواياته من باب اختلاف القراءات، وهذا يدلّنا على انّ كلمة التّحريف في عنوان "باب التّحريف في الآيات..." تعمّ كل التغيير والتبديل ولو من باب القراءة لا إسقاط الكلمات

Lakin əl-Məclisinin r.a. sözləri bu cürdür:

Sənədi bu cür olan qədimi bir risalədə rast gəldim ki:

Cəfər bin Muhamməd bin Qavalveyh risalənin müəllifi Sə`d əl-Əş`əri əl-Qummi Əbul-Qasimdən (r.a.) rəvayət etdi:
Şeyxlərimiz Əshabımızdan rəvayət etdi: Əbu Abdullah a.s. buyurdu: Əmirul-Muminin a.s. buyurdu. Hədisi nəql edərək dedi: Ali Muhamməddən (s.a.a.s) olan Alimlərdən (a.s.) şeyxlərimizin (r.a.) bizə rəvayət etdiklərindən " Ayələrdə Allah Azzə va Cəllənin nazil etdiklərinin xilafına olan təhrif" fəsli.


"Şeyxlərimizin (r.a.) bizə rəvayət etdiklərindən" sözləri Doktor əl-Ğifarinin (vəhhabi "alimi") düşündüyü kimi əl-Məclisinin deyil, Sə`d əl-Əşəri Əl-Qumminin sözləridir. Sənədində irsal (kəsik) olduğu üçün risalə e`tibarsızdır. Əl-Məclisi r.a. Biharul-Ənvar kitabındakı hədəfinə nail olmaq yə`ni bütün xəbərləri toplamaq və məhv olub itməkdən qorumaq üçün risaləni (Biharul-Ənvar kitabında) bütövlükdə nəql etmişdi ki, buda "Biharul-Ənvar"ın 6 səhifəsini təşkil edir.

Risalənin mətni isə öz növbəsində mühimdir. Rəvayətin əksəriyyəti qiraətlərdə ixtilaf barəsindədir. Bu da onu göstərir ki, burada təhrif dedikdə qiraətdə olan dəyişikliklər nəzərdə tutulur, sözlərin və yaxud ayələrin itməsi deyil....



#98620 Sual-Cavab

Отправлено автор: Abu Sufyan ordusu 26 апреля 2013 - 00:39 в Ümumislam mövzular

Biharul-ənvar 89/60


ووجدت في رسالة قديمة سنده هكذا : 47 جعفر بن محمد بن قولويه ، عن سعد الاشعري القمي أبي القاسم رحمه الله وهو مصنفه روى مشايخنا عن أصحابنا ، عن أبي عبدالله عليه السلام قال : قال أميرالمؤمنين عليه السلام : وساق الحديث إلى أن قال : باب التحريف في الايات التي هي خلاف ما أنزل الله عزوجل مما رواه مشايخنا رحمة الله عليهم عن العلماء من آل محمد صلوات الله عليه وعليهم .

Sənədi bu cür olan qədimi bir risalədə rast gəldim ki:
47. Cəfər bin Muhamməd bin Qavalveyh risalənin müəllifi Sə`d əl-Əş`əri əl-Qummi Əbul-Qasimdən (r.a.) rəvayət etdi:
Şeyxlərimiz Əshabımızdan rəvayət etdi: Əbu Abdullah a.s. buyurdu: Əmirul-Muminin a.s. buyurdu. Hədisi nəql edərək dedi: Ali Muhamməddən (s.a.a.s) olan Alimlərdən (a.s.) şeyxlərimizin (r.a.) bizə rəvayət etdiklərindən " Ayələrdə Allah Azzə va Cəllənin nazil etdiklərinin xilafına olan təhrif" fəsli.



#98607 Hz. Xızır, Hz. Zülqərneyn və Hz. Süleyman vəziri [Hz. Asəf] peyğəmbərdirlər?

Отправлено автор: Abu Sufyan ordusu 23 апреля 2013 - 11:38 в Qur'an və onun təfsiri

Cahil fikri deyil cahillər fikri yə`ni mənim də fikrim bura daxildir. Mə`nasını yenə tuta bilmədin. Demək istədiyim budur: Alim mütəfəkkiir fikri qarşısında mənim xoşum gəlmir, zövqümə uyğun deyil, qəbul etmirəm mənim araşdırmam və s. deyənlərin sözü e`tibarsızdır.
Alim məndən və səndən fərqli olaraq məsələni bütün mümkün yönlərdən araşdırmağa çalışır. Hətta "mə`sum a.s. kəlamı" da zahirən bu gün sənə müəyyən alimlərin və ravilərin sə`yi nəticəsində gəlib çatıb. Əslində alim və alim rə`yinin dəyəri məlum bir şeydir, izaha lüzum yoxdur.

Hədislərin səhih və zəif məsələsinə fikir bildirmişəm, artığına lüzum görmürəm.

Sürüsələr belə bu onların öz rə`yləri olaraq qalmaqdadır. Ölüb-getmişlər rə`yini dəyişmir, həyatda olanlar isə hələ də öz rə`yinə əməl edirlər. Bəlkə də nə vaxtsa dəyişərlər, inşaallah. Acizdirlər deyəndə bir qrupun gözündə acizdirlər, buda normal haldır.

Deyək ki, bu hədislərin səhih olduğu inkaredilməzdir, bununla indiki vəziyyətdə nə dəyişir ki?

Əgər sualı müsəlman hesab etdiyin birinə ünvanlandırırsansa Hz. İsa barədə sualın yersizdir. Məgər Hz. İsa a.s.-ın peyğəmbər və yaxud qeyri-peyğəmbər olması məsələsində müsəlmanlar arasında ixtilaf var?

Sənə kim deyir ki, hədisi qəbul etmə? Mənim bölüşdüklərimin tamam başqa anlamı var.

O ki, qalda Yasir əl-Həbibə əvvəllər də bildirmişəm ki, onun da digərləri barədə fikri heç də xoşa gələn deyil. Kim olduğuna baxmıram sözünə baxıram. Şəxsən mənim ona qarşı simpatiyam var.



#98604 Hz. Xızır, Hz. Zülqərneyn və Hz. Süleyman vəziri [Hz. Asəf] peyğəmbərdirlər?

Отправлено автор: Abu Sufyan ordusu 23 апреля 2013 - 00:18 в Qur'an və onun təfsiri

Sənin alim və mütəfəkkir rə`ylərinə yanaşman ortadadır. 3-cü tərəf yə`ni qeyri-Elməddin.88 və Abu Sufyan Ordusu fikir bildirsə bəlli olar. İnşaallah mən yanılıram.

Hz. Zulqarneyn məsələsi hansı yöndən olursa olsun əqidə məsələsi deyil ki, qəbul etmədən söhbət getsin. Ortada alim, mütəfəkkir nəzərləri var müqabilində isə cahillərin fikri, tərəziyə belə qoyulması düzgün deyil. Əslində Yasir əl-Həbibin cavabında çox böyük fayda var.

Hədis elminin ümum qaydalarına riayət olunursa bəs nəyə görə eyni hədis barədə müxtəlif alimlər müxtəlif rə`yə sahib olur? İnandırıcı deyil ki, ümum qaydalar Şiə müctehidinin, sünnü aliminin və yaxud "səhih-səhih" deyən vəhhabi aliminin yadından çıxsın. Bəlkə elə zənn edirsən hədis elminin ümum qaydaları dəyişilməz Quran ayələridir? Sonunda bu ümum qaydaların əksəriyyəti sənin tə`birinlə desək "şəxsi və zənni fikirlər"dir. Məhz səbəblərdən biri də budur ki, Şiə alimləri maxaliflər kimi sırf səhih hədislər toplusu yazmağa can atmırlar. Hətta səhih hədis anlayışı özü belə qədim və müasir alimlərin nəzərində fərqlidirlər.

بما أن باب الاجتهاد مفتوح فإنه سيكون لكل مجتهد رأيه في تصحيح الرواية أو تضعيفها
İctihad qapısı açıq olduğundan hər bir müctehidin rəvayəti səhih və yaxud zəif hesab etməkdə özünə məxsus rə`yi olacaqdır.

هل يمكن اعتماد رأي عالم معين في التصحيح والتضعيف Hədisin "təshih"i və "tad`if"i məsələlərində müəyyən bir alimin rə`yinə e`timad etmək olarmı?


Qədim sünnü alimləri can qoyub hədis elminin, daha dəqiq desək özünün "təshih" və "təd`if" qaydalarına əsasən səhih hədis toplusu tə`lif ediblər. Günlərin bir günü digər sünnü alimi, İbn Teymiyyə və yaxud kakoyta vəhhabi alimi ortaya çıxıb öz qayda-qanununa əsasən ən azından Əhli-beyt a.s. ilə uzaqdan və yaxından əlaqəsi olan hədislərin səhih hökmünü əlindən alır. Əslində bü normaldır. İnsanlar inək deyil ki, bir yolu tutub getsinlər.

Mənim sözümün mə`nasının olub-olmamağı önəmli deyil, cahil birisinin sözüdür e`timad olunmaz. Yetər ki, alimlərin sözündəki mə`nanı anlayaq.

Yazdığın hədislərin səhih olub olmaması sözü gedən məsələdə mənim üçün az təfavüt etdiyi üçün araşdırmağa, soruşmağa lüzum görmürəm. Hz.Zulqarneyn mühəddəs olub yoxsa peyğəmbər fərq etməz, Allah yanında əziz olub, Quranda onun əhvalatları nümunə olaraq çəkilib ki, görüb-götürək, faydalanaq. Bax mənim üçün də önəmli olan budur. Sanki 124 000 peyğəmbəri (Allahın salamı onlara olsun) hamısını bir-bir şəxsən tanıyıram. Və yaxud heç olmasa adını bildiyim peyğəmbərlərin a.s. hamısını A-dan Z-yə biliklərimlə əhatə etmişəm.

ikinci olaraq, bəzilərinə görə mütəvatir olmayan xəbər zənni, bəzilərinə görə isə tam əksinədir.



Tam əksinədir, yə`ni?
Bə`ziləri yə`ni kim və yaxud kimlər?



#98603 Şiə və səhabə | الشيعة والصحابة

Отправлено автор: Abu Sufyan ordusu 22 апреля 2013 - 22:28 в Əqidə və fiqh

doğrusu daha öncə internetdə işarələrdən bu şəkildə istifadə edənlərin sadəcə vəhhabilər olduğunu görmüşəm.


Vəhhabilər ilə az ünsiyyətdə ol ki, sonunda hamını vəhhabi simasında görməyəsən, onlar kimi "səhih hədis-səhih hədis" deməyəsən. "Səhih hədis-səhih hədis" nə üsulilərin nədəki qeyri-üsulilərin üslubu deyil. Hər şeyin öz yeri öz zamanı var.



İnetdə qeyri-vəhhabilərdə var ki, zənnimcə onlarla ünsiyyət daha faydalıdır.




Рейтинг@Mail.ru