Перейти к содержимому


Публикации Amine

131 публикаций создано Amine (учитываются публикации только с 05-мая 23)



#43926 Novruz - Новруз

Отправлено автор: Amine 17 марта 2010 - 16:57 в Дискуссии на общие темы

İlaxır şərşnbəniz mubarək,ALLAHDAN məni bu gunlərdə başa duşub,duməyənlərə,yaxud duşmək istəməyənlərə,bilərəkdən-və yaxud bilmədən nifrətlər yağdıranlara,qəlbdə mənlə olub,uzdə bildirməyənlərə,bildiribsə,arxada qeybətcilərə,dost qardaş və başqa qismdə sevənlərə,yaxud bunu belə gostərənlərə YAR OLSUN! DUALARINIZI ƏSİRGƏMƏYİN,HƏR BİR QƏBİLDƏN OLANLARİN DUASINA EHTİYACİM BOYUKDUR BU ANDA! Hec olmasa mubarizə əzmini saxlamaq ucun!

Dualarım Sizinledir Qardaş! Allah Amanında. Bayramınız mübarek



#44104 Novruz - Новруз

Отправлено автор: Amine 18 марта 2010 - 11:32 в Дискуссии на общие темы

Salam. Men bele anladim ki, burdakı bəzi userlər yalnız dini bayramların keçirilməsinin tərəfdarıdır. Təbii ki, bu lazımdır. Əgər nəzərə alsaq ki, neçe illər bu bayramları keçirmək bizim üçün qadağana edilmişdi.
Ancaq gəlin nəzərə alaq ki, dinimizlə yanaşı bizim milliliyimiz də var. Yəni soyumuz-kökümüz var.
Novruzun tarixi belli deyil, yeni texminen ne zamandan bayram olaraq keçirilir deqiq tarix belli deyildir. Bele bir qedim-ulu bayrama sahib olmaq her bir millet üçün yalnız şeref ola biler.
İkincisi Novruzu bezi alimler Ateşperestlikle- Zərdüştilikle eyniləşdirməyə və bu dinle bağlamağa çalışırlar.
Bu doğru fərziyyə deyildir. En azı ona görə ki, çerşenbelerde ve Bayram günü tonqal qalayıb, bu tonqalın üzərindən atılırıq. Atəşə-oda ibadet edən şəxs ağırlığım uğurluğum oda deyib od üstündən atlanarmı?
Azərbaycanda atəşpərəstlik olub, lakin bu bayram daha qədim köklərə malikdir.



#44113 Novruz bayrami!

Отправлено автор: Amine 18 марта 2010 - 12:20 в Şiə-sünni dialoqu

Novruzun tarixi belli deyil, yeni texminen ne zamandan bayram olaraq keçirilir deqiq tarix belli deyildir. Bele bir qedim-ulu bayrama sahib olmaq her bir millet üçün yalnız şeref ola biler.

İkincisi Novruzu bezi alimler Ateşperestlikle- Zərdüştilikle eyniləşdirməyə və bu dinle bağlamağa çalışırlar.
Bu doğru fərziyyə deyildir. En azı ona görə ki, çerşenbelerde ve Bayram günü tonqal qalayıb, bu tonqalın üzərindən atılırıq. Atəşə-oda ibadet edən şəxs ağırlığım uğurluğum oda deyib od üstündən atlanarmı? Bu hansı məntiqə uyğundur?
Oda qurban kesmek Zərdüştiliklə bağlıdır. Demek ki, Novruzun tarixi daha qədimdir.
Azərbaycanda atəşpərəstlik olub, lakin bu bayram daha qədim köklərə malikdir.

Üçüncüsü, toxunmaq istediyim daha bir mesele var. Novruzu İranla bağlamaq da doru deyil. Ən azından ona görə ki, Bu gün Novruz Azərbaycanda, Türkistanda, Türkiyenin bezi eyaletlerinde qeyd edilir. İranda 35 milyon azərbaycan türkü var, 22 milyon fars. Demek ki, Novruz farslardan çox türklerin bayramıdır.



#44119 Oskarsız qalmış Azərbaycan filmləri

Отправлено автор: Amine 18 марта 2010 - 12:30 в Кинотеатр

Kadrlara gəlincə bizdə kifayət qədər istedadlar var.


Bizim kinoda peşəkar aktyorlar yoxdur. Əvvəlki aktyorlar qocalıblar, yenilər isə Refael və Coşqugundan ibarətdir


Doğru deyirsiniz.
Fikrimden daşınıram.
Bu gün öyrenmişem ki, "meyxana ustası" Namiq Mena adlı bir şexs İncəsənət Universitetində SƏHNƏ MƏDƏNİYYƏTİNDƏN DƏRS deyir.



#44372 Novruz bayrami!

Отправлено автор: Amine 19 марта 2010 - 13:15 в Şiə-sünni dialoqu

Vusal 114,
Men de sizinle raıyam bir fikirden başqa
deyirsz ki, son zamanlar türkler de ermenilr kimi her şeyi özününküləşdirməy çalışırlar. Mence yox sadece biz bize aid olanları geriye qaytarmağa çalışırıq, çünki o qeder sahib çıxmadığımız tariximiz ve şexsiyyetlerimiz var ki, her yerinden duran susmağımızdan ve laqeydliyimizden istifade ederek onları elimizden alıblar.



#44380 Наш стол

Отправлено автор: Amine 19 марта 2010 - 13:38 в Кулинария

Rehmetlik xalam ele gozel shirin guzu (shirniyyat) bishirerdi ki..

ALLAH olenlerivize rehmet elesin. Arti 2 ildir ki bishiren yoxdur..


Allah rehmet elesin

Ahmadiyye bacı, ne vaxt istesez deyin bişirim :unsure:



#47036 Keçmiş Sovetlər birliyi və Azərbaycan

Отправлено автор: Amine 06 апреля 2010 - 14:48 в История и этнография

salam.
Mövzuyla bağlı bunu deyə bilərəm ki, Sovetlər birliyi Azərbaycana heç nə verməyib. Təhsillə bağlı səsləndirilən fikirlərin bəziləri doğrudur. Amma nəzərə alın ki, təhsilimiz də bizə kəllə-mayallaq keçirilib. Nə tariximiz, nə ədəbiyyatımız bizə olduğu kimi tədris edilməyib. Babəkə belə az qala "kommunist" donu geyindiriblər. Hələ Nizamini demirəm. Mənim tarixim təhrif olunub. Bir millət kimi aşağılanmışıam. II dünya müharibəsini Məhz Bakının nefti ilə qazanana rusların heç bir sənədli filmində, bədii filmində, yazılan əsərlərdə vəs. adı çəkilmir. Millətimin adı dəyişdirilib azərbaycanlı deyilib. 1938-ci ildə. Başa düşürsünüzmü? Biz belə çıxır ki, yeni formalaşmış millətik. "tariximiz 1938-dən başlayır"- Qanında azər qanı daşıyan kimsə bu təhqirə dözərmi? Demək ki, o şəxs bizdən deyil!
Deyirsiz ruslar bizə mədəniyyət gətirib.
(Güleyim bari)Nəzərinizə çatdırım ki, mənim milltəim "Kitabi Dədə Qorqud" kimi dastanlar yaradanda, Şumer kimi bir mədəniyyətin varisi olanda, böyüyə hörmət, kiçiyə sevgi aşılayanda, igidlik göstərəndə, Dünyaya ALTUN mədəniyyət dövrü yaşadanda, İmperiyalar bəxş edəndə (Türk toplumu dünyaya 16 imperiya bəxş edib) sizin "mədəniyyətli" dediyiniz rus ayıları hələ mağaralalardan çıxmamışdılar. (Heç hamamın nə olduğunu bilmirdilər)
P.S I Pyotrun islahatlarını və bu islahatların tarixni xatırlayın BU yetər



#47072 Keçmiş Sovetlər birliyi və Azərbaycan

Отправлено автор: Amine 06 апреля 2010 - 18:23 в История и этнография


(

Sohbet bu gunden gedir,siz ise getdiz cixdiz 5000 il bundan gabaga.Onda Dede Gorgud dastan yazanda Misrde de camaat piramida tikirdi hec dexli var sen Allah.
Siz axi haggi neye gore inkar edirsiz yoxsa size bunlari demek savab gazandirir,sohbet tek ruslardan getmir,burada coxlu geyri milletler yashayirdi.Size 1 sual verim:30-40 il bundan gabag camaatda medeniyyet cox idi yoxsa indi? Evveller shehere cixanda camaat nishanlisinin elinden tutmaga curet etmirdi,indi ise Allah gostermesin adam ailesi ile bayira cixmag istemir,hele bulvardan danishmiram.Budur sizin teriflediyiniz medeniyyet?Dede gogudunda vaxtinda Azerbaycanda cox sheyler bash verib onlari neye gore yazmirsiz.Yaxshi ki Islam geldi bura cixdi yoxsa Allah bilir neler olacagdir.Belkede Semud govmunden de pis gune galacagdig.Mende oturub yalandan ozumu potriot kimi gosterib cox sheyler yaza bilerdim,amma men milletimi semimi gelbden cox sevirem ve bu rejime nifret edirem ve ozumu milletci kimi gosterib zulmkarlari terifleyib onlarin gunahlarina sherik olmag istemirem.Darixmayin cox cekmez gorersiz ki,Garabagda kurdistan yaradiblar,yavash yavash burada kurd dilinde gazetlerde buraxirlar artig.

Sadəcə olaraq ruslara "medeniyyet" donu geyindirib menim milletime "medeniyyetsiz" deyenlere cavabim budur. rusu medeniyyetli hesab edenin medeniyyeti ele rus qederdir. (Bir rus ki, bazardan alma alanda bele bir kilo evezine bir litr alma isteyir)
İkincisi Dede Qorqud dastanında Burla xatn var, Selcan xatun var, Bamsı Beyrək, Qazan xan var. Tapib bir de oxumağınızı meslehet görerdim.
Ve nehayet Sovetler birliyinde çox millet yaşayırdı düzdü. Amma nedense torpaq itiren ancaq biz olduq. Evvelce İrəvanı verdiler ermeni quberniyası yaratdılar. Sonra Göyçə Zəngəzuru verib Respublika elan etdilər. Eləcə də gürcü knyazlığını Respublika elan etdilər. Sovetlər birliyi belə bərabər hüquqlu yanaşırdısa elə Təbrizi alıb verəydi də bizə. Bütöv Azərbaycanı quraydı da. Niyə etmədi?
Qarabağa gəlincə isə hər şey bizim özümüzdən asılıdır.
P.S Misirdə piramida tikənlər layihəni bizdən -şumerlərdən almışdılar!



#47073 Keçmiş Sovetlər birliyi və Azərbaycan

Отправлено автор: Amine 06 апреля 2010 - 18:50 в История и этнография

Bir millətin ki, XIX əsrə qədər ədəbiyyatı çastuşkalardan ibarət olub... Murad Hacının "Qıpçaq çölünün yovşanı" əsərini oxuyun. Çox güman ki, oxuyanlarınız da var.
Rusların məhşur bir dastanı var "İqor polkunun dastanı". BU əsəri tədqiq edən Murad Hacı da, Oljas Süleymanov da Digər tədqiqatçılar da yekdil qənaətə gəliblər bu əsər türk dastanıdır. (Təfərrüata varmaq istəmirəm). Oljas Süleymanovun fikirlərindən qəzəblənən bir jurnalist sula verir ki, siz ki, belə düşünürsünüz, niyə onda əsərləinizi rus dilndə yazıb yaradırsınız? O. Süleymanov cavab verir: Еще неизвестно это ваш язык или наш язык :)

Dünyaca məhşur Puşkin var ki, onun da babası ərəb olub. Rusların bütün zadəgan nəsillərinin adlarına baxın Rus soyadı varmı?
Mən başa düşürəm söhbətdən yayındıq Əslində Burda Sovətlər birliyi və Azərbaycan mövzusu müzakirə olunmalıdı. Amma nəzərə alın ki, Sovetlər Birliyi yox Sadəcə Rusiya Və Azərbaycan deyilsə daha doğru olardı.
Rus mənim yüz illərcə sahib olduğum mədəniyəətimi, adət-ənənəmi dağıdıb. Bibiheybətimi dağıdıb amma öz kilsələrini saxlayıb. Quranımı yandırıb, öz ikonalarını qoruyub. Evindən Quran çıxanlar Sibirə sürgün edilib. Amma Evində İncil saxladığı üçün kiminsə sürgün edildiyini eşitmisinizmi?
Deyirsiz 30-40 il əvvəl küçələrdə çəkinmədən gəzmək olurdu. Axı elə məhz Sovetlər Başımızdan kəlayağını açdırıblar. Sovetlər yeni qurulanda da dədələrimiz-babalarımız indi sizin işlətdiyiniz ifadələri deyirdilər. (Yəni küçəyə çıxmaq söhbəti). Hər şey öz başlanğıcını Sovetlərin bizə vurduğu zərbədən götürür.
Və təəssüf ki, Azərbaycana bu zərbələrin belə dərin iz buraxmasına millət olaraq göz yummuşuq. Babalarımıza oxşamamışıq



#47164 Keçmiş Sovetlər birliyi və Azərbaycan

Отправлено автор: Amine 07 апреля 2010 - 20:12 в История и этнография

[ [/quote]
Baci,men size bir soz deyim.Medeniyyet ele bir sheydir ki,ona don geyindirmek olmaz, her shey goz gabagindadir men geyb aleminden sohbet elemirem axi.Bu gunku gunde gedek Rusiyadaki ushag evlerine, gocalar evine,baxcalara,mekteblere baxag sonrada gelib ozumuze baxag.Meselen orada gozumle gorduyum bir hadiseni size danishim.Bir gadin, ushagla avtobusa minmishdir,dushende ise inanin surucu dushdu kecdi sernishin minen gapi terefe o ushagi kalyaska ile garishig dushurtmeye komek etdi sonra ise minib yoluna davam etdi.Bu bir giraga avtobusda olanlardan bir neferde olsun demedi ki, E GAGA surde telesiyirem axi.Bizde necedir,gadin ushag bilmirler, nece geldi sururler,musigi polni xod,sigaret agzinda,bir birleri ile gonkalamag hansina da minirsen it iyi verir budur sizin teriflediyiniz medeniyyet.Size bir sualda verim.Eger sovet rejimi dovletlerin medeniyyetini elinden alirdisa bes neye gore bashga dovletlerin medeniyyetini ellerinden ala bilmediler,birini mesel ceke bilerem,Pribaltika?Medeniyyet neft deyilki elden alsinlar.Biz hele sovetin dovrunde ora gedende inanin kucede gezirsen insanlar bir birleri ile picilti ile danishirdilar,hele onlarin yashayish terzlerini demirem.Biz milletimizi terif ede ede ucuruma aparmali deyilik eger dogurdanda onu sevirikse,eksine tengid etmek,nogsanlari demek lazimdir ki,belke duzele. Siz dediyiniz dede gorgud ise nagildir baci,onu hele 100% hec kes tesdiglemeyib.
[/quote]
Tamamilə haqlısız mədəniyyətə don geyindirmək olmaz. evvel axir söküləcək. Rusun medeniyyeti kimi. Çünki rus mehz medeniyyet donu geyinib. Bizde de bir misal var başqasının ayaqqabısını geyinə bilərsən amma onun kimi yeriyə bilməzsən. bu bir.
İkincisi burda söhbət Azərbaycan türkünə mədəniyyətsiz kimi tehqirdən gedir. Bir azərbaycan türkü olaraq bu sözü qəbul edirsinizsə mən sizə heç bir söz deyə bilmərəm. öz işinizdir.
Üçüncüsü. uşaq evlərindən, məktəblərdən söz düşmüşkən Siz doğrudan da rus məktəblərinin indiki durumundan xəbrsizsiniz yoxsa görməzdən gəlirsiniz? Bİr məktəb ki, 11 yaşındakı uşaqları ən azından siqaret çəkir (Əsas da qızlar, daha başqa əməlləri yazmıram, yeri deyil). Bİr millət ki, qızından xeberi yoxdu. Namus qeyrət anlayışı yoxdu.
O ki, qaldı sürücü meselesine,Hər millətin içində tərbiyəsizi var (üzr istəyirəm ifadəyə görə), amma bu o demək deyil ki, millət olaraq, toplum olaraq menim millətimə mədəniyyətsiz deyilməlidir. Yeri gələndə rus medeniyyet baxımından da, tərbiyə baxımından da menden aşağıda durur.
P.S. Moskvada metroda yaşlı insana yer verən kimi deyirdi : Вы из Кавказа? Bu qədər
(Bu mövzuya bir daha qayıtmaq istəmirəm. Bİr daha deyirəm :Mənim çox əsrlik tarixə, mədəniyyətə malik millətimə mədəniyyətsiz deyən şəxsin mədəniyyəti rus qədədir.



#47167 Наш стол

Отправлено автор: Amine 07 апреля 2010 - 20:22 в Кулинария




Canim Bacim..ALLAH Sizin ureyinizce versin. Qorxun ki indi Sizden yapishacam ve bir gun bunu isteyecem :)


AHMADIYYE baci, siz de qorxun ki, o quzu size gelib chatanacan bir qulagin canavar yesin :))

Ahmadiyyə bacı, meni belə şeylərlə qorxuda bilməzsiniz:). Ne zaman isteseniz deyin bişirim. Canavardan da qorxub eləməyin. Öhdəsindən bir təhər gələrik :wacko:



#47170 Bu gününüz necə keçdi?

Отправлено автор: Amine 07 апреля 2010 - 20:34 в Дискуссии на общие темы

Tam 2 həftə xəstə yatdim. İndi bir az düzəlmişəm. Dünəndən işə çıxıram. Günlər əslinə baxarsan bir-birinə oxşayır. Yeganə sevindirici hadisə havaların isinməsidir. EYYYYYY Millət Yaz gəlib. Pessimist ruhu atın getsin! :wacko:

İmza: Daha bir yeraz (Şemsiyə dəstək!)



#47213 Keçmiş Sovetlər birliyi və Azərbaycan

Отправлено автор: Amine 08 апреля 2010 - 11:35 в История и этнография

Söhbət burda şəxsi tərbiyədən getmir. Hər bir millətin içində pisi var. Söhbət burda bizim millətə deyilən təhqirdən gedir . Siz bu təhqirlə razısınız? Mən yox! Kimsənin ixtiyarı yoxdu Mənə, millətimə mədəniyyətsiz desin. Həm də məni rusla müqayisə eləsin.
Bir daha bu mövzuya qayıtmayacam.



#47570 Keçmiş Sovetlər birliyi və Azərbaycan

Отправлено автор: Amine 13 апреля 2010 - 19:22 в История и этнография

Hec kim burada demir ki,Sovet rejimi super rejim idi, indiki rejime baxanda cox yaxshi idi.Insanlarin meger bu geder gaygisi var idi?Camaat indi hec ishig pulu,gaz pulu vere bilmirler hele men ancag komunal xerclerini deyirem.Bir fehle,kasib,supurgeci xestelenirdi ona pulsuz mualice ,pulsuz sanatoriya,Soci,Yalta, Esentukiye gedib mualice olunurdular profsayuz hesabina her shey edilirdi camaat ucun, indi harada var bele sheyler?Birde bu regemler shisirdilib,repressiya vaxti Azerbaycanda bu geder insan oldurulmeyib.Burada Mikayil Mushvugun sherinide yaxshi yerleshdiribler,sonrada yalandan deyirler ki,guya represiya gurbani olub.Gorun Mushvig nece sevirdi o,rejimi.

Cox millet millet deyenler hemishe axirda bilinir,Nemet ,Elcibey,Isa Gember,Etibar ve s.hani indi onlar?heresi aldi oz dolyasini cekildi giraga,onlarda cox deyirdiler ay millet bele geldi, ay filan shey bele getdi.Bu milletin hele bir ferli bashli lideri olmayib ki,camaat onlara inanib axira geder onun dalinca getsinler.Hansi gelib ancag oz menafeyi ucun calishib ve oz cibini doldurub.

P.S. Baxin Girgizistana ibret alin,beyenmediyimiz ekeler geder deyilik.

AY ALLAH insan nə qədər sadəlövh nə qədər uşaqfikir olarmış?
Ay qardaşım,Qirğız kimdir ki,ondan ibrət alasan,Qirğız kimdir ki inqilab edə)) Bu inqilabı onuncun "etdilər" .Məyər bilmirsən ki,butun prosseslər vahid ssenari ilə idarə olunur? Məyər bilmirsən ki,20 illik hərbi bazaya qol qoymuş bir prezident,oz sozundən qacarsa ,halı necə olar? Məyər bilmirsən ki,belini də sındırarlar ,hələ ustəlik xain də cıxararlar? Sən yaxşı olar ki, MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN son illərdə apardığı əməliyyatlar barədə oxuyasan! Onda sənə hər şey məlum olar.
Bir də nədən ibrət goturək? nahaqq gudaza getmiş insanlardan? Qarət olunmuş şəhərdən,yandırilmış binalardan? Nədən?

Tamamilə razıyam. Son illərdə demokratiya adı altında baş verən üsyanların əslində hamısı bu və ya digər dövlətin planı əsasında baş verir. maraqlı da burasındadır ki, hər iki dövlət "inqilablara" demokratik donu geyindirirlər. Üsyan birinci Kafalardan başlamalıdır. Millət AZADLIĞINI qarnı ilə deyil, ağlı ilə ölçməlidir.



#47571 Keçmiş Sovetlər birliyi və Azərbaycan

Отправлено автор: Amine 13 апреля 2010 - 19:35 в История и этнография

Bəlklə də yeri deyil amma bir hekayəni qısa da olsa yazmaq istəyirəm.
Qədimdə iki dövlət (təəssüf ki, dövlətlərin adını unutmuşam) müharibə aparır. Qalib gələn dövlət məğlub dövlətin padşahını əsir götürür. Amma onun igidliyinə o qədər heyrandır ki, qətl etmir. Sarayında yaşamasına icazə verir. Lakin əmr edir ki, Ölkədə olan bütün başıpapaqlıların hamısı öldürülməlidir. Məğlub dövlətin başçısı bundan qorxuya düşür və Padşahın hüzuruna gəlib deyir: Mən bilirəm ki, əhalimin üsyan edəcəyindən qorxursan ona görə də onların qətlinə fərman vermisən. Lakin mən sənə elə bir çıxıış yolu göstərə bilərəm ki, kimsəni öldürməyəsən. Padşah razılaşır. Soruşur ki, çıxış yolu nədir? Məğlub padşah deyir: Əmr elə kişilər başlarına yaylıq bağlasınlar, uşaqlara bundan sonra qılınc dərsləri yox musiqi dərsləri keçirilsin, əhalini ucuz alver etməyə məcbur elə, ucuz və zövqsüz musiqi dinləsinlər, xırda işlərlə məşğul olsunlar. Qalib padşah deyilən kimi də edir. Və doğrudan da çox keçmir ki, üsyan edib, Vətəni xilas etmək heç kimin yadına belə düşmür.
Məğlub Padşah elə bilirdi ki, belə eləməklə Millətini xilas edir. Daha bilmirdi ki, QUL edilmiş bir MİLLƏT sabah AZADLIĞI üçün ayağa qalxıb üsyan edə biləcəkdir, Başına yaylıq bağlayan, ucuz musiqi dinləyən, uşaqları qılınc oynatmaq əvəzinə kamanda çalmağı öyrənən bir millət HEÇ BİR ZAMAN AZADLIQ UĞRUNDA SAVAŞMAYACAQDIR!!!!



#47854 Keçmiş Sovetlər birliyi və Azərbaycan

Отправлено автор: Amine 16 апреля 2010 - 18:22 в История и этнография

Salam 2-3 gündür ki, forumda olmuram. yazdığım hekayənin belə söhbətlərə yol açdığını oxuyanda dəhşətə gəldim. Görünür ki, bəzi adamlar əslində nə demək istədiyimi anlamayıblar. Hekayədəki millətin ruhən əzilməsinə hökmü onun öz hökmdarı vermişdi. Bir az bizə bənzəyir. Yəni Sovetlər dönəmində "sağ qala" bilməmiz üçün belə bir qurban verilmişdi ki, indi də altından çıxa bilmmirik. Mənən əzilmişik. Bizə hər dəfə RUSUN BÖYÜKLÜYÜNDƏN DƏRS DEYİBLƏR. Və görünür ki, bəzi adamlar bu "dərsi çox yaxşı qavrayıblar"
P.S Elçibəyə gəlincə. O mübarək insanın adını ağzınıza almayın. O, rus şovinistləriylə vuruşanda, Pantürkist adı ilə həbslərdə yatanda, mitinqlərdə başı yarılanda siz hələ dünyayA gəlməmişdiniz! AZƏRBAYCAN ONUN KİMİ İNSANI HƏLƏ ÇOX AXTARACAQ!



#47978 Bu gününüz necə keçdi?

Отправлено автор: Amine 18 апреля 2010 - 19:55 в Дискуссии на общие темы

Atamın ad gününı hazırlaşırıq. Bu gün anam ilk önce evler yığışdırtdı. təbii ki, bize, hem de diş şotkası ilə :flowers1: Sonra da paxlava, şekerbura, badambura, burma, kətə bişirdik, indi də Napoleon hazırlayıram. gözləyirəm kremin yağı açılsın Qollarım qırılır. Ay Haraaaaaaaayyyyyyy! ! ! ! ! :shades:



#48037 Bu gününüz necə keçdi?

Отправлено автор: Amine 19 апреля 2010 - 14:09 в Дискуссии на общие темы

Təbriklər üçün təşəkkürlər. Allah bütün ATALARIN canını sağ eləsin!



#48042 Bu gününüz necə keçdi?

Отправлено автор: Amine 19 апреля 2010 - 14:28 в Дискуссии на общие темы

Bəzi məqamlar istisna olmaqla, iş günüm mənfi auralı keçdi. Çox şükür qurtuldum :)

Təbrik elemişdin :) Bir de sağ ol!
Sən Qurtuldun bacı, biz hələ ki, buralardayıq...



#48218 Urfan

Отправлено автор: Amine 21 апреля 2010 - 20:39 в Поздравления

gec də olsa təbrik edirəm. Uğurunuz daim olsun.
sağ əliniz mənim başıma. İnşallah gələn il də mən müdafiə etməliyəm :scenic:



#48219 İbrətamiz hekayətlər.

Отправлено автор: Amine 21 апреля 2010 - 21:01 в Дискуссии на общие темы

Hekayələr çox gözəldir. təşəkürlər. Birini də mən yazım:

Bir gün Həzrəti Musa dua edərkən deyir: Ey, Rəbbim, mənə cənnətdə qonşu olacaq şəxsi nişan ver. Röyasında o, cənnətdəki qonşusunun bir qəssab olduğunu görür. Ayıldıqdan sonra o qəssabı axtarıb tapır və ona qonaq qalır. Qəssab evində kimi müsafir etdiyini bilmir. Qonağa süfrə açır. Bir boşqab da yemək çəkərək, yan otağa keçir. Həzrəti Musa da sakitcə onun ardınca gedir. Görür ki, qəssab təxminən 80 yaşlarında qoca anasına yemək yedizdirir. Qadın hər tikəni udduqca : Rəbbim sən məmin oğlumu cənnətində Musa peyğəmbərə qonşu et" - deyə dua edir.
Gördüyü hadisədən təsirlənən Həzrəti Musa :" Rəbbim sənə şükr olsun," deyir.



#48474 Dahilərimiz -müasirlərimiz

Отправлено автор: Amine 24 апреля 2010 - 20:54 в История и этнография

Mənim dahi hesab etdiyim şəxsiyyətlər:
1. Atam
2. Məmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy
Və ən nəhayət mən arxeologiya ilə məşğul olan insanları dahi hesab edirəm. İnşallah ki, mənim də bu sahə üzrə tariximizə bir katkım olar. (Yəni dahi ola bilərəm :rolleyes: ), baxmayaraq ki, bu sahə üzrə mütəxəssis deyiləm. Abidələr üzrə yazıları oxuya bilərəm, o qədər



#48477 Bu gününüz necə keçdi?

Отправлено автор: Amine 24 апреля 2010 - 21:19 в Дискуссии на общие темы

Günüm çox yaxşı keçdi. İş yoldaşım doktorluq dissertasiyasını uğurla müdafiə etdi.
Mən userlərdən bir xahişdə bulunacam. Bəlkə də burda yazmalı deyiləm, amma ən çox bu mövzuya müraciət olunduğundan məhz burda yazmağı qərara aldım. Neçə vaxtdır ki, daha doğrusu 6 ilə yaxın olar davamlı olaraq bir yuxu görürəm. Şəmsi bacı bilir. Yuxumda davamlı olaraq AĞAYİ ZEYNƏB deyilən bir ziyarətgaha getdiyimi görürəm. bu yuxunu artıq o qədər görmüşəm ki, o ziyarətgaha gedən yolda artıq hər daşı, hər otu-çiçəyi, ağacı belə əzbər bilirəm. 6 aya yaxın idi ki, görmürdüm, bir az rahatlamışdım, (belə demək mümkünsə) bu gecə yenə o, ziyarətgahda "oldum". Keçən yay bu üzdən ailəm məni Azərbaycanın demək olar ki, bütün ziyarətgahlarını gəzdirdi. Amma yuxuda gördüyüm yer deyil. Ən çox bu ziyarətgahın darvazaları yadımda qalır. Dəmirdən, açılarkən yerdə cızıq salmış. Tam girəcəyində bulaq var.Meşəlikdə üç qəbir var. Ağ daşdan, baş daşları çooox hündür və üzərində ərəb hərfləri ilə yazılar var. Ortadakı qəbir digər iki qəbirdən fərqli olaraq beş addım irəlidə yerləşir.
Lütfən, getdiyiniz ziyarətgahları, fərqi yoxdur Azərbaycanda, və ya Azərbaycandan kənarda mənim üşün qapılarının rəsmini, ümumiyyətlə rəsmlərini çəkə bilərsinizmi?
Bir də Ağayi Zeynəb kim olub? Şəmsi bacı ilə bir az araşdırdıq. Lütfən bildiyiniz bir məlumat varsa burda xəbər verin.
Əvvəlcədən təşəkkürlər



#48542 Bu gününüz necə keçdi?

Отправлено автор: Amine 25 апреля 2010 - 18:42 в Дискуссии на общие темы

Aleykum salam eziz bacim.
Bacim cox maragli yuxudur,her halda siz Imam Huseyn (a) bacisi Xanim Zeynaba tavassul ediz, inshaallah agah olar sirrini bilarsiz.
Evveli budur ki, [anim Zeynabin(a) fedakarligi esl kishi fedakarligidir, hetta Kerbala faciasini tanitdiran millete ilk once o olmushdur. Sozsuz bilirsiz ki Zeynab(a) ziyaretgahi Suriyyadadir.
Allah siza orani ziyaret etmayi gismat elasin.

salam/ İnşallah. Gederem. Çünki bir yuxunu eynilikle 10-larla defe görmek mence tesadüf deyildir. Suriyanın ziyaretgahlarını google-dan axtariş vererem görüm ne gelir. teşekkürler



#48543 Urfan

Отправлено автор: Amine 25 апреля 2010 - 18:53 в Поздравления

gec də olsa təbrik edirəm. Uğurunuz daim olsun.
sağ əliniz mənim başıma. İnşallah gələn il də mən müdafiə etməliyəm :scenic:



Amin bacı. O gün olsun "qəşşəyh" bir buket alım, gəlim sənin müdafiənə.
Burda da mövzu açaq səni təbrik edək :) İnşallah 2012-yə saxlamazsan )))

Sora da sənin əlin mənim başıma olsun :) mən də magistr diplomumu müdafiə edə bilim :) Ay Allah, dünya çıxacaq ağ günə, mən müdafiə edəndən sonra )))

Bizim forumda potensial alimlərimiz çoxdu. Hamısına uğurlar.

Amin. (Ber-bezekili buket istemirem. ağ qızılgül olsun :) )




Рейтинг@Mail.ru