Перейти к содержимому


Фотография

Novruz bayrami!


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 102

#1 Salafi

Salafi

    Raqib – Seargeant

  • Murid
  • 157 сообщений

Отправлено 20 Март 2009 - 17:18

novruz bidet deyilmi?

#2 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 20 Март 2009 - 17:22

Niye bidet olmalidir ki? Eşitdiyime göre bunun tarixi çox uzaqlara çıxır,, hetta Hz Ademe (as).

#3 Salafi

Salafi

    Raqib – Seargeant

  • Murid
  • 157 сообщений

Отправлено 21 Март 2009 - 15:22

Niye bidet olmalidir ki?

niyede bidet olmamalidir bir haldaki Peygember(sas) bu bayrami kechirmeyib.

Eşitdiyime göre bunun tarixi çox uzaqlara çıxır,, hetta Hz Ademe (as).

eshitmeye ise hechne vermirler :D

#4 Rinat

Rinat

    Arif – Corporal

  • Ibtidai
  • 64 сообщений

Отправлено 21 Март 2009 - 16:05

Niye bidet olmalidir ki? Eşitdiyime göre bunun tarixi çox uzaqlara çıxır,, hetta Hz Ademe (as).






bidet olmasinin sebebi rasullah etmeyib zoude kafirin bayramin:):)sen qeyd etdin ki,hz adem(as)devrinden var emis allah seni guldursun :D :)

Novruz -eslen farca bir sozdur.erebcelesmis sekili neyruzdur novrusun menasi ''yeni gun''demekdir Novruz bayrami farslarin bayramlarindan biridir ve onlarin en boyuk bayramlarindan sayilir.Bu gunu bayramlar olaraq ilk defe kecirsen sexs farslarin ilk kralllarindan olan cemsiddir.Novruz farsin ilk gunlerinden olub,bes gun devam edib..Misirden yasayan qibtelerde (Misirin xristian erebleri) Novruzu qeyd edirler.Qibtelere gore Novruz ,ilin ilk gunu olub sen Nesim (meltem etri)bayrami adlanir.

Imam zehebi(rh) ''et temessuk bi's-sunen vet-tehriz min'el-bide /sunnetlere baxlanmaq ve bidetlerden cekinmek''risalesinden bele demisdir:''Ad gunu, yeni il novruz kimi bayramlarda islamdan uzaq bir insana benzemek cirkin bir bidetdir(dinde yenilikdir).bir muselman,bu gunleri ve bayramlari bilmeden din sayaraq ederse(muqeddeslesdirerse),o tenqid olunmalidir,ona islamin bu barede olan hokmun oyredilmeldidir.Eger dinden “ uzaq insanlara sevgi besleyerek ve onlarin bayramlarina sevinc hissi kecirerek bu bayrami qeyd ederse, bu davranisina gore de tenqid olunmalidir.Yox eger bir adet ve eylence olsun deye ailesini razi edib usaqlarinin sevmesi ucun ederse ,bu teqdirde onun veziyyetine baxilir.Emeller, ancaq niyetlere gore deyerlendirilmelidir.Cahil,olan bu barede hec bir melumati olmayan bu meselede uzrludur ve islamin bu baredeki hokmu ozune bildirilmelidir.En dogrusun bilen allahdir təaladır” (Medine-i munevver Islam Universitesi dergisi sayi:103-104)

Cunki bayramlar,seriyet ve yol qebilindedir.Neceki allah teala bele buyurmusdur: biz(kecmisden beri) her ummet bir seriet mueyyen etdik ki,ona emele edeler.ele ise (musriklerin) bu iste (din, seriet isinde,,yaxud qurbanliqlar baresinde) seninle mubahise etmesinler.(Ya rasulum!) Sen onlarin oz rebbine (ibadet etme,onun hokumlerini)yerine yetirme)devet et Subhesiz ki,sen dogru yoldasan (dindesen)''{el-hecc,67)

Qazi Xan demisdir:''eger bir sexs,basqa bir gunde almadigi bir seyi sadece novruz bayrami gunu satin alarsa ,kafirlerin ucatdiqlari ve temiz etdikleri kimi,bu gunu ucaltmaq ve ona temiz gostermek isteyerse,bu teqdirde o kafir olar.Yox eger ucaltmaq ve temiz gostermek deyil,sadece eylenmek ucun satin alarsa ,o teqdirde kafir.Eger novruz gunu bir insana bir sey hediyye eder ve bununla o gunu ucaltmaq ucun ona temiz gostermek istemez,bunu sadece insanlar bir adet oldugu ucun ederse,bu teqdirde kafir olmaz..Muselmanin,bu gunden evvel ve ya sonra emediyi bir seyi bu gunde de etmemesi ve kafirlere benzememekden qacmasi lazimdir.''maliki alimleriden ibn qasim deyir:''muselmanin, bir xiristianin bayrami gununde ona bir sey hediye etmesi cirkin gormus bu davranisin,onun bayramini ucaltmaq,ona temiz gostermek ve onun kufrune komek etmek kimi gormusdur.eyni sekilde bayramlarinda kafirlere benzemek dogru deyildir

#5 muslim_az

muslim_az

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 49 сообщений

Отправлено 22 Март 2009 - 12:20

Hansısa kafire deyende ki, bes yeke hecmli copy-paste yerleşdirmek olmaz, o bir daha bele etmir. Amma müselmana gerek bir sözü 50 defe deyek. Reyting-10%.
P.S. Birde camaata o "siğenin haramlıği" barede olan xurafatla dolu meqaleni gönderme. Şikayetlerden p.m-im dolub.

Сообщение отредактировал Subhani: 24 Март 2009 - 00:38


#6 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 22 Март 2009 - 12:30

Şübhesiz ki, yalnız Əli (ə) aşiqləri bayram edər bu gündə, hər halda hər hansi bir selefi Hz Əlinin (ə) xəlifə olduğu gündə niyə bayram etsin?

#7 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 22 Март 2009 - 22:39

bidet? niye? :)
haminin bayrami mubarek !!!! (edenlerin tebii) : :D
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#8 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 23 Март 2009 - 17:47

ان يوم النيروز هواليوم الذى اخذ فيه النبى(ص) لاميرالمومنين(ع) العهد بغديرخم... و هواليوم الذى ظفرفيه باهل النهروان... و هواليوم الذى يظفرفيه قائمنا اهل البيت
بحارالانوار، ج 56، ص 119.


Imam Sadiq buyurub: Novruz o gündür ki, Peygəmbər (s) bu günü Hz. Əli(ə)-nin vilayəti üçün camaatdan peyman alıb, Novruz o gündür ki, Hz. Əli (ə)-Nəhrivan döyüşündə qələbə çalıb, Novruz o gündür ki: Bizim Qaimimiz (Imam Məhdi) o günü zühur edəcək.


فبالاستناد إلى أبي أسامة، عن حماد بن زيد، عن هشام بن محمد بن سيرين، قال: «أتى علي رضي الله عنه بهدية بمثل النيروز، فقال: ما هذا؟قالوا: يا أمير المؤمنين، هذا يوم النيروز.قال: فاصنعوا كل يوم نيروزاً
وسائل الشيعه، ج 12، ص 214


Bir gün Novruz bayramı münasibəti ilə Hz. Əli(ə)-yə hədiyyə gətirirlər. Hz. Əli (ə) soruşur bu nədir? Dedilər: bu gün Novrzuzdur. Həzrə$t dedi: Hər günÜmüz Novruz olsun.

Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#9 Philosof

Philosof

    Raqib – Seargeant

  • Murid
  • 106 сообщений

Отправлено 23 Март 2009 - 19:37

Təşəkkürlər Əl-Fəth!Bayramın mübarək.
Ancaq maraqlısı budur ki,Novruz fars sözüdür və bu bayramın yaşı İslamdan çox-çox qədimdir.Hədisdəki يوم النيروز sözünü həm Əli(ə) həm də İmam Cəfər(ə)işlədir.Necə oldu ki bu bayram bizim dinimizə intiqal etdi?Yenə deyirəm bu bayramın kökü termin ilə birlikdə ta Zərdüşt dininə qədər gedib çıxır.(ən azı)


"Omnia in numeris sita sunt"

#10 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 23 Март 2009 - 22:16

Qardashlar bizde bele bir hedis var?

4706. «Biharul Ənvar»: «Nəql olunanlara görə, Mənsur Dəvaniqi İmam Kazimdən (ə) camaatın onu təbrik etməsi üçün Novruzda evdə oturmasını və onunçün gətirdikləri hədiyyələri qəbul etməsini xahiş edir. İmam (ə) buyurur: «Mən babam peyğəmbərin hədis və rəvayətlərində axtarsam da, bu gün haqda nəsə tapmadım. Novruz iranlıların adətidir və İslam onu mənsux (ləğv) etmişdir. İslamın aradan götürdüyünü həyata qaytarmağımızdan Allaha pənah!» Mənsur dedi: «Biz bu işi yalnız döyüşçülərə görə edirik (və bir hərbi siyasətdir). Səni and verirəm o böyük Allaha, evdə əyləş». Həzrət qəbul edir və evdə əyləşir...». (Biharul-ənvar, c.59, səh.100, hədis 2, c.48, səh.108, hədis 9)
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#11 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 24 Март 2009 - 01:28

Bilirsizmi, bayram dedikde bir neçe mehfum başa düşülür. Biri var dini bayram, biri var dine aid olmayan adet-enene. Novruzun İslam dinine heç bir aidiyyatı yoxdur, amma bununla bele Novruzda İslama xas olan bir çox müsbet xüsusiyyetler mövcuddur. Sileyi-rehim, küsülülerin barışması, süfre açmaq ve s. Novruz bayramını geyd eden insanlardan heç olmasa birini mene gösterin ki, hemin insan bu bayramı dini bayram hesab etsin. Tebii ki, bele bir insan yoxdur. Bu sadece qedim milli adet-enenedir ve heç kes iddia etmir ki, bele günler Fitr ve yaxud Qurban bayramından üstündür. Böyük ülemalar da bele fikirdediler.


Sual: 375: Novruz bayramı ilə əlaqədar nəzəriniz nədir? O, müsəlmanların ciddi şəkildə yerinə yetirdiyi Fitr və Qurban bayramları kimi şər’i cəhətdən sübuta yetmişdirmi, yoxsa cümə günü və sair münasibətlər kimi yalnız mübarək bir gün hesab olunur?

Cavab: Novruz bayramının dini bayramlardan, yaxud şər’i cəhətdən mübarək olan günlərdən olmasına dair mö’təbər bir rəvayətin olmamasına baxmayaraq o günü bayram keçirməyin, qohum-əqrəbanın görüşünə getməyin eybi yoxdur, hətta sileyi-rəhm hesabından bəyənilən bir işdir.

Sual: 376: Novruz bayramı və onun əməllərinin fəziləti barəsində nəql olunan sözlər düzgündürmü? Bu əməllərin (namaz, dua və s.) rəvayətlərdə gəlməsi qəsdi ilə yerinə yetirilməsi caizdirmi?

Cavab: Bu əməlləri rəvayətlərdə gəlməsi qəsdi ilə yerinə yetirmək məhəlli-işkaldır, amma onları rəca və bəyənilən iş olması ümidilə yerinə yetirməyin işkalı yoxdur.


Ayatullahul Al-Uzma Seyyid Əli Xamenei - "Əcbivətul-istiftaat", c.2, seh. 91-92



فبالاستناد إلى أبي أسامة، عن حماد بن زيد، عن هشام بن محمد بن سيرين، قال: «أتى علي رضي الله عنه بهدية بمثل النيروز، فقال: ما هذا؟قالوا: يا أمير المؤمنين، هذا يوم النيروز.قال: فاصنعوا كل يوم نيروزاً
وسائل الشيعه، ج 12، ص 214


Bir gün Novruz bayramı münasibəti ilə Hz. Əli(ə)-yə hədiyyə gətirirlər. Hz. Əli (ə) soruşur bu nədir? Dedilər: bu gün Novrzuzdur. Həzrət dedi: Hər günümüz Novruz olsun.

Bu mübarek hedis de İslama xas olan bir çox xususiyyetlere göre Novruzu batil hesab etmir, evezine bir çox xususiyyetlere göre bu günü beyenilmiş bir gün kimi qeleme verir. Eger bugün Novruzda sileyi-rehim kimi gözel xüsusiyyet varsa, "qapı pusmaq" (qonşunyn qapısına qulaq asmağ) kimi İslama zidd emellerde var. Ümumiyyetle, müselman her bir şeyde yaxşılıq görmeyi bacarmalıdır ve her bir aden-eneneni İslamnan tutuşdurmalıdır.

Qardashlar bizde bele bir hedis var?

4706. «Biharul Ənvar»: «Nəql olunanlara görə, Mənsur Dəvaniqi İmam Kazimdən (ə) camaatın onu təbrik etməsi üçün Novruzda evdə oturmasını və onunçün gətirdikləri hədiyyələri qəbul etməsini xahiş edir. İmam (ə) buyurur: «Mən babam peyğəmbərin hədis və rəvayətlərində axtarsam da, bu gün haqda nəsə tapmadım. Novruz iranlıların adətidir və İslam onu mənsux (ləğv) etmişdir. İslamın aradan götürdüyünü həyata qaytarmağımızdan Allaha pənah!» Mənsur dedi: «Biz bu işi yalnız döyüşçülərə görə edirik (və bir hərbi siyasətdir). Səni and verirəm o böyük Allaha, evdə əyləş». Həzrət qəbul edir və evdə əyləşir...». (Biharul-ənvar, c.59, səh.100, hədis 2, c.48, səh.108, hədis 9)

Beli, var. Bu hedis "Mizanul-hikmet" kitabının 3-cü cildinde de mövcuddur. Bu hedisden qabağ hemin kitabda bu sened baxımından sehih hedislerde keçmışdır.

4702. «Mən lə yəhzəruhul fəqih»: «Novruzda Əmir-əl-mömininə bir hədiyyə gətirdilər. Həzrət soruşdu: Bu nədir? Ərz etdilər: «Ey Əmir-əl-möminin! Bu gün Novruzdur.» İmam buyurdu: «Hər günümüzü Novruza çevirin.»

4703. İmam Əli (ə): «Bizim Novruzumuz hər gündür.»

4704. İmam Sadiq (ə) (Novruz günündə onun qulluğuna gələn Müəlla ibn Xənisə xitabən): «Bilirsənmi bu gün nə gündür?» (Müəlla deyir) Ərz etdim: Sənə fəda olum, bu iranlıların əziz tutduğu və bir-birinə hədiyyə, bayramlıq verdikləri bir gündür. İmam Sadiq (ə) buyurdu: «And olsun Məkkədəki o qədim evə, bu günün qədim kökü var və mən onu sənə izah edirəm ki, biləsən....
Ey Müəlla! Novruz Allah-taalanın bəndələrdən Ona ibadət etmələrinə və heç nəyi Ona şərik qoşmayacaqlarına, elçilərinə, hüccətlərinə və imamlara (ə) iman gətirəcəklərinə vədə aldığı bir gündür. Novruz günəşin doğduğu ilk gündür...
Elə bir Novruz yoxdur ki, biz onda fərəcin olacağını gözləməyək. Çünki Novruz bizim və şiələrimizin günlərindəndir. İranlılar onu qoruyub saxladı, sizlər isə əldən buraxdınız...
Novruz iranlıların ilinin ilk günüdür. Onlar sayları otuz min nəfər olsa da, sağ qaldılar, yaşadılar və Novruz günündə su səpmək adətə çevrildi...»

4705. İmam Sadiq (ə): «Novruz bayramı yaxınlaşanda bədənini yu, ən təmiz paltarını gey, ən xoş qoxulu ətirlərlə özünü ətirləndir və həmin gün oruc tut.»


Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhri "Mizanul-hikmət", 3-cü cild, "Bayram" fesli


İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#12 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 24 Март 2009 - 01:54

ZƏHMƏT ÇƏKMİSƏN QARDAŞ, ALLAH RAZI OLSUN!
***
Sual-1628: Dinin novruz bayramı haqqında rəyi nədir?
Cavab: Rəvayətlərdə bu bir bayram kimi qeyd olunmamışdır. Lakin bu günün özünə məxsus əhəmiyyəti olduğunu göstərən rəvayətlərin bəzisindən istifadə etmək olar.
Sual-1629: Novruz bayramı dinimizdə bidət sayılırmı?
Cavab: Xeyr bidət sayılmır.
(Ayətullah Uzma Seyyid Əli Huseyni Sistani)

Sual-1331: Novruz bayramı haqqında rəvayət olunmuş namaz və digər əməlləri qəsdi vurud (yəni gözəl əməl kimi yerinə yetirmək) niyyəti ilə yerinə yetirmək olarmı?
Cavab: Olar.
Ayətullah Uzma Şeyx Cavad Təbrizi))


#13 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 24 Март 2009 - 02:05

Təşəkkürlər Əl-Fəth!Bayramın mübarək.
Ancaq maraqlısı budur ki,Novruz fars sözüdür və bu bayramın yaşı İslamdan çox-çox qədimdir.Hədisdəki يوم النيروز sözünü həm Əli(ə) həm də İmam Cəfər(ə)işlədir.Necə oldu ki bu bayram bizim dinimizə intiqal etdi?Yenə deyirəm bu bayramın kökü termin ilə birlikdə ta Zərdüşt dininə qədər gedib çıxır.(ən azı)




Sənin də bayramış mübarək qardaş. Sən hara, bura hara :gizildish:
Xamnei ağanın risaləsində deyəsən belə yazılıb ki, Novruz dini bayram deyil. Bu bayramın əməllərindən bütpərəstlik əməllərini çıxmaq şərtilə onu qeyd etmək caizdir.

Mən fikir verməmişəm, qardaşlar artıq cavab veriblər buna.



İntiqal sözünün mənasını düzü başa düşmədim, yəgin nəsə səhv gedib. Bunu deyə bilərəm ki, novruz dini bayram deyil və onun islama aidiyyatı yoxdur. Düzdür, bu bayramda bəzi neqativ inanclar mövcuddur və bu gün də bəzi cahillər bu inanclara inanır, amma biz müsəlmanlar bunları rədd edərək bu bayramın müsbət tərəflərini qəbul edib qeyd edirik.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#14 Koti

Koti

    Arif – Corporal

  • Murid
  • 96 сообщений

Отправлено 24 Март 2009 - 12:37

salam aleykum.

Minlərlə adamın (taundan) ölüm qorxusu ilə öz yurdlarını tərk edib getdiklərini görmədinmi? Allah onlara: “Ölün!” – dedi və sonra da (yenidən novruz günü) diriltdi. Həqiqətən, Allah insanlara lütf edəndir, lakin insanların bir çoxu şükür etməzlər!

Ellame tebetebainin el mizan..celaleddin suyutinin darul mensur fexreddin razinin mefatihul geyb tefsir kitablarinda yeniden dirilishin novruz bayrami gununde oldugunu yaziblar.


59(Musa) dedi: “Sizə verilən vədə zinət gününüz və camaatın (bir yerə) toplaşacağı günorta vaxtıdır!”

ehli sunnet alimi zemexsheri ozunun el-keshshaf eserinde yazir:bu gune ona gore zinet gunu deyirlerki,bu gunde bayram edilir.zinet paltarlari geynilir,ve her sheye yarashiq verirlir.
zinet gununun novruz bayrami gunu oldugunu tesdiq eden ehli sunnet alimlerinden.o cumleden Selebi ozunun el keshfu beyan,semerqendi ozunun behrul ulum,muqatil ibni suleuman tefsiru muqatil.celaleddin siyuti ozunun darul mensur eserinde,zinet gununu novruz bayrami oldugunu adlandirmishlar.
Men Sen olmusham ey dust !

#15 Rinat

Rinat

    Arif – Corporal

  • Ibtidai
  • 64 сообщений

Отправлено 24 Март 2009 - 23:06

bidet? niye? :)
haminin bayrami mubarek !!!! (edenlerin tebii) : :gizildish:


Rasullahin(sas)ve Onun dort xelifenin zamanlarinda dinde olmayam bir inanisi,bir isi,bir sozu ortaya cixarmaq ve bele bir sapixliqi yaymaq ve bundan savab gozlemek olmaz edilen bidet olur.
bidet iki edetdir.
1.islamiyet'in kufur alameti dedigin seyleri zaruret olmadan isdetmek,en pis bidetdir
2.Ibadet olaraq edilen yenilikler,reforumlar, emeler bidet olub boyukk gunahdir.
ibadetlerde bele deyisiklik edenlere bidet ehli deyilir
her bir bidet sapiklik.
bir bidet cixaranin namazi.orucu,umersi, tovbesi,farzi nafile ibadeti hec bir yaxsiliqi qebul edilmez,yaxdan cixan kimi dinden cixamasi hasant olar.bir sey var ki bunu rasullah novruzu etmeyib hele xelife qeyd etdim yuxarda en axrinci xelife olan hz elide etmeyib delil getir edib?delil yokdur supesiz.qaldi siz deyirsiniz novruz bayraminda hz eliye ne bilim xelifelik verilib doyusde qelebe calib ola biler bu novruz vaxti olsun ama o demek deyil ki,bunu bu noruz islamyetde var,onda PEYGAMBERe 40 yasinda peygamberlik verirdi bu hersseyden ustun idi niye peygamber bayrama cevirmedi bunu?niye bedir gununun bayarmi yokdur niye mekke feth edilen gununun bayrami yokdur?cunki islamyetin iki bayrami vardir qurban bayrami ve ramazan bayrami bu muselmanlarin bayramidir qaldi novruz yuxarda qeyd etdim ki bu bayram kafirlerin bayramidir allah quranda ne deyir....Ya Muhammed sen onlaradan(yahudiden xiristiyandan kafirden )UZ CEVIR!!! o demek deyil ki onlarin uzune baxma xeyir UZ CEVIR(yeni onlari butlerine adetlerine davranislarina inkarligina ve.s)qeyd edildi ki adetlerine sen bir gor ne edirsen allahi inkar eden peygmber(sas)laxa qoyan soyen insanlarin bayrami qeyd edirsen allah sene demezmi ki me size,iki bayram verdim ramazan ve qurban niye bidet edib ucuncu bayram qeyd etdiniz menden bele ehd aldiniz bunu mutle deyecekdir....qaldi hz eliye bu insan islamyete seryet getirmeyim islamyeti seryeti allah ve rasulu getirib..nece inanyeriniz varki hz eli qeyd etmeyib siz edirsiniz?

#16 Koti

Koti

    Arif – Corporal

  • Murid
  • 96 сообщений

Отправлено 25 Март 2009 - 11:45

Beyheqi ozunun << es-Sunenul Kubra>>,Xetib Bagdadi <<et-Tebeqatus-Seniyye>>,Celaleddin Suyuti <Camiul ehadis>>,Muhemmed ibni Ibrahim Ceefi <<et- Tarixul Kebir>>
kitabinda bele neql edirler: Novruz bayrami gunu Eli ibni Ebi Talib(r.a)-ya camin ichinde halva hediyye etdiler.Hz Eli(r.a) bu nedir deye sorushduqda dediler: Ya emirel mominin bu gun Novruzdur,buda Novruz hediyyesidir.
Imam buyurdu: Her gunumuzu Novruz edin!

P.S ay Aykut senin alimlerin bu hedisi qeyd etdikleri halda,sen nece uzumuze durursanki Hz Ali(e) Novruzdan bixeber olub?

Men Sen olmusham ey dust !

#17 Rinat

Rinat

    Arif – Corporal

  • Ibtidai
  • 64 сообщений

Отправлено 25 Март 2009 - 21:42

ان يوم النيروز هواليوم الذى اخذ فيه النبى(ص) لاميرالمومنين(ع) العهد بغديرخم... و هواليوم الذى ظفرفيه باهل النهروان... و هواليوم الذى يظفرفيه قائمنا اهل البيت
بحارالانوار، ج 56، ص 119.


Imam Sadiq buyurub: Novruz o gündür ki, Peygəmbər (s) bu günü Hz. Əli(ə)-nin vilayəti üçün camaatdan peyman alıb, Novruz o gündür ki, Hz. Əli (ə)-Nəhrivan döyüşündə qələbə çalıb, Novruz o gündür ki: Bizim Qaimimiz (Imam Məhdi) o günü zühur edəcək.


فبالاستناد إلى أبي أسامة، عن حماد بن زيد، عن هشام بن محمد بن سيرين، قال: «أتى علي رضي الله عنه بهدية بمثل النيروز، فقال: ما هذا؟قالوا: يا أمير المؤمنين، هذا يوم النيروز.قال: فاصنعوا كل يوم نيروزاً
وسائل الشيعه، ج 12، ص 214


Bir gün Novruz bayramı münasibəti ilə Hz. Əli(ə)-yə hədiyyə gətirirlər. Hz. Əli (ə) soruşur bu nədir? Dedilər: bu gün Novrzuzdur. Həzrə$t dedi: Hər günÜmüz Novruz olsun.

BIRINCISI: siz burda qeyd etdiyiniz sey novruzun islamyetin ne bayrami ne de hz elinin edmayina dayir bu dediyiniz hadisede var birincisi hedise baxsaq aciq aydin IMAM SADIQ sadece burda novruzda ne hadislere bas verib ve verecek olan seyden behs edilir.IMAM SADIQ demir ki novruz bayrami islamyete var ve bunu edin yox tamamile baxsaq gorerki imam sadiqin bele bir sumle isledmir.

KINICISI:burdada hz ELININ bayrami qeyd edin deye bir seyden sohbet etmir.BUrda qeyd edirsiniz ki bir gun HZ ELIYE novruz bayrami ile elaqeder hediyye getirdi!!indi gel bu sohbet hakta danisaq hz ELI BU HADISEDE SUNNE isledi deyeceksen nece sunne isledi bax bele orda HZ ELI bu hediyeleri qebul etmese idi sunneye muxail yanasardi cunki peygamber hem ozu hediyeleri gotrerdi kafiri olsun munafiqi olsun yahudisi olsu ve.i insanlar ona bir sey hediye edende o qebul ederdi ve ummetinede hediyeleri qebul etmesini emr ederdi burdada hz eli sunneye muxailf olmayib hediyeni qebul etdi neceki selman farisi hz eliye hediye getirdi hz peygamber(sAS)onun hediyesinin qebul etdi halbuki o zaman hz selman farisi islam dininde yox idi....! HZ ELI dedi:HER GUNUNUZ NOVRUZ OLSUN.burda ne varki burda BURDA HZ ELI BU INSANLARA DUA EDIR.men yuxarida qeyd edim ki,NOVRUZ SOZUNUN MENASI ''YENI GUN'' DEMEKDIR.Burdada hz eli bu camaat deyir ki her gun''yeni gununuz''olsun.dusunurem ki bu dediyin hadislere ne hz elinin nvoruzu bayramin qeyd etdigin yazmir.iki hadise yazdin biri IMAM SADIQIN novruz gunu ne hadise bax verdiyigi ve veceyini IMAM ELININDE camaat dua etdiyini yazdiniz burda ne yazir ki imam eli nvoruz bayrami etdi ne ehli beytin basqa sakinleri


Qaldi bir kafirin bayramin etmek bu esil muselmanlara yarasamaz sen yahudi kafirin bayramin edirsen halbuku onlar filistinde 1200 insan qetle yerirdiler ozude dinc ehalini ve usaqlari,O INSANLAR KI PEYGAMBER(sas) buyurdu ki,MENI GORMEDEN MENE IMAN EDEN QARDASLARIMI GORMEGI COX ISTERDIM.sen islamyetden hec bir adiyati olamayan bir bayrami islamyete soxmaq ozu bir kufurdur hec olmasa denen ki milli enenemizdir :shades::)

#18 muslim_az

muslim_az

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 49 сообщений

Отправлено 26 Март 2009 - 17:17

hezret Ali novruzu gemeri tegvimi ile geyd edib,ya shemsi tegvimi ile???

#19 AZERITURK

AZERITURK

    Raqib – Seargeant

  • Murid
  • 169 сообщений

Отправлено 28 Март 2009 - 16:19

BIZLERDEN OTERI DELIL PEYQAMBER SAS-DEN GELEN HEDISLERDI, BASHQALARINDAN GELEN HEDISLERI GETIRMEIN NE MENASI VAR? NEBI SAS-DAN ISE BELE HEDIS YOXDU. DEMELI BU BEYNILMELI DEIL. NEZERE ALSAQ KI NOVRUZUN 1 COX ADETLERI ISLAMA TAM ZIDDIR. MESELEN OD YANDIRIB UZERINDEN HOPPANMAQ VE FIKIRLESHMEKKI BUTUN DERD-BELA AQIRLIQ-UQURLIQ ORDA QALACAQ. BU SIRF CAHILLIK VE KUFRDU. MUSELMAN BELE ETMELI DEYIL. IRAN MUCDEIDLERI ONA GORE BUNU QEBUL EDIRLERKI ORADA HOKUMET FARSLARINDI.BU BAYRAMDA FARS-ATESHPEREST BAYRAMIDI. DEVLETIN , HEGEMON-MILLETIN BAYRAMINA BIDET DEYE BILMEZLER........


Bu forumda böyük həriflərlə yazmaq qadağandır. Qaydaları oxuyun və onlara riayət edin.
Exlaqina,terbiyesine sahib olanlar yazsinlar...

#20 tatar

tatar

    Mulazzim – lieutenant

  • Murid
  • 360 сообщений

Отправлено 28 Март 2009 - 18:15

Deya bilersiz harada yazilib ki, rasulillah(s) bu bayrami haram buyurub?
Я пёс у дверей Имама Али (А).

#21 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 29 Март 2009 - 14:10

Deya bilersiz harada yazilib ki, rasulillah(s) bu bayrami haram buyurub?

bu bayramın özülü şirk,batil inanclar üzərində qurulub.
buna misal odun üzərindən tullananda o insanın bütün ili uğurlu olduğu iddia olunur. (allahın qeyb elmi)
1 il bayramı keçirdməyəndə 7 il bedbəxçiliknən üzləşə bilərsən,qapı falı ve sair............
tatar sizdə
soruşursuz ki,harda qadağan edib?!

imran ibn hüseynden gələn başqa hədisdə resul sas 1 gün bir adamin əlində sari üzük görüb dedi : --bu nədir ? o adam cavabinda:--mən bunu taxiram ki,mənə zəiflik üz verməsin.Peyğəmbər dedi:-- çixart onu,o ancaq sənin zəifliyinni dahada artirir,bu üzüknən ölsən heç vaxt xoşbəxtlikə nail olmayacaqsan.

əhməd 4/445, ibn macə 3531, ibn hibban 1410,1411


bu hədisdə olan o adamın inancı novruz bayramında olan inanclarnan birdir ,rəsul s.a.s da bu cür batil inancları qadağa edib.
birdəki özüvüz nəticə çıxardın...
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#22 Koti

Koti

    Arif – Corporal

  • Murid
  • 96 сообщений

Отправлено 01 Апрель 2009 - 11:37

salam aleyke ahmed!
ahmed insanlar varki ramazan bayraminda fitre chixarir evden.bir hissesini yetime verir,bir hissesinide eve qaytarir,ve inanirki hemin pul bunun ruzisini artiracag,indi sen demek isteyirsenki ramazan bayramini qeyd etmek olmaz?nedi nediki bezi insanlar bu bayramda sehv dushunub sehv addimlar atirlar.

Men Sen olmusham ey dust !

#23 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 01 Апрель 2009 - 19:56

1ci si ramazanı bu novruznan -adət-ənənəynən bir tutma,
bir dənə də mən sənin sözlərivə oxşar bir söz deyim-- onda namazıda insanlar qılmasın !çünkü mən tanıdığım insanlardan elələri var, işləri düz gətirməsi üçün
qılırlar....
2 si mən bu bayramın əsas atributu kimi od qalamağ,və üstündən atdanıb xeyr ummaqır,sizi bilmirəm ancaq biz tereflerdə ,yəni dağlılarda belədir.
məndə onlara baxıb höküm çıxardıram. zəhmət deyilsə odun o bayramda nə üçün yandırılmasını başa salasız
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#24 Koti

Koti

    Arif – Corporal

  • Murid
  • 96 сообщений

Отправлено 02 Апрель 2009 - 22:12

1-si,demek ahmed evvelde getirdiyin arqumentin zeif oldugunu qebul edirsen,bu gozel haldir.hansisa cahil adamin sehvine gore,bir gozel emelin qadagan olmasi absurddu.
2-si-od qalamag-heraret remzidir.ustunden attanib xeyir ummag cehaletdir.bu oppanan insanlarin oppanmasi novruzda olan bu qeder gozel emelleri niye qadaga etsinki?

Men Sen olmusham ey dust !

#25 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 06 Апрель 2009 - 11:55

Rinat qardaş, Sübhaninin əvvəldə yazdığını deyəsən oxumamısan. Postunun axırıncı hissəsində rəvayətlər gətirib
http://313news.net/f...&...post&p=7308

#26 ennas114

ennas114

    Jundi Awwal – Soldier 1st class

  • Ibtidai
  • 33 сообщений

Отправлено 08 Апрель 2009 - 15:36

Din düşmənləri müsəlmanları aldatmaq üçün kafirlərin adət və bayramlarını islam adəti və müsəlmanların mübarək günü adlandırıb bunların kafirlik olduğunu ört-basdır etməyə çalışırlar. Böyük Konstantinin xristianlıq dininə qarışdırdığı noel gecəsini və Cəmşidin ortaya çıxardığı məcusi bayramı olan novruz gününü milli bayram olaraq tanıdırlar. Müsəlmanların bu günləri bayram kimi qeyd etməyini istəyirlər. Gənc və saf müsəlmanlar bunlara aldanmamalıdır. Güvənilən xalis müsəlmanlardan , namaz qılan qohumlardan və dinini bilən dost-tanışlardan soruşub öyrənmək lazımdır. Bu gün bütün dünyada istər imanı və küfrü bilməkdə, istərsə də düzgün ibadət etməkdə cahillik üzr deyildir. Məşhur olan dini bilikləri bilmədiyi üçün aldanan şəxs Cəhənnəmədən qurtulmayacaq. Allahu-təala dinini bu gün dünyanın hər tərəfinə duydurmuşdur və iman, halal, haram, fərzləri və gözəl əxlaqı öyrənmək çox asanlaşmışdır. Bunları lazımi qədər öyrənmək fərzdir. Öyrənməyib cahil qalan fərzi tərk etmiş sayılır. Öyrənməyi lazım bilməyib əhəmiyyət verməyən isə kafirdir.
Ebedi seadet...Tam ilmihal hakikat kitab evi

#27 varqo

varqo

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 17 сообщений

Отправлено 14 Февраль 2010 - 10:04

NOVRUZ
Novruz barədə sözü belə başlayaq. Islamdan əvvəl xalqın, millətin və hər tayfanın özünəməxsus mərasimləri, adət-ən’ənələri, mədəniyyətləri və ədəb ərkanları var idi ki, onlara uyğun hərəkət edirdilər. O adət-ənələrin bəzisi yaxşı bə’ziləri isə pis adətlər idi. Islam dini zühur edəndən sonra camaatın və tayfaların arasında olan bu adət-ənənələri nəzərdən keçirərək onların yaxşılarını təsdiq edib bəyəndi, pislərini isə qadağan və haram etdi. Islamın öz hökmlərindən əlavə insanlar arasında belə adət-ənənələr mövcud idi. Misal üçün onların hərəsindən birini nəzərnizə çatdırıram.
Islamdan əvvəl ərəblərin içində belə bir adət vardı ki, dörd ayda müharibə etməyi dayandırardılar. O aylardan biri Rəcəb, biri zil-qə’də, biri zil-hiccə, biri də məhərrəm ayı idi. Bu dörd ayda heç kəsin müharibəyə əl atmağa, birinə təcavüz etməyə və müharibəyə davam etməyə ixtiyarı yox idi. Bu camaatın öz qanunu və adət-ənənəsi idi. Islam dini sülhtələb və müharibə etməklə əsasən müxalif olduğundan baxıb gördü ki, bu adət-ənənə çox gözəl bir əməldir. Buna görə də camaatın bu adət-ənənəsini təsdiq edib bəyəndi. Indinin özündə Islam aləmində də rəcəb, zid-qə’də, zil-hiccə və məhərrəm aylarında müharibə etmək mütləq haram və qadağan olunmuşdur.
Bu ərəblərin yaxşı adət-ənələrindən biri idi ki, Islam dini zühur edəndən sonra onların bu adət-ənənələrini bəyənib təsdiq etdi. Lakin camaatın içində bir sıra çox pis əməllər də var idi. O cümlədən hər kimin qız övladı dünyaya gəlsəydi, özünü alnı kölgəli və başı aşağı hiss edirdi. Ona görə də qız uşağı dünyaya gələn kimi atası onu aparıb çöllükdə yeri qazıb diri diri torpağa bastırardı. Islam dini gördü ki, onların bu adətləri çox pis adətdir. Ona görə də onların bu əməlləri ilə müxalifətçilik etdi və bu adət ənənəni bəynmədi. Allah-təala onların bu haqsız əməllərinə görə Təkvir surəsinin 9-cu ayəsini nazil etdi.
بِأَيِّ ذَنبٍ قُتِلَتْ
Hansı günaha görə (bu uşaqlar) öldürülürlər.
Belə bir vəziyyətdə, hər kəsin qız oşağı olarkən özünü başı aşağı təsəvvür etdiyi bir halda Allah-təala Həzrət Peyğəmbərə qız övladı, kövsəri verdi. O Həzrətə vrdiyi iki oğlan uşağını aldı və əvəzində Zəhranı (s.ə) ona bəxş etdi. Camaatın içində görürdülər ki, Həzrət Peyğəmbər (s) öz qızına o qədər hörmət edir ki, indiyə qədər heç bir ata hətta oğlan övladına bu qədər hörmət etməyib. Harda görsəydilər ki, Peyğəmbər (s) əyləşib və Zəhra içəri daxil olanda o Həzrət qızının ayağına qalxar, gəlib onunla görüşər və əllərindən öpərdi. Hansı ata öz qızının əllərindən öpürdü? Həzrət Peyğəmbər (s) belə bir hərəkəti ilə bütün dünyaya sübut etdi ki, övlad müqəddəsdir istər qız olsun, istərsə də oğlan.
Islamda belə bir baxım var idi. Zühur edəndən sonra bütün millətlərin içində olan adət-ənənələrə baxıb öz nəzərini bildirərdi. Hansı adət-ənənə müsbət olsaydı onu qəbul və təsdiq edər, hansı hərəkət mənfi olsaydı onunla müxalif olardı.

Bu sözləri qeyd etməkdən məqsədim budur ki, novruz da Islamdan əvvəl camaat arasında olan bir adət-ənənə idi. Islam dini zühur edəndən sonra bu adət-ənənəyə baxdı və öz onun barəsində nəzərini bildirdi. Islam dini gördü ki, bu bayramın içində həm müsbət hərəkətlər, həm də mənfi hərəkətlər vardır. Onun müsbət hərəkətlərini bəyəndi, mənfi hərəkətlərini isə təsdiq etmədi.
Tarixə diqqət yetirəndə görürük ki, novruz çox qədimi bir adət-ənənədir. Novruz əslində farsların adət ənənələri olmuşdu. Islam dini zühur edəndən sonra onun barəsində öz nəzərini bildirdi və bir sıra xüsusi əməlləri də ona artırdı.
Novruz barədə olan mə’ruf bir hədisi nəzərnizə çatdırıram.
Müəlla Imam Sadiqin (ə) səhabələrindən biri idi. O belə deyir:
دَخَلْتُ عَلَى الصَّادِقُ عَلَيْهِ السَّلام يَوْمَ النِّيرُوز. قَالَ(ع): اَتَعْرِفُ هَذاالْيَوم؟ قُلْتُ جُعِلْتُ فِداكَ هَذا الْيَوْم تُعَظِّمُهُ الْعَجَم وَ تَتَهَذا فِيهِ. قَالَ(ع): وَالْبَيْتِ الَّذِى بِمَكَّةِ مَا هَذا اِلاّ لِأَمْرٍ قَدِيمٍ اُفَسِّرُ لَكَ حَتَّى تَفْعَمَهُ.
يَا مُعَلَّى, إِنَّ هَذا الْيَوْم النِّيرُوز هُوَ الْيَومُ الَّذِى اَخَذَهُ الله فِيهِ مَواسِقَ الْعِبَاد اَنْ يَعْبُدُوهُ وَ لا يُشْرِك بِهِ شَيْئً وَ اَنْ يُؤْمِنُ بِرُسُولِهِ وَ حُجَجَهِ وَ لِيُؤْمِنُ بِالْأَئِمَّةِ وَ هُوَ اَوَّلُ يَوْمٍ طَلَعَتْ فِيهِ الشَّمْس وَ مَا مِنْ يَوْمٍ نِّيرُوز اِلاّ وَ نَحْنُ نَتَوَقَّعُ فِيهِ الْفَرَج لِأَنَّهُ مِنْ اَيَّامِنَا وَ اَيَّامِ شِعَتِنَا وَ لكِن حَفَظَهُ الْعَجَمْ وَ زَيَّعْتُمُوهُ اَنْتُمْ وَ هُوَ اَوَّلُ يَوْمٍ مِنْ سَنَةِ الْفُرُوس.
Novruz bayramı Imam Sadiqin (ə) hüzuruna getmişdim. O həzrət mənə baxıb buyurdu: Sən bilirsənmi bu gün necə bir gündür? Dedim: Bəli ağa. Bu gün elə bir gündür ki, əcəmlər1 bu günü çox əzəmətlə qeyd edər və bir-birlərinə hədiyyə apararlar.
Imam Sadiq (ə) buyurdu: And olsun Məkkədə olan müqəddəs evə ki, bu qədimi bir gündür. Istəyirsənmi sənə novruz barəsində təfsilat verim, bunun necə bir gün olmasını biləsən?
Ey Müəlla, həqiqətən novruz elə bir gündür ki, Allah-təala bəndələri yaratmamışdan öncə onlardan söz almışdır.
Qeyd: Insanlar hələ dünyaya gəlməmişdən öncə Allah-təala onlardan söz almışdı. Qur’anda bu məsələyə işarə olunmuşdur. Allah-təala belə buyurur:
وَإِذْ أَخَذَ رَبُّكَ مِن بَنِي آدَمَ مِن ظُهُورِهِمْ ذُرِّيَّتَهُمْ وَأَشْهَدَهُمْ عَلَى أَنفُسِهِمْ أَلَسْتَ بِرَبِّكُمْ قَالُواْ بَلَى
(Ey Peyğəmbər!) Xatırlat ki, bir zaman Rəbbin Adəm övladlarını bellərindən (gələcək) nəsillərini çıxardıb onları özlərinə (bir-birinə) şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” soruşmuş, onlarda “Bəli Rəbbimizsən” deyə cavab vermişlər.1

Allah-təala bütün insanlardan bu sözü aldıqdan sonra yaratmışdır. Amma insanlar dünyaya gəldikdən sonra, dünyanın abu-havası onlara dəydikdə, dünyanın ne’mətlərini gördükdə, Allaha verdiyi və’dələri yadlarından çıxdı.
Imam Sadiq (ə) Müəllaya bildirdi ki, Allahın insanlardan və’də və söz aldığı həmin gün novruz günü olmuşdur.
Sonra Həzrət buyurdu: Allah-təala insanlardan söz aldı ki, yalnız Ona ibadət etsinlər və Heç bir şeyi Allaha şərik qoşmasınlar. Onun göndərdiyi peyğəmbərlərə iman gətirsinlər və Onun yer üzündə höccətlərinə və imamlara itaət etsinlər.
Ey Müəlla, novruz elə bir gündür ki, günəş ilk dəfə işığını bu gündə yerə salmışdı. Bizim axırıncı övladımız Imam Zamanın (ə.c) zühuru güman var ki, bu novruz günündə olacaq. Buna görə də novuz bizim və şiələrimizin günüdür. Lakin bu novruzu əcəmlər diri saxladılar siz isə yaddan çıxartdınız. Bir də ki, novruz farsların illərinin əvvəl günüdür.
Imam Sadiqin (ə) bu hədisindən və buna oxşar hədislərdən bu mətləbi əldə edirik ki, Islamdan əvvəl novruz bayramı var idi. Lakin bu novruz bütpərəstlərin əlində idi. Novruzun içində yaxşı hərəkətlər çox idi. Lakin pis hərəkətləri də var idi. Islam zühur edəndən sonra bu ən’ənənin əsli və kökü ilə müxalifət etmədi və onun müsbət hərəkətlərini təsdiq edərək bir sıra hökmləri ona əlavə etməklə novruza mə’nəvi və ilahi rəng verdi. Islamın novruza əlavə etdiyi mə’nəvi əməllərdən bir neçəsini nəzərnizə çatdırıram.
Novruz bayramında müstəhəb
olan əməllər.
Novruz bayramı daxil olarkən il dəyişir. Ilin dəyişdiyi dəqiqələrdə Peyğəmbər və Imamlar bizə belə bir dua oxumağı tövsiyə etmişlər.
يَا مُقَلِّبَ الْقُلُوبِ وَ الْأَبْصَارِ يَا مُدَبِّرَ الَّيْلِ وَ الْنَّهَار يَا مُحَوِّلَ الْحَوْلِ وَ الْأَحْوَال حَوِّل حَالَنَا بِأَ حْسَنِ الْحَال
Islam dini bu əməli novruz bayramında ilin dəyişdiyi anlarda müsəlmanlara tövsiyə etməklə istəyir ki, onların mə’nəviyyatları daha da artsın. Çünki, insanın dünyaya gəlməkdən əsas məqsədi odur ki, hər bir dəqiqədəsində özünə mə’nəviyyat qazansın. Ona görə də il dəyişib novruz daxil olan anlarda da bu du müstəhəbb bir əməl kimi tə’yin olunmuşdur. Belə dualara təkcə novruz bayramında deyil, hətta mübarək Ramazan ayının gündəlik dualarında da rast gəlirik.
اَللّهُمَّ غَيِّرْ سُوءَ حَالِنا بِحُسْنِ حَالِكَ
“Ilahi, Öz gözəl halınla bizim uğursuzluğumuzu dəyişdir.”
Novruz bayramında insanlar bir-birinin evinə hədiiyə aparırdılar. Islam dini novruz bayramında olan bu əməli tə’yid və təsdiq etdi.
Bir gün Həzrət Əlinin (ə) evinə hədiyyə gətirdilər. Həzrət soruşdu: “Bu nədir?” Dedilər: Ya Əmirəl-mö’minin bu gün novruz bayramıdır. Ona görə də sənə hədiyyə gətirmişik. Həzrət hədiyyəni onlardan qəbul edib buyurdu: “Bizim hər günümüzü bizə novruz edin.“
Bu hədisdən mə’lum olur ki, Islam dini novruz bayramında olan bu əməli təsdiqlədi və bəyəndi.
Islamın novruza əlavə etdiyi bir neçə müstəhəb əməli sizin nəzərnizə çatdırıram.
1. Qüs etmək. Novruz bayramında müstəhəbdir ki, insan qüsl etsin. Bu qüslün niyyəti belədir. “Novruz qüslü edirəm qürbətən iləllah.”
2. Təmiz və təzə paltar geymək. Müstəhəbdir ki, insan novruz bayramında təmiz və təzə paltar geyinsin.
3. Yaxşı və xoş ətirlərdən istifadə etmək. Novruz bayramında yaxşı olar ki, insan xoş ətirlərdən istifadə etsin.
4. Oruc tutmaq. Novruz bayramında oruc tutmaq müstəhəbdir. Hər kim novruz bayramında oruc tutsa Allah-təala həmin şəxsə savab verər.
Bu əməlləri bizə Imam Sadiq (ə) öyrədərək belə buyurur:
قَالَ الصَّادِقُ(ع): اِذَا كَانَ النِّيرُوز فَاغْتَسِل وَالْبَسْ اَنْظَفَ سِيَابِكَ وَتَطَيَّر بِأَحْيَبِ طِيْبِك وَ تَكُون ذَالِكَ الْيَوم صَائِماً
“Novruz gəldiyi zaman qüsl edin, gözəl və təmiz paltarlar geyinin, gözəl ətirlərdən istifadə edin və o günü oruc tutun.”
5. Novruz bayramında gözəl və müstəhəb əməllərdən biri on ikinci imam Həzrət Məhdi (ə.c) ilə əlaqə saxlamaqdır. Çünki əvvəldə Imam Sadiqdən (ə) hədisdə oxuduq ki, çox güman var ki, o Həzrət novruz günü zühur etsin. Imam Zamanla (ə.c) belə əlaqə saxlamaq olar ki, heç olmasa insan iki rək’ət namaz qılıb o Həzrətə hədiyyə etsin. Namazı qutardıqdan sonra öz istək və hacətlərini Allahdan diləsin.

6. Novruz bayramınının dörd rəkətli xüsusi namazı vardır. Novruz günü bu namazı qılmaq müstəhəbdir. Onun qaydası belədir. Sübh namazı kimi iki rəkət iki rəkət qılınır.
Birinci iki rəkətin birinci rəkətində həmd surəsindən sonra on dəfə Qədr (inna ənzəlna) surəsi, ikinci rəkətdə həmd surəsindən sonra on dəfə Kafirun surəsi oxunmalıdır.
Ikinci iki rəkətin birinci rəkətində həmd surəsindən sonra on dəfə Ixlas (qul huvəllah) surəsi, ikinci rəkətdə isə Həmd surəsindən sonra on dəfə Nas (qul ə’uzu birəbbin-nas) surəsi oxunmalıdır. Qalan hissələri isə eyni ilə sübh namazı kimi qılınır.
Yuxarıda qeyd olunan bu əməllər Islamın novruz üçün tə’yin etdiyi əməllərdir. Novruzu diri saxlamaq istəyən, və novruza hörmət etmək istəyən şəxslər bilməlidirlər ki, novruz bayramının belə müstəhəb əməlləri də vardır. Bunlardan əlavə, müsbət hərəkətlərdən biri də budur ki, novruz bayramında küsənlər barışar, övladlar gəlib ata-analarından halallıq istəyər, rəhmətə gedənləri yad edər, qohum əqrəba, bir-birinin evinə və ziyarətinə gedərlər. Bunlar çox gözəl əməl və hərəkətlərdir ki, bu barədə istənilən qədər hədis və rəvayətlərimiz vardır.
Hədislərdə vardır ki, əgər bir mö’min başqa bir mö’minin ziyarətinə gedərsə və məqsədi yalnız və yalnız onu ziyarət etmək olarsa, Allah-təala ona belə xitab edər: Ey zəvvar! Sən paksan, Cənnət də sənə pak və halal olsun.
Novruz bayramında camaatın adət-ənənələri
Qeyd olunan müstəhəb əməllərdən əlavə novruz bayramında camaat arasında bir sıra adət-ənənələr də vardır. Onların bə’zilərini nəzərnizə çatdırıram.
Novruz bayramında camaatın bir-biri ilə münasibətlərindən əlavə özləri üçün də bə’zi ənənələri vardır. Camaat novruz bayramı münasibətilə müxtəlif yeməklər hazırlayar, şəkərbura, paxlava, qoğal, bişirər, səməni cücərdər, yumurta boyayar, şam yandırar, süfrəni yeddi sindən ibarət su, sirkə, sumağ, soğan, salat, səməni, səbzi və bu kimi ne’mətlərlə bəziyərlər. Həmçinin süfrəyə Qur’an güzgü qoyarlar. Çərəz etmək üçün süfrəyə iydə, püstə, badam, ləpə gətirərlər. Bundan əlavə balığı bişmiş halda və ya qabın içində diri halda süfrəyə qoyurlar. Evlərə papaq atar, qapı arxasından kiminsə söhbətinə qulaq asar və bütün bu kimi əməlləri özlərinə adət-ənənə kimi hesab edərlər.
Lakin bunlardan əlavə camaatın içində bir sıra hərəkətlər də vardır ki, Islam dinin onları qəbul etmir. Istər novruzda olsun, istərsə də başqa günlərdə şəriət bu əməlləri haram və qadağan edir. Məsələn düzdür, novruzda şadlıq edərlər, həddən artıq şadyanalıq etmək, haram musiqilər, haram oxumaqlar, haram oynamaqlar, haram yeməklər, haram içməklər novruzda vardır. Islam dini bu əməlləri qəti qadağan edir və novruzun bu kimi adət ənənələrini bəyənmir.
Əvvəldən bura qədər etdiyimiz söhbətlərin hamısı novruz barədə olan mətləb idi.

#28 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 15 Март 2010 - 22:44

İntiqal sözünün mənasını düzü başa düşmədim, yəgin nəsə səhv gedib. Bunu deyə bilərəm ki, novruz dini bayram deyil və onun islama aidiyyatı yoxdur. Düzdür, bu bayramda bəzi neqativ inanclar mövcuddur və bu gün də bəzi cahillər bu inanclara inanır, amma biz müsəlmanlar bunları rədd edərək bu bayramın müsbət tərəflərini qəbul edib qeyd edirik.


Priklyuçeniya Elektronika filmində Sıroyejkin də bu sözü düzgün tələffüz edə bilməyib deyirdi İNTRİQAL. İndi Philosof da deyir İNTİQAL. Əslində isə bu sözün düzgün tələffüzü İNTEQRALDI :secret: :shades: :shades:

Philosof soruşur ki, bu bayram bizim dinimizə necə keçib?

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#29 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 16 Март 2010 - 00:30

P.S:Ereblerin yaninda Imam Ali(as) adi Ali ,Farslarin yaninda Novruz,ermenilerin yaninda Kirkor olmushdur.


Anlamadım.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#30 Abdullah313

Abdullah313

    Arif – Corporal

  • Murid
  • 57 сообщений

Отправлено 16 Март 2010 - 12:05

Ayatullah Xamneidən bayram qadağası
Пора не статус менять а что-то в жизни…




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru