Отправлено 23 июля 2008 - 09:14
Biz deyirik ki, bütün burada yazılanlar təhrif olunmuş və don geydirilmiş sözlərdir. Bir sözlə iftiradır. İbnul-Qayyim rahiməhullah istimnanı haram sayır və elə onların göstərdikləri yerdə buna işarə etmişdir. əl-Cəvziyyə, rahiməhullah, kitabında bunları deyir:
فصل الاستمناء
إذا قدر الرجل على التزوج أو التسري حرم عليه الاستمناء بيده قال ابن عقيل وأصحابنا وشيخنا لم يذكروا سوى الكراهه لم يطلقوا التحريم قال وإن لم يقدر على زوجة ولا سرية ولا شهوة له تحمله على الزنا حرم عليهه الاستمناء لأنه استمتاع بنفسه والآية تمنع منه وإن كان متردد الحال بين الفتور والشهوة ولا زوجه له وله أمة ولا يتزوج به كره ولم يحرم وإن كان مغلوبا على شهوته يخاف العنت كالأسير والمسافر والفقير جاز له ذلك نص عليه أحمد رضي الله عنه وروي أن الصحابة كانوا يفعلونه في غزواتهم وأسفارهم
وإن كانت امرأة لا زوج لها واشتدت غلمتها فقال بعض أصحابنا يجوز لها اتخاذ الاكرنبج وهو شيء يعمل من جلود على صورة الذكر فتستدخله المرأة أو ما أشبه ذلك من قثاء وقرع صغار والصحيح عندي أنه لا يباح لأن النبي إنما أرشد صاحب الشهوة إذا عجز عن الزواج إلى الصوم . رواه البخاري ومسلم وغيرهما . ولو كان هناك معنى غيره لذكره ...
وإن قور بطيخة أو عجينا أو أديما أو نجشا في صنم إليه فأولج فيه فعلى ما قدمنا من التفصيل قلت وهو أسهل من استمنائه بيده
haramdır.
Əgər kişi evlənməyə və ya cariyyə almağa qadirdirsə əli ilə “istimnə” etməsi İbn Aqil, əshabımız və şeyximiz sadəcə bunun məkruh olduğunu zikr ediblər, təhrim sözü işlətməyiblər və dedi: əgər evlənməyə və kəniz almağa qadir deyilsə, şəhvəti yoxdursa və zinadan qoruna bilirsə, “istimnə” etməsi haramdır. Çünki bu, öz nəfsindən zövq almaqdır və ayə bunu qadağan edir. Lakin əgər onun halı sakitlik və şəhvət halı arasında dəyişirsə, heç bir zövcəsi yoxdursa, kənizi varsa və evlənmirsə məkruhdur, lakin haram deyildir. Lakin əgər şəhvəti ona qalib gələrsə və günaha düşməkdən qorxarsa, - məs: əsirlərdə, müsafirlərdə, fəqirlərdə ola bilər – bu ona caiz olur. Əhməd də, radiyallahu anhu, bunu bildirmişdir və səhabələr də hərbi yürüşlərində və səfərlərində bunu ediblər. Əgər qadının əri yoxdursa və şəhvəti şiddətlənərək üstün gələrsə, bu zaman əshabımızdan bəziləri dedilər ki, qadına ikranbəc – və bu kişi cinsi orqanı şəklində dəridən düzəldilmiş bir şeydir – və ya xiyar və kiçik qabaq kimi buna bənzər şeyləri götürməsi və daxil etməsi caizdir. Mənə görə səhih olan budur ki, bu mübah deyildir, çünki peyğəmbər evlənməkdən aciz olan şəhvətli biri üçün çıxış yolunu orucda görmüşdür. Bunu Buxari və Muslim və başqaları rəvayət ediblər. Əgər burada başqa məna olsaydı bunu zikr edərdi... Əgər qarpızda, palçıq parçasında, dəridə və ya ona aid bir bütdə deşik açarsa və ora salarsa, (bunun da hökmü) əvvəl verdiyimiz izaha dayanır və bu əl ilə masturbasiya etməkdən də asandır.
"Bədəi əl-Fəvaid", 4/905
Gördüyümüz kimi İbnul-Qayyimin sözləri gün kimi aydındır. Nə ibnul-Qayyim, nə də başqa alim bu əməli caiz görməyiblər. Lakin bəzi alimlər zinaya düşmək qorxusu olduğu halda bunu etməyi caiz görüblər, digərləri isə bunu məkruh biliblər. Qadının isə ikranbəcdən istifadə etməsinə gəldikdə isə, İbnul-Qayyim bunu heç bir halda caiz görməmişdir və yalnız zinaya düşmək qorxusu olduğu halda bəzi hənbəli alimlərinin bunu caiz gördüyünü qeyd etmişdir və bu sözlərindən həmən sonra bunun istənilən halda caiz olmadığını bildirmişdir.
Eləcədə kişinin qarpız və ya palçıqda deşik açaraq masturbasiya etməsinə gəldikdə isə, bizim əleyhimizə olanların iddia etdiklərinin əksinə olaraq İbnul-Qayyim bunu caiz görməmişdir, çünki bunun hökmünün daha əvvəl izah etdiyi hökmə dayandığını qeyd etmişdir.
Факты не перестают быть фактами, когда их игнорируют