Отправлено 04 ноября 2008 - 00:27
“Rəsulullah (s) qohumlarının ondan üz çevirdiklərinii görəndə bu səhnə ona çox ağır gəldi. Çünki Allahın ona nazil etdiyi vəhyin nəticəsində qohumlarının ondan uzaq düşmələrini gördükcə arzu edirdi ki, kaş Allahdan bir şey nazil olaydı ki, onunla qohumları arasında yenidən yaxınlaşmaya səbəb olaydı. Rəsulullah (s) qohumlarını sevdiyi üçün nigəran idi ki, onlarla sərt davrandığına görə onların ürəklərini ələ alsın. Rəsulullah (s) özlüyündə bu arzunu təkrar edirdi., Allah-təala bu ayəni nazil etdi: “And olsun batmaqda olan ulduza! Sizin xidmətçiniz nə yolunu azmamışdır və nə də əfsunlanmamışdır. Özündən heç nə danışmır” Allah-təalanın kəlamı bu yerə “Aya ibadət etdiyiniz Lat və Uzzanın nəyə qadir olduqlarını gördünüzmü?! Üçüncü büt olan Mənat da həmçinin?!” yetişəndə Şeytan Rəsulullahın həmişə qohumları üçün arzusunda olduğu şeyi onun dilinə gətirdi. “Bu həmin ali ğəraniqdir (bütlərdir) ki, onların şəfaət etmələrinə ümüd var”. Qureyş bunu eşidəndə xoş hal oldular. Rəsulullahın onların allahları (ğəraniq-bütlər) haqqında dediyi sözləri onları sevindirdi. Qureyşin qiyamətin günündə bütlərin şəfaət etmələri haqqındakı iddialarını Rəsulullah təsdiq etdiyinə görə onlar şad oldular. Onlar buna görə şükr səcdəsi etdilər. Sonra Cəbrayil nazil oldu və ərz etdi: Ya Rəsuləllah (s) sənin camaata dediyin bu kəlam ilahi kəlam deyil. Bunları iblis sənin dilinə gətirdi. Buna görə də qureyş yenidən Peyğəmbərlə düşmənçiliyə başladı”(Tarix Təbəri , 2/75, Təfsir Kəşşaf Zəməxşəri 3/161, Təfsir Durrul-mənsur, 4/661-663, Təfsir Camiul-bəyan, 1/445-448 Həcc syrəsinin 52-ci ayəsinin təfsiri altında bu dastanı nəql ediblər. Fəthul-bari fi şərhi səhih Buxari 8/439 həc surəsi)
Bir şam digərini yandırmaqla işığından heç nə itirməz..