Отправлено 17 мая 2009 - 15:32
11. Həqiqətən, (Aişə barəsində) yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir (münafiqlərdir). Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni (Abdulah ibn Ubeyyi) isə (qiyamət günü) çox böyük (şiddətli) bir əzab gözləyir!
13. (Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar!
26. Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər. (Pis sözlər pis adamlara, pis adamlar pis sözlərə, eləcə də yaxşı sözlər yaxşı adamlara, yaxşı adamlar da yaxşı sözlərə layiqdirlər). Bunlar (Aişə və Səfvan kimi pak adamlar) onların (münafiqlərin) dediklərindən (yalan, pis sözlərdən) uzaqdırlar. Onları (günahlardan) bağışlanma və (Cənnətdə) tükənməz (minnətsiz) ruzi gözləyir
Aişə anamızdan həmişə yazırıq. Axı Fatimeyi Zəhranın heç məzarının yerini bilən yoxdur. Oda kimin Xəlifəliyi dövründə olub, o da hamıya məlumdur. İndidə Əbu Bəkrdənmi yazaq, və müzakirə edək?
Yadda saxlayın Əhli Beyti - Məhəmməd S.A.V Peyğəmbərimiz, Fayimeyi Zəhra qızı, İmam Əli Yaznəsi, İmam Həsən və Hüseyn Nəvələri. Sizcə Peyğəmbərin S,A,V - ailəsimi, yoxsa yaxın dostları onun haqda daha çox bilir? ? ?
Ay qardaşlarım... Öz eyibimiz ola ola biz kimik ki, kimise müzaakirə edək. ... Əli (Ə) sizcə Qurana qarşı çıxıb ki, Aişə anamızada qarşı çıxsın? Müzakirələrinizin dərinliyinə varın. Ve Aişəni döyüşdən kim qaytarıb onuda deyin heç olmasa. İster sünni olun istersede şie. Heç kim nəyin nə olduğunu dəqiq bilmir. Hansısa Cahil dinimizi parçalayıb, və biz indi bir birimizi lənətləyirik. Bir müsəlmana yaraşan addım deyil. Yadda saxlayın, 5 vacibatımız var. Onlara və Qurani Kərimin dediklərinə əməl edək. Haqqı isə qiamətdə bilərik İNŞALlAH !!!