Söhbətdə nəisə anlaşılmamazlıq oldu...
Mən bilmək istədiyim odur ki, Rəhbər və ya Sistani ağa, bayramın tarixlərini Azərbaycan,Bakı üçün hansı tarixdə qeyd olunmasını elan edib?
Əgər Rəhbər Bakı üçün 20-si, Sistani ağa 21-i ni qeyd ediblərsə, onda mən Sistani ağanın müqəllidi kimi,onun göstərişlərinə əməl etməməliyəm? Yəni burda Rəhbərin buyurduqlarında yəqinə çatmalıyam?
Əgər Alimim mənim yaşadığım məkan üçün bayramı 21-i elan edirsə, onda gərək ki,mən o günün qəzasını tutam,çünki alimimə görə 20-i də hələ Ramazan ayı idi yoxsa yox?
Birdə Bakıda ayı görən oldu? Yoxsa İrandan gələn məlumatla kifayətləndik? özüm belə etdim,amma sualım yarandı,görən bizdə də ay göründü?!məhz 20-i.
yenə deyirəm İranın üfüqü bizə daha yaxındır. ikincisi, deyirsiz Rəhbər, sonra da deyirsiz müctehidim... ya ona adi müctehid kimi baxın ya da Rəhbər kimi. adi müctehid kimi baxsanız da neujenni o qədər müctehidin sözü bayram üçün hüccət olmadı?
Mən Müctəhidlərin fikrinə hörmətsizlik göstərib inkar etmədim,
Sadəcə olaraq şəri məsələlərdə elmimin kifayət qədər olmamasından,
şübhə doğuran suallara (özü də tək mən tərəfindən deyil)
daha elmli şəxslərdən cavab tapmaq istədim,
Birdə, mən bilən bura mübahisə yox,müzakirə məkanıdır.
və siz 20-i bayram etmisizsə. amma müctehidinizin sözü sizə daha avtoritetdirsə. qəzadan əvvəl 60 gün kəffarə orucu tutmalısız.
Mənə bayram xəbəri gələndə,dedilər ki,
bütün dünya müsəlmanları yəni məzhəbindən asılı olmayaraq,
bayramı bir gündə qeyd edir, o sevincli anda təzə alimimin fikrini öyrənməyə ehtiyac duymadım,
çünki
bütün dünya müsəlmanları sözündən mənə xatircəmlik hasil oldu.
Ammaaa,sabahısı günü məlum oldu ki,sən demə vse taki fikir ayrılığı var imiş.
60 gün kəffarə orucu barəsində isə,onu deyə bilrəm ki,
Mən bilə-bilə orucumu pozmamışam ki,onu da yerinə yetirim,yəni sonra bilmişəm.
həm də mənim məsələmə dair bu kəffarənin vacibliyi barədə risalədə məlumat yoxdur,
bəlkə də mən tapmadım.Ümumiyyətlə şəriət hökmlərinin izaında,
adi bir məsəl o qədər yöndən müəyyənləşdirilir ki,risalədə müctəhid bu barədə yazmayıbsa,
bu məsələyə özümüz hökm verə bilmərik.