Mən deyərdim ki, hamınızın fikri öz-özlüyündə düzgündür. Amma təbii ki, Abu Sufyan ordusu haqlı olaraq narahat olduğunu qeyd etdi. Hal-hazırda azərbaycanlı dindarlar bir neçə yoldan istifadə edə bilərlər:
1) Rəsədxananın məlumatına əsasən.
2) Vilayəti-fəqihin fətvasına əsasən
3) öz əlində olan vasitələrlə (teleskop, adi gözlə)
Məncə ən etibarlısı vilayəti-fəqihin göstərişi ola bilər. Amma bir məsələ də var ki, Rəhbərin fətvaları İranda görünən ay üçündür. Ümumilikdə bu nəticəyə gəlmək olar ki, nə qədər ki, Azərbaycanda mərceyi-təqlid yoxdur, bu problem çətin həll oluna.
Mumine bacı, siz düz edirsiniz, hansı müctehidə istəyirsinizsə təqlid edin. Biz onların səviyyəsində elmə malik deyilik və yəqinliklə təqlid etməliyik. Amma Ayətullah Xameneyinin mülayim olması onun ələmliyə şübhə gətirən səbəb kimi göstərilə bilməz. Əksinə Allah iradəsi bizim üçün çətinlik deyil, asanlıq dilər. Mən özüm də Rəhbərə təqlid etmirəm, sadəcə müctehid vəliyyi-əmr kimi hörmət edirəm.
Qardaş,mən demədim ki,onun mülayimliyi digər müctehidlərin ondan ələm olmasına əsasdır.
Çalışım bir məsəl şəklində öz fikrimi bildirim.
Amma onu da nəzərə alın ki,hələ Az.dili kurslarına yazılmamışam
Misal üçün,dinimizdə 1 məsələnin həllinə dair 2 yol var.
1-i heç bir yüngülləşdirici amilləri nəzərə almadan,
digəri,yəni 2-ci isə əksinə,icazəli olan,və heç bir işkalı olmayan yolla məsələni həll etmək.
1-ci yol o insanlar üçündür ki,düşünürlər ki,məncə bunu bir az da yüngül variantda eləsəm heç nə olmaz.
2-ci isə,qaydalara tam ciddiliklə riayət edən birinə daha münasibdir.
Mən biləni qədər də,Rəhbərimiz,öz hökmlərində,ümməti üçün çətinlik yaranmasın deyə,
daha çox dediyim 2-ci yola üstünlük verir.
Yaddaşımın zəif olmasından,müqayisələri gətirə bilmirəm.
Amma dəqiq bilirəm ki,oxuduğum "Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri" kitabındakı suallarda cavabları hər 7 müctehidin istiftaat və ya risalələrindən var idi deyə,orda o müqayisəni edib,nəticəni çıxartmışdım.
Elə bu yaxınlarda bacılarla görüşmüşdük,təqliddən söz düşəndə,bəziləri buyurdu ki,gərək mən də Rəhbəri seçərdim,çünki onun fətvaları daha rahatdır.
Yəqin bundan sonra mənə sual olunmaz və ya deyilməz ki,Sistani ağanı Rəhbərdən ələm bildin,və ya müqayisən belə nəticə çıxardır,falan