Перейти к содержимому


Фотография

Простые герои


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 110

#1 AHMADIYYE

AHMADIYYE

    Aqid – Colonel

  • Emir
  • 2 642 сообщений

Отправлено 16 декабря 2009 - 15:14

SALAM ALEYKUM,

Если позволите, хотела бы создать эту тему в память о тех, для кого Родина всегда была бОльше, чем просто слово..

Начну с Кавалера Ордена Почетного Легиона:

Ахмедия Микаил оглы Джебраилов, известен также как Ахмад Мишель (22 сентября 1920, Шеки, Азербайджанская ССР — 11 октября 1994, Шеки, Азербайджан) — деятель французского Сопротивления. По национальности азербайджанец.
*******
Награды
Награждён французскими наградами: Военный Крест, Крест за добровольную службу, Военная медаль Франции, Высший Орден Почётного Легиона. Ему был выдан документ почетного гражданина Франции и мандат на бесплатное пользование всеми видами транспорта во Франции. Демобилизован в 1946 году. Награжден также орденом Октябрьской Революции. Все перечисленные награды Ахмад Мишель получил из рук Шарля де Голля и Мориса Тореза.
*******
После возвращения в СССР репрессирован, длительное время был «невыездным». Работал пастухом. В 60-х годах о нем вспомнили, вернули все награды, документы, фотографии. В колхозе он получил должность бригадира. В 1966 году во время визита в СССР генерала де Голля он был вызван в Москву, так как генерал пожелал, чтобы среди встречавших был его боевой друг Ахмед Мишель

В 1975 получил возможность посетить Францию и встретиться с друзьями-партизанами.
___41368.jpg
ahmediyya_cabrayilov.jpg
Сын Ахмедии Джебраилова – Национальный Герой Азербайджана Микаил Джабраилов погиб в Карабахе, защищая территориальную целостность и независимость Азербайджанской Республики.

Когда Ахмадия Микаилович умер в Шеки был негласный 3-х дневный траур..


http://dic.academic....f/ruwiki/634549

Сообщение отредактировал AHMADIYYE: 16 декабря 2009 - 15:22

Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid. AMİN!

#2 AHMADIYYE

AHMADIYYE

    Aqid – Colonel

  • Emir
  • 2 642 сообщений

Отправлено 12 января 2010 - 09:48

Микаил Ахмедия оглы Джебраилов — азербайджанский милиционер, Национальный герой Азербайджана.


Родился 27 апреля 1952 года в селе Охуд Шекинского района, в семье легендарного партизана Франции времён Второй мировой Ахмедия Джебраилова. После окончания средней школы поступил в школу милиции, окончив которую в 1978 году стал участковым.


В 1990 году он вместе с четырьмя миллиционерами был отправлен в Карабах. Их задачей было оборонять село Джамилли. Спустя некоторое время он отправился за зерном для жителей Джамилли в соседнее село Косалар. По дороге Джамилли — Косалар отряд Джебраилова попал в засаду армян. Один из офицеров пал от руки снайпера. Сам Микаил получил ранение в плечо. Продолжая сопротивляться, он погиб.

Указом президента Азербайджанской Республики Джебраилову Микаилу Ахмедия оглы было присвоено звание Национального Героя Азербайджана (посмертно)

http://zengilan.com/...n...mp;ucat=10

Сообщение отредактировал AHMADIYYE: 12 января 2010 - 09:53

Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid. AMİN!

#3 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 12 января 2010 - 19:39

Baci Allah sənə urək yerinə nə veribsə,əhsən! Bu movzunu icazə ver aparim hərbi bolumə! İcazə verməsən də yenə sağ ol,urəyimi oxudun! Dərin hormətə və məhəbbətə layiqsən .Bu mənim ən yarali yerimdir,cəmiyyətdə Aygun Kazimovalar,Elnurıar,Samrlər,Rəksanələr daha cox anilir bu vətən,torpaq,cəmiyyət,şərəf ucun canini fəda edənlərdən! Bir daha sizə təşəkkur edirəm və nə desəm hisslərimi işiqlandirmaz....
ALLAHİN YADİNDA OLASAN HƏR ZAMAN!AMİN!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#4 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 12 января 2010 - 23:38

Aqil Məmmədov 1969-cu il iyulun 30-da Qubadlıda anadan olmuşdur. Cəbhədə ən çətin vəzifələrdən birini yerinə yetirməyi öz üzərinə götürmüşdür. Kəşfiyyatçı idi. İgid oğlanları başına yığıb düşmən haqqında məlumat toplayırdı. Topladığı məlumatlar döyüşlərimizə çox kömək edirdi. 1992-ci il avqustun 6-da Laçın rayonunun Sussuzdağ uğrunda qızğın döyüşlər gedirdi. Aqil buradakı düşmən qruplaşmaları haqqında da xeyli məlumat gətirmişdi. Lakin düşmən döyüşün qızğın vaxtında Aqil Məmmədovu hədəfə aldı və onun həyatına son qoydu. Lakin Aqil bu döyüşdə yüksək şücaət və qəhrəmanlıq göstərmişdi. Ona görə də Azərbaycan Respublikası Prezidentinin 6 fevral 1993-cü il fərmanı ilə (ölümündən sonra) ona Vətənin ən yüksək mükafatı - Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verildi. Məzarı Qubadlıdakı Şəhidlər xiyabanındadır. Yeganə qız övladı onun şücaəti və qəhrəmanlığı ilə fəxr edir.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#5 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 12 января 2010 - 23:39

Albert Aqarunov 25 aprel 1969-cu il Bakı şəhərində anadan olmuşdur. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik vəzifəsinə yiyələnir. 1987-ci ildə hərbi xidmətə çağrılan Albert xidməti vəzifəsini Gürcüstanda yerinə yetirir və tank komandiri olur. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyir.
Qarabağ müharibəsi başlayarkən Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanır. Albert tank komandiri təyin edilir və Şuşa cəbhəsinə yollanır. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edir. 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə Albert snayper gülləsinə tuş gəlir və döyüş meydanında həlak olur.
Albert Qarabağ müharibəsində əfsanəyə çevirilmişdi. O dövrdə tankçılar tanklarını Albert adlandırırdılar. Ermənilər onun başına pul mükafatı qoymuşdular.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakıda Şəhidlər xiyabanında dəfn edilmişdir.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#6 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 12 января 2010 - 23:41

Alı Mustafayev 1952-ci il aprelin 14-də Qazax rayonunun Qazaxbəyli kəndində fəhlə ailəsində doğulmuşdur. Burada orta təhsil almışdır (1959-1969). Ordu sıralarında hərbi xidmətdə olmuş, tərxis ediləndən sonra Bakı elektrik maşınqayırma zavodunda tokar işləmişdir (1971-1976). Zavod direksiyasının göndərişi ilə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilini davam etdirmişdir (1976-1981). Təyinatla Azərbaycan Televiziya və Radio Verilişləri şirkətinə göndərilmişdir. Ədəbi-bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Onun lirik şeirləri və publisist yazıları dövri mətbuatda müntəzəm çap edilmişdir. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınmışdır. Erməni faşist quldurlarının Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanmışdır. Moskva şəhərində Azərbaycan Respublikası Ali Məclisi tərəfindən parlament müxbiri olmuşdur (1989-1990). 1991-ci il fəaliyyətinə görə "İlin ən yaxşı jurnalisti" mükafatına layiq görülmüşdür. 1991-ci il noyabrın 19-da Dağlıq Qarabağın Qarakənd kəndi yaxınlığında sülh məramlı nümayəndələri aparan vertolyotun düşmən mərmisi tərəfindən vurulması ilə şəhid olmuşdur. Bakıda Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ölümündən sonra ona Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Bakıda, Nərimanov rayonundakı 202 saylı orta məktəb Alı Mustafayevin adını daşıyır.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#7 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 12 января 2010 - 23:42

Allahverdi Bağırov(ŞƏXSƏN TANİŞLIĞIM OLUB) 1946-cı il Aprelayının 22-də Ağdamda anadan olub. Orta təhsilin ağdam şəhər 1 saylı məktəbdə alıb. İdmana böyük həvəsi olub. Məktəb illərində bə sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. O, həmdə ,,Qarabağ,, futbol kmandasının yadda qalan üzvülərindəndir. 1976-cı ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səyi olub. Qarabağ müharibəsi başlayanda ilk yaradilan bataliyonlardan birinə, ,,Vətən oğulları,, bataliyonuna rəhbərlik edib. Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünü müdafiə dəstələrinə yaxından köməklik edib.Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. O, Xocalı soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və Azərbaycanlı əsrlərin erməni işğalçı əsgərlərin meyidləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub.Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid vermişdi.Ən böyük hərbi uğuru 1992-ci il iyunun 12-də Aranzəmin kəndi, Naxçıvanik kəndi döyüşlərində olmuşdur.O zaman Naxçıvanik kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilmiş, Döyüşçülər Əsgəran qalasına qədər irəlləmiş, Pircamal kəndi]]ndəki bütün yüksəkliklər tutulmuş, Kətik kəndi ilə üzbəüz mövqe qurulmuşdu. Bu döyüşdən ağdama qayıdan Allahverdi Bağırov minaya düşərək şəhid olmuşdur. 1993-cü ilin fevral ayının 24-də ona Azərbaycanın Milli qəhrəmanı adını vermişdilər.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#8 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 12 января 2010 - 23:45

Arif Qubadov 20 sentyabr 1966-cı ildə Cəlilabad rayonu Əliqasımlı kəndində anadan olmuşdur. 1983-cü ildə Əliqasımlı kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə hərbi xidmətə çağırılmışdır. Ermənilərin torpalaqlarımıza hücum etməsi və işğalçılıq siyasəti onu da bir azərbaycanlı kimi narahat etmiş və 1992-ci ildən Milli Ordu sıralarında onun şərəfli döyüş yolu başlamışdır. Arif ata-baba yurdlarımızdan biri olan Naxçıvanın Sədərək bölgəsində döyüşə atılmışdır. Onun komandirlik etdiyi tağım erməniləri geri oturtmuş və onlarla erməni quldurunu məhv etməklə yanaşı, düşmənin çoxlu sayda zirehli texnikalasını da sıradan çıxarmışdır. 1993-cü ildə Arif Ağdam cəbhəsinə göndərilmişdir. Ələfli, Yusifcanlı kəndləri ermənilərdən onun rəhbərliyi ilə təmizlənmişdir. 1993-cü ilin avqustundan cəsur döyüşçünün sorağı Füzuli cəbhəsindən gəlmişdir. Əhmədbəyli, Aşağı və Yuxarı Kürdmahmudlu, Alxanlı kəndləri şəxsən Arifin komandirliyi ilə ermənilərdən azad edilmişdir. O, 1994-cü ildə Tərtər və Ağdərə rayonlarında da rəşadətlə döyüşmüşdür. Arif Qubadov 1996-cı ildə Bakı Birləşmiş Komandirlər Məktəbini, 2003-cü ildə isə Azərbaycan Respublikası Sərhəd Qoşunları Akademiyasını bitirmişdir.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il 307 saylı fərmanı ilə Qubadov Arif Vəliş oğlu "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
26 sentyabr 2009-cu ildə vəfat edib.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#9 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 12 января 2010 - 23:46

Aslan Atakişiyev 1953-cü il avqustun 16-da Qubadlının Muradxanlı kəndində anadan olub. Qarabağ hadisələri başlayanda o, müəllim işləyirdi. Vətən torpaqlarının təhlükə altında olduğunu görən Aslan öz doğma peşəsindən ayrılıb cəbhəyə yollandı. O, torpaqlarımız uğrunda gedən döyüşlərdə həmişə öz cəsarəti və hünəri ilə seçilirdi. Cəbhə rəhbərliyi həmişə onun bu cəsarətini yüksək qiymətləndirirdi. Bu hünər və cəsarət az vaxt içərisində onu tabor komandirinin müavini kimi məsuliyyətli bir vəzifəyə gətirib çıxardı. Lakin tabor komandirinin müavini olmasına baxmayaraq öz əsgərləri içərisində qızğın yerlərdə döyüşə birinci atılırdı. Bu hünər və cəsarət çoxuna nümunəyə çevrilirdi.
1992-ci il avqustun 7-də Sussuzdağ yüksəkliyi uğrunda qızğın döyüşlər gedirdi. Elə onun son döyüşü də burada oldu. Yağı düşmən çoxdan idi ki, onu nəzarətə almışdı. Döyüş zamanı Aslan Atakişiyev əsl mənada qəhrəmanlıq göstərib həlak olub. Lakin vətən onun bu igidliyini yüksək qiymətləndirdi və ona Azərbaycanın Milli Qəhrəmanı adını verdi.
Məzarı Bakıdakı Şəhidlər xiyabanındadır.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#10 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 12 января 2010 - 23:47

Baxşeyiş Paşayev 1 may 1936-cı ildə Ağdam rayonunda doğulmuşdur. Burada məktəbi bitirdikdən sonra Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. 1988-ci illərdə Qarabağda vəziyyət pisləşəndən, Əli və Bəxtiyar qətlə yetiriləndən sonra Baxşeyiş xalq hərəkatına qoşulmuşdur. Daha sonra həyatını cəbhə ilə bağlayan Baxşeyiş döyüşçülərə silah sursat çatdırmış, dinc sakinlərin təhlükəsizliyi üçün həyatı bahasına risklər etmişdir. Baxşeyiş "Qarabağ Müdafiə Şahinləri" dəstəsinin ən fəal üzvlərindən biri olmuşdur. Xramort kəndinin erməni təcavüzkarlarından təmizlənməsində xüsusi fərqlənmişdir. "Ağsaqqal" ləqəbi ilə tanınan Baxşeyiş peşəkar atıcı olduğundan quldurların xeyli canlı qüvvəsini məhv etmişdir. Dəfələrlə Xanabad, Naxçıvanik, Aranzəmin kəndlərinə kəşfiyyata getmişdir. 1992-ci il Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas etmişdir. 1992-ci il iyul ayının 12-də erməni işğalçıları Xanabad kəndinə böyük qüvvə ilə hücuma keçmişlər. Əks hücumla döyüşçülərimiz başda Baxşeyiş Paşayev olmaqla düşmənin 7 postunu ələ keçirmiş, amma qəfil atılan düşmən gülləsi Vətnimizin bu cəsur övladının həyatına son qoymuşdur. O, döyüş meydanında qəhrəmancasına həlak olmuşdur.
Ailəli idi, doqquz övladı var.
Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Paşayev Baxşeyiş Xanəhməd oğluna ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adı verilmişdir.
Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilib.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#11 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 12 января 2010 - 23:48

Mənsurov Bəhruz Qəhrəman oğlu 1975-ci il mart ayının 13-də Yardımlı rayonunun Teləvar kəndində doğulmuşdur. 1993-cü ildə Bakı Ali Hərbi Komandirlər Məktəbinin sərhəd fakültəsinə daxil olmuşdur. B.Mənsurov 1995-ci il mart ayında dövlət çevrilişi cəhdinin qarşısının alınmasında iştirak etmiş və qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 04 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Mənsurov Bəhruz Qəhrəman oğlu ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 16-cı zastavası B.Mənsurovun adını daşıyır.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#12 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 12 января 2010 - 23:50

Bəxtiyar Allahverdiyev 10 iyun 1974-cü ildə Bakı şəhərində dünyaya göz açıb. 1991-ci ildə Bakıda 199 saylı məktəbi bitirib. 1992-ci ildə Milli Orduya çağırılır. “N” saylı hərbi hissədə xidmətə başlayır. Bəxtiyar tez bir zamanda özünü doğrulda bilir. Silahlardan istifadə etməyi və hərbin sirlərini öyrənən Bəxtiyar 1992-ci il cəbhəyə göndərilir. Qubadlıda əsl qəhrəmanlıq səhifələri yazır. Gənc əsgər olmasına baxmayaraq o, peşəkar döyüşçülərdən geri qalmırdı. Füzuli, Murovdağ əməliyyatlarında xeyli erməni quldurunu məhv edir. Sonra onu 1994-cü ildə Ağdərə, Tərtər cəbhələrinə göndərirlər. Xidməti vaxtı bitməsinə baxmayaraq o, Vətənimizi dar gündə qoymur... yenidən əməliyyatlara atılır və öz döyüşçü gücünü göstərir. Müharibədə göstərdiyi əfsanəvi qəhrəmanlığı rəhbərliyin gözündən yayınmadı.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Allahverdiyev Bəxtiyar Əzizulla oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
1995-ci il Müdafiə Nazirliyi onu Türkiyə Respublikasına göndərdi. Burada hərbi kurs alan Bəxtiyar 1996-cı il Vətənə döndü. 1997-ci il gizir rütbəsi aldı və “N” saylı hərbi hissəyə taqım komandiri təyin edildi. 2000-ci ildə ordudan tərxis olunur. 2001-ci ildə işləyə-işləyə Polis Akademiyasında təhsil alır.
Hazırda İsmayıllı rayonunda sahə müvəkkili vəzifəsində çalışır. Subaydır.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#13 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 12 января 2010 - 23:51

AĞAYEV BƏYLƏR TAPDIQ oğlu 3 fevral 1969-cu il Qubadlı rayonunun Qaragaclı kəndində doğulmuşdur. O hərbi xidmətini Almaniya Demokratik Respublikasında başa çatdıraraq doğma kəndlərinə qayıtmışdır. 1990-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinə daxil olur. 1992-ci ildə təhsilini yarımçıq qoyan Bəylər könüllü olaraq ordu sıralarına yazılır. Onun yüksək bacarığı ilk günlərdən diqqəti cəlb edir və o bölmə komandiri təyin edilir. Bəylər Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edir. O, Səfiyan, Yuxarı və Aşagı Fərəcan, Mazutlu, Türklər və Suarası kəndlərində düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir. 1992-ci il... Avqustun 6-sı... Erməni irqçi vəhşilərinin növbəti hücumu. Bəylər yoldaşları ilə mühasirəyə düşür. Məğrur komandirimiz üzünÜ yoldaşlarına tutub son olaraq bu sözləri söyləyir: “Biz vətən uğrunda ölümə gedirik, ola bilsin bu döyüş son döyüşümüz olsun” və hücuma keçirlər onlar erməni faşistlərinin xeyli hissəsini məhv etsələr də özləri ən uca zirvə - şəhidlik zirvəsinə ucalırlar. Subay idi. Azərbaycan respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Bəylər Tapdıq oğlu Ağayevə ölümundən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Qaragaclı kəndində dəfn edilmişdir, bu kənd hazırda erməni isğalı altındadır.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#14 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 12 января 2010 - 23:54

CingizMustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz Mustafayevi islahtçı-novator lider simasında təqdim etməkdə idi.
Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu. O 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başladı. Ancaq yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona gərə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını da tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.
Çingiz Mustafayev Azərbaycan-Ermənistan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əskərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əskər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əskərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.
Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədədə həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşağacağına işarə idi.
Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.
Operator Vahid Naxışın qardaşıdır.
Ssenari müəllifi Seyfulla Mustafayevin qardaşıdır.
Fuad Mustafayevin oğludur.
Naxış Mustafayevanın oğludur.
Oğlunun adı Fuad Mustafayevdir.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#15 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 12 января 2010 - 23:55

Hüseynov Elman Süleyman oğlu 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində doğulmuşdur. 1958-1968-ci illərdə Azadqaraqoyunlu kənd orta məktəbində orta təhsil almışdır. 1968-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitunun hidro-meliorasiya fakültəsinə qəbul olmuş, 1973-cü ildə mühəndis ixtisası alaraq təhsilini başa vurmuşdur. 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində leytenant rütbəsində zabit kimi xidmət etmişdir.
1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil almışdir. 1982-1985-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1985-1988-ci illərdə Tərtər rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin birinci müavini, 1988-1990-cı illərdə Tərtərçay hidroqovşağı İstismar İdarəsinin rəisi, sonra isə rayon Partiya Komitəsində təlimatçı vəzifələrində çalışmışdır. Dəfələrlə rayon sovetinə deputat seçilmişdir.
Nazirlər Kabineti nəzdində Xalq Təsərüffatını İdarəetmə İnstitunu fərqlənmə diplomu ilə bitirmişdir.
1991-ci ildə yüksək dövlət vəzifələrində işləməsinə baxmayaraq könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmiş, 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərərgahının rəisi, 1991-ci ilin noyabrında Tərtər ərazi özünü müdafiə batalyonunun komandiri təyin olunmuşdur. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak etmişdir. Şəxsi rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilmişdir.
Döyüşlərdə iki dəfə yaralanmışdır. 1993-cü il yanvarın 14-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
1995-ci il yanvarın 15-də respublika Prezidentinin fərmanı ilə ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Tərtər rayonunun Qaraqoyunlu kəndində dəfn edilib, adına küçə var. Tərtər rayonunda qəhrəmanın büstü qoyulub.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#16 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 12 января 2010 - 23:57

Etibar Hacıyev 1971-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun (Vardenis) Zod kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra bir müddət sovxozda işləmişdir. Erməni millətçiləri və separatçıları tərəfindən oradakı soydaşlarımız qovulan zaman onun ailəsi Kəlbəcər rayonuna pənah gətirir. Etibar 1989-cu ildə hərbi xidmətə çağırılır, ordudan tərxis edildikdən sonra isə vətənə geri dönür.
1992-ci ildə Etibar könüllü olaraq Milli Orduya yazılır və torpaqlarımızın müdafiəsinə qalxır. Böyük Canbar, Kiçik Canbar, Buzlaq, Erkəc kəndlərinin erməni quldurlarından azad edilməsində xüsusi fədakarlıq göstərir. 1992-ci il 15 iyun Goranboy rayonunun Ağcakənd kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur.
Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Hacıyev Etibar Firudin oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Göygöl rayonunda dəfn edilmişdir. Göygöl rayonunda küçələrdən biri qəhrəmanımızın adını daşıyır.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#17 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 12 января 2010 - 23:58

Ələkbər Əliyev 1955-ci ildə Qubadlının İşıqlı kəndində dünyaya göz açıb. Sumqayıt politexnik texnikumunu bitirib. Təhsilini başa vurduqdan sonra əvvəlcə Qubadlı rayon kimya biriliyinin sədri, sonra isə kəndlərində sovxoz direktorunun müavini vəziyəsində işləyib. Əfsanəvi qəhrəman Əlyar Əliyevin çağırışına ilk cavab verənlərdən biri olub. Azərbaycan torpaqları uğrunda gedən vuruşlarda həmişə öz cəsarəti və döyüşkənliyi ilə fərqlənib. Çox qorxmaz bir döyüşçü olub. Sonuncu döyüşü Laçının Suarxası kəndində olub. 1992-ci il avqustun 7-də gedən bu döyüşdə təkbaşına 20-ə qədər erməni quldurunu məhv edib. Özü isə qəhrəmancasına həlak olub. Bu qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ona (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adı verilib. 4 övladı var.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#18 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 13 января 2010 - 00:01

Novruzov Ələsgər Xanlar oğlu 1 avqust 1949-cu ildə Laçın rayonunun Kürdhacı kəndində anadan olmuşdur. 1966-cı ildə Kürdhacı kənd orta məktəbini(hal-hazırda Kürdhacı kənd Ə.Novruzov adına orta məktəB) əla qiymətlərlə bitirmişdir. 1968-1970-ci illərdə Ermənistan Sovet Sosialist Respublikasının Leninakan şəhərində hərbi xidmətdə olmuşdur. 1971-ci ildə Şuşa Pedaqoji Texnikumuna daxil olmuş və 1973-cü ildə oranı bitirərək bədən tərbiyəsi müəllimi ixtisasını almışdır. Həmin ildən öz doğma kəndlərindəki məktəbdə ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. İşlədiyi müddət ərzində müəllim və şagird kollektivinin böyük hörmətini qazanmıdır. Əmək fəaliyyətinə başladığı ilk günlərdən məktəbin futbol və voleybol meydançalarında yenidənqurma işləri aparmış, uşaq və gənclərin idmana marağını artırmışdır. Ələsgər müəllim kənd camaatı arasında da dərin nüfuz sahibi olmuş, yaxşı müəllim olmaqla yanaşı kiçiklərə qayğı, böyüklərə hörmət göstərən nəcib bir insan kimi tanınmışdır. 1979-cu ildə Xocalıya gəlmiş, 1 saylı məktəbdə ixtisası üzrə müəllimlik fəaliyyətini davam etdirmişdir. 1990-cı ildən şəhid olana qədər Xocalı RTŞ-nin təsərrüfat bürosunun müdiri işləmişdir.
Döyüşlərdə iştirakı
Ə.X.Novruzov məsuliyyətli bir işçi olmaqla bərabər Qarabağ döyüşlərində özünü qorxmaz döyüşçü, mahir atıcı, gözəl idmançı, qayğıkeş komandir, dostluqda əvəzedilməz bir insan kimi tanıtmışdır.
Qarabağ müharibəsinin başlandığı ilk günlərdən tam gizli şəkildə yaradılmış Xocalının müdafiə komitəsinin ilk 5 nəfər üzvündən biri olmuşdur. O, 1988-ci ilin fevralından müdafiə üçün gizli silahlı dəstələrin yaradılmasında və onların silahlandırılmasında böyük rol oynamışdır.
1988-ci il sentyabrın 18-də Xankəndidən minlərlə erməni qulduru Xocalıya hücüm edərkən onlara qarşı silahlı müqavimət göstərən 30-40 nəfər igid Xocalı oğlanlarından biri də Ə.Novruzov oldu. Mahir atıcılıq məharətini burada ilk dəfə nümayiş etdirdi, onlarla ermənini məhv etdi və erməni quldurlarının geri oturdulmasında yaxından iştirak etdi.
Həmin günlərdə Xankəndidə azərbaycanlılar döyülüb, təhqir edilir, qovulur, ələ salınırdılar. Bu vaxt Ə.Novruzov öz şəxsi maşını ilə həyatını təhlükəyə ataraq bir neçə dəfə Xankəndiyə girib qızları, qadınları xilas etmişdir.
Getdikcə vəziyyət gərginləşdiyindən yaradılmış gizli silahlı dəstələrdən birinə Ə.Novruzov rəhbərlik etmiş, qeyri-rəsmi komandir kimi tanınırdı.
Xocalının ilk özünümüdafiə dəstələrinin, sonralar isə batalyonun döyüşçülərinə atıcılıq məharətinin, silahlardan istifadə etmək bacarığını öyrədirdi.
Xocalı müdafiə komitəsinin üzvləri ilə birlikdə ermənilərin atəş nöqtələrinin dağıdılması, erməni quldur dəstələrinin məhv edilməsi üçün əməliyyat planlarının hazırlanması və həyata keçirilməsində daima fəal iştirakçı olmuşdur.
1989-cu ilin payızında Daşbulaq kəndində erməni quldurları azərbaycanlılara hücühm edərkən Ə.Novruzov döyüş yoldaşı M.Şükürovla birlikdə ermənilərə arxadan hücüm etmiş, atəşi öz uzərlərində götürərək döyüşə girmişlər. Ermənilər qəfil hücümdan özlərini itirmiş, onlarla itki vermişlər. Ə.Novruzov döyüş yoldaşı ilə sağ-salamat aradan çıxmış, Daşbulaq kəndindən olan 300 nəfərə qədər əhalini sağ-salamat qurtarmışlar.
1990-cı ildə Yerevandan Xankəndinə uçan təyyarələrin qarşısını almaq üçün Ə.Novruzov döyüş yoldaşlarından R.Həsənovla birlikdə uçuş zolağını parıldadıb xeyli müddət təyyarələrin enməsinin qarşısını almışdır.
1991-ci ildə keçirilən əməliyyatların əsas iştirakçılarından biri olmuş Ə.Novruzov dəmir yolunu dağıdılıb Xankəndinə gedən yolun bağlanmasında Xankəndi-Norağuğ yolunda 2 maşın 20-yə qədər erməninin məhv edilməsində yaxından iştirak etmiş, misilsiz qəhrəmanlıq göstərmişdir.
25 fevral 1992-cı il tarixində Ə.Novruzov öz rəhbərlik etdiyi dəstəyə bildirdi ki, döyüş ağır olacaq, ona görə də patrona qənaət etmək lazımdır, havayı güllə atıb mövqeyimizi bildirməmək lazımdır. Təxminən gecə saat 11-ə qalmış başlanan döyüşdə Ə.Novruzovun dəstəsi misilsiz qəhrəmanlıqlar göstərdi. Ə.Novruzov sərrast atıcı olduğundan 20-yə qədər erməni quldurunu məhv etdi. Səhər saat 5-ə qədər öz mövqelərindən çəkilməyən döyüşçülər artıq ermənilərin cinahından çəkilməyə məcbur oldular. Xocalıda olan yeganə beşmərtəbə binaya tərəf döyüşə-döyüşə çəkilərkən Ə.Novruzov ağır güllə yarası almışdır. O son gülləsinə qədər döyüşmüş sonra huşsuz qalmışdır. Ermənilər onu huşsuz halda işgəncələr verərək qətlə yetirmişlər (Bu haqda Respublika Prokurorluğunun istintaq qrupunda izahat və məlumatlar vardır).
Ə.Novruzovun meyidi 4 nəfər erməni əsiri ilə dəyişdirilib alınmışdır. Laçın rayonunda, doğma kəndi Kürdhacıda dəfn edilib.
Ailəli idi, üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 25 fevral 1997-ci il tarixli, 533 saylı fərmanı ilə Novruzov Ələsgər Xanlar oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Ölümündən sonra Məhəmməd Əsədov adına mükafata layiq görülüb.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#19 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 13 января 2010 - 00:03

Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlının Qəzyan kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Hərbi xidməti başa vurduqdan sonra Saransk Dövlət Universiteti onu idman üzrə tanınmış mütəxəssis kimi müəllim işləməyə dəvət edir. 2 il Əliyar həmin universitetdə müəllim işləyir. Atasının ölümü ilə əlaqədar dəfnə qayıdır, qəsəbə orta məktəbində müəllim, "Məhsul" könüllü idman cəmiyyətinin rayon şöbəsinin məşqçisi vəzifəsində çalışır. Az vaxt içərisində onun yaxşı işini nəzərə alıb Həmkarlar İttifaqı könüllü bədən tərbiyəsi və İdman cəmiyyəti rayon şurasının sədri seçirlər. Klassik güləş üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Bilavasitə Əliyarın rəhbərliyi ilə yetişmiş 8 nəfər respublika və SSRİ çempionu olmuş, 1 nəfər isə olimpiya yığma komandasına üzv seçilmişdir.
Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq müharibə meydanına atılır. Müharibədə özünü təkcə döyüşçü kimi yox, həm də müharibə təşkilatçısı kimi göstərməyə başlayır. Əvvəlcə tabor kəşfiyyat bölməsinin komandiri, sonra təchizat üzrə taborun rəisi təyin edilir. 1992-ci ildən isə tabor komandiri vəzifəsini daşıyır. Düşmənin canlı qüvvəsinin məhv edilməsində dəfələrlə igidlik göstərir. Bir döyüşçü kimi onun ən başlıca xüsusiyyəti ən ağır döyüş yerlərinə can atması idi. Əliyar döyüşə başlayanda onun ətrafındakılarda böyük ruh yüksəkliyi yaranır və igidliklə vuruşurdular.

Əliyarın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. Həmin döyüşdə tabor komandiri Ə.Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. Bu böyük qəhrəmanlığına görə Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il fərmanı ilə ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
İki oğlu və 1 qızı var.
Məzarı doğulub boya-başa çatdığı Qəzyan kəndindədir.
Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#20 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 13 января 2010 - 00:04

Əliyev Əmiraslan Rza oğlu (1960-1995) - Azərbaycanın Milli Qəhrəmanı.
Əliyev Əmiraslan Rza oğlu 30 avqust -cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. Ə.Əliyev Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-ədəbiyyat fakültəsini bitirib. 1992-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında hərbi xidmətə çağırılıb. 1994-cü ilin oktyabr ayında dövlət çevrilişi cəhdinin qarşısının alınmasında xüsusi fədakarlıq nümayiş etdirən baş leytenant Ə.Əliyev 1995-ci ildə Azərbaycan Respublikasında növbəti dövlət çevrilişi cəhdin qarşısının alınmasında qəhrəmancasına həlak olub. Əliyev Əmiraslan Rza oğlu Azərbaycan Respublikası Prezidentinin 04 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Dövlət Sərhəd Xidmətinin Naxçıvan Sərhəd Dəstəsinin 12-ci zastavası Ə.Əliyevin adını daşıyır.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#21 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 13 января 2010 - 00:07

Ənvər Talış oğlu Arazov (Şəxsən uzun zaman doyuşlərdə birlikdə iştirak etmişik,Ağdərənin Poqosamer kəndində 2 gun birlikdə muhasirədə olmuşuq)(1953 - 1992)- Azərbaycan Respublikasının Milli qəhrəmanı.
1953-cü ildə Gəncədə anadan olub. 1989-cu ildə Çaykəndin alınması uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci ildə Gəncədə Milli Müdafiə Qərargahının müdirinin II müavini olub. 1992-ci ilin avqustunda Tər-Tərə alay komandiri təyin olunub. Göstərdiyi sücaətlərə görə ona polkovnik rütbəsi verilib. 1992-ci ildə Sırxavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
İki övladı yadigar qalıb.

Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#22 AHMADIYYE

AHMADIYYE

    Aqid – Colonel

  • Emir
  • 2 642 сообщений

Отправлено 13 января 2010 - 10:41

Baci Allah sənə urək yerinə nə veribsə,əhsən! Bu movzunu icazə ver aparim hərbi bolumə! İcazə verməsən də yenə sağ ol,urəyimi oxudun! Dərin hormətə və məhəbbətə layiqsən .Bu mənim ən yarali yerimdir,cəmiyyətdə Aygun Kazimovalar,Elnurıar,Samrlər,Rəksanələr daha cox anilir bu vətən,torpaq,cəmiyyət,şərəf ucun canini fəda edənlərdən! Bir daha sizə təşəkkur edirəm və nə desəm hisslərimi işiqlandirmaz....
ALLAHİN YADİNDA OLASAN HƏR ZAMAN!AMİN!

SALAM ALEYKUM,

Halal xoshunuz. Ureyiniz hansi bolmeye isteyir ise - buyurun kecirin. Yeter ki bu movzu yashasin..nece bu gozel Bendeler ezizlerin qelblerinde yashayir ise.

Isterdim ki bunlar haqda daha cox adam bilsin, xatirlasin ve hec zaman unutmasin.

ALLAH razi olsun sizlerden.

ALLAH AMANINDA

Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid. AMİN!

#23 AHMADIYYE

AHMADIYYE

    Aqid – Colonel

  • Emir
  • 2 642 сообщений

Отправлено 13 января 2010 - 10:54

Agdere yazdiniz..

Сразу вспомнила наших соседей - двух братьев. Агаевы Натик и Намик. Ушли на фронт добровольцами в 16-17 лет. Провоевали 2 года в спец.наз-е (не смотря на возраст были прекрасно физически подготовлены). Потом, когда их подразделение расформировали, Натик с тройной контузией уехал в Россию (не выдержал), а Намик ушел рядовым. за неделю до дня рождения (18 лет) пропал без вести..

Помню, что в боях за Агдере ему вручили наградные часы (вместо орденов и медалей). Пришла как-то с института домой, смотрю, сидит у нас дома на диване (его мама, тетя Света еще не вернулась с работы), пьет с моей мамой чай. Увидел, как ребенок, радующийся игрушке показывает на руках часы и говорит:

- СМОТРИ, ЧТО У МЕНЯ ЕСТЬ B)

Я еще тогда спросила:

- Намик, ты же в началке никому ответить не мог, тебя вечно от девченок моя сестра (Намик был одноклассником моей старшей сестры) отбивала. Как же ты теперь..убиваешь....

Задумался, вздохнул..

- Если не я их, то они меня..и потом..Я ЗА РОДИНУ ВОЮЮ..а им оправдание ни в одном мире не будет.

Тогда мы и не думали, что это был последний раз, когда его кто-либо видел.

Их русская мама вырастила трех сыновей- азербайджанцев одна.. Вырастила честными, достойными и любящими Родину. Вот так и помню, не дошедшего всего неделю до 18 лет Намика.

Через 7 лет появился его командир и сказал матери, что они попали в окружение. Все закончилось, осталась одна граната. Так Намик их всех отослал, а сам остался..с гранатой и врагами. Вернувшись они ничего не нашли.

Мама все равно не верит..ждет..спустя столько лет. Ищет хоть кого-нибудь, кто знал Намика тогда.

ALLAH Yurdlarini CENNET elesin..meqamlari uca olsun İNSALLAH.

Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid. AMİN!

#24 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 13 января 2010 - 14:14

Komandir. 2 müharibə veteranı. Əfqanıstan və Qarabağ. Amma sadə qəhrəman deyil. Əlavə məlumat almaq istəyənlər
http://313news.net/f...?showtopic=1177

#25 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 13 января 2010 - 14:33

Maşallah! ƏIa mövzudu, Allah razı olsun AHMADİYYE bacıdan və MİROTVORES qardaşdan əmək sərf etdiklərinə görə.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#26 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 13 января 2010 - 19:39

Mən bu forumda yaşadiqca bu movzunu yaşadacağam,bu şərəf və borc hissidir,Allah qarşisinda əməldir! Corəyini mənimlə bolən,vətən və qeyrət anlamundan əlinə silah alib,imkanli balalari haqqinda duşunməyən,cucərən olmrunə silinməz noqtələr qoyan bu balalarin xatirəci hər bir şərəfsiz millət caqqallarinın nəsil yolundan da ucada və yuksəkdədir! Var olsun Azərbaycan ,deyib axirinci nəfəslərini buraxan,olumə qucaq acan insanlarin işiqli xatirəsi qarşisinda diz cokurəm! Bir qariş torpaq bir omurdən yuksəkdir deyənlərə TƏZİMLƏR!!!!

Сообщение отредактировал MIROTVORES70: 13 января 2010 - 20:45

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#27 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 13 января 2010 - 19:43

Komandir. 2 müharibə veteranı. Əfqanıstan və Qarabağ. Amma sadə qəhrəman deyil. Əlavə məlumat almaq istəyənlər
http://313news.net/f...?showtopic=1177

Qardaşim və əzizim! Sadə qəhrəman gərək insan oz vicdani qarşisinda olsun! 1gun Ağdama gedib ,indi sənədini gozə soxanlar,Allah dərgahinda bu sadə qəhrəmanlardan necə halalliq alacaq gorəsən? Bax budur dəhşət! Sənəd və dəmir nişan insani hec zaman İNSAN VƏ VƏTƏNPƏRVƏR etməz! Bu kokdən gələn bir yanğidir ki, oyandiqda cismi yandirib kul edər!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#28 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 13 января 2010 - 20:47

ƏRƏSTUN MAHMUDOV
23 fevral 1957-ci ildə İsmayıllı rayonunda anadan olmuşdur. Ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür.
Ərəstun 1970-ci ildə Nizami rayonundakı 220 saylı məktəbi bitirmişdir. 1975-ci ildə Leninqrad vilayətində Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. Xaricdə bir neçə Avia məktəb bitirən Ərəstun Mİ-8 vertolyotu ilə döyüş bölgələrinə uçuşlar edərdi...
Onun cəbhəyə son uçuşu 28 yanvar 1992-ci il olur Ağdam-Şuşa marşrutu üzrə hərəkət edərkən Mİ-8 vertolyotu erməni quldurları tərəfindən raketlə vuruldu. Bütün heyətlə birlikdə Ərəstun Mahmudov da həlak oldu. Ailəli idi, üç övladı var.
Azərbaycan Respublikası prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Mahmudov Ərəstun İspəndi oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhərmanı” adına layiq görülmüşdür. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Oxuduğu 220 saylı orta məktəb qəhrəmanımız Ərəstunun adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.
Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#29 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 13 января 2010 - 20:51

AĞAYEV FAİQ ALIŞИзображение oğlu 1969-cu il iyun ayının 6-da Ağdam rayonunun Papravənd kəndində doğulmuşdur. 1990-cı ilin sentyabr ayında Ağdam Rayon Polis İdarəsinin tərkibində yaranmış, polis alayına yazılır. 1991-ci il dekabr ayının 23-ü... Meşəli kəndi erməni silahlılarının hücumuna məruz qalmışdı, günahsız, silahsız insanları körpələrə, yaşlılara məhəl qoymadan vəhşicə qətlə yetirirdilər. Döyüşçülərimiz yerli əhalini xilas etməyə çalışırdılar. Uçurulmuş evlərdən birini özünə istehkam seçən Faiq dəqiq atəşlərlə azğınlaşmış erməni quldurlərını məhv edirdi. Faiq düşmənin atəşini özünə cəlb etməklə onlarla qadını, uşağı xilas etdi. O son ana qədər mövqeyini tərk etmədi, son damla qanına və son nəfəsinə qədər vuruşdu Vətənimizin igid oğlu başqalarının həyatını xilas edərək öz həyatını qurban verdi. Subay idi. Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264-saylı fərmanı ilə Ağayev Faiq Alış oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Ağdam rayonunun Papravənd kəndində dəfn edilmişdir.(hazirda duşmən tapdağindadir)
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#30 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 13 января 2010 - 20:55

Fazil Mehdiyev 20 avqust 1966-cı ildə Laçın rayonunun Ələkçi kəndində anadan olmuşdur. O, körpə olarkən ailəsi Ağdamın Abdal Gülablı kəndinə köçmüşdür. 1983-cü ildə məktəbi burada bitirmişdir. 1984-1986-cı illərdə hərbi xidmətdə olmuşdur. Qarabağda baş verən hadisələr onu narahat edirdi. O, 1990-cı ildə Ağdam rayon Daxili İşlər Şöbəsində yaradılmış polis batalyonuna yazılır. Tezliklə onun səsi ən qaynar döyüş meydanlarından eşidildi. 1991-ci ildə Qaradağlı kəndində ağır yaralanan Fazil azacıq sağalan kimi cəbhəyə qayıdır. Fazil 1991-ci ilin avqust ayında erməni işğalçılarına məxsus "Niva" markalı avtomobili ələ keçirib polis idarəsinə təhvil vermişdi. 1991-ci il sentyabrın 23-dən 24-ə keçən gecə ermənilər Abdal Gülablı kəndinə hücum etmişdilər. Fazil dostu Salehlə maşına minib döyüşə tələsir. Ağdama gələn yolda pusqu quran ermənilər onları atəşə tuturlar və Fazil bu döyüşdə faciəli surətdə həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Mehdiyev Fazil Umud oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Ağdam rayonunun "Qarağacı" qəbristanlığında dəfn edilib.
Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение




Количество пользователей, читающих эту тему: 2

0 пользователей, 2 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru