Перейти к содержимому


Фотография

Простые герои


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 110

#61 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 15 января 2010 - 22:44

Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində doğulmuşdur. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirmiş, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. Sonralar jurnalist kimi fəaliyyət göstərmişdir. 1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşmüş, olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulmuşdur. Nəticədə istedadlı jurnalist, "Molodyoj Azerbaydjana" qəzetinin əməkdaşı və ən nəhayət Azərbaycanın qeyrətli qızı Salatın Əsgərova amansızcasına qətlə yetirilmişdir.
Ailəli idi, bir oğlu var.
Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Bakı şəhərində adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri onun adını daşıyır. Yaşadığı binaya xatirə lövhəsi vurulub. Yaxınlığında həlak olduğu kənd Salatınkənd adlanır.

Прикрепленные изображения

  • Salat_C4_B1n__C6_8Fsg_C9_99rova.jpg

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#62 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 15 января 2010 - 22:45

Samir Xasıyev ziyalı ailəsində anadan olub. Məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunan Samir Xasıyev hərbi borcunu yerinə yetirmək üçün ordu sıralarına gedib. Samir Xasıyevin döyüş yolu 1994-cü ilin əvvəllərindən başlayıb. O, Ağdam, Ağdərə, Tərtər istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. O, özünü əsl vətənpərvər, igid, hərbi sənətini sevən və torpaqları uğrunda canından keçməyə hər an hazır olduğunu, bu döyüşlərdə çoxsaylı qəhrəmanlıqlar göstərib. Samir Xasıyev Tərtər uğrunda gedən savaşda erməni işğalçılarının mühasirəsinə düşən döyüş yoldaşlarının mühasirədən çıxmasında misilsiz xidmət göstərib. O düşmənin zəif nöqtələrinin müəyyən olunması məqsədi ilə dəfələrlə kəşfiyyat əməliyyatlarında da iştirak edib. Bu zaman o, döyüş yoldaşları ilə birlikdə düşmənin sirlərini üzə çıxarmaqla yanaşı, onların canlı qüvvəsi və texnikasını sıradan çıxarıb. Bu döyüşlərdə Samir Xasıyev bir neçə dəfə yaralanıb, lakin sağaldıqdan dərhal sonra yenidən döyüş bölgəsinə qayıdıb. Samir Xasıyev göstərdiyi hərbi xidmətlərə görə dəfələrlə mükafatlar, medallar, fəxri fərmanlarla tərtib olunub. İki aylıq zabit kursunu əla qiymətlərlə bitirdikdən sonra artıq leytenant qismində döyüş bölgəsinə qayıdan Samir Xasıyev yenidən vətənin düşmənin işğalından xilas olunmasında fəal iştirak edib.
1994-cü ildə Samir Xasıyev Gəncəyə ezam olunub, burada xidmət etdiyi zaman o, dövlət çevrilişinə cəhdin qarşısının alınmasında iştirak edib və buna görə hərbi xidmətlərinə görə medalla təltif olunub. 1995-ci ilin martında Azərbaycanda növbəti dövlət çevrilişinə cəhdinin qarşısının alınmasında da fəal iştirak edən Samir Xasıyev Azərbaycan dövlətçiliyinin qorunması məqsədi ilə aparılan hərbi əməliyyatlar zamanı həlak olub. Heydər Əliyev Samir Xasıyevi Vətən, millət, və dövlət qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək, onu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüb.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#63 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 15 января 2010 - 22:47

ŞƏFA AXUNDOVИзображение
19 iyun 1958-ci ildə Masallı rayonunda anadan olmuşdur. İlk təhsilini Saatlı rayonunda almışdır, sonra Cəlilabad rayonuna köçdüklərindən təhsilini burada davam etdirmişdir. Səfa uşaqlıq vaxtlarından Təyyarəçi olmaq arzusunda idi, bu istəyi onu Bakı Aeroportuna gətirir. Daha sonra isə Orenburq Mülki Aviasiya Məktəbinə daxil olur .1979-cu ildə bu məktəbi bitirərək Yevlax rayonundakı Aeroportda pilot təyin edilir. 1987-ci ildə Riqada yaşayan Səfa erməni quldurlarının vətənimizə təcavüzünə biganə qalmayaraq Azərbaycana dönür. 1989-cu ildə Zabrat “Azal-aero” Aviaşirkətinə məxsus Mİ-8 vertolyotuna 2-ci pilot təyin edilir. 1992-ci il 28 yanvar Şuşaya iki uğurlu uçuş etmişdi. Yenidən Şuşa istiqamətində uçuş edərkən Xankəndi istiqamətindən atılan raket vertolyotu parçaladı. Üç heyət üzvü və 47 nəfər sərnişin faciəli surətdə həlak oldu. Evli idi, iki oğlu həyatda yadigar qalıb. Azərbaycan Respublikası prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Axundov Səfa Fətulla oğluna ölümündən sonra ”Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Cəlilabad şəhərinin mərkəzində büstü qoyulmuşdur.]
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#64 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 15 января 2010 - 22:47

Qarabağ müharibəsi iştirakçısı, şəhid
Ocaqverdiyev Sərxan Surxay oğlu 1967-ci ildə Goranboy rayonu Səfikürd kəndində anadan olmuşdur. 1975-ci ildə Tatarlı kənd orta məktəbinin I sinfinə getmiş, 1985-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 1985-ci ildə Sovet ordusu sıralarında xidmət etmiş, 1987-ci ildə ordudan təxris olunmuşdur. Həmin il Gəncə Maşınqayırma Texnikumuna daxil olmuş 1989-cu ildə oranı bitirərk Gəncə Maşınqayırma Zavodunda işə daxil olmuşdur. 1991-ci ildə Xocalı soyqırımından sonra, bu vəhşiliyə dözə bilməyən Sərxan yerli könüllü batalyonuna yazılmışdır. Bir çox doyüşlərdə igidlik göstərən qəhrəmanın son döyüşü 25 May 1992-ci ildə olmuşdur. Nişanlı idi. Hal-hazırda oxuduğu Tatarlı kənd orta məktəbi onun adını daşıyır.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#65 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 15 января 2010 - 22:48

Şikar Aslanov 1970-ci il iyun ayının 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində doğulmuşdur. İlk təhsilini burada alan Şikar 1987-ci ildə məktəbi bitirir. 1988-ci ildə sovet ordusuna hərbi xidmətə çağırılır. 1990-cı ildə doğma vətənə dönərək DİN-in post patrul xidmətinə qəbul olunur. Erməni işğalçılarının vətənə basqını zamanı Şikar silaha sarılaraq cəbhəyə yollanır. 1992-ci ildə Xocavənd rayonunda gedən döyüşlərdə düşmənin atəş nöqtələrini peşəkarcasına susdurur. 1992-ci il iyul ayının 2-si əməliyyat zamanı Şikar snayper gülləsinə tuş gəlir, cəsur döyüşçünü hospitala çatdırsalar da onun həyatını xilas etmək mümkün olmur, vətənimizin igid oğlu əbədi olaraq gözlərini yumur. Subay idi.
Doğulduğu Süleymanlı kəndində dəfn edilmişdir.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Aslanov Şikar Davud oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#66 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 15 января 2010 - 22:50

Əslən Şuşanın Mirzələr kəndindən olan Şirin Mirzəyev 1947-ci il yanvar ayının 5-də Xankəndində dünyaya göz açmışdır. Nizami adına beynəlmiləl orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşmüşdür. Bir müddət Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmət etdikdən sonra 1967-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki Ali Siyasi Hərbi məktəbə qəbul olmuş və 1971-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurub təyinatla İrəvana göndərilib. Beş il orada xidmət etdikdən sonra isə Bakıya qayıtmışdır. 1988-ci ildə Hərbi Siyasi Aakdemiyada təhsil alaraq, Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçmişdir.1991-ci ildə qəlbində alovlanan Vətən məhəbbəti, vətənə xidmət arzusu onu Ağdama çəkib gətirdi. Özü də elə bir vaxtda ki, onun kimi peşəkar hərbçilərə vətənin böyük ehtiyacı var idi. 1991-ci ilin oktyabr ayında bütün maneələrə və təqiblərə baxmayaraq, polkovnik-leytenant Şirin Mirzəyev respublikamızda ilk nizami özünümüdafiə batalyonunu min bir əziyyətlə yaratdı. . Bu, o dövr üçün çox zəruri bir addım idi. Artıq 1992-ci ilin may ayında üç tabordan ibarət alay yaradıldı. Ş.Mirzəyev Ağdam rayonunun həm hərbi komissarı və həm də alay komandiri kimi məsul vəzifələri çox bacarıqla yerinə yetirirdi. 1992-ci il mart ayının 28-də Şirin Mirzəyevin və onun tərəfdarlarının səyi nəticəsində respublikada 1-ci olan tabor yaradıldı və ürəyi Vətən sevgisilə çırpınan podpolkovnik Şirin Vəli oğlu Mirzəyev Ağdam rayon ərazi özünümüdafiə taborunun komandiri seçildi. O 18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı minaya düşərək həlak olub. Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#67 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 15 января 2010 - 22:52

Şövqiyar AbdullayevИзображение
1969-cu il aprel ayının 5-də Qədim Göyçə mahalı Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya gəlmişdir. 1986-cı ildə Nərimanlı kəndində orta məktəbi əla qiymətlərlə bitirmiş, Azərbaycan Dövlət Politexnik İnstituna (indiki Texniki Universitet) daxil olmuşdur. Birinci kursu bitirdikdən sonra isə ordu sıralarına çağrılır. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vurub Bakıya qayıdır. Vətənimizin aslan ürəkli övladı könüllü olaraq 1992-ci ildə Milli orduya yazılır. Ağdamda təşkil edilmiş Tank briqadasına komandir təyin edilir. Onun Tank briqadası Abdal-Gülablı kəndini özünə mövqe seçir, Papravənd, Pircamal, Aranzəmin və digər kəndlər uğrunda döyüşlər gedir. 1992-ci il avqustun 23-də Gülablıdakı çox böyük strateji əhəmiyyətli yüksəklikdən müəmmalı şəkildə onun tank briqadası çıxarılaraq Ağdərəyə, Drambon kəndinin müdafiəsinə kömək üçün göndərilir. Az vaxt içərisində Drambon kəndi erməni-rus birləşmələrinin müqaviməti qırılaraq azad edilir, ən böyük müvəfəqiyyət isə mühasirə halqasına düşmüş çox böyük sayda piyada döyüşçülərimizin mühasirə halqasından çıxarılması olur. Drambon kəndi uğrunda gedən döyüşlərdə təkbaşına qalan Şövqiyarın tankı bir neçə dəfə vurulur. Hər iki ayağından yaralanan tank komandirini Ağdam hərbi hospitalına çatdırırlar, azacıq özünə gələn kimi o yenidən cəbhəyə qayıdır. 1992-ci il avqustun 27-də çox ağır bir döyüşdə o öz yoldaşlarını əsir düşməkdən xilas edir, özü isə vətən torpağı uğrunda qəhrəmanlıq göstərərək əbədiyyətə qovuşur.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Abdullayev Şövqiyar Cəmil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
29 avqust 1992-ci ildə Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#68 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 15 января 2010 - 22:54

Tahir Əminağa oğlu BağırovИзображение
1957-ci ildə Türkmənistan Respublikasının Krasnovodsk (indiki Türkmənbaşı) çəhərindı anadan olmuşdur. Milliyətcə Azərbaycanlıdır. Əli Bayramlı şəhərində 1974-cü ildə 8-ci sinifi bitirmiş, həmin ildə sürücülük sənətinə yiyələnmişdir. 1977-ci ildə may ayının 6-dan, 1979-cu ilin sentyabr ayının 27-nə qədər keçmiş SSRİ-nin hərbi qüvvələrinin sıralarında xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra Azneft-1 istehsalat birliyində İES-də nəqliyyat sexində işləmişdir.. T.Ə.Bagırov milli ordu hissələri təşkil edilməyə başlanan gündən onun sıralarına qoşulmuşdur. 1992-ci ilin mart ayının 1-də 843-cu hərbi hissənin komandirinin əmri ilə T.Ə.Bağırov təlim komandirinin müavini təyin olundu, sonra isə Azərbaycan Respublikası hərbi hava qüvvələrinin Mİ-24 vertalyotunda bortatışısı vəzifəsinə keçirildi. Qarabağda erməni ekspedisiya korpusuna qarşı keçirilən hərbi əməliyyatlarda iştirak etdi. 1992-ci il oktyabrın 11-də baş çavuş T.Bağırov qəhrəmancasına həlak olmuşdur. Bakıda şəhidlər xiyabanında dəfn edilib. Ailəli idi. İki oğlu yadigar qaldı. Əli-Bayramlıda yaşadığı küçəyə və 11 saylı orta məktəbə onun adı verilib. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 1993-cü il tarixli fəmanı ilə Tahir Əminağa oğlu Bagırova Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir...
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#69 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 15 января 2010 - 22:55

Vasili Əliyev 1959-cu il yanvarın 19-da Qubadlı şəhərində anadan olub. Polis sıralarında qulluq edirdi. Qarabağ uğrunda savaş başlayanda öz işi ilə vidalaşıb könüllü olaraq cəbhəyə yollanır. Vasili ilk gündən özünü qızğın döyüş yerlərinə atır. Buna səbəb onun torpağımıza göz dikən düşmənə qarşı olan böyük nifrət və qəzəbi idi. Nəhayət, bu nifrət onu Topağac yüksəkliyi uğrunda gedən qızğın döyüşlərə gətirib çıxarmışdı. Lakin onun cəsarətli döyüşü yağı düşmənin gözündən yayınmadı. O, bu döyüşdə həlak oldu. Lakin onun bu şücaəti Azərbaycan Respublikasının Prezidentinin 11 may 1993-cü il fərmanı ilə çox yüksək qiymətə layiq görüldü. Qubadlının şəhidlər xiyabanında uyuyan Vasili Əhməd oğlu Əliyevin məzar daşındakı onun milli qəhrəmana xas olan baxışları hər gün hörmətlə yad edilir. Onun övladları bir qızı və bir oğlu ataları ilə fəxr edirlər.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#70 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 15 января 2010 - 22:59

Quliyev Aqil Sahib oğlu 1963-cü il sentyabr ayının 19-da Qərbi Azərbaycanın Sisyan rayonunda doğulmuşdur. 1980-ci ildə məktəbi bitirmiş və Neft Akademiyasına daxil olmuşdur. Üçüncü kursda oxuyarkən hərbi xidmətə çağırılmışdır. Ordudan tərxis edildikdən sonra yarımçıq qalmış təhsilini davam etdirmiş, 1982-ci ildə Xarkov Ali Milis Məktəbinə daxil olmuşdur. 1988-ci ildə ermənilər Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızı deportasiya edərkən onun da ailəsi bu təcavüzə məruz qalmışdır. Aqil ailəsini Bakıya gətirmiş, burada müvəqqəti sığınacaq tapmışdır. Sonra Milli Ordunun qərargahına gələrək cəbhəyə göndərilməsini xahiş etmişdir. O, 45 nəfər döyüşçü ilə Ağdama göndərilmiş, rota komandiri təyin olunmuşdur. Onun kiçik qardaşı Nəsimi də Vətənin müdafiəsinə qalxmış, erməni işğalçılarına qarşı döyüşmüşdür. Nəsimi kəşfiyyat taboruna başçılıq etmişdir. Aqil Quliyev ilk hərbi əməliyyatını Xocalıda həyata keçirmişdir. 1992-ci il fevral ayının 18-də ermənilər Rusiyaya məxsus 366-cı moto-atıcı alayın köməkliyi ilə Xocalı şəhərini mühasirəyə alıb atəşə tutduğu vaxt Aqilin komandirlik etdiyi rota onlara qarşı rəşadətlə vuruşmuş, onlarla qulduru məhv edə bilmişdilər. Amma cəsur komandir burada hər iki ayağından yaralanmışdır. 25 fevral 1992-ci ildə döyüşçü dostları onu təhlükəsiz yerə aparmaq istəyərkən xain düşmənin gülləsinə tuş gəlmiş və şəhid olmuşdur.
Ailəli idi, bir qız övladı var.
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Quliyev Aqil Sahib oğlu ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Bakının Bayıl qəsəbəsindəki küçələrdən birinə onun adı verilib. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#71 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 15 января 2010 - 23:03

Eldar Harun oğlu Məmmədov Изображение
1968-ci il yanvarın 10-da Bakı şəhərində doğulmuşdur. Cəmşid Naxçıvanski adına hərbi məktəbi bitirdikdən sonra 1985-1989-cu illərdə Riqa Ali Hərbi Siyasi Məktəbində təhsil almışdır. 1989-1991-ci illərdə zabit kimi Rusiyanın Orenburq vilayətində hərbi xidmətdə olmuşdur. E.Məmmədov Azərbaycana qayıtdıqdan sonra əvvəl raket qoşunlarında, sonra isə Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları Baş İdarəsində hərbiçi kimi fəaliyyətini davam etdirmişdir. Ağdərədə gedən döyüşlərdə xüsusi fədakarlıq nümayiş etdirən E.Məmmədov 1993-cü il fevral ayının 24-də qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1994-cü il tarixli 247 saylı Fərmanı ilə "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 2-ci alayı E.Məmmədovun adını daşıyır.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#72 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 16 января 2010 - 21:08

Eldar Ağayev 1955-ci il 29 sentyabr Tbilisi şəhərində hərbçi ailəsində dünyaya gəlmişdir. Daha sonra ailəsi Bakıya köçür. Eldar burada 20 və 134 saylı məktəblərdə təhsil alır. 1972-ci ildə Bakı Ümumqoşun komandirlər məktəbinə daxil olur. 1976-cı ildə motoatıcı ixtisası ilə Qusev şəhərində hərbi xidmətə başlayır. 1984-86-cı illərdə Əfqanıstanda motoatıcı bölüyün kəşfiyyat rəisi, sonra isə komandiri olmuşdur. Bacaracağını görən rəhbərlik onun əvvəlcə tank alayınının rəisi, sonra isə Drezden kəşfiyyat taboruna komandir təyin edir. Ermənilər torpaqlarımıza hücum edən zaman Eldar Vətənə qayıdır. O, 1992-ci ildə Milli Ordunun tərkibində “N” saylı alayını yaradır. Daha sonra ikinci taboru yaradır və ona komadirlik edir. Onun komandirlik etdiyi tabor dəfələrlə qaynar döyüşlərə atılmış və onlarla erməni quldurunu məhv etmişdi. Eldarın yaratdığı tabor 1995-ci il dövlət çevirilişinin qarşısının alınmasında da iştirak etmişdi. Bu taborun 18 əsgər və zabiti “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. 1997-ci ildən 2000-ci ilədək Azərbaycan Politexnik İnstutunda hərbi kafedranın rəisi olmuşdur. 2000-2001-ci illərdə isə BAÜKM-nin kəşfiyyat kafedrasının rəisi vəzifəsində çalışmışdır. Sovetlər birliyi zamanı “Qırmızı Ulduz”, “İgidliyə görə” ordenləri ilə təltif olunub. Qarabağ döyüşlərində iştirak etdiyi üçün “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Ailəlidir, bir övladı var.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Ağayev Eldar Əsgər oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.Hazırda Ədliyyə Nazirliyində çalışır.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#73 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 16 января 2010 - 21:10

Əliyev Nadir Alış oğlu 1962-ci iyul ayının 30-da Ağdam rayonunun Əliağalı kəndində doğulmuşdur. 1977-1981-ci illərdə Bakı Politexnik Texnikumunda təhsil almışdır. 1991-ci ildə DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbini, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1991-ci ildən Mili Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətdə olan N.Əliyev 1991-ci ilin sentyabr ayından dekabr ayınadək Azərbaycan DTK-nın (1991-ci ilin noyabr ayından MTN-nin) Mardakert (Ağdərə) rayon bölməsində, 1992-ci ildən isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Qarabağ üzrə İdarəsinin Ağdərə Rayon Bölməsində baş əməliyyat müvəkkili işləmişdir. 1993-cü ilin yanvar ayında MTN-nin Ağdam Rayon Şöbəsinə baş əməliyyat müvəkkili təyin olunmuşdur. Ağdərə uğrunda döyüşlərin qızğın dövründə cəbhə bölgəsinə ezam edilməsi üçün könüllü surətdə rəhbərliyə raportla müraciət etmiş, MTN-nin xüsusi təyinatlı hərbi dəstəsinin tərkibində Ağdərə rayonunun Sırxavənd kəndində gedən döyüşlərdə rəşadət göstərmiş, Ağdam rayonunun Qiyaslı kəndi uğrunda gedən döyüşlərdə düşmənə əsir düşməmək üçün sonadək müqavimət göstərmiş və qəhrəmancasına həlak olmuşdur.Изображение
Azərbaycan Respublikası prezidentinin 09 oktyabr 1994-cü il tarixli 218 saylı Fərmanı ilə Əliyev Nadir Alış oğlu ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#74 Black knight

Black knight

    Aqid – Colonel

  • Emir
  • 2 006 сообщений

Отправлено 17 января 2010 - 16:18

Allahverdi Bağırov(ŞƏXSƏN TANİŞLIĞIM OLUB) 1946-cı il Aprelayının 22-də Ağdamda anadan olub. Orta təhsilin ağdam şəhər 1 saylı məktəbdə alıb. İdmana böyük həvəsi olub. Məktəb illərində bə sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. O, həmdə ,,Qarabağ,, futbol kmandasının yadda qalan üzvülərindəndir. 1976-cı ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səyi olub. Qarabağ müharibəsi başlayanda ilk yaradilan bataliyonlardan birinə, ,,Vətən oğulları,, bataliyonuna rəhbərlik edib. Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünü müdafiə dəstələrinə yaxından köməklik edib.Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. O, Xocalı soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və Azərbaycanlı əsrlərin erməni işğalçı əsgərlərin meyidləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub.Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid vermişdi.Ən böyük hərbi uğuru 1992-ci il iyunun 12-də Aranzəmin kəndi, Naxçıvanik kəndi döyüşlərində olmuşdur.O zaman Naxçıvanik kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilmiş, Döyüşçülər Əsgəran qalasına qədər irəlləmiş, Pircamal kəndi]]ndəki bütün yüksəkliklər tutulmuş, Kətik kəndi ilə üzbəüz mövqe qurulmuşdu. Bu döyüşdən ağdama qayıdan Allahverdi Bağırov minaya düşərək şəhid olmuşdur. 1993-cü ilin fevral ayının 24-də ona Azərbaycanın Milli qəhrəmanı adını vermişdilər.


Allah ona rehmet elesin! Esl kishi ve qehraman idi. Inidyene qeder onu sifeti yadimdadir. Eger o olmeseydi belke de Agdam sihga olunmazdi.
Я сам себе судья и никто на этом Свете не может меня судить

#75 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 17 января 2010 - 21:02

Black,sən AĞDAMDANSAN? ALLAHVERDİ RƏHMƏTLİYİ HARDAN TANİYİRSAN?
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#76 Black knight

Black knight

    Aqid – Colonel

  • Emir
  • 2 006 сообщений

Отправлено 18 января 2010 - 19:37

Men Agdamli deyilem. Ancaq o vaxt onu tez-tez televiziyada gosterirdiler. Onu ve qardashini. Bundan bashqa onun haqqinda chox sheyler eshitmishem.
Я сам себе судья и никто на этом Свете не может меня судить

#77 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 18 января 2010 - 19:41

Allah rəhmət eləsin! Cox goruşmuşdum onunla AĞDAMDA! NƏ İSƏ......
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#78 AHMADIYYE

AHMADIYYE

    Aqid – Colonel

  • Emir
  • 2 642 сообщений

Отправлено 17 февраля 2010 - 09:31

______________________________.jpg

Половинка, Руслан Александрович

21 октября 1969 год - 6 августа 1992 год
Место рождения Змиёв, Харьковская область, Украинская ССР
Место смерти Тертерский район, Нагорный Карабах
Род войск ВВС
Звание лейтенант
Сражения/войны Карабахская война

Награды: Национальный герой Азербайджана

Руслан Александрович Половинка — азербайджанский лётчик, лейтенант, Национальный герой Азербайджана. По национальности - украинец. На момент гибели был холост.

Родился 21 октября 1969 года в Змиёве, Харьковской области. В 1987 году поступил в Сызранское высшее военное авиационное училище лётчиков. После окончания училища в 1991 году был послан служить в Нахичевань. После создания ВВС Азербайджана он продолжил службу в вертолётной эскадрилье в Баку.

Карабахская война
С 1991 года участвовал в военных операциях в ходе Карабахской войны. Отличился в боях за Кубатлы, Лачин, Мардакерт. 6 августа 1992 года, получив информацию о том, что на возвышении Касапет азербайджанские войска попали в окружение, экипаж вертолёта Ми-24: Закир Меджидов (командир), Руслан Половинка и Джаваншир Рагимов вылетели в зону боевых действий. Совершив три вылета, полностью уничтожили бронетехнику и живую силу противника. С поля боя были вывезены погибшие и раненые. Во время четвёртого вылета в вертолёт попала ракета противника.

Указом президента Азербайджанской Республики № 204 от 14 сентября 1992 года лейтенанту Руслану Александровичу Половинке было присвоено звание Национального Героя Азербайджана (посмертно).

Похоронен в родном Змиёве Харьковской области.

Сообщение отредактировал AHMADIYYE: 17 февраля 2010 - 09:32

Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid. AMİN!

#79 AHMADIYYE

AHMADIYYE

    Aqid – Colonel

  • Emir
  • 2 642 сообщений

Отправлено 17 февраля 2010 - 09:38

________________.jpg

Альбе́рт Агару́нович Агару́нов — танкист, Национальный герой Азербайджана.

Альберт Агарунов родился 25 апреля 1969 года в Сураханы (Баку). По национальности — горский еврей. Закончил восемь классов школы №154 в пос. Сураханы. После школы Альберт окончил Среднее профессиональное техническое училище № 1 Азизбековского района, получив специальность тракториста-водителя. Учился также в музыкальной школе по классу трубы. Проработав токарем на машиностроительном заводе, Альберт в 1987 году призвался в ряды Советской армии. Отслужив в Грузии курсантом в учебном подразделении и получив звание младшего сержанта, он был назначен командиром танка. После армии работал на Сураханском Машиностроительном заводе.

С началом Карабахской войны Агарунов отправился добровольцем на фронт, так как считал что «воюет за землю, на которой родился». В ходе военных действий в направлении Степанакерта, Дашалты, Джамилли он уничтожил огромное количество живой силы и бронетехники врага. По утверждению азербайджанской стороны, за его голову армянами была назначена денежная награда. Назначенный танковым командиром Агарунов отправляется в Шушу.

Агарунов погиб 8 мая 1992 года в ходе боёв по обороне Шуши от выстрела армянского снайпера когда вытаскивал тела погибших ополченцев из под подбитых им же танков. Многие танки называли «Альберт».

Указом Президента Азербайджанской Республики №833 от 7 июня 1992 года Агарунову Альберту Агаруновичу было присвоено звание Национального Героя Азербайджана (посмертно). Похоронен на Аллее Шехидов в Баку.

Бакинская средняя школа номер 154, которую окончил Альберт Агарунов, носит его имя. В школе открыт уголок героя, в котором всегда стоят живые цветы, все школьные мероприятия - митинги, сборы и т.д. проводятся около бюста героя.

Могила Альберта Агарунова на Аллее Шехидов в Баку

Изображение

Сообщение отредактировал AHMADIYYE: 17 февраля 2010 - 09:43

Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid. AMİN!

#80 Coldunya

Coldunya

    Mulazzim – lieutenant

  • Murid
  • 337 сообщений

Отправлено 17 февраля 2010 - 09:46

Allahım bu şəhidlərimizin qanını yerdə qoyma. Torpaqlarımızı işğaldan azad etməyə bizə güc qüvvə ver. amin.
Хорошо быть черепахой – всю жизнь тащишься.

#81 AHMADIYYE

AHMADIYYE

    Aqid – Colonel

  • Emir
  • 2 642 сообщений

Отправлено 17 февраля 2010 - 09:52

Allahım bu şəhidlərimizin qanını yerdə qoyma. Torpaqlarımızı işğaldan azad etməyə bizə gьc qьvvə ver. amin.

AMİN!

MİROTVORES70 Qardashdan uzr isteyirem..bu movzunun 5 N-li postunda Albert haqqinda yazilmishdi artig. Gormedim.

Сообщение отредактировал AHMADIYYE: 17 февраля 2010 - 09:52

Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid. AMİN!

#82 AHMADIYYE

AHMADIYYE

    Aqid – Colonel

  • Emir
  • 2 642 сообщений

Отправлено 22 февраля 2010 - 15:49

http://kavkaz-news.i...34/default.aspx

Молодец Ганира :flowers1:
Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid. AMİN!

#83 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 22 февраля 2010 - 22:09

Allahım bu şəhidlərimizin qanını yerdə qoyma. Torpaqlarımızı işğaldan azad etməyə bizə gьc qьvvə ver. amin.

AMİN!

MİROTVORES70 Qardashdan uzr isteyirem..bu movzunun 5 N-li postunda Albert haqqinda yazilmishdi artig. Gormedim.

Eyb etbəz əziz bacim. Qəhrəmanlar haqda 1000 dəfə yazılsa belə azdır! Uzrlu sizə duşmən olanlar olsun!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#84 AHMADIYYE

AHMADIYYE

    Aqid – Colonel

  • Emir
  • 2 642 сообщений

Отправлено 01 марта 2010 - 11:28

http://www.milliqahraman.az/index/

В Азербайджане наконец открылся сайт, посвященный Национальным Героям Азербайджана.

ALLAH Rehmet elesin. Yurdlari CENNET olan mekanda bizlere duaci olsunlar INSALLAH. AMIN

Сообщение отредактировал AHMADIYYE: 01 марта 2010 - 11:29

Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid. AMİN!

#85 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 01 марта 2010 - 18:45

Şukr Allahs ki,bu millət 20 ildən sonra,yarımcilpaq muğənnilərdən,uzdəniraq tamışlıq ,aldım-satdim saytlarından sora ,vicdanlarının bir balaca da ols ağrısını hıss edərək,ONLARI əbədiləşdirmək barədə duşundu. Amma bu gec deyilmi? Bu etinasızlıq deyilmi? Deməli ikinci Qarabağ svaşi olsa(əyər bunu istəyən varsa,mən axmaqdan başqa),olacaq Şəhidlərin xatirəsini əbədiləşdirmək ucun daha 20 il kecməlidir. Hər halda yaradıcı heyətdən ALLAH RAZİ OLSUN!
SİZDƏN DƏ BACİ!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#86 AHMADIYYE

AHMADIYYE

    Aqid – Colonel

  • Emir
  • 2 642 сообщений

Отправлено 02 апреля 2010 - 15:14


Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid. AMİN!

#87 AHMADIYYE

AHMADIYYE

    Aqid – Colonel

  • Emir
  • 2 642 сообщений

Отправлено 02 апреля 2010 - 15:16

ALLAH shehidlere rehmet elesin, yurdlari CENNET olsun..

ALLAH bizleri onlara xatir bagishlasin.

Bilmirem..men bu shekillerdeki gozlere bele baxa bilmirem.

Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid. AMİN!

#88 AHMADIYYE

AHMADIYYE

    Aqid – Colonel

  • Emir
  • 2 642 сообщений

Отправлено 02 апреля 2010 - 15:17

Norvecli xor nece de gozel ifa edir..

Ne olar, gelin bu movzunu hec unutmayaq.

Сообщение отредактировал AHMADIYYE: 02 апреля 2010 - 15:18

Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid. AMİN!

#89 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 03 апреля 2010 - 00:58

Norvecli xor nece de gozel ifa edir..

Ne olar, gelin bu movzunu hec unutmayaq.

Bacı unudan unudulmağa məhkumdur! Gələcək doyuşlər bu movzunu unutmağa qoymaz!
Allah nə zamansa mənim də şəkilimin və yazimin bu movzuda olması qərarını versin İNŞAALLAH! AİMN!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#90 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 14 мая 2010 - 23:02

Milli Qəhrman-Cingiz Mustafaev

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru