Перейти к содержимому


Фотография

Простые герои


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 110

#31 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 13 января 2010 - 20:57

Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov 1967-ci il iyul ayının 7-də Bakı şəhərində doğulmuşdur. 1984-cü ildə Bakı şəhərinin Nəsimi rayonundakı 19 nömrəli orta məktəbi bitirmişdir. 1985-ci ildə Rusiyanın Arxanqelsk vilayətində hərbi xidmətdə olmuşdur.
1991-ci ildə könüllü olaraq Qarabağ cəbhəsinə yollanmış, 1992-ci ildə Ağdam cəbhəsində hərbi hissələrdən birinin komandiri təyin edilmişdir. 1992-ci il sentyabr ayının 4-də Ağdərənin Çıldıran kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 1992-ci il fərmanı ilə Fəxrəddin Vəliəddin oğlu Nəcəfova "Azərbaycan Milli Qəhrəmanı" adı verilmişdir.
Azərbaycanın qəhrəman oğlu Şəhidlər Xiyabanında dəfn edilmişdir. Nəsimi rayonunun 266 nömrəli məktəbi onun adını daşıyır.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#32 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 13 января 2010 - 20:59

Agdere yazdiniz..

Сразу вспомнила наших соседей - двух братьев. Агаевы Натик и Намик. Ушли на фронт добровольцами в 16-17 лет. Провоевали 2 года в спец.наз-е (не смотря на возраст были прекрасно физически подготовлены). Потом, когда их подразделение расформировали, Натик с тройной контузией уехал в Россию (не выдержал), а Намик ушел рядовым. за неделю до дня рождения (18 лет) пропал без вести..

Помню, что в боях за Агдере ему вручили наградные часы (вместо орденов и медалей). Пришла как-то с института домой, смотрю, сидит у нас дома на диване (его мама, тетя Света еще не вернулась с работы), пьет с моей мамой чай. Увидел, как ребенок, радующийся игрушке показывает на руках часы и говорит:

- СМОТРИ, ЧТО У МЕНЯ ЕСТЬ :gizildish:

Я еще тогда спросила:

- Намик, ты же в началке никому ответить не мог, тебя вечно от девченок моя сестра (Намик был одноклассником моей старшей сестры) отбивала. Как же ты теперь..убиваешь....

Задумался, вздохнул..

- Если не я их, то они меня..и потом..Я ЗА РОДИНУ ВОЮЮ..а им оправдание ни в одном мире не будет.

Тогда мы и не думали, что это был последний раз, когда его кто-либо видел.

Их русская мама вырастила трех сыновей- азербайджанцев одна.. Вырастила честными, достойными и любящими Родину. Вот так и помню, не дошедшего всего неделю до 18 лет Намика.

Через 7 лет появился его командир и сказал матери, что они попали в окружение. Все закончилось, осталась одна граната. Так Намик их всех отослал, а сам остался..с гранатой и врагами. Вернувшись они ничего не нашли.

Мама все равно не верит..ждет..спустя столько лет. Ищет хоть кого-нибудь, кто знал Намика тогда.

ALLAH Yurdlarini CENNET elesin..meqamlari uca olsun İNSALLAH.

Baci hələ nə qədər analar gozləyir.Balalarinın yerini bir ALLAH bir də susanlar bilir!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#33 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 13 января 2010 - 21:01

Fərhad Ağayev4 avqust 1975-ci ildə Sabirabad rayonunun Ələmbəyli kəndində anadan olmuşdur. O 1992-ci ildə Ələmbəyli kənd məktəbini bitirdikdən sonra, 1993-cü ildə Sabirabad rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılır. Fərhad Prezident Qvardiyasında xidmətə başlayır. O 24 yanvar 1994-cü ildə cəbhəyə yola düşür, ilk döyüşlərini Füzuli rayonunun Seyidəhmədli kəndində keçirir. O Murovdağ, Güzgü, Ömərdağ kimi əhəmiyyətli ərazilərin müdafiəsində şücaət göstərir. 1995-ci ilin mart ayında bir qrup silahlı dəstə namərdlik edərək yenicə təşəkkül tapmağa başlayan dövlətimizə xəyanət edir. Fərhad dövlət çevrilişinin qarşısını almaq üçün Ağstafaya göndərilir. 1995-ci il 13 mart o qardaş gülləsindən ağır yaralanır, mart ayının 15-i bu yaradan həlak olur. Subay idi.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli, 307 saylı fərmanı ilə Ağayev Fərhad İslam oğlu olümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı ” adına layiq görülmüşdür. Sabirabad rayonundakı şəhidlər xiyabanında dəfn edilmişdir. Bitirdiyi orta məktəb onun adını daşıyır.
Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#34 AHMADIYYE

AHMADIYYE

    Aqid – Colonel

  • Emir
  • 2 642 сообщений

Отправлено 14 января 2010 - 09:19

Издана книга "НАЦИОНАЛЬНЫЕ ГЕРОИ АЗЕРБАЙДЖАНА"
Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid. AMİN!

#35 AHMADIYYE

AHMADIYYE

    Aqid – Colonel

  • Emir
  • 2 642 сообщений

Отправлено 14 января 2010 - 09:26

Игорь Владимирович Макеев — азербайджанский военный деятель, сержант, Национальный герой Азербайджана.
___1__1.JPG
Родился 27 октября 1971 года в Гяндже. С 1979-1987 учился в школе №39. Начал военную службу в 1990 году в Баку, позже продолжил в Ростовской области, где получил образование в училище сержантов.

В связи с событиями, происходившими в Азербайджане, Игорь, прервав учёбу, вернулся в Гянджу. Причину своего возвращения он объяснил матери так: Мама, пойми меня правильно! Я родился в Азербайджане. Здесь я сделал свои первые шаги. Здесь моя Родина. И я считаю себя сыном этой земли. А сын не бросит Родину в беде. Я должен защитить Азербайджан, если потребуется и ценой собственной жизни.

Уехав в Баку, он записался в отряды Министерства Обороны и отправился на фронт. Макеев был назначен заместителем командира отряда.

5 июня 1992 года армяне перешли в наступления на село Нахчываник. Игорь в боях за село уничтожил десять солдат противника. Хотя армянам и удалось взять село, через 3-4 часа в связи с контрнаступлением отряда Макеева село было отвоёвано. Он также отличился в боях за Агдере.

2 августа 1992 года в бою на возвышенности «Вышка» Игорь вместе с азербайджанцем по прозвищу «Никулин», шли с пулемётом на передней позиции. Сражаясь, Игорь спас жизни 28 солдатам, помог им выйти из окружения вражеских солдат, однако сам погиб.

Указом президента Азербайджанской Республики № 204 от 6 ноября 1992 года Макееву Игорю Владимировичу было присвоено звание Национального Героя Азербайджана (посмертно). Похоронен на «Аллее Шехидов» города Гянджи. В посёлке Садыллы в его честь названа улица.

Сообщение отредактировал AHMADIYYE: 14 января 2010 - 09:28

Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid. AMİN!

#36 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 14 января 2010 - 17:50

Игорь Владимирович Макеев — азербайджанский военный деятель, сержант, Национальный герой Азербайджана.
___1__1.JPG
Родился 27 октября 1971 года в Гяндже. С 1979-1987 учился в школе №39. Начал военную службу в 1990 году в Баку, позже продолжил в Ростовской области, где получил образование в училище сержантов.

В связи с событиями, происходившими в Азербайджане, Игорь, прервав учёбу, вернулся в Гянджу. Причину своего возвращения он объяснил матери так: Мама, пойми меня правильно! Я родился в Азербайджане. Здесь я сделал свои первые шаги. Здесь моя Родина. И я считаю себя сыном этой земли. А сын не бросит Родину в беде. Я должен защитить Азербайджан, если потребуется и ценой собственной жизни.

Уехав в Баку, он записался в отряды Министерства Обороны и отправился на фронт. Макеев был назначен заместителем командира отряда.

5 июня 1992 года армяне перешли в наступления на село Нахчываник. Игорь в боях за село уничтожил десять солдат противника. Хотя армянам и удалось взять село, через 3-4 часа в связи с контрнаступлением отряда Макеева село было отвоёвано. Он также отличился в боях за Агдере.

2 августа 1992 года в бою на возвышенности «Вышка» Игорь вместе с азербайджанцем по прозвищу «Никулин», шли с пулемётом на передней позиции. Сражаясь, Игорь спас жизни 28 солдатам, помог им выйти из окружения вражеских солдат, однако сам погиб.

Указом президента Азербайджанской Республики № 204 от 6 ноября 1992 года Макееву Игорю Владимировичу было присвоено звание Национального Героя Азербайджана (посмертно). Похоронен на «Аллее Шехидов» города Гянджи. В посёлке Садыллы в его честь названа улица.

Bu uşağu şəxsən taniyirdim!Bizimki idi rəhmətlik,DAXİLİ QOŞUNLARDAN!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#37 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 14 января 2010 - 18:40

ƏSGƏROVA Gьltəkin Məlik qızı (20.11.1960, Bakı - 19.7.1992, Ağdam r-nu, Aranzəmin yьksəkliyi) - Azərbaycanın Milli Qəhrəmanı (1993, цlьmьndən sonra). Azərb. Dцvlət Tibb İn-tunu bitirmişdir (1985). Əmək fəaliyyətinə 8 №-li təcili yardım stansiyasında başlamış, 1991 ildən Uroloji kliniki xəstəxanada işləmişdir. 1992 ilin aprelindən konьllь cəbhəyə yollanmış, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət gцstərmişdir. Aranzəmin yьksəkliyi uğrunda gedən dцyьşlərdə 19 iyul 1992 ildə gəhrəmancasına həlak olmuşdur.

Сообщение отредактировал MIROTVORES70: 14 января 2010 - 19:57

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#38 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 14 января 2010 - 19:58

İsgəndər Aznaurov 16 avqust, 1956-cı ildə Özbəkistan Respublikası Buxara vilayətində dünyaya gəlmişdir. Əslən axısxa türküdür. 1963-cü ildə burada məktəbə getmiş 1973-cü ildə həmin məktəbi bitirmişdir. 1978-ci ildə Daşkənd İrriqasiya İnstituna daxil olmuşdur. 1983-cü ildə ali təhsilini başa vurur.
1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra İsgəndər də yüzminlərlə axısxalı kimi oranı tərk etməyə məcbur olmuş və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana Şəmkir rayonunun Kür qəsəbəsinə köçmüşdür. O, burada cihazqayırma zavodunda çalışır. Erməni faşistlərinin ata-babalarımızdan yadigar torpaqlarımıza basqınları İsgəndəri narahat edir və o Milli Ordu sıralarına könüllü yazılır. İsgəndəri “N” saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin edirlər. Şınıx bölgəsində gedən döyüşlərdə o düşmənin demək olarki bütün silah sursatını sərrast atəşlərlə sıradan çıxarır. 18 aprel 1993-cü il igid döyüşçü yenidən döyüşə girir və bu döyüşdə qəhrəmancasına həlak olur.
Evli idi. Üç qızı həyatda yadigar qalıb.
Azərbaycan Respubliksı prezidentinin 15 yanvar 1995-cil tarixli 262 saylı fərmanı ilə baş leytenant Aznaurov İsgəndər Söhrab oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir. Onun adına Şınıxda “İsgəndər qalası” var. Kür qəsəbəsindəki 1 saylı məktəb qəhrəmanımızın adını daşıyır.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#39 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 14 января 2010 - 20:10

İSRAFİL ŞAHVERDİYEV
Изображение
11 iyun 1952-ci ildə Laçın rayonunda anadan olmuşdur. 1959-69-cu illərdə Unannovu orta məktəbində təhsil almışdır. 1971-74-cü illərdə hərbi xidmətdə olmuşdur. 1975-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlamışdır. Erməni yaraqlıları torpaqlarımıza hücum edərkən o, cəsur bir polis işçisi kimi ilk günlərdən torpaqlarımızın müdafiəsinə qalxmışdı. Qala dərəsi kəndində iki erməni kəşfiyyatçını ələ keçirmişdi. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin ələ keçməsində onun rolu böyük idi. 1991-ci ildə Qala dərəsi kəndinin azad edilməsi üçün plan hazırlandı. Gecədən səhərə qədər davam edən qanlı döyüşdə erməni işğalçıları ağır itkilər verərək geri çəkildilər. İsrafil 1992-ci il 19 sentyabrdan 17 noyabra qədər Hocaz qayası və Hocaz kəndi uğrunda gedən qanlı döyüşlərdə iştirak etdi və onlarla erməni silahlısı məhv edildi. 6 yanvar 1994-cü ildə Füzuli rayonunun kəndlərini azad etmək üçün İsrafil rotası ilə döyüşə girdi. Bu əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 kənd azad edildi. Cəsur komandirin son döyüşü 13 yanvar 1994-cü ildə oldu. Bir neçə istiqamətdən hücuma keçən rotada ölən və yaralananlar var idi. Döyüşçü dostlarını xilas edən İsrafil pulemyotun başına təzəcə keçmişdiki, qarşı tərəfdən atılan güllə onun həyatına son qoydu.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Şahverdiyev İsrafil Şahverdi oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#40 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 14 января 2010 - 20:12

KAMİL NƏSİBOV
Изображение
8 oktyabr 1946-cı ildə Laзın rayonunun Bozlu kəndində anadan olmuşdur. 1963-cь ildə orta məktəbi Minkənd kəndində bitirmiş və ordu sıralarına зağırılmışdır. Ьз ildən sonra ordudan tərxis edilərək vətənə qayıtmış, 1973-cь ildə Azərbaycan Politexnik İnstituna daxil olmuşdur.
1992-ci ildə Laзın erməni silahlı dəstələrinin hьcumlarına məruz qalırdığı zaman Kamil kцnьllьlərdan ibarət цzьnьmьdafiə bцlьyь yaratmış və цzьnьn komandir olduğu 30 nəfərdən ibarət bu bцlьk Sadınlar, Malıbəy, Xanallar, Suarası kəndlərinin mьdafiəsində bцyьk rəşadət gцstərmişdir.
1992-ci il 29 iyun tarixində Qonaqgцrməz yьksəkliyi uğrunda gedən qanlı dцyьşlərdən birində Kamil Nəsibov snayper gьlləsidən ağır yaralanmış, dцyьşзь dostları onu təhlьkəsiz yerə зıxarmaq istəsələr də cəsur komandir etiraz edərək dцyьş meydanını tərk etməmiş və nəticədə зoxlu qan itirmədən həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cь il tarixli 457 saylı fərmanı ilə Nəsibov Kamil Balədə oğluna цlьmьndən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Ağcabədi rayonunda dəfn edilmişdir.
Doğulduğu Bozlu kəndindəki Mədəniyyət evi Kamil Nəsibovun adını daşıyır.

Сообщение отредактировал MIROTVORES70: 14 января 2010 - 20:12

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#41 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 14 января 2010 - 20:15

KƏRƏM MİRZƏYEV
Qubadlıdan cəbhəyə könüllü gedən igid vətən oğullarından biri də Kərəm Mirzəyev olub. Azərbaycan İnşaat Universitetini yenicə başa vurub kəndlərinə qayıtmışdı. Müharibə başlayanda Kərəm baş leytenant idi və doğma Xanlıq kəndində sahə müvəkkili işləyirdi. Təzə ailə qurmuşdu, bir oğlu vardı. 30 yaşını yenicə başa vurmuş Kərəmin gələcəklə bağlı çox böyük arzuları vardı. Lakin müharibə onun bütün gələcək arzularını arxa plana keçirdi. Vətən torpağının xilas olması onun hələlik yeganı arzusuna çevrildi. Bir sıra döyüşlərdə şücaət və cəsarət göstərdi. Qızğın döyüş nöqtələrindən çəkinmədi . 1992-ci il oktyabrın 1-i onun son döyüşü oldu. Mazutlu kəndi uğrunda gedən döyüşdə düşmən gülləsinə rast gəldi. Lakin onun göstərdiyi igidlik komanda heyətinin nəzərindən qaçmadı. Ölümündən sonra ona Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Özü isə anadan olduğu və ürəyi qədər sevdiyi Xanlıq kəndində torpağa tapşırıldı.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#42 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 14 января 2010 - 20:17

Koroğlu Rəhimov
1953-cü il oktyabrın 31-də doğulmuşdur. 1992-ci ildə Xocalı faciəsindən sonra Vətənin müdafiəsinə qalxmışdır. Goranboy və Ağdərədə gedən qanlı döyüşlərdə iştirak etmişdir. 1992-ci il iyul ayının 3-də Ağdərədə gedən qanlı döyüşlərin birində qəhrəmancasına həlak omuşdur.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü ildə verdiyi fərmanla Koroğlu Rəhimov ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakının küçələrindən birinə K.Rəhimovun adı verilib.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#43 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 14 января 2010 - 20:18

QORXMAZ EYVAZOV
Изображение
1 aprel 1967-ci ildə Laçın rayonunda anadan olmuşdur. 1974-84-cü illərdə burada orta məktəbdə oxumuşdur. 1985-ci ildə ordu sıralarına çağırılmış, Ukraynada hərbi xidmətdə olarkən serjantlıq kursunu bitirmişdir. Qorxmaz 1987-ci ildə xidmətini başa vurub vətənə dönür. 1988-ci ildə Laçında yaradılmış partizan dəstəsinə qoşulur. 1992-ci ilin martında o Laçın rayon polis idarəsində işə qəbul edilir. Onun ilk döyüşləri də elə doğma yurddan başlayır, Qızartı dağı uğrunda gedən döyüşlərdə onun fəaliyyəti nəticəsində düşmənin bir tankı ələ keçirilir. 4 avqust 1992-ci il erməni işğalçıları Qızartı dağını ələ keçirmək üçün yenidən hücuma keçir Qorxmaz bu döyüşdə qolundan yaralanır lakin o silahı yerə qoymur azacıq sağalan kimi yenidən cəbhəyə qayıdır. 10 fevral 1994-cü il Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gedən döyüşlərdə erməni faşistlərinin xeyli canlı qüvvəsini məhv edən Eyvazov Qorxmaz bu döyüşdə qəhrəmancasına həlak olur.
Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Qorxmaz Abış oğlu Eyvazov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Sumqayıt şəhərindəki şəhidlər xiyabanında dəfn edilmişdir.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#44 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 14 января 2010 - 20:20

Mehdi Abbasov
Изображение
1960-cı il yanvar ayının 1-də Qərbi Azərbaycanın (Ermənistan) Amasiya rayonunda anadan olmuşdur. Mehdi 1991-ci il iyun ayının 28-də DİN-nin sərəncamına göndərilib. O, burada baş leytenant rütbəsində rota komandiri kimi DİN-nin XTMD-ndə xidmətə başladı. Abbasov Mehdi göstərdiyi şücaətə görə "Mixaylo" ləqəbini qazanmışdı. DİN-nin mükafatlarına layiq görülmüşdür. "Mixaylo"nun son döyüşü 13 yanvar 1992-ci ildə oldu. Məlikcan postu ətrafında qızğın döyüşlər gedirdi, Mehdi həmişə olduğu kimi ön sırada vuruşurdu. Bu döyüşdə snayper gülləsi onu başından ağır yaraladı. Həmin gün o əbədi olaraq gözlərini yumdu.
Subay idi.Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə baş leytenant Abbasov Mehdi Yusif oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Bakıda Şəhidlər xiyabanında dəfn edilmişdir.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#45 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 14 января 2010 - 20:22

MƏZAHİR RUSTƏMOV
Изображение
2 mart 1960-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. 1977-ci ildə Nizami rayonundakı 32 saylı məktəbi bitirmişdir. 1978-ci il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1983-cü ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur. 1986-cı ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitunun fəlsəfə kafedrasında baş laborant vəsifəsində işləməyə başlayır. Azğınlaşmış erməni yaraqlılarının Azərbaycan torpaqlarını işğal etməsi, dinc sakinlərin min bir vəhşiliklərlə qətlə yetitilməsi Məzahiri narahat edirdi. Daima Vətən, torpağ, qeyrət, namus hissləri ilə yaşayan cəsur Məzahir 1992-ci il 23 mart könüllü olaraq Milli Orduya yazılır. Məzahir Şınıx cəbhəsinə gəlir və komandir müavini vəzifəsinə təyin edilir.
Mutudərə olduqca mühüm strateji yer olduğundan ermənilər buranı işğal etmək istəyirdilər. Məzahir isə cəsur komandir olaraq müdafiəni layiqincə yerinə yetirirdi. 1992-ci il 6 avqust ermənilər Mutudərəyə güclü hücum etdilər...Məzahirin komandirliyi ilə döyüşçülər kəndin müdafiəsinə qalxdılar. Son nəfəsinəcən vuruşan komandir bu döyüşdə həlak oldu....erməni quldurlarını xeyli yaxınlığına buraxan Məzahir əl qumbarasını işə saldı, özü ilə bərabər xeyli qulduru məhv edən Məzahirin bu əfsanəvi qəhrəmanlığı elləri gəzdi. Məzahirin belə ölümü qığılcımı alov etdi...Polkovnik Cahangir Rüstəmovun başçılığı ilə döyüşçülərimiz hücuma keçərək Mutudərəni və Başkəndi erməni işğalçılarından təmizlədilər. Təəssüf ki, amansız ölüm Məzahirə qələbə sevincini dadmağa imkan vermədi.
Ailəli idi, bir övladı qalıb.
Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Rüstəmov Məzahir İzzət oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Oxuduğu 32 saylı məktəb, Əhmədli qəsəbəsindəki küçələrdən biri qəhrəmanımızın adını daşıyır. Gədəbəy rayonunda tuncdan heykəli ucaldılıb.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#46 AHMADIYYE

AHMADIYYE

    Aqid – Colonel

  • Emir
  • 2 642 сообщений

Отправлено 15 января 2010 - 09:59

Изображение
Ахмедов Риад Фикрет оглы.
Родился 20 декабря 1956 года в городе Баку. В 1979 году с отличием окончил юридический факультет Азербайджанского Государственного Университета. В 1976–1979 гг. работал лаборантом в Институте Судебной Экспертизы при Министерстве Юстициии Азербайджанской ССР. В 1979–1980 гг. в том же министерстве занимал должность консультанта в Управлении по Разработке Законопроектов и Систематизации Законодательства, а в 1980-1981 гг. был назначен главным консультантом в отделе кадров Министерства Юстици. В 1981 году приступив к деятельности в органах безопасности, Риад Ахмедов окончил высшую школу КГБ в Минске. А в 1984 году в качестве слушателя принимает участие на курсах, проводимых в составе института КГБ имени Ю.В.Андропова. Неоднократно получал благодарность за безупречную службу в органах безопасности, а в 1988 году в связи с семидесятилетием Вооруженных Сил СССР, был награжден памятной медалью. В 1992 году был выдвинут на должность заместителя начальника Разведывательного Управления Министерства Обороны Азербайджанской Республики. Особый разведывательный отряд, руководимый Риадом Ахмедовым, успешно справлялся со всеми сложными боевыми операциями, проведенными в различных населенных пунктах Нагорного Карабаха, уничтожал большое количество вражеской военной техники и живой силы. 25 января 1992 года, Риад Ахмедов, отличившийся своим мужеством и храбростью, проявленными в битве за Карабах, в ходе операции под названием ”Дашалты” пропал без вести. Указом Президента Азербайджанской Республики от 7 июня 1992 года, Ахмедов Риад Фикрет оглы был удостоен имени Национального Героя Азербайджана

Сообщение отредактировал AHMADIYYE: 15 января 2010 - 10:00

Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid. AMİN!

#47 AHMADIYYE

AHMADIYYE

    Aqid – Colonel

  • Emir
  • 2 642 сообщений

Отправлено 15 января 2010 - 10:21

Очень интересная работа Хаввы Мамедовой "Ходжалы: Шехиды и шахиды" (2004 г.)

Прикрепленный файл  xocali_ru.pdf   2,67МБ   24 Количество загрузок:
Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid. AMİN!

#48 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 15 января 2010 - 11:57

Allah rəhmət eləsin şəhidlərimizə. Ahmadiyya bacı, Mirotvores qardaş, Allah sizlərdən də razı olsun.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#49 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 15 января 2010 - 19:07

Qasımov Muxtar Cahid oğlu Изображение
1958-ci il yanvar ayının 1-də Ağdamda doğulmuşdur. Ağdam səhər 5 saylı məktəbi 1974-ci ildə bitirmişdir. Elə həmən il Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdur. Tibb təhsilin başa vurduqdan sonra işləmək üçün təyinatla Xankəndinə yola düşmüşdür. Orada işləyərkən ermənilər arasında separatizmin, millətşi ünsürlərin təbliğinin şahidi olmuşdur. Müxtəlif təziqlərə baxmayaraq işinə davam etmiş, milliyətindən asılı olmayaraq insanlara tibbi yardım göstərmişdir. 1988-ci ildə vəziyyət nəzarətdən çıxandan, kiçik qarşıdurmalar baş verəndən sonra Ağdama qayıdıb həkim kimi qospitalda çalışmışdır. Ağdamda gedən bütün döyüşlərdə yaralıları xilas etmək üçün qəhrəmanlıq göstərmişdir. 16 iyul 1992-ci ildə Naxçıvanik döyüşlərində xidməti borcunu yerinə yetirərkən həlak olmuşdur.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#50 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 15 января 2010 - 19:09

Namiq Abdullayev Изображение
10 may 1974-cü ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdur. Məktəbi bitirən Namiq orduya getmək istədiyini bildirir və 1992-ci ilin dekabırında cəbhəyə yola düşür. 1993-cü il fevralın 9-da erməni silahlı dəstələri Xocavənd rayonunda mövqe tutmuş döyüşçülərimizin üzərinə böyük qüvvə ilə hücuma keçirlər, düşmənin güclü hərbi texnikası qarşısında bu kiçik dəstəmiz tab gətirə bilməzdi. Ama onlar ölümün gözünə dik baxdılar və hücumu dəf etməyə çalışdılar. Onlarla erməni quldurunu məhv edən Namiq son anda əlindəki qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atdı, zirehli texnikanın heyəti məhv edildi, vətənimizin bu cəsur oğlu əbədiyyətə qovuşdu...
Subay idi.
Azərbaycan respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Abdullayev Namiq Vahid oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Avşar kəndində dəfn edilib.
Avşar kənd orta məktəbi onun adını daşıyır.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#51 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 15 января 2010 - 19:11

Quliyev Nazim Qabil oğlu - 7 fevral 1967-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. 1982-ci ildə kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır. Xidmətini başa vurduqdan sonra isə doğma yurda qayıdır. 1988-ci ildə ermənilərin soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərlə barışa bilməyən Nazim könüllü müdafiə dəstələrindən birinin tərkibində döyüşlərə atılır. Nazim 1991-ci ildə Füzuli rayonunda polis nəfəri kimi işə qəbul olunur. Füzuli rayonunda rəşadətlə vuruşan Nazim onlarla yaralını, dinc sakini təhlükəsiz əraziyə çıxara bilmişdi. O, Cuvarlı, Tuğ, Məlikcan, Arış kəndlərində rəşadətlə vuruşmuşdur. 9 yanvar 1992-ci il Köşbək kəndi uğrunda ağır döyüşlər gedirdi. 7 əsgərimiz mühasirədə qalmışdı. Nazim idarə etdiyi BTR-lə düşmənin üzərinə yeriyir ilk həmlədə düşmənin iki nöqtəsi susdurulur. Əsgərlərimiz və texnika buradan çıxarıla bilir. Lakin Nazim bu döyüşdə 27 yaşında həlak olur.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Quliyev Nazim Qabil oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Füzuli rayonunda dəfn edilmişdir.
Yuxarı Yağlavənd və Örənqala məktəbləri onun adını daşıyır.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#52 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 15 января 2010 - 19:13

Nofəl Zahid oğlu QuliyevИзображение
1963-cü ildə Əli Bayramlı şəhərində anadan olmuşdur. 1981-ci ildə orta məktəbi bitirmişdir. 1982-1983-cü illərdə orduda xidmət etmişdir. Xidmətdən sonra 1984-cü ildən 1990-cı ilə kimi Tumen şəhərində işləmişdir. 1990-cı ilin dekabr ayında xalqının namusunu, qeyrətini qorumaq üçün DİN xüsusi təyinatlı milis dəstəsinə daxil olmuşdur. Az bir vaxtda Füzulidə, Goranboyda, Daglıq Qarabağda erməni faşistləri ilə mübarizədə fəqlənmişdir. Hər döyüşdə ən çətin mövqe seçər, düşmən üzərinə şığıyardı. Dostlarına nümunə olmağa çalışar, düşmənə amansız zərbələr vurardı. 1991-ci il iyul ayının 15-də ermənilər güclü qüvvə və texnika ilə Todan kəndinə hücuma keçdilər. Dinc sakinləri döyüş zonasından çıxarmaq lazım idi. Nofəl Quliyev kənd sakinlərini yağış kimi yağan güllələrin altından çıxarıb təhlükəsiz yerə aparırdı. Yorulsa da köməyə ehtiyac olduğundan yenə geri döndü. Bu vaxt düşmən tutduğu mövqedən irəliləmişdi. Nofəl burada da misilsiz qəhrəmanlıq göstərərək kənddə qalan köməksiz adamlaın xilası uğrunda düşmənlə ölümdirim mübarizəsinə girdi. Neçə-neçə adamı ölümün pəncəsindən qurtardı və həmin döyüşdə onun üçün son anlar oldu. Həyatını Qarabağ torpağlarının toxunulmazlığı, Azərbaycan müstəqilliyi uğrunda qurban verdi. Ölümü ilə şəhidlik zirvəsinə ucaldı. Ailəli idi. Bir oğlu yadigar qalmışdır. Vaxtı ilə oxuduğu 9 saylı orta məktəbə onun adı verilmişdir və məktəbin həyətində büstü qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 5 iyun 1992-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şüucaətə görə Nofəl Zahid oğlu Quliyevə Azərbaycan Milli Qəhrəmanı adı verilmişdir...
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#53 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 15 января 2010 - 19:14

İbrahimov Nurəddin İslam oğlu 1951-ci il mart ayının 16-da Bakı şəhərində doğulmuşdur. 1969-cu ildə burada 125 saylı orta məktəbi bitirmişdir. 1970-ci ildə ordu sıralarına çağırılmışdır. 1978-ci ildə Rusiyanın İrkutsk şəhərinin milis idarəsində işə qəbul olunmuşdur. 1988-ci ildə burada İrkutsk şəhər cinayət axtarış şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycanda baş verən hadisələrə biganə qalmayan Nurəddin 1990-cı ildə Bakıya gəlmiş, sonra isə Laçın rayon milis idarəsində sahə müvəkkili işləməyə başlamışdır.
O, Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, bu döyüşlərin birində ağır yaralanmışdır. Müalicə olunandan sonra Bakının Əzizbəyov rayonunun polis idarəsində işini davam etdirmişdir. Buna baxmayaraq o, yenə də tez-tez cəbhəyə yollanmış, qızğın döyüşlərə girmişdir. 1993-cü ildə Kosalar kəndi və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərmiş və mayor rütbəsi almışdır. Nurəddin 10 fevral 1995-ci il Binə qəsəbəsindəki cinayətkar dəstənin zərərsizləşdirilməsi zamanı xüsusi fərqlənmiş və qəhrəmancasına həlak olmuşdur.
Aliləli idi, bir övladı var.
Azərbaycan Respublikası prezidentinin 26 dekabr 1995-ci il tarixli 424 saylı fərmanı ilə ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərinin Buzovna qəsəbəsinin qəbristanlığında dəfn edilmişdir. Buzovna qəsəbəsində onun adına küçə var. Buradakı Mədəniyyət evi də onun adını daşıyır. Qəsəbədə büstü qoyulub.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#54 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 15 января 2010 - 19:16

Rafiq Alıcanov Изображение
11 iyul, 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açmışdır. Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olur. 1988-ci ildə təhsilini bitirib Ukraynada ixtisası üzrə işə başlayır. 1988-ci illərdə o Ukraynada Azərbaycan haqqında onu narahat edən xəbərlər alır və vətənə geri dönür. Rafiqin şərəfli döyüş yolu Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarından və Naxçıvandan keçir. Bu uğurları ona kapitan rütbəsinə yüksəlmək imkanı verir. Artıq o komandir idi, 5 noyabr, 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur.
Ailəli idi, bir qızı və bir oğlu yadigar qalıb.
Azərbaycan Respubliksı Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə kapitan Alıcanov Rafiq Cəfər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Köçəvəlli kəndində dəfn edilmişdir.
Köçəvəlli kənd orta məktəbi onun adını daşıyır.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#55 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 15 января 2010 - 19:18

Ramiz Qəmbərov[/b](şəxsən taniş idik)Изображение
2 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1979-cu ildə H.Hacıyev adına Şuşa şəhər orta məktəbini bitirmişdir. 1980-ci ildə hərbi xidmətə çağırılmış, 1982-ci ildə ordudan tərxis olunaraq Şuşaya qayıtmışdır. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstituna daxil olmuşdur. Amma təhsilini başa çatdıra bilməmişdir. Erməni təcavüzkarlarının başlatdığı Qarabağ müharibəsi minlərlə qeyrətli Azərbaycan oğulları kimi Ramizi də torpaqlarımızın müdafiəsinə qalxmağa məcbur etmişdir. Ramiz 1988-ci ildən xalq hərəkatına qoşulmuşdur. O, 1992-ci ildə könüllü özünümüdafiə batalyonu yaratmış və bu batalyonun başçısı olmuşdur. Onun taboru Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdur. 29 aprel 1992-ci ildə erməni işğalçıları Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücum edən zaman Ramiz Qəmbərovun taboru döyüşə atılmış və bu döyüşdə cəsur komandir ağır yaralanmışdır. Bir gün sonra, 30 aprel 1992-ci ildə o dünyasını dəyişmişdir.
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Qəmbərov Ramiz Bulud oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Ramiz Qəmbərov [b]Şuşa
şəhərində dəfn edilmişdir. Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#56 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 15 января 2010 - 19:21

OQTAY GULƏLİYEVИзображение
10 noyabr 1962-ci ildə Laçın rayonunun Xaçınyalı kəndində doğulmuşdur. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır. 1984-cü ildə Poltava Kooperativ İnstitutunun Bakı filialına qəbul olmuşdur. Laçın polisində işlədiyi dövr Erməni-Azərbaycan münaqişəsinin daha da kəskinləşdiyi bir dövrə təsadüf etdiyindən Oqtay Güləliyev də polis işçisi kimi ermənilərə qarşı əməliyyatlatda iştirak etmiş, uğurszluqla sona çatan “Daşaltı əməliyyatı” zamanı onun rotası mühasirəyə düşən 80 nəfər əsgəri təhlükəsiz zonaya çıxarmağa müvəffəq olmuşdur. Daha sonra Pircahan kəni yaxınlığında ağır yaralanmış, lakin müalicə olunaraq cəbhəyə qayıtmışdır. Oqtay Güləliyevin Laçın dəhlizini geri almaq üçün əməliyyat planı 1992-ci il sentyabrın 19-da uğurla başa çatmış və beləliklə Gorus-Şuşa yolu nəzarətə alınmışdır, lakin düşmən ərazini yenidən ələ keçirməyə müvəffəq olmuş və Oqtay Güləliyevin qüvvələri mühasirəyə düşmüşdür. Döyüşçülərini təhlükəsiz yerə keçirə bilsə də bu döyüşlərdə Oqtay Güləliyev özü qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı fərmanı ilə Güləliyev Oqtay Güləli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Laçın şəhərində və Piçənis kəndində adına məktəb var.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#57 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 15 января 2010 - 19:22

Rəfael Sərafət oğlu HəbibovИзображение
1964-cü il aprel ayının 4-də Əli Bayramlı şəhərində anadan olmuşdur. Rəfael təhsil illərində özünü bacarıqlı bir şagird kimi göstərmiş, yoldaşlarının və müəllim kollektivinin dərin hörmətini qazanmışdır. Təhsil illərində idmana və ibtidai hərbi hazırlıq fənninə böyük maraq göstərmişdir. O, hərbi xidmətini Baltik ətrafında keçirmiş, gizir rütbəsinə kimi yüksəlmişdir. Sonra isə Leninqradda (Sankt-Peterburqda) hərbi məktəbi qurtarmış, leytinant rütbəsinə layiq görülmüşdür. O, qardaşı Cəbrayılla Əfqanıstan döyüşlərinin iıtirakçısı oluıdur. Respublikamızın ərazi ütövlüyünün qorunmasında iştirak etmək məqsədilə 1992-ci ildə Qarabağa göndərilir. İlk günlrədən təcrübəli zabit kimi döyüşlərə atılır. Təzəkənd, Narıncılar, Zodqızıl, Mədəni Ala Qala, Ağdaban, Çörəkdar, Çapar və s. kəndlər uğrunda gedən gərgin döyüşlərdə iştirak edir. Bu kəndlərin çoxu erməni quduzlarından azad edilir. R.Həbibov Kəlbəcər uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərmişdir. Mühasirəyə düşən kəşfiyyatçıları xilas edərkən dümənlə qarşı-qarşıya çıxır və düşmənin PDM-2 maşınının heyəti ilə birlikdə məhv edir. 1992-ci il iyulun 6-da çörəkdar və Tozlukörpü istiqamətində cəbhədə həlak olanların cəsədlərini gətirmək üçün yoldaşları ilə yola düşür. Döyüşdə aldığı yaradan 1992-ci il iyulun 7-də gözlərini əbədi yumur. Azərbaycan Respublikası Prezidentinin 1994-ci il avqustunda verilən fərmanı ilə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyi şəxsi igidlik və şücaətə görə Rəfael Şərafət oğlu Həbibova Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Vaxtı ilə oxuduğu 14 saylı orta məktəb indi onun adını daşıyır...
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#58 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 15 января 2010 - 19:24

Rövşən Abdullayev Изображение
1969-cu il yanvar ayının 16-da Lerik rayonunda doğulmuşdur. Məktəbi burada başa vurduqdan sonra isə ailəsi ilə birlikdə Lənkərana köçmüşdür. Rövşən 1987-ci ildə Sankt-Peterburq Ali Hərbi-Siyasi məktəbinə daxil olur. O, Azərbaycana qayıdan kimi DİN-in əməkdaşı olaraq daxili qoşunların tərkibinə qatılır. Gənc zabit bir müddət sonra Zəngilana göndərilir. Rövşən 70 nəfərdən ibarət tağımın komandiri təyin edilir. Onun başçılıq etdiyi tağım göstərdiyi şücaətə görə cəbhədə ad çıxarmışdı. Rövşənin köməkliyi ilə düşmənin Qafan rayonunda yerləşən obyektləri məhv edildi. 13 sentyabr 1993-cü il Rövşənin son döyüşü oldu erməni faşistləri Zəngilan rayonunun Qazançı kəndinə hücum etmişdi. O, döyüş yoldaşları ilə “Qaz 66” markalı avtomobilə əyləşib Qazançıya yollanır, onlar kəndin yaxınlığında düşmənin PDM-i və piyadaları ilə üzbəüz çıxdılar, güclü atəşə maruz qalan vətənimizin igid oğulları ölüm dirim savaşına girdilər. Rövşən yoldaşlarına meşəyə çəkilməyə əmr etdi özü isə ağır yaralansada silahı yerə qoymurdu. Yoldaşları onu xəstəxanaya çatdırsalarda artıq gec idi...
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Rövşən Əbdülhüseyn oğlu Abdullayevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Lənkəran şəhər qəbristanlığında dəfn edilmişdir.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#59 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 15 января 2010 - 19:26

ROVŞƏN ƏKBƏROV4 iyun 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə 42 saylı orta məktəbin birinci sinfinə getmiş, səkkizinci sinfə qədər burada təhsil almışdır. 1979-cu ildə C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olur. 1982-ci ildə təhsilini başa vurur. 1986-cı ildə təyinatla Zaqafqaziya Hərbi Dairəsinə göndərilir. 1993-95-ci illərdə “N” saylı hərbi hissədə rota komandiri olmuşdur. Rövşən Ələkbərov bu illər ərzində çox çətinliklərlə üzləşdi. Qarabağ müharibəsində özünəməxsus iz qoyan cəsur komandir, 1995-ci il mart hadisələri zamanı silahlı dəstəninin zərərsizləşdirilməsində də iştirak etdi. General-leytenant rütbəsinə qədər yüksələn Rövşən 1999-cu ildə Bakı Ali Dənizçilik Məktəbinin, 2002-ci ildə isə Ukrayna Hərbi Akademiyasının müdavimi olmuşdur. Respublikamızın ərazi bütovlüyünün qorunub saxlanmasında göstərdiyi igidliyə görə iki dəfə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Azərbaycan Respublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Əkbərov Rövşən Telman oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Qəhrəmanımız dörd övlad atasıdır.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#60 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 15 января 2010 - 22:31

Ruslan Polovinko 21 oktyabr, 1969-cu il Xarkov vilayətnində anadan olmuşdur. 1987-ci ildə Sızran Ali Hərbi Təyyarəçilər məktəbinə daxil olur. Ali məktəbi bitirdikdən sonra 1991-ci ildə Naxçıvan şəhərində “N” saylı hərbi hissəyə göndərilir. Azərbaycan Hərbi Hava Qüvvələri yaradılanda o, xidmətini Bakı Əlahiddə Vertolyot Eskadrilyasında davam etdirir. Ruslan 1991-ci ildən ermənilərin Qarabağda törətdiklər vəhşiliklərə qarşı əməliyyatlarda iştirak etməyə başladı. Azərbaycanın erməni millətçiləri, faşistləri tərəfindən hücumlara məruz qalması məlum məsələ idi, onlar silahsız günahı olmayan insanları vəhşicəsinə qətlə yetirir, doğma ata-baba yurdlarından deportasiya edirdilər...
Bildiyimiz kimi erməni yaraqlıları bütün bu vəhşilikləri tək deyil, həm də muzdlu qatillrəin köməkliyi ilə edirdilər...amma bunu dünya ölkələrinə sübut etmək üçün fakt lazım idi cəsur pilot Ruslan belə şərəfsizlərin bir neçə cəsədini ələ keçirməyə müvəffəq oldu. Qubadlı, Laçın, Ağdərə uğrunda gedən döyüşlərdə düşmənin başına od ələyən Səma Qartalları əfsanəvi qəhrəmanlıqlar göstərirdilər. Mİ-24 vertolyotunun heyəti Polovinko Ruslan, Zakir Məcidov, Cavanşir Rəhimov 1992-ci il 6 avqust döyüşçülərimizin Kasapet yüksəkliyində mühasirəyə düşmələri barədə xəbəri alan kimi havaya qalxdılar...Üç dəfə təhlükəli uçuş edən hava qartalları düşmənin buradakı canlı qüvvəsini və zirehli texnikasını tamamilə məhv etdilər. Onlar yaralılarla yanaşı Şəhidlərimizi də təhlükəli ərazidən çıxara bildilər. Dördüncü atəş zamanı vertolyot erməni faşistləri tərəfindən raketlə vuruldu Vətənimizin cəsur övladları qəhrəmancasına həlak oldular.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Polovinko Ruslan Aleksandroviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Rusiyanın Xarkov vilayətinin Zmiyev kəndində dəfn edilib.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru