Перейти к содержимому


Фотография

Azərbaycanın ziyarətgahları


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 67

#31 YASEMEN

YASEMEN

    Raqib – Seargeant

  • Murid
  • 173 сообщений

Отправлено 06 января 2010 - 00:18

ALLAH razi olsun sizden movzu cox yaxsi movzudu umumiyyetle butun ziyaretkahlardan getmeyi xosluyuram onlarin icinde en sakit yer BİBİ HEYBET ziyaretkahidi cox gozel yerdi.
У имама Садыка (ДБМ) спросили: "Не означают ли слова Пророка, что "Фатима - госпожа женщин в раю", относится только к женщинам её времени?" На что имам отвечал: "Это относится к Марьям, однако Фатима - госпожа женщин рая от начала и до конца"

#32 Kabus ve zulmet

Kabus ve zulmet

    Jundi – Soldier

  • Ibtidai
  • 4 сообщений

Отправлено 06 января 2010 - 13:47

Bilmek olar Bizovnada ki, pir niye bele te'rife layiqdir?

Burada Azərbaycanin ziyarətgahlarinin tarixindən və onlarin bərpasindan sohbət acilir.Buzovna məscidi haqda yazi var,sən harda pir gordun ki? Əyər nəyin tərifəlayiq olduğunu bilməkistəsən ,bu haqda vzular var,ozunu əziyyətə sal oxu VƏ DİSKUSSİYA APAR!!!

Buzovnadaki " Eli ayagi "bes nedir? Mesciddir ya pir?

#33 Ekspert_1982

Ekspert_1982

    Arif – Corporal

  • Murid
  • 72 сообщений

Отправлено 06 января 2010 - 16:19

Buzovnadaki " Eli ayagi "bes nedir? Mesciddir ya pir?


Sənə dedilər ki, bu haqda bilmək istəsən ayrıca bir mövzu aç və diskusiya apar. Burda sadəcə olaraq, Azərbaycandakı məscidlər və ziyarətgahlar haqqında məlumatlardı. Şəxsi fikir üçün açılmayıb bu mövzu. Oldu?

#34 Ekspert_1982

Ekspert_1982

    Arif – Corporal

  • Murid
  • 72 сообщений

Отправлено 06 января 2010 - 16:20

Buzovnadaki " Eli ayagi "bes nedir? Mesciddir ya pir?


Sənə dedilər ki, bu haqda bilmək istəsən ayrıca bir mövzu aç və diskusiya apar. Burda sadəcə olaraq, Azərbaycandakı məscidlər və ziyarətgahlar haqqında məlumatlardı. Şəxsi fikir üçün açılmayıb bu mövzu. Oldu?

#35 Ekspert_1982

Ekspert_1982

    Arif – Corporal

  • Murid
  • 72 сообщений

Отправлено 06 января 2010 - 17:15

Mirotvoreç, qardaş! Allah səndən razı olsun. Bilmədiyimiz nə qədər məscid, ziyarətgah göstərirsən bizə. Allah işin avand, canını da sağ eləsin! AMİN!

#36 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 06 января 2010 - 17:22

Mirotvoreç, qardaş! Allah səndən razı olsun. Bilmədiyimiz nə qədər məscid, ziyarətgah göstərirsən bizə. Allah işin avand, canını da sağ eləsin! AMİN!

Amin! Mənim də nə qədər bilmədiyim ibadətgahlarımız var. Baxiram, məlumatlanıram. Çox lazımlı mövzudur
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#37 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 06 января 2010 - 21:10

Mirotvoreç, qardaş! Allah səndən razı olsun. Bilmədiyimiz nə qədər məscid, ziyarətgah göstərirsən bizə. Allah işin avand, canını da sağ eləsin! AMİN!

Allahimiz hər birinizdənn razi olsun,borcumuz dəyərlərimizi dəyərləndirmək və bu dəyərlərə sadiqlikdir!Hər bir tikilən bir tarix kərpicidir ki,onlari tanimaq mənəvi borcumuzdur! Cunki tarixsiz millət Əstəfurullah, heyvana bənzər!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#38 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 06 января 2010 - 21:12

Bilmek olar Bizovnada ki, pir niye bele te'rife layiqdir?

Burada Azərbaycanin ziyarətgahlarinin tarixindən və onlarin bərpasindan sohbət acilir.Buzovna məscidi haqda yazi var,sən harda pir gordun ki? Əyər nəyin tərifəlayiq olduğunu bilməkistəsən ,bu haqda vzular var,ozunu əziyyətə sal oxu VƏ DİSKUSSİYA APAR!!!

Buzovnadaki " Eli ayagi "bes nedir? Mesciddir ya pir?

Bu haqda yazacam,Amma əvvəlcə zulmətdən cixmaq ucun Allaha dua elə və kabusa lənət oxu!"
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#39 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 07 января 2010 - 01:35

Əshabu-kəft(Naxcivan)
Azərbaycanda inanclı insanların pənah apardığı məşhur ziyarətgahlar çoxdur.
Onlardan biri də Naxçıvanda yerləşən «Əshabi-Kəhf» mağarasıdır. «Əhabi-Kəhf»
təkcə ziyarətgah deyil, həm də Azərbaycanın ən qədim tarixi abidələrindən biridir.
Təsadüfi deyil ki, İslamın müqəddəs kitabı «Qurani-Kərim»də də «Əshabi-Kəhf»in adı
çəkilir.
Rəvayət

«Əsahabi-Kəhf» mağarasının müqəddəsliyi xalq arasında yayılmış və bir sira
qaynaqlarda əksini tapmıış rəvayətlə bağlıdır. Həmin rəvayətdə deyilir:
Allahdan üz çevirib bütlərə tapınan Dağ Yunis adlı hökmdarın zülmünə dözə
bilməyən vəzir Təmirxan bir neçə dostu ilə zülmdən qurtarmaq üçün dağlara
sığınmaq istəyi ilə şəhərdən qaçır. Yolda onlara zülmdən cana doyan və ümidini bir
olan Allaha bağladığını deyən hökmdarın çobanı da qoşulur. Bu vaxt çobanın iti də
qaçanların ardınca gəlir. Lakin onlar itin səs salacağından ehtiyatlanırlar. İti heç bir
vasitə ilə qova bilməyən çoban məcbur olub onun əvvəlcə bir, sonra isə digər ayağı
sındırır. Bu zaman insan kimi dil açan it də zülmdən qaçdığını bildirir və ölür. Çoban onu mağaranın girəcəyindən bir az aralı, hazırda «Qitmir» adlanan yerdə basdırır və çomağını taxır üstünə. Bundan sonra qaçıb, yaxınlıqdakı mağaraya sığınırlar. Orada onları dərin yuxu aparır. Oyandıqdan sonra acdıqlarını hiss edərək vəziyyəti öyrənmək və çörək almaq məqsədilə vəziri şəhərə göndərirlər. Vəzir Təmirxan şəhərdə pul verib çörək almaq istəyərkən yaxalanır. Ondan soruşurlar ki, bu pullar hardandır? Vəzir şəhərdəkiləri inandırmağa çalışır ki, pullar onun özünündür. Onu başa salırlar ki, pullar üç yüz il bundan əvvəl hökmdarlıq etmiş Dağ Yunisə aiddir.
Burada bir möcüzə olduğunu bilən vəzir başına gələnləri şəhərdəkilərə danışır. İnsanların maraq üçün mağaraya doğru axışdığını görən vəzir yoldaşlarını üç yüz ildən çox yatdıqları barədə xəbərdar etmək üçün hamıdan əvvəl içəri girir. Baş vermiş möcüzədən xəbərdar olan mağaradakılar dərhal Alaha əl açıb ondan qeyb olmalarını diləyirlər. Allah onların səsini eşidir və hamısı qayaya söykəndikləri kimi də yox olur. Mağaraya daxil olanlar mağarada onların izlərini tapırlar və o zamandan mağara ziyarətgaha çevrilir.
Xalq arasında yayılan digər rəvayət sonralar mağaranın müqəddəsliyini daha da artırır. Həmin rəvayətə görə, həzrəti Əli «Əshabi-Kəhf» mağarasını ziyarət edərkən orada namaz qılıb və onun atı Düldülün ayaq izi mağaradakı qayalıqda qalıb.
Yaşayış məskəni
«Əshabi-Kəhf» mağarasının quruluşu, təbii coğrafi şəraiti buranın ilkin yaşayış məskənlərindən biri olmasını söyləməyə əsas verir. Mağarada qışın soyuğundan, yayın istisindən qorunmaq üçün hər cür şərait var. Mağaradakı təbii sığınaqlar ayrı-ayrı otaqları xatırladır. Buranın təbii girişi çox çətin keçilə bilən, sürüşkən qayadan ibarətdir ki, bu da mağaradakıları düşmənlərin və vəhşilərin hücumundan qoruyurmuş. Mağarada bir neçə kitabə də var.
Ziyarətgah
«Əshabi-Kəhf» neçə yüzilliklərdir müqəddəs ocaq sayılır. Hətta Sovet hökumətinin qadağaları da insanları ona pənah aparmaqdan çəkindirməyib. El arasında deyirlər ki, «Əshabi-Kəhf»i 7 il dalbadal ziyarət etmək Kərbala, hətta Həcc ziyarətinə bərabərdir. Yəni həmin ziyarətgahlara gedə bilməyənlər «Əshabi-Kəhf»də olmaqla savaba çata bilər. Ziyarətə daha çox ailəvi gediş məqbul hesab olunur. Ziyarət üçün heç bir yaş məhdudiyyəti qoyulmur.
«Əshabi-Kəhf» ziyarətinin dəqiq vaxtı yoxdur, bura ilin istənilən fəslində getmək olar.
Vacib əməllər

«Əshabi-Kəhf»ə piyada ziyarətə getmək, orada qurban kəsmək savab əməl hesab olunur. Mağaranın əsas inancları daş, su, ağac kultu ilə bağlıdır. «Əshabi-Kəhf»in ətrafindakı yol boyu bütün kol və ağaclara əl yaylıqları, əski və parça hissələr bağlanır ki, bunlar da «niyyət», «dilək» adlanır.
«Əshabi-Kəhf»ə çatmamış, yolun kənarında çoxlu qəbirlər var. Zəvvarlar öncə həmin qəbirləri ziyarət etməlidirlər. Qəbirlərin burada nə vaxtdan və kimə məxsus olduqları məlum deyil.
Mağaranın divarında izlər var. Bu, sanki divara söykənmiş insan izləridir ki, onlara da «Yeddi kimsənə» deyilir. Xalq arasında olan inama görə, həmin izləri öpmək vacibdir.
«Əshabi-Kəhf»dəki qayalıqda həzrəti Əlinin Düldül adlı atının ayaq izləri var. İnsanlar niyyət edib yerdən təqribən 5-6 metrə qədər hündürlükdə olan həmin çalalara kiçik daşlar atırlar. Niyyəti hasil olanın daşı orda qalır. Bir qayda olaraq üç daş atılır. Mağaranın daxilinə girdikcə ətrafdakı ağac və kollara parçalar bağlanır. Mağaranın daxili yüksələn formada olmaqla, yuxarı tərəfdə, məscidə və «Cənnət bağına» çıxan yolun solundakı qayada deşik var. Niyyəti olanlar deşikdən keçib həmin qayanın başına üç dəfə dolanırlar. Bunu daha çox xəstələr, sonsuz qadınlar və uşaqlar edirlər.
Məscidin qabağındakı «Qara daş»ın və «Damcıxana»nın ziyarəti əsas məqamlardan hesab edilir. Qara daş müqəddəs hesab edildiyindən isanlar onu öpürlər. Bəzən xəstələr niyyət edib qaradaşın yanında yatırlar. Bir sıra xəstələrin buradan nicat tapıb qayıtması söylənilir.
Məscidə ancaq namaz qılanlar və nəziri olanlar girirlər. Məscidin kişilərə aid hissəsində iki kitabə var. Niyyət edib məsciddə yatmaq adəti mövcuddur.
İnsanlar ziyarətgah və onun ətrafında üç yerdə su inamı ilə qarşılaşırlar. Bunların biri təmizlənib müalicə olunma, ikincisi «Əshabi-Kəhf»in girəcəyindəki kiçik hovuz-bulaqdı. Suyun şəfa verici və müqəddəsliyini nəzərə alaraq içir və xörək hazırlayırlar. Bulaq, «Yeddi kimsənə»nin aşağı tərəfindən çıxdığı üçün daha da müqəddəs hesab edilir. Üçüncüsü - «Damcıxına»da dilək diləməklə istəklərin yerinə yetirilib-yetirilməyəcəyini bilmək üçün tavandan daman sudur.
«Əshabi-Kəhf»in aşağısındakı 15 dəqiqədən bir qaynayıb-köpüklənən mineral bulaq sehirli xüsusiyyətlərinə görə insanlar arasında müqəddəs sayılır. Bura müxtəlif xəstəlikləri olan adamlar gəlirlər. Xalq arasında belə bir inam mövcuddur ki, bulağın ən kəsərli vaxtı köpüklənmənin şiddətləndiyi dövrüdür. İlin bütün fəsillərində beləcə qaynayıb-yatan bulaqda təkcə xəstələr deyil, bəzi zəvvarlar da yuyunub təmizlənirlər. Burada yuyunmaq ziyarətə hazır olmaq deməkdir.









Bura isə hamıya məlum olan məşhur Damcı adlnan yerdir.Niyyət tutma
«Damcıxana» məscidin yuxarı tərəfində, bir neçə metr hündürlükdə yerləşir. Açıq salon şəklində olan həmin yerdə tavandan su damır. Maraqlıdır ki, ilin yağışlı və quraq keçməsindən asılı olmayaraq, burada damcı kəsilmir. Bu məqamda hər cür niyyət etmək olar. Yəni həm xəstələr, həm də hər hansı bir arzusu olan niyyət edib oturur damcının altında. Damcının başa və ya çiyinə düşməsi niyyətin tez hasil olacağı, aşağı ətraflara, bədənin hər hansı bir yerinə düşməsi isə nisbətən gec hasil olacağı kimi yozulur. Damcı düşməsə, deməli niyyət qəbul olmur.
Ziyarətgahda ən uca (yüksək) məqam «Cənnət bağı» adlanan yerdir. Əvvəllər bura çıxmaq çox çətin idi. İndi isə dəmir pilləkənlər bu işi asanlaşdırıb. Silindrik formalı, hər tərəfdən yüksək qayalarla əhatə olunan bu məqam duaların qəbul olduğu yer sayılır. Burada gündoğana doğru qayaların arası ilə dar keçid qalxır. Keçidin baş tərəfində, sıldırım qayada bir dağdağan ağacı bitib. Həmin ağaca dilək üçün parçalar bağlanılır.
Beləliklə, inanclara görə, «Əshabi-Kəhf» ziyarətgahı daha çox mənəvi təmizlənmə və Allaha yaxınlaşma yeridir. Aşağıdan yuxarıya doğru ziyarət edərək qalxan insan dünyəvi aləmdən ayrılır, və sanki rəbbani məqama daxil olur, özünü bağışlanmışlardan sayır. Изображение
P.S Kim nə niyyət tutub gedəcəksə Allah muradına yetirsin.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#40 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 07 января 2010 - 02:10

Bakılılar şəhərlərinin memarlığı, zəngin tarixi, onun görməli yerləri ilə öyünməkdə haqlıdırlar. Bu yazıda oxucularla belə yerlərdən biri haqqında söz açacağıq, bu barədə çoxları bilmir. Söhbət Dağüstü parkda, keçmiş Kirov heykəlinin altındakı dağın yamağında yerləşən nəhəng qaya parçasından gedir. Xalq arasında bu daş ta qədimdən «Pirvənzərə» adı ilə məşhurdur. Yeri gəlmişkən, qaya parçasının üzərində də məhz bu ad həkk olunub.
«Pir» sözü buranın müqəddəs yer olduğunu təsdiqləyir. Köhnə sakinlərin söylədiyinə görə, XIX-XX əsrlərdə müsəlman əhalisi arasında qaya parçasının möcüzəvi qüvvəyə malik olması barədə inanc varmış. Hesab olunurdu ki, bura ziyarətə gələn uşaq həsrəti çəkən qadınlar bura gələndən sonra ana olurlar. Buradan Bibiheybətə yol gedirmiş və insanlar çox zaman yolüstü Qayanı ziyarət edirmişlər.
«Pirvənzərə» hər iki tərəfə çıxışı olan nəhəng daşdan ibarətdir. Qayanın içərisindən baxdıqda, qəbirin altında daşa döyülən düzbucaqlı təsviri görünür. Orada kimin dəfn olunduğu məlum deyil, amma bəzi ehtimallar irəli sürmək olar .
Müsəlman adəti üzrə ölünü daşda deyil, torpaqda dəfn edirlər. Basdırılma istiqaməti də qəbirin islamaqədərki dövrdən qaldığını düşünməyə əsas verir. Bu cür daş qəbirlər Abşeron üçün səciyyəvidir və onların kökü tunc dövrünə (b.e.ə. III-II minillik) gedib çıxır. Belə qəbirlərə Nardaranda, Şağanda, Suraxanıda, Buzovnada, hətta Qız qalasının girəcəyində də rast gəlmək olur. Adətən qəbirlər ayrı-ayrı daşlarda və ya qayalarda, üzü dənizə açılan və hər tərəfdən görünən yüksəklikdə yerləşirlər. Yaxınlıqdakı qayalarda təsadüf olunan fincanşəkilli oyuqlar və işarələr ehtimal etməyə əsas verir ki, bu cür yerlər ayin səciyyəsi daşıyıb. Amma bölgədə islamın yayılması da bu ayin yerlərini unutdurmayıb. Çox zaman yaxınlıqda «pir» kimi sitayiş olunan yeni məzarlar meydana çıxırdı.
Ziyarətgahlar ətrafında sonradan məzarlıqların yaranması ənənəsi «Pirvənzərə»dən də yan keçmədi, - XIX əsrin sonlarından onun ətrafında məzarlıq yarandı. Sonradan 918-ci ilin mart qırğınının qurbanları və məşhur Bakı milyonçusu Musa Nağıyev də burada.dəfn olundular.
Azərbaycanda Sovet işğalından sonra ateizm dövrü başladı. Məbədlər dağıdıldı, iman gətirənlər təqib olundu. Dağüstü məzarlığın yerində əyləncəli park yaratmaq qərara alındı. Qəbirlərin bir hissəsi köçürüldü, qalanları dağıdıldı. Yaxınlıqda yerləşən dini ziyarətgahlar da məhv edildi. Bütün ərazi təmizləndi və meydançalara bölündü.
Enli pilləkənlərin qalxdığı yüksəkliyin ən hündür yerində Bakını işğal edən sovet qoşunlarının rəhbəri, bolşevik lideri Kirova heykəl qoyuldu. Ən təəccüblüsü bu idi ki, heykəlin düz ətəyində müqəddəs qaya parçası dayanmaqda idi. Məntiqlə, ətrafda digər daşların olmaması səbəbindən və «şəhərin görkəmini korlamamaq» üçün onu dağıtmalı idilər.
Bundan əlavə, Kirovun heykəlinə qalxan pilləkən «Pirvənzərə»dən bir neçə metr aralıda idi və bu qaya parçasının düz qarşısında kiçik meydança yaradılmışdı. Nə üçün bolşeviklər ona toxunmadılar və qaya günümüzədək gəlib çıxdı? Sualın cavabı məlum deyil. Ola bilsin, müqəddəslik xüsusiyyəti onu taleyin bütün mürəkkəb oyunlarından qorudu. Amma fakt faktlığında qalır, bolşeviklər erası bitdi, Kirovun heykəli söküldü, yaxınlıqda yenidən memorial məzarlıq - Şəhidlər Xiyabanı yarandı. «Pirvənzərə» isə min illər əvvəl olduğu kimi bu gün də qalmaqdadır.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#41 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 07 января 2010 - 02:17

QALA KƏNDİ(BAKİ)
Abşeronun yaşayış məntəqələri arasında Qala kəndi özünü zəngin tarixi ilə xüsusi fərqlənir. Arxeoloji tədqiqatlar və memarlıq məlumatları da kəndin taranam tarixinin həddən artıq qədim əsrlərə gedib çıxdığını təsdiqləyir. Adından göründüyü kimi, Qala - istehkam mənasını verir və burada mövcud olan istinadgahla bağlıdır.
Qala - təkcə tarixi məskən deyil, Abşeron xalq memarlığının əvəzsiz və bənzərsiz şəhərsalma irsidir. Bunu nəzərə alaraq, 1988-ci ildə kənd ərazisi Tarixi Etnoqrafik Dövlət Qoruğu elan olundu. Qoruğun ərazisi 200 ra-dan artıqdır, burada 243 tarixi-memarlıq abidəsi (məscidlər, hamamlar, ovdanlar, yaşayış və yardımçı tikililər və s.) yerləşir.
XIV əsrdə hündürlükdə ucaldılan istehkam kəndin tarixi mərkəzidir. Onun qülləsi sovet dövründə dağıdılıb. Yalnız qala divarlarının qalıqları və yanaşı yerləşən orta əsrlərə məxsus Cümə məscidi günümüzədək gəlib çatıb.
Cümə məscidinin içəri həyəti tağlı qübbə ilə örtülüb. Məscidin altından zirzəmi qalereyasına yol da günümüzədək qalır. Yaşlı sakinlərin söylədiklərinə görə, yeraltı yollar məsciddən bir neçə sot aralıyadək uzanır.
Kənddə ta qədimdən əkinçilik və heyvandarlıq inkişaf edib. Bura öz qarpızı və yemişi ilə məşhurdur. Qaya qoyunu cinsi bütün Azərbaycanda məşhurdur. Burada xüsusi at cinsi də mövcuddur.
Qalada Abşeronun ümumi şəhərsalma prinsiplərinin səciyyəvi xüsusiyyətləri əksini tapıb. Kəndin əsas yayış tikililəri XVIII-XIX əsrlərdə formalaşıb. Evlər qapalı qalaya bənzəyir, iri monolit bloklardan ibarət uca hasarlarla əhatə olunub.
Kəndin kənarında, evlərdən birində eetnoqrafiya muzeyi yerləşir. Həyətdə su quyusu işləyir. Muzeyin həyəti həm yaşayış üçün, həm də əlavə tikililəri olan tipik Qala evlərinə bənzəyir. Abşeronun üzərində epiqrafik yazılar və təsvirlər olan daşları burada toplanıb.
Muzeyin etnoqrafik kolleksiyasında mis qablara, keramikaya, əmək alətlərinə və kənd avadanlığına rast gəlmək olar.
Azərbaycanda ən böyük vəl kolleksiyası (19 ədəd) Qalada toplanıb. Taxta lövhənin səthinə çaxmaq daşı qəlpələri vurulurdu. Lövhələri atlar çəkirdilər. Neolit dövründən qalan bu bu arxaik alət XX əsrədək yaşayırdı.
Yardımçı (əlavə) tikililər özünəməxsus arxitekturası ilə seçilir. Hündür, pəncərəsiz divarlarda müxtəlif oyuqlar qoyulur, ventilyasiya konusşəkilli tavanların mərkəzindəki çıxıntılar vasitəsi ilə həyata keçirilir.
Kvadrat bünövrəli və günbəzə bənzər damlı tikililərə, demək olar ki, bütün mülklərdə rast gəlinirdi. Burada əsasən quru ot, saman və s. saxlanılırdı.
Kənd ərazisində bir neçə hamam vardı. Onlardan biri - göl ətrafında yeraltı hamam bir müddət əvvəl qazılıb çıxarıldı. Hesab olunurdu ki, düzlü göl müalicəvi xüsusiyyətlərə malikdir.
Yeraltı suyun saxlanması üçün kənddə bir neçə quyu və ovdan -mövcud idi. Nisbətən qədim ovdan qəbiristanlıq ərazisindədir. O, II Şah Abbasın zamanında qazılıb, 1665-ci ilə aid edilir. Qayada ovulan pilləkənlər su mənbəyinə aparır.
Qəbiristanlıq ərazisində onlarla tikili var, ehtimal ki, onlar silos saxlamaq üçün nəzərdə tutulurdu. Amma silos saxlamaq üçün otaqların nə üçün məhz qəbirlərin arasında tikildiyi aydın deyil. Diametri 7-10 metr olan bu binalar daşdan tikilib və 3-4 metr torpağa girir, yuxarıdan isə günbəzlə örtülüb.
Tarixi memarlıq və incəsənət nöqteyi-nəzərindən Qalanın qədim qəbiristanlıqda yerləşən memorial tikililəri xüsusi diqqət çəkir. Bir qədər kiçik ərazidə, ənənəvi məzarlarla bərabər fərqli ayinləri əks etdirən müxtəlif tipli qəbirlərə rast gəlinir. Onlar xalqın ənənələrindən xəbər verir, xronoloji və tarixi xarakterli məlumatları çatdırırlar.
Qəbiristanlıqda kiçik dolmenlər şəklində, böyük daş piltələrlə örtülmüş xeyli sərdabə-qəbir var. Bir qayda olaraq, onların üzərində yazı yoxdur. Qəbirlərdən bəziləri dairə və ya oval formasında düzülmüş daşlarla işarə olunub. Qəbirlərin heç də hamısı islam ənənəsi üzrə - Məkkəyə tərəf istiqamətlənməyib.
"Məhəmməd" məqbərəsi 1624/25 -ci ilə aid edilir. Divarlarında güllə izləri var. Bu qəbiristanda 1930-cı ildə sovet hakimiyyətinə qarşı çıxış edən kənd sakinlərini güllələyiblər.
Yeraltı sərdabəsi olan başqa bir məqbərə XVIII əsrə aiddir.
Burada üzərində daş sandıqlar qurulmuş, oyma ornamentlərlə və ərəb hörmə yazısı ilə bəzədilmiş qəbirlərə rast gəlinir. Изображение
Məqbərələr çadır formasında inşa edilib. Onlardan biri bərpa olunub. Türk xalqlarında mərhumun üzərində çadır qurmaq ənənəsi vardı. Bəlkə də, belə məqbərələr həmin qədim ənənədən qaynaqlanır.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#42 AHMADIYYE

AHMADIYYE

    Aqid – Colonel

  • Emir
  • 2 642 сообщений

Отправлено 07 января 2010 - 11:24

BAĞBANLAR MƏSCİDİ
Bağbanlar məscidi və ya Mirzə Kərim məscidi - Azərbaycanın Gəncə şəhərində yerləşir.
Bina 1884-cü ildə Mirzə Hüseyn və Mirzə Kərim tərəfindən məhəllə məscidi kimi tikilmişdir. Bina gümbəzlidir. Bina hazırda Şəhər Mədəniyyət İdarəsinin və Fatimeyi Zəhra qadınlar cəmiyyətinin istifadəsindədir.

Изображение

Ünvan: İ. Qayıbov və Ozan küçəsinin kəsişməsi.
Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid. AMİN!

#43 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 07 января 2010 - 20:02

BAĞBANLAR MƏSCİDİ
Bağbanlar məscidi və ya Mirzə Kərim məscidi - Azərbaycanın Gəncə şəhərində yerləşir.
Bina 1884-cü ildə Mirzə Hüseyn və Mirzə Kərim tərəfindən məhəllə məscidi kimi tikilmişdir. Bina gümbəzlidir. Bina hazırda Şəhər Mədəniyyət İdarəsinin və Fatimeyi Zəhra qadınlar cəmiyyətinin istifadəsindədir.

Изображение

Ünvan: İ. Qayıbov və Ozan küçəsinin kəsişməsi.

Baci əllərinə qurban! nə qədər bu fotonu axtarmişam.Amma bacim lap yaxinda imiş ki. Allah Səni Fatimeyi-Zəhra xanima tay tutsun .İnşəALLAH!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#44 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 07 января 2010 - 20:07

Bacilardan xahiş edirəm ki, əyər kimdəsə bu və ya digər ziyarətgahlar haqda məlumat varsa ,yerləşdirsin! Cunki,bir cox vətəndaşlarimiz bu mədəni və dini abidələrin nə tarixi ,nə də dini dəyəri haqda məlumata malik deyillər!Əsasən də Şuvəlandaki Mir Movsum ağa ziyarətgahi haqda hec bir məlumat tapa bilmirəm!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#45 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 07 января 2010 - 20:29

ATƏŞGAH
Od həmişə azərbaycanlıların həyatında mühüm rol oynayıb. Torpağın altından çıxan əbədi atəş insanlara sitayiş hissi aşılayırdı. Onu ilahiləşdirirdilər, onun üçün ziyarətgahlar yaradırdılar. Belə yerlərdən biri də - «Atəşgah» («Od evi», «Od ərazisi») məbədidir.
Odlar məbədi - Atəşgah Bakının mərkəzindən 30 kilometr aralıda, Abşeron yarımadasının Suraxanı kəndinin cənub-şərq qurtaracağında yerləşir.
Müasir Atəşgah XVII-XVIII əsrlərdə «əbədi», sönməyən odların - təbii qazın alovlarının torpağa çıxdığı yerndə tikilib. Onu Bakının hindu icması inşa edib. Onların əksəriyyəti Şimali Hindistandan gəlmişdilər və siqh kastasına məqsub idilər.
Çox qədim zamanlardan Bakı mənbələrdə əbədi məşəllərin yandığı yer kimi təqdim olunur. Suraxanıda zərdüşti-atəşpərəstlərin ziyarətgahları vardı, bura müqəddəs oda tapınmağa gəlirdilər. Ehtimal olunur ki, bu bizim erada əvvələ aid ilk məbəddir. Ərəblər Azərbaycanı işğal etdikdən və əhali islam dinini qəbul etdikdən sonra zərdüştilərin məbədi dağıdıldı. Zərdüştilərin əksəriyyəti islamı qəbul etməyib Hindistana qaçdılar. Atəşpərəstliyin sonrakı tarixi orada davam etdi. Ticarət və İpək yolunun yenidən Suraxanıdakı müqəddəs yerlə birləşdirənə qədər çox nəsillər dəyişdi. XV əsrdə Hindistanla atəşpərəstlər iqtisadi və mədəni əlaqələr qurulduqdan sonra Suraxanıda oda sitayiş yenidən bərpa olundu. XVII əsr mənbələrində Bakıya oda sitayiş etməyə gələn hindu zəvvarlardan danışılır.
Atəşpərəstlərin qədim ziyarətgahlarının yerində varlı hind tacirləri tikililər ucaltmağa başladılar. Məbədin ilk tikilisi 1713-cü ilə aiddir. Mərkəzi məbəd - qurbangah isə nisbətən sonrakı dövrə aiddir, üzərindəki yazı onun tacir Kançanqaranın vəsaiti ilə 1810-cu ildə inşa edildiyindən xəbər verir. XVIII əsrdə burada bir-birinə bitişik ibadətgah, hücrə, karvansaralar artmağa başladı. Hücrələrdə daşlarda oyulmuş hind əlifbası ilə yazılmış yazılar var.
Atəşgahda yaşayan onlarla zahid oda tapınırdılar, onlar tərki-dünya həyat sürürdülər, bədənlərinə əzab verərək ruhlarını təmizləyirdilər. Onlar boyunlarından çəkisi 30 kiloqramdan ağır zəncir asırdılar, bədənlərinin ayrı-ayrı hissələri keyiyənədək qaynar əhəngin üzərində uzanırdılar. Zahidlər işləmirdilər və hind tacirlərinin ianələri hesabına yaşayırdılar. Onlar inanırdılar ki, öləndən sonra insanın ruhu yenidən doğulur və Yer üzünə qayıdır. Onun hansı şəkil (insan yoxsa heyvan) alacağı isə karmadan - xeyir və şər əməllərindən asılıdır.
XIX əsrin əvvəllərində məbəd indi bizə gəlib çatan şəklini aldı. Yerli memarlıq ənənələri üzərində qurulan Atəşgah özündə qədim od səcdəgahının xüsusiyyətlərini daşıyır. Bu içəridən dişli divarları və giriş portalı olan beşguşəli tikilidir. İçəridə, həyətin mərkəzində baş məbəd-səcdəgahın dördkünc rotondası (girdə və ya yarımgirdə qübbəli kiçik bina) ucalır. Giriş portalında Abşeron üçün səciyyəvi olan qonaq otağı - «balaxana» qurulub. Məbədin yaxınlığında dördkünc çuxur var, hazırda bura daşlarla doldurulub, əvvəllər orada ölü indusların meyitlərini odda yandırırdılar.
ИзображениеXIX əsrin ortalarında torpaq sürüşməsi ilə bağlı bu yerlərdə təbii qazın çıxması bitdi. Zəvvarlar bunu Allahların qəzəbi ilə bağladılar və dağılışdılar. Atəşgah, sitayiş yeri kimi 1880-ci ilədək yaşadı, o il sonuncu indus da Hindistana köçdü. 1975-ci ildə bərpa işlərindən sonra Atəşgah yenidən qapılarını ziyarətçilərin üzünə açdı.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#46 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 07 января 2010 - 21:20

XOCALİ(DAĞLİQ QARABAĞ)
Xocalı ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngindir. Memarlıq abidələrindən türbə (XIV əsr), dairəvi türbə (1356-1357-ci illər), ətafında son tunc və ilk dəmir dövrünə aid nekropol, kurqan çölü və s. var. Xocalı qəbiristanlığı - son tunc və ilk dəmir dövrünə (e.ə.VIII-VII əsrlər) aid arxeoloji abidə. XIX əsrdə aşkar edilmişdir. Daş qutu və kurqanlardan ibarətdir. Burada müxtəlif tipli saxsı qablar, silahlar (qılınc, xəncər, niz əvə ox ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və s.-dən hazırlanan bəzək əşyaları, tunc əmək alətləri və at əsləhətləri aşkar edilmişdir. Burada çoxlu sayda "Qoç və yəhər" şəkilli qəbir daşları, müqəddəs ziyarətgahlar- Seyid Cəlalın ocağı, Cahan nənənin ocağı və s. var. Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında Qarqar çayının sağ və sol sahillərində XVIII əsrə aid "Əsgəran qalası" mövcuddur. Qalanı Qarabağ xanı Pənahəli xan tikdirmişdir. İki istehkamdan ibarətdir. Sağ sahildəki qala bürcü ikiqat daş divarlardan ibarətdir. Sol sahildəki qala dördkünc bürclüdür. Divarların qalınlığı 2-3 m-dir. 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları "Əsgəran qalası"nda aparılmışdır. Rayonun Kərkicahan qəsəbəsində 3 qəbiritsanlıq var. Burada 1400-cü illərə aid yazısı olan qəbirlər, "kilsəli" deyilən yerdə Alban kilsəsi, qəbirlər, 800 il əvvələ təsadüf edilən müsəlman qəbiristanlığının qalıqları, Alban pir-ocaqları və s. var. Rayonun Kosalar kəndi ərazisində "Məhəmməd ağnın otağı"tarixi abidə, "Darılı Piri", "Ələm ağacı" ziyarətgahları və daş qəbirlər var. Rayonun Meşəli kəndi ərazsində - Meydan yaylağında - müqəddəs ziyarətgah "seyid qəbri" (ermənilər tərəfindən dağıdıldı), "Yeddi kilsə" (Alban kilsəsi) vardı. Bundan əlavə 4 yerdə Alban kilsəsi mövcud idi.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#47 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 07 января 2010 - 21:24

Изображение
Изображение
Məsciddə donuz saxlayirlar.
AĞDAM(DAĞLİQ QARABAĞ)
Tarixi və Memarlıq abidələri

Ağdam rayonunun ərazisində qədim tarixə malik olan coxlu memarlıq və incəsənt abidələri vardır. Ağdam şəhərində mzərlik Təpə abidəsi, rayonun Xacındərbənd kəndindəki Qutlu Sarı Musa oğlu Kunbəzi (1314-cь il), Kəngərli kəndindəki Turbə və Daş abidələr (XIV əsr), Papravənd kəndindəki Turbələr, Məscid (XVIII əsr), Xanoğlu turbəsi (XVII əsr), Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti (XVIII əsr), Natəvan və onun oğlunun turbəsi (XIX əsr), Şahbulaq qalası və s. kimi tarixi və memarlıq abidələri var.
Ermənistanın işğalı nəticəsində dağıdılmış abidələr
Erməni işğalı nəticəsində rayonun ərazisində movcud olan ooxlu sayda tarixi, mədəni və dini abidələr vəhşicəsinə dağıdılmışdır. Rayonun Xacındərbənd kəndindəki 1314-cu ildə tikilmiş Qutlu Sarı Musa oğlu Kunbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Tьrbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid kumbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, o cumlədən Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun Turbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilmişdir. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə dağıdılmışdır.
Изображение

Сообщение отредактировал MIROTVORES70: 07 января 2010 - 21:40

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#48 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 07 января 2010 - 22:12

QOBUSTAN
Qobustan Azərbaycanın qədim tarixə malik olan mədəni məkanlarından biridir. Bakı şəhərindən 70 km aralıda yerləşir. Əsrlər boyu Qobustan ərazisi müqəddəs torpaq hesab edilmişdir. Burada kollektiv rəqs səhnələri, qurbanvermə mərasimləri, ov öncəsi müxtəlif ayinlərin keçirilməsi öz əksini qayaüstü rəsmlərdə tapmışdır. Qobustan qayaüstü təsvirlərinin sonrakı tarixi dövrlərdə ilahi qüvvə tərəfindən yaradılmasının güman edilməsi, qayalarda mehrablar, qazılmış ayaq izlərinin müqəddəslərin ayaq izləri sayılması və s. kimi inamlara səbəb olmuşdur.
Qobustan ərazisində pirlər və ziyarətgahların yerləşməsi bir daha sübut edir ki, bu torpaq müqəddəs insanların yaşayış yeri olmuşdur. Qobustan və onun ətrafında yerləşən ərazilərdə Şıxeyb baba, Diri baba, Sofi Həmid, Sofi Novruz, Qara atlı, Çörmə piri, Hürü qızları, Yel piri və s. pirlər və ziyarətgahlar vardır.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#49 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 07 января 2010 - 22:32

MƏRDƏKAN (PİR HƏSƏN)
Abşeron yarımadasının Ən qədim yaşayış məskənlərindən biri olan Mərdəkan qəsəbəsi Əzizbəyov rayonunun şəhər tipli inzibati ərazi vahidlərindəndir. Eramızdan əvvəl III minillikdən etibarən burada yaşayış mövcud olmuşdur. Ərazisi təqribən 7500 kv.k.m . (yaşayış sahəsi), əhalisi 15200 (01.01.2008-ci il tarixə) nəfərdir. Əhalinin ənənəvi məşğuliyyəti əkinçilik, maldarlıq və kustar sənətkarlıq olmuşdur. Ərazidə olan tarixi abidələrdən 1187 –ci ildə inşa olunan dördkünc qalanı, 1221-ci ilə aid dairəvi qalanı, 1481-ci ildə tikilən Tubuşah məscidini, 1612-ci ilə dair Pir –Həsən Türbəsini, habelə Xanbaba hamamını (XIX əsr) və Hacı Əbuturabın türbəsini (1908) qeyd etmək olarИзображение
Изображение
ИзображениеИзображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#50 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 07 января 2010 - 22:36

ZİRƏ CUMƏ MƏSCİDİ
Abşeronun qədim yaşayış məskənlərindən biri olan Zirə yarımadanın şərq hissəsində yerləşir. Tarixi dəlillərə görə bu ərazi e.ə. III – II minilliklərdə məskunlaşdırılmışdır. Zirə sözünün mənası «çökəklik», «çökək olan yer» deməkdir. Əzizbəyov rvayonunun inzibati ərazi vahidliyinə aid olan Zirənin ərazisi təqribən 10000 kv.km. əhalisi isə 11000 nəfərə yaxındır. Əhalinin ənənəvi məşğuliyyəti əkinçkilik, bostançılıq, heyvandarlıq, qismən böalıqçılıq, son onilliklərdə isə istixana təsərrüfatı (pomidor və xiyar becərilməsi) olmuşdur. Ərazidə bir neçə tarixi-memarlıq abidələri vardır. Bunlardan XVII-XIX əsrlərə dair məscidləri XVIII –XIX əsrlərə aid el hamamlarını göstərmək olar.Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#51 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 07 января 2010 - 22:41

BİNƏ, MOVSUM SƏLİM VƏ İMAM RZA MƏSCİDİ
Məskunlaşma baxımından Binə Abşeronun ən cavan yaşayış məntəqəsidir. Burada XVII əsrin ortalarından etibarən əhali daimi olaraq məskunlaşmağa başlamışdır. Əzizbəyov rayonunun inzibati ərazi vahidliyinə daxil olan Binənin ərazisi 3150 kv.km, əhalisi isə 26000 nəfərdir. Yerli əhali ənənəvi olaraq heyvandarlıq, əkinçilik, son onilliklərdə istixana təsərrüfatı (gül, pomidor, xiyar becərilməsi) ilə məşğul olmuşdur. Qəsəbə ərazisində bir neçə ictimai və dini abidələr mövcuddur. Bunlardan 1814-1815 və 1878 - 1879-cu illərdə inşa olunan iki el hamamını, 1877-ci ildə tikilən Hacı Ərəb və 1916-cı ildə istifadəyə verilən Mövsüm Səlimov məscidini qeyd etmək olar.
Изображение
Изображение
Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#52 _MOLLA_

_MOLLA_

    Naqib – Captain

  • Murid
  • 984 сообщений

Отправлено 08 января 2010 - 15:40

Tekrar biliyin anasidir NARDARAN PİRİ
Прикрепленный файл  nardaran_piri.doc   82К   0 Количество загрузок:
nardardan_piri.jpeg
Hər kəs cənnətə getmək istəyir amma heç kim ölmək istəmir

#53 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 08 января 2010 - 17:24

Изображение
Изображение
Məsciddə donuz saxlayirlar.
AĞDAM(DAĞLİQ QARABAĞ)
Tarixi və Memarlıq abidələri


Bunları oxuyanda adamin ürəyi ağrıyır. Allahın Lənəti olsun Allahın evinə hörmətsizlik edənlərə.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#54 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 08 января 2010 - 20:40

ALLAH CAVABLARİNİ VERƏCƏK BACİ,BU OMRUMDƏ ,HEC KƏSİN CƏZASİNİN QİYAMƏTƏ QALDİĞİNİ GORMƏMİŞƏM!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#55 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 08 января 2010 - 21:52

MİR MOVSUM AĞA ZİYARƏTGAHİ(MƏRDƏKAN)
Qeyd edək ki, 1995-ci ildə Novruz bayramı ərəfəsində Seyidin türbəsinin açılış mərasimi keçirilib. Bütün tikililər heç bir xüsusi layihə olmadan inşa olunmuşdu. Türbənin içəri görkəmi, interyeri xüsusilə yaraşıqlıdır. Günbəz və divarlar üzərində müqəddəs adlar «Allah», «Məhəmməd», «Əli» nəqş edilmiş, rəngarəng ayna parçalarıyla naxışlanmışdı. Günbəzin iç tərəfində ayna parçaları ilə on iki imamın adları nəqş edilib, günbəzin başında Türkiyədə hazırlanmış nəhəng çilçıraq asılıb.
Eşikdə olan günbəz saxsı ilə döşənib. Onun baş hissəsini üzərində «Allahu Əkbər» yazılan qızıl medalyon tamamlayır. Bu, Azərbaycanda yeganə binadır ki, belə simvolikası var. Türbənin divarları, döşəməsi, pillələri, Seyidin kiçik qardaşı Mirkazım Ağanın məzarının üstü boz Daşkəsən mərmərilə döşənib. Son illər ərzində türbə ilə yanaşı, kişilərin namaz qılması üçün məscid, nadir quruluşlu hovuz tikilib. Hovuz səkkizguşəli, həm də divarları mailidir. Bu da texniki cəhətdən mürəkkəb işdir. Hazırda da ziyarətgahda tikinti işləri davam edir. Belə ki, ikimərtəbəli olması nəzərdə tutulan türbənin birinci mərtəbəsində təmir işləri gedir. İşlər yekunlaşandan sonra birinci mərtəbədə qadınlar, ikinci mərtəbədə isə kişilər ibadət edəcəklər. Türbə ilə üz-üzə «yetimxana» binası tikilib. O da layihəsiz inşa edilib, nəticədə üçmərtəbəli, milli üslubda işlənmiş, geniş eyvanlı, tağlı keçidləri, girəcəyində otuz metrlik beton estakadası olan imarət meydana gəlib. Binanın damı konus şəklindədir, Dubaydan gətirilmiş firuzəyi rəngli saxsı ilə döşənib. Birinci mərtəbədə çayxana, yardımçı otaqlar, ikinci mərtəbədə qadınların namaz qılması üçün otaqlar yerləşir.
Üçüncü mərtəbəni ziyarətgah müdiriyyətinin kabineti tutur və burada demək olar ki, hər gün xarici qonaqlar, səfirlər, elm və mədəniyyət xadimləri, müxtəlif millət və məzhəblərin nümayəndələri qəbul olunur. Memoriala daxil olan digər tikili zəvvarlar üçün mehmanxanadır. Hacı Nizam deyir ki, mehmanxanada rayonlardan və digər yerlərdən gələn 100 nəfər zəvvarın qalması nəzərdə tutulub.
İslam dininə olduğu kimi əməl edildiyi və təbliğ olunduğu məkan
Bakıda olan digər müqəddəs ocaqlardan fərqli olaraq, Mirmövsüm Ağa ziyarətgahında bütün xidmətlər pulsuzdur. Burada yaradılan, qurulmuş və qurulan nə varsa, Seyidin vəsaiti, camaatın nəziri və ianəsi hesabına əmələ gətirilir. Əgər insanlar dünyadan getmiş kiminsə ruhuna Yasin oxutdurmaq istəsələr, bu, pulsuz yerinə yetirilir. Və ya «Qurbangah»da qurban kəsdirmək istədikdə, qoyunun kəsilməsi, dərisinin soyulması, içalatının çıxarılıb yuyulmasıından tutmuş, ətin doğranmasına qədər bütün xidmətlər pulsuz yerinə yetirilir. Burada iş elə səliqəli qurulub ki, qurbanlıq kəsdirənlər heç bir əziyyət çəkmir. Qurban kəsdirmək istəyən hər kəs qoyunu kəsilmə otağına verdikdən sonra öz talonunu alıb gözləmə otağına keçir. Yalnız qurban soyulub-doğranandan sonra hər kəs növbə ilə öz nəzirini götürür. Nəzir, üzərinə «Mirmövsüm Ağa ziyarətgahı» yazılmış xüsusi selofanlarda ziyarətçiyə təqdim olunur. Bütün bu xidmətlər üçün heç bir pul ödənmir. Zəvvarların qalması üçün nəzərdə tutulan mehmanxana da pulsuzdur.
Hacı Nizam deyir ki, işlərin bu formada yerinə yetirilməsi yalnız paklıqdan irəli gəlir: «Ziyarətgahda bütün Azərbaycan xalqının əməyi var. Bu kompleksi tikərkən heç kəsdən fərdi yardım almamışıq. Bura Azərbaycanın hər bir məkanından ziyarətə gəlirlər və ziyarətgah bütün Azərbaycan xalqının əməyi hesabına tikilir. Ona görə də burada bütün xidmətlər xalq üçün pulsuzdur».
Hazırda Mirmövsüm Ağa adına gələn nəzirlərin hesabına 600 nəfərə qədər imkansız insan təmin olunur və onlar hər ay bu müqəddəs ocaqdan öz paylarını alırlar. Xeyriyyəçilik bununla bitmir. Seyid Ağa adına yığılan nəzirlərdən bu günə qədər neçə-neçə gənc ailənin təməli də qoyulub, onlara el adətincə toy edilib. «Ağa adına gələn hər bir nəzirin öz ünvanı var» - deyir Hacı Nizam: «Xalçalar, yun yorğanlar gətirirlər, bunları hərbi hissələrə, ailə quranlara veririk. Qızıllardan da yeni ailə quranlara veririk. Bunlar xalq tərəfindən Ağa adına gələn nəzirlərdir və ehtiyacı olan insanlara da verilməlidir».
Mehriban Əliyevanın bəxşişi
Heydər Əliyev ziyarətgahda dörd dəfə olub. İlham Əliyev və Mehriban Əliyeva da ziyarətgaha tez-tez gəlirlər. Hacı Nizam deyir: «Bu ailənin dinə yüksək etiqadı və inamı var. Mehriban xanım hər dəfə ziyarətgaha gələndə mənə deyir ki, bu qədər işlərin görülməsinə necə nail olmusan». Hacı otağında üzərində Mirmövsüm Ağanın təsviri olan xalçanı göstərərək, bunun ziyarətgaha Mehriban Əliyeva tərəfindən bağışlandığını deyir: «Bu xalça görkəmli xalça ustası Kamil Əliyev tərəfindən toxunaraq Heydər Əliyev Fonduna bağışlanıb. Mehriban xanım onu özü ilə gətirərək dedi ki, xalçanın yeri buradır».
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#56 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 08 января 2010 - 21:55

Prezident İlham Əliyev: Biz möhkəm milli və dini əsaslar üzərində irəliyə gedirik, gələcəyə gedirik, müasirliyə gedirik

Прикрепленные файлы


Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#57 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 10 января 2010 - 20:13

Allah əməyinizin əcrini versin Komandir qardaş.
Allah bizə bütün o gözəl məkanları ziyarət etməyi nəsib etsin. Baxdıqca hamısını ziyarət etmək istəyirəm.

Mərdəkanda "Pir Həsən" ziyarətgahı haqqında bir şeyi dəqiqləşdirmək istəyirəm. Çıldaq deyirlər, qorxunu çıxarmaq və s. bu nə dərəcədə islami əsaslara dayanır? İqloterapiyanın bəlkə bir formasıdı? Bilənlərdən bu haqda məlumat verməyi xahiş edirəm.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#58 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 10 января 2010 - 20:41

Baci,cildağin insan orqanizminə fiziki və mualicaəvi təsiri,SƏRHƏDSİZ HƏKİMLƏR TƏŞKİLATİ TƏRƏFİNDƏN 2006-ci ildə təsdiq olunub və bəyənilib.
Məlumdur ki stress,qorxu,əsəbi fəsadlar zamani insanin orqanizmində olan sinirlər cəkilərək tarimlaşir və bu da daha boyuk fəsadlara yol acir.Cildaq vasitəsi ilə insanin muəyyən olunmuş noqtələrinə odlu və gozlənilməz zərbələr endirilir.Bu zaman sinirlər boşalir və qan dovrani daha da rahatliqla bərpa edilir.Əyər fikir vermişiksə,bu bir necə noqtədir,əsasən aşaqi hissə,orta hissə,yuxari hissə.Cildqdan sonra insan ozunu həddən artiq sust hiss edir ki,bu da sinirlərin surətli halda boşalmasina dəlalət edir.Vacib ehtiyata gorə cildaği illərlə təcrubəsi olan adam etməlidir,cunki səhv mualicə daha ağir fəsadlara gətirib cixarar.Vacib ehtiyata gorə 3 dəfə olunmalidir! Bu xaılq təbabəti bir nov Cin iynə terapiyasina bənzəsə də ,mutəxəssislərin gəldiyi fikrə gorə daha faydalidir.
Şəxsi muşahidələrimdə cox ağir xəstələrin şəfa tapdiğini gormuşəm,əlbəttə ALLAHİN İZNİ İLƏ!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#59 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 10 января 2010 - 20:44

Allah əməyinizin əcrini versin Komandir qardaş.
Allah bizə bütün o gözəl məkanları ziyarət etməyi nəsib etsin. Baxdıqca hamısını ziyarət etmək istəyirəm.

Mərdəkanda "Pir Həsən" ziyarətgahı haqqında bir şeyi dəqiqləşdirmək istəyirəm. Çıldaq deyirlər, qorxunu çıxarmaq və s. bu nə dərəcədə islami əsaslara dayanır? İqloterapiyanın bəlkə bir formasıdı? Bilənlərdən bu haqda məlumat verməyi xahiş edirəm.

"PİR HƏSƏN" ziyarətgahi haqda biliyim yoxdur,yəqin daha məlumatli userlərin şərhini gorərik ,inşəALLAH!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#60 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 16 января 2010 - 18:55

Butun baci qardaşlardan ziyarətgahlarimiz haqqinda məlumatlari gozləyirəm!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение




Количество пользователей, читающих эту тему: 2

0 пользователей, 2 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru