Перейти к содержимому


Фотография

Azərbaycanın ziyarətgahları


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 67

#61 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 26 января 2010 - 21:19

Əbu Müslim məscidi
Quba rayonunun Xınalıq kəndində yerləşən bu məscid deyilənlərə görə Abbasi Xilafətinin banisi Abbasın məşhur sərkərdəsi Əbu Müslüm Əl Xorasani tərəfindən təxminən VIII əsrdə tikdirilib. Ehtimal olunur ki, həmin sərkərdə o vaxtlar Azərbaycanın hakimi olmuşdur. Məscid keçmiş SSRİ dövründə anbar kimi istifadə edilsə də, hazırda yerli əhali tərəfindən əvvəlki kimi məscid halına gətirilmişdir. Bu məsciddə hazırda kənd camaatı cümə namazlarını qılır. Eyni adlı məsciddən yaxınlıqdakı Cek və Qrız kəndində də mövcuddur.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#62 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 26 января 2010 - 21:22

Ordubad mədrəsəsi
XVII əsrin yadigarı olan abidələrdən biri də Ordubad mədrəsəsidir.Ümumiyyətlə,mədrəsələr qapalı həyətin ətrafında yerləşən bir neçə hücrədən ibarət olur.Ordubad mədrəsəsi də belə bir quruluşa malikdir.XVII əsrin sonlarında tikildiyi ehtimal edilən mədrəsə iki mərtəbəli olub,hücrələrin qarşısında kiçik eyvanlar yerləşmişdir.Bütün bu xüsusiyyətlərinə görə Ordubad mədrəsəsi XVI-XVII əsrlərin Azərbaycan karvansaralarına çox oxşayır.Lakin karvansaralardan fərqli olaraq burada məscid mərkəzdə yerləşir.
Ordubad mədrəsəsində başqa mədrəsələrdə təsadüf edilən böyük məscidin olmaması,Ordubad Cümə məscidinin yerləşməsi ilə izah edilə bilər.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#63 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 26 января 2010 - 21:28

Cümə məscidi (Ordubad)
Orta əsrlərə aid bu memarlıq abidəsi Ordubad şəhərin mərkəzi meydanında ən hündür yerdə ucaldılıb. Məscid möhtəşəmliyi ilə diqqəti cəlb edir. Məscidin memarlıq görkəmi XVII-XVIII əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə daşımaqdadır. Cümə məscidinin şərq qapısı üzərindəki daş lövhədə I Şah Abbasın nəsx xətti ilə farsca beş sətirlik fərmanı həkk edilmişdir. 1604-cü ilə aid olan bu fərmanda deyilir: "Ordubad qəsəbəsinin bütün əhalisinin ...Şah Abbas sülaləsinə etimadını, onların şiə məzhəbli olduqlarını nəzərə alaraq sənətkarlardan, əsnaflardan, bağlardan, əkin yerlərindən, dəyirmanlardan toplanan ixracal, itlaqat, nüzul, əvariz, qonalqa vergilərindən ibarət olan malcəhət və vücuhatı azaldıb (tədricən) ləğv etsinlər, onları Azərbaycan boniçesindən çıxsınlar və divan itlaqatından xaric etsinlər". Bu fərman da Cümə məscidinin son orta əsrlərdə formalaşdığını deməyə əsas verir. XVII əsrdə isə məscidin əsaslı şəkildə bərpa edildiyi güman olunur. Məscidin içəri divarlarındakı həndəsi formalı ornamentlər Naxçıvanın qədim abidələrindəki rəsmləri xatırladır. Bəzi mənbələrə görə, 1902/03-cü illərdə məsciddə təmir işləri aparılarkən tapılmış bir kərpicdəki yazıdan onun XII-XII əsrlərdə tikildiyi aydın olur. Tədqiqatçılar Cümə məscidinin indiki görünüşünün sonradan edilən əlavələr nəticəsində yarandığını qeyd edirlər. Hazırda məscidin şimal-şərqində mədrəsə, qərbində isə zorxana binaları yerləşir. Məscid və ətraf binalar 1987-ci ildə əsaslı surətdə bərpa olunmuşdur.
Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#64 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 26 января 2010 - 21:30

Cümə məscidi (Naxçıvan)
Orta əsrlərə aid olan bu memarlıq abidəsi Əcəmi Naxçıvani tərəfindən yaradılmış Atabəylər memarlıq kompleksinin monumental tikililərindən idi. XIX əsrə kimi uçulmuş halda mühafizə olunmuşdu. XII əsrin 20-ci illərində anonim müəllif tərəfindən yazılmış "Əcaib əd-dünya" əsərində adı çəkilir. 19-cu əsrdə çəkilmiş rəsmlər və foto təsvirlər abidənin plan-məkan quruluşu haqqında aydın təsəvvür yaradır. Məscidin günbəzlə örtülən kubvarı gövdəsinin güney üzündən başqa, qalan üzlərinin hər birində iki sivri aşırım vardı. Naxçıvan Cümə məscidinin məqsurəsi üç yandan yerləşmələrlə dövrələnmişdi.

Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#65 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 26 января 2010 - 21:37

]Qarabağlar türbəsi
Azərbaycan orta əsr memarlığının ən qiymətli yadigarlarından biri Naxçıvan ərazisində, Qarabağlar kəndində yerləşən türbədir. Qarabağlar abidələri bir kompleks şəklində olub, buraya türbə, qoşa minarə və bu iki abidənin arasında yerləşən dini binanın qalıqları daxildir. Bu kompleksə daxil olan qoşa minarələrin XII əsrin axırlarında və ya XIII əsrin əvvəllərində tikilməsi güman edilir. Bu iki minarəni bir-birinə bağlayan portal quruluşu isə XIV əsrə aid quruluşdur. Bu kiçik portalın üzərində Qoday xatunun adı oxunur. Qoday xatun ola bilsin ki, Abaqa xanın (1265-1282) arvadı olmuş Qoday xatundur. Ona görə belə mülahizə yürütmək olar ki, hələ XII-XIII əsrlərdə tikilmiş yeni binalar kompleksinin daxilində Qoday xatunun şərəfinə bu xatirə abidəsini yaratmağı qarşısına məqsəd qoymuş memar, o zaman bu portalı tikmişdir. Belə olduqda Qarabağlar türbəsinin Qoday xatunun xatirəsinə həsr edilməsi imkan daxilindədir.
Qülləvari türbələrin əsas xüsusiyyətlərini Qarabağlar türbəsində də görmək olar. Türbə aşağı sərdabə və yuxarı yerüstü hissəyə bölünür. Sərdabənin planı Bərdə türbəsininki ilə eynidir. Qarabağlar türbəsinin yerüstü hissəsi öz kompozisiya quruluşu etibarilə çox maraqlıdır. Daş kürsülük üzərində türbənin gövdəsi 12 yarımsilindrin bir dəstə halında birləşməsindən əmələ gəlir. Türbənin gövdəsinin belə bir kompozisiya şəklində həll edilməsi onu başqa Azərbaycan türbələrindən fərqləndirir. Bərdə türbəsində olduğu kimi burada da gövdənin yuxarı hissəsində nəsx xətti ilə işlənmiş kitabə qurşağı yerləşir. Kitabə qurşağının yerləşmə xüsusiyyəti elədir ki, o bir növ 12 silindri bağlayan qurğu kimi gözə çarpır. Qarabağlar türbəsinin bu kitabəsi ağ hərflərlə yazılmış, yerliyi isə göy kaşıdan tərtib edilmişdir. Ümumiyyətlə, belə yazı qurşaqlarının kontrast rənglərlə: ağ-qara, ağ-göylə işlənməsi bu kitabələrin uzaqdan da rahat oxunmasını təmin edir.
Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#66 Coldunya

Coldunya

    Mulazzim – lieutenant

  • Murid
  • 337 сообщений

Отправлено 16 февраля 2010 - 10:56

Изображение
Bakıdan 4-5 km aralıda, dьz Xəzər dənizinin sahilində insanların pənah apardığı, muqəddəs sayıb ziyarət etdiyi Bibiheybət məscidi yerləşir. Burada VII İmamımız Həzrəti Museyi-Kazımın (ə) qızı Həzrəti Həkimə xanımın, imamın iki oğlan və bir qız nəvəsinin məzarı yerləşir.

Çox sevdiyim məkandır, həmişə ziyarətinə gedəndə elə bil mənəvi rahatləq tapıram. Bu pir haqqında 1 rəvvayət də var ki, İmam Hüseynin (ə) qanı Kərbəla çölündə töküləndə hardansa 1 neçə göyərçin peyda olur və başlayır özünü yerdəki qana bulamağa ta ki yerdə 1 damcı da qan qalmır və sonra da uçub gedirlər. Deyilənə görə Həkimə xanım Bakıya pənah gətirəndə onunla 1 dəstə göyərçin gəlir və o zamana kimi Bakıda göyərçin olmayıbmış.
Хорошо быть черепахой – всю жизнь тащишься.

#67 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 03 марта 2010 - 02:52

Respublika prezidenti İLHAM ƏLİYEVİN sərəncamina əsasən,Gəncə İmamzadəsinin təmir və bərpa işləri ucun 3 mln Azərbaycan mantı ayrilmışdır! ALLAH RAZİ OLSUN!

Сообщение отредактировал MIROTVORES70: 03 марта 2010 - 02:53

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#68 MirMustafa

MirMustafa

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 691 сообщений

Отправлено 03 марта 2010 - 09:01

Lənkaranda Şeyx Zahidin ziyaretgahı.

http://taninmislar.a...zahid-turbesi-2

Сообщение отредактировал MirMustafa: 03 марта 2010 - 09:08

36:60-62
Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir,
Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!
Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?




Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru