Перейти к содержимому


Фотография

Əhli- beyt (es) bağçasından çiçəklər


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 72

#31 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 12 марта 2010 - 15:09

İmam Sadiq (ə) buyurur: “Hər kəs Allah yolunda öldürülsə, Allah-təala ona heç bir günahını göstərməz.” (Bütün günahları bağışlanar).
İmam Sadiq (ə) buyurur: “Ailə xərcinin qorxusundan evlənməyən kəs Allaha qarşı sui-zənn etmişdir.”
İmam Sadiq (ə) buyurur: “Hər kəs mö`mini yoxsulluğuna görə alçaq saysa, Allah-təala da qiyamət günü onu xalq qarşısında rüsvay edər.”

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#32 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 12 марта 2010 - 15:10

İmam Sadiq (ə) buyurur: “Bütün peyğəmbərlər bizim (Biz Əhli-beytin) üstünlüyümüzü və haqqımızı tanıyaraq məb`us olmuşdur.”
İmam Baqir (ə) buyurur: “Üç şey insanın belini qırır:
1. Öz əməlini böyük saymaq;
2. Öz günahını yaddan çıxarmaq;
3. Öz rəyindən xoşu gəlmək.”

İmam Sadiq (ə) buyurur: “Allah-təalaya hüsn-zənn budur ki, Ondan başqa heç kəsə ümidin olmasın və günahlarından başqa heç nədən qorxmayasan.”

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#33 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 12 марта 2010 - 15:10

İmam Həsən (ə) buyurur: “Günahın cəzasını verməkdə tələsmə, üzr üçün bir yol qoy.”
Həzrət Məhəmməd (s) buyurur: “Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin. Həqiqətən, Allah yalnız Onun üçün xalisliklə yerinə yetirilmiş əməlləri qəbul edir.”
Həzrət Məhəmməd (s) buyurur: “Öz ümmətim üçün hər şeydən çox danışıqda mahir olan münafiqlərdən qorxuram.”

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#34 Proxy

Proxy

    Raqib – Seargeant

  • Murid
  • 126 сообщений

Отправлено 12 марта 2010 - 15:11

Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Xəta və günahın kiçikliyinə deyil, kimin qarşısında günah etdiyinə bax!
Müstədrəkul - vəsail /11/330. Biharul - ənvar /77/79.


Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Sizlərdən hər kəs Allah yanında hansı məqamda olduğunu bilmək istəsə baxıb görsün: Günah edərkən Allahın məqamı onun nəzərində necədirsə, onun da məqamı Allah yanında elədir.
Biharul-ənvar /70/17.


#35 Proxy

Proxy

    Raqib – Seargeant

  • Murid
  • 126 сообщений

Отправлено 12 марта 2010 - 15:12

Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Əfv edib bağışlamağın az olması ən qəbahətli eyb, intiqam almağa tələsmək isə günahların ən böyüyüdür.
Ğürərul-hikəm /235.



İsbəğ ibni Nəbatə deyir: Əli əleyhissalam buyurdu: Rəsuli-əkrəm (s.ə.v.v.) belə buyurmuşdur: Allah-taala bir ümmətə qəzəblənərkən hələ əzab nazil etmədiyi zaman o ümmət içərisində bahalıq yaranar, ömürləri qısalar, tacirləri qazanc əldə etməz, meyvələri təmiz və bol olmaz, suları artmaz, quraqlıq yaranar, şər və pis adamlar onlara hakim kəsilər. (Hədisin xülasəsi budur ki, ağır əzab o ümmətə nazil olmasa, günah səbəbi ilə yeddi bəlaya düçar olarlar).
Xisal /2/360.


#36 Proxy

Proxy

    Raqib – Seargeant

  • Murid
  • 126 сообщений

Отправлено 12 марта 2010 - 15:12

İmam Baqir əleyhissalam buyurur: Əli əleyhissalamın kitabında yazılmışdır ki, Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Zina əməli çoxalan zaman qəfil ölümlər artar, tərəzidə əskik çəkilərsə, Allah onları qəhətlik və bahaçılığa düçar edər. Əgər camaat zəkat verməkdən imtina etsələr yer öz bərəkətini, əkin, meyvə və mə`dənlərini çəkər. İlahi hökmlərdə ədalətsizlik etsələr zülmə və düşmənçiliyə kömək etmiş olarlar. Əgər əhd-peymanlarını pozsalar, Allah onlara öz düşmənlərini hakim edər. Qohumluq əlaqələrini kəssələr, mal-dövlətləri şər adamlara qismət olar. Yaxşılığa əmr edib pisliklərdən çəkindirməsələr və mənim Əhli-beytimdən olan şərəfli insanlara (imamlara) tabe olmasalar, Allah onlara ən pis adamı hakim edər. Belə bir zamanda o ümmətin yaxşı insanlarının duası da qəbul olmaz.
Səfinətul-bihar /2/630.



#37 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 12 марта 2010 - 22:41

Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala sevdiyi bəndəsini çətinliyə salar ki, onun ahuzarını eşitsin.”
Həzrət Məhəmməd (s) buyurur: “Bir şəxsi işlətmək üçün əcir tutduqda, haqqını ona əvvəlcədən e`lan edin.”
Həzrət Məhəmməd (s) buyurur: “Elm öyrənənin (din tələbəsinin) əcəli çatdıqda, şəhid kimi ölər.”

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#38 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 12 марта 2010 - 22:42

Həzrət Məhəmməd (s) buyurur: “Əgər öz yaxşı işindən sevinib, pis işindən narahat olursansa, deməli mö`minsən.”
Həzrət Məhəmməd (s) buyurur: “Qəzəbləndiyin zaman, sakit ol (dayan).”
Həzrət Məhəmməd (s) buyurur: “Tanışlarınızdan biri öldüyü zaman onu rahat buraxın və haqqında pis danışmayın.”

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#39 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 12 марта 2010 - 22:42

Həzrət Məhəmməd (s) buyurur: “Bir bəndə öldükdə camaat deyər: “Özündən sonra nə qoydu getdi?” Və mələklər deyər: “Özü ilə nə gətirdi?”
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#40 Proxy

Proxy

    Raqib – Seargeant

  • Murid
  • 126 сообщений

Отправлено 13 марта 2010 - 02:33

İmam Kazim əleyhissalam buyurur: Üç dəstə qiyamət günü heç yerdə kölgə olmayan zaman Allahın rəhmət kölgəsində qərar tutarlar: Mö`min qardaşını evləndirənlər, mö`min qardaşına xidmət edib hacətini yerinə yetirənlər və mö`min qardaşının sirrini faş etməyib gizli saxlayanlar.
Biharul-ənvar /74/356.


İmam Sadiq əleyhissalam buyurur: Oğrular üç dəstədir: Zəkat verməyənlər, qadınların mehriyyəsini verməyib (özünə) halal sayanlar və borc götürüb ödəmək fikrində olmayanlar.
Biharul-ənvar /96/12.


#41 MirMustafa

MirMustafa

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 691 сообщений

Отправлено 13 марта 2010 - 09:43

Allahın Peyğəmbəri (s): «Hər şeyin siması var, sizin dininizin də siması namazdır.»

Allahın Peyğəmbəri (s): «Allah-taala namazı mənim gözlərimin nuru etdi. Yemək acın, su təşnənin məhbubu olduğu kimi, namazı da mənim məhbubum etdi. Fərq yalnız budur ki, ac insan çörək yeyəndə, təşnə də su içəndə sudan doyar, ancaq mən namazdan doymaram.»
36:60-62
Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir,
Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!
Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?

#42 Proxy

Proxy

    Raqib – Seargeant

  • Murid
  • 126 сообщений

Отправлено 13 марта 2010 - 12:16

Peyğəmbəri Əkrəm (s.ə.v.v.) buyurur: “Namazını yüngül sayanlar məndən deyil. Allaha and olsun ki, belə bir şəxs mənim yanıma (Kovsər hovuzuna) gələ bilməz. (Yə`ni belə şəxs ümmətin yaxşı adamlarının Peyğəmbərin mərhəmət və lütfünə şamil olduqları yerə daxil olmaz və həzrətin ümmətindən sayılmaz)”
Mən layəhzuruhul-fəqih. c.1,s.206.

Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: “Vacib namaz Allah yanında yaxşı qəbul olunmuş min həcc və min ümrəyə bərabərdir.”
Biharul-ənvar , c.99, s.14.


Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Öz namazlarınızı (onun düzgün oxunmasına əhəmiyyət verməməklə) heç etməyin. Həqiqətən hər kəs namazın vaxtına və düzgün olması məsələlərinə riayət etməsə, Qarun və Haman ilə birlikdə məhşərə daxil olacaqdır və Allaha vacibdir ki, onu münafiqlərlə birlikdə Cəhənnəm oduna daxil etsin.
Biharul-ənvar /83/14


Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: “Namazda elə halda ol ki, sanki ömrünün axırıncı namazını qılırsan (namazı son dərəcə hüzuri-qəlblə qıl, e`dam hökmü verilmiş şəxsin e`damdan qabaq qıldığı son namazı kimi)”.
Biharul-ənvar, c.69, s.408.


İmam Əli əleyhissalam buyurur: “Əgər namaz qılan şəxs Rəbbinin sonsuz rəhmətinin onun halına necə şamil olduğunu bilsəydi heç vaxt başını səcdədən götürməzdi.”
Təsnifu Qürərul-hikəm, səh.175.

İmam Baqir əleyhissalam buyurur: “Qiyamət günü bəndədən soruşulan ilk əməl namazdır, əgər namaz qəbul olunsa sair əməllər də qəbul olunacaqdır, əks halda sair əməllər ona heç bir fayda verməyəcəkdir.”
Biharul-ənvar , c.7, s.267.


İmam Sadiq əleyhissalam buyurur: “Həqiqətən bizim şəfaətimiz namazı yüngül sayanlara çatmaz”. (Onlar şəfaətimizdən məhrum olarlar).
Biharul-ənvar, c.2, s.236


İmam Məhəmməd Baqir əleyhissalam buyurur: Hər kəs on xislətlə Rəbbinə qovuşarsa cənnətə daxil olar: Allahdan başqa heç bir mə`bud olmadığına və həzrəti Məhəmmədin Onun Rəsulu olduğuna şəhadət vermək, o Həzrətin Allah tərəfindən gətirdiklərini iqrar (təsdiq) etmək, namaz qılmaq, zəkat vermək, Ramazan ayının orucunu tutmaq, Allah evinin ziyarətinə — həccə getmək, Allah vəlilərinin vilayətini iqrar etmək, Allah düşmənlərindən uzaq olmaq və bütün məstedici şeylərdən çəkinmək.
Xisal /432.


İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Namaz hər bir pərhizkar şəxsin ilahi rəhmətə yaxınlaşması vasitəsi, həcc isə hər zəif və bacarıqsız insanın cihadıdır. (Çünki həccdə əhli-əyaldan uzaqlaşmaq, soyuqluq, istilik, qorxu və sair kimi çətinliklər vardır.) Hər şeyin bir zəkatı vardır, bədənin də zəkatı oruc tutmaqdır. Qadının cihadı isə öz əri ilə yaxşı rəftar edib ona itaət etməsidir.
Nəhcül-bəlağə, kəlimati qisar /136.


Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Ölüm mələyi (Əzrail əleyhissalam) hər gecə nida edib deyir: Ey qəbr əhli, bu gün kim üçün və nə üçün qibtə edirsiniz? Artıq axirət işini aşkar şəkildə gördünüz?! Ölülər cavabında deyərlər: Biz mö`minlərə qibtə edirik ki, məscidlərində namaz qılırlar, biz isə qılmırıq. Onlar zəkat verirlər, biz isə vermirik. Onlar Ramazan ayında oruc tuturlar, biz isə oruc tutmuruq. Onlar sədəqə verir, biz isə sədəqə vermirik. Onlar Allahı çox yad edirlər, biz isə yad etmirik. Əfsuslar olsun, dünya evində bizim əldən verdiklərimizə!
İrşadul-qülub /53.


Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Bir mələk hər namaz vaxtı nida edib deyir: Ey bəni-Adəm, namaza qalxın və öz əleyhinizə hazırladığınızı (cəhənnəm odunu namaz vasitəsi ilə) söndürün.
Müstədrəkul-vəsail /3/102.


Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Öz namazlarınızda (son dərəcə) diqqətli olun, çünki Allah-taala qiyamət bərqərar olarkən bəndəni gətirər və ondan soruşduğu ilk şey namaz olar, əgər onu tamam-kamal yerinə yetirmiş olarsa (bağışlanmış insanlardan olar), əks halda Cəhənnəmə atılar.
Biharul-ənvar /82/202


Əbu Bəsir deyir: Mən Ümmü Həmidənin yanına gedib imam Cə`fər Sadiq əleyhissalamın dünyadan getməsini ona başsağlığı verdim. O ağladı, mən də onun ağlamağına baxıb ağladım. Sonra dedi: Ey Əba Məhəmməd, əgər İmam əleyhissalamı can verərkən görsəydin, qəribə şeylər hiss edərdin. O, son anlarda gözlərini açıb buyurdu: Mənimlə qohum olan bütün şəxsləri bir yerə yığın. Biz hamını bir yerə topladıqdan sonra Həzrət onlara baxıb buyurdu: Həqiqətən bizim şəfaətimiz namazı yüngül sayanlara çatmaz.
Vəsailuş-şiə /4/26.


Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Haram yeməklə birlikdə olunan ibadət, (narın) qumlar üstündə tikilən binaya oxşayır.
Biharul-ənvar /84/258.


Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Mö`minin şərəfi gecə yuxudan durub namaz qılmaq, izzəti isə başqalarından ehtiyacsız olmaqdadır.
Biharul-ənvar /77/120.


İmam Sadiq əleyhissalam buyurur: Rəsuli-əkrəm (s.ə.v.v.) Cəbrailə dedi: Mənə nəsihət et. Cəbrail dedi: Ey Məhəmməd, nə qədər istəsən yaşa, onsuz da axırda öləcəksən; hər nəyi istəsən sev, onsuz da onlardan ayrılacaqsan; hər nə istəyirsən əməl et, onsuz da onları görəcəksən. Mö`minin şərəfi gecə namazında, izzəti isə camaatın namus-qeyrətinə toxunmamaqdadır.
Xisal /72.

İmam Sadiq əleyhissalam buyurur: Üç şey mö`minin fəxri, dünyada və axirətdə zinətidir: Gecənin axırında namaz qılmaq, xalqın malına göz dikməmək, Məhəmməd (s.ə.v.v.) övladlarından olan İmamın vilayətini qəbul etmək.
Biharul-ənvar /75/107.



Сообщение отредактировал Proxy: 13 марта 2010 - 12:17


#43 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 14 марта 2010 - 13:06

Həzrət Məhəmməd (s) buyurur: “Ölənlərinizin yaxşılıqlarını yada salın və pisliklərinə göz yumun.”
Həzrət Məhəmməd (s) buyurur: “İki saleh qohumundan həya etdiyin kimi Allahdan həya et.”
Həzrət Məhəmməd (s) buyurur: “Xalqa möhtac olmayın və onlardan bir diş çöpü belə istəməyin.”

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#44 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 14 марта 2010 - 13:07

Həzrət Məhəmməd (s) buyurur: “Xalqın ən şücaətlisi öz nəfsinə qalib gələn şəxsdir.”
Həzrət Məhəmməd (s) buyurur: “Beşikdən qəbrədək elm axtarışında (öyrənməkdə) olun.”
Həzrət Məhəmməd (s) buyurur: “Mö`minin çətinliyi hamıdan çoxdur, çünki o həm dünya, həm də axirət işləri ilə məşğul olmalıdır.”

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#45 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 14 марта 2010 - 13:07

Həzrət Məhəmməd (s) buyurur: “Az günah etsən, ölüm sənə asan olar.”
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#46 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 26 марта 2010 - 00:39

Həzrət Məhəmməd (s) buyurur: “Diş fırçalamaq barəsində mənə o qədər göstəriş verdilər ki, onun vacib olacağından qorxdum.”
Həzrət Məhəmməd (s) buyurur: “Dünyada hamıdan tox olan, qiyamətdə hamıdan ac olacaq.”
Həzrət Məhəmməd (s) buyurur: “Sədəqə var-dövləti artırar.”

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#47 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 26 марта 2010 - 00:40

Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala ata və anaya yaxşılıq edən insanın ömrünü uzadar.”
Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala bütün danışanların dilinə nəzarətçidir. Bəndə Allahdan qorxmalı və nə danışdığına fikir verməlidir.”
Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala duada israr edənləri sevər.”

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#48 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 27 марта 2010 - 22:30

Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala, bəndəsinin Ona tərəf uzadılmış əlini geri qaytarmaqdan və onu ümidsiz qoymaqdan həya edər.”
Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala boş söz-söhbətləri sizə qadağan etdi.”
Həzrət Məhəmməd (s) buyurur: “İsrafın bir növü də ürəyin istədiyi hər bir şeyi yeməkdir.”

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#49 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 27 марта 2010 - 22:31

Həzrət Məhəmməd (s) buyurur: “Hər kəs Allahdan bir şey istəməsə, Allah ona qəzəblənər.”
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#50 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 29 марта 2010 - 18:31

Həzrət Məhəmməd (s) buyurur: “Öz sübhünüzü sədəqə verməklə başlayın, çünki bəla sədəqənin üstündən keçə bilmir.”
Həzrət Məhəmməd (s) buyurur: “Sübh tezdən ruzi və hacət dalınca gedin, çünki tezdən durmaq bərəkət və qurtuluşa səbəbdir.”
Həzrət Məhəmməd (s) buyurur: “Varlıların yediyi, fəqirlərin isə məhrum olduğu toy xörəyi necə də pisdir.”

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#51 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 03 апреля 2010 - 17:15

Həzrət Məhəmməd (s) buyurur: “Paxıl (xəsis) o şəxsdir ki, adım çəkiləndə mənə salavat göndərmir.”
Həzrət Məhəmməd (s) buyurur: “Çox yemək qəlbdə qəsavət (daşürəklilik) yaradır.”
Həzrət Məhəmməd (s) buyurur: “Oruc tutarkən obaşdan yeyin, çünki obaşdanlıq bərəkətin əsasıdır.”

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#52 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 03 апреля 2010 - 17:16

Həzrət Məhəmməd (s) buyurur: “Bir-birinizə əl verin (görüşün) ki, qəlbinizdən kin xaric olsun.”
Həzrət Məhəmməd (s) buyurur: “Günahdan tövbə odur ki, onu təkrar etməyəsiniz.”
Həzrət Məhəmməd (s) buyurur: “Dünyanın şirinliyi axirətin acılığı və dünyanın acılığı axirətin şirinliyidir.”

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#53 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 04 апреля 2010 - 18:56

Hz Əli(əs) xütbələrinin birində belə deyir:
"Dünyadan çəkinməyi sizə tövsiyə edirəm, çünki ora çadırın söküləcəyi bir yerdir, suyuna, otuna qapılıb oturulacaq yer deyildir. Allahın sizə məsləhət gördüyü işlərdə çalışın, çabalayın. Sizdən dilədiyi haqqını ödəməyə cəhd göstərin. Çağırılmadan öncə ölümün çağırışına qulaq verin, onu eşidin."

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#54 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 04 апреля 2010 - 20:03

Həzrət Məhəmməd (s) buyurur: “Qadının cihadı ərinə yaxşı baxmaqdır.”
Həzrət Məhəmməd (s) buyurur: “Evlənməyin ən yaxşısı odur ki, asan başa gəlsin.”
Həzrət Məhəmməd (s) buyurur: “Dostlarınızın ən yaxşısı eyblərinizi sizə deyəndir.”
Həzrət Məhəmməd (s) buyurur: “Allah rəhmət etsin o kəsə ki, öz dilini islah edər.”

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#55 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 07 апреля 2010 - 17:25

Həzrət Məhəmməd (s) buyurur: “Çox gülmək qəlbi öldürər.”
Həzrət Məhəmməd (s) buyurur: “Əməl olunan elmdən savayı, bütün elmlər qiyamət günündə vizrü-vəbal olacaqdır.”
Həzrət Məhəmməd (s) buyurur: “Heç bir işi sabaha saxlama ki, hər günün öz işi var.”
Həzrət Məhəmməd (s) buyurur: “Özünüz yemədiyinizi yoxsullara yedirməyin.”

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#56 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 11 апреля 2010 - 13:13

Həzrət Məhəmməd (s) buyurur: “Cahil (nadan) bir şəxs ya ifrat edər (həddi aşar), ya da geridə qalar.”
Həzrət Məhəmməd (s) buyurur: “Kim məsləhətləşsə peşman olmaz və kim də orta həddi gözləsə, yoxsul olmaz.”
Həzrət Məhəmməd (s) buyurur: “Bir şəxs özü üçün istədiyini din qardaşı üçün də istəmədikcə mö`min olmaz.”

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#57 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 11 апреля 2010 - 13:13

Həzrət Məhəmməd (s) buyurur: “Heç bir kəs gücü çatmayan şeyi qonağı üçün hazırlamamalıdır.”
Həzrət Məhəmməd (s) buyurur: “Camaata verilən heç bir sədəqə onların arasında yayılan elmdən üstün deyildir.”
Həzrət Məhəmməd (s) buyurur: “O işi ki, istəmirsən camaat səndən görsün, təklikdə də əncam vermə.”

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#58 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 11 апреля 2010 - 13:14

Həzrət Məhəmməd (s) buyurur: “Mən hara, dünya hara?! Mənim dünyadakı vəziyyətim bir ağacın kölgəsində oturan, sonra onu orada qoyaraq durub gedən müsafir kimdir.”
  • Shemsi это нравится
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#59 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 12 апреля 2010 - 19:35

Həzrət Məhəmməd (s) buyurur: “Sədəqə verməklə mal azalmaz.”
Həzrət Məhəmməd (s) buyurur: “Hər kəs çox yeməyə adət etsə, ürəyi qəsavət bağlayar (daşlaşar).”
Həzrət Məhəmməd (s) buyurur: “Hər kəs özünü hansı dəstəyə oxşadarsa, həmin dəstədəndir.”

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#60 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 14 апреля 2010 - 14:01

Həzrət Əli (ə) buyurur: “Sizin qiymətiniz yalnız behiştdir, özünüzü ondan ucuzuna satmayın.”
Həzrət Məhəmməd (s) buyurur: “Elm ilə birgə olan yuxu, cəhl ilə birgə olan ibadətdən üstündür.”
Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala övladlarınız arasında, hətta onları öpərkən belə ədalətə riayət etməyinizi sevir.”

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"




Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru