Перейти к содержимому


Фотография

Ərəb qrammatikası dərsləri


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 188

#31 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 15 февраля 2010 - 17:17

Dərslərdə fasiləmi oldu? Yoxsa davam edəcək? -Bu mövzunun daimi oxucusu kimi soruşuram

#32 Malik Eshter

Malik Eshter

    Mulazzim – lieutenant

  • Murid
  • 371 сообщений

Отправлено 15 февраля 2010 - 17:57

Tapşırıq: aşağıdakı felləri sərf edin

كَفَرَ - kəfərə - kafir oldu

رَبِحَ -rabihə - faydalandı

ذَهَبَ - zəhəbə - getdi

ضَرَبَ - darəbə - vurdu

خَرَجَ - xarəcə - çıxdı

اَخَذَ - əxəzə - aldı

كَتَبَ - kətəbə- yazdı

Сообщение отредактировал Malik Eshter: 15 февраля 2010 - 17:58

Malik qorxub yavaşıyan, acizliyə düşən, tez tərpənmək ağla, ehtiyata daha uyğun olan zaman durub gözləyən, ehtiyatla hərəkət etmək məsləhət olduğu zaman tələsən adamlardan deyildir.


Hz.Əli (ə.s) - Nəhcül Bəlağə, VII - 13


#33 Malik Eshter

Malik Eshter

    Mulazzim – lieutenant

  • Murid
  • 371 сообщений

Отправлено 15 февраля 2010 - 18:07

Aşağıdakı kəlmələri müəyyən edin.

كَتَبُوا - قَتَلْتُمْ - جَلَسْنَا - نَصَرَنَا - ذَهَبَتْ - ضَرَبْنَا - سَمِعَتْ

- دَخَلْتُ - خَرَجْتُنَّ - جَلَسْنَ - نَصَرْتُمَا


1.Sən bir qadın yazdın
2.Siz iki qadın getdiniz
3.Siz qadınlar oturdunuz
4.O kişi öldürdü
5.O iki kişi vurdu
6.O kişilər çıxdılar
7.O qadın vurdu
8.O iki qadın kömək etdi
9.O qadınlar öldürdü

Сообщение отредактировал Malik Eshter: 15 февраля 2010 - 18:12

Malik qorxub yavaşıyan, acizliyə düşən, tez tərpənmək ağla, ehtiyata daha uyğun olan zaman durub gözləyən, ehtiyatla hərəkət etmək məsləhət olduğu zaman tələsən adamlardan deyildir.


Hz.Əli (ə.s) - Nəhcül Bəlağə, VII - 13


#34 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 15 февраля 2010 - 18:08

Ustad,bağışlayın, sərf etməyi keçdik? Ancaq şəxsə görə təsrifləndirməyi keçdik. Sərf şəxsə görə təsrifləndirməkdir?

#35 Malik Eshter

Malik Eshter

    Mulazzim – lieutenant

  • Murid
  • 371 сообщений

Отправлено 15 февраля 2010 - 18:39

Ustad,bağışlayın, sərf etməyi keçdik? Ancaq şəxsə görə təsrifləndirməyi keçdik. Sərf şəxsə görə təsrifləndirməkdir?

Allah bağışlasın, sərf dedikdə təsrifləndirmə nəzərdə tutulur.
Yəni hansı zamanı və şəxsləri keçmişiksə ona görə də təsrifləndirmə-sərf etmək lazımdır.

Malik qorxub yavaşıyan, acizliyə düşən, tez tərpənmək ağla, ehtiyata daha uyğun olan zaman durub gözləyən, ehtiyatla hərəkət etmək məsləhət olduğu zaman tələsən adamlardan deyildir.


Hz.Əli (ə.s) - Nəhcül Bəlağə, VII - 13


#36 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 16 февраля 2010 - 20:38

Mənim xahışimə cavab verilmədiyi üçün, yenidən xahişimi təkrarlayım:
Malik Eshter qardaş,
Sizdən bir xahişim var! Əgər icazə versəydiniz mən də dərslərin keçirilməsinə, əlimdən gələn yardımı edərdim.

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#37 Malik Eshter

Malik Eshter

    Mulazzim – lieutenant

  • Murid
  • 371 сообщений

Отправлено 17 февраля 2010 - 09:16

Mənim xahışimə cavab verilmədiyi üçün, yenidən xahişimi təkrarlayım:
Malik Eshter qardaş,
Sizdən bir xahişim var! Əgər icazə versəydiniz mən də dərslərin keçirilməsinə, əlimdən gələn yardımı edərdim.

Əssəlamu aleykə qardaş!
Xahişinizi görməmişəm.Yaxşı ki təkrarlamısınız.
Buyurun, məmnuniyyətlə.Allah razı olsun.
Allah sizi müvəffəq etsin , İnşallah!

Malik qorxub yavaşıyan, acizliyə düşən, tez tərpənmək ağla, ehtiyata daha uyğun olan zaman durub gözləyən, ehtiyatla hərəkət etmək məsləhət olduğu zaman tələsən adamlardan deyildir.


Hz.Əli (ə.s) - Nəhcül Bəlağə, VII - 13


#38 Malik Eshter

Malik Eshter

    Mulazzim – lieutenant

  • Murid
  • 371 сообщений

Отправлено 17 февраля 2010 - 09:43

Müzari feli (Felin indiki-gələcək zaman forması)

Müzari feli bir işin və yaxud bir hərəkətin indiki və gələcək zamanda baş verməsini bildirir.

Məs:

يَنْصُرُ - yənsuru- kömək edir

يَحْزُنُ - yəhzunu - qəmgin olur

Mazi feli kimi muzari felin də 14 siyğəsi vardır və aşaıdakı qayda ilə mazi felindən düzəlir.

1) Müzari hərflərindən ( ا - ت - ي - ن ) birini ( ي )hərfini mazi felinin əvvəlinə artırırıq.

2) Kökün(mazinin) birinci hərfini (misal: fəələ - nin f-sını) sükunlu edirik

3) Felin axırına (fəələ - nin l-sına) bir zəmmə və ya nun artırırıq.


1- فَعَلَ- fəələ - يَفَعَلَ - artırdıq oldu - yəfəələ

2 - يَفْعَلَ - يَفَعَلَ - sükunlu etdik - yəfələ

3 - يَفْعَلُ - يَفْعَلَ - sonunu zəmmə etdik - yəfəlu


3 mərhələdən sonra bizdə keçmiş (mazi) zaman fəələ (etdi) felinin indiki-gələcək (müzari) zaman forması alındı.


فَعَلَ - fəələ - etdi - يَفْعَلُ - yəfəlu - edir

Сообщение отредактировал Malik Eshter: 17 февраля 2010 - 09:46

Malik qorxub yavaşıyan, acizliyə düşən, tez tərpənmək ağla, ehtiyata daha uyğun olan zaman durub gözləyən, ehtiyatla hərəkət etmək məsləhət olduğu zaman tələsən adamlardan deyildir.


Hz.Əli (ə.s) - Nəhcül Bəlağə, VII - 13


#39 Malik Eshter

Malik Eshter

    Mulazzim – lieutenant

  • Murid
  • 371 сообщений

Отправлено 17 февраля 2010 - 09:48

Bu ümumi məlumatdan sonra inşallah gələn dərsdə müzari felin qaydalarını və şəxsə və cinsə görə təsrfilənmə formalarını keçəcəyik.

Malik qorxub yavaşıyan, acizliyə düşən, tez tərpənmək ağla, ehtiyata daha uyğun olan zaman durub gözləyən, ehtiyatla hərəkət etmək məsləhət olduğu zaman tələsən adamlardan deyildir.


Hz.Əli (ə.s) - Nəhcül Bəlağə, VII - 13


#40 Malik Eshter

Malik Eshter

    Mulazzim – lieutenant

  • Murid
  • 371 сообщений

Отправлено 18 февраля 2010 - 13:15

Biz ötən dərslərdə, maz zaman formasın keşdiyimiz zaman dedik ki, 3-lü mazi fellərdə vəzn (qəlib) 3 şəkildə olur:

1) FƏƏLƏ - فَعَلَ - misal - كَتَبَ - KƏTƏBƏ - YAZMAQ

2) FƏİLƏ - فَعِلَ - misal - رَبِحَ - RABİHƏ - FAYDALANMAQ

3) FƏULƏ - فَعُلَ - misal - عَبُدَ - ƏBUDƏ - İBADƏT ETMƏK

Biz keçən dərsdə müzari zaman haqqında qısa bilgi verdiyimiz zaman bir formanı göstərdik.

Muzari zamanın də 3 vəzni (qəlibi) var. Fə hərfinin işarəsi 3 formada gəlir( ə, i və u)

1) YƏFƏLU - يَفْعَلُ - YƏLƏMU - يَعْلَمُ

2) YƏFİLU - يَفْعِلُ - YƏCLİSU - يَجْلِسُ

3) YƏFULU - يَفْعُلُ - YƏNZURU - يَنْظُرُ

Malik qorxub yavaşıyan, acizliyə düşən, tez tərpənmək ağla, ehtiyata daha uyğun olan zaman durub gözləyən, ehtiyatla hərəkət etmək məsləhət olduğu zaman tələsən adamlardan deyildir.


Hz.Əli (ə.s) - Nəhcül Bəlağə, VII - 13


#41 Malik Eshter

Malik Eshter

    Mulazzim – lieutenant

  • Murid
  • 371 сообщений

Отправлено 18 февраля 2010 - 13:30

BİLDİYİMİZ KİMİ LÜĞƏTLƏRDƏ HƏR HANSI BİR FEL VERİLDİYİ ZAMAN, MAZİ ZAMAN KİMİ VERİLİR:
YƏNİ FƏƏLƏ - FELİ HƏM ETDİ MƏNASINA GƏLİR HƏM DƏ ETMƏK MƏNASINA GƏLİR.
BİZ DƏ KEÇƏN DƏRSLƏRDƏN BİLDİK Kİ, MUZARİ ZAMAN FORMASI MAZİ ZAMANDAN DÜZƏLDİLİR.

Sual: Biz necə bilək ki, fəələ felindən fel düzəltdiyimiz zaman - yəfəlu , yəfilu və ya yəfulu olacaq?

1)Qayda: FƏƏLƏ felinin muzarisinin 3 vəzni olur:

1) yəfəlu 2) yəfilu 3) yəfulu

2)Qayda: FƏİLƏ felinin muzarisinin 2 vəzni olur:

1) yəfəlu 2) yəfilu

3)Qayda: FƏULƏ felinin muzarisinin 1 vəzni olur:

1) yəfulu

CAVAB: Lüğət kitablarında hər hansı bir fel (misal: dərəsə- öyrənmək feli) yazıldığı zaman kənarında mötərizə içində muzari işarəsi (ə, i və ya u) işarəsi göstərilir.

Malik qorxub yavaşıyan, acizliyə düşən, tez tərpənmək ağla, ehtiyata daha uyğun olan zaman durub gözləyən, ehtiyatla hərəkət etmək məsləhət olduğu zaman tələsən adamlardan deyildir.


Hz.Əli (ə.s) - Nəhcül Bəlağə, VII - 13


#42 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 19 февраля 2010 - 02:59

Mənim xahışimə cavab verilmədiyi üçün, yenidən xahişimi təkrarlayım:
Malik Eshter qardaş,
Sizdən bir xahişim var! Əgər icazə versəydiniz mən də dərslərin keçirilməsinə, əlimdən gələn yardımı edərdim.


Əssəlamu aleykə qardaş!
Xahişinizi görməmişəm.Yaxşı ki təkrarlamısınız.
Buyurun, məmnuniyyətlə.Allah razı olsun.
Allah sizi müvəffəq etsin , İnşallah!


ALLAH razı olsun! Təşəkkür edirəm! Dərsləriniz xoşuma gəlir. Ara bir qatqılarda iştirak etmək istəyirəm!
Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#43 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 19 февраля 2010 - 03:39

Ərəb dilində fellərin hallandırılmasına sərf deyilir. Bu 3-cü şəxsdən başlayır. 1-ci şəxsdə sona çatır.
3-cü şəxsə "ğaib", 2-ci şəxsə "müxatəb" və 1-ci şəxsə "mutəkəllim" deyilir.
2 və 3-cü şəxslər kişi və qadın cinslərinə bölünür. Kişi cinsinə "müzəkkər", qadın cinsinə isə "müənnəs" deyilir.
Fellər hallandırıldıqda onlara, dilimizdə olduğu kimi müxtəlif qoşmalara əlavə edilir. Məsələn: "Etmək" felinin keçmiş zamanının dilimizdə hallandırılması:
1-ci şəxs (tək və cəm)
Etdim
Etdik
2-ci şəxs (tək və cəm)
Etdin
Etdiniz
3-cü şəxs (tək və cəm)
Etdi
Etdilər
Burada gördüyünüzü aşağıda ərəb dilində "فعل" kəlməsində də müqayisəli şəkildə çatdırmağa çalışacağam.
Fel kökünü bu qaydalara uyğun sərf edəcəyik.
Ğaib (3-cü şəxs)
Müzəkkər (kişi cinsi)

فَعَلَ
فَعَلَا
فَعَلوُا

Müənnəs (qadın cinsi)
فَعَلَتْ
فَعَلَتَا
فَعَلْنَ

Müxatəb (2-ci şəxs)
Müzəkkər (kişi cinsi)

فَعَلْتَ
فَعَلْتُمَا
فَعَلْتُمْ

Müənnəs (qadın cinsi)
فَعَلْتِ
فَعَلتُمَا
فَعَلْتُنَّ

Mütəkəllim (1-ci şəxs)
فَعَلْتُ
فَعَلْنَا

Сообщение отредактировал Günahkar: 19 февраля 2010 - 03:42

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#44 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 19 февраля 2010 - 04:05

فَعَلَ - Üçüncü şəxs, kişi cinsi, 1 nəfər "Etdi"
فَعَلَا - Üçüncü şəxs, kişi cinsi, 2 nəfər "Etdilər"
فَعَلوُا - Üçüncü şəxs, kişi cinsi, 3 nəfər və daha çox "Etdilər"
فَعَلَتْ - Üçüncü şəxs, qadın cinsi, 1 nəfər "Etdi"
فَعَلَتَا - Üçüncü şəxs, qadın cinsi, 2 nəfər "Etdilər"
فَعَلْنَ - Üçüncü şəxs, qadın cinsi, 3 nəfər və daha çox "Etdilər"
فَعَلْتَ - İkinci şəxs, kişi cinsi, 1 nəfər "Etdin"
فَعَلْتُمَا - İkinci şəxs, kişi cinsi, 2 nəfər "Etdiniz"
فَعَلْتُمْ - İkinci şəxs, kişi cinsi, 3 nəfər və daha çox "Etdiniz"
فَعَلْتِ - İkinci şəxs, qadın cinsi, 1 nəfər "Etdin"
فَعَلْتُمَا - İkinci şəxs, qadın cinsi, 2 nəfər "Etdiniz"
فَعَلْتُنَّ - İkinci şəxs, qadın cinsi, 3 nəfər və daha çox "Etdiniz"
فَعَلْتُ - Birinci şəxs, tək "Etdim"
فَعَلْنَا - Birinci şəxs, cəm "Etdik"

Сообщение отредактировал Günahkar: 19 февраля 2010 - 04:12

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#45 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 19 февраля 2010 - 04:08

Malik Əştər, zəhmətinə görə təşəkkür. Kodlaşdırma yazıdan çox vaxt aparır...

Сообщение отредактировал Günahkar: 19 февраля 2010 - 04:13

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#46 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 19 февраля 2010 - 04:14

Əssəlamu aleykə qardaş!


Ələykum salam!
Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#47 Malik Eshter

Malik Eshter

    Mulazzim – lieutenant

  • Murid
  • 371 сообщений

Отправлено 19 февраля 2010 - 10:31

Malik Əştər, zəhmətinə görə təşəkkür. Kodlaşdırma yazıdan çox vaxt aparır...

Çox sağ ol.Allah razı olsun!

Malik qorxub yavaşıyan, acizliyə düşən, tez tərpənmək ağla, ehtiyata daha uyğun olan zaman durub gözləyən, ehtiyatla hərəkət etmək məsləhət olduğu zaman tələsən adamlardan deyildir.


Hz.Əli (ə.s) - Nəhcül Bəlağə, VII - 13


#48 Malik Eshter

Malik Eshter

    Mulazzim – lieutenant

  • Murid
  • 371 сообщений

Отправлено 22 февраля 2010 - 14:51

Müzari felinin təsrif olunması:

Malik qorxub yavaşıyan, acizliyə düşən, tez tərpənmək ağla, ehtiyata daha uyğun olan zaman durub gözləyən, ehtiyatla hərəkət etmək məsləhət olduğu zaman tələsən adamlardan deyildir.


Hz.Əli (ə.s) - Nəhcül Bəlağə, VII - 13


#49 Malik Eshter

Malik Eshter

    Mulazzim – lieutenant

  • Murid
  • 371 сообщений

Отправлено 22 февраля 2010 - 15:17

Müzari felinin təsrif olunması:

1- Mütəkəllim - danışan şəxs - I-ci şəxs (azərbaycan dilində)

اَنْصُرُ - Ənsuru - kömək edirəm


نَنْصُرُ - Nənsuru - kömək edirik


2- Müxatəb - xitab olunan, müraciət olunan şəxs - II-ci şəxs

تَنْصُرُ- tənsuru - kömək edirsən (sən kişi)

تَنْصُرَانِ - tənsurani - kömək edirsiniz (siz iki kişi)

تَنْصُرُونَ - tənsurunə - kömək edirsiniz (siz kişilər)

تَنْصُرِينَ - tənsurinə - kömək edirsən (sən qadın)

تَنْصُرَانِ - tənsurani - kömək edirsiniz (siz iki qadın)

تَنْصُرْنَ - tənsurnə - kömək edirsiniz (siz qadınlar)


3- Müğayəb - yəni hazır olmayan şəxs - III-cü şəxs

يَنْصُرُ - yənsuru - kömək edir ( o kişi)

يَنْصُرَانِ - yənsurani - kömək edir ( o iki kişi)

يَنْصُرُونَ - yənsurunə - kömək edirlər (onlar)

تَنْصُرُ- tənsuru - kömək edir (o qadın)

تَنْصُرَانِ - tənsurani - kömək edir (o iki qadın)

يَنْصُرْنَ - yənsurnə - kömək edirlər (o qadınlar)

Сообщение отредактировал Malik Eshter: 22 февраля 2010 - 15:19

Malik qorxub yavaşıyan, acizliyə düşən, tez tərpənmək ağla, ehtiyata daha uyğun olan zaman durub gözləyən, ehtiyatla hərəkət etmək məsləhət olduğu zaman tələsən adamlardan deyildir.


Hz.Əli (ə.s) - Nəhcül Bəlağə, VII - 13


#50 Malik Eshter

Malik Eshter

    Mulazzim – lieutenant

  • Murid
  • 371 сообщений

Отправлено 23 февраля 2010 - 11:35

Misal: zəhəbə - feli - getmək - ذَهَبَ

1- Mütəkəllim - danışan şəxs - I-ci şəxs (azərbaycan dilində)

اَذْهَبُ- Əzhəbu- gedirəm


نَذْهَبُ- Nəzhəbu- gedirik


2- Müxatəb - xitab olunan, müraciət olunan şəxs - II-ci şəxs

تَذْهَبُ- təzhəbu- gedirsən (sən kişi)

تَذْهَبَانِ - təzhəbani- gedirsiniz (siz iki kişi)

تَذْهَبُونَ- təzhəbunə- gedirsiniz (siz kişilər)

تَذْهَبِينَ- təzhəbinə- gedirsən (sən qadın)

تَذْهَبَانِ- təzhəbani- gedirsiniz (siz iki qadın)

تَذْهَبْنَ- təzhəbnə- gedirsiniz (siz qadınlar)


3- Müğayəb - yəni hazır olmayan şəxs - III-cü şəxs

يَذْهَبُ- yəzhəbu- gedir ( o kişi)

يَذْهَبَانِ- yəzhəbani- gedir ( o iki kişi)

يَذْهَبُونَ- yəzhəbunə- gedirlər (onlar)

تَذْهَبُ- təzhəbu- gedir (o qadın)

تَذْهَبَانِ - təzhəbani - gedir (o iki qadın)

يَذْهَبْنَ- yəzhəbnə- gedirlər (o qadınlar)

Malik qorxub yavaşıyan, acizliyə düşən, tez tərpənmək ağla, ehtiyata daha uyğun olan zaman durub gözləyən, ehtiyatla hərəkət etmək məsləhət olduğu zaman tələsən adamlardan deyildir.


Hz.Əli (ə.s) - Nəhcül Bəlağə, VII - 13


#51 Malik Eshter

Malik Eshter

    Mulazzim – lieutenant

  • Murid
  • 371 сообщений

Отправлено 23 февраля 2010 - 11:40

Tapşırıq:

عَلِمَ - "alimə" - "bilmək"

يَعْلَمُ - yələmu- "bilir" felini təsrfiləndirin

Malik qorxub yavaşıyan, acizliyə düşən, tez tərpənmək ağla, ehtiyata daha uyğun olan zaman durub gözləyən, ehtiyatla hərəkət etmək məsləhət olduğu zaman tələsən adamlardan deyildir.


Hz.Əli (ə.s) - Nəhcül Bəlağə, VII - 13


#52 Malik Eshter

Malik Eshter

    Mulazzim – lieutenant

  • Murid
  • 371 сообщений

Отправлено 25 февраля 2010 - 12:08

Aşağıdakı felləri təsrif edin:

1.يَسْمَعُ -yəsməu-eşidir

2.يَضْرِبُ- yədribu-vurur

3.يَعْمَلُ- yəməlu-əməl edir

Malik qorxub yavaşıyan, acizliyə düşən, tez tərpənmək ağla, ehtiyata daha uyğun olan zaman durub gözləyən, ehtiyatla hərəkət etmək məsləhət olduğu zaman tələsən adamlardan deyildir.


Hz.Əli (ə.s) - Nəhcül Bəlağə, VII - 13


#53 Malik Eshter

Malik Eshter

    Mulazzim – lieutenant

  • Murid
  • 371 сообщений

Отправлено 02 марта 2010 - 16:11

Səlamün aleyküm!
Müzari felin davamı:

Bir önəmli xüsus:

Əgər "fəələ" vəznində olan bir feldə birinci hərf olan "" qəlibi vav hərfi olarsa, onu müzari edəndə, vav hərfi atılır:


Misal: فَعَلَ fəələ (vəzn)- وَجَدَ- vəcədə (mazi) - tapmaq - يَجِدُ- yəcidu (müzari) - tapır

Amma bu o biri qayda ilə olsaydı gərək yəvcidu يَوْجِدُ olaydı bu da mümkün deyil, ərəb qaydalarına uyğun olaraq.

Bütün vav-la başlayan vellərin müzarisi bu tərzdə olur.

Tapşırıq:

وَقَفَ - vəqəfə - feli - (ikinci hərfin hərəkəsi müzaridə - i olacaq)

وَسَلَ - vəsələ - feli - (ikinci hərfin hərəkəsi müzaridə - i olacaq)

Сообщение отредактировал Malik Eshter: 02 марта 2010 - 16:18

Malik qorxub yavaşıyan, acizliyə düşən, tez tərpənmək ağla, ehtiyata daha uyğun olan zaman durub gözləyən, ehtiyatla hərəkət etmək məsləhət olduğu zaman tələsən adamlardan deyildir.


Hz.Əli (ə.s) - Nəhcül Bəlağə, VII - 13


#54 Malik Eshter

Malik Eshter

    Mulazzim – lieutenant

  • Murid
  • 371 сообщений

Отправлено 04 марта 2010 - 18:37

Fellərin əsilləri (quruluşca növləri)

Mazi fellər deiyimiz kimi, 3 hərfli və ya 4hərfli olur.

Məs: 3 hərfli - كَتَبَ -kətəbə, 4 hərfli زَلْزَلَ- zəlzələ, دَهْرَجَ - dəhrəcə

3 hərfli fellər sülasi, 4 hərfli fellər rübai adlanır.

Bu fellərin əsli (kök) hərflərində artıq olmazsa, 3 hərflilər "mücərrəd sülasi" , 4 hərflilər "mücərrəd rübai" adlanır. Yuxarıda göstərilənlər bütün hərfləri əsli hərflərdir, yəni mücərrəd adlanırlar. Məsələn:

Laki fellərin əsli hərflərindən artıq əlavə olarsa, onlar "məzidun fih" adlanır.

كَاتَبَ- katəbə sözündə "əlif"

تَدَهْرَجَ - tədəhrəcə sözündə "" əlavə olur.

Beləliklə fellərin quruluşca növləri 4 -dür:

1.Mücərrəd sülasi - كَتَبَ

2.Məzid sülasi - كَاتَبَ

3.Mücərrəd rübai- زَلْزَلَ

2.Məzid rübai- تَزَلْزَلَ

Сообщение отредактировал Malik Eshter: 04 марта 2010 - 18:38

Malik qorxub yavaşıyan, acizliyə düşən, tez tərpənmək ağla, ehtiyata daha uyğun olan zaman durub gözləyən, ehtiyatla hərəkət etmək məsləhət olduğu zaman tələsən adamlardan deyildir.


Hz.Əli (ə.s) - Nəhcül Bəlağə, VII - 13


#55 Malik Eshter

Malik Eshter

    Mulazzim – lieutenant

  • Murid
  • 371 сообщений

Отправлено 05 марта 2010 - 10:48

Mücərrəd növü (əsli hərfləri) Məzid (zaid- əlavə) növdən ayırmaq

Əsli hərfləri "zaid" (əlavə) hərflərdən ayırmaq üçün

1)3 hərfli fellər " فَعَلَ " ilə

2) 4 hərflilər " فَعْلَلَ " ilə

ölçülür.

Bu hərflərin hər biri ilə uyğun gələn hərflər "əsli" qalan hərflər isə "zaid" adlanır.

Məs:تَضَارَبَtədarəbə kəlməsi تَفَاعَلَ təfaələ vəzni ilə ölçülür.(onların hamısını irəlidə geniş bəhs edəcəyik).

Əgər ضَرَبَ - darəbə kəliməsini götürsək, o zaman bu فَعَلَ - fəələ feli ilə uyğundur, əsli hərflərdir.

Amma تَضَارَبَ tədarəbə kəlməsi تَفَاعَلَ - təfaələ feli ilə uyğundur, " فَعَلَ " - fəələyə iki hərf ( əlif) artırılımışdır və تَفَاعَلَ - təfaələ vəzninə çevrilmişdir.

Aşağıdakı kəlimələrdə mücərrəd və məzidi müəyyən edin, zaid hərfləri göstərin.

Misal: اَكْرَمَ - əkrəmə - məziddir, zaid hərfi əlif-dir.


1. قَتَلَ

2. كَاتِبْ

3. نَصَرَ

4. تَجَاوَزَ

5.وَسْوَسَ

6.تَصَرَّفَ

7.اِسْتَخْرَجَ

Malik qorxub yavaşıyan, acizliyə düşən, tez tərpənmək ağla, ehtiyata daha uyğun olan zaman durub gözləyən, ehtiyatla hərəkət etmək məsləhət olduğu zaman tələsən adamlardan deyildir.


Hz.Əli (ə.s) - Nəhcül Bəlağə, VII - 13


#56 Malik Eshter

Malik Eshter

    Mulazzim – lieutenant

  • Murid
  • 371 сообщений

Отправлено 10 марта 2010 - 12:57

Sülasi (üçlü) fellərin vəznləri

Buna bəzi kitablarda 3-lü felin babları da deyilir.

biz demişdik ki, sülasi fellər 3 əslə malikdirlər.

1. فَعَلَ - Fəələ ضَرَبَ - darəbə

2. فَعِلَ - Fəilə حَمِدَ - həmidə

3. فَعُلَ - Fəulə بَعُدَ - bəudə

Məzid sülasi fellərin 10 babı var:

1. فَعَّلَ - fəəələ (mazi-keçmiş)) يُفَعِّلُ - yufəiilu (muzari-indiki-gələcək))

Misal:

صَرَّفَ - sarrəfə(mazi) - يُصَرِّفُ - yusarrifu (muzari)

Yadda saxlamaq lazımdır ki, bu baba daxil olan zaman hər fel mütəəddi (təsirlilik) mənasını veriri.

Misal

عَلِمََ - alimə - oyrəndi - عَلَّمَ - alləmə - öyrətdi

فَهِمَ - fəhimə- anladı - فَهَّمَ - fəhhəmə - anlatdı

Malik qorxub yavaşıyan, acizliyə düşən, tez tərpənmək ağla, ehtiyata daha uyğun olan zaman durub gözləyən, ehtiyatla hərəkət etmək məsləhət olduğu zaman tələsən adamlardan deyildir.


Hz.Əli (ə.s) - Nəhcül Bəlağə, VII - 13


#57 Malik Eshter

Malik Eshter

    Mulazzim – lieutenant

  • Murid
  • 371 сообщений

Отправлено 11 марта 2010 - 12:24

Babların ardI:

2. اَفْعَلَ- əfələ(mazi-keçmiş) يُفْعِلُ- yufilu (muzari-indiki-gələcək))

Bunun mazisində əvvəldə olan اَ həmzə hərfi muzariyə çevrildiyi zaman, düşür.


Misal:

اَكْرَمَ- əkrəmə (mazi) - يُكْرِمُ- yukrimu(muzari)

Yadda saxlamaq lazımdır ki, bu baba daxil olan zaman hər fel mütəəddi (təsirlilik) mənasını veriri.

Misal

جَلَسَ- cələsə - oturdu- اَجْلَسَ- əcləsə- oturtdu

حَسُنَ- həsunə- yaxşı oldu- اَحْسَنَ- əhsənə- yaxşı etdi
[/quote]

Сообщение отредактировал Malik Eshter: 11 марта 2010 - 12:25

Malik qorxub yavaşıyan, acizliyə düşən, tez tərpənmək ağla, ehtiyata daha uyğun olan zaman durub gözləyən, ehtiyatla hərəkət etmək məsləhət olduğu zaman tələsən adamlardan deyildir.


Hz.Əli (ə.s) - Nəhcül Bəlağə, VII - 13


#58 Malik Eshter

Malik Eshter

    Mulazzim – lieutenant

  • Murid
  • 371 сообщений

Отправлено 12 марта 2010 - 10:22

Babların ardI:

3. فَاعَلَ- faələ(mazi-keçmiş) يُفَاعِلُ- yufailu (muzari-indiki-gələcək))


Misal:

حَاسَبَ- hasəbə(mazi) - يُحَاسِبُ- yuhasibu(muzari)

Yadda saxlamaq lazımdır ki, bu baba daxil olan zaman hər fel müşarikət(qarşılıqlılıq) mənasını verir.

Misal

ضَرَبَ- darəbə- oturdu- ضَارَبَ- darabə- vuruşdu

Malik qorxub yavaşıyan, acizliyə düşən, tez tərpənmək ağla, ehtiyata daha uyğun olan zaman durub gözləyən, ehtiyatla hərəkət etmək məsləhət olduğu zaman tələsən adamlardan deyildir.


Hz.Əli (ə.s) - Nəhcül Bəlağə, VII - 13


#59 Malik Eshter

Malik Eshter

    Mulazzim – lieutenant

  • Murid
  • 371 сообщений

Отправлено 18 марта 2010 - 16:08

Babların ardI:

4. تَفَعَّلَ- təfəələ(mazi-keçmiş) يَتَفَعَّلُ- yətəfəəlu(muzari-indiki-gələcək))


Misal:

تَجَمّعَ- təcəmməə(mazi) - يَتَجَمَّعُ- yətəcəmməu(muzari)
Bu baba aparılan hər bir fel felin məful üzərində (yəni hərəkətin obyekt üzərində) reallaşmasını göstərir.

عَلَّمْتُ زَيْدًا تَعَلّمَ - alləmtu zeydən təəlləmə - Zeydə öyrətdim öyrəndi.

Bu bab bəzən saxta hərəkət, sünilik və bi işdə özünü göstərmək mənasında işlənir.


Bu babın müzarisində "tə" hərfi (qoşalaşan) ardıcıl gələnzaman tələffüzü asanlaşdırmaq üçün (tə-nin) biri atılır

تَتَنَزَّل - tətənəzzəlu تَنَزَّلُ- tənəzzəlu olur

Сообщение отредактировал Malik Eshter: 18 марта 2010 - 16:11

Malik qorxub yavaşıyan, acizliyə düşən, tez tərpənmək ağla, ehtiyata daha uyğun olan zaman durub gözləyən, ehtiyatla hərəkət etmək məsləhət olduğu zaman tələsən adamlardan deyildir.


Hz.Əli (ə.s) - Nəhcül Bəlağə, VII - 13


#60 Malik Eshter

Malik Eshter

    Mulazzim – lieutenant

  • Murid
  • 371 сообщений

Отправлено 30 марта 2010 - 09:58

Babların ardI:

5. تَفَاعَلَ- təfaələ(mazi-keçmiş) يَتَفَاعَلُ- yətəfaəlu(muzari-indiki-gələcək))


Misal:

تَجَاوَزَ- təcavəzə(mazi) - يَتَجَاوَزُ- yətəcavəzu(muzari)

Bu baba gedən fellər birgəlik, həmkarlıq və bəzən də özünü yalandan göstərmə mənalarını ifadə edir. misal.

تَضَارَبَ القَوْمُ - tədarəbəl qəvmu- birlikdə vurdular

تَمَارَضَ عَلِيُّ - təmarədəl əliyyu - Əli özünü xəstəliyə vurdu.


Bu babın müzarisində "tə" hərfi (qoşalaşan) ardıcıl gələnzaman tələffüzü asanlaşdırmaq üçün (tə-nin) biri atılır

تَتَنَازَعُ- tətənazəu تَنَازَعُ- tənazəu [b]olur

Сообщение отредактировал Malik Eshter: 30 марта 2010 - 10:00

Malik qorxub yavaşıyan, acizliyə düşən, tez tərpənmək ağla, ehtiyata daha uyğun olan zaman durub gözləyən, ehtiyatla hərəkət etmək məsləhət olduğu zaman tələsən adamlardan deyildir.


Hz.Əli (ə.s) - Nəhcül Bəlağə, VII - 13





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru