Kök hərfləri baxımından kəlmə iki növdür: salim və qeyri-salim. Bir kəlmədə əgər həmzə, xəstə hərf (ا-و-ي) və ya təkrar (ardıcıl eyni) hərf olarsa, o "qeyri-salim" və əgər bunlardan heç biri olmazsa, o kəlmə "salim" adlanır. Belə hesab etmək olar ki, bu amillər feldə bir xəstəlik kimidir və onu aradan qaldırmaq lazımdır.
Məhmuz (həmzəli) fel
Kök hərflərindən biri həmzə olan fel "məhmuz fel" (həmzələnmiş) adlanır.
"Məhmuz fel" 3 qismdir.
1."Faul feli" (birinci hərfi) həmzə olan fel, məs: أمَرَ ٫ أمَلَ
2."Eynul feli" (İkinci hərfi) həmzə olan fel, məs: رَأَيَ ٫ سَأَلَ
3."Lamul feli" (üçüncü hərfi) həmzə olan fel, məs: بَدَأَ ٫ قَرَأَ
Сообщение отредактировал Malik Eshter: 18 января 2012 - 15:11