Salam aleykum va rahmətullah
Nəhl surəsinin 69 cu ayəsi nəhv baxımından biraz müəmmalıdır.Allah sübahnəhu təalə buyurur.يخرج من بطونها شراب مختلف ألوانه --Onların (dişi arıların) qarnlarından müxtəlif rəngli bal çıxır.-- Sual meydana çıxır nə üçün مختلفة əvəzinə مختلف kəliməsi işlədilmişdir?
Salam aleykum va rahmatullah
Ələykum salam və rəhmətullah. Heç də müəmmalı deyil. "Muxtəlif" "şərab"ın sifətidir.
Məsələ siz düşündüyünüz qədər asan deyil.Düzdür مختلف sözü شراب sözünün sifətidir.Amma onun (مختلف sözünün) müzəkkər və müənnəs olması özündən sonra gələn (الوان) ismə (fail və ya naibi failinə ) görə olmalıdır.Deməli qaydaya əsasən مختلفة olmalı idi.Amma təmərbutəsiz olub niyəsi müəmmalıdır.
Mənim bildiyimə görə,
Qrammatik qaydalara görə ərəb dilində insan olmayan varlıqların adlarını bildirən isimlər təkdəki cinsindən asılı olmayaraq cəmdə tək müənnəs qrammatik xüsusiyyətini kəsb edir. İsimlərin cəmlənərkən "müənnəsləşməsi" və "təkləşməsi" uzlaşma tələb olunan nitq şəraitində nəzərdən qaçırılmamalıdır. Məsələn:
1)
كَلْبٌ صَغِيرٌ - Kəlbun səğirun- kiçik (burada kiçik müzəkkərdir) it
كِلَابٌ صَغِيرَة - kilabun səğirətun - kiçik(buradakı kiçik sözü müənnəsdir) itlər
Burada siz çəkdiyiniz misalda məsələ başqa cürdür -
Əgər burada
الوان مختلف gəlsəydi onda gərək
الوان مختلفة olmalı idi. Amma məsələ bir az fərqli oaraq -
شراب مختلف ألوانه kimi gəlmişdir. Və hu zamiri "şərab" ləfzinə qayıtdığından və
hu zamiri və müxtəlif sözü də müzəkkər gəlmişdir.
Haşiyə:
1.Sən çalış forumlarda fitnə salma və başqa başqa niklərlə gəlib münafiqliyə özünü çatdırma. Bu səbəbdəndir ki, sənə ban verilir.
2. Əgər sən elmlisənsə, ərəb dilini bilirsənsə nə gözəl. Gəlib burada özünü bilən kimi göstərəkdənsə, bilməyənlərə izah elə. Yoxsa Alah o nemət sənə niqmət edər.
Malik qorxub yavaşıyan, acizliyə düşən, tez tərpənmək ağla, ehtiyata daha uyğun olan zaman durub gözləyən, ehtiyatla hərəkət etmək məsləhət olduğu zaman tələsən adamlardan deyildir.
Hz.Əli (ə.s) - Nəhcül Bəlağə, VII - 13