Haqq üzərində olduğumuz üçün Allahın haqqında danışdığın salamı üzərimizə oldu, olur və haqq üzrə olduğumuz müddətcə üzərimizdə olacaq.Amma təəssüflər olsun ki, sən haqq üzrə olmadığın üçün zahirdə sənə etdiyimiz duanın , verdiyimiz salamın bir faydası olmadı, üzərinə salam olmadı. ALlahdan arzu edirik ki, sənin də üzərinə bir gün Allahın salamı olar. Amin!
"Ola bilər ki..." yox, ərəbcə bilmirsən. Amma, təbii ki, ərəbcə bilməməyin sənin haqqı bilməyəcəyin anlamına gəlməz. Hər ərəb dilini bilənin də və ya hər ərəbin də haqq üzrə olduğu anlamına gəlməz. Bilməyənlər zikr əhlindən soruşar, öyrənər, bilməyənləri öyrədər. Əgər sənin söylədiklərin də zikr əhlinin sözüylə eynidirsə, bir problemi yoxdur. Əlhəmdulilləh, biz müsəlmanıq və nəcasətə bulaşmamışıq. Amma, əgər sən paklanmak istəsən, Allah mütləq səni doğru yola hidayət edər.
Müzakirəmizi davam etdirmək üçün əvvəlcə "üsuluddin" deyərkən nəyi başa düşdüyünü açıqlamğın şərtdir.
Deməli, mən bildiyim qədəri ilə, bəkrilər ( "sünnilər" ) üsuliddini üç bilirlər ( Təuhid, nubuvvət, məad ) , ələvilər ( əsl sünni olan şiələr ) isə üsuliddini beş bilirlər ( Tövhid, Ədl, Nübuvvət , İmamət, Məad )
Sənin sıralaman isə heç biri kimi deyildir. Əgər bu sadalama sırf sənə aiddirsə zəhmət olmasa bunu etiraf elə. Yox əgər bu sadalamanı səndən başqa alimlər etiraf ediblərsə, zəhmət olmasa bir neçəsinin adını zikr elə və onların hansı əqidəyə sahib olduğunu açıqla. "Bu peyğəmbərin əqidəsidir, mən də onun kimi sadalayıram" , yaxud, "Quranda bu cür yazılıb, Quranda o cür yazılıb" kimi cavablar verdiyimiz sualın cavabı deyil. Çünki, Allahın sözü Quranla, peyğəmbərin (s) sözü hədislərlə gəlib çatmışdır ki, sənin nə Quran bilgilərin, nə hədis bilgilərin ya yoxdur, varsa da, kamil deyildir. Yəni, sən alim deyilsən.
Bundan əlavə, bütün müsəlmanların ortaq olaraq üsuliddindən bildikləri nübuvvət məsələsini sən üsuliddindən bilmirsənmi? Yox əgər üsuliddindən bilmirsənsə bəs nəyə aid edirsən nübuvvəti?
İnanıram ki, suallarımıza dəqiq cavab verəcəksən. Bəlkə Allahın səni hidayət elədi və həqiqət yolunda etdiyin axtarışların bir nəticəsi oldu.
sen diqqətli deyilsən. cahilliyin üzrsüz olmasından gedir söhbət.və məndə kitab ve peyğəmbər görməyən insanların qiyamət günü üzr qebul olunmayacaq. bu 3 şey tovhid ədl. məad. yerinde olmasa insan əbədi olaraq cəhənnəmə gedecek.amma insan peyğember kəlamı eşitməyibsə, çönüb qiyamət günü deye bilər ki, mən ada da doğuldum. yada meşədə mənə peyğəmbər kəlamı eşitmədim. ...........
amma diyə bilməyəcək ki, mən səni tanımrdım,və ya məaddan xəbərsiziydim, bilmirdim
çünkü bu ayədə allah insana həm ədl sifətini tanıdır,həm tovhidi, hemdə qayıdış haqqda xəbər verir.
Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) qiyamət günü: “Biz bundan qafil idik”;ve ya: “Atalarımız daha əvvəl (Allaha) şərik qoşmuşdular, bizi də onlardan sonra gələn bir nəsil idik . neceki hədisdə gəlir insanın fitrəti onun əleyhine şahidlik edecek.
mən dediklərimi ancaq zikr əhli anlaya bilər.
yəni insan məada, inanmayıb nubuviyyəti qəbul edərsə , cahildir. amma insan nubuviyyetden xeberi yoxsa, amma məada tovhide, ədl sifətinə inanırsa o muvahhiddir.və bu insan gec tez cennete girecek.
Сообщение отредактировал abdhalim: 29 января 2014 - 22:22